Rəyçilər: Yeganə Qəhrəmanova


Logistikanın ümumi və xüsusi vəzifələri



Yüklə 374,31 Kb.
səhifə67/113
tarix01.05.2023
ölçüsü374,31 Kb.
#105387
1   ...   63   64   65   66   67   68   69   70   ...   113
İşgüzar -A5 (1) 2003

Logistikanın ümumi və xüsusi vəzifələri. Logistikanın ümumi vəzifələri dedikdə logistikanın qarşısında duran məqsədlərə çatmaq üçün hansı işlərin, hansı ardıcıllıqla, nə vaxt və harada icra edilməsi nəzərdə tutulur. Hər hansı bir təsərrüfat subyekti material axınlarının idarə edilməsi sahəsində özünün ümumi və xüsusi xarakterik logistik vəzifələrinin müəyyənləşdirilməsidir ki, onlar da aşağıdakılardan ibarətdir:

  1. Logistik konseptual ideya mövcud şəraitdə ən az mümkün xərclərlə firmanın bazarda baş verən dəyişikliklərə uyğunlaşmasıdır ki, bazar payının artırılması və rəqiblər üzərində iqtisadi üstünlüklərə nail olmaqdan ibarətdir.

  2. Logistikanın xüsusi vəzifəsi:

  • Material, informasiya, maliyyə, kadr və sair axınların arasında uyğunluğun təmin edilməsi;

  • Material axınlarının dispetçerləşdirilməsi və onun fasiləsiz informasiyalarla təmini;

  • Məhsulun fiziki bölüşdürülməsi, strategiyası və texnologiyasının müəyyənləşdirilməsi;

  • Tara və qablaşdırıcı məmulatların standartlaşdırılması;

  • İstehsal – anbarlaşdırma – nəqliyyat – satış arasında rasional nisbətin yaradılması;

  • İstehsal ehtiyatlarının idarə edilməsi prosesinin optimallaşdırılması;

  • Yüklərin saxlanması və nəqli müddətinin maksimum azaldılmasına nail olunması.

Logistikanın yarımbölmələri. Logistika aşağıdakı yarımbölmələrə bölünür:

  • Hərbi logistika

  • Biznes logistikası

  • Tədarük logistikası

  • Paylama logistikası

  • Satış logistikası

  • Nəqliyyat logistikası

  • Ehtiyat logistikası

  • Anbar logistikası

  • İnformasiya logistikası

  • Kompleks logistika

  • Ekoloji logistika

  • Qənaət logistikası

  • Şəhər logistikası

Logistika məhsulun, əmtəənin, servizin müştərinin tələbatını ödəmək üçün hər hansı başlanğıc nöqtədən istehlak nöqtəsinə qədər olan hərəkətinin idarə edilməsi prosesinə deyilir. Logistika anlayışına nəqliyyat, xidmət, anbar, materialların komplektləşdirilməsi və hərəkət xəttinin təhlükəsizliyi haqqında informasiyalar da daxildir. Logistika əmtəənin sıradan çıxdıqda məhv edilməsi məsələləri ilə də məşğul olur.

Yüklə 374,31 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin