Rəsmi nəşr Official publication



Yüklə 12.58 Mb.
PDF просмотр
səhifə111/115
tarix07.12.2016
ölçüsü12.58 Mb.
1   ...   107   108   109   110   111   112   113   114   115

 

 

Azərbaycanın statistik göstəriciləri 

765


SAĞLAMLIĞIN MÜHAFİZƏSİ 

 

Həkimlərin ümumi sayına müalicə, sanitariya təşkilatlarında, sosial təminat 

müəssisələrində, elmi tədqiqat institutlarında, kadr hazırlanması ilə  məşğul olan 

müəssisələrdə, səhiyyə orqanları aparatında və s. işləyən ali tibb təhsilli bütün peşə 

həkimləri daxil edilir. 



Orta tibb işçilərinin ümumi sayına müalicə, sanitariya təşkilatlarında, sosial 

təminat müəssisələrində, məktəbəqədər müəssisələrdə, məktəblərdə, uşaq evlərində 

və s. işləyən orta tibb təhsilli bütün şəxslər aid edilir. 

Xəstəxana müəssisələrində inventar ilə  təchiz edilmiş  və  xəstələr tərəfindən 

tutulub-tutulmamasından asılı olmayaraq xəstələri qəbul etməyə hazır olan 

çarpayılar uçota alınır. 

Əhaliyə ambulatoriya-poliklinika yardımı göstərən tibb müəssisələrinin 

sayına ambulatoriya qəbulu ilə məşğul olan bütün tibb müəssisələri (poliklinikalar, 

ambulatoriyalar, dispanserlər, xəstəxanaların poliklinika şöbələri, həkim səhiyyə 

məntəqələri və s.) aid edilir. 

Əmək  şəraiti nəzərə alınmaqla istehsal müəssisələrinin işçilərinin ayrı-ayrı 

kateqoriyaları, kommunal, uşaq, müalicə-profilaktika müəssisələrinin və başqa 

müəssisələrin işçiləri, eləcə də uşaq və yeniyetmələr mütəmadi olaraq profilaktika 



müayinələrindən keçirilir. 

  

 

HEALTH PROTECTION 

 

The total numbers of doctors includes doctors with higher education in 

medicine, employed in sanitary/medical organizations, social security organizations, 

health institutions for training of medical specialists, etc. 

The average number of medical employees includes all persons with 

secondary education in medicine working in sanitary/medical organizations, social 

security organizations, pre-school institutions, schools, and childrens’ homes, etc. 

The number of beds is the total of beds available for patients, regardless of 

actual occupation. 

The number of institutions for ambulatory-policlinical assistance to the 

population includes all polyclinics, ambulatories, dispensaries, polyclinic divisions 

of hospitals, doctor health points, etc. 

 

Statistical yearbook of Azerbaijan 

766


TURİZM 

Turizm.  Azərbaycan Respublikası  vətəndaşlarının,  əcnəbilərin və 

vətəndaşlığı olmayan şəxslərin müvəqqəti olacağı ölkədə (yerdə) ödənişli fəaliyyətlə 

məşğul olmamaq şərti ilə istirahət, sağlamlaşdırma, tanış olma, idrakı (tarix və 

mədəniyyət sərvətlərindən bəhrələnmə  və    s.),  iş-peşə (vəzifə borclarının icra 

edilməsi istisna olmaqla), idman və dini məqsədlərlə daimi yaşayış yerlərindən 

müvəqqəti getmələri (səyahətləri) turizm adlanır. 



Turist.  İstirahət, sağlamlaşdırma, tanış olma, idrakı (tarix və  mədəniyyət 

sərvətlərindən bəhrələnmə  və sair), iş-peşə (vəzifə borclarının icra edilməsi istisna 

olmaqla), idman və dini məqsədlərlə getdiyi ölkədə ödənişli fəaliyyətlə  məşğul 

olmamaq şərti ilə, 24 saatdan 12 ayadək müddətdə müvəqqəti olan şəxsdir. 



Tur. Konkret müddətdə konkret marşrut üzrə  fərdi və ya qrup halında 

səfərdən ibarət olan, turizm məhsulunun vauçer şəklində satılan formasıdır. 



Turizm yollayışı blankı. Ciddi hesabatlı blank olub, proqramla nəzərdə 

tutulmuş xidmətlərin ödənildiyini təsdiq edən sənəddir. 



Turizm məhsulu. Turistlərə göstərilən xidmətlər kompleksi (turistlərin 

yerləşdirilməsi, daşınması, yeməyi üzrə xidmətlər kompleksi, ekskursiya, həmçinin 

bələdçi (bələdçi-tərcüməçi) xidmətləri və  səfərin məqsədlərindən asılı olmayaraq 

göstərilən digər xidmətlər). 



Mehmanxana və mehmanxana tipli müəssisələr. Nömrələrinin sayı 

müəyyən minimum sayından çox olan, vahid  rəhbərliyə malik, nömrələrində 

gündəlik yataqların  səliqəyə salınması  və sanitar qovşağının yığışdırılması  daxil 

edilməklə, turistlərə müəyyən xidmətlər göstərilən,  xidmətlərin və mövcud olan 

avadanlıqların səviyyəsinə əsasən qrup və kateqoriyalara qruplaşdırılan müəssisələr 

aiddir. 


Mehmanxana və mehmanxana tipli  müəssisələrin kateqoriya nişanı. 

Müəssisələrin müəyyən kateqoriyaya aid edilməsi attestasiya məlumatına uyğun 

olaraq istehlakçıya və digər maraqlı  tərəflərə çatdırmaq üçün səkkizguşəli sərbəst 

ölçüdə sayı birdən beşə qədər olan ulduzlar dəsti ilə ifadə olunur.     



Nömrə fondu. Yerləşdirmə obyektlərində nömrələrin ümumi sayı  nəzərdə 

tutulur. Yerləşdirmə obyektlərində turistlərin müvəqqəti qalması üçün lazımi mebeli, 

avadanlığı və inventarı olan bir və ya bir neçə otağı olan nömrə adlanır. 

Gecələmələr.  Nömrə  və yerlərin bronlaşdırılmasını daxil etməklə, il ərzində 

istifadə olunmuş daimi və müvəqqəti yerlərin sayını  əks etdirir və mehmanxanada 

gecələyənlərin qeydiyyat kitabı əsasında təyin edilir. Bu göstərici “il ərzində təqdim 

edilən çarpayı - sutka” göstəricisi ilə eyni olub hesabat ili ərzində  təqdim edilən 

çarpayıların sayını  əks etdirir. Mehmanxanaların yüklənməsinin orta əmsalı (K) 

hesabat dövründə gecələmələrin orta birgünlük sayının birdəfəlik tutuma nisbəti 

kimi hesablanır. 


Azərbaycanın statistik göstəriciləri 

767


                                 Gecələmələrin sayı 

      K = --------------------------------------------------------  x  100 

Birdəfəlik tutum x Hesabat dövründə günlərin sayı 

 

 



TOURISM 

 

Tourism is a temporary leaving (traveling) of the permanent residence by 

citizens of Azerbaijan as well as foreigners and persons without any citizenship for 

the purpose of job-duty (excluding implementation of the jobs), rest, familiarization 

with historical and cultural wealth, recovery, sport, and religious without carrying 

out any paid activity in the country of temporary living.   

Tourist is a person who temporary leaves (traveling) permanent residence 

from 24 hours to 12 months for the purpose of job-duty (excluding implementation 

of the job), rest, familiarization with historical and cultural wealth, recovery, sport, 

and religious without carrying out any paid activity in the country of temporary 

living. 

Tour is a form of trip in individual or group form based on concrete route as 

or definite time.    

Tourist blank is a document that confirms payment of services considered in 

the program.    

Tourist services are complex of services such as  accommodation, 

transportation and feeding of the tourists, as well as excursion, provision with 

guide-interpreter and other services provided irrespective of purpose of journey. 

Hotels and enterprises of hotel type include enterprises that provide tourists 

with certain services and classified by categories based on level of services and 

available equipments including having more number of rooms, unit management 

and etc.      

Categories of hotels and enterprises of hotel type. Referring of the 

enterprises to defined categories is expressed with number of stars from one to five.  

Room fund is total number of rooms at the hotel, which are equipped with 

necessary furniture, inventory and etc.  

Overnight stop includes number of permanent and temporary places 

(including booking of the room) used during year and is defined based on 

registration book at the hotel. This indicator reflects number of beds used during the 

reporting year (beds used during year-day). Average rate is calculated as ratio of 

average per day number of overnight stops to onetime capacity.    

                       Number of overnight stops 

K= ------------------------------------------------------------------------  

  Onetime capacity x number of days during the reporting period  

Statistical yearbook of Azerbaijan 

768


CİNAYƏTKARLIQ 

 

Cinayətkarlıq – müəyyən olunmuş vaxt müddətində konkret ərazidə baş 

vermiş cinayətləri  əks etdirən, kəmiyyət və keyfiyyət göstəriciləri ilə xarakterizə 

olunan sosial-hüquqi hadisədir. 



Qeydə alınmış cinayətlər – cinayət qanunvericiliyi ilə  nəzərdə tutulmuş, 

aşkar edilmiş və rəsmi qeydiyyata alınmış ictimai təhlükəli əməldir. 



İqtisadi cinayət – istehsal, məhsulların və xidmətlərin bölüşdürülməsi və 

istehlakı sahəsində baş vermiş, o cümlədən xidməti statusdan qanunsuz istifadə 

etməklə bağlı olan ictimai təhlükəki  əməldir. (mənimsəmə, israfçılıq, xidməti 

vəzifədən sui-istifadə etməklə törədilmiş oğurluq; istehlakçıların aldadılması, ticarət  

qaydalarının pozulması; dövlət qiymət qaydalarının pozulması; vergilərdən 

yayınma,  



Cinayət törətmiş  şəxslər – barələrində cinayət işi açılmış  və daxili işlər 

orqanları tərəfindən rəsmi qeydiyyata alınmış şəxslərdir. 



Yetkinlik yaşına çatmayanların cinayətkarlığı – 14-17 yaşlı cinayət 

törətmiş şəxslərin məcmusudur. 

 

 

CRIMES 



 

Registered  crimes are the public and dangerous actions that are defined by 

criminal legislation, and are revealed and officially registered.  

Economic crime is a crime in the field of production, distribution and 

consumption of products and services, including socially dangerous acts related 

with the illegal use of official status (such as misappropriation, larceny concerned 

with the illegal use of official status, fraud against consumers, violation of rules, and 

tax evasion). 

Persons who have committed crimes are persons who have been officially 

registered as such by the Authorities of Internal Affairs. 

Crime of non-adults is the aggregate of crimes committed by persons at age 

of 14-17 years old.  

 


Azərbaycanın statistik göstəriciləri 

769


TİCARƏT 

 

Pərakəndə əmtəə dövriyyəsi - əmtəələrin tədavül sferasından şəxsi istehlak 

sferasına hərəkətinin son mərhələsini, əmtəələrin əhaliyə satışını əks etdirir.  

İaşə  əmtəə dövriyyəsi- iaşə  şəbəkələri vasitəsi ilə kulinariya məhsullarının, 

xörəklərin, yarımfabrikatların, həmçinin aşbazlıq  emalından keçməmiş digər 

əmtəələrin əhaliyə satışını xarakterizə edir.  



Topdansatış əmtəə dövriyyəsi- əmtəələrin böyük həcmlə,  sonradan əhaliyə 

satılmaq məqsədi ilə bir müəssisədən digərinə satışını  əks etdirir.  

Əhalinin sifarişi ilə onun şəxsi tələbatını ödəmək üçün göstərilən və haqqı 

ödənilən xidmətlər pullu xidmətlərə aid edilir. 

Pərakəndə  və iaşə  əmtəə dövriyyəsi, topdansatış  əmtəə dövriyyəsi,  əhaliyə 

göstərilən  pullu xidmətlər hüquqi şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıqla 

məşğul olan fiziki şəxslərin fəaliyyəti sayəsində formalaşır. 

Hüquqi  şəxslər üzrə bu göstəricilər  əsas fəaliyyət növü ticarət olan 

təşkilatların, eləcə  də iqtisadiyyatın digər sahələrinin  əhaliyə istehlak malları satan 

və xidmət göstərən müəssisələrinin hesabatları  əsasında hesablanır.  İri və orta 

təşkilatlardan başdanbaşa üsulla aylıq statistik uçot, kiçik müəssisələrdən baş 

məcmuya şamil edilməklə  aparılan rüblük seçmə müayinələr  əsasında  pərakəndə 

və iaşə, topdansatış  əmtəə dövriyyəsinin,  əhaliyə göstərilən  pullu xidmətlərin  

həcmi  və digər göstəricilər hesablanır. 

Fiziki  şəxslər tərəfindən  satılan  əmtəələrin və göstərilən xidmətlərin həcmi  

beynəlxalq metodologiyaya uyğun aparılan seçmə müşahidələr əsasında hesablanır. 

Hüquqi  şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğui olan fiziki 

şəxslər tərəfindən satılan  əmtəələrin və göstərilən xidmətlərin həcmi büdcə 

statistikasının və vergi orqanlarının məlumatları əsasında, həmçinin bir sıra iqtisadi 

parametrlərin (istehlak malları üzrə əmtəə ehtiyatları, istehsal, idxal və ixrac və s.), 

həmçinin törəmə parametrlərin (tədavül xərcləri, xalis gəlir,  əmtəə dövriyyəsi 

arasında nisbilik  əmsalları və s.)  təhlili əsasında  dəqiqləşdirilir.  

Əmtəə dövriyyəsinin,  əhaliyə göstərilən pullu xidmətlərin fiziki həcm 

indeksləri bu göstəricilərin real həcminin dəyişmə dinamikasını xarakterizə edib 

hesabat dövründəki  əmtəə dövriyyəsinin  və pullu xidmətlərin baza ilinin qiymətləri 

ilə  həcminin baza ilindəki faktiki  əmtəə dövriyyəsinin və pullu xidmətlərin  

həcminə faizlə  nisbəti kimi hesablanır. 

Ticarət şəbəkəsinin mal ehtiyatları ilə təminatını xarakterizə edən qalığın nisbi 

səviyyəsi- pərakəndə əmtəə dövriyyəsinin qalıq hesabına təmin oluna biləcək ticarət 

günlərinin sayını  əks etdirib, birgünlük orta  əmtəə qalığının birgünlük əmtəə 

dövriyyəsinə nisbəti kimi hesablanır.  

 

 



 

Statistical yearbook of Azerbaijan 

770


TRADE 

 

Retail trade turnover reflects the last stage of commodity circulation, the sale 

of commodities to the population.  

Public trade turnover includes the sale of cooked food by public bodies, 

primarily meals and semi-finished food products, but also other products to the 

population. 

Wholesale trade turnover concerns the sale of commodities in great volume 

from one enterprise to another.  

Paid services are services purchased by the population for their own needs.  

All indicators on turnover are calculated on the basis of reports of 

organizations and enterprises that sell consumer goods and services. On the basis of 

monthly statistical records and quarterly sample surveys the volume of retail trade 

and services turnover is calculated.  

The volume of goods and services sold by physical persons is calculated on 

the base of sample observations according to international methodology. 

The volume of goods and services sold by legal persons and by physical 

persons is also estimated on the basis of budget statistics and information from the 

tax authorities and on the basis of some economic parameters (commodity recourses 

by consumption, production, export and import etc.), as well as analysis of 

reproduction parameters (turnover expenditures, net profit, etc.).  

Physical volume indices of trade turnover, and paid services for the 

population, characterize the real volume change of these indicators. These volume 

indicators are calculated on the basis of prices of a base-year. 

 

 



 

Azərbaycanın statistik göstəriciləri 

771


ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ 

 

Qoruqlar  təbii kompleksin saxlanması  və onun istər qoruğun sərhədləri 

daxilində, istərsə də ondan kənarda ekoloji vəziyyətlə müqayisə edilərək öyrənilməsi 

üçün coğrafi zonaların təsərrüfat istifadəsindən çıxarılmış nadir və  ən tipik 

sahələridir. 

İstifadə üçün təbii su mənbələrdən su götürülməsi sonradan istifadə 

edilmək məqsədi ilə  səthi su hövzələrindən (çaylar, göllər və  dənizlər də daxil 

edilməklə) və yeraltı laylardan götürülmüş su resurslarının həcmidir. Götürülən 

suyun ümumi həcminə faydalı qazıntılar çıxarılarkən, tikinti üçün özül yerlərindən 

torpaq suları nasosla çəkilərkən  əmələ  gələn və istifadə edilən  şaxta-mədən suları 

daxil edilir. Elektrik enerjisi almaq, gəmiləri  şlüzdən keçirmək, balığı boşaltmaq, 

gəmilərin hərəkət etməsi üçün dərinliyi saxlamaq və s. məqsədi ilə su qovşağından 

buraxılan suyun həcmi bu göstəriciyə daxil edilmir. İri kanallara tökülmək üçün 

quyulardan, artezian quyularından, təbii su hövzələrindən qeyri- mərkəzləşdirilmiş 

qaydada götürülən suyun həcmi də həmçinin bu göstəriciyə daxil edilmir. 



Zərərli maddələri atmosfer havasına atan stasionar mənbələr mütəşəkkil 

və qeyri-mütəşəkkil olaraq iki qrupa bölünür. Zərərli maddələri qaz və ya hava 

buraxan sistemlər (tüstü boruları, aerasiya fənərləri, ventilyasiya şaxtaları  və s.) 

vasitəsilə havaya atan və bu zaman, bir qayda olaraq, zərərli məhsulları tutub 

zərərsizləşdirmək üçün müvafiq qaztəmizləyici və toztutan qurğulardan istifadə edən 

qeyri-səyyar mənbələr aid edilir. Texnoloji aqreqatların germetik olmaması, 

müxtəlif çənlərin, yükvurma-yükboşaltma sistemlərinin (məsələn, sement boşaltma 

yerlərinin) ekoloji cəhətdən avadanlıqla təchiz edilməməsi nəticəsində havaya 

zərərli maddələr tullayan mənbələr qeyri-mütəşəkkil stasionar mənbələr hesab edilir. 

Yanan terri-konlar, tüstülənən laylar və s. həmçinin buraya aid edilir.  



Ətraf mühitin mühafizəsinə  və  təbii resurslardan səmərəli istifadə 

edilməsinə kapital qoyuluşları dedikdə, konkret ekoloji və resursqoruyucu 

güclərin, qurğuların, aqreqatların və s. tikintisinə, yenidən qurulmasına, 

genişləndirilməsinə  və textiki cəhətdən silahlandırılmasına qoyulan investisiyaların 

həcmi başa düşülür. Buraya, əsasən, çirkli istehsal və kommunal sularının 

təmizlənməsi üzrə qurğu və avadanlıq, tozqaztəmizləyici qurğular, dövri su təchizatı 

sistemləri, eroziyaya qarşı hidrotexniki qurğular (səpməyə, çökməyə qarşı qurğular 

da daxil edilməklə), sıradan çıxmış torpaqların (qismən) rekultivasiyası, vəhşi 

heyvanların, quşların və qiymətli balıq ehtiyatlarının qorunması  və  təkrar istehsalı 

üzrə qurğu və obyektlər, faydalı qazıntılardan tam və kompleks şəkildə istifadə 

edilməsi üzrə qurğular və s. aid edilir. Ümumi istehsal xərclərinin azaldılması, 

məhsulun keyfiyyəti və s. ilə bağlı olan texniki silahlanmaya, eləcə də ətraf mühitin 

mühafizəsinə kapital xərcləri, bir qayda olaraq, buraya daxil edilmir.  



 

Statistical yearbook of Azerbaijan 

772


ENVIRONMENTAL PROTECTION 

 

Reserves  are those areas, protected from economic exploitation, which are 

used for maintenance of natural complexes and for the study of the ecological 

situation.  

Water extraction from natural sources is the total volume of water removed 

from surface water bodies and aquifers for consumption. This does not include 

water used for electric power generation, ship lock passage, unloading of fish and 

maintenance of navigable depth. The volume of water stored in reservoirs to be 

delivered to big channels, as well as artesian wells and other natural water 

resources are included. 

Harmful substances emitted into the atmosphere by stationary sources 

include the total amount of all contaminants emitted both after treatment at gas-

cleaning, and without treatment.  

Investments in environmental protection and for rationalizing the use of 

natural resources are the volume of investments for construction, reconstruction, 

expanding and technical re-equipment of concrete ecological and resource 

protecting capacities. This mainly includes equipment and installation for refining 

of polluted industrial and communal water, dust/gas refining installations, hydro- 

technical installations against erosion (including installations against the deposit of 

sediments), recultivation of unused lands, objects and installations for the protection 

of wild animals and fish resources, installations for recycling etc. Costs for the 

reduction of manufacturing expenses, quality improvement etc., and capital 

expenditures for environmental protection are not included.  

 

 

Azərbaycanın statistik göstəriciləri 

773


MİLLİ HESABLAR SİSTEMİ 

 

Milli hesablar sistemi bazar iqtisadiyyatı  şəraitində makroiqtisadi prosesləri 



özündə əks etdirən, bir-birilə qarşılıqlı sıx əlaqəsi olan və 150-dən çox ölkədə tərtib 

edilən ikitərəfli göstəricilər sistemidir. Bu sistemin metodoloji əsasları  tədiyyə 

balansının və sahələrarası balansın metodoloji əsasları ilə sıx bağlıdır. 

Azərbaycanda bu sistemin tətbiqi beynəlxalq statistika təşkilatlarının Milli 

hesablar sisteminin problemlərinə dair hazırladıqları metodiki təlimatlar  əsasında 

aparılır və hesablamaların nəticələri  İqtisadi  Əməkdaşlıq və  İnkişaf Təşkilatı, 

Beynəlxalq Valyuta Fondu və digər beynəlxalq təşkilatlar tərəfindən ekspertiza 

olunur. 


Milli hesablar sistemi (MHS) istehsal, ilkin və  təkrar bölgü və son istifadə 

proseslərini bir-birilə qarşılıqlı  əlaqəsi olan ayrı-ayrı hesablarda (sahələr və 

institusional bölmələr üzrə) qruplaşdırılır. Toplu MHS-ə aşağıdakı hesablar daxildir: 

-  Məhsul və xidmətlər hesabı; 

-  İstehsal hesabı; 

-  İlkin gəlirlərin yaranması hesabı; 

-  Gəlirlərin ilkin bölüşdürülməsi hesabı; 

-  Gəlirlərin təkrar bölüşdürülməsi hesabı; 

-  Gəlirlərin istifadəsi hesabı; 

-  Kapitalla əməliyyatlar hesabı. 

Milli hesablar sistemində funksiyaları  və maliyyələşmə  mənbələri eyni olan 

iqtisadi vahidlər bölmələr üzrə qruplaşdırılır. 

Milli iqtisadiyyatın bölmələri bunlardır: 

-  Qeyri-maliyyə müəssisələri; 

-  Maliyyə müəssisələri; 

-  Dövlət idarəetmə orqanları; 

-  Ev təsərrüfatlarına xidmət edən qeyri-kommersiya (ictimai) təşkilatları; 

-  Ev təsərrüfatları. 

Bundan  əlavə, MHS-də bu bölmələrin başqa ölkələrlə  əlaqəsini  əks etdirən 

“Qalan dünya” bölməsi və eyni adlı hesab mövcuddur. Bu bölmə (hesab) qeyri-

rezident vahidlərin fəaliyyətlərinin nəticələrini özündə qruplaşdırır. 

 

1   ...   107   108   109   110   111   112   113   114   115


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə