Rəsmi nəşr Official publication



Yüklə 12.58 Mb.
PDF просмотр
səhifə112/115
tarix07.12.2016
ölçüsü12.58 Mb.
1   ...   107   108   109   110   111   112   113   114   115

Ümumi məhsul və xidmətlər buraxılışı  nəzərdən keçirilən dövr ərzində 

təsərrüfat vahidlərinin-rezidentlərin istehsal fəaliyyətinin nəticəsi olan məhsul və 

xidmətlərin dəyəridir; istehsal fəaliyyətinin həcmini səciyyələndirir. BMT-nin 

istehsal fəaliyyətinin MHS-də  qəbul etdiyi sərhədlərin anlayışına uyğun olaraq 

buraxılış aşağıdakıları özündə birləşdirir: 

istehsalçısı olmayan vahidlərə göndərilən məhsul və xidmətlər; 


Statistical yearbook of Azerbaijan 

774


1)  istehsalçının maddi dövriyyə  vəsaitləri ehtiyatlarına aid olan məhsul da 

daxil edilməklə, özünün son istehlakı  və ya yığımı üçün istehsal olunan 

məhsul; özünün son istehlakı üçün istehsal edilən bəzi xidmətlər. 

Gizli iqtisadiyyatın məhsul və xidmət istehsalı (qanunla qadağan edilmiş 

məhsul və xidmət istehsalı; bu fəaliyyət növü ilə  məşğul olmağa hüququ olmayan 

şəxslər tərəfindən həyata keçirilən istehsalın həcmi, gəlirləri gizlətmək və vergidən 

yayınmaq məqsədilə dövlət orqanlarından gizlədilən istehsal və s.) məhsul və 

xidmətlər buraxılışında nəzərə alınmalıdır. 

İki buraxılış növü mövcuddur: bazar və qeyri-bazar. 

Bazar buraxılışına aşağıdakı məhsul və xidmətlər daxil edilir: 

a) satış  və ya barter yolu ilə iqtisadi cəhətdən  əlverişli qiymətlərlə realizə 

edilən; 


b) əmək haqqı əvəzinə natura şəklində işçilərə verilən; 

c) həmin və ya sonrakı dövrdə istehsalda istifadə etmək üçün həmin 

müəssisənin digər bölmələrinə (müstəqil balansda olan və ya ayrica uçot vahidi 

hesab olunan bölmələrə) göndərilən (məsələn, kənd təsərrüfatı müəssisəsində 

istehsal olunan və onun daxilində istifadə edilən toxum və yemlər; yardımçı 

təsərrüfatlar tərəfindən müəssisəyə  məxsus olan yeməkxanalara, uşaq 

müəssisələrinə, istirahət evlərinə və s. verilən ərzaq məhsulları). 

Qeyri-bazar buraxılışına aşağıdakılar daxil edilir: 

a) öz son istehlakı  və ya əsas kapitalın ümumi yığımı üçün institusional 

vahidlər tərəfindən istehsal edilən məhsul və xidmətlər (məsələn,  şəxsi yardımçı 

təsərrüfatlarda istehsal olunan kənd təsərrüfatı  məhsulları  və digər məhsullar, 

təsərrüfat üsulu ilə həyata keçirilən tikinti və s.); 

b) bütövlükdə ictimaiyyətə göstərilən kollektiv xidmətlər də daxil edilməklə, 

başqa institusional vahidlərə pulsuz və ya cüzi qiymətlərlə göstərilən xidmətlər 

(məsələn, pulsuz təhsil və tibbi xidmət, dövlət idarəetmə, müdafiə xidmətləri və s.). 

Məhsul və xidmətlərin bazar buraxılışını  əsas qiymətlərlə, yaxud əgər bu 

mümkün deyildirsə, istehsalçının qiymətləri ilə qiymətləndirmək tövsiyə olunur. 

Aralıq istehlak müəyyən bir dövr ərzində  məhsul və ya xidmətlər istehsal 

etmək məqsədilə istifadə olunmuş  məhsul (əsas fondlar istisna olmaqla) və bazar 

xidmətlərinin dəyəridir. Maddi xərclər, qeyri-maddi xidmətlərə görə ödənən pul, 

əsasən gediş haqqını  və mehmanxana xidmətlərini ödəməyə  sərf edilən ezamiyyət 

xərcləri buraya daxildir.    

Aralıq istehlakı  məhsul və xidmətlərin istehsal prosesinə daxil olduğu vaxt 

mövcud olmuş  və ticarət-nəqliyyat  əlavəsini və  məhsula görə subsudiyalar 

çıxılmaqla, məhsula görə vergiləri (əlavə  dəyər vergisindən başqa) özündə 

birləşdirən istehsalçının qiymətləri ilə qiymətləndirmək tövsiyə olunur. 

Ümumi Daxili Məhsul (ÜDM) milli hesablar sisteminin ən mühüm 

göstəricilərdən biridir, istər maddi istehsal, istərsə  də qeyri-maddi xidmətlər 



Azərbaycanın statistik göstəriciləri 

775


sahələrində iqtisadi vahidlərin-rezidentlərin istehsal fəaliyyətinin son nəticəsini 

xarakterizə edir və bu vahidlərin son istehlakı üçün məhsul və xidmətlər istehsalı 

üzrə yaratdığı əlavə dəyərin həcmi ilə ölçülür. 

ÜDM iqtisadi vahidlərin-rezidentlərin məhsul və xidmətlərin istehsalçıları 

arasında bölüşdürüldüyü ilkin gəlirlərin, yəni muzdlu işçilərin  əmək haqqının, 

istehsala və idxala görə xalis vergilərin, ümumi mənfəətin və ümumi qarışıq 

gəlirlərin məbləği, yəni gəlirlər üsulu ilə də müəyyənləşdirilə bilər.          

Ümumi daxili məhsuldan istifadə edilməsi (xərclər üsulu) məhsul və 

xidmətlərin son istehlakını, əsas kapitalın ümumi yığımını, maddi dövriyyə vəsaitləri 

ehtiyatlarının dəyişməsini, qiymətlilərin (sərvətlərin) xalis əldə edilməsini və məhsul 

və xidmətlərin ixrac və idxal saldosunu özündə birləşdirir.   

Əvvəlki dövrlə müqayisədə hesabat dövründə ÜDM-in fiziki həcm indeksini 

hesablamaq üçün hesabat dövründəki ÜDM-in əvvəlki dövrün qiymətləri ilə 

kəmiyyətini ÜDM-in əvvəlki dövrdəki cari qiymətlərlə olan kəmiyyətinə bölmək 

lazımdır. ÜDM-in fiziki həcm indeksi uzun müddət üçün hesablanarkən zəncirvari 

indekslər metodu tətbiq edilir. 



Sərəncamda olan Ümumi Milli Gəlir  bütün institusional vahidlərin-

rezidentlərin sərəncamında olan gəlirlərin, yəni institusional vahidlərin son istehlak 

və  əmanətlər üçün malik olduqları  gəlirlərin cəmidir. O, cari transfertlər kimi 

verilmiş  gəlirlər çıxılmaqla ilkin gəlirlərin saldosu üstəgəl (+) alınmış cari 

transfertlərə bərabərdir. 

Faktiki son istehlak maliyyələşdirmə  mənbəyindən asılı olmayaraq, ev 

təsərrüfatları-rezidentlər tərəfindən fərdi istehlak üçün alınmış bütün məhsul və 

xidmətlərin dəyərini və dövlət idarəetmə orqanları tərəfindən bütövlükdə cəmiyyətə 

göstərilən kollektiv xidmətlərin dəyərini özündə əks etdirir. Ev təsərrüfatları üçün o, 

istehlak mallarının və xidmətlərin satın alınması xərclərini və natura şəklində sosial 

transfertlər kimi dövlət idarəetmə orqanlarından və qeyri-kommersiya 

təşkilatlarından ev təsərrüfatlarının pulsuz aldıqları  fərdi məhsul və xidmətlərin 

dəyərini özündə birləşdirir. Dövlət idarəetmə orqanları üçün faktiki son istehlak 

kollektiv xidmətlərin dəyərinə bərabərdir; ev təsərrüfatlarına xidmət göstərən qeyri-

kommersiya təşkilatlarında faktiki son istehlak yoxdur. Bütövlükdə iqtisadiyyat 

üçün yekuna görə faktiki son istehlak və son istehlak xərcləri göstəriciləri eynidir.    

Ümumi Milli Yığım  sərəncamda olan gəlirin məhsul və xidmətlərin son 

istehlakına sərf olunmayan hissəsidir. 

  

 


Statistical yearbook of Azerbaijan 

776


NATIONAL ACCOUNT SYSTEMS 

 

The system of National accounts is a double-sided system of inter-related 

indicators, reflecting macro-economic processes. The methodological basis of this 

system is closely related to that of the Balance of Payments (BoP). Realization of 

this system in Azerbaijan is based on international methodological conventions 

(System of National Accounts, SNA), monitored by the Organization of Economical 

Co-operation and Development (OECD) and the International Monetray Fund 

(IMF). 

The system of National accounts is grouping primary and secondary income 

generation and distribution, as well as and final use processes in different accounts 

(by branches and institutional sections).  

The SNA includes the following accounts: 

-    The goods and services account 

-    The production account 

-    The primary distribution account 

-    The secondary distribution account 

-    The use of income account  

-    The capital account 

-    The financial account                                                                                 

Economic units are grouped by sectors in the SNA: 

-   The non-financial corporations  

-  The financial corporations 

-  The general government  

-  The non-profit institutions serving households 

-  The households                 

In addition, there is a sector called ‘Rest of the world’, reflecting economic 

relations with other countries. 

Some important concepts in the National accounts are: 

-  Total production of goods and services: the value of goods and services 

produced by production units during the reference period.  

- Market and Non-Market production. 

The following goods and services are considered as Market production: 

a) Goods and services sold at economically realistic prices of for barter 

operations. 

b) Goods and services provided to employees instead of salary. 

c) Goods and services provided to other divisions of the same enterprise for 

further production (only if these divisions have independent balances and can be 

considered as sufficiently autonomous in their operations). 

Non-market goods and services are: 


Azərbaycanın statistik göstəriciləri 

777


a) Goods and services produced by institutional units for their own final 

consumption or accumulation of capital (e.g. products and services produced within 

agricultural households) 

b) Collective public services, some of which are provided free of charge or for 

a small fee (e.g. free education services, medical services, and state management 

and protection services) 

Intermediate consumption:  the value of goods and services used by 

productive units for their production process (excluding fixed assets). Financial 

expenditures and payments for non-financial services are also included here. 

Value Added: the value of the total production of goods and services, minus 

the value of intermediate consumption. 

Gross Domestic Product (GDP) is one of the main indicators of the National 

accounts: the sum total of Value Added. 

GDP in constant prices: the real production volume, calculated by correcting 

the money value of GDP by deflators, based on price developments between the 

reference year and the current year. For this deflation, the chain method is used. 

GNI  (Gross National Income): GDP corrected by financial cross-border 

flows.  

MALİYYƏ 

 

Müəssisə və təşkilatların maliyyə statistikası müəssisə və təşkilatların maliyyə 

vəziyyətini özündə əks etdirir. Məlumatların yığılması dövlət statistik və mühasibat 

hesabatı formaları əsasında həyata keçirilir. 

Hesabat dövrünün mənfəəti (zərəri) mühasibat uçotu əsasında müəssisənin 

bütün təsərrüfat fəaliyyətinin son maliyyə nəticəsidir. Müəssisənin mənfəəti (zərəri), 

bütün  əsas vəsaitlərin və başqa  əmlakların, məhsulların (işlərin, xidmətlərin) 

satışından, həmçinin qeyri-satış  əməliyyatlarından  əldə edilən gəlirləri (bu 

əməliyyatlar üzrə  xərc məbləğləri çıxılmaqla) özündə  cəmləşdirir. Mənfəət üzrə 

məlumatlar müvafiq illərdə iri və orta müəssisələr üçün faktiki fəaliyyət göstərən 

qiymətlərlə metodoloqiya və struktur ilə müəyyənləşir. 

Müəssisənin (təşkilatın) rentabelliyi onun fəaliyyətinin səmərəliliyini xarak-

terizə edərək mənfəətin qiymətləndirilməsində  tətbiq edilir. Məhsulun rentabelliyi 

məhsulların (Iş və xidmətlərin) satışından əldə edilən mənfəətlə məhsulun istehsalı 

və satışına çəkilən xərclərin arasındakı nisbət ilə müəyyən edilir.  

Öhdəliklər üzrə borcların məbləğinə müəssisə və təşkilatların bank kreditləri 

və istiqrazlar üzrə kreditor borcları daxil edilir. 

Debitor borclarına  məhsula (Iş  və xidmətlərə) görə verilmiş veksellər üzrə 

debitorlarla hesablaşmalar,  əməliyyatların bütün növləri üzrə törəmə (qız) müəssi-

sələrlə, nizamnamə kapitalına qoyuluşlar üzrə tə’sisçilərlə hesablaşmalar, büdcə ilə

digər  əməliyyatlar üzrə heyətlə (müəssisənin işçilərə verdiyi ssudalar üzrə, bank 



Statistical yearbook of Azerbaijan 

778


kreditləri və ya həmin müəssisənin vəsaiti hesabına verilmiş istiqrazlar da daxil 

edilməklə) və digər debitorlarla (təhtəlhesab  şəxslərin borcları, başqa müəssisələrə 

veriləcək avanslar çıxılmaqla mal göndərən və podratçılara verilmiş avanslar) 

hesablaşmalar daxil edilir. 



Kreditor borcları  mal (Iş  və xidmətlər) üzrə kreditorlarla hesablaşmalara 

görə, o cümlədən alınmış mal material qiymlilərinə görə mal göndərən və 

podratçılara borclar, verilmiş veksellərə borclar, bütün növ əməliyyatlar üzrə törəmə 

(qız) müəssisələrə, əmək haqqının ödənilməsinə görə işçi və qulluqçulara, büdcəyə, 

büdcədənkənar fondlara, gələcək ödəmələrə görə alınmış avansların məbləği daxil 

edilməklə, alınmış avanslara görə borclardır.  



 

FINANCE 

 

Finance statistics of enterprises and organizations reflect the financial 

situation of enterprises and organizations. The collection of information is carried 

out on the base of state statistical and accounting report forms. 

Profit (loss) of an enterprise is the final financial result of its economic 

activities. Profit comprises income gained as the result of the sale of fixed assets and 

other property, and products (work, services).  

Sum of debts by obligation: includes bank credits of enterprises and 

organizations and creditor debts by bonds. 

Receivables include: money to be received from debtors, on the basis of 

invoices for goods and services supplied to them. 

Creditor debts are debts for goods and services products purchased, 

including debts to employees as a payment for their work and received advance 

payments.  

  

QİYMƏT VƏ TARİF İNDEKSLƏRİ 

 

İstehlak qiymətləri indeksi (İQİ)  – orta alıcılıq qabiliyyətli alıcının aldığı 

malların və istifadə etdiyi xidmətlərin qeydə alınmış məcmusunun dəyərinin ümumi 

dəyişməsini səciyyələndirən nisbi göstəricidir. Bu göstərici müəyyən dövr ərzində 

istehlak edilən malların və xidmətlərin dəyişməz qaldığı  şəraitdə  əhalinin istehlak 

xərclərinin ümumi məbləğinin dəyişməsini  əks etdirir. İQİ-nin başlıca təyinatı 

istehlak mallarının və xidmətlərin qiymət dinamikasının müəyyənləşdirilməsidir. 

İQİ Laspeyres düsturu ilə hesablanır. İndeksin hesablanmasında respublikanın milli 

xüsusiyyətlərini nəzərə alan 565 reprezentativ mal və xidmət qrupları üzrə toplanmış 

qiymət və tariflərdən istifadə edilir. İstehlak qiymətləri indeksi tərtib edilərkən ev 

təsərrüfatlarının büdcə müayinələri  əsasında müəyyənləşdirilən bazis dövründə 

əhalinin faktiki istehlak xərclərinin strukturu tərəzi rolunu oynayır. 


Azərbaycanın statistik göstəriciləri 

779


İQİ- istehlak sektorunda inflyasiyanın səviyyəsini xarakterizə edir və milli 

hesablar sisteminin göstəricilərinin müəyyənləşdirilməsində ümumi daxili məhsulun 

son istifadəsini  ən mühüm komponentlərindən olan ev təsərrüfatlarının son 

istehlaklına çəkilən xərclərin sabit qiymətlərdə hesablanmasında, eləcə  də  əhalinin 

gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsində istifadə olunur. 

Qiymət haqqında ilkin məlumat bütün indekslərin hesablanmasının bazasıdır. 

Fərdi indekslərin istinad göstəriciləri məhz onun əsasında formalaşır.  

İstehlak malları  və  əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 

indeksinin hesablanması üçün informasiya bazası mağazaların, bazarların, ticarət və 

xidmət sferası müəssisələrinin məlumatları hesab olunur, yəni, qiymət və tariflərin 

qeydiyyatı malların satıldığı və xidmətlərin göstərildiyi yerdə aparılır. Hər bir ticarət 

məntəqəsində  və bütün çoxçeşidli malların və xidmətlərin qiymətlərinin 

qeydiyyatının aparılması  nə mümkün, nə  də  məqsədəuyğun deyildir. Bunun üçün 

müvafiq ticarət məntəqələri, mallar və xidmətlər seçilməlidir. Bu cür seçmə 

toplanılan və hazırlanan statistik materialların azaldılmasına, yaşayış məntəqəsi üzrə 

qiymətlərin dəyişməsinin qanunauyğunluqlarının aşkar edilməsinə və bunların bütün 

mal və xidmətlərin qiymətlərinə şamil edilməsinə imlan verir.  

Müayinə sferasına mülkiyyətin bütün növlərindən olan (dövlət, icarə, 

kommersiya, şəxsi ticarət məntəqələri və s., şəhər bazarları və yarmarkaları) ticarət 

və xidmət müəssisələrində realizə olunan mallar və göstərilən xidmətlər daxil edilir. 

Ticarət (xidmət) məntəqələrinin, eləcə  də malların çoxçeşidliliyi müşahidə 

olunacaq təmsilediсi ticarət (xidmət) məntəqələrinin və malların seçilməsini tələb 

edir. 

Qiymətlərin səviyyəsi və onların dinamikası haqqında obyektiv məlumat əldə 



etmək üçün ticarət (xidmət) məntəqələrinin seçilməsi elə  şəkildə aparılır ki, bunun 

nəticəsində ticarət və xidmət sferasının yerli xüsusiyyətləri mümkün dərəcədə 

dolğun  əks olunsun. Yəni  şəhərin müxtəlif rayonlarında həcminə (böyük, orta, 

xırda), eləcə  də mülkiyyət formasına və tiplərinə görə  fərqlənən ticarət 

məntəqələrinin seçilməsi vacibdir.  

Hər bir mal (xidmət) üçün şəhərin mərkəzində  və  ətraf rayonlarda yerləşən 

müxtəlif ticarət məntəqələrində 5 qiymət qeydə alınır. Bu zaman bir ticarət (xidmət) 

məntəqəsində hər bir mal (xidmət) üçün yalnız bir qeydiyyat aparılır. Xidmət sferası 

üzrə baza müəssisələrinin seçilməsi zamanı  əhaliyə daha çox çeşiddə xidmət 

göstərən müəssisələrə (məişət evləri, kompleks qəbul məntəqələri), eləcə də əhalinin 

daha çox istifadə etdiyi, bütün il ərzində  fəaliyyət göstərən müəssisələrə üstünlük 

verilir. 

 Ticarət növlərindən asılı olmayaraq qiymətlərin qeydiyyatı  və qiymət 

indekslərinin hesablanması hər ay aparılır.     



Sənaye məhsullarının istehsalçı qiymət indeksi (SQİ) – hər il yenilən baza 

sənaye müəssisələri və təşkilatlarının təmsilçi mallarının qiymət qeydiyyatı əsasında 



Statistical yearbook of Azerbaijan 

780


hesablanılır. Qeydiyyata cari ayda istehsal olunan və yüklənən məhsulların faktiki 

qiymətləri götürülür. 

Sənaye məhsullarının istehsalçı qiymət indeksi həm məhsullar, həm də 

iqtisadi fəaliyyət növlərinə görə qiymət indekslərinin hesablanmasına imkan verən 

beynəlxalq metodologiyaya uyğun işlənmişdir. Qiymət yığımı üçün seçilmiş 

əmtəələr genişləndirilmiş  və onrəqəmli sənaye məhsullarının statistik təsnifatı 

sistemi üzrə, müəssisələr isə genişləndirilmiş beşrəqəmli iqtisadi fəaliyyət növləri 

təsnifatı (İFNT) sistemi əsasında iqtisadi fəaliyyətinə görə kodlaşdırılmışdır. 

İqtisadi fəaliyyətə  əsaslanan SQİ istehsalçı qiymətlərinin dəyişikliklərini 

qlobal qiymətləndirdiyi üçün əsas sayılır və  əmtəələr üzrə  sıra indekslər konkret 

əmtəələr və yaxud əmtəə qruplarının qiymət dəyişiklikləri göstəriciləri kimi istifadə 

olunur. Hər ay iqtisadi fəaliyyət növləri təsnifatının C, D, E (hasiledici, emaledici, 

energetika) seksiyaları və alt seksiyaları üzrə 17 indeks və onların dinamik sıraları 

hesablanılır və  hər ay respublikanın sənaye müəssisələri tərəfindən istehsal olunan 

məhsulların orta çəkili qiymətlərindən ibarət kompyuter baza məlumatı 

formalaşdırılır. 

SQİ-nin hesablanması metodologiyası sahəsində, həmçinin ilkin məlumatların 

kodlaşdırılması sistemində beynəlxalq standartların tətbiqi Dövlət Statistika 

Komitəsinə beynəlxalq səviyyədə müqayisə oluna bilən lazımi göstəricilərin 

alınmasına imkan vermişdir. 



Kənd təsərrüfatı  məhsullarının istehsalçı qiymətlər indeksi (KTQİ) – 

kənd təsərrüfatı müəssisələri, fermer təsərrüfatları  və ev təsərrüfatları  tərəfindən 

müxtəlif kanallar üzrə realizə edilən kənd təsərrüfatı  məhsullarının qiymətlərinin 

səviyyəsi və dinamikasını xarakterizə edir. Kənd təsərrüfatı məhsullarının qiymətləri 

üzərində müşahidə kənd təsərrüfatı müəssisələrinin, kəndli (fermer) təsərrüfatlarının 

və ev təsərrüfatlarının seçmə şəbəkəsi üzrə həyata keçirilir.  

Alınmış  məlumatlar  kənd təsərrüfatı  məhsullarının realizə  şərtlərinin 

dəyişməsinin təhlilində  və  kənd təsərrüfatı  məhsulları istehsalçılarının gəlirlərinin 

dəyişməsində qiymətin rolunun aydınlaşmasında istifadə edilir 

Yükdaşıma tariflərinin indeksləri ayrı-ayrı nəqliyyat növlərinin yükdaşıma 

tariflərinin dəyişmə templərinin qiymətləndirilməsi və  həmçinin, ümumi daxili 

məhsulun (ÜDM) artma (azalma) tempinin hesablanması, istifadə olunan deflyator 

indekslərinin və digər makroiqtisadi göstəricilərin müəyyən edilməsi üçün nəzərdə 

tutulmuşdur. Onlar nəqliyyat müəssisələrinin müxtəlif nəqliyyat növləri vasitəsilə 

yükdaşımalardan  əldə etdikləri gəlirlərdəki qiymət (tarif) amilinin xarakterizə 

edilməsi üçün istifadə edilir. Yükdaşıma tarifləri indeksləri makro səviyyədə 

proqnozların verilməsi və müxtəlif iqtisadi hesablamaların aparılması zamanı tətbiq 

edilir. Yükdaşıma tarifləri indeksləri müxtəlif  əlamətlərə - yükün növünə, 

göndərmənin ölçüsünə, çatdırma vaxtına, daşınma məsafəsinə, daşınma  ərazisinə, 

hərəkət edən tərkibin növünə, yükqaldırma səviyyəsinə və s. görə daşınan yüklərin 


Azərbaycanın statistik göstəriciləri 

781


strukturundakı dəyişmələri nəzərə almadan hesabat dövrü üzrə onların dəyişmələrini 

müəyyən etməyə imkan verir.  

 Bütün nəqliyyat növlərinin yükdaşıma tariflərinin məcmu indeksi dəmir 

yolu, boru kəməri, dəniz, avtomobil və hava nəqliyyatı növlərinin yükdaşıma 

tariflərinin indeksləri əsasında müəyyən edilir.  

Hər bir nəqliyyat növü üzrə yükdaşıma tariflərinin qeydiyyatı  təmsilçi 

xidmətlər üzrə əlaqə növləri arasında  aparılır. 

Təmsilçi xidmət adı altında konkret nəqliyyat növü (avtomobil və xarici dəniz 

nəqliyyatından başqa) tərəfindən qeyd olunmuş məsafədə müəyyən əlaqə ilə bir ton 

daha çox daşınan yükün daşınması başa düşülür. Avtomobil nəqliyyatında təmsilçi 

xidmət dedikdə, qeyd olunmuş məsafədə müəyyən tip avtomobil tərəfindən daha çox 

daşınan yükün 1 tonunun daşınması  və yaxud nəqliyyat müəssisəsində yük 

avtonəqliyyatının işinin ödəniş formasından asılı olaraq yük avtomobilinin geniş 

yayılmış markasının 1 saatlıq işi nəzərdə tutulur. Xarici dəniz nəqliyyatı üzrə isə 1 

ton yükün daşınmasına görə orta aylıq gəlir norması müşahidə olunur.  

1   ...   107   108   109   110   111   112   113   114   115


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə