RƏsul rza seçİLMİŞ



Yüklə 9.66 Kb.

səhifə9/13
tarix03.07.2017
ölçüsü9.66 Kb.
1   ...   5   6   7   8   9   10   11   12   13

BƏLKƏ YARIM GƏLƏR OLDU
Sarı bülbül gül başına dolandı,
Yazıq könlüm həsrətinə qalandı.
Səbr, taqət nəyim vardı apardın,
Bir demədin nə soyğun, nə talandı.
Əsmə, külək, əsmə, külək!
O dağlarda bir az yuban!
Əyil, budaq, bəlkə yarım
Gələr oldu bu yollardan.
Karvan bulud narın-narın səpələr,
Gözəlləşər göy çəmənlər, təpələr.
Aman Günəş, qoyma soyuq damcılar
Sevgilimin yanağından öpələr.
Əsmo, külək, əsmə, külək!
O dağlarda bir az yuban!
Əyil, budaq, bəlkə yarım
Gələr oldu bu yollardan.
Dərələrdən ağır duman sürünür,
Göy yamaclar ağ örpəyə bürünür.
O Aydırmı çıxdı qara buluddan,
Yoxsa yarım gözlərimə görünür?
Əsmə, külək, əsmə, külək!
O dağlarda bir az yuban!
Əyil, budaq, bəlkə yarım
Gələr oldu bu yollardan.
1958
Rauf Hacıyev mahnı bəstələmişdir.

__________________Milli Kitabxana_________________
ƏHDİMİZƏ İNAN YAR
Ay işıqlı, göy ulduzlu, yol aydın.
Könlüm evi çıraqbandır bu gecə.
Nə bir çiçək, nə bir yarpaq solaydı,
Nə inciyib yardan küsən olaydı!
Hər möhnətə dözərəm.
Sına məni, sına, yar!
Əhdə çıxsam vəfasız,
Onda məni qına, yar!
Yar yolunda duman nədir, çən nədir?
Əllərinin hərarəti məndədir.
Dünya-aləm bütün gözələ dönsə,
Mənim könlüm, mənim gözüm səndədir!
Hər möhnətə dözərəm.
Sına məni, sına, yar!
Əhdə çıxsam vəfasız,
Onda məni qına, yar!
Bizi bir gün ayrı görsə yağılar,
Könlüm sənin həsrətindən dağılar.
Gündə yüz yol sənə qurban olardım,
Qorxuram ki, deyərlər, çox ağ olar!
Hər möhnətə dözərəm.
Sına məni, sına, yar!
Əhdə çıxsam vəfasız,
Onda məni qına, yar!
1958
Ələkbər Tağıyev mahnı bəstələmisdir.
ƏFV ETDİM HƏR ŞEYİ
Əfv etdim hər şeyi, əfv etdim sənə,
O soyuq sözləri, o gülüşləri,
Zənn edirdim səni unutdum, mənə
O axşam "yox" deyib gedəndən bəri.

__________________Milli Kitabxana_________________
Yuxuda bu gecə dodaqlarından
Öpürkən qəlbimin əsdi telləri.
Görünür, ağlımmış səni unudan,
Könlümün bu işdən yoxmuş xəbəri.
Bakı, iyun, 1934
Emin Sabitoğlu mahnı bəstələmişdir.
İNSAF DA YAXŞI ŞEYDİR
Ürəyimin sevinci
sənin yadigarındır.
Yuxumu qaçıran da,
sənin intizarındır.
Sən dərdimdən xəbərsiz.
Sən nəşəli, kədərsiz.
Görən deyir:
- Bu göyçək,
hansı bəxtəvərindir?!
El içində xar oldum.
Dildən-dilə car oldum.
Yar deməyə qorxuram,
ocəb bəxtiyar oldum!
Gözlərinin rəngini
Dağlarda axtarmışam.
Saçlarınm ətrini
bağlarda axtarmışam.
Mən gələndə gedirsən.
Mən gedəndə gəlirsən.
Elə bil, sən baharsan,
mən şaxtalı bir qışam.
Qərarımı kəsən yar!
Söz deməmiş küsən yar!
Ne dedim ki, incidin!
De! Bu mən, yar, bu sən yar!
Fərhad olsaydım, əgər,
qayaları yarardım.

__________________Milli Kitabxana_________________
Məcnun olsaydım, əgər,
min fəryad qoparardım.
Dedim: - Sevirəm səni!
Dedin: - Eh, gözüm aydın.
Burda nitqim kəsildi.
Burda sözüm qurtardı.
Könlüm nəğməli neydir,
Dilim dolu gileydir.
Öldürdü nazın məni.
İnsaf da yaxşı şeydir.
1954
Emin Sabitoğlu mahnı bəstələmişdir.
STALİN
Əlində üçtelli sazı
Ucalır göyə avazı
Qoca aşıq el içində
DEyir: - Budur, ömrün yazı
Yaşa-yaşa, can Stalin!
Gəlin, dostlar qulaq asın
Bu ellərin nəğməsinə
Cavanların mahnısına
Körpələrin şən səsinə.
Söyləyirlər bir ağızdan:
- Yaşa-yaşa, can Stalin!
Dillərdə dastan Stalin!
Quş keçməyən sərhədlərdə
Eldə, obada, hər yerdə
Geniş mavi dənizlərdə
Keşik çəkən qızıl əsgər
Deyir: - Yaşa, can Stalin!
Ey böyük insan Stalin!
1938
Niyazi mahnı bəstələmişdir.

__________________Milli Kitabxana_________________
ÖLƏN NƏĞMƏM
Bir nəğməm vardı, dillər əzbəri.
İnsan olsaydı, yəqin
həsəd aparardı ona el nəğmələri!
Bir nəğməm vardı - gözəl,
həm oxumlu, həm cavan,
həm də ürəyə yatan.
Hər guşəsi yerində.
Hər bəstəsi duzlu, xoş.
İndi neçə müddətdir oxunmayır.
Bir də oxunmayacaq.
Nəğmə ölü deyilmi,
gəzməsə dodaq-dodaq?
Nəğməm öldü,
Sevincimdə yeri qaldı.
Nəğməm öldü,
Ürəyimdə ağrısı diri qaldı.
1954
"QƏM KARVANI"
R.Rzanın müxtəlif şeir və poemalarından top-
lanmış bu parçalar əsasında Vasif Adıgözəlov
1990-cı il yanvar şəhidlərinin xatirəsinə həsr
olunmus oratoriya bəstələmişdir. Oratoriya
Qara yanvarın 10-cu ildönümündə, 2000-ci
ildə ilk dəfə səslənmişdir.
I
Vuruşdular,
son gülləyə,
son süngüyə,
son qundağa qədər.
Vuruşdular,
hər şey qırmızı geydi,
daşdan torpağa qədər.
Vuruşdular,

__________________Milli Kitabxana_________________
alt dodaqdan
üst dodağa qalxa bilməyən
səsə qədər.
Son nəfəsə qədər.
Yaralılar ufuldamadı,
can verənlər inləmədi.
Susuzlar "yandım" demədi.
Öldülər ayaqlarının altında
Vətən torpağı.
Başlarının üstündə Vətən ulduzları.
Könüldən könülə uçdu
ümidləri, arzuları.
Gecə ağır-ağır keçdi
cənazələrin üstündən;
keçdi getdi yolu səhərə.
Günəş şəfəqdən örtük çəkdi
torpağı qoruyub, torpaqda dincələn
cənazələrə.
II
Qaranlıqdan səs:
- Sonu varmı, sonu varmı
yolumuzdan çəkilməyən,
dan ocağı sökülməyən,
üzümüzə bir gülməyən
gecələrin, gecələrin?
Göydə bulud - qara gəmi
Qara günün qara qəmi!
Ömrün işıqsız aləmi!
Gecələrin, gecələrin,
sonu varmı?
Bu qaranlıq qurtararmı?
Əks-səda:
- Keçməlisən bu qəm dolu
ağır yolu, çətin yolu.
Vuruşlarda qazanacaq
azadlığı insan oğlu.

__________________Milli Kitabxana_________________
Qaranlıqdan səs:
- Gözümüzün kökü sarı
İllər keçir - qəm qatarı!
Kim qırar bu intizarı!
Nə vaxt, nə vaxt yıxılacaq
Gecələrin dərd hasarı?
Əks-səda:
- Keçməlisən bu qəm dolu
ağır yolu, çətin yolu.
Vuruşlarda qazanacaq
azadlığı insan oğlu.
III
Nə son dəqiqələrindən xəbərim var,
nə harda basdırıldığını bilirəm.
Bəlkə qara quzğunlar
caynaqlayıb yedi qara gözlərini.
Bəlkə üstünə cansız sərildiyin torpaqda
cəsədin qaldı neçə gün.
Və düşmən ayağı dəymədi torpağın o parçasına.
Bu da sənin vətənə son borcun oldu.
Bəlkə də o torpaq ki,
sinəsinə aldı səni,
Dönə-dönə sənin qorucun oldu.
Lakin nə son qoruya bildin onu
sona qədər,
nə o səni.
Əbədi qaldı o torpaqda
yurdumun
neçə-neçə
Əlisi, Əhmədi, Həsəni.
IV
Baxıram qəbristana
ağlayan adam görmürəm.
Bircə torpağı təzə,
üstünə səpilmiş
çiçəklər indi-indi soluxan,

__________________Milli Kitabxana_________________
hələ başdaşı qoyulmamış
qəbrin yanında diz çöküb
üzünü torpağa qoyub,
həzin-həzin ağlayan qadından başqa.
Yəqin anadır.
Göz yaşları ürəyimi qanadır.
Başımı qaldırıb birdən,
hər qəbrin üstündə
bir dəstə çiçək görürəm.
Deyirəm: - Salam!
Yurdumun qəhrəman oğulları!
Əzizlərim!
Yəqin siz cavandınız
yəqin boy-buxunlu
bığ yeri təzəcə tərləmiş oğlanlardınız.
Bəlkə tikə-parçanızı
tapıb yığan olmadı.
Ancaq bir zaman
qara ya ağ bənizli,
sinəsində ürək çırpınan,
canlı insan olan
sizin,
bir-iki parçanızı,
basdırıblar bu torpağa.
Yoxsul olsun, ya zəngin,
qara ya ağ,
insan torpaq üstündə yaşayır.
İnsana gərəkdir torpaq!
Bu doğrudur -
Ancaq ömrün qırbacı
insanları belədən-belə qovur.
Torpağı satın alırlar,
zəbt edirlər,
mənimsəyirlər.
"Bura bizim idi!
Bura da bizim oldu", - deyirlər.
İnanmasan,
Səs bir pərdə yüksəlir,

__________________Milli Kitabxana_________________
daha qəzəbli gəlir:
- Bizimdir!
- Bizim oldu!
- Yox! - desən
Söz verilir topa, gülləyə.
Yenə inanmasan,
susmalı olursan,
zəncirlərin nəğməsini dinləyə-dinləyə.
V
Biz körpü olduq,
üstümüzdən keçdi zaman
ağır yüklü günləriylə.
İnlədik
eşitmədilər.
Çağırdıq
hay vermədilər.
Yalvardıq
baxmadılar.
Ağladıq
görmədilər.
Qolumuzun zəncirini göstərdik,
- Açın, - dedik.
Açmadılar.
Yaralı düşəndə belə
bizə yanaşmadılar.
Ən insaflısı dedi:
- Bir əlacın var,
öl, qurtar!
Nə gözümüzdə yaş qaldı,
nə qəlbimizdə məhəbbət.
İlanın ağına da,
sarısına da lənət!
VI
Azadlıq nə xurmadır,
gözləyəsən, yetişsin, yığasan.

__________________Milli Kitabxana_________________
Nə alçaq təpədir,
həvəslənib yüyürəsən, çıxasan.
Zəncirləri qırmaq azdır
zəncirlərin dünyasını
gərək yıxasan!
Məzlumların qəzəbi
çox tufanlar qoparasıdır.
Hələ bu harasıdır
hələ bu harasıdır.
Başını dik saxla, qardaş!
Bayrağını, silahını möhkəm tut!
Dünya sənə baxır,
tarix sənə baxır
hələ çox bağlı qollar
zəncirlərini
həlqə-həlqə qoparasıdır.
Hələ bu harasıdır!
Hələ bu harasıdır!

__________________Milli Kitabxana_________________
Vaxt var ikən
VAXT VAR İKƏN
Çıq-çıq saat işləyir.
Düşür əbədiyyətə
ömrün geri dönməyən anları.
Zaman alıb aparır insanları
bu günəcən heç kəsin
qayıtmadığı uzaqlara.
Vaxt var ikən dünyaya bax!
Baxıb doymasan belə.
Bir divara daş qoy!
Çiçək iylə!
Saçlarını
sabahın xoş nəsimiylə dara!
Könlünü aç Günəşə, bahara.
Vaxt var ikən gəl,
şəfəqləri qarşılayaq
səhər-səhər.
Sevək, sevilək!
Fikrimizdən işıqlansın zülmətlər.
Dodaqlarında açılsın
təbəssüm çiçək-çiçək.
Vaxt var ikən
əllərinin hərarətindən
isinsin bir insan əli.
Nə qədər iş var görməli,
Nə qədər söz var deməli.
Vaxt var ikən
bircə qələm vur,
bir budaq peyvənd elə.
Demə, o necə, mən də elə.

__________________Milli Kitabxana_________________
Düşmənə amansız ol,
dosta xoşqılıq!
Vaxt var ikən
elə yaşa, elə çalış
bir gün sən olmayanda
hər kəsə aydın görünsün
yerində qalan boşluq.
1961
VAXTI ÖLDÜRƏK DEDİN
Dedin: - Neyləyək, vaxtı öldürək?
Gün uzun, gecə uzundur!
Düşünmədin,
boş keçən anlar da,
möhləti bilinməyən
ömür yolumuzundur.
Yol qurtarar,
bircə an dayansa ürək.
Nə rəvadır,
vaxt bizi yaşadırkən,
biz vaxtı öldürək?!
1961
VAXT
İlkin gördüm onu,
Saç, nə saç!
Göz, nə göz!
Dodaq, nə dodaq!
İnsan şəklinə girmiş
alovlu bir qadın ehtirası!
Dantenin Beatriçası!
Titsiyanın Venerası!
Füzulinin Leylası!

__________________Milli Kitabxana_________________
... Rast gəldim.
Saçlara,
gözlərə,
dodaqlara baxdım!
Hey,hey!..
Hanı elə bir qüvvət
Hanı?
Canlandıra yenidən.
Beatriçanı!
Veneranı!
Leylanı!!!
1964
VAXTIN KARVANI
Neçə-neçə insanın
burda qəmi, sevinci var.
Deyilmiş sözləri,
can yanğısı, arzusu;
ümidi,
ködəri var.
Hələ deyilməmiş
nə qədəri var.
Dediklərindən artıq
deyə bilmədikləri qalıb.
Uzun illər əsrlər boyu
insan xəyalını,
insan arzusunu,
sözünü,
insanın özünü,
sıxıb qanun adlı qəlib;
ya dolayı,
ya düz;
ya hökmlü,
ya hökmsüz.

__________________Milli Kitabxana_________________
ƏSRLƏRİN SƏSLƏNMƏSİ
Burda neçə ömür yolu çatallaşıb.
Neçə doğulmamış istək
nisgili var.
Neçə ürək yanğısı,
neçə könül dili var.
Neçə arzu, neçə dilək var.
Kimi deyir: boş sözdür.
Kimi deyir:
üstü yazı dolu
çərxi-fələk var.
Dinləmədən
acları, toxları;
yoxlamadan
varları, yoxları;
çıxıram insan taleyinin
dolaşıq yollarına.
Uğur olsun,
Yol boyu bələdçilərim:
Duyum,
Hünər,
İradə,
Vicdan.
Mindirib yel qanadlı
xəyala məni.
Gəzdirirlər
sonsuz könüllər aləmini.
Orda rast gəldiyim
gah təsəlli,
gah nigaranlıq,
gah həlli çətin sual olur.
Gah camcanlı varlıq,
gah kədər heykəli - hicran,
gah ser-sevincli
vüsal olur.

__________________Milli Kitabxana_________________
VARAQLARDAN BİRİNDƏ
Soruşuram qəlb ağrısından:
- Bir ağrı ki,
kəlmə olub süzülüb
bəlkə könül yanğısından,
bəlkə ciyər yanğısından.
Hansı sinədən çıxıb
bağıra-bağıra,
insanlığı şahid
çağıra-çağıra
gəlib.
Dindirməsən dinməz,
söylətməsən söyləməz,
Yuvalanmısınız
bu sarı yarpaq üstündə?
BAŞQA VARAQ
Soruşuram sevincdən:
- Dünyada bu qədər
fəlakət, qəm, kədər;
bu qədər nisgil varkən,
bu boyda dünya
canlı insan qəlbinə darkən,
haqqın varmı
belə -
gülər üzlü,
sakit gözlü
dayanasan?
Nə kövrəlib, nə yanasan?
YENİ SƏHİFƏ
Soruşuram ümiddən:
hardan gəlmisən?
Hanı vəsiqən ki,
sən doğrusan?

__________________Milli Kitabxana_________________
Bir gün həqiqət olacaqsan
Zəmanətin varmı;
zamandan, gələcəkdən?
Ümidsənmi gerçəkdən?
Cəbhədaşın kimdir?
Keçənlərdən, olanlardan
zəmanətin varmı?
Ağır sınaq günlərinə dözümün,
intizara dəyanətin varmı?
Yoxsa, qoçaq,
adına güvənirsən ancaq?
ÜZ-ÜZƏ
Danışıram
hər şerin müəllifiylə;
yazdığına görə,
şerinə görə.
Danışıram
oxuyub yazısını neçə kərə.
Soruşuram: məgər dünyanın
tükənməz dərdi-səri
sənə qalıb!
İnsanlığın
sevinc sözü,
dərd əsəri sənə qalıb?
Belə həyəcanlı,
belə rahatsız
belə səksəkəlisən,
Sən, adi insan oğlu
insan?
Hansı günlü,
hansı illi,
hansı ölkəlisən?
Səslər gəlir...
Neçə səs eşidirsən cavabımda,

__________________Milli Kitabxana_________________
neçə sual,
neçə heyrətli nida.
İnsan qəlbi
necə biganə qala bilər;
insan qəlbidirsə, əgər.
İnsanların dərdini görə-görə
necə "neyləyim",
"necə eləyim" eşidib?
Hansı saya, hesaba gələr
insan dərdinin
insan arzusunun
çeşidi.
OXUYURAM BİR DƏ SƏNİ
Sətirlər düzülüb
alt-alta,
üst-üstə,
yan-yana.
Bütövü var,
qırığı var.
Hər səhifədə
min könüldən xəbər verən
yığı var.
Əsrlər durub yan-yana,
Homerdən, Nizamidən
üzü bu yana.
Börnsdən, Sabirdən o yana.
Hələ çağdaşlarımı demirəm;
biri yerindən aşağı,
biri yerindən yuxarı.
Sözlər, sətirlər:
birində güllə qaynarı,
birində qılınc ovxarı.
Hansı əllər yazıb
bu sətirləri, sözləri!

__________________Milli Kitabxana_________________
Hansı dillər deyib
bu yanıqlı sözləri.
Biri gedib
fikri, səsi qalıb.
Biri gedib
beş-on vergülü,
bir-iki nöqtəsi qalıb.
Birini unutduran,
birini yaşadan nədir?
Birində odlu silah,
birində quşatan nədir?
Mətləbdən uzaq düşdün
Rəsul Rza!
Onlar deyib, gedib,
Biz də davam edək yolumuza.
Həyatın Nuhdan bəri
sevinci də, yası da var.
Ömrümüzün hələ
səhifələrə düşməmiş
mübarizə edim
antologiyası da var.
Yaxşısı budur, desənə,
tarix hansı səhifəsində
yer ayırıb sənə?
CAVAB
- Əzizim!
Həmgünüm, həmilim!
Nə bilim!
Nə bilim!
HƏR YAŞIN BİR NİSGİLİ
Dərələrin başından,
qayaların qaşından,
çağlayıb axan sular!

__________________Milli Kitabxana_________________
Daşdan-daşa tökülüb,
hey qıvrılıb, bükülüb
qıjıldayan xan sular!
Gah göz-göz bulaq olub,
gah coşqun irmaq olub,
gah dalğası dağ olub,
qabarıb qalxan sular!
Gah sakit, gah gur axıb,
gah quzu, gah kür axıb,
dəhnəsində darıxıb
sahilə çıxan sular!
Sızqovlar, süzüntülər
bir-birinə qatıla-qatıla
dərələrin çalovundan keçib,
qızmar Günəşin alovundan içib
yığılır, birikir, nəhr olursunuz!
Axırsınız sakit, lal;
bu sahildən o sahilə
ləngər vura-vura.
Müdrik qocalara bənzəyirsiniz;
çiynində ömrün yükü,
əqlin, biliyin yükü, qocalara.
Lakin şənlik yox, həvəs yox.
Sanki son mənzilə qalmış yolu, -
bəryaların qoynuna, -
gedirsiniz, gözü tox, nəfsi tox.
Belədir həyat.
Hər yaşın bir nisgili var.
Yaşlı görünməyə can atır gənclər.
Gəncliyə həsrət çəkir qocalar.
1962

__________________Milli Kitabxana_________________
İNAN
Cavanlığa aldanma!
Səni gücsüzlüyə,
üz qırışına,
yorğunluq qışına
tapşırıb gedər.
Gözəlliyə inanma!
Səni təəssüflü xatirələrə,
soyuqluğa, boyatlığa,
laqeydliyə təslim edər.
Qəlbinə inan!
İlk gündən son günə qədər
səninlədir.
Sənə sədaqətidir ki, hərdən
həzin-həzin
ağrıyır,
səni də inlədir...
1968
GƏNCLİK, QOCALIQ, VƏFASIZLIQ
VƏ SƏDAQƏT HAQQINDA
Kim desə: "Gənclik hər şeydən yaxşıdır!"
mübaliğəli olsa da,
xoş sözdür.
Kim desə: "Qocalıq qiymətlidir!"
Düz olsa da,
boş sözdür.
Gənclik özü gedir.
Qocalıq özü gəlir.
Nə onu saxlaya bildim,
Nə bundan qoruna bilirəm.
Nə doyunca sevindim.
Nə ağlaya bilirəm.
Deməyin, yaşamağa hərisdir.
Gənclik vəfasız çıxdı.

__________________Milli Kitabxana_________________
Qocalıq vəfalıdır.
Ömrün son gününəcən
məndən ayrılmayacaq.
Bu pısdır.
1960-1962
BURUQLARIN SÖHBƏTİ
Qoca buruq
yanındakı cavan buruğa dedi:
- Ayaqlarını möhkəm bas
polad döşəməyə!
Hazır ol!
Fırtına gəlir
dəmir çeynəməyə,
polad kövşəməyə.
Cavan buruq dedi:
- Niyə nigaransan?
Qorxum yoxdur mənim
Fırtınadan, tufandan.
Bəlkə paslanıb dirəklərin?
Bəlkə dalğaların ləngəri
qaynaqlarını qoparıb, töküb?
Yoxsa, canına
cilovsuz küləklərin
qorxusu çöküb?
Qoca buruq dedi:
- Mən uzun bir ömür yolu keçmişəm.
Yıxılsam da, nə qəm!
Təkəbbür hünər deyil!
Ağır gündə möhkəm dayan qoçaqsan!
Mən getsəm, keçmişim qalar.
Sən getsən,
gələcəyini aparacaqsan.
1962

__________________Milli Kitabxana_________________
QUM DƏNƏLƏRİ,
TƏQVİM VƏRƏQLƏRİ
Sahildəyəm.
Bir ovuc qum götürdüm əlimə.
narın qum dənələri axdı
barmaqlarımın arasından;
bulaq suyu kimi;
təmiz,
işıqlı,
sakit, səssiz;
geri dönməyən vaxtın
anları kimi.
Sahilə baş qoyub
yatırdı dəniz.
Qum dənələri süzülürdü
barmaqlarımın arasından.
Gözlərimi yumdum
Dinlədim dənizin
qəmli sükutunu.
Bir an,
mənə elə gəldi ki,
bu səssizlik içində,
lal külək,
bir-bir
çevirib qoparır
təqvim varaqlarını.
Bu xəyali aləmdə, gördükcə
bayramlı bayramsız varaqların
tək-tək qopub düşdüyünü.
Duyurdum qəlbimin,
sızım-sızım üşüdüyünü.
1976

__________________Milli Kitabxana_________________
PERPETİUM-MOBİLE
Məqaləni qurtardım dünən.
Bu gün şeri verdim çapa.
Bu gecə son səhifəni çevirib
vida etdim oxuduğum kitaba.
Gözlərim deyir:
- Yat! Yat!
Nə vədin var,
nə borcun,
nə yarımçıq işin.
Məni dincəlməyə çağırır,
əbədi ayrılıqla,
kövrəlmiş keçmişim.
Ancaq, duyuram,
qarşıdan,
bir an yubanmadan,
gələcəyim gəlir.
Açılır səhərin qapıları.
Maraqlıdır, nə gəlir?
Kim gəlir?
Bakı, 1964
HAMIMIZ YOLDAYIQ
Yol. Qatar.
Minənlər var, düşənlər var.
Kimi gülə-gülə minir,
gülə-gülə düşür.
Kimi kədərli, qayğılı.
Duracaqlar ötüşür...
İskələlər keçir.
Qurtarmaq bilmir qatarın yolu.
Gündüzü var, gecəsi var.
Hələ gülə-gülə minəcək,
kədərlə düşəcək neçəsi var.

__________________Milli Kitabxana_________________
Nə mən bilirəm harda düşəcəyəm,
nə qatardakılar bilir.
Bəlkə heç qatar dayanmayır:
düşonə elə gəlir,
minənə elə gəlir.
Bəlkə mənə elə gəlir.
Gedir qatar.
Çay içirəm, papiros çəkirəm,
düşünürəm, şeir yazıram.
Mən bu uzun yolda
getməyə, getməyə, getməyə də,
ən yaxın duracaqda düşməyə də hazıram.
Ancaq..,
Bu şeri qurtarım.
Bir yenisini başlayım.
Bir də...
Nə yol qurtarır,
nə arzular.
Yeni iskələlər, duracaqlar ötüşür.
Kim isə minir,
Kim isə düşür.
mart, 1962

__________________Milli Kitabxana_________________
Çinar ömrü
HƏYAT EŞQİ
Gözlərimə baxdı həkim,
kağıza xeyli baxandan sonra.
Mürəkkəbə batırdığı qələmdən
damcı-damcı
mürəkkəb axandan sonra.
Baxdı və dedi:
- Şəkər!
Mən bilmirəm hansı dəqiq tərəzi
gözlərdeki təəssüflin
ağırlığını çəkər?
Mən gördüm, həkimin
təəssüf rəngli gözlərini.
Eşitməsəm də onun
əvvəlki sözlərini,
ancaq bir kəlməni eşitdim.
Eşitdim
top gurultusu
eşidən kimi:
- Şəkər!
Gözlərimi həkimin
gözündən çəkmədim.
Gözlərinə and olsun
bir qırpım, bir an
gözlərimi çəkmədim,
onun baxışlarmdan.
Ancaq soruşdum:
- Uzun çəkər? Dedi:
- Çox xəbis şeydir bu şəkər!
Özü bir şey deyil, ancaq

__________________Milli Kitabxana_________________
Bəzi adamlar kimi, ara qarışdırandır.
Çox azar törədəcək;
bu cəhətdən yamandır.
Dedim:
- Elmin bu vaxtı...
Təbabətin qüdrəti...
Məgər...
Həkim dedi:
- Zəhrimara qalsın bu şəkər!
Dedim: - Qalsın... qalsın!
Neyləyək.
Nazilən yerdən üzüləcək.
Bəli!
Rəfiqəm mənim!
Əzizim!
Nə məyusam, nə şad.
Gözlərimdə canlandı
Keçirdiyimiz həyat.
Ümidli, arzulu.
Mübarizə, səadət dolu
günlərimiz
gözəl ümidlər içində keçmədimi?
Dodaqlarında bahar təbəssümü
çağırdın adımı.
Ən şirin xülyamız
canlı həyat olmadımı?
Mən deyərdim: - Payız ayları
yaxşıdır iş üçün.
Yeni poemamı qurtaram gərək.
Sən də gülərək
deyərdin: - Məgər
qurtararmı
şerə dönən
düşüncələr, həvəslər?
Bir əsəri bitirdin,
yenisi növbədədir.
Hələ bu yarı olmamış,
Gəlir yeni çağırışların sorğusu.

__________________Milli Kitabxana_________________
Mən səninlə həmrəy idim doğrusu.
Rəfiqəm mənim, əzizim!
Günlərimiz bizim
necə gözəl istəklərə bağlı keçdi.
Demirəm haraylı keçdi.
Demirəm təmtəraqlı keçdi.
Qış oldu, yaz oldu.
Bəzən sevincimiz
qayğımızdan az oldu.
Ancaq yenə də maraqlı keçdi.
Mən həkimin gözlərindən oxudum:
Möhlət qurtaracaq,
arzular qurtarmadan.
Yolu çovğun kəsəcək,
mənzilə varmadan.
Olsun!
Doğrudur, hər kiçik yarpaq belə,
nə qədər oxşasa da başqasına,
Yenə təkdir;
bəlkə rəngi,
bəlkə biçimi,
bəlkə də hərarətilə
Bəli, təkdir.
Saplağından üzüldümü
bir də bitməyəcəkdir.
Lakin!..
Nə təəssüf edirəm,
nə də dəymə-düşər qonaq kimi
küsüb gedirəm.
Yox!
Məna ömrün boyunda isə;
onda eşq olsun
ala qarğaya,
bir də qart qurbağaya!
Biz ömrümüzü yumşaq
yaşıl mamır kimi
ağac gövdəsində keçirmədik.

__________________Milli Kitabxana_________________
Hansı göz var ki,
ona açıq və dik
baxa bilmədik?!
Ümidlər içində,
arzular içində keçdi ömrümüz.
Nəğmələr, qovaqlar içində keçdi ömrümüz.
Bahar içində keçdi ömrümüz.
"Yarımçıq əsərləri bitirək", - dedik.
"Uşaqları böyüdək,
yetirək", - dedik.
Düşünmədik, günlər sayılı imiş,
ömrün yolu gödək.
Gör nə qədər
Yarımçıq iş var.
Ümidlər!.. Arzular!..
Məhəbbətin
çevrilməmiş varaqları var.
Yurdun hələ
sinəsi sirli qalan
silsilə dağları var.
Hələ Mildə, Muğanda
salınmamış meyvə bağları,
hələ Bakıya gəlməmiş
Şah dağın buz bulaqları var.
Hələ pəncərəsi şüşələnməmiş,
hərəsi bir şəhər evlərin
boyaqsız otaqları;
hələ nur muncuğu kimi
neçə kəndin yoluna düzülməmiş
ildırım çıraqları var.
Ölümü susdurmaq üçün
hələ yaranmamış
nə qədər şəfa, əlac yaraqla,
hələ kölgəsini çöllərə salmamış
neçə yaşıl meşə zolaqları var.
Hələ zəfər nəğmələrində
nəqarət olmarmış
neçə qurtuluş soraqları var.

__________________Milli Kitabxana_________________
Hələ nə qədər
könlümüzün nəğməsi, harayı var.
Hələ bütün bu işlərdə
qolumuzun, beynimizin
payı var!
Hələ sənə deyilməmiş
nə qədər sözüm var.
Rəfiqəm mənim!
Hələ gözlərindən doymamış
gözüm var.
Mənim eşqim, könül həyanım!
Sevgilim mənim!
Hələ yazılmamış nə qədər şerimiz var.
Holə tərənnüm edilməmiş
nə qədər tarixi iz var.
Hələ neçə dəfə sallanacaq
gümüşü bədmüşkün
iyli, tüklü budaqları,
bizim eşqimizin
yeni-yeni nəğmələrini dinləmək üçün.
Kim yazdı möhlətini
bu gedər-gəlməz köçün!
-Yox!
Mən yolçusu deyiləm bu yolun.
Rahat olun, dostlar, rahat olun!
Nigaranlığa yoxdur əsas,
Hələ mən,
bənövşə dərməyə gedəcəyəm bu yaz.
Gedecəyəm iyli, rəngli,
adlarını yüzdə bir adam bilməyən,
yeni çiçəklər dərməyə.
Gedəcəyəm, yeni-yeni şerimi
oxucuma göstərməyə,
Gedəcəyəm, öz ayaqlarımla.
Gedəcəyəm, yanımda balalarım.
Bir də eşqimi sınaqdan çıxarmış
vəfalı yarım.

__________________Milli Kitabxana_________________
Dəstəm böyük olacaq,
əzizlərim, çox böyük.
Qohum-qardaş, dost-aşna.
Dünyanın bütün yaxşı adamları.
Bir də,
yurdumun baharı.
Bir də,
baharın nəğməli qaranquşları.
Qarşımızda yeni günlərin
şəfəqli yoxuşları.
İllərin zirvəsindən aşa-aşa,
mən vətənimin gözəl günləriylə
girəcəyəm yüz yaşa.
Mən qolları açıq
qarşılayacağam,
nəğmələrlə bəzənmiş
neçə yeni baharı.
Vətənimin oğulları, qızları!
Könlümün dostları!
Biz bir yerdə qarşılayacağıq
neçə min neçədə gələcək
qoynu nəğmə-nəğmə,
sinəsi çiçək-çiçək
yeni baharı!
Bakı, 1955

1   ...   5   6   7   8   9   10   11   12   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə