Hərbi mərasimlər Hərbi mərasimlərin keçirilməsi qaydaları həmişə yerli xüsusiyyətlərə malikdir, buna görə qəbul edən ölkənin protokol xidmətinə əsaslanmaq daha yaxşı olardı. Bir qayda olaraq, parad zamanı kütləvi yerişin birinci sırasında, yaxud tribunada beş nəfərdən çox şəxs olmamalıdır, əgər say təkdirsə, fəxri yer mərkəzdədir (5-3-1-2-4), cütdürsə, sağdadır (4-3-2-1).
Diplomatik nümayəndəlik başçıları kimi səfirlərə hərbi ehtiramlar yalnız bir halda– onlara etimadnamələrin verilməsi mərasimi zamanı nümayiş etdirilir. Bu zaman lazım olan müddəaları hər dövlətin öz protokolu tənzimləyir.
Milli bayramlarla əlaqədar rəsmi mərasimlər və təntənəli tədbirlərdə diplomatik korpus bilavasitə mərasimə başçılıq edənin arxasında, diplomatik korpusda böyüklük qaydasını təsbit edən prinsiplərə müvafiq olaraq yer tutur. Rəsmi görüşlərdə səfirlər, elçilər və işlər üzrə müvəkkillər bölgüsünə imkan verilmir.
Fərdi böyüklük qaydası aşağıdakı şəkildədir:
Papa nunsisi, səfirlər və ali komissarlar;
Fövqalədə və səlahiyyətli elçilər, dövlət başçısı yanında akreditə olunmuş nazirlər, işlər üzrə daimi müvəkkillər, öz funksiyalarının icrasına keçdikləri ana müvafiq şəkildə səfirliklərin işlər üzrə müvəqqəti müvəkkilləri, öz funksiyalarının icrasına keçdikləri ana müvafiq şəkildə missiyaların işlər üzrə müvəqqəti müvəkkilləri, səfirliklərin müşavirləri, səfirliklərin birinci katibləri, səfirliklərin ikinci katibləri, digər katiblər, attaşe və s.
Dini mərasimlər.Provoslav məbədi Qədim dövrlərdən apostol qərarlarına müvafiq olaraq, pravoslav məbədlərini “uzunvari quraşdırılmış gəmiyə bənzər”, “Şərqə istiqamətlənmiş” səcdəgahla yaratmaq əmr edilirdi. Bir qayda olaraq, məbəd üç girişə malikdir: əsas (qərbi, səcdəgahla üzbəüz), şimal və cənub.
Bütün kilsə binası, səcdəgah bilavasitə məbədə və pritvora bölünür. Səcdəgah məbəddən əksər hallarda tavana qədər çatan ikonostas ayırır. Səcdəgahda taxt və qurbangah yerləşir. Səcdəgaha çar qapıları (mərkəzi), həmçinin şimal və cənub qapıları aparır. Qadınların ora daxil olması qadağandır. Kişilər səcdəgaha yalnız keşişlərin icazəsi ilə şimal və cənub qapılarından keçə bilərlər. Çar qapılarından səcdəgaha yalnız keşişlər keçir.
Bilavasitə ikonastasla yanaşı soleya – səcdəgah boyu hündür meydança yerləşir. Çar qapıları ilə üzbəüz amvon-soleyanın mərkəzi hissəsi yerləşir. Keşişlərin icazəsi olmadan amvon və soleyaya da qalxmaq qadağandır.
Küçədən məbədə giriş adətən bir neçə pillənin apardığı giriş qapılarınn ağzındakı meydança – kilsə kandarı şəklində qurulur. Məbədə əsas (qərb) girişdən daxil olmaq lazımdır. Bu zaman dindarlar üç dəfə dua etməklə təzim etməlidirlər.
Pravoslav kilsəsinin ibadəti dedikdə, duaların, dini nəğmələrin, müqəddəs kitab əhdi-ətiq və əhdi-cədidin oxunuşunun və müəyyən qaydaya əməl edilən müqəddəs hərəkətlərin məcmusu başa düşülür. Kilsə adından və bütün xaçpərəstlərin ümumi ehtiyaclarına cavab verən ibadət ictimai, ayrı-ayrı xaçpərəstlərin ehtiyacları və istəkləri ilə bağlı edilən ibadət özəl adlanır. Bu bölgüyə müvafiq olaraq bütün kilsə ibadətləri daima və icrası xüsusi olaraq sifariş edilməli olan treba (kəbin, xaç suyuna salma, cənazə duası, suyun müqəddəsləşməsi, ibadət və s.) bölünür.
Qədim zamanlardan ibadətin gündə üç dəfə edilməsi müəyyənləşib: axşam – veçernaya, səhər – utrennaya və gündüz – liturgiya. Liturgiya kilsə ibadətlərinin ən vacibi, bütün digərləri isə ona hazırlıq hesab edilir. Hal-hazırda prixod (müəyyən ərazi, məhəllə çərçivəsində xaçpərəstlərinin birləşdiyi yer) məbədlərində ibadət gündə iki dəfə edilir: səhər – liturgiya, əvvəlki günün axşamı isə utrenya ilə birləşdirilən veçernya.
Məbəddən yalnız keşişişin ibadətin ardınca söylədiyi otpust (buraxılma) bitdikdən sonra çıxmaq lazımdır.
Əvvəllər kişilər məbədlərdə sağ, qadınlar sol tərəfdə dururdular. Pomazaniye (alna “müqəddəs” yağ sürtməkdən ibarət olan dini mərasim) və priçastiye (xaçpərəst dini ayin) vaxtı birinci kişilər, onlardan sonra qadınlar yaxınlaşırdı. Hal-hazırda bu qayda yalnız monastr və monastryanı şəhər kilsələrində qalmaqdadır.
Məbədləri ziyarət edərkən bədənin əksər hissəsinin örtülü olmasına fikir vermək lazımdır. İndi dəbdə olan qeyri-xaçpərəst rəmzlərlə bəzədilmiş üst geyimlə məbədə getmək məsləhə görülmür. Qadınlara məbədə qısa yubka, şalvarda, dekolte və makiyajla və xüsusi olaraq boyanmış dodaqlarla getmək lazım deyil: sonuncu halda ikonalara dodaqlarla toxunmaq, priçastiye ayinini icra etmək olmaz. Kişilər və qadınlar həmçinin mayka və qısaqollu köynəklər geyinməkdən çəkinməlidirlər. Qadınlar başlarına yaylıq bağlamalıdırlar. Kilsə ənənəsinin praktiki əhəmiyyəti ondan ibarətdir ki, insanları duadan heç nə ayırmamalıdır.
İbadət zamanı tanışlarla əllə salamlaşmaq, söhbət etmək və yerdən yerə keçmək olmaz. Şamları ibadətdən öncə almaq və qoymaq arzuolunandır. Hər halda onları incil və sadiqlərin liturgiyasının (xeruvim mahnısının oxunması və müqəddəs sovqatların priçaşeniye edilməsi zamanı) oxunuşu vaxtı qoymaq lazım deyil. Məbəddə insanlar çox olduqda, ibadət zamanı ehtiram etdiyiniz ikona qarşısında şam qoymaq üçün dindarlar arasından keçməyə çalışmaq lazım deyil, onun zəncirvari olaraq ikonanın yanına çatdırılması barədə xahiş etmək daha yaxşıdır.
Din xadimi kilsədə olanları xaçla, incillə, cam, yaxud müqəddəs ikona ilə “nişanlayan” zaman baş əyərək xaç çəkmək lazımdır. Başla təzimi həmçinin İncilin oxunuşu və din xadimi kacdeniye və xeyir-dua verərkən “Allah qarşısında başlarınızı əyin” – deyə çağırarkən etmək lazımdır.