RƏsul rza seçİLMİŞ



Yüklə 9.66 Kb.

səhifə8/13
tarix03.07.2017
ölçüsü9.66 Kb.
1   ...   5   6   7   8   9   10   11   12   13

HƏZƏR
Sərxoşluqda
bir süfrədə
yüzyol
öpüşüb yalaşan,
tez-tez qol-boyun olub,
dönə-dönə dalaşan,
mey içəndə
qardaş olan,
ayılanda

__________________Milli Kitabxana_________________
qəlbi daş olan
dostların cəfasından
həzər!
Həzər,
biliyi əzbər,
dili qeybət, xəbər,
gözünə baxa bilməyən,
ömründə bir dəfə
ürəkdən gülməyən,
insan sevincinə sevinməyən,
toyda, yasda dinməyən,
adı söhbəti kimi uzun,
qəlbi kiçik,
beyni çirk,
insanların vəfasından
həzər!
Həzər,
sabun köpüyü kimi,
bir anda yaranan,
dillərdə, ağızlarda daranan,
yüz qəlbdə
yüz həsəd oyandıran,
içi özünü,
çölü özgəni yandıran
şöhrətin səfasından
həzər!
Həzər,
süfrənin başında oturub
çörəyini yeyən,
sənə
"canım, ciyərim" deyən,
çətin gündə
yüz bəhanə tapıb küsən,
gicəvari yel kimi
dörd bir yana əsən,
yeri gəldi -
pambıqla baş kəsən,
dostların məlhəmindən,

__________________Milli Kitabxana_________________
şəfasından
həzər!
Bunlar -
nə dostdur,
nə düşmən.
Nə aslandır,
nə dovşan.
Bunlar -
payız günü
çöl-bayırda
balağına yapışan
pişpişidir.
Bunlar -
nə arvad kimi arvad,
nə kişi kimi kişidir.
Bunları damğalamaq
sənətin borcudur,
şairin
müqəddəs işidir!
Oktyabr, 1953
QARĞIBİRLİYİNDƏ YUBİLEY
"Hörmətli Qənbərlinin
yeddicə gündən sonra
həyatının ən gözəl,
ən dəyərli günüdür.
Ancaq, o çox sadədir,
tərifi-zadı sevməz,
elə bil ki, şöhrətlə
qanlıbıçaq günüdür.
Biz əməkdaşlar isə
bunlara baxmayaraq,
hazırlaşıb layiqli
yubiley keçirməliyik.
Xalq gündə yubileyləyir;
altıaylıq, birillik.

__________________Milli Kitabxana_________________
Quyruqdamı gedək biz?
Neçin, məgər dəliyik?"
Vartan, Zeynal, Nurməmməd
dəydilər bir-birinə.
Qasım İvana dedi,
İvan dedi İdrisə.
Kultfənd, Sosfond, Keffonddan
təcili pul ayrıldı.
Buyruq getdi çaparaq
birbaşa İnturistə.
Fotoqraf da çağrıldı.
Qəmbərlini ayrıca,
köhnə əməkdaşlarla
bir dəstədə çəkdilər.
Tez divar qəzetinin
təcili nömrəsində
müdirin gördüyü iş
sayıldı birər-birər:
"Azqarğı birliyi"nin
bütün şöbələrində
Qəmbərlinin həyatı
təhlil olundu geniş.
Natiqlər çox danışıb,
qısa nəticə verdi:
"Hələ Qarğıbirliyi
belə müdir görməmiş".
Çağırış biletləri,
tapşırıldı rəssama:
"Sadə olsun, az olsun,
beşcə min nüsxə ancaq.
Yəqin bir çox idarə
bizdən inciyər, əgər
belə mühüm bir işdə
onu yada salmasaq".
Şübhə yox ki, ilk gündən
keçirməkçün yubileyi,
bir komissiya düzəldi
beş nəfərdən ibarət,

__________________Milli Kitabxana_________________
bir də yeddi nəfərlik
köməkçilər heyəti,
bir də məsul təhkimçi
qeyd edildi, nəhayət.
Ancaq yoldaş Qəmbərli
tərif sevən deyildi.
Bu hazırlıq işini –
hardansa duydu, bildi,
Çataraq qaşlarını,
sığalladı başını.
Dedi: "Heç mən bilmirdim,
il tamam olduğunu.
Əlbəttə, bu diqqətə,
hörmətə minnətdaram.
İşi başlamışsınız,
qalmayıb artıq çaram.
Ancaq rica edirəm,
işi böyütməyin çox.
SSRİ miqyasında
yubileyə ehtiyac yox".
Əməkdaşların gözü
riqqət yaşıyla doldu.
- Sən bir sadəliyə bax!
- Sən bir geniş qəlbə bax!
- Bu qədər ki, təvazö
yoldaş Qəmbərlidə var,
bizə nə ad verərlər,
ona qiymət qoymasaq?
Yubiley həvəskarları
Hər gün qan-tər içində
iclas edir, yığılır,
qərar qoyur, dağılır.
Xərcləri ödəməkçün
dövlət kassası hər gün,
bir sağmal inək kimi
bollu-bollu sağılır.
Ürəklər çırpınaraq,
gözlənən gün yetişdi.

__________________Milli Kitabxana_________________
Səhnənin hər tərəfi
baxsan, güldür, çiçəkdir.
Natiqlər dilə gəldi:
"Bizim Qəmbərli yoldaş
bilikdə, bacarıqda,
demək olar ki, təkdir...".
Yubileyçilər coşdular,
təbrik üstündən təbrik.
Hədiyyələr haqqında,
hələ bir söz demirik...
Xəyalından ayıldı
birdən Qəmbərli yoldaş.
Bütün olanlar, hayıf,
xəyal dünyasındaydı.
Onun, iş bacarmayıb,
qulluqdan qovulduğu
bu gün, cümə axşamı,
artıq tamam üç aydı.
Bizdə böyük günlərin
hörməti çox əzizdir.
Layiqli insanları
yaddan çıxartmır Vətən.
Bəzi yüngül adamlar
ancaq peşəkar olub.
On iki yubiley verir
bir il başa yetmədən.
Qırx bir il bundan qabaq
Həsən anadan olub,
ya, Qumdaşittifaqın
səkkiz ili tamamdır.
Görürsən, haray düşüb:
"Qeyd eləmək gərəkdir.
Bu, tarixi bir gündür!
Bu, böyük bir bayramdır!".
Bir xəbər alan gərək:
- Əzizim, yoldaş Həsən!
Böyükmü iş görmüsən,
anadan olmaqla sən?

__________________Milli Kitabxana_________________
Ya, ay Qumdaşittifaq,
səkkiz il müddətində
ölkədə nə yaranıb
sənin bərəkətindən?
Hər namuslu vətəndaş
bizim eldə əzizdir.
Alim, kuryer, daşyonan,
toxucu qadın, əsgər,
Sağlam bir təşkilata,
Dəyərli bir insana,
təhqirdən başqa nədir,
yersiz, ucuz yubileylər?
1952
ƏDATLAR VƏ İNSANLAR
Dedilər: - Bu yaxında
bir nəcib peyda olub.
Dedim: - Hanı o nəcib, uşaqlar?
Dedilər: - Nəcib budur.
Bol təmənnası da var.
Ancaq... ancaq... başında
Daimi "Na"sı da var.
Dedilər "namus" sözü
lap boyuna biçilib
bax bu gözəl oğlanın.
Ancaq... ancaq...
başına yapışıq
"Bi"si də var.
Güldüm, dedim:
- Nə yaman, iynəli diliniz var,
uşaqlar, ay uşaqlar!
Dedilərki:
- Təpədən-dırnağacan vicdandır
bu adam.
Binədən evlənməyib,
nə oğlu, nə qızı var.

__________________Milli Kitabxana_________________
Ancaq... ancaq...
Sonunda həmişəlik
"Sız"ı var...
Dedim: - Bəsdir, uşaqlar!
Səsinizi eşidər birdən
dələduz ağa.
Başlayar üstünüzə
ucuz çaxır atmağa.
1962
HƏQİQƏT
Əyri budaq, cır meyvə
düzəlir, peyvend olur.
İnsan var, zəhmətilə
yol açır nəsillərə;
Adam var, "Mən! Mən!" - deyib
qocalır, həpənd olur.
1969
İCLAS BƏLASI
Yeddi min yeddi yüz yetmiş yeddi nəfərlik
iclas
davam etdi
yetmiş yeddi saat.
Natiqlər danışdı odlu-odlu.
Kimi əzbər, kağızsız,
kimi əzbər, kağızlı.
Belə oldu nəticə:
Daha əhatəli iclas çağırılsın
yaxın bir gün;
ətraflı danışmaq üçün.
1964.

__________________Milli Kitabxana_________________
İKİAÇILAN
"Yaşasın azad məhəbbət!" - deyib vələdüzzina
şorgözlə baxır baldızına.
Adı peyğəmbərin adından,
özü primitiv şeytan.
Üz-üzə bir qoşunla vuruşa hazıram mən,
Ancaq qoruyun məni xəlvət tutan itlərdən.
Şairlik də sənətdir,
Bacarmayana dərddir.
Hərə yazıq Günəşi min bir şeyə oxşadır,
Çiçək yerdə yaxşıdır, Günəş göydə yaxşıdır.
Qara matəm rəngidir - deyirlər, yox, yalandır,
qaldır kirpiklərini, gözlərinlə inandır.
Dünyaya nə gətirdin, dünyadan nə apardın?
Həsrət, sevinc, təəssüf, yoxsa tənə apardın?
Qoca gördüm, gözləri qaynar bir bulaq kimi,
cavan gördüm, yarpağı tökülmüş qovaq kimi.
DOĞRUNUN ACISI
"Acı olur doğru söz" - babalar deyib bunu.
Çox görmüşəm bu fikrin dopdoğru olduğunu.
Acıdil ad veriblər mənə bəzi adamlar,
Bu da səbəbsiz deyil, bunun da öz sirri var.
Salon. Qabaq sırada əyləşib bir nazənin,
Əynindəki paltarı alışdım-yandımdandır.
Səhnədə Dezdemona ağlayır həzin-həzin.
Alışdım-yandım gözəl, sağa-sola boylandı.
Əyilib qonşusuna dedi: - Sən öl, bu qışı

__________________Milli Kitabxana_________________
Beş dəfədir gəlirəm. Gör bu qarnı yanmışın
Neçə dəst paltarı var. Bir-birindən qəşəngdir.
Alikə dedim: - Öl, qal, ülgülərini çəkdir!
Necə bilirsən, ay qız, qolu bir azca gödək,
O gül rəngli paltardan mən də, sən də tikdirək.
Bu söhbəti eşitdim, yaman qaraldı qanım.
Əyilib yavaşcadan dedim: - Əfv edin, xanım!
Zərif ayağınızı hər dəfə yora-yora
Deyin, lütfən, nə üçün gəlirsiniz siz bura?
Yaxşı olmazmı evdə rahat oturaydınız,
Saçlarınızı da qızmış maşayla buraydınız?
Alikdir nədir, yəqin zavallı ərinizdir,
O tapıb gətirərdi ülgüləri də bir-bir.
Həm sizə xoş olardı, həm Alik bəxtigirə;
həm də yazıq müəllif, rəhmətlik Şekspirə!
Əyri-əyri baxdılar mənə xeyli bacıgil.
Sonra da ağız büzüb dedilər: - Fu, acıdil!
Bir şair sinəsini qabardıb körük kimi,
Yumruğunu göstərdi quru bir kötük kimi.
Qolunu açdı, bükdü, dedi: - Əzələyə bax!
Heç bilirsənmi nədir iki pudluq oynatmaq?
Dedim: pəhləvanlıq da, əlbəttə, yaxşı şeydir,
Yumruqla yazmayırlar deyəsən, axı, şeri.
Şairlik, pəhləvanlıq, məncə, eyni zad deyil,
Üzümə baxdı dedi: - Məlum oldu, acıdil!
Bir romançı tanışım o gün gəlmişdi bizə.
Süfrə açdım onunçun: plov, xuruş, mey, məzə.
Dedi ki, məqsədim var, romanıma əlavə
Yeni parça yazmışam, qulaq as oxuyum və...
Dedim: - Hansı romandır, hansı əlavədir bu?
Deyəsən, heç açmadı dostumu belə sorğu.
Mən üzrxahlıq etdim, dedim: - Bağışla məni,
Yaxşı başa düşmədim, doğrusu, sən deyəni.
Yəqin adını dedin, yəqin mən eşitmədim.
Boğazını arıtdı tanışım əvvəl hım, hım,
Sonra xeyli danışdı hörmətdən, qanacaqdan

__________________Milli Kitabxana_________________
Məntiqsiz, əlaqəsiz, evdən, küncdən, bucaqdan
Nəhayət, romanına əlavəni oxudu.
Məzmunu az olsa da varaqları çox idi.
Fikrimi soruşanda elə-belə də dedim.
(Xeyirxahlıqdı vallah, billah mənim məqsədim)
Tanışım baxdı, baxdı, dedi: - Bu yalan deyil,
Sənə yaxşı deyiblər, acıdilsən, acıdil...
Bir "natiq"ə rast gəldim nə "net" bilirdi, nə "yest"
Rus sözləri qatırdı məruzəsinə tez-tez.
"Əgər seryozna baxsan deyirdi məsələyə,
zaputat eləyiblər bizi yaman kələyə.
Mən iskrom adamam, hamı bilir çesniyəm,
Heç abijat olmaram, yaşasam da tesni mən.
Butdum dobrum, sizin də bir sovestiniz olsun.
Bizim obşestvada layiq mestiniz olsun".
Məruzə qurtaranda yanaşdım "natiq"ə mən.
Dedim: - Üzr istəyirəm, inciməyin sözümdən.
Nə üçün iki xalqın dilini, yoldaş, belə
Rüsvay eyləyirsiniz pəltək məruzənizlə?
Məgər, yaxşı dil bilmək sizinçin vacib deyil?
Natiq baxdı üzümə, dedi: - Vot kak, acıdil!
Bir gün iclas zamanı namizəd verirdilər;
Bir nəfər qalxdı, dedi: - Yusif, Əli, Mir Əkbər,
Qulu, Cəlal, Səməndər, bir də bizim bu Qara.
Cavanlardan da Həsən, Hüseyn, İbiş, Gülxara.
Sədr dedi: - Yoldaşlar, siyahı oldu tamam.
On bir adam seçirdik, bu da ki, on bir adam.
Söz aldım: - Ay yoldaşlar, belə yaramaz, axı!
Birtərəfli tutulub, görürəm, bu siyahı.
Qohum, qardaş sarıdan deyən xeyli tünlükdür.
Namizədlər hamısı bir elli, bir günlüdür.
Ağzımdan söz çıxmamış yerindən beş-on nəfər
Başlarını çevirib baxdılar mənə tərəf.
Bir ağızdan dedilər: - O sənin borcun deyil!
Şuluq salma məclisə, otur yerə, acıdil!

__________________Milli Kitabxana_________________
Bir tənqidçi aramsız deyirdi: - Yoldaş, gərək
Biz həyatı öyrənək! Biz həyatı öyrənək!
Həyatdır nöyüt, taxıl, barama, yun, tərəvəz.
Nə vaxt öyrənəcəkdir yazıçı həyatı bəs?!
Biz həyatı bilməsək, sənətimiz süst olar,
Nə forma zəngin olar, nə məzmun dürüst olar.
Bizə həyat gərəkdir! Bizə həyat gərəkdir!
Həyat bir talant üçün su, hava və çörəkdir.
Dilim dinc oturmadı, dedim: - Yoldaş filankəs,
Hər şeydən danışdınız, insan necə oldu bəs?
Barama da, nöyüt də, pambıq da çox gərəkdir,
Ancaq həyat - yaradan, canlı insan deməkdir.
Bu axır beş-on ildə, doğrusunu de görək,
Özün harda olmusan, həyatı öyrənərək?
Dostum əvvəl tutuldu, sonra dedi: - Eşit, bil,
Uşaqlıqdan bilirəm mən həyatı, acıdil!
Bir otaq gözləməkçün, biri katibənindir.
İcazə alsan, sonra üçüncü otağa gir.
(Qoy bunu da deyim ki, qalan on-on beş nəfər
bir balaca dördüncü otaqda işləyirlər)
Müdirin kabinəsi: - Uzunu on beş metr,
eni yeddi. İstəsən motosiklet sür gətir.
Stullar, kreslolar, güzgülü divan, xalı.
Vaz, şkaf, əlüzyuyan - hamısı da bahalı.
Şir ayaqlı bir stol. Boyu uzun, beş arşın.
Soyutqan, televizor, radio, qəndqıran maşın,
Büllurdan üç qrafin, yeddi dənə külqabı.
Miz üstə bir "Manifest", bir də "qəzəl" kitabı.
Dörd telefon cihazı: bircəsi doğruçudur.
İkisi lal dayanıb, dördüncüsü zəng vurur.
Bir saat mizin üstə, ikisi də divarda.
Çoxlu eksponat var rənglənmiş qutularda.
Cərəyanlı iki yelpinc, üç yekə Çin termosu.
Bir sifonlu ağ şüşə, içində sodalı su.
Rəngli qələm bir yığın, mürəkkəb al, göy, qara...

__________________Milli Kitabxana_________________
Bir patefon yanında yeddi dənə "Avara".
Tərs kimi mən gələndə bütün bunlar ordaca
səliqəylə durmuşdu öz yerində cabaca.
Əvvəlcə salam verdim, sonra soruşdum: - Deyin
Nəyin şərəfinədir belə dəm-dəsgah, nəyin?
Büdcəniz beş rəqəmdən güclə birtəhər aşır.
Bu əndazə, bu büsat nəyinizə yaraşır?
Mən lap çaşıb qalmışam, yoldaş müdir, doğrusu,
İş yeridir, yoxsa ki, univermağazadır bu?
Vaxtında verilməyir işçilərin maaşı.
Elə günü bu gündən, yoldaş, ixtisarlaşın!
Müdir tırs baxdı, dedi: - O sənin borcun deyil.
Elə bir sən qalmışdın, əzvay oğlu, acıdil!
Belə hallar, əlbəttə, həyatın bir cüzidir.
Mənə verilən adın səbəbidir, üzrüdür.
"Acıdil" desələr də, mənə belə adamlar,
Yaxşıların içində mənim yaxşı adım var.

__________________Milli Kitabxana_________________
Üzüyümün qaşı firuzədəndir
BAKI
Dəli xəzrin də xoşdur,
asta gilavarın da.
Ağlı-qaralı şanın,
Seyrəlmiş bağların da.
Qızınmışam qışında.
Donmuşam baharında.
Hər havası, hər fəsli
başqa bir aləm Bakı!
Arzumun bələdçisi,
könlümə həmdəm Bakı!
Qanadlı nəğmələrin
Gah zil, gah da bəm olur.
Yarpaqların, güllərin
niyə hərdən nəm olur.
Səndən ayrı düşəndə
sinəm dolu qəm olur.
Qucağında Xəzərim
yatıb dincələn Bakı!
Qarı, çiskin yağışı
əyri, köndələn Bakı!
Dünyada çox şəhər var
böyük, kiçik, miyana.
Xalqlar hörmət bəsləyir
gözəl təməl qoyana.
Hələ rast gəlməmişəm
tamaşandan doyana.

__________________Milli Kitabxana_________________
Qoynunda qərinələr
yanaşı duran Bakı!
Məhəbbətlə, ilhamla
yaradan, quran Bakı!
Sinəndə qatar-qatar
işıq karvanları var.
Polad keşikçilərdir
dörd yanında buruqlar.
Səndə kim qərib gəzib?
Qayğını kim unudar?
Ana kimi sevimli,
əziz, mehriban Bakı!
Şöhrətimi, adımı
daim qoruyan Bakı!
Dünyada çoxdur şəhər.
Sən mənim şəhərimsən.
Xoş ətirli baharım,
şəfəqli səhərimsən.
İftixarım, öyüncüm,
qələbəm, zəfərimsən.
Məhəbbəti könlümdə
dalğalı Xəzər Bakı!
Gələcəyi xəyalım
səninlə gəzər, Bakı!
Keçmişindən danışsam
sarayın var, qalan var.
Hər millətdən, hər eldən
sənə mehr salan var.
Böyük günlər yolçusu
min-min doğma balan var.
Bu günümün qüdrəti
şanım, şöhrətim Bakı!
Elim, günüm, məskənim,
eşqim, həsrətim Bakı!

__________________Milli Kitabxana_________________
Hələ neçə küçəndə
güllər dəstələnməyib.
Hələ böyük nəğmənin
xalı bəstələnməyib.
Yüz il ömür sürəydim,
bir gün xəstələnməyib.
Yazaydım, yaradaydım
şah nəğməni mən, Bakı!
Oxuyaydı dostların
onu ürəkdən, Bakı!
noyabr, 1961
Vasif Adıgözəlov mahnı bəstələmişdir.
GƏNCƏ
Bağlarında salxım-salxım təbrizi.
Buz kimidir Dördyolunun kəhrizi.
Göygölünün havasını udanlar
Ömrü boyu yaxın qoymaz pəhrizi.
Tarixdə var adın, Gəncəm, a Gəncəm!
İldən-ilə sən boy atdın, a Gəncəm!
Qarşısında əyməmisən başını
Ömrün boyu heç bir yadın, a Gəncəm!
Nəğmələrin ya şux olsun, ya həzin;
Alovludur Qoşqarının təpəsi.
İgidlərin nərəsindən bölünüb
Parça-parça qayaları Kəpəzin.
Gecə-gündüz canlı qəlbin döyünür.
Ellər bu gün zəfərinlə öyünür.
Neçə qurban bahasına qazandın
Şöhrətindən xəbər verən bu günü.

__________________Milli Kitabxana_________________
Sorağın var yüz ölkədə, yüz eldə.
Məhəbbətin neçə-neçə könüldə.
Dil yorulmaz tərifini deməkdən
Bundan sonra ömür etsəm yüz il də.
Telman Hacıyev mahnı bəstələmişdir
ÜZÜYÜMÜN QAŞI FİRUZƏDƏNDİR
Üzüyümün qaşı firuzədəndir,
Könlüm açılmayır bu gün nədəndir.
Yaman gündə dost əlindən bərk yapış,
Dünyanın həvəsi keçib-gedəndir.
Bizim bağlar, çöllər - xoş bir tamaşa
Sonalar göllərdə gəzərlər qoşa.
Necə çətin olsa, ömrün yolları
Birlikdə yorulmaz, vurarıq başa.
Bulud gələr, çiskin çilər, çən eylər,
Yar yarından ayrı düşsə qəm, eylər.
Sevgilimdən necə qalım aralı,
Bir baxışla qəlbə yüz məlhəm eylər.
Tofiq Quliyev mahnı bəstələmisdir.
SƏNƏ DƏ QALMAZ
Könlüm sənin əsirin, qəlbim sənindir, yar,
qəlbim sənindir.
İnsaf eylə, xoş sözlə məni gəl dindir, yar, məni
gəl dindir.
Söylə, nədir bu ədalar, bu işvə, bu naz
Gedər bir gün bu gözəllik sənə də qalmaz.
Nəqarət
Yalqızam, yalqız,
Yalqızam, yalqız.
Gəl məni möhnətə, oda
Salan vəfasız.

__________________Milli Kitabxana_________________
Söylə, nədir bu odalar, bu işvə, bu naz
Gedər, vallah, bu gözəllik səno do qalmaz.
Dağlar başı dumandır, aman Allah, yar, yenə
dumandır,
Ayrılığın ölümdən mənə yamandır, yar, mənə
yamandır.
Söylə , nodir bu ədalar, bu işvə, bu naz
Gedər bir gün bu gözəllik sənə də qalmaz!
Tofiq Quliyev mahnı bəstələmişdir.
ALA GÖZLÜ YAR
Gözlərin aladır yar,
Bir cüt piyalədir yar.
Dərdlərimin dərmanı
Başıma bəladır yar.
Nəqarət
Ala gözlü yar,
Şirin sözlü yar,
Gülər üzlü yar,
Şirin sözlü yar.
Təzə bahar gülümsən
Sevimli bülbülümsən
Dodaqların qönçədir
Qoy açılsın, gülümsə.
Nəqarət
Gözlərini süzmə, yar!
Ürəyimi üzmə, yar!
Qəlbimi incitmə gəl,
Məndən tez-tez küsmə, yar!
Nəqarət
Süleyman Ələsgərov mahnı bəstələmişdir.

__________________Milli Kitabxana_________________
KƏKLİK
Yamacları, yaşıllığı bəzəyən;
ayaqları qan xınalı kəkliyim!
Qayalarda, təpələrdə təziyən
Qanadları göy cunalı kəkliyim.
Buxağında gəlinlərin yaşmağı,
gözlərində gözəllərin gözü var.
Nədir belə səkə-səkə qaçmağın?
Dayan, kəklik, sənə dostun sözü var.
Dərə əlvan, çəmən əlvan, düz əlvan...
Bu rənglərin düzümünə aldanma!
Namərd ovçu dovla qurar arxadan –
Göyqurşağı, çöl düzünə aldanma.
Bu təpədən o təpəyə səkirsən,
Nəğmən coşqun bulaqlara qoşulur;
Sən də bahar həsrətini çəkirsən,
Sərin mehli yaz səhəri xoş olur.
Sən dazıyıb yoxuş boyu qalxanda
maddım-maddım baxa-baxa dururam.
Şən qaqqıltın dərə boyu axanda
Xəyalımda nə aləmlər qururam.
Dağlarımın nadir, nazlı gəlini,
azad yaşa, nəğmələrin susmasın!
Yel salmasın bir lələk, bir telini,
Ovçu səni bərəsində pusmasın.
Səni görüb ovçuluqdan əl çəkdim,
bundan belə bir güllə də atmaram.
Bu yerlərdə indi tüfəng atsa kim
Mən sübhədək rahat olub yatmaram.
İnsan olan gözəlliyə qıyarmı?!
Sənsiz dağlar yetim qalar, kəkliyim!
Cılız ürək gözəlliyi duyarmı,
Dağlar qızı, qatar-qatar kəkliyim.

__________________Milli Kitabxana_________________
Yamacları, yaşıllığı bəzəyən;
ayaqları qan xınalı kəkliyim!
Qayalarda, təpələrdə təziyən
Qanadları goy cunalı kəkliyim.
1974
YEDDİ ÇİNAR
Yeddi çinar, yeddi çinar –
yeddi meydan, yaşıl çadır.
Yarpaqları ləçək-ləçək,
budaqları göyə çatır!
Əsmə külək, əsmə külək!
Bir-birinə dəyib sınar
zümrüd kimi o yarpaqlar,
çılpaq qalar yeddi çinar!
Qalxıb pöhrə budaqları,
pıçıldaşır yarpaqları.
Doğma, əziz torpaqları
kölgəsiylə qucaqlayar
yeddi çadır, yeddi çinar!
Kim yetirib sizi belə!
Alnından tər silə-silə,
aydan-aya, ildən-ilə,
keçirsiniz qatar-qatar,
yeddi çadır, yeddi çinar!
Əsmə külək, əsmə külək!
Bir-birinə dəyib sınar
zümrüd kimi o yarpaqlar,
çılpaq qalar yeddi çinar!
Şamaxı, may, 1961
Vasif Adıgözəlov mahnı bəstələmişdir.

__________________Milli Kitabxana_________________
GİLAVAR
Gəzib-gəzib dərələri, düzləri,
nə durub, nə dincəlmisən, gilavar!
Vətənimin bu mehriban qoynuna
xoş gəlmisən, gilavar!
Fəsil-fəsil dəyişdikcə havalar
könlümüzdə nəğmə desin ilk bahar.
Sən də qoşul bu nəğmənin səsinə,
gilavar, ay gilavar!
Hərdən xəyal bir qanadlı quş olur,
həzin, coşqun nəğmələrə qoşulur.
Yüz möhnəti bir sevinclə əridər
insan ömrü xoş olar.
Buz bağlasa axar sular, bulaqlar –
könlümüzdə nəğmə desin ilk bahar.
Sən də qoşul bu nəğmənin səsinə,
gilavar, ay gilavar!
Hansı igid çətin yolda qocalar?
İnsan oğlu zəhmətilə ucalar!
Sən də qoşul nəğməmizin səsinə,
gilavar, ay gilavar!
Emin Sabitoğlu mahnı bəstələmişdir.
AXŞAM GÖRÜŞLƏRİ
Ulduzlar yaxın-uzaq,
Düzülüb çıraq-çıraq.
Ulduzları çağıraq
Axşam görüşlərinə.
Hər könüldə bir bahar.
Gəlsin dostlar, tanışlar.
Gəlsin nəğməli quşlar
Axşam görüşlərinə.

__________________Milli Kitabxana_________________
Məclisimiz xoş olsun.
Şən mahnılar qoşulsun.
Deyək: - Sevinc nuş olsun
Axşam görüşlərinə!
Tofiq Quliyev mahnı bəstələmişdir.

1   ...   5   6   7   8   9   10   11   12   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə