635) Hansı oynağın zədələnməsi podaqra üçün xüsusidir?
A) Diz oynağı
B) I ayaqdarağı-falanqa oynağı
C) Əldarağı-falanqa oynaqları
D) Bud-çanaq oynağı
E) V ayaqdarağı-falanqa oynağı
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», стр. 372-380
636) Hansı amillərin təsiri altında podaqranın kəskin tutması inkişaf edir?
A) Alkoqolun qəbulu, travma, cərrаhi müdaxilə, infeksion xəstəliklər, şualanma müalicə, qurğuşunla zəhərlənmə
B) Alkoqolun qəbulu, fiziki yükləmə, travma, stress, cərrаhi müdaxilə, insolyasiya, infeksion xəstəliklər
C) Soyuq havanın təsiri, tütünün təsiri, qurğuşunla zəhərlənmə, alkoqolun qəbulu, tromboflebitin kəskinləşməsi, travma
D) Alkoqolun qəbulu, fiziki yükləmə, cərrаhi müdaxilə, qanaxmalar, purin əsasları ilə zəngin olan məhsularla qidalanma
E) Bir sıra dərmanların qəbulu, purin əsasları ilə zəngin olan məhsularla qidalanma, insolyasiya, viruslu xəstəliklər
Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И.. Мазурова. Санкт-Петербург: Фолиант, 2005, с. 203-220
Dostları ilə paylaş: |