Rəsmi nəşr Official publication



Yüklə 12.58 Mb.
PDF просмотр
səhifə114/115
tarix07.12.2016
ölçüsü12.58 Mb.
1   ...   107   108   109   110   111   112   113   114   115

“Kənd təsərrüfatı müəssisələri” göstəricisi üzrə hüquqi əsasda yaradılmış 

təsərrüfat formaları, (kənd təsərrüfatı istehsalı kooperativləri, kollektiv birgə 

müəssisələr, kiçik və icarə müəssisələri və s.), sənaye, nəqliyyat və sair müəssisə və 

təşkilatların nəzdində yaradılmış yardımçı kənd təsərrüfatları, habelə elmi-tədqiqat, 

tədris-təcrübə müəssisələri və təşkilatları daxil edilmişdir. 

“Əhali təsərrüfatı”na fərdi (şəxsi) yardımçı təsərrüfatlar, kollektiv bağçılıq-

bostançılıq və s. təsərrüfatlar daxildir. Kənd  əhalisinin fərdi (şəxsi) həyətyanı 

təsərrüfatı ilə yanaşı torpaq islahatı nəticəsində aldığı pay torpaqları da vardır, ailəyə 

daimi və yaxud müvəqqəti istifadə üçün verilmiş torpaq sahəsində bitkiçilik və 

heyvandarlıq məhsulları istehsal edilir. 

“Kəndli (fermer) təsərrüfatı” - sərbəst fəaliyyət göstərən hüquqi təsərrüfat 

formasıdır. Fermer mülkiyyəti və icarəsində olan torpaq və mülkdə kənd təsərrüfatı 

məhsullarının istehsalı, emalı və satışı ilə məşğul olur. 

Kənd təsərrüfatının ümumi məhsulu faktiki qiymətlərlə bitkiçilik və 

heyvandarlıq məhsullarının dəyərini özündə əks etdirir. 


Azərbaycanın statistik göstəriciləri 

789


Bitkiçilik məhsullarına hesabat ilində  yığılmış xam məhsulların: taxıl, 

texniki bitkilərin məhsulları (yağlı bitkilər toxumu, şəkər çuğunduru, pambıq, tütün 

və s.), kartof, tərəvəz və  ərzaq üçün bostan məhsulları, meyvə  və giləmeyvə, yem 

bitkiləri (yemlik kökümeyvəlilər, birillik və çoxillik otlar, yığılmış quru ot, yaşıl 

kütlə  və s.), dərman bitkiləri (biyan və s.), efir yağlı bitkilər, gül, kənd təsərrüfatı 

bitkiləri və çoxillilk əkmələr toxumu və əkin materiallarının dəyəri, çoxillik əkmələr 

salınması  və barvermə dövrünə  qədərki becərmə  xərcləri, ilin əvvəlindən axırına 

kimi bitkiçilikdə bitməmiş istehsal xərcləri daxil edilir. 



Heyvandarlıq məhsullarına  kənd təsərrüfatı heyvanları  və quşlarının 

saxlanması və təsərrüfatdaxili istifadəsi zamanı alınmış xam məhsulların (süd, yun, 

yumurta və s.) dəyəri, satılmış mal-qara və quşların dəyəri, cavan və kökəlmədə olan 

heyvanların il ərzində yetişdirilməsi ilə  əlaqədar çəki artımının dəyişməsi dəyəri, 

habelə baramaçılıq, arıçılıq, atçılıq və s. heyvanların məhsullarının dəyəri daxildir. 

Kənd təsərrüfatı  məhsullarının fiziki həcm indeksinin hesablanması üçün 

müqayisəli qiymətlər üzrə onların ümumi həcm göstəricilərindən istifadə edilmişdir.  

Kənd təsərrüfatına  yararlı torpaq sahəsinə  kənd təsərrüfatı  məhsulları 

istehsalı məqsədilə sistematik istifadə olunan torpaqlar daxil edilmişdir. 

Kənd təsərrüfatı müəssisələrində  kənd təsərrüfatı  məhsullarının ümumi 



yığımı  həm  əsas, təkrar və  cərgələrarası  əkinlərdən məhsul yığımına dair statistik 

hesabatların məlumatlarına  əsasən müəyyən edilmişdir; kəndli (fermer) və  əhali 

təsərrüfatları üzrə isə  məlumatlar bu təsərrüfatlardakı  əkin sahələri və  məhsul 

yığımına dair uçot və seçmə müayinə məlumatlarına əsasən hesablanmışdır. 



Mal-qaranın baş sayı statistik uçot və hesabat məlumatlarına  əsasən 

müəyyən edilmişdir. 



Hevandarlıq məhsullarının istehsalı barədə  məlumatlar kənd təsərrüfatı 

müəssisələri üzrə statistik hesabatlara, əhali və fermer təsərrüfatları üzrə isə aparılan 

seçma müayinə məlumatlarına əsasən müəyyən edilmişdir. 

Ət istehsalına bütün növ mal-qara və quşların  əti, piyi və içalatı daxil 

edilmişdir. Məlumatlara həm sənaye üsulu ilə  və  həm də  təsərrüfatdaxili kəsilmiş 

mal-qara və quşlar daxil edilmişdir. 

Süd istehsalı inək, camış, qoyun və keçilərdən faktiki süd sağımını 

xarakterizə edir; bura satılmış  və  təsərrüfatlarda istifadə edilmiş, balaların 

içirdirilməsinə və sair məqsədlərə sərf olunmuş südün hamısı daxildir. 

Yun istehsalı  satılması  və  təsərrüfatda başqa məqsədlər üçün istifadə 

edilməsindən asılı olmayaraq, qoyun və keçilərdən qırxılmış bütün yunları, keçi 

qəzilini, habelə  dəvə yununu əhatə edir. Gön emalı  sənayesində  dəridən qırxılmış 

yun bu göstəriciyə daxil edilməmişdir. Bütün yunlar fiziki çəkidə, qırxımdan sonra, 

yuyulmamış halda uçota alınmışdır. 

Yumurta istehsalı, cücə istehsalına (inkubasiyaya və s.) istifadə edilənlər də 

daxil olmaqla, bütün növ ev quşlarından alınmış yumurtanı əks etdirir. 



Statistical yearbook of Azerbaijan 

790


Kənd təsərrüfatı müəssisələrində ilin əvvəlinə mövcud olan hər baş ana 

maldan (inək və camışdan) orta sud sağımı hesablanarkən kökəlmədə  və  ətlik 

istiqamətli sürüdə olan ana malın baş sayı  və onlardan sağılmış süd nəzərə 

alınmamışdır. 



Satılmış  məhsulların qiymətinə  kənd təsərrüfatı müəssisələri tərəfindən 

bütün kanallar üzrə  tədarük və istehlak kooperasiyası  təşkilatlarına satılmış, 

həmçinin bazar və xüsusi mağazalarda, ictimai iaşə müəssisələrində satılmış və mal 

mübadiləsi qaydasında dəyişdirilmiş və s. kanallarla satılmış məhsulları əks  etdirir.  



Rentabellik (zərərlilik) səviyyəsi gəlirin (ziyanın) satılmış məhsulların, iş və 

xidmətlərin maya dəyərinə nisbəti ilə xarakterizə edilir. 

Kənd təsərrüfatında  enerji güclərinin  cəminə istehsal prosesinə xidmət 

göstərən bütün enerji mənbələrinin: mexaniki və elektrik mühərriklərinin, canlı 

dartıcı qüvvələrin gücləri daxil edilmişdir.  

 

 



AGRICULTURE, FISHERY AND FORESTRY 

 

Agricultural enterprises: this indicator comprises units founded on a legal 

basis (agricultural manufacturing cooperatives, collective joint ventures, small and 

lease enterprises), but also subsidiary agricultural enterprises attached to industry

transport and other enterprises and organizations, and also research and 

educational organizations. 

Population agricultural households: include private (individual) farms, 

collective market gardens and other farms.  

Agricultural (peasant) farm: an independently acting legal economic unit. 

Farmers are engaged in agricultural production, their processing and sale. 

Total manufacture of agriculture reflects the value of stock-breeding and 

plant-growing in actual prices. 

Plant-growing products include the harvest of raw products in the reporting 

period: cereal products, industrial crops (seeds of oily plants, sugar beet, cotton, 

tobacco and ect.) potatoes, vegetable and market-garden products, fruits and 

berries, fodders (fodder root crops, annual and perennial grasses, harvested dry 

grass, green mass, etc.), medical plants, volatile oil plans, flowers, agricultural 

plants and perennial plantings seeds and the value of planting material, 

expenditures for planting and harvest expenses by the harvest period. 

Livestock - breeding products include the value of breeding on livestock and 

poultry, the value of the intra-household use (milk, fur, eggs and so on.), value of 

raw products generated and sold livestock and poultry, value on changing of 

increase in weight on breeding of cattle during the year as well as value of cattle 

products on silkworm breeding, bee-keeping, horse-breeding and so on.  

Azərbaycanın statistik göstəriciləri 

791


The total harvest of agricultural products in agricultural enterprises is 

defined on the basis of statistical data on harvests from main, repeated, and 

interrow plantings, but information on peasant farms and plot of lands attached to 

households of population is calculated on the basis of data of records of sown area 

and harvest and sample surveys. 

Total number of livestock is determined on the basis of statistical registration 

and reported information. 

According to legislation the wage fund in agriculture covers all types of 

incomes, in money or in kind, including monies paid to workers for worked and 

unworked hours. 

Manufacture of meat comprises meat of all kinds of livestock and poultry, 

including their fat and offal. This information also comprises both meat of livestock 

and poultry slaughtered by industrial method and slaughtered in-household. 

Production of milk comprises the actual milk yield from sheep, buffalo, cows, 

and goats; this includes milk sold and used by households and given to animals. 

Wool production comprises all wool shearing from sheep, goats, and camels. 

Deeply sheared wool in the leather manufacturing industry is not included here. All 

wool is registered in physical weight after shearing and before washing. 

The production of eggs includes eggs received from all kinds of household 

poultry including egg used for chicken raising (incubation etc.). 

In the calculation of the average milk yield from available livestock (cows and 

buffaloes), the milk yield and number of heads being used for fattening and meat 

production is not included. 

The volume of products sold reflects the sales by agricultural enterprises to 

cooperative organizations, but also to markets, special shops, and public catering 

facilities. 

The level of profitability (loss) is defined as the ratio of profit (loss) to the 

production cost of products and services. 

The total of energy capacities in agriculture includes all energy sources 

serving the production process: mechanical and electric engines, and the power of 

animal traction capacity.  

 

Statistical yearbook of Azerbaijan 

792


TİKİNTİ 

 

Əsas kapitala vəsaitlər - əsas fondların yaradılmasına, təkrar istehsalına və 

alınmasına (yeni tikintiyə, obyektlərin genişləndirilməsinə, yenidən qurulmasına və 

texniki vasitələrin yenidən təchiz edilməsinə, binaların, qurğuların, maşınların, 

avadanlıqların, alət və inventarların alınmasına, əsas sürünün yaradılmasına, çoxillik 

əkmələrə və s.) yönəldilmiş xərclərin məcmuudur.  

Vəsaitlərin maliyyə  mənbələri – vəsaitlərin maliyyə  mənbələrinə müəssisə 

və təşkilatların öz vəsaitləri, bank kreditləri, başqa təşkilatların borc vəsaitləri, büdcə 

vəsaitləri, büdcədənkənar fondların vəsaitləri, vətəndaşların xüsusi vəsaiti və sair 

vəsaitlər aid edilir. 



Vəsaitin texnoloji strukturu – vəsaitin texnoloji strukturuna bütün növ 

tikinti-quraşdırma işlərinin həcmi, tikintinin smeta dəyərinə daxil edilən və daxil 

edilməyən maşın və avadanlıqların, alət və inventarların alınmasına çəkilən xərclər 

və sair vəsait xərcləri aid edilir. 



Əsas fondlar - əsas fondların tərkibinə tikintisi başa çatdırılan və hesabat 

dövründə istifadəyə verilən bina və qurğuların, bütün növ nəqliyyat və rabitə 

vasitələrinin, kənd təsərrüfatı, ticarət, ictimai iaşə müəssisələrinin, mənzil-

kommunal, təhsil, mədəniyyət, səhiyyə  və eləcə  də iqtisadiyyatın bütün digər 

sahələri üzrə  vəsaitlərin, tikintinin smetasına daxil edilən və edilməyən, 

quraşdırılması  tələb olunan və olunmayan, istifadəyə verilmiş avadanlıqların, 

maşınların və bütün növ nəqliyyat vasitələrinin dəyəri və habelə  əsas fondların 

tərkibinə daxil edilən digər növ xərclər daxildir. 



İstehsal gücləri – hesabat dövründə istifadəyə verilmiş istehsal gücləri 

yaşayış  və sosial-mədəni obyektlər haqqındakı  məlumatlar sifarişçi və podratçı 

təşkilatların müvafiq hesabatlarında dövlət komissiyasının təsdiq etdiyi qəbul 

aktlarına əsasən göstərilir. 



İstehsal təyinatlı obyektlərə yönəldilmiş  vəsaitlər - istehsal təyinatlı 

obyektlər o obyektlərə aiddir ki, onların tikintisi başa çatdıqdan sonra maddi istehsal 

sahəsində  fəaliyyət göstərəcəklər. Belə obyektlər sənayedə, kənd təsərrüfatında, 

nəqliyyatda, rabitədə, tikintidə, ticarət və xidmətdə, meşə  və su təsərrüfatında 

mövcuddur.  

Əsas kapitala yönəldilmiş xarici investisiya - xarici investorlar tərəfindən 

hesabat dövründə aparılan tikinti (yenidənqurma, genişləndirmə, texniki təminatı 

təkmilləşdirmə) işləri üzrə maliyyə (valyuta xərcləri) və yaxud material (avadanlıq, 

texnologiya) xərcləri daxil edilir. 



Podrat müqavilələri ilə yerinə yetirilən işlər (yerinə yetirilmiş podrat 

işlərinin həcmi) – bu işlərə dövlət kontraktları  və tikinti podrat müqavilələri üzrə 

sifarişçilərlə bağlanmış müqavilələrə görə öz güclərilə yerinə yetirilmiş işlərin həcmi 



Azərbaycanın statistik göstəriciləri 

793


daxildir. Bu işlərin dəyərinə tikinti-quraşdırma işlərinin (yeni tikinti, yenidənqurma, 

genişləndirmə və texniki təchizat və s.), əsaslı və sair təmir işlərinin dəyəri daxildir. 

    

 

CONSTRUCTION 

 

Investments: the sum of expenditures for the creation of fixed assets,  

reproduction and purchase (new construction, renovation of objects, reconstruction 

and re-provision of technical means, purchase of buildings, structures, machines, 

equipment, tools and inventories, formation of main herd planting, of perennials and 

ets). 

Financial sources of investments include own assets of the enterprise and 

organization, credits of banks, debts of other organizations,  budget means, out of 

budget funds means, private means of persons etc. 

Technological structure of investments: comprises the volume of all 

construction-installation work, expenditures for purchase of machinery and 

equipment included and not included in construction estimate and other investment 

expenditures.  

Fixed assets: the value of buildings and installations completed and put into 

use during the reporting period, all kinds of transport means, means of 

communication, dwellings, etc. 

Investments for industrial purposes: include those objects that will play a 

role in the sphere of manufacturing. 

Foreign investments:  include financial (current expenditures) or material 

(equipment, technology) expenditures on construction activities (reconstruction, 

expansion, improvement of technical supply) carried out by foreign investors during 

the reporting period. 

Work implemented by contractors: comprises the volume of work carried out 

on the basis of contracts concluded with customers. The value of this work includes 

cost of construction-installation (new construction, reconstruction, expansion, 

technical supply) and basic and current repair activities. 

 

 


Statistical yearbook of Azerbaijan 

794


NƏQLİYYAT  

 

Nəqliyyat sektorunda yük daşınması - mülkiyyət və  təşkilati-hüquqi 

formasından asılı olmayaraq əsas fəaliyyəti nəqliyyat işi olan hüquqi şəxslər-

müəssisələr və hüquqi şəxs yaratmadan avtomobil nəqliyyatı sahəsində  fəaliyyət 

göstərən fiziki şəxslər tərəfindən kommersiya məqsədilə daşınmış yüklərin həcmidir. 



Qeyri-nəqliyyat sektorunda yük daşınması – nəqliyyat sektoru istisna 

olmaqla iqtisadiyyatın digər sahələrində (sənaye, kənd təsərrüfatı  və s.) fəaliyyət 

göstərən müəssisələrin nəqliyyat vasitələri ilə qazanc əldə etmədən öz daxili 

ehtiyacları üçün daşıdıqları yüklərin həcmidir. Kənd təsərrüfatında, ev 

təsərrüfatlarının avtomobil nəqliyyatı vasitələri ilə daşınmaları barədə  məlumatlar 

qeyri-nəqliyyat sektoru üzrə  məlumatlara daxil olunmamışdır. Növbəti illərdə bu 

sahədə tədqiqat aparılmaqla əldə olunmuş məlumatlar məcmuədə əksini tapacaq və 

eyni zamanda əvvəlki illərin məlumatları da təshih olunacaqdır. 



Nəqliyyat sektorunda yük dövriyyəsi göstəricisi - nəqliyyat müəssisələri və 

hüquqi  şəxs yaratmadan avtomobil nəqliyyatı sahəsində  fəaliyyət göstərən fiziki 

şəxslərin-fərdi sahibkarların nəqliyyat vasitələrinin daşıdığı yükün həcmini daşınmış 

məsafə ilə  əlaqədə ton-kilometrlərlə ifadə edir. Bu göstərici hər bir reys üzrə 

daşınmış yükün tonla miqdarının daşınma məsafəsinə-kilometrlərə vurulması 

hasillərinin cəmi kimi hesablanr. 



Qeyri – nəqliyyat sektorunda yük dövriyyəsi - qeyrri-nəqliyyat 

müəssisələrinin nəqliyyat vasitələri tərəfindən daşınmış yüklərin tonla miqdarının 

daşınma məsafəsinə vurulması yolu ilə müəyyən edir. 

Nəqliyyat sektorunda sərnişin daşınması göstəricisi - ölkə  ərazisində  və 

beynəlxalq marşurutlarda bütün növlərdən olan qatarlar, gəmilər,avtobus, taksi, 

təyyarə  və vertolyotlar, habelə tramvay, metro və troleybuslar vasitəsi ilə 

kommersiya əsasında daşınmış sərnişinlərin sayını əhatə edir. 

Sərnişin daşınmasının həcminə, gediş haqqını almaq üçün tətbiq edilən tarif 

dərəcəsindən asılı olmayaraq, ölkə daxilində  və beynəlxalq xətlərdə daşınmış 

sərnişinlərin hamısı (pulsuz getmək hüququ olan sərnişinləri də daxil etmək şərti ilə) 

daxildir. 



Nəqliyyat sektorunda sərnişin dövriyyəsi – sərnişindaşıma nəqliyyatının 

işinin həcmini məsafə ilə xarakterizə edir və  sərnişin-kilometrlə ölçülür. Sərnişin 

dövriyyəsi daşınmış sərnişinlərin sayını onların daşınma məsafəsinə vurmaq yolu ilə 

hesablanır. 



Yol xətlərinin  uzunluğu - Yol xətti dedikdə dəmir yolu, avtomobil, dəniz və 

sair yollar, habelə elektrik nəqliyyatı üçün xüsusi uyğunlaşdırılmış və təchiz edilmiş, 

üzərində müvafiq nəqliyyat vasitəsinin hərəkət etməsi üçün istifadə edilən yollar 

nəzərdə tutulur. Yol xəttinin uzunluğu nəqliyyat müəssisəsinin yol üçün texniki 



Azərbaycanın statistik göstəriciləri 

795


pasportlarının məlumatlarına  əsasən müəyyən edilir. Nəqliyyat müəssisələrinin 

balansında olan əlaqə yolları nəqliyyat sektorunun (ümumi istifadədə olan) yollarına 

aiddir. Qeyri-nəqliyyat müəssisələrinə  məxsus dəmir və avtomobil yolları qeyri-

nəqliyyat sektorunun (ümumi istifadədə olmayan) yollarına aid edilir. Ümumi 

istifadədə olan avtomobil yollarının uzunluğuna  şəhərlərin küçələri və  sənaye, 

tikinti, kənd təsərrüfatı  və sair təşkilatlara məxsus olan yollardan başqa, ölkənin 

bütün yol şəbəkəsi daxil edilir. Təhkim edilmiş və fərdi yollara texnoloji, xüsusi və 

fərdi ehtiyaclar üçün müəssisə, birlik və  təşkilatların, kənd (fermer) təsərrüfatının, 

işgüzar adamların, birliklərin və sair təşkilatların istifadəsinə verilmiş yollar aiddir. 

Avtomobil yolları örtük şəraitinə görə  bərk örtüklü və torpaq yollarına bölünür və 

əhəmiyyətinə görə dövlət əhəmiyyətli və yerli əhəmiyyətli yollar hesab olunur. 

 

 

TRANSPORT 

 

Goods transportation in transport sector - is the volume of goods transported 

for commercial purpose by enterprises regardless their type of ownership and 

organization-legal form having transport as a main kind of activity, and natural 

persons having activity in road transport. 

Goods transportation in non-transport sector - is the volume of loads 

conveyed for own needs without having profit from transportation by enterprises 

rather than transport sector, having activity in other areas (industry, agriculture, 

etc.) of economy. Transportation by road transport means of national economy in 

agriculture are not included to non-transport sector information. After obtain 

information from examination in this area and corresponding information of 

previous years would correct in collection in next year. 

Freight turnover in transport sector - is calculated with ton-km according 

factor to conveyance of the load (ton) by every trip made by transport means of 

transport enterprises and natural person-individual owner before creating legal 

person having activity in transport sector. This factor is calculated as the sum of 

result of multiplication of load quantity (ton) to freight distance (km) by every trip.  

Freight turnover in non-transport sector - is defined by multiplication of 

load quantity (ton) to freight distance made by transport means of non-transport 

enterprises.  

Passenger transportation - in transport sector consists of the number of 

passengers transported on commercial base by all types of inland and international 

route means, by railway carriages and trains, ship, bus, taxi, plane and helicopters, 

also trains, metro and trolleybuses. 


Statistical yearbook of Azerbaijan 

796


All passengers (including those who have license for free going) transported 

by inland and international lines are included to the quantity of passenger 

transportation regardless the level of tariff applied for trip payments. 

Length of ways- Ways are the railways, motor, sea and other ways, also the 

ways specially prepared for electric transport where corresponding transport means 

work. The length of roadways is defined according to technical passport 

informations of transport enterprises used for ways.  Communication ways on the 

balance of transport enterprises belongs to ways (on the general use) of transport 

sector. Railway, motorway and other ways belonging to non transport enterprises 

belong to the ways  (not on general use) of non transport sector. All the road net of 

the country except city streets and roads belonging to industry, construction, 

agriculture and other organizations is included to the length of motorways on 

general use and  individual roods are the roads given to enterprises, organizations, 

unions, official people of agricultural and other organizations for use for 

technological, special and individual needs. There are firm covered and sand roads 

according to cover conditions, state important and indigenous important roads 

according to the importance of the road. 
1   ...   107   108   109   110   111   112   113   114   115


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə