RƏsul rza seçİLMİŞ



Yüklə 9.66 Kb.

səhifə12/13
tarix03.07.2017
ölçüsü9.66 Kb.
1   ...   5   6   7   8   9   10   11   12   13

ÖMÜRDƏN SƏHİFƏLƏR
Yol kimi, məsafə kimi,
Xatirələrin də
yaxını var, uzağı var.
Boş keçən,
xoş keçən
ağır, çətin günləri var.
Ömrün dəqiqələrini, saatlarını qoparan,
kəlbətin günləri var.
Xatirələrin yaxını ağrıdan olur,
göynədən olur.
Uzaqları daha mülayim, sakit.
Düşünürsən insan insandır;
biri nədən doğma,
mehriban,
qayğı çəkən;
biri sərt,
qılıqsız,
ögey.
Nədən olur?
Xatirələr də insan kimidir:
əzizi var,
ikrah doğuram var.
Bəzən qanadlı quş olub,
xəyalımızdan keçir xatirələr.
Biri qaranlıq gecə.
Biri axşam toranlığı.
Biri işıqlı səhər.
Xatirələr... xatirələr.

__________________Milli Kitabxana_________________
Qonşumuzun oğlu arxalıq geymişdi
qırmızı qanovuzdan;
Novruz günü.
Anam,
döşək kəfrəmindən tikdiyi,
qoz gozəli ilə boyadığı köynəyi
axarlayıb çıxartdı hovuzdan;
düz günü.
Dedi:
- Lap yaşıl atlaza oxşayır!
Sonra balağıyla sildi gözlərini.
- Zəhrimar tüstü nə acıdır, - dedi.
Baxdım, ocaq sönmüşdü,
soyumuşdu külü.
Qulaqlarımda ağladı bir səs!
Yaşıl atlaz!
Baxdım anamın gözlərinə.
Hanı tüstü?
Gözlər-
iki otaq dolusu yas.
Geydim bez köynəyimi,
Belimə bağladım qotazlı ciyəni.
Atıldım küçəyə
Lənətə gəlsin
ömrün xırda-xuruş acısından
inciyəni
Qoşuldum uşaqlara.
getdim pəlağac oynamağa;
sevincli, bir az kədərli.
Qulağımda anamın sözləri.
Gözlərimdə anamın gözləri.
Atlaz! Tüstü!
Lepə-ləpə çiçəkdi göyün üstü.
Günəş də,
həmişə üzümə gülən Günəş,
elə bil,
məndən küsdü.
Boynuyoluq toyuğun yumurtaları

__________________Milli Kitabxana_________________
yığılmışdı
bir qələmkar kasa dolu.
Sarı, yaşıl, qırmızı.
İl var bolluq olur.
İl var kasad olur.
Bu il bolluq idi.
Qar bol!
Çovğun bol!
Şaxta vurdu bağ-bağatı.
Ağac qurudu bol-bol.
Qışda ölənlərin sayı
hər ilkindən artıq oldu.
Saclar soyuq,
un çuvalı yırtıq oldu.
Sudan çıxmış qaz balaları kimi
düzüldü yan-yana
rəngli yumurtalar.
Döyüşdük, döyüşdük.
Dişlərimdə sınadım
çil toyuğun falını da.
Gözlərimi döyə-döyə dinlədim
qonşumuz Nisbət xalanın
qarğışını da,
məhəllə uşaqlarının qiylü-qalını da.
Çərşənbələr.
Yalançıdan başladı.
Axırıncı düşdü bayram axşamına.
Bir cüt corabın pulu getdi
yeddi Novruz şamına.
Pilənbəri də qaladıq məhəllədə.
Üstündən atıldıq da.
"başım-dişim ağrısı...
nə bilim kimə" deyə.
Cıdırda tərlədi
qara kəhərin sinəsi,
boz ürgənin sağrısı.
Nə at bizimdi,
nə cıdır yeri.

__________________Milli Kitabxana_________________
Ancaq geri qalmadıq.
Həvəsdən, arzudan qanadımız.
Kişnəyib yer eşməsə də
qarğı atımız.
Yarı xəyal,
yarı ümid,
yarı arzuyla
möhnətin, kədərin, iztirabın
ağrısıyla
dolu keçdi həyatımız:
Bəzəkli xonça.
Ucuna gah bayram yemişi,
gah da köz bükülmüş məhrəba.
Rəngli şamlar, yumurtalar.
Xısın-xısın ağlayan yoxsul uşaqları...
Qonşumuzun oğlu -
köynəyi qanovuz,
şalvarı diaqonal.
Anamın gözləri,
göy damarlı əlləri.
Səksəkəli xəyal!
Xatirəmdə belə qalıb Novruz.
Novruzlar hanı?
Günlərin, illərin arxasında,
bir duman ardında qaldı ümidlər
və ömrün yoxuşları.
Uzun bir yol:
kənddən şəhərə;
bir də qayıtmayacaq günlərdən,
hələ gəlməmiş günlərə.
Bu yolda
ildə iki məktəb dəyişən
bir nadinc uşaq.
Qiymət cədvəli orta rəqəmsiz;
Tarix - beş.
Hüsnxət - bir.
Ədəbiyyat - beş.
Həndəsə, cəbr - bir.

__________________Milli Kitabxana_________________
Coğrafiya - beş.
Hər günü macəralı, tasalı.
Gözləri buludsuz göylər misalı.
Sevdiyi bir qələm,
bir də tüfəng.
Yerişi ləng.
Saçları sərt.
Baxışları yumşaq.
Orta boylu bir uşaq.
Nə ata məhəbbəti gördü doyunca,
nə "bəs" deyincə oyuncaq.
Ömrü bir növ dolaşıq nağıl.
Günləri: İsaq-Musaq.
Babamın adı-sanı
bir anket dolusu.
Çoxu - yox.
Azı - hə.
İnqilabi fəaliyyət - yox!
Fəhləlik - yox!
Varlı - vaxtına görə hə.
Simsarlı, havadarlı - hə!
Xaricdə qohumum - həm hə, həm yox.
Qırx il görmədik, yazışmadıq.
Hardan qohum olduq.
Oktyabrda iştirak etməyib.
Nikolaya soldat getməyib.
Diqqətlə yoxlayan olsaydı
bu "hə"ləri, "yox"ları
Xan Məmməddən
Culfa Rzaya qədər,
acları, toxları;
yəqin dərkənar qoyardı anketimə:
Qoy oxusun! Qoy işləsin!
Mane olmayın yetimə!
Ancaq işləmək üçün
Həmkarlar üzvü olmaq gərəkdi.
Üzv olmaq üçün işləmək.
İndi, qoçaqsan gəl,

__________________Milli Kitabxana_________________
əsrin bu düyününü aç görək.
Xan nəvəsi ola-ola
ərizə verəsən komsomola?
Bir soruşan gərəkdi
bu xan kim idi?
Hansı mahala,
hansı ölkəyə hakim idi.
Tez-tez deyərdi nənəm:
"Yeddi keçi bir dıbır,
gəlir dıbırhadıbır.
Əlvənd, Qüləbənd
Məşədşıxalı bir təkbənd..."
Bir şoşka -
tiyəsı qırıq.
Bir xırman - qara palçıq.
Tövcünü çıx!
Zəkatı çıx!
Yetim malını çıx!
Tüstü pulu, yol pulunu çıx.
Bir kirəmitli dam.
Bir boranı dolusu barıt.
Bir kisə qırma.
Bir buxara papaq.
Bir gümüş xəncər.
Bir cəzair tüfəng.
Vəssalam.
Paris...
Notr-Dam yanında
qarabənizli, qaragözlü silgiçi.
Kimə oxşayır Allah...
Kimə?
Hey araşdırıram xatirələrimi.
Qara bığları vardı...
Qara, qalın qaşları..
Bir qızın taleyi
hardan düşdü yadıma!

__________________Milli Kitabxana_________________
Hardan?!
Elə bil, tanış bir sərnişin
düşdü qatardan.
Xatırladım Eyfeldəki kafeni.
Qolunda ağ dəsmal,
üzündə ağ təbəssüm,
gözündə ağ "buyurun!" ifadəsi;
çənəsindən ikiqat buxaq sallanan,
qarsonu.
Kimə oxşayırdı, Allah...
Kimə?
Xatırlaya bilmirəm.
Kiminsə surəti dayanıb xəyalımda;
dil ucunda dayanan söz kimi.
Bir xatirə dalğası gəlib
beynimdən qoparır onu.
Yadıma düşdü balaca bir quşun sərgüzəşti.
Hardan?
Niyə?
Bir insan heykəli.
Heykəlin ətrafında daşdan
heyvan fiqurları.
Daş gözlərini zilləyib gözlərimə,
Lui Paster.
Uzaq... Uzaq bir kənd.
Üzü çopur-çopur bir qoca,
qucağında tombul bir uşaq.
Uşağın qolunda
çopurdan üç ulduz
Neçə kor, neçə lal
gəlib keçir xəyalımdan.
Bəlirir, yox olur;
görkəmi qorxulu.
Neçə-neçə
bədəni sudur-sudur
xəstə.
Üzümü tuturam

__________________Milli Kitabxana_________________
Lui-Pasterə
deyirəm:
- Möhtərəm insan!
Niyə neçə yüz il
əvvəl doğulmadın?
Minlərlə kora göz,
lala dil,
kara qulaq olmadın?
Senadan keçirəm.
Körpü dəmir barmaqları ilə
qucaqlayıb Senanı
Bəlkə Robespyer də
burdan keçib,
Napoleon da.
Viyon da, Qalua da.
Payızın sərini
pişik kimi sürtür özünü,
üzümə də, qoluma da.
Bir fransız qızı
söykənib məhəccər, dayanıb.
Gözlərində səadətsiz gəncliyinin ağrısı.
Baxışlarıyla qucaqlayıb,
mavi bir məzar daşı kimi
sakit Senanı.
Kimə oxşayır, Allah...
Kimə?
Xatirələri alıb tərkimə,
baxıram: körpü, qız, Sena!
Xumara bənzəyir...
Yadıma düşür
eşq atəşində yanan Sənan!
Xatırlayıram:
"Qırxdan bir əskik" müəllifini.
Hardan?
Niyə?
Keçirəm zəfər tağının altından.
Əbədi atəş yanır.

__________________Milli Kitabxana_________________
Nəyə oxşayır, Allah...
Nəyə?
Alovlar titrəyir:
döyüşdən çıxmış,
alay bayrağı kimi,
xatirələr alır qanadına fikrimi.
Yadıma düşdü bir bağ, dörd heykəl.
Alov dillərinin bir-birinə bənzəri var.
Ancaq bu hara!
O hara!
...Per-Laşez!
Kommunarlar divarı.
Hormətlə açıram başımı.
Salamlayıram 26-ların
neçə böyük qardaşını.
Bəs o kimdir at üstündə,
özündən razı?
1
Kimə oxşayır, Allah,
kimə.
Elə bil ki, qaba əl toxunur
incə simə.
Gözlərimdə canlanır
Naxçıvanın Arazı.
Söndürülmüş ocaqlar.
Əbədi susdurulmuş uşaqlar.
Qanlı üzlər keçir gözlərimdən
min-min, azı.
Bağırmaq istəyırəm:
- Hardan gəldi bura
bu dələduz!
Daşa dönmüş daş ürəkli quduz!
Əlillər evi!
Qrand-opera!
Mon-Martr!
Xatirələr ürüyür, artır...
Andranik nəzərdə tutulur
.

__________________Milli Kitabxana_________________
...Kəlküttədə yüz minlərlə insan
quru səkidə yatır.
Konqodan Belçikaya daşınır
kürül-kürül yatır.
Vyetnamda körpələri yuxusundan
mərmi səsi oyadır.
Koloniya, kolonializm...
Kim alır, kim satır?
Asturiyanın yolları
hər gün qana batır.
Yavada su bol,
isti bol;
məhsul nə doydurur,
nə bəhərdən-bəhərə çatır.
Köhnə müştərimiz
südə su qatır.
Diksinib qaçıram
qafiyələrin dolaşıq kələfindən.
Nəfəsimi dərirəm birtəhər.
Görüşənə qədər!
Xatirələr!
Xatirələr!
1962-1965
KRIM XATİRƏLƏRİ
Novorossiyskidən çıxdıq,
üzü Qara dənizə,
Qırx ikinin birinə açılan
gecə.
Köhnə "Quban" gəmisində.
Səfərlilər həmvətənlilərim.
Yolumuz gerisiz.
Vətən adından səfərbərdik
biz.
Dəniz atdı-tutdu bizi.
Çəkdi bərkə-boşa.

__________________Milli Kitabxana_________________
Düşündüm:
Nahaq vurnuxma,
belə hiddətlə, qəzəblə
coşma, Qara!
Məni sınama!
Xırda ləpələrdə belə
halay-valay vuranam,
məni qınama!
Dəniz öz bildiyindədir,
gah endirir
dalğaların kötüyünə,
gah qaldırır yoxuşa;
çəkir bizi bərkə-boşa.
Gah yumruqlayır
dəmir gəmimizin
böyrünü-başını,
gah bütün gücü ilə
gəminin gövdəsinə döyür.
Nə gizlədim;
Fikrimə qara-qura gəlir.
Bir parça kağıza yazdım:
"Qara dəniz. Qırx ikiyə açılan gecə.
Rəsul Rza, həmvətənlərilə".
Bərk bağladım
şüşənin ağzını,
"ya bəxt" deyib,
atdım dənizə.
Bu günlülər,
Hərəkətim tühaf gəlməsin sizə.
Bəlkə, bir gün
bu qəribə məktubu
dalğalar atdı sahilə.
İndi bu qəzəb kişnəyən,
qarabəniz,
çalxalanan, qar-qar qaynayan
Qara dəniz:
"Qan, qan! - deyir,
hünərin var

__________________Milli Kitabxana_________________
çıx biranlıq
göyərtədə dayan", - deyir.
Səhərüzü yan aldıq
Qamışburun körpüsünə.
Çıxdıq sahilə
hələ hər şeydən xəbərsiz -
danışa-danışa,
gülə-gülə.
İlk gördüyümüz
körpüdə təpə-təpə
mərmilər, minalar oldu.
Çox çəkmədi
buluddan çıxdı
neçə "Messerşmidt",
hədəfləri "Quban" gəmimiz.
Yaxında, uzaqda
şığıdı havaya
su fəvvarələri.
Gah dartındı,
gah boşaldı,
gəminin ağır lövbəri.
Körpüdə aman-amanda
mərmilərin,
minaların topa-topa köbəri.
Bir çırtdaq düşsə,
sovrulacaq göyə
körpü də, liman da,
biz də.
Qar-qar qaynayacaq
dəniz də.
Düşmədi... düşmədi...
Vahimədən çox
nigaranlıq, təəssüf:
hələ bant qoxlamamış,
hələ "ya bəxt" deməmiş,
hardan çıxdı
bu Qamışburun,
bu qəmiş.

__________________Milli Kitabxana_________________
Dərindən nəfəs aldıq
göydə görünəndə
neçə şahin havadarımız.
Mərmi köbələri
gözümdə canlandıqca
indi də
ətim olur biz-biz.
Kim desə qorxmadım
bu ölüm üzlü mənzərədən -
yalandır, yalan.
Tıp-tıp döyünəndə ürək,
qorxunu içində boğmağı
bacarasan gərək.
1.ODLA SU ARASINDA
Kerç qədim şəhərdir,
çox qədim.
Neçə min, neçə yüz il
yaşında.
Kerçi sizə
necə təsvir edim:
Alçaq boylu evləri var
Mitridatın ətəyində,
başında.
Evləri var düzəndə.
Görməli mənzərəsi olur
limanında,
ala-bəzək bayraqlı
gəmilər üzəndə.
İndi...
Dənizin ləpələri
sahili sığallayır
yavaş-yavaş.
Mitridat dağından
Günəş enir ağır-ağır,
yaralı Krımın

__________________Milli Kitabxana_________________
mərmilərdən,
bombalardan
çopur-çopur olmuş sinəsinə.
Buludlar dağılıb
pərən-pərən.
Təyyarələr ölüm daşıyır,
buludların kölgəsinə
sinə-sinə.
Birdən qaynayır dəniz,
ləpolər vurnuxur -
ağ qanadlı yaralı göyərçin kimi.
Bombalar şığıyır
gəmilərin yuvasına.
Torpaq sovrulur göyə,
qoşulub su fəvvarəsinə.
Bir hovur ara verib
dəmir leysanı,
başlayır yenə.
Bir alov şüləyi,
qara tüstü burumu
sallanır göydən.
Enir, enir təyyarə.
Biri, biri, biri də.
Zenitlərimiz
qamarlayır neçəsini,
şığıyır qisas - hayıf güllələri.
Mitridatın ətəyində
bir körpənin
qanlı cəsədi -
sükut içində.
Bu sükut nə,
o haray, o səslər nədi?
Kerçin adi bir günü.
Mən gözlərimlə görmüşəm
Sazaqlı qış günündə
neçə belə
qanlı bürkünü.

__________________Milli Kitabxana_________________
2. HACI MUŞQAY
Bu ad
zehnimə qazılıb,
amansız günlərin
yaralarıyla.
Kerçin otsuz, çiçəksiz,
küləkli, çiskinli baharıyla.
Qədim daş karxanası.
Acı çəkilim günlərinin
Göynəkli aynası.
O yerlərin
cadar-cadar torpağında
izim qalıb.
Ən ağır günlərdə belə
nigaran könlümüzə
yol tapmadı qara şübhə:
"Onlarmı qalib gələcək, bizmi qalib?"
Qədim daş mağaranın
gündüzü də, gecəsi də
qaranlıq – zülmət.
Dolanbac yollarını
hansı uzaq əsrlərin
qulları qazıb?
Bu dolaşıqdan
azı çıxıb işıqlı dünyaya,
çoxları azıb.
Burda pusqudadır
ayları günlərə qoşan
partizan dəstəsi -
düşmən vahiməsi.
Bir gün son qoymaqçün
bu vahiməyə
faşist cəza dəstəsi gəldi
Hacı Muşqay kahasına.
Es-es zabiti gəldi
başının dəstəsilə.

__________________Milli Kitabxana_________________
Daş kahanın ağzında
mazut gölməçələr düzəltdilər.
Zabit gümüş alışqanıyla
yandırdı kağızları,
atdı gölməçələrə.
Qara tüstü
qalxdı burula-burula.
Es-es zabiti əmr etdi saxta qürurla.
Fırlandı dəmir pərvanələr
küləkləyib qara tüstünü.
Qara cinayət kimi
tüstü buruldu,
aldı daş kahanın
hər yanını,
içini, üstünü.
Ver qut!
Ver qut!
bağırışdı faşistlər.
Gözlədilər beş dəqiqə,
on dəqiqə, bir saat.
Nə mağaradan çıxan oldu,
nə bir səs-səmir.
Birdən avtomatlar səsləndi:
tra-ta-ta.
Zabit sərildi yerə
qarnını tuta-tuta.
Potalaşmış kötükdü
elə bil.
Mağaranın ehtiyat yolundan
çıxmış partizanlar,
sildilər ləkəsini
Hacı Muşqay torpağının.
Bir anda yox oldu qisasçılar
od qamçılı ildırımlar kimi.
Belə bitdi bu döyüş günü
"kim kimi".
Səhərin gözü açılmamış

__________________Milli Kitabxana_________________
Uğultular sındırdı buludsuz göyü.
Bir gurultu silkələdi daxmamızı -
partlayış dalğası sordu, çıxartdı
qapımızı, pəncərəmizi.
İlya Selvinskinin
"Tərpənmə, tərpənmə" bağırtısı
nicatımız oldu.
İkinci bomba da partladı
bir an sonra.
Çıxdıq daxmadan.
Həyət dolu idi
qazların, qoyun-quzuların
qanlı cəsədlərilə.
Qan səpələnmişdi dörd həndəvərə
laxta-laxta, gilə-gilə.
Burda nə hərbi obyekt vardı,
nə anbar, nə qoşun bölməsi.
Bir hərbi qələbə kimi
yazılacaqdı es-es pilotların
"qəhrəmanlıq" dəftərinə
neçə qoyun-quzunun,
neçə qaz balasının
ölməsi.
Dodaqları kövrək gileyli
bir qız.
Adı Məryəm idi.
Şəvə saçı yeddi hörük,
qara gözləri dopdolu qəm idi.
Sanki hələ o zaman
Krımın buludsuz
mavi göyləri altında
anlaşılmaz bir duyğu ilə
duymuşdu Krımın
fəlakətini.
Düşünürəm: hanı Məryəm?
Hanı o kədər baxışlı qız?
İndi Krım yetim qalıb
onsuz...

__________________Milli Kitabxana_________________
3. TAYQUÇ
Beş-on evdi Tayquç
Kerç yarımadasında.
Beş-on daxma
seyrək-dəngil.
Neçəsi sınıq-söykək,
neçəsi palçıq-saman,
neçəsi aman-amanda,
neçəsi əlil.
Belə kənddir Tayquç,
Acı küləkli,
qəhət sulu,
otsuz-çiçəksiz
yay-qış.
Gündüzləri göyərçinsiz,
boz sərçəsiz, ala qargasız,
tək-tək ağacları
seyrək yarpaqlı,
cılız.
Gecələri vahiməli,
sazağı iniltili,
boranı cilovsuz, dəli.
Belədir Tayquç.   .
Bu Krım xərabəsini də
xaraba qoyub
faşist bayquş.
Kerç yarımadasında
lehməli bir göl kənarında
səpələnib bir ovuc düzənə
daxmaları Tayquçun.
Oxucum!
Gördüyümü yazıram sənə.
Daxmaların birində
cəbhə qəzeti redaksiyası -
dörd dildə.
Lövhəsi köhnə taxta parçasında:
"Döyüşən Krım".

__________________Milli Kitabxana_________________
Daxmalardan birində
İlya Selvinski,
Cəfər, mən.
Birində Abbas Zaman,
Qara oğlu Əli,
İmanqulu Nəsir.
Adamlar yenə var.
Makinaçı kişilər,
mürəttiblər.
Redaktor Berezin
paqonları zərli,
çəkməsi rezin.
Gürcü Vova Maçavariani,
Revaz.
Erməni Gevorq.
Bu yerin qışı
sazaqla nəfəs alır,
çovğunla ah çəkir,
deyingən qarı kimi
sızıldayır boranla.
Faraş yazı da
dumanlı qışdır buranın.
Çiskini, küləyi
xəncərsiz-bıçaqsız kəsir.
Adam var soyuqdan,
adam var daxildən əsir.
Bu kiçik Vətən parçası
Burda yaşayır, çalışır;
ümidlə, inamla.
Yaşayır böyük Vətən adlı,
xatirələri həzin, dadlı,
məhəbbət, mehriban qanadlı,
çağırışı inamlı, inadlı,
ürəkləri yuvalanmış doğma izdihamla.
Xəyal uçur, uçduqca
incikli xatirələr yoluyla.
Xəyalımda
gözü yaşlı, sinəsi ahlı,

__________________Milli Kitabxana_________________
dili gileyli anamı görürəm –
Analar anası!
Bir də hər dərdimə,
qayğıma şərik,
sadıq ömür sınağımı,
həyanımı, Nigarımı.
Şairə anasının qucağuıda
üç yaşlı oğlum Anar,
gözləri yol çəkimli.
Göyöskürəkdən
dodaqları qançır.
Kimə yaxınlaşsa,
ondan uzaq qaçır.
Bakı!
Çıraqları qara örtüklü,
əsgər ürəkli,
zavodları, meydanları
silah yüklü.
Üfüq - qaşları çatılmış,
Bakı - gəncliyimin beşiyi.
Sahil bağı.
Göylərə dikilmiş
zenit topların sıx kölgəsi,
Döyüşə hazır
Ana yurdum -
Azərbaycan ölkəsi.
Gözlərimdən keçir
tanışlar, qeyri-tanışlar;
iş başında;
bronlu, bronsuz.
Tək-təklər sığınıb
iqtidarlı tanışına, qohumuna.
Öz-özünü təsəlliləyir:
"Əşi, hər şey keçər mənsiz!"
Bunlar ömür gündəliyidir.
Xatirələr canlanır bir-bir,
İlk günlərdə döyüşə

__________________Milli Kitabxana_________________
nabələd, naşı olduq.
Vaxt gəldi
ruslar, gürcülər, yəhudilər,
ermənilər, daha neçə
vətən oğullarıyla səngərdaş olduq.
Həmsilah olduq.
Gün oldu ki,
səngərbaşı da olduq.
Bəzən gəvəzə ağızlarda:
"yeldaşı" da olduq.
Nə hamıdan qoçaq idik,
nə daldaya sinən.
Oğullar oldu ki,
düşmən tankına hücum çəkdi
qatar qumbaralı sinəsiynən.
Tayquçdan başladım,
yenə qayıdıram Tayquça!
Döyünmə belə həyəcanla,
çırpınma, sakit ol,
ürək qoçaq.
Olan oldu,
neçə ev-ocaq
intizarla saraldı, kədərlə doldu.
Bura xırdaca Krım kəndi Tayquçdur.
Dəngil-düngül daxmaları,
biri üstü havarlı;
biri tayqıçdır.
Burdan qabaq cəbhəyə
bir saatlıq piyada yoldur.
Yol deyəndə, yol hanı?
Bombalar, minalar
çopur-çopur çopurlayıb hər yanı.
Tez-tez qabaq cəbhəyə gedərdik.
Orda Vətən oğullarıdır.
Cəbhə boyunda diviziyamız

__________________Milli Kitabxana_________________
azərbaycanlı döyüşçülər.
Cəbhə hələ sükutdadır əfi kimi.
Hər an başlaya bilər
vurhavur,
qırhaqır.
Mülayim bir yaz səhəri
xəbər gəldi:
almanlar kəsir
tikanlı məftilləri,
hücum yaxındır.
Cəbhədə Aslan nəvəsi Novruzu gördüm.
Çiynində çarpaz avtomat.
Dedi: - Şair, gedirəm
qabaq səngərə,
salamat qal, salamat!
Getdi, bir də qayıtmadı
Aslan nəvəsi Novruz.
Onunla bir süfrədə
nə çörək kəsə bildik, nə duz.
Bir də görmədim onu -
boylu-buxunlu,
mehriban, gülərüzlü el oğlunu.
Biri də vardı -
Şapalaq gözlu,
köhnə odun kimi quru,
təsadüfi şöhrətə minmiş
diviziya prokuroru.
Bir də gənc vətən qızı -
bəstə boylu Böyükxanım;
şəfqət bacısı.
Sonralar bildim ona
üz verib nə qədər taleyin acısı.
Neçə-neçə döyüşçü gördüm
gözlərində düşmənə kin;
döyüşə hazır,
yuvasını qoruyan şahin təkin.

__________________Milli Kitabxana_________________
Çoxlarını dün gördüm,
bu gün görmədim.
Kim bu gün getdi,
sabah gedəcək kim?
Silahla mürgüləyib,
silahla dururdular
vətən oğulları.
"Yeldaşı" deyən də oldu onlara,
"naşı" deyən də.
Bəzi harınları da gördüm,
"Vətən, Vətən uğrunda!" bağırırdılar
dayanıb gendə.
Qardaş səsləri də eşitdim -
rus, Azərbaycan,
gürcü, erməni dilində -
vətənin bu ağır günündə,
ağır ilində.
Bakı-Mərdəkan, 1981
MƏKTUBLAR SİLSİLƏSİ
Səndən sənə
İlk məktub
Adım Rəsul.
Əlavəsi ilə Rəsul Rza!
Şair olmaq istəyirəm,
öz bildiyim kimi
yaza-yaza.
Yaşım 21;
maaşım 42 manat;
tanış olaq!
Gözləyəcəyəm sabah
axşam saat altıda,

__________________Milli Kitabxana_________________
Sabir bağının
aşağı küncündə.
Dama-dama kepkamdan,
zolaq-zolaq köynəyimdən,
bir də ləng yerişimdən
tanıyarsan məni.
S ə n d ə n
……………..
Sənə ikinci məktub
Dinmədin.
Bəlkə incimisiniz.
Səhvimi düzəldirəm.
Sən yox! Siz!
Məktub qayıtdı arxasında
bir sətir:
"Təsadüfi tanışlığı sevmirəm!"
S ə n ə
"Od gəlini"nə iki bilet var.
Nə olar...
S ə n d ə n
……………..
S ə n ə
Tamaşaya tək getdim.
Salon bomboş göründü mənə.
Boş göründü səhnə -
nə Babəki eşitdim,
nə Aqşini.
Hey axtardım
gözlərinin küskün baxışını,
saçlarının dağınıq naxışını.

__________________Milli Kitabxana_________________
S ə n d ə n
…………….
Sənə gündə bir məktub
Dünən gördüm səni
yasəmən rəngli paltarda.
Nə gözəlsən deyərdim;
gözəldən gözəl olmasaydın.
Şit tərifdən xoşlanmıram,
yəqin sən də.
Bir şəklini tapaydım,
ürəyimin başından asaydım.
Keçdin getdin,
qatarından ayrılmış
durna kimi.
Duymadın
arxanca pırhapır
uçub gedən qəlbimi.
S ə n ə
Sabah Bir maydır.
Yəqin çıxacaqsan nümayişə.
Bəlkə, yolun bizim küçədən düşə.
S ə n d ə n
……………..
S ə n ə
Sabah Müşfiqlə Dilbər
yeni tamaşaya gedirlər.
Bizi də dəvət edirlər.
Razı olsanız, əgər...
S ə n d ə n
……………..
Mən o tamaşanı görmüşəm.

__________________Milli Kitabxana_________________
S ə n ə
Bir də baxın
Nə qəm!
S ə n d ə n
...Məni gözləyin!
Sənə göndərilməmiş məktub
Dünəndən aləm dəyişib gözlərimdə.
Çiyinlərimdə qanadlarım var.
Dörd yanımda fasiləsiz bahar.
Əlimdə - bir dəfə tutmadığım
əllərinin istisi.
Gözlərimdə - gözlərinin
sonsuz şəfqəti, mehribanlığı.
Könlümdə - görüş vədinin
kovrək intizar yanğını.
Nə vaxtı dedin, nə görüş yerini.
Gözlərimlə bütün gün darayacağam
Bakının dolaşıq küçələrini.
S ə n ə
Füzulini göndərirəm.
İstəmişdiniz.
S ə n d ə n
Aldım.
Təşəkkür edirəm!
"Gənc işçi"də bu gün
şerinizi oxudum,
qəribə forması var.

__________________Milli Kitabxana_________________
S ə n ə
Yeni həyat
yeni forma istəyir.
Təbiət də hər il
yeni rənglər geyir.
S ə n d ə n
Sözləriniz hansı məqalədəndir?
Çox köhnə qəlibdir.
Göy çəmənin rəngi,
axar suyun ahəngi,
qızılgülün ətri
əvvəl necə vardı
yenə elə deyilmi?
S ə n ə
Demək ki, nə vardı,
necə vardı,
eləcə də qalacaq?!
Əmin-arxayın
yıxılıb-yataq?!
S ə n d ə n
………………
Sənə, yenə Sənə!
Haşiyə
Bir gün hədəf oldun
qaradan qara böhtana.
Bu ədalətsiz ittihamda
mənim də yaralı payım vardı.
Bəlkə, indi
bir çoxları
əməlindən utandı.
Yox, onlarda utanan üz hanı?!
Zaman keçdi, illər yudu ləkəni.

__________________Milli Kitabxana_________________
Bilən bildi,
aylarla, illərlə,
sən çəkəni,
mən çəkəni.
Bəlkə, doğru deyiblər:
"Çəkişməsə bərkişməz insan".
Nə qədər ağ olsa,
o qədər tez açılar yalan.
S ə n ə
Uzaqlardasan.
Uç gün, üç gecə
yolu var
bu məktubun indi.
Olsun.
Bir ümidlə könlüm isindi.
Bu məktubu sən açacaqsan.
Sən oxuyacaqsan.
Bəlkə, dodaqlarında
çiçəklənəcək
kövrək bir təbəssüm.
Səndən gec-gec gəlir məktub.
Necə gileylənim,
necə küsüm?!
Xatırladım o əziz günü.
Xoşsifət qadın:
"Bir manatınız yoxdur, - dedi, -
sonra gətirərsiniz".
Qeyd dəftərinə
qoşa imza atdıq biz.
Sonra başladı
ayrılıq günləri;
acıdan acı.
Sonra başladı
nigaran qəlbin
ülfət ehtiyacı.

__________________Milli Kitabxana_________________
S ə n ə
Sənsizləmiş gecələrdə
sənli gecələr üçün
darıxıram.
Yığın-yığın adam içində
bizə tənhalıq olan
küçələr üçün
darıxıram.
Küsüb-barışdığımız
günlər üçün
darıxıram.
Örpəyinin saçağına
vurduğum düyünlər üçün
darıxıram.
Darıxıram gülüşün uçün,
qəmli gözlərin üçün,
qaşlarının kölgəsi üçün.
Ümidlərimin
nigaran ölkəsi üçün
darıxıram.
Məktubunu gözləyib,
yollara baxıb
darıxıram.
Verdiyim qərənfillərin ölüsünə
baxıb-baxıb
darıxıram.
Dünən hava sərin idi.
Bu gün yer, göy alışıb-yanır.
Könlüm, gözüm,
sükutum, sözüm,
barmaqlarımın başı,
yanağımdakı göz yaşı,
qəlbimin çırpınışı
səni anır.
Ad günüdür bu gecə.
Gedim, necə,

__________________Milli Kitabxana_________________
getməyim, necə?
Səninlə hər şey aydın idi.
Hər şey sualsız idi.
İndi hər şey "necəli",
hər şey "nə sayaqlıdır",
neçə qərar yanlışdır.
Neçə qərar şübhəli,
neçə qərar haqlıdır,
Elə bil, sualların cavabını,
nə varsa,
özünlə aparmısan.
Elə bil, bütün cavabların
sualı səndədir, səndə.
Səni axtarıram
durğun havada,
külək əsəndə.
Gecənin aydınlığında,
gündüzün toranlığında
səni axtarıram.
Arzuların işığında,
ümidimin qaranlığında
səni axtarıram.
Səndədir səbrim, dözümüm.
Sənsiz tapa bilmirəm
özüm özümü.
Əzizim, könüldaşım, mehribanım,
qoyma sənsizlik qürbətində
qəm oduna yanım.
Nə mənə yaraşır bu sızıltı,
nə sənə,
gəlsənə.
Sənə
Necəsən, əzizim?
Sən də, o da.
Axı, indi tək deyilsən.

__________________Milli Kitabxana_________________
Heç olmasa, pəncərəyə gələydin,
görəydim səni.
Səhərdən axşama,
axşamdan səhərə
gözləyəcəyəm.
Aramızda mərtəbələr,
küçənin asfalt zolağı,
hava, kölgə parçaları
və heç bir ölçüyə sığmayan
imkansızlıq hasarı.
Pəncərəyə gəlsən də,
eyni həsrətdən yanacağıq;
mən də, sən də.
Gözlərimiz görəcək,
qulaqlarımız eşidəcək,
lakin...
Nə dodaqlarının duzunu,
nə titrək nəfəsinin
sərxoş edən ilıqlığını,
nə saçlarının qu yumşaqlığını -
duya biləcəyəm.
Olsun!
Gəl pəncərəyə!
Onu da gətir!
Səni bu qədər incitmiş
günahsızı.
Nigaranlığımı qınama!
Onu da gözlədik
bir vaxt bu binanın qapısında.
Birdən, elə bil, yer titrədi.
Pəncərə, qapı sındı
çilik-çilik.
Özü çıxmadı,
onu çıxardılar.
O günlərdən beynimdə
acı xatirələr var.
Gəl pəncərəyə!

__________________Milli Kitabxana_________________
Sənə şirin yuxu vermiş
həkimini çağır,
gözləyəcəyəm.
Çiskin yağış yağır,
yağsın!
Dayanacağam
üç gün, üç gecə də yağsa.
Yağış,
tufan,
sazaq nədir.
Sən sağsan, sağsan!
O da sağdır!
Mənə elə gəlir ki,
hərtərəf bayram,
hər yan nəğmədir,
bayraqdır.
S ə n ə
Gözlərindəki yumşaq kədər,
görüş vədəli səhər.
Sənə,
ancaq sənə deməli sözlər,
gəncliyimizin şahidi - şəhər,
daha nələr, nələr üçün darıxıram.
Darıxıram sükutun,
səsin üçün;
məhəbbət qoxulu nəfəsin üçün.
Danış! Danış” ın,
"bəsdir, bəs"in üçün
darıxıram.
Saçlarının hər teli,
gözlərinin könlümcə
dili üçün
darıxıram.
Darıxıram bahar üçün, -
sənə oxşarına görə.
Darıxıram yasəmənlər üçün;
saçın qoxulu

__________________Milli Kitabxana_________________
salxımlarına görə.
Darıxıram
nəğmələrinin yadigarı -
yarpaqlarının pıçıltısı üçün.
Darıxıram
gözlərini andıran
ulduzların işıltısı üçün.
Həyəcan selli addımlarının
səsi üçün.
Dodaqlarının gülüş töhfəsi üçün
darıxıram.
Hər şey üçün darıxıram.
Hər şey ki, səni xatırladır.
Nəfəs aldığın hava,
baxdığın yer, göy,
sığalladığın çiçəklər üçün,
əllərinə toxunan,
dörd yanında yalmanan küləklər üçün
darıxıram.
Birlikdə dinlədiyimiz
nəğmələrinin bəmi, zili,
sakit gölə düşən kölgəmizin
xəyal - şəkli üçün
darıxıram.
Fikrim, xəyalım, könlüm
səndədir.
Bütün aləm - yaxın, uzaq
səndən parçadır,
sən dadır.
Necə darıxmayım,
birər darıxımdırsa
sənsiz keçən gündüz, gecə,
necə darıxmayım, necə!
S ə n d ə n
Dünən küləkdi yenə.
Bakı xəzrisi

__________________Milli Kitabxana_________________
çapqın edirdi karvankəsən
bədəvi kimi.
Ağaclar əsirdi
əsim-əsim.
Bu gün hava sakitdir.
Nə ünüm yetir sənə,
nə səsim.
Fikrindən yata bilmirəm.
Nə qədər sualım var,
nə qədər gənəşiyim.
Elə bil, dar bir qəfəsdir
geniş evim.
Yaz görüm, başağrın necədir?
Ürəyin necədir?
Sakit gecədir,
Ay gəzir buludlar arxasında.
Gah görünür, gah gizlənir.
Elə bil,
qəm çırağıdır.
Hardasa bizdən uzaq,
bizdən hündürdə
hava seli
buludları dağıdır.
Buludlar axıb gedir,
göy üzü təmizlənir.
On dörd günlük Ay
yayıb dənizə tellərini.
İndi kim isidir
əllərini?
Sən çox üşüyənsən, axı;
əllərin illah...
Ulduzları saldım yola.
Pəncərəmi açdım tay-tay.
Səhər atıldı otağıma.
Bəlkə, səhərlə gəldin dedim.
Sevdiyin yasəməni paltarımı geydim.
Yollara baxdım;

__________________Milli Kitabxana_________________
baxdım
yorulunca.
Baxdım,
gözlərim göynəklə dolunca.
Qabaq-qarşı on mərtəbə bina
Qurtardı bu günlər.
Neçə ailə köçdü,
neçəsi köçür, köçəcək.
Pəncərələrə Günəş tökülüb
lopa-lopa,
çiçək-çiçək.
Baxıram adamlara
üzlərində nələr yazılıb, nələr...
Kimi illərin darısqallığında gəlib,
kimi üçü beş eləyib.
Kimi neçəncidir, belə
köçhaköç eləyib.
Çoxu iş adamıdır;
köçü də bir-iki bağlama.
Gör nələr gəlir,
nələr gəlir ağlıma.
O gün olaydı
nə mənzil dərdi qalaydı,
nə güzəranlıq dərdi.
Nə ayrılıq, nə ölüm olaydı,
nə qayəmizə yaraşmayan
ayrı-seçki,
bölüm olaydı.
Sevinc də, səadət də
həm ümumi olaydı,
həm fərdi.
Dünya neçə gün olsa da,
qara olmayaydı.
Sevinc çimdik-çimdik,
səadət xırda, irmik
ümid tikə-para olmayaydı.
Sahil parkım sən görməmisən.
Görəydin nə ürəyə yatımlı,

__________________Milli Kitabxana_________________
nə könülə xoşdur.
Sıra ağacların kölgəsi
uzanıb sahil boyu,
sanki dənizin nəğməsindən sərxoşdur.
Sənə kimdən deyim,
qonşumuzun qızı
Tərgüldən.
Yadındadırmı,
kuklasının paltarına
naxış salardı
nöqtə, vergüldən.
Bauman institutunu qurtarıb gəlib.
Təyin kağızı İrkutskadır.
Eh, əzizim, arzu nə sonsuz,
ömür nə qısadır.
Bu qısa ömrü də
ayrılıq doğrayanda
parça-parça,
hövlümdən az qalıram
öz-özümdən qaçam.
Bu da mümkün deyil.
Söykək olur dözüm mənə.
Nə sözün var,
kağızla yox,
bəsdir,
gəl, də özün mənə.
S ə n d ə n
Bu gün havanın şaxı sınıb
bir az isinib.
Amma üşüyürəm yenə.
Məktubun gəldi.
Bizdən nigaran olma.
Birtəhər keçinirik.
400 qram xurma,
üç arşın çit verdilər
qapalı dükandan.
Çörək hər gün eynidir.

__________________Milli Kitabxana_________________
Suyu dənizdən çox.
Əhdimizə sadiq -
yazıram nə var,
necə var.
Dünən gecə şəhərə soxulub
bir canavar;
ac imiş... yazıq!
Bilmirəm, canavara
yazıq demək olarmı?
Gecələr şəhər
dərin yuxuya girir.
Göydə ulduzları sayıram
bir-bir,
hansıdır baxtım.
Mənə... gülmə!
Qınama!
Fala baxdım.
Sağ-salamat gələcəksən.
S ə n ə
Qaranquşlar da gəldi
uzaq səfərdən,
qar lopaları sürüşüb düşür
çəpərdən.
Çəpərin yarısı yanıb,
yarısını tank yapışdırıb yerə.
Orda bənövşə çıxıbmı?
Novruzgülü necə?!
Yenə "dolu" yağdı bu gecə.
Dörd dəfə ara verdi,
başladı yenidən.
Dünən bir düşmən alayını
qopartdıq yerindən.
Bu "dolu" da dünənin qisasıdır.
Göy gurultuları
hər yanı sarsıdır.
Bağışla, əzizim,
günlər olur ki,

__________________Milli Kitabxana_________________
insanın ruhuna, qəlbinə
duman, sis dolur.
Səndən nə gizlədim,
burda adam bir az
fatalist olur.
S ə n ə
Üç gündür, üç gecədir
qar yağır.
Budaqlara yüklənib.
Hər yana səpilir qar.
Otağım soyuqdur.
otağım daxmadır.
Çöl donuşluqdur, yəqin.
Tavandan su axmadı.
Gecə yarısı yandı,
qurtardı şam.
Əlimə hovxura-hovxura
Ay işığında qurtardım məktubu.
Kim bilir,
sabah bəlkə gəldi,
bəlkə gəlmədi.
Bəlkə, burdakı tarix
son kəlmədir.
Sabah... Sabah...
Bəlkə, yenə yaza bildim.
Bəlkə, daha...
Az qalır,
açılmamış məktub kimi,
nələr gətirəcək,
nələr aparacaq
sabaha.
S ə n d ə n
Bu gün hava mülayimdir.
Ancaq üşüyürəm mən.
Məktubun gəldi

__________________Milli Kitabxana_________________
axşamçağı, dünən.
Oğlun yaman dəcəl olub.
Dilindən düşmür adın.
Hamını səninlə hədələyir.
Yaman kövrəkdir.
Nə desəm, xətrinə dəyir.
Bu gün yüz qram qənd aldım
səksən manata.
Deyir, hamısını mənə verin,
yoxsa yazaram atama.
Çörək hər gün eynidir:
Çəkisini deyirəm.
Oğlun kürlük eləyir.
Mən necə olsa yeyirəm.
Anan aglamaqdan
az qala kor olub.
Oğlum, balam deməkdən
dildən düşüb, yorulub.
Sən gedəndən,
bu qış günü,
eyvanda yatır gecələr.
Deyir: "O çöldə, səngərdə yatsın,
mən isti otaqda!
Necə olar?"
Deyirlər, kənar küçələrə yenə
tək-tük canavar gəlir.
Olanları yazıram bir-bir.
Bu günlər qara kağızı gəldi
qonşumuzun.
Anasına oxuyanda kağızı
arvad birdən qocaldı,
ağardı qaşları da.
Qurudu qaxaca döndü özü,
qurudu göz yaşları da.
Üç gündən artıq dözə bilmədi.
Yumdu gözlərini.
Boğçasından çıxdı
bir nişan üzüyü,

__________________Milli Kitabxana_________________
yüz manat pul - nəzir.
Bəzən ölüm də
səadətə bənzəyir.
Ax, bircə gələydin, əzizim!
Nə uzun sürdü bu səfər.
Gündüz yenə dözmək olur
birtəhər.
Amma bu qaranlıq,
bu uzun,
bu vahiməli gecələr...
Gecələr, şəhər
qara sükuta bürünür,
küçələr, evlər
ölüdən ölü görünür.
Qulaq cingildəyir.
Adamı vahimə basır,
bu səssizlik,
bu zülmət içində.
Yaxın, uğurlu səhərə
inamla yaşayır şəhər.
Hər gün məktub göndər...
mümkünsə, əgər.
Səndən
Payız elə həzindir,
Elə həzin;
elə bil, yanağından axan
gözyaşıdır,
qərib bir kimsəsizin.
Nə sən varsan,
nə səsin.
Nə dodaqlarımı yandıran
isti nəfəsin.
Yorğunam.
İşdən indi gəlmişəm,
Nə nəfəsimi dərib,
nə dincəlmişəm.
Bu gün dəftərlər də,

__________________Milli Kitabxana_________________
adi şagird dəftərləri,
elə bil, yeddi qat ağır olub.
Məktəb qarovulçumuz Badam xala
dünən uşaq üstündə ölüb.
Uşaq oğlandır,
sapsağlam.
Oxşayır buz baltasına.
Düşünürəm, bu iki xəbəri
necə verək cəbhəyə,
uşağın atasına!
S ə n ə
Qaranquşlar gəldi
uzaq səfərdən.
Xarlamış qar lopaları
sürüşüb düşür çəpərdən.
Arx döşündə meh tərpədir
yarpaqları.
Axşamlar bənövşə rənglidir.
Saatlar nə uzundur.
Dəqiqələr nə ləng gedir!
Bu gün qəzetdə bir yazı gördüm
ilan zəhəri kimi.
Sözləri tikanlı, yalanlı,
qanlı,
dumanlı;
düzülüb yan-yana -
əqrəb sürüsü.
Elə bil, çini qab mağazasına
böyələkli dana girib.
Elə bil, nankorluqla kəmfürsətlik
yarışa, imtahana girib.
İllərlə çörək kəsdiyi dostuna
nə qalıb deməsin!
Havadan bahar qoxusu gəlir,
bahar qoxusu.
Hərdən baş qaldırır
bir duyumönü -
şaxta, sazaq qorxusu.

__________________Milli Kitabxana_________________
S ə n d ə n
Bu gün də gəlmədi məktubun,
bu gün də.
Hava tutqundur,
yarpaqlar sapsarı -
intizar rəngindədir.
İntizar rəngindədir
pəncərə şüşələri,
otağımın divarları.
Bu gün də dünən kimi
üfüqdə Günəşin şəfəqləri
sönən kimi,
qəlbim həzin-həzin sızıldadı.
Bu gün də dünən kimi.
Dünən bir gün tez idi.
Bir parça ümid
bir tikə inam vardı.
Bu ümid də yoxdur,
inam da.
Bilirsənmi, nə yaman olur
ürəkdə acı, göynəkli
nigaranlıq oyananda.
Nə təsəllidən bir əsər,
nə bir çimdik güman olur.
Qəlbim ovcumdadır, sanki.
Qəlbim vücudumun hər yerindədir.
Başımda, qolumda, sinəmdə
nəbzimi titrədir:
Varam!
Varam!
Varam! - deyə,
indicə,
indicə,
parçalanaram! - deyə.
Bu gün də yenə
gözlərimdə örtülü qapı,
qulaqlarımda
ayaq səslərinin yoxluğu.

__________________Milli Kitabxana_________________
Beynimdə
Qırılmayan uzun bir sükutun
ayrılığı;
qara xəbər kimi ağır,
qara kədər kimi ağır.
Edam gününə açılan
səhər kimi ağır.
Ancaq bilirəm
gələcək məktub,
necə olsa, gələcək.
Necə gəlməyə bilər.
Sən varsan,
demək, ümid də var,
inam da.
Qarşıda sonsuz bir gələcək var;
müjdəli bir gələcək.
Keçəridir inanıram,
bu xəzəl duyumlar,
bu toranlı xəyal.
Bu sızıltılı həsb-hal.
Məktub gələcək.
Gəl onda gör:
sevincin fırtınasını,
gileyli günlərin yasını,
hər səhifədə
həyat imzasını.
S ə n ə
Hərarətim 4 artıq
adidən.
Bədənin qüvvəti,
ömrün dəqiqələri,
həyat bağlarıdır –
bir-bir yox olub gedən.
Dərman şüşələrindən
masamın üstündə tünlükdür.

__________________Milli Kitabxana_________________
Kim deyir ki,
dünya beşgünlükdür?
Həsrətinlə hər günüm
bir il keçir.
Hər dəqiqə qəlbimdən
neçə arzu,
neçə nisgil keçir.
Gözlərindən uzaqda,
nəfəsindən uzaqda,
Pıçıltılı, mehriban,
məhrəm, tənhalıq dolu
xoş səsindən uzaqda,
yalqızlıq içindəyəm.
Görüş gününü gözləyirəm,
xoşum gələn
paltarını geyəsən.
Sən də başdan-ayağa,
görünüşün, ətrinlə - yasəmən.
Vüsalımız bir ömür,
qane ola bilmərəm
aza mən.
1933-1976

__________________Milli Kitabxana_________________

1   ...   5   6   7   8   9   10   11   12   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə