RƏsul rza seçİLMİŞ



Yüklə 9.66 Kb.

səhifə10/13
tarix03.07.2017
ölçüsü9.66 Kb.
1   ...   5   6   7   8   9   10   11   12   13

BEYİN FOSFOR İSTƏYİR
Beyin fosfor istəyir,
şəkər istəyir ürək.
Həkim deyir:
- Şəkəri az yeyəsən, gərək.
Beş-on il dözər can
ciddi pəhriz saxlasan.
Diabetsən.
Özünlə insulin götür,

__________________Milli Kitabxana_________________
hara getsən.
Bu yandan da minyera,
özü də angianoz...
Nə qəşəng adı var andırın!
Ancaq inanmayın bu gözəlliyə
Rast gəlsə, yan durun!
Həkim pıçıldayır: -
Vəziyyət ciddidir,
başa salın, qandınn!
Düşünürəm:
Deyək əlac tapıldı
daibetlə minyeraya.
Bəs qan təzyiqini
hara qoyaq, hara?
Heç də adı ondan pis deyil:
Gi-per-to-ni-ya!
Eh, kimdir onları bir-bir sanıya!
Biri belə adlanır,
biri elə,
hamısı ömrümüzü sökür-aparır
parça-parça, gilə-gilə...
Minyeran var,
ət yeməlisən.
Gipertoniyan var,
ətə vida deməlisən.
İndi gəl ayırd elə,
başa düş, anla:
hansı pəhrizi
uyğunlaşdırmalısan
hansı dərmanla?
Düşündükcə adamın başı
qazana dönür.
Yazdıqca, adam
anbarda siyahı yazana dönür.

__________________Milli Kitabxana_________________
Ömür çox da qalsa, az da, -
yol gedə bilmirəm
asta-asta.
Könlüm bahar istəyir.
Bir an olsa da,
istəmirəm sükut,
dinclik!
Odsuz-alovsuz həyatın
hər dəqiqəsi
hər dərdə şəfa verən
dərman olsa da,
istəmirəm
arxa sıralarda qalam.
Canlı olam, -
ətalət çeşməsindən
dirilik suyu alam.
Titrəyə-titrəyə,
sısqa və cılız yaşamağa,
ömrün yükünü,
inci-gövhər dolu
bir xurcun kimi
çiynimdə daşımağa
meylim yoxdur!
Həkimim - nüsxəbəndim
Loğman olsa da,
mən ürəkdən gülmək,
könüldən sevinmək,
sevdiyim insanları
qucaqlayıb bərk-bərk
sonra, lazım gəlsə,
tufanda qanrılıb
kökündən qopmuş
gövdəli palıd kimi ölmək istəyirəm.

__________________Milli Kitabxana_________________
Mən qorxmuram, -
dəqiqələrin sahili
ölüm olsun, həyat olsun, -
ancaq
nə sözlərim sinsisin,
nə şerim boyat olsun.
Her misramda
dalğalı
alovlu
həyat olsun!
O ki qaldı
diabet-miyabet,
minyera, gipertoniya, -
illər keçib getsə də,
hər sözümdən
bahar məni tanıyar, -
Bir bahar ki,
lalələrdən çəmənləri
qanıyar...
İnsanlardan soruşun, -
min bir nəğmə içində
onlar məni tanıyar.
Buzovna, 1958
MƏN GEDƏSİ DEYİLƏM
Əvəzi
1
yola saldıq
Xəstəliyi: Diabet!
Bir gün Mikasız
2
qaldıq
Xəstəliyi: Diabet!
Su oymuş qaya kimi
uçulur dörd bir yanım.
Əvəz Sadıx
Mikayıl Rəfili

__________________Milli Kitabxana_________________
Bilirəm gec-tez gəlib
çatar mənə də növbət.
Hələlik, növbətə var,
bir il, bir gün, bir saat.
Yaratmaq istəyirəm.
Sənə eşq olsun, həyat!
1958
SULAR AXIR GÜMÜŞÜ
Qar yağır lopa-lopa.
Uşaqlar adamları,
Gülüb basır qartopa.
Navalçadan asılır
sırsıra lülə-lülə.
Xizəklər zolaq salır
yuxuya batmış gölə.
Bilirəm, sən də varsan
qürubun sansında,
fırtınalı bir ömrün
qırılmış yarısında.
Budaqlar yarpaqlayır,
çiçəklər rəng-rəng açır.
Durnalar ötüb gedir,
qəriblikdən qürbətə
ikisi bir, üçü bir.
Günəş mehribanlaşır,
bağçada gül üşümür.
Bilirəm, sən də varsan,
Kölgələrin izində,
göz yaşı dənizində.
Çaylar axır köpüklü,
sular qaynayır, daşır.
Günəş yandırıb-yaxır,
zəmilər qızıllaşır.
Dənizin ləpələri

__________________Milli Kitabxana_________________
oxşayıb sinəmizi.
Dalğaların nəğməsi
basır səsinə bizi.
Kölgələrdir qapqara,
Ağappaqdır işıqlar.
Gecə-gündüz bilməyir
gülüşlər, qışqırıqlar...
Bilirəm, sən də varsan,
Ağır, sükut içində,
gözə adi görünən
taya bulud içində.
Salxımlar sıra-sıra.
Üstü yüklü budaqlar
söykənib budaqlara.
Bağlar qızılı geyir,
sular axır gümüşü.
Qulağımda səslənir
gəncliyimin gülüşü.
Bilirəm, sən də varsan
Səslərin susumunda,
adicə bir meyvənin
çür-çürümüş tumunda.
Yaşamışam, görmüşəm
ömrün yaxşı-pisini;
günlərin qazancını,
illərin itkisini.
Nə bir kəsə borcluyam,
nə də alacağım var.
Nəyim vardı vermişəm
xalqıma, insanlara:
Yaxşı söz, qayğı, ülfət,
sevinc, kədər, intizar.
Az olmuşsa neyləyim;
olub-qalanım budur.
Vermişəm hər nəyim var:

__________________Milli Kitabxana_________________
ümid, arzu, etibar.
Bilirəm gələcəksən.
Gələcəksən tez, ya gec.
İxtiyar məndə olsa,
qoymazdım gələsən heç.
Ancaq ki, bir qaçılmaz
qanunu var həyatın.
Günlərin damlasından,
dolacaq ömür gölü.
Necə uzaqda olsa
Gələcək bir gün ölüm.
Gələcəksən, gəl!
Ancaq Bunu da bil!
Hər zaman
səni düşündükcə mən;
ölməməkçün vuruşub,
yaşayıb, yaratmışam.
Nigaran deyiləm, gəl!
Haçan, necə bacarsan.
Səhər, gündüz, ya axşam.
Sən varsan, mən bilirdim.
Doğrudur, illər boyu,
Doğrudur, hər dəqiqə
yaxınlaşdırıb məni sənə,
bir xəncər boyu.
Ancaq ki, mən də səni
azca gözlətməmişəm,
görüb-götürüm deyə,
şeri bitirim deyə.
Elimin bayramını
bir də keçirim deyə.
Dayan, oğul toyudur,
sağlıq içirəm deyə.
Dayan! Qırılır deyə
köləlik zəncirləri.
Yuban! Dinləyim deyə
nəğməli zənciləri!

__________________Milli Kitabxana_________________
Yubatmışam mən səni
insanlara, işığa
yerə məhəbbətimlə.
Acizliyə, sükuta
və sənə nifrətimlə.
Gözlətmişəm ya bir il,
ya bir gün, ya bircə an.
Bu mənim qələbəmdir,
bu mənim zəfərimdir.
Hər başlayan yeni gün
mənim iş səhərimdir.
Hələ çox gözləyəcək -
yubanacaqsan hələ.
Hələ çox işim qalıb -
çox davam var səninlə.
Bir gün gedəri olsam,
bəlkə azalacaqdır
bu dünyadan bir damla.
Ancaq dünya qalacaq;
dopdolu bir həyatla,
yepyeni nəğmələrlə,
yaşayıb yaratmağa
qadir saysız adamla.
1960
BİZİM DOKTOR
Doktor H. Veysova
"Təbabət, əksəriyyətlə təsəlli verir.
Bəzən xəstənin halını yüngülləşdirir,
nadir halda sağaldır".
Hippokrat
Nəbzimi yoxladı.
Qan təzyiqimi ölçdü.
Sinəmə qoydu qulağını:
"Nəfəs alma" dedi.

__________________Milli Kitabxana_________________
Al! - dedi.
-Alma! - dedi yenə.
Xeyli çəkdi müayinə.
Gözüm onun üzündəydi.
Görüm qaşları çatılacaqmı?
Görüm rəngləri dəyişəcəkmi?
Axı, neçə gündür,
bu öskürək məndən əl çəkmir.
Nə qaşını çatdı,
nə dəyişdi rəngi,
nə pozuldu səsinin ahəngi.
Nüsxələri yazdı.
Məsləhətlərini verdi.
Əlini uzatdı,
dedi: - Dərmanları atsan,
bir həftəyə sağalarsan,
atmasan, yeddi günə.
Hamı güldü,
doktorun zarafatla dediyinə.
-Xudahafiz!
Uşaqlar qapını açdı.
O getdi.
Qapı örtülməmiş
eşitdim onun zümzüməsini.
"Gözəllərin ürəyi
xəyanətə meyl edir".
Belə adəti var:
vidalaşıb gedəndə
pəsdən-pəsdən oxuyar.
Ancaq,
xatırladım neçə il əvvəl
halı xarab bir xəstənin yanından
oxumadı getdi.
Getdi sakit, pərişan.
Mən bilirəm bizim doktor
yeganə deyil;
var adlı-sanlı

__________________Milli Kitabxana_________________
ayrıları da.
Ancaq,
bizim doktorun
cana böyük şəfadır
zümzümələri də,
ariyaları da.
Şəfa verir
pəhrizi də,
davacatı da,
duzlu zarafatı da.
fevral, 1962
DOKTORLA ÜRƏK SÖHBƏTİ
Gələnim bir təbib,
bir də dərman verən,
iynə vuran bacıdır.
Yediyim duzsuz yemək,
bir də həb-həb acılar.
Gecələr gözləyirəm
nə zaman
pəncərəmdə səhər açılar.
Gündüzlər gözləyirəm
axşamı.
Məlumdur ki, xəstələr
yaşamır.
Xəstələr gecə-gündüz
ölümlə dava çəkir.
Bəzi səsli, haraylı,
bəzi səssiz, səmirsiz;
mən təki.
Yaşamaq - fəaliyyət,
yaşamaq - qaynar işdir.
Nə anlayar,
nə duyar bunu
o kəs ki,
bu yola düşməmişdir.

__________________Milli Kitabxana_________________
Günlər yüyürür, keçir,
vaxt bir il də qocalır.
Dünya belə qurulub.
Ağac,
daş,
torpaq özü,
söz də,
dil də qocalır.
Hətta ölülər belə;
yaşayıb gündən-günə,
qocalır ildən-ilə -
daş ya ağac ölüsü?
Fil ya turac ölüsü.
Ölü dillər də vardır.
Olü çaylar,
vulkanlar,
ölü göllər də vardır.
Ancaq,
qocalığın da
növü var,
möhləti var.
On min il də yaşayır
bəzi nadir ağaclar.
İnsanların möhləti
çox quşdan çox olsa da,
çox həşəratınkından
xeyli qısadır, qısa.
İndi gülüb, danışıb
vidalaşdığın insan
sabah gözləri bağlı
yola düşür dünyadan.
Yanırsan için-için
ancaq düşünmürsən ki,
bir gün də gələr səninçin.
Düşünmürsən ki, ölüm
dayanmışdır pusquda.
Ömür də keçib gedir,
iş günü, yuxu, mahnı

__________________Milli Kitabxana_________________
söhbət, hay-huy susqu da.
Sevdiyin bir qadının
sığallayır başını,
bəzən də unudursan
keçən ömür yolunu,
hər gün artan yaşmı.
Qara xəbər gələndə
yaxından, ya uzaqdan
düşünmürsən:
sənin də belə günün gələcək.
Deyirsən: "Əzizlərim,
yeni il sağlığına
badə qaldırın, içək!"
Bir füsunkar gözəlin
torpaq olmuş bədəni,
ya kuze, ya cam olur.
Görürsən,
düşünürsən.
Hələ ki, möhlət vardır,
qaldırın badələri
yeni il sağlığına,
a dostlar!
Xəyyam şerin diliylə
çox deyib bundan bizə.
Mənim deyildir
"torpaq, bədən,
cam, kuzə".
Mən təkrar sevməyirəm.
Deyiləni deməkdən
faydasız bir şey yoxdur.
Ancaq, əzizim doktor
iş ondadır ki, bütün
bunları bilə-bilə
necə yaşayırıq biz,
xeyirli, ya xeyirsiz?
1965

__________________Milli Kitabxana_________________
SƏHƏRİN QAPISINDA
Bir gün mənsiz olacaqsan.
Sənsiz olacağam deməyə
gəlmir dilim.
Kim bilir,
hardadır
ömür yolunun finişi.
Ömrümüzü uzadacaqmı
məhəbbət,
kədər,
nifrət,
sevinc;
ya qısaldacaqmı!
Yolumuz döngə-döngədir.
əzizim!
Bu döngələrin
kor dalanı da var.
Baharlı günlərin
ümid qaynağı;
şaxtalı günlərin
talanı da var.
Bir sükut, bir qaranlıq
kəsir qarşını.
Dur!
Qurtar!
Deyirsən, axı,
bitməmiş işlərim,
nə qədər ümidim,
arzum var.
Soyuq bir səs
yandırır beynini.
Möhlət bitdi!
Qurtar!
O sözləri deməyə,
bu sözləri eşitməyə belə
macal olmayacaq.
Bir gün mənsiz qalacaqsan.

__________________Milli Kitabxana_________________
Sənsiz qalacağam deməyə
gəlmir dilim.
Xəstə qəlbinə
ağır olacaq bu nisgilim.
Başını qaldır!
Gözlərinin yaşını sil!
Dünyaya bax!
Neçə ulduz sönüb, gedib
yaşı yüz-yüz işıq ili olsa da.
Dənizlər, çaylar quruyub,
dağlar çöküb,
nə qədər ağac qopub kökündən,
nə qədər çiçək solub
milyon illik
ya bir günlük doğulsa da.
Nə qəm, nə kədər!
Hamımız getməliyik;
Vaxt gəlsə haçaq.
Ancaq,
vaxtsız gəlməsin bu vaxt,
gəl yeni il süfrəmizi açaq!
Dolduraq piyalələri.
Qarşılayaq
yaşamadığımız gələcəkdən gələn
səhəri!
Dilimizdə ölümsüz nəqarət!
Var olsun həyat!
31 dekabr 1969
ALLAHA MƏKTUB
Mənim imkan qanadımı
qırıb kəsən,
qadir, adil,
ya hər nəsən!
Xəstəlikdən,
yorğunluqdan
bir sədd çəkdin

__________________Milli Kitabxana_________________
niyə yazmaq həvəsimə.
Yoxsa, qorxdun
bir gün gələr,
hamı bilər,
sənsən qadir, adil,
yoxsa
Nəsiminin nəvəsi -
mən.
21 fevral 1970
HƏYAT
Otağım tək.
Pəncərəm bağlı.
Nə səs var,
nə də bir vərəq tərpənir
masamın üstündə.
Düşünürəm nə zamandır.
Düşünürəm, gözləyir qələm.
Saatlar, dəqiqələr keçir.
Nə bir fikir var cümləyə girsin,
nə bir söz var qəlbimi dindirsin.
Ağ vərəqlərlə doludur masamın üstü.
Tavanda buludlanıb tüstü.
Bilmirəm azmı, ya çoxmu keçib.
Ayrılıram fikirdən.
Qələmi basdığım yerdən deşilib
kağız da, masamın üstü də.
Tavandan çəkilib bulud, tüstü də.
Açıram pəncərəmi tay-tay.
Otağımla bərabər!
Çıxıram şəhərin
gurultulu qoynuna.
Sinəmdə üfüqlər,
pəncərəmdə şəfəqlər.
Qəlbim arzularla dolu,
gözüm günəşlə,

__________________Milli Kitabxana_________________
sinəm bu günün sözüylə.
Yandırıram sükutu da,
sükunəti də;
qəlbimi alovlandıran
yaşamaq, yaratmaq közüylə.
1958
BAHAR HƏR İL GƏLƏCƏK
Göyə baxdım,
birəm-birəm qar gəlir.
Kərəm düşdü yadıma.
Əfsanələrin ən gözəllərindən:
iki məzar,
arada bir qaratikan kolu.
Ax, bu kollar, bu kollar!
Hər zaman
işimizə, gücümüzə əngəl olurlar.
Qar çox yağsın, az yağsın,
bir vaxt kəsəcək.
Günəş daha mehriban,
daha canayatan,
dağ-dərələr az duman,
çöl-bayır al-əlvan olacaq.
Küləklər daha mülayim əsəcək.
Hər il belə
qış gedib bahar gələcək.
Bu bahardan biri
mənsiz gələcək,
mənsiz gedəcək.
Ban çiçəkli, otlu olaydı yolu.
Dağında, düzündə
bitməyəydi qaratikan kolu.
Belə, dünya, belə!
Gülə-gülə!
1969

__________________Milli Kitabxana_________________
Xəstələr evindən reportaj
GÜNDÜZ HANSI, GECƏ HANSIDIR
Bir-birinə qarışıb
gecə-gündüz;
dumanlı havada
ağac kölgəsi kimi.
Pəncərələr
ağarır,
qaralır.
Yumşaq qaranlıq içindəyəm.
Sürətlidir damarlarımda
qan axarı.
Nəbzim -
yüzdən yuxarı.
Qırx onda beş hərarətim.
Onda altı!
Onda yeddi!
Anıra bilmirəm
gələn-gedən kimdi,
həkim nə dedi.
Elə bil ki, ikiyə bölünmüşəm
nə kağız var, nə qələm
yazam bu ikiliyi.
Açılan, sıxılan
qeyri-müəyyənliyi.
Bir düzümə salıb
dərk edə biləm
canıma hökm edən həkimlərin
köhnə, təzə,
kamil, naqis biliyini.
Hələ ki bilmirəm,

__________________Milli Kitabxana_________________
gecə hansıdır,
gündüz hansı;
istər gün çıxsın,
istər çıraq yansın.
Qəlbim vurur:
"Va...ram!.. Ma...ram!
Səni qur...ta...ra...ram!"
1973
BİR GECƏNİN TARİXİ
(İnsan insanlar üçün)
Haradasa,
uzaqdamı, yaxındamı
aylar, illər ötdü,
insan yorğun günləri,
yorğun gecələri
bir-birinə caladı.
Neçə şübhə,
neçə ümid qırığı
fikrini haçaladı.
Ayların, günlərin
həvəsli zəhmətini
bir təcrübə,
bir nəticə
heç elədi.
Bəzən bir qatmanı tez,
bəzən gec elədi.
Kolbalar doldu, boşaldı.
Maye köpükləndi, qurudu.
O, yüzü birə,
biri yüzə vururdu.
Zərrələr yığıldı, dağıldı,
həb oldu –
böyük, kiçik.
O çalışdı;

__________________Milli Kitabxana_________________
gözlərində yorğunluğun acısı
xəyalında ümid toranı,
qəlbində incik.
Otaq.
Pəncərələrdə qalın pərdələr.
Yataqda insan;
sinəsində iki parça mum.
Gözləri işığa qapalı.
Təbəssümsüz dodaqlarda
çəkdiklərinin acısı.
Nə rahatlıq,
nə ağrıların biranlıq
amanı.
Zərif, mehriban əllər
gətirdi dərmanı.
- Atın! - dedi,
bu əllərin yiyəsi.
Ağır-ağır açıldı
yorğun gözlərin qapağı.
Sanki uzaqdan,
sinəsinin dərinlərindən
bir səs gəldi:
- Yenəmi?
Yetər, deyilmi?
Neçin mənə acı həqiqət
deyilmir!
Şəfqətli səs təkrar etdi:
- Atın!
Atın!
Bu yeni həbdir.
Xəstə inlədi:
- Yeni, yenisi.
Daha, daha yeni.
Dadı başqa,
rəngi başqa,
təsiri eyni!

__________________Milli Kitabxana_________________
Dərindən bir ah çəkdi.
Ümidsiz atdı.
Bir gecədə
dəyişdi halı.
Geyişik kəsildi.
Ürək döyüntüsü azaldı.
Ağrılar
azdan az qaldı.
Hardasa,
yaxındamı, uzaqdamı,
süd işıqlı otağında
sınaq laboratoriyasında
üzərində qarışıq dava tozu
dolu, yarıdolu, boş kolbalı
miz üstünə
yorğun bir baş əyilmişdi.
Rəqəmlər, düsturlar,
nəticə yazılı kağızlar
sərilmişdi yan-yana -
İnsan
yeni-yeni əlac axtarır,
xilas yolu kəşf edirdi.
Görmədiyi,
bilmədiyi
insana.
1974
PAYIZLI DUYUMLAR
Pəncərəmdən görünən
bir dənizdir;
kvadrat içində,
birdə
göylərin uzunsovluğu.
Yanımda
nüsxələrin

__________________Milli Kitabxana_________________
hərarət cədvəlinin
sarı qovluğu;
Gözlərimdə
nə ağac kölgəsi,
nə çəmən yaşıllığı.
Beynimdə müxtəlif üzlər;
insan oğlunun
yamanlığı, yaxşılığı.
Qulaqlarımda rəngsiz gecələrin
döyənək alqışları
və gözlərimdə
qaya çopurları,
torpaq qırışları.
HARDAYAM?
Payızın nəfəsi
alıb məni içinə;
ürəyimə daman duyum kimi...
Hardasa sarımtıl,
solğun yaşıl var.
Qırmızı-narıncı yarpaqların
vida nəğməsi var:
pıçıl-pıçıl -
kövrək xışıltılar.
Yumulu gözlərimi qapayıram
xəyal içində.
Quş dimdiyi - nur yarpaqlarının
sarısını görürəm
və solğun yaşılını
həmişə cavan ağacların.
Qırmızı ləkəli xurma yarpaqları
titrəyir
yarıçılpaq budaqlarda.
Payız
həzin nəğmə kimi
süzülür

__________________Milli Kitabxana_________________
pəncərədən
susqun otağa.
Süzülür,
sərin nəfəsli
tez düşən axşam toranı,
rənglərin qarışıq quraması ilə.
QARŞI YÖNDƏ
Qarşıda qış var;
şaxtası,
qımqısa günləri,
upuzun gecələri,
nəğməli quş yoxluğu,
böyük, kiçik çillələri,
baharla savaş meydanı –
boz ay da,
gah qazandığı,
gah itirdiyi günlərilə,
Buzlu, sazaqlı düzlərilə,
ağır qar yüklü budaqları,
işıqsız gündüzlərilə.
İNDİ
Payız içindəyəm.
Otağım da,
gözlərimin görüm dünyası da
payıza bükülüdür.
Özüm də payıza bükülüyəm.
İlin son fəsli
təbiətin vidalı günləri
ağır gedir,
lal sular kimi,
nisgilli arzular kimi.

__________________Milli Kitabxana_________________
ANTİMƏĞLUBİYYƏT
Yaşayıram baharın sorağı,
ilıq, işıqlı günlərin
qaçılmaz gəlişinə
ümidlə, inamla.
Yaşayıram
həkimlərin
nigarançılıq qarışıq təbəssümü,
tanışların, bilişlərin,
bir tikə də inanmadığım,
şükür, şükürləriylə.
Başım üstündə
geri yönü olmayan
qəmli, kölgəli yolun
dumanlı zolağı.
Qısalmış nəfəsimdə,
dodağımdan qulağıma çatmayan
səsimdə
qollarımın girsizliyində
duyduğum təəssüfün acığına,
adi məntiqin tərsinə
Yaşayıram.
Yaşayıram.
Hələ insanlara gərək olduğumu
duya-duya.
Pənah qəlbin sədaqətinə,
şəfa gətirən yuxuya.
Yaşayacağam
payızın sarı gözəlliyi,
qışın şaxta şiddəti,
baharın qan qaynadan ilığı,
gözlərimə
həyat həvəsi gətirən
əlvan çiçəkli fırtınasının
həvəsi ilə.
Yaşayacağam
"ola bilər",

__________________Milli Kitabxana_________________
"bəlkələrlə" yox.
Qəlbimdə insanlara bəslədiyim
inam gerçəyilə.
Gecələrin qarasını silən
yeni-yeni səhərlərin
çıldır-çıldır
şəfəq çiçəyilə.
1973
YUXULAR GÖRÜRƏM...
Qəribə yuxular görürəm.
Beynimin ekranında canlanır
həyatda gördüklərim,
görmədiklərim;
rəngli, rəngsiz.
Arzular, ümidlər
yan-yana, əkiz,
...Cakartalı qocanın
kəsdilər sağ ayağını, -
sim ürəyə yeriməsin.
"Qocanın çox yaşı var", -
dedilər.
"Bir ayaqla bir neçə il
yaşayar", - dedilər.
Qoca rikşadır.
Yaşamaq üçün ona
iki ayaq gərəkdir.
Bir ayaqla qoca rikşa
neyləyəcəkdir?
Ayılıram,
"Kəsdilər!", - eşidirəm.
Qonşu palatada yatan
həkimdən danışırlar.
"Bir ayaqla da çalışar", -
deyirlər,
onu yoxlamağa gələn tanışlar.

__________________Milli Kitabxana_________________
NAZİMLƏ GÖRÜŞ
İki aləm arasındayam,
Biri gerçək;
sevincli, hicranlı,
xatirəli, unudumlu-nisyanlı.
Biri bilinməzlik,
oyanlı.
...Nazim gəldi
Dedi: "Mərhəba, şəkərim!
Necədir həyat?"
Dedim: "Mərhəba!
Üç aydır yataqdayam, ustad!
Gözləyirəm nə zaman gələcək.
Yorğun qəlbim, dincələcək".
Dedi: "Xoşbəxtsən, şəkərim,
gedəri olsan da.
Mənim arzumdu -
konserdən, vərəmdən ölmək.
Deyə bilmədiklərimi deyim,
ölüm qərarım yazılanda.
Əfv - ümumisiz
baş-başa qalanda
ümidsizliklə ikimiz.
Ölmək istədim yavaş-yavaş,
gilə-gilə.
Olmadı belə,
Ürəyimdir, dedilər,
ölümümə səbəbkar.
Bu sözlərdə, bəlkə,
az-çox həqiqət var.
Ancaq tam deyil bu həqiqət.
Getdim, ürəyimdə
ümidimin ölüsü,
ciyəri tütün tozlu
izmirli qardaşlarım,
xış dəstəyindən
yamaqlı köynək kimi asılmış,

__________________Milli Kitabxana_________________
Anadolu köylüsü.
Bir də Uludağlı yaşıl
Bursa.
On yeddi baharın rəngsizliyi,
canı bezdirən qışı
bir də minarəli
İstanbul,
bir də Boğaziçinin
ilkindilərində axan
mavi işıq,
Füzuli demiş:
"...Fələk dönmədi muradımca,
dönə-dönə mənə zülm etməyi
şüar etdi..."
Ancaq "Nazim öldü" demə!
Xatırla səməndər quşunun
sehirli lələk tükünü.
Bircə sətrimi oxu könüldən.
Görərsən sağlığında gördüyünü.
Yanında hazır olar Nazim.
Lakin nə deyim, nə yazım?!
Ağır oldu möhnətim.
Kim dözərdi mən çəkənə, kim!..
Neyləsin qəlbim.
Nə yanımda dilimin
qida torpağı,
nə qulağımda
doğma yurdun
ağ günlər sorağı".
Ayıltdı məni,
baş ucumda
xısın-xısın danışıq:
"Qanında stafelakok tapılıb".
Açdım gözlərimi,
nə Nazim vardı,
nə onun yanıqlı gileyi.
Dedim: "Yazıq Nazim, yazıq!
Ölümdə də doğrulmadı diləyin".

__________________Milli Kitabxana_________________
Qayıtdım öz-özümə.
Yaman ağrıyırdı sinəm.
Yaman ağrıyırdı
sol qolum,
absesli biləyim.

1   ...   5   6   7   8   9   10   11   12   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə