Boğazın sahilləri tarix boyunca müxtəlif sivilizasiyalar yaradan xalqların məskunlaşdığı ərazi olmuş, e.ə. 685-ci ildə Meqаrаdan gələn yunanların hal-hazırda tarixi yarımada olaraq adlandırılan ərazidə şəhər dövləti yaratması ilə inkişaf edərək böyüməyə başlamışdır.[4] Boğaz həm Böyük Roma İmperiyası, həm Şərqi Roma İmperiyası, həm də Osmanlı İmperiyasının paytaxtı olan və hal-hazırda Türkiyənin ən böyük şəhəri olan İstanbulun rəmzlərindən biridir. Bosfor boğazı həm şəhərin, həm də ölkənin ölkə xarici təqdimatlarında əsaslı rəmzlərindən biri kimi istifadə edilir.