RİnzasiP vitamin c ilə



Yüklə 17.25 Kb.
PDF просмотр
tarix04.07.2017
ölçüsü17.25 Kb.

Dərman vasitəsinin istifadəsi üzrə təlimat  

(xəstələr üçün) 



 

 

RİNZASİP vitamin C ilə  

daxilə qəbul etmək üçün həll olunan (portağal, limon, qara qarağat) toz. 

RINZASIP with vitamin C 

 

 

Tərkibi 



Hər 5q tozun tərkibində: 

Təsiredici maddələr:  

Parasetamol 

   750 

mq 


Vitamin C (askorbin turşusu)  

200 


mq 

Kofein 


     

 

30 



mq 

Feniramin maleat 

 

 

  20 mq 



Fenilefrin hidroxlorid 

 

   



  10 mq 

Köməkci maddələr: susuz limon turşusu, natrium saxarin, natrium-sitrat, saxaroza

Rəngləyici: Sarı sanset FCF, portağallı toz üçün - portağal dadvericisi; 

Rəngləyici: Sarı xinolin, limonlu toz üçün - limon dadvericisi

Rəngləyici: karmazin, qara qarağatlı toz üçün - qara qarağat dadvericisi. 

 

Farmakoterapevtik qrupu  

KRVİ simptomlarını aradan qaldırmaq üçün dərman vasitəsi.  



 

ATC kodu: N02BE71 

 

Farmakoloji xüsusiyyətləri 

Kombinə olunmuş preparatdır.  

Parasetamol - qızdırmasalıcı, analgetik təsirə malik olub, soyuqdəymə xəstəliklərində müşayiət olunan ağrı 

sindromu: boğaz ağrısı, başağrısı, əzələ və oynaq ağrılarını azaldır, yüksək hərarəti endirir. 

Fenilefrin - damardaraldıcı təsir göstərməklə yuxarı tənəffüs yollarında ödemi və hiperemiyanı azaldır. 

Feniramin - allergiya əleyhinə təsir etməklə gözdə, burunda, boğazda qıcıqlanmanı, burun-boğaz və burun 

ciblərinin selikli qişalarının ödem və hiperemiyasını azaldır. 

Kofein - MSS-nə stimullaşdırıcı təsir göstərməklə yorğunluğu və yuxululuğu aradan qaldırır və əqli və fiziki iş 

qabiliyyətini artırır. 

Askorbin turşusu (vitamin C) - orqanizmin infeksion-iltihabi xəstəliklərə qarşı müqavimətini artırır. 

 

İstifadəsinə göstərişlər 

Soyuqdəymə xəstəliklərinin, qripin, KRVİ-nin simptomatik müalicəsi. 

 

Əks göstərişlər 

Preparaın komponentlərinə qarşı yüksək həssaslıq;  

15 yaşa qədər uşaqlar. 

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri 

MAO-nun inhibitorları  və 

β-blokatorlar ilə birlikdə ehtiyatla təyin olunur. Tərkibində parasetamol olan digər 

preparatlarla istifadəsi məsləhət deyil. Rinzasip qəbul edən zaman spirtli içkilər qəbul etmək, 

trankvilizatorların və digər psixotrop maddələrin qəbulu  əks göstərişdir. Uşaqlara, hamilə qadınlara və süd 

verən analara qəbulu məsləhət deyil. 

 

İstifadə qaydası və dozası 

1 paketin tərkibindəki toz stəkanda qaynar suda həll edilir və içilir. Preparat qida qəbulundan 1-2 saat sonra 

qəbul edilir. 

Böyüklər və 15 yaşdan yuxarı uşaqlar 1 paketdən gündə 3-4 dəfə 4-6 saat intervalla qəbul edirlər. Maksimal 

gündəlik doza 4 paketdir. Müalicə kursu 5 gündür. 

 

Doza həddinin aşılması 

Ən çox parasetamolla əlaqəli olub, sonuncunun 10-15 q-dan artıq dozada qəbulu zamanı baş verir. Dəridə 

solğunluq, anoreksiya, ürəkbulanma, qusma, hepatonekroz, qaraciyər transaminazalarının aktivliyinin 

artması, protrombin müddətinin uzanması ola bilər. Bu zaman həkimə müraciət etmək lazımdır. 

Mualicəsi: mədə yuyulduqdan və aktiv kömür təyin edildikdən sonra simptomatik müalicə aparılır. 

 


Əlavə təsirləri 

Allergik reaksiyalar (dəri səpgiləri, qaşınma, məxmərək, angionevrotik ödem), başgicəllənmə, yuxunun 

pozulması, oyanıqlığın artması, midriaz, arterial təzyiqin artması, taxikardiya, ürəkbulanma, qusma, 

epiqastral nahiyədə ağrı, ağızda quruluq, gözdaxili təzyiqin artması, anemiya, bronxoobstruksiya və s. 

 

Buraxılış forması 

Bir paketdə 5q toz olmaqla, 5 paket içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir. 

 

Yararlılıq müddəti 

3 ildir.  

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. 

 

Saxlanma şəraiti 

25ºC-dək temperaturda qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. 

 

Aptekdən buraxılma şərti 

Reseptsiz buraxılır. 

 

 



Qeydiyyat şəhadətnaməsinin sahibi 

«Conson & Conson» MMC 

Rusiya 121614, Moskva ş., Krılatskaya küç, 17, tikinti 2. 

 

İddiaları qəbul edən təşkilat 

«Conson & Conson» MMC 

Rusiya 121614, Moskva ş., Krılatskaya küç, 17, tikinti 2; tel: (495) 726-55-55 

 

İstehsalçı 

«Yunik Farmasyutikal Laboratoriz» 

(«C.B.Kemikals & Farmasyutikals MMC» - nin bölməsi) 

Vorli, Mumbay - 400 030, Hindistan. 

® - ticarət nişanı 

 

Azərbaycanda rəsmi distribyutor 

«TETRADA» MMC - dir. 

AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan 

Теl.: (+994 12) 431-59-24, 431-05-41 

Faks: (+994 12) 430-80-51 

Е-mail: info@tetrada-az.com 

www.tetrada-az.com 



 

Document Outline

  • Farmakoloji xüsusiyyətləri 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə