461) Şeqren sindromu zamanı inkişaf edən ekzokrin vəzilərin zədələnməsindən başqa pozğunluqları qeyd edin?
A) Artrit, Reyno sindromu, limfadenopatiya, ağciyərlərin, qaraciyərin zədələnməsi
B) Periferik qan dövranın pozğunluqları, orta qulağın otiti, eşitmə qabiliyyətinin zəiflənməsi
C) Arterial hipertoniya, anemiya, miksedema, hiperlipoproteidemiya, miokardit
D) Limfoma, mədəaltı vəzinin iltihabi, miksedema, mərkəzi sinir sisteminin zədələnməsi
E) Artrit, Reyno sindromu, retikuloendotelial sistemin zədələnməsi
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 484-502
462) Şeqren sindromu vaxtı inkişaf edən artritin kliniki əlamətləri hansılardır?
A) İri və xırda oynaqların zədələnməsi, oynaqların eksudativ dəyişiklikləri, periartikulyar əzələ toxumaların atrofiyası
B) Əllərin xırda oynaqlarının eroziv zədələnməsi, oynaqların səhər «buxovlanması», yüksək aktivli sinovit
C) Əllərin xırda oynaqlarının eroziv zədələnməsi, yüksək aktivli sinovit, periartikulyar toxumalarda dərialtı düyünlər, oynaqətraflı osteoporoz
D) Əllərin xırda oynaqlarının eroziv zədələnməsi, əllərin tipik deformasiyaları, barmaqların uclarında tofuslar
E) Əllərin xırda oynaqlarının qeyri eroziv zədələnməsi, artralgiyalar, oynaqların səhər «buxovlanması», ümumi zəiflik
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 484-502
463) Şeqren sindromun əsas laborator göstəricilərinə hansılar aiddir?
A) Antineytrofil sitoplazmatik antitellər (ANSA), ANA, leykopeniya, «C» reaktivli zülal, eozinofiliya
B) Eozinofiliya, EÇS artması, limfositoz, aplastik anemiya, trombositopeniya
C) EÇS artması, leykopeniya, hiperqammaqlobulinemiya, anemiya, IG M, hipokomplementemiya
D) Sidikdə kreatinin, qanda sidik cövhərinin, qaraciyər fermentlərinin artması, anemiya, ANA
E) Eozinofiliya, IG E, EÇS artması, antineytrofil sitoplazmatik antitellər (ANSA), anemiya
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 484-502
464) Şeqren sindromun müalicəsində tətbiq olunan həkim taktikası?
A) Qlükokortikoidlər, iltihab əleyhinə qeyri steroidlər, aminoxinolin preparatlar, ağırlaşmalarda puls-terapiya
B) Iltihab əleyhinə qeyri steroidlər, aminoxinolin preparatlar, tetrasiklin sırasından antibiotiklər
C) Yüksək dozalı kortikosteroidlərlə alterasiya edən qayda ilə müalicə, qeyri steroidlər, immunosupressorlar
D) Yüksək dozalı qlükokortikoseroidlər, iltihab əleyhinə qeyri steroidlər, D-penisillamin
E) Kiçik dozalı qlükokortikoidlər, iltihab əleyhinə qeyri steroidlər, immunosupressorlar, ağırlaşmalarda puls-terapiya
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 484-502
465) Şeqren sindromun müalicəsində puls-terapiyanın keçirilməsinin göstərişləri?
A) Prosesə artritlərin qoşulması
B) Kseroftalmiyanın, kserostomiyanın kəskinləşməsi
C) Trombositoz, Reyno sindromu
D) Eksudativli serozit, ağır allergik reaksiyalar
E) Eksudativli serozit, Reyno sindromu
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 484-502
466) Şeqren sindromun müalicəsində qlükokortikosteroidlərin təbiq üsullarına hansılar aiddir?
A) Orta və yüksək dozalı peroral müalicə, inqalyasion müalicə
B) Yüksək dozalı alterasiyaedən qayda ilə müalicə
C) Yüksək dozalı müalicə, alterasiyaedən tətbiq, puls-terapiya
D) Kiçik dozalı davamlı tətbiq, ağırlaşmalarda puls-terapiya
E) Kiçik dozalı müalicə, yerli və oynaq daxili şəklində müalicə
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 484-502
467) Antifosfolipid sindrom kimlərdə daha tez rast gəlir?
A) Siqaret çəkən, alkoqolu qəbul edən orta və yaşlı pasientlərdə
B) Əsasən cavan və orta yaşlı pasientlərdə, uşaqlarda və yenidoğulmuşlarda, qadınlar daha çox xəstələnir
C) Əsasən 50 yaşdan sonra kişilərdə
D) 40 yaşına qədər kişilərdə
E) Əsasən 50 yaşdan sonra qadınlarda
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 467-484
468) Antifosfolipid anticismlərə hansılar aiddir?
A) Kardiolipinə qarşı anticismlər, qurdeşənəyinə aid antikoaqulyant
B) Antitrombositar anticismlər, monovalent anticimlər
C) Ribonukleoproteninə qarşı anticimlər, müdafiə anticimləri
D) Ürək toxumasına qarşı anticimlər, bivalent anticimlər
E) Antinuklear anticismlər, neytrofillərin sitoplazmasına qarşı anticimlər (A ANSA)
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 467-484
469) Qurdeşənəyinə aid antikoaqulyant hansı laborator müayinənin köməyi ilə təyin olunur?
A) Trombin vaxtı
B) Laxtalanma vaxtı
C) Aktivləşən hissəvi tromboplastin vaxtı (AÇTV)
D) Protrombin vaxtı
E) İNR
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 467-484
470) Kardiolipinə qarşı anticismlər hansı immunoqlobulinlərlə əlaqədardır?
A) IgA, IgE
B) IgA, IgM, IgD
C) IgM, IgG
D) IgG, IgD
E) IgD, IgE
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 467-484
471) Birincili antifosfolipid sindromun etioloji amillərinə hansılar aiddir?
A) Parazitar yoluxmalar
B) Viruslu yoluxmalar
C) Autoimmun mexanizmlər
D) Bakterial yoluxmalar
E) Müəyyən olunmayıb
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 467-484
472) Hansı xəstəliklər vaxtı antifosfolipid antitcismlərin (AFL) artması qeyd olununur?
A) Podaqrik artrit, revmatizm
B) Bexçet xəstəliyi, sistemli polimiozit
C) Sistemli qırmızı qurdeşənəyi, hepatit «C»
D) Malyariya, Şeqren sindromu
E) Ankilozedən spondiloartrit, Reyter sindromu
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 467-484
473) Antifosfolipid sindromun diaqnostik göstəricilərinə hansılar aiddir?
A) Nevroloji zədələnmələr, mamalıq patoloqiyası, damarların ultrasəs doppler müayinəsi
B) Böyrəklərin zədələnməsi, böyrəküstü zədələnmələr, anti-SS-B- anticismlərin müsbət titri
C) Damarlı tromboz, hamiləlik patoloqiyası, laborator göstəriciləri
D) Ürək-damar sisteminin zədələnməsi, trombozlar, EXO KQ nəticələri
E) Qaraciyərin zədələnmələri, mədə-bağırsaq orqanların KT
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 467-484
474) AFL səviyyəsinin artması hansı kliniki sindromun inkişafina gətirə bilər?
A) Eozinofilli mialgiya sindromun
B) «CLOT» sindromun: residivli trombozlar, torlu livedo, mamalıq patoloqiyası, trombositopeniya
C) «Çarpaz» sindromun
D) «CREST» - sindromun: kalsinoz, Reyno fenomeni, qida borusunun motorikasının pozğunluqları, teleangiektaziyalar
E) Kaplan sindromun
Ədəbiyyat: Насонов Е.Л. Антифосфолипидный синдром.— М.: Литтера, 2004. – 359 с.
475) Antifosfolipid sindromu vaxtı venoz trombozun əsas lokalizasiyası?
A) Yuxarı anastozmozlanan venanın trombozu
B) Yuxarı boş venaların residivli trombozları
C) Ətrafların səthi venaların trombozu
D) Aşağı ətrafların dərin venalarının trombozu
E) Diafraqmal venanın trombozu
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 467-484
476) Antifosfolipid sindromu vaxtı mamalıq patoloqiyasına hansılar aiddir?
A) Təkrar özbaşına uşaqsalmalar, embrionun anabətnində ölümü
B) Vaxtından gec doğuşlar
C) Beçəxorlu hamiləlik
D) Sonsuzluq, qeyri-həqiqi hamiləlik
E) Boru-uşaqlıq hamiləliyi
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 467-484
477) Antifosfolipid sindromu vaxtı inkişaf edən ağciyərlərin zədəlnmələrinə hansılar aiddir?
A) Ağciyərlərin infarktı, fibrozlu alveolit
B) Bronxoektatik zədələnmələr, öskürək tutmaları
C) Ağciyərlərin emfizeması, bronxial astma
D) İnterstisial, paylı pnemoniyalar
E) Yuxarı tənəffüs yollarının iltihabı
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 467-484
478) Antifosfolipid sindromu vaxtı hansı nevroloji dəyişikliklər inkişaf edir?
A) Şizafaziya, psevdonevrotik şizofreniya
B) Beyin şişlərinin inkişafı
C) Periferik neyropatiyalar
D) İşemik insult, parkinson hipertonusu
E) Hemorraqik insult və hemiparezlər
Ədəbiyyat: Калашникова Л.А. Неврология антифосфолипидного синдрома.— М.: Медицина, 2003. – с. 6-23
479) Antifosfolipid sindromu vaxtı ürək-damar sisteminin zədələnmələrinə hansılar aiddir?
A) Bədxassəli, proliferativ interstisial miokarditlər
B) Qulaqcıqların miksoması, miokardın miomalyasiyası
C) Arterial hipertenziya, ürək qapaqlarının zədələnməsi
D) Durğunlu ürək çatmamazlığı, «zirehli ürək», arterial hipotoniya
E) Kardiomiopatiyalar, miokardioskleroz,«öküz» urəyi
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 467-484
480) Antifosfolipid sindromu vaxtı böyrək zədələnmələrinə hansılar aiddir?
A) Nefrolitiaz prosesləri, nefroptoz
B) Xroniki irinli pielonefrit, podaqrik böyrək
C) Böyrək venaların trombozu, böyrəklərin infarktı
D) Böyrək hüceyrələrin xərçəngi, mielom böyrək
E) Böyrəklərin amiloidozu, polikistozu
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 467-484
481) Antifosfolipid sindromu vaxtı qaraciyər zədələnmələrinə hansılar aiddir?
A) Xroniki qaraciyər çatışmazlığı, qaraciyərin sirrozu
B) Hepatomeqaliya, hepatolienal sindromu
C) Qaraciyərin amiloidozu
D) Qaraciyərin xərçəngi
E) Badda-Kiari sindromu, portal hipertenziya
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 467-484
482) Antifosfolipid sindromu vaxtı dəri zədələnmələrinə hansılar aiddir?
A) Əllərdə tofuslar, heliotrop səpkilər
B) Torlu livedo, vaskulit zədələnmələri
C) Əl barmaqların uclarında çatlar və qabıqlama, dəri qaşınmaları
D) Dərialtı düyünlər, həlgəvarı eritema
E) Annulyar səpkilər, məxmərək tipli səpkilər
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 467-484
483) Antifosfolipid sindromu vaxtı mədə-bağırsaq sisteminin zədələnmələrinə hansılar aiddir?
A) Mədə-bağırsaq qanaxmaları, udlağın nekrozu
B) Mədənin xərçəngi
C) Disbakterioz
D) Kəskin peritonit, kor bağırsaqın kəskin iltihabı
E) Disfaqiya, reflyüks-ezofaqit
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 467-484
484) Antifosfolipid sindromun diaqnostik laborator göstəriciləri hansılardır?
A) EÇS artması, IgM, IgE titrələrinin artması
B) D-dimerlərin artması, komplementin azalması, IgA
C) EÇS artması, müsbət ANA, C-reaktivli zülal
D) Trombositoz, leykopeniya, anemiya, A ANSA müsbət titri
E) Trombositopeniya, AKL qarşı antitellərin titrlərının artması
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 467-484
485) Autoimmun xəstəliyinin fonunda ya katastrofik növünün inkişafi zamanı antifosfolipid sindromun müalicə taktikasına aiddir?
A) Orta dozalı qlükokortikosteroidli müalicə, aminoxinolin sırasından preparatlar, trombolitiklər
B) Alterasiyaedən kortikosteroidli müalicə, fraksiyalanmış heparinlər
C) İltihab əleyhinə qeyri steroid preparatları, kiçik dozalı kortikosteroidlər, fraksiyalanmamış heparin
D) Kiçik dozalı davamlı kortikoidli terapiya, qızıl duzların preparatları, hemosorbsiya, dezaqreqantlar
E) Yüksək dozalı kortikosteroidlər, puls-terapiya, antikoaqulyant terapiya, immunoqlobulin yaxud sitostatiklər
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 467-484
486) Antifosfolipid sindromun varfarinlə müalicəsi vaxtı INR hansı səviyyəsini optimal saymaq olar?
A) 3-4
B) 1,5 – 2,5
C) 2,0 – 3,0
D) 2,5 – 3,5
E) 1,0 qədər
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 467-484
487) Birləşdirici toxumanın qarışıq xəstəliyinin başqa adı hansıdır?
A) Marfan sindromu
B) Şarp sindromu
C) Şeqren sindromu
D) İsenko-Kuşinq sindromu
E) Felti sindromu
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 467-484
488) Birləşdirici toxumanın qarışıq xəstəliyi terminin altında hansı xəstəliklərin birləşməsini nəzərdə tuturlar?
A) Sistemli sklerodermiya, qırmızı qurd eşənəyi, sistemli polimiozit/dermatomiozit
B) RA, Şeqren sindromu, Kaplan sindromu, Marfan sindromu
C) Sistemli sklerodermiya, Reyno sindromu, KREST-sindromu
D) Sistemli polimiozit/dermatomiozit, REST-sindromu, fibromialgiya
E) Qırmızı qurd eşənəyi, Veqener qranulematozu, sistemli polimiozit
Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И. Мазурова. Санкт-Петербург: Фолиант, 2005, с. 301-310
489) Birləşdirici toxumanın qarışıq xəstəliyilə olan xəstələrin qanında hansı autoanticismləri təyin edirlər?
A) Sm (SMITH)-antigenə qarşı anticismlər
B) Nüvəli ribonukleoproteinə qarşı anticismlər
C) Ro (Robert)/SS-A qarşı anticismlər
D) İkispirallı DNT qarşı anticismlər
E) La (Lane)/SS-B qarşı anticismlər
Ədəbiyyat: Насонов В.А. Смешанное заболевание соединительной ткани// Ревматические болезни.— М.: Медицина, 1997. – с. 210-212
490) Birləşdirici toxumanın qarışıq xəstəliyi kimlərdə daha tez rast gəlir?
A) 18-50 yaş arasında olan kişilərdə
B) 40 yaşına qədər kişilərdə
C) 4-80 yaş arasında olan pasientlərdə, qadınlar kişilərdən 15 dəfə tez xəstələnirlər
D) Mübadilə pozğunluqlarla olan yaşlı qadınlarda
E) Uşaq və yeniyetmələrdə
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 517-527
491) Birləşdirici toxumanın qarışıq xəstəliyinin laborator göstəricilərinə aiddir?
A) Leykopeniya
B) Leykositoz
C) Hiperkomplementemiya
D) Eozinofiliya
E) Trombositopeniya
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 517-527
492) Birləşdirici toxumanın qarışıq xəstəliyinin etioloji amillərinə hansılar aiddir?
A) Toplanma pozulmaları
B) Elektorlit pozulmaları
C) Yoluxma amilləri
D) Mübadilə pozulmaları
E) Autoimmun mexanizmlər
Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И. Мазурова. Санкт-Петербург: Фолиант, 2005, с. 301-310
493) Birləşdirici toxumanın qarışıq xəstəliyinin erkən kliniki əlaməti hansı sayılır?
A) Dəri zədələnmələri
B) Ürək zədələnmələri
C) Əzələ zədələnmələri
D) Reyno sindromu
E) Mərkəzi sinir sisteminin zədələnməsi
Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И. Мазурова. Санкт-Петербург: Фолиант, 2005, с. 301-310
494) Birləşdirici toxumanın qarışıq xəstəliyi vaxtı inkişaf edən əllərin zədələnmələri hansı defiqurasiyaya gətirir?
A) «Butonyerka» şəklində dəyişikliklərə
B) «Turp» şəklində dəyişikliklərə
C) «Qu quşu boynu» şəklində dəyişikliklərə
D) «Qeberden» və «Buşar» düyünlərinə
E) «Sosiska» şəklində dəyişikliklərə
Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И. Мазурова. Санкт-Петербург: Фолиант, 2005, с. 301-310
495) Birləşdirici toxumanın qarışıq xəstəliyi vaxtı oynaq zədələnmələrinin kliniki əlamətlərinə hansılar aiddir?
A) Mutilirləşən artrit (oynaq nəhiyələrinin osteolizi)
B) Simmetrik ikitərəfli sakroileit
C) Əldarağı və pəncə falanqaların diafizlərinin periostiti
D) Qızdırma ilə müşayiət olunan oliqoartrit
E) Tək-tük səthi eroziyalarla səciyələnən əldarağı-falanqa, proksimal falanqalararası oynaqların artriti
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 517-527
496) Birləşdirici toxumanın qarışıq xəstəliyi vaxtı inkişaf edən ürək zədələnmələrinə hansılar aiddir?
A) Perikarditin əlamətləri, ürəyin sağ şöbələrinin böyüməsi
B) Kardiomiopatiyanın inkişafı
C) Ürəyin işemik xəstəliyi, stenokardiya
D) Ürəyin sol şöbələrinin böyüməsi, səyirici aritmiya
E) Miokarditin inkişafı
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 517-527
497) Birləşdirici toxumanın qarışıq xəstəliyi vaxtı inkişaf edən ağciyər zədələnmələrinin kliniki əlamətlərinə hansılar aiddir?
A) Krupoz pnevmoniya
B) Ağciyərlərin atelektazı
C) Bronxoektatik xəstəliyin inkişafı
D) Interstisial pnevmoniya
E) Ağciyər arteriyasının tromboemboliyası
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 517-527
498) Birləşdirici toxumanın qarışıq xəstəliyi vaxtı inkişaf edən böyrək zədələnmələrinin kliniki əlamətlərinə hansılar aiddir?
A) Mielom böyrək, böyrəklərin xərçəngi
B) Mezangial- yaxud membranoz- proliferativ qlomerulonefrit
C) Nefrolitiaz, nefroptoz
D) Böyrək venaların trombozu, böyrəyin infarktı
E) Böyrəklərin amiloidozu
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 517-527
499) Birləşdirici toxumanın qarışıq xəstəliyi vaxtı inkişaf edən mədə-bağırsaq traktın zədələnmələrin kliniki əlamətlərinə hansılar aiddir?
A) Qida borusunun disfunksiyası (hipomobillik), bağırsaqların hipokineziyası
B) Disbakterioz
C) Mədə-bağırsaq qanaxmaları, udlağın nekrozu
D) Kəskin peritonit, apendisit
E) Mədənin və 12-barmaq bağırsaqın xorası
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 517-527
500) Birləşdirici toxumanın qarışıq xəstəliyi vaxtı inkişaf edən nevroloji zədələnmələrin kliniki əlamətlərinə hansılar aiddir?
A) Beyin şişlərinin inkişafı
B) Beynçik attaksiyalar
C) Şizafaziya, psevdonevrotik şizofreniya
D) Hemorraqik insult və hemiparezlər
E) Polineyropatiya, üçlü sinirin zədələnməsi
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 517-527
501) Birləşdirici toxumanın qarışıq xəstəliyindən əziyyət çekən xəstələrin əsas ölüm səbəbi hansıdır?
A) Ağciyər hipertenziyası
B) Mərkəzi sinir sisteminin zədələnmələri
C) Ürəyin infarktı
D) Xərçəng prosesləri
E) Böyrəklərin ağır patologiyası
Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И. Мазурова. Санкт-Петербург: Фолиант, 2005, с. 301-310
502) Hazırkı vaxt birləşdirici toxumanın qarışıq xəstəliyinin müalicə sxeminə hansılar aiddir?
A) Alterasiyaedən sxem ilə qlükokortikoidlər, qızıl duzların preparatları, varfarin
B) Qeyri steroidli preparatlar, opioidli analgetiklər, vitaminoterpiya
C) Qeyri steroidli preparatlar, kortikosteroidlər, bazis preparatları
D) Qeyri steroidli preparatlar, puls-terapiya, antipiretiklər
E) D-penisillamin, kortikosteroidlər, miorelaksantlar
Ədəbiyyat: Носков С.М. Ревматология. Актуальная терапия // Ростов –на-Дону: «Феникс»,-2007. – с. 238-274
503) Birləşdirici toxumanın qarışıq xəstəliyinin müalicəsi üçün tətbiq olunan iltihab əleyhinə bazis preparatları hansılardır?
A) Leflunomid, xumira
B) D-penisillamin, immunoqlobulin
C) Azatioprin, remikeyd
D) Aminoxinolin preparatları, metotreksat
E) Sulfasalazin, mabtera
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 517-527
504) Çarpaz sindromunu (overlap syndromes) hansı xəstəliklər təşkil edir?
A) Şeqren sindromu, Pecet xəstəliyi
B) Sistemli sklerodermiya,Bexçet xəstəliyi
C) Reyno sindromu, Reyter xəstəliyi
D) Sistemli sklerodermiya, sistemli polimiozit
E) Kaplan sindromu, RA, autoimmun tireodit
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 517-527
505) Birləşdirici toxumanın xəstəliklərindən əziyyət çekən pasientlərin hansı hissəsi sonradan çarpaz sindromu ilə xəstələnir?
A) 50%
B) 10%
C) 100%
D) 30%
E) 0%
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 517-527
506) Bir xəstədə daha tez rast gələn çarpaz sindromunun patologiyalarına hansılar aiddir?
A) Revmatoidli artrit – Marfan sindromu
B) QQE – fibromialgiya
C) Sistemli sklerodermiya – polimiozit
D) Sistemli sklerodermiya – osteoartroz
E) Revamatoidli artrit – dermatomiozit
Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И. Мазурова. Санкт-Петербург: Фолиант, 2005, с. 301-310
507) Çarpaz sindromu kimlərdə daha tez rast gəlir?
A) 40 yaşına qədər kişilərdə
B) Orta yaşlı qadınlarda, uşaq və yeniyetmələrdə
C) Əsasən 10-30 yaşlı qadıınlarda
D) Xəstəlik böyük yaşlı pasientlərdə daha tez rast gəlir və 50 yaşdan sonra çoxalır
E) 20-40 yaş arasında pasientlərdə, kişilər daha çox xəstələnirlər
Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И. Мазурова. Санкт-Петербург: Фолиант, 2005, с. 301-310
508) Sklerodermiya – polimiozit/dermatomiozitin (sklerodermatomiozit) kliniki inkişafi hansı istiqamətdə keçir?
A) Dermatomiozitin əlamətlərilə
B) Heç bir göstərilən iki xəstəliyin klinikası müşahidə olunmur, xəstəlik özünü revmatoidli artrit əlamətlərilə biruzə verir
C) Sklerodermiyanın kliniki əlamətlərilə
D) Polimorf kliniki gedişatla: sklerodermiya + polimiozit/dermatomiozitin bir qədər zəif kliniki əlamətlərilə birgə
E) Polimiozitin əlamətləri ilə
Ədəbiyyat: Стерлинг Дж.Вест. Секреты ревматологии. – М.: Бином, Санкт- Петербург: Невский проспект, 1999, с. 214-219
Dostları ilə paylaş: |