778) Uippl xəstəliyinin əsas kliniki əlamətlərinə hansılar aiddir?
A) Deformasiyaedən artrit, vaskulitlər, sistemli zədələnmələr
B) Artrit, dəri zədələnmələri, qızdırma, uveit, arıqlama
C) İntermitasiyaedən artralqiyalar, bağırsaq zədələnmələri, arıqlama, hiperpiqmentasiya
D) Miqrasiyaedən artralqiyalar, kardit, ASO titrinin artması, ürək zədələnmələri
E) Artrit, neytropeniya, baldırlarda davamlı sağalmayan xoralı yaralar
Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И. Мазурова. Санкт-Петербург: Фолиант, 2005, с. 199-201
779) Uippl xəstəliyi vaxtı inkişaf edən artritin kliniki əlamətləinə hansılar aiddir?
A) Seropozitiv gediş, poliartrit
B) Seroneqativ gediş, kostaxondrit
C) Seroneqativ gediş, oliqo-ya poliartrit
D) Seropozitiv gediş, mono-ya oliqoartrit
E) Seroneqativ gediş, monoartrit
Ədəbiyyat: Логинов А.С., Парфенов А.И. Болезни кишечника. – М.: Медицина, 2000, с. 36
Dostları ilə paylaş: |