Roza eyvazova



Yüklə 225,41 Kb.
Pdf görüntüsü
səhifə1/3
tarix02.01.2022
ölçüsü225,41 Kb.
#2370
  1   2   3


T  Ü  R  K  O  L  O  G  İ  Y A

N °3 


2011

ROZA  EYVAZOVA

AZƏRBAYCAN DİLİ 

VƏ İRANDAKI TÜRK ETNOSLARI (QAŞQAYLAR)

X  ü  l  a  s  ə.  Türk etnoslarından qaşqayların  çox qədim boy-el  olması 

haqqında  araşdırmalar  aparılmışdır.  Qaşqay  sözünə  eradan  əvvəl  II  min- 

illikdə Kiçik Asiyada və  müasir dövrdə İranda yaşayan xalqın adında rast 

gəlinir.  Qaşqayların  dili  Azərbaycan  dilinin  bir  şivəsidir.  Araşdırmalar 

zamanı bəzi oxşar və fərqli xüsusiyyətlər aşkar edilmişdir.

Açar sözlər: Azərbaycan, İran,  türk etnosları, 

qaşqaylar, Azərbaycan dili

Hər  hansı  tarixi  dövrdə  türk  etnoslarının  Azərbaycandakı  və  həm- 

hüdud  regionlardakı  hərəkətinin  mənzərəsini  təsvir  etmək,  türk  tayfa 

dillərinin  formalaşmasına  bu  və  ya  digər  mərhələlərindəki  «təzyiq»inin 

miqyasını,  keyfiyyətini  aydınlaşdırmaq,  Azərbaycandan  kənarda  qalmış, 

Azərbaycan  türkcəsinin  etnolinqvistik  hüdudlarını  müəyyən  etmək, 

Azərbaycan  dilinin  yalnız  təşəkkül  tarixini  deyil,  bütün  tarixini  ümum- 

türkoloji  kontekstdə  araşdırmaq  aktual  problemlərin  həlli  üçün  böyük 

əhəmiyyət kəsb  edir.

İranın türk etnoslarından birini təşkil  edən qaşqayilər haqqında Cavad 

Heyət  «Seyri  dər  tarixe  zəban  və  ləhcehaye  torki»  [1]  əsərində  yazır  ki, 

qaşqay  türkləri  Fars  ostanında  yaşayırlar,  150-160  min  nəfər  olmaqla, 

əcdadlarının  Orta  Asiyadan  Hülakü  və  Əmir  Teymur  qoşunu  ilə  Farsa 

gəldiklərini  qeyd  edirlər.  Belə  bir  fikir  də  vardır  ki,  XI  yüzillikdə 

səlcuqlarla gəlmiş  və  bir  müddət  Azərbaycanda yaşamışlar;  lakin  onların 

arasında muğanlı,  biğdeli,  şamlı,  mosullu,  əfşar,  qacar,  bayat,  qaragözlü, 



iğdır  tirələri  mövcuddur.  Bu  hadisələrlə  bağlı  qaşqayların  mahnılarında 

verilmiş  işarələrdən  -   nişanlardan  aydın  olur  ki,  onların  əcdadları  Azər- 

baycandan gəlmişlər,  məs.:



Azərbaycan dilində

Fars dilində

Dərbənd ki,  deyurlar, 

Bir parçə bağdır.

Alt yani dərya 

Üst yani dağdır.

Dərbənd ke miquyənd, 

Yekparçə bağ əst.

Tərəfe payin an dərya 

Və tərəfe balayəş,  kuh əst.

Qaşqayilərin əmələ,  dərə şuri, farsi mədan,  kəşküli bozorq,  şeş beluki, 



kəşküli kuçek adlı altı tayfadan təşkil edildiyi də söylənilir.

Qeyd  etmək  lazımdır  ki,  qaşqayların  çox  qədim  boy-el  olması  haq- 

qında  araşdırmalar  aparılmışdır.  Bu  haqda  F.  Ağasıoğlunun  fikirləri  ma- 

raqlıdır:  «Boy  adı  kimi  qaşqay  sözünə  eradan  əvvəl  II  minillikdə  Kiçik 

Asiyada  yaşayan  xalqın  və  müasir  dövrdə  İranda  yaşayan  xalqın  adında 

rast  gəlirik.  Hər  iki  xalqı  bir-birindən  ayıran  vaxt  ölçüsü  (3  min  il)  belə 

bir haqlı  sual  ortaya  çıxarır.  Bu  adlardakı  səs  oxşarlığı  (eyniliyi)  təsadüfi 

deyilmi?  Və  əgər təsadüfi  deyilsə,  hansı  əsaslarla,  faktlarla  hər  iki  xalqın 

eyni qaşqaylar olduğunu sübut etmək olar?»  [2.  S.  54].

Öz mülahizəsini bir daha təsdiqləmək üçün bir sıra elmi ədəbiyyatlara 

müraciət  edən F.  Ağasıoğlu yazır:  «Bəllidir ki,  İrandakı  müasir qaşqaylar 

azər  türkləridir.  Bir  sıra  mənbələrə  və  V.  Savinanın  [3]  müşahidəsinə 

görə,  onlar İrandakı türk boyları  içərisində  sayca  daha  çox olub,  müxtəlif 

bölgələrə yayılmışlar.  V.  V.  Trubetskoy  [4]  isə  qeyd  edir ki,  qaşqay boy- 

larının  bir  qismi  də  kaqali,  xazari,  qusari,  mamali,  qamər  və  s.  soylarla 

birlikdə çoxsaylı bəxtiyar qəbilələrinə qarışmışlar»  [2.  S.  54].

Kiçik  Asiyanın  geniş  ərazisində  yayılan  qaşqayların  müxtəlif  tarixi 

mənbələrdə  kaska  //  kaskey  //  kaşkay  //  qaşqay  //  qaşqa  variantlarında 

xatırlanmasını qeyd edən F.  Ağasıoğlunun gəldiyi  qənaətlərdən aydın olur 

ki,  «qaşqaylar  Kiçik  Asiyada  türk  dilində  danışan  göydən  düşmə  yeganə 

xalq  olmamışdır,  onlar  burada  bəzi  türkdilli  boylarla  kontakt  mühitində 

olmuşlar.  Görünür,  m.  ö.  III  minillikdən üzübəri  bura gələn  hind-avropa- 

dilli xalqlar (hett,  luvi,  friq,  hay və  s.) zaman-zaman bu  mühiti  əritmişdir. 

Lakin Azərbaycana gələn qaşqaylar bu günə kimi  etnik mənsubiyyətini və 

dilini  mühafizə  etmişlər.  Onlar  qərbdən  gələn  güclü  axın  qarşısında  za- 

man-zaman  doğuya  çəkilmiş,  indiki  İrak  və  İran  ərazisində  məskunlaş- 

mışlar»  [2.  S.  56].

«HcropHfl  fl,peBHero  B

0CT0Ka»  kitabına  [5]  əsaslanan  F.  Ağasıoğlu 

yazır ki,  E.  fon  Şuler qaşqayların Kiçik Asiyaya m.  ö.  II minilin ortasında 

gəldiyini qeyd edir.  Q.  Qeorqadze  [6.  S.  40]  isə qaşqayları Kiçik Asiyanın 

ən qədim yerli  sakinləri  hesab  edir və  onları  həmin ərazidə  m.  ö.  III min- 

illikdə  yaşamış  hatlarla  qohum  sayır.  Qaşqayları  gürcü  mənbələrində  ka-



şaq,  Birans  mənbələrində  kasoqi  şəklində  verilən  çərkəzlərlə,  adıq  və 

abxazlarla eyniləşdirən tədqiqatçılar (Q.  A.  Melikişvili,  İ.  M.  Dyakonov və 

s.)  da vardır.  M.  Seyidov  [7.  S.  42]  hər iki  qaşqay etnoniminin  eyni  xalqa 

aid olduğunu göstərir və onların türkdilli olduğunu yazır [2.  S.  54-55].

F.  Ağasıoğlu göstərir ki,  qaşqayların qonşuları,  əsasən hettlər olsa da, 

onlar Kuman,  Az,  Toqarma (Toqar // Dügər),  Urmu,  Subar,  Bala (müasir 

Bolu?)  və  Dumanna  (Duman  //  Tuman)  adlı  ölkələrlə  əhatə  olunmuşdu. 

Belə  ki,  bəzi  tədqiqatçılar  xeyli  hat-türk  uyğunluqları  ortaya  çıxarmışlar 

[8].  Hətta  hat  dilində  elə  sözlər  var  ki,  bu  gün  də  mənasını  və  formasını 

dəyişmədən türk  dillərində  işlənir.  Məsələn,  qut  sözü  hər  iki  dildə  ‘ruh’, 

‘can’  anlamındadır.  Qaşqayların  güney  -   doğusunda  subar,  mitan  -   ər- 

mən, urum,  kuman və başqa türk boyları -  bölgələri vardı  [2.  S.  56].

Qədim qaşqayların etnik və dil mənsubiyyəti barədə ortaya çıxan fikir 

müxtəlifliyinin  səbəblərini  F.  Ağasıoğlu  qaşqay  probleminə  dair  ayrıca 

tədqiqat  işinin  olmaması  ilə  əlaqələndirir,  bir  sıra  onomastik  vahidlərin 

müqayisəsi ilə qaşqayların türkdilli olmasını  sübut etməyə çalışır.

F.  Ağasıoğlu nəzərdən keçirdiyi bir çox materiallar əsasında sübut etməyə 

çalışır  ki,  indiki  qaşqay  boyları  ilə  qədim  tarixi  mənbələrdə  adı  keçən 

qaşqaylar  həm  etnik,  həm  də  dil  mənsubiyyətinə  görə  eyni  boydur  və 

Azərbaycan  türkcəsinin  formalaşmasında  mühüm  yer  tutur.  Qaşqay  yer 

adlarındakı  söz kökü türk dillərinə aid  olduğu kimi,  bir çox şəkilçilər də eyni 

paralelliyi göstərir.  Məsələn,  Azərbaycanda -ma şəkilçili toponimlər (Yalama



Yaşma,  Qızılqazma)  işləndiyi  kimi,  qaşqaylarda  da  Tarkuma,  Xursama // 

/ / Hursama,  Kalasma, Kurustama toponimləri vardır; yaxud -ka topoformantı 

Darukka // Tarukka,  Tapikka, Kaska kimi toponimlərdə yayılmışdır.  Q.  Qeor- 

qadzeni qaşqay dilindəki -xa şəkilçisini də -ka ilə bağlamaqda haqlı hesab edən 

F.  Ağasıoğlu Kummestaxa,  Tasmaxa,  Samaxa,  Kumaxa və  s.  bu kimi  nümu- 

nələr  göstərir və  eyni  zamanda  qeyd  edir  ki,  qaşqay  dilində  -sa  (Qurtalissa, 



Tamettasa,  Qakiussa),  -ta  (Takkumita,  Kismitta,  Taqqasta),  -ra  (Kannuvara, 

Tivara) kimi topoformantlar da vardır.

F.  A.  Cəlilov  «Azərbaycan  dilinin  morfonologiyası»  əsərində  göstərdiyi 

kimi,  türk  dillərindəki  -lar  şəkilçisi  cəmlik  bildirən  -la və  -ar  morfemlərinin 

qovuşmasıdır  [9.  S.  193-196].  Ona  görə  də  qaşqay  dilində  daha  qədim  -la 

forması  işlənmişdir.  Müəllif yazır ki,  əgər biz  bu  gün  Taxankullar deyiriksə, 

qaşqaylar  Taxankulla  formasını  işlədirmişlər:  Kassula,  Kasimula,  Timuxala, 



Xalila, Xaysexla, Kamala və s.  [2.  S.  59].

Q.  Qeorqadze qeyd edir ki,  nəzərdən keçirilən qaşqay coğrafi adlarında r 

ilə  başlanan  söz  yoxdur  [6.  S.  209].  F.  Ağasıoğlu  tədqiqatçının  bu  fikrini 

qiymətləndirir və  əlavə  edir ki,  həmin  coğrafi  adlarda həm  də n,  l,  v ilə  baş- 

lanan  sözlər  də  yoxdur;  çünki  qədim  türk  dilinin  bu  fonetik xüsusiyyətlərini 

qaşqay dili əks etdirməli idi, necə ki, əks etdirir [2.  S. 59-60].




Yuxarıda qeyd  etdiyimiz kimi,  qədim  qaşqayların  etnik və dil  mənsu- 

biyyəti  barədə  ortaya  çıxan  fikir  müxtəlifliyinin  səbəblərini  F.  Ağasıoğlu 

qaşqay  probleminə  dair  ayrıca  tədqiqat  işinin  olmaması  ilə  əlaqələn- 

dirmişdir.  Bu  tezislə  əlaqədar  olaraq  qaşqayilər  haqqında  çap  olunmuş 

digər materiallara,  araşdırmalara nəzər salaq.

Cavad  Heyət  yazır  ki,  qaşqay  türklərinin  ləhcəsi  az-çox  Azərbaycan 

dili  ilə  uyğunluq  təşkil  etsə  də,  həmçinin  bəzi  xüsusiyyətlərinə  görə 

Anadolu türklərinin də əlamətlərini özündə əks etdirir [1.  S.  321].

Farsi  mədan tayfasının  ləhcəsi  Anadolu  türkcəsinə  yaxındır.  Qaşqayi 

ləhcəsində  İnallu  və  türkmənə  məxsus  uzun  səslər  mövcuddur.  İndiki 

zaman  şəkilçisi  (-yur,  -yır)  Türkiyə  türkcəsində  işlənməklə,  bunlarda  da 

özünü göstərir (alıyur,  qaçayır).

Digər  fərqli  xüsusiyyətlərə  nəzər  salaq:  qaşqayidə  -yıl,  İnalluda  -il; 

Anadolu  ləhcəsində  inanmam -   Azərbaycan  ləhcəsində  inanmaram  deyi- 

lir.  Ahəng  qanununa  görə  saitlərin  həmahəngliyi  pozulur,  məs.:  varimiş 

əvəzinə  varimuş,  ağzına  əvəzinə  ağzunə,  yatmadı  əvəzinə  yatmadu 

işlədilir.

Əziz  Mohseni  qaşqayilərin  haradan  gəlmələri,  nə  dildə  danışdıqları, 

harada  yaşadıqları  haqda bəzi  məsələləri  açıqlamağa  çalışmışdır.  O  qeyd 

edir  ki,  Məşir  əl-Dövlənin  yazdığına  görə,  qaşqaylar  Qafqaz  ellərindən- 

dirlər.  İki  min  ailə  Dərbənde  Qafqazda  kəşkayi  adı  altında  yaşayırlar. 

Dərbənde  Qafqaz  dağlarının  yamaclarında  türk  dilində  bir  daş  üstündə 

belə bir cümlə yazılıbdır:  «Burada kəşkayi  elləri yaşayırdılar»  [10.  S.  72]. 

Aparılan  tədqiqata  görə,  qəşqayilər  Qafqaz  ətəklərindəndirlər  və  oradan 

köçüb  Ərdəbilə  gəlmişlər.  Bu  ellər  Uzun  Həsənin  nəslindən  olmuşlar. 

Qəşqayiləri Ağqoyunlular və Qaraqoyunlular,  Şah Abbas zamanı Ərdəbil- 

dən İsfahan və Farsa doğru köçürmüşlər.

Əziz  Mohseni  yazır  ki,  bəzi  tarixi  sənədlərdə  İranda  yaşayan bir  sıra 

türkdilli  qəbilələr,  o  cümlədən  qəşqayilərin  əslü  nəcəbləri  haqqında  belə 

yazılmışdır:  VIII  əsrdə  (hicri)  moğollar  Rusiyadan  gedən  zaman,  slavlar 

şimaldan  cənuba  doğru  axışdılar  və  orada  yaşayan  qərbi  türkləri  sıxış- 

dırdılar.  Onlar əski yurdlarını buraxıb,  Aran və Azərbaycana,  yəni  Arazın 

şimal  və  cənub  hissələrinə  dağıldılar.  Onlardan  bir  dəstəsi  Qara  dənizin 

şimal  hissələrində,  yəni  Krımda  və  bugünkü  Türkiyədə  sığındılar.  Şah 

Abbas  1015-ci  ildən  1027-ci  ilədək  (hicri)  osmanlılarla  Qafqazda  və 

Azərbaycanda apardığı müharibələrdən sonra osmanlı türkləri ilə dil baxı- 

mından yaxın  olduqlarına görə  onları  öz yurdlarından İranın  cənub  hissə- 

lərinə  doğru  köçürtdü  və  o  zaman  qəşqayi  türkləri  də  Fars  əyalətində 

yerləşdilər.  «Məcmu-əl  təvarix»də  yazılır  ki,  1147-ci  ildə  (hicri  tarixi) 

Nadir  şah  Gürcüstanı  fəth  etdikdən  sonra  65  min  qəşqayi,  şahsevən  və 

əfşar  ellərini  köçürüb,  Xorasanın  şəhərlərində  onları  yerləşdirdi.  Qəşqayi 

tayfalarının hamısı türk dilində danışırlar [10.  S.  72-74].




Yeri  gəlmişkən  qeyd  edək  ki,  Həmid  Məmmədzadə  «Qaşqayların 

haqqında  yeni  tədqiqat»  adlı  məqaləsində  göstərir  ki,  ilk  mənbələrin  və 

yardımçı mənbə kimi istifadə olunan əsərlərin heç birində qaşqayların nə vaxt, 

harada,  nə  şəraitdə  bir  el  kimi  yaranmaları,  onların  milli  xüsusiyyətləri,  dili, 

ədəbiyyatı,  musiqisi və s.  haqqında məlumat verilməmişdir [11].  Yalnız T.  Ə. 

İbrahimov (Şahin) «:Qaşqaylar» adlı monoqrafiyasmda yazır ki, M. B. Bəhmən 

Beyginin əsərində qaşqayların dili və musiqisinin Azərbaycan dili və musiqisi 

olması  haqda  bir  neçə  cümləyə  ümumi  və  çox  müxtəsər,  lakin  düzgün 

qeydlərə təsadüf olunur. İndiki durumda qaşqayların  dili  ilə  Azərbaycan  dili 

arasında  fərq  görmək  olmur [12.  S.  11-18].

Qaşqayların  təşkilində  ağacərilər,  bayatlar,  inallılar,  avşarlar  və 

xələclərin  də  müəyyən rolu  olmuşdur.  Son araşdırmalardan aydın  olur ki, 

qaşqay adının qayı eli  ilə bir bağlılığı vardır.  Qaşqayların dili  Azərbaycan 

türkcəsinin bir şivəsidir.

Qaşqaylarda  Azərbaycan  türkcəsinin  tapılmaq  sözü  əvəzinə  bulun- 



maq,  eyləmək  sözü  əvəzinə  etmək,  yaxşı  sözü  əvəzinə  yeg,  torpaq  sözü 

əvəzinə topraq,  inanmaram  sözü əvəzinə inanmam işlənir.

Qaşqayların  atalar  sözlərindən  bir  neçə  nümunəyə  nəzər  salaq:  Ot 

yanmasa,  tüt  çıxmaz;  Ölüm  atı  yugrük  geder;  Biz  oqrı  olduq,  gece 

ayaydın;  Bir  mıx  bir  nalı,  bir  nal  bir  kişiyi,  bir  kişi  bir  eli  qurtarır;  Bu 

«amma»da bir «umma» da var [13.  S.  70-71].

Beləliklə,  qeyd  etmək  lazımdır  ki,  İran  türkləri  Türkiyə  türklərindən 

sonra yer üzündə ən böyük türk toplumudur.

Raşdi  Həsən  yazır:  «İki  dil  İranda  ümumölkə  dili  sırasında  yerləşir. 

Bu iki dilin biri  “Azərbaycan türkcəsi”,  ikincisi  “fars dili”dir.  Azərbaycan 

türkcəsində  və  fars  dilində  danışanlar İranın yalnız bir və  ya  iki,  hətta üç 

ostanlarında  yox,  bəlkə  ölkənin  çox  ostanlarında  yaşayıb  və  yaşamaq- 

dadırlar.  İran  ölkəsi  dairəsində  Azərbaycan  türkcəsilə  danışanlar  ərazi 

baxımından  bugünkü  on  yapışıq,  şərqi  və  qərbi  Azərbaycan,  Ərdəbil, 

Zəncan,  Həmədan,  Qəzvin,  Mərkəzi  Qum,  Gilan və  Tehran ostanlarından 

əlavə  yüz  illər,  bəlkə  də  min  illərdir  Xorasan,  Fars,  İsfahan  və  Kirdman 

ostanlarının şəhər və kəndlərində yaşamaqdadırlar.

Daha  doğrusu,  İranın  iyirmi  səkkiz  ostanının  ön  dördündə,  yəni  bu  ölkə 

torpağının  təqribən  yarı  ərazisində  türklər  yaşayır  və  bu  dildə  danışırlar.  Hələ 

işlərindən asılı olaraq İranın ən ucqar fars, qeyri-farsdilli şəhərlərində iqtisadi, siyasi, 

mədəni-fərhəngi  və  nizami  mərkəzlərində  fəaliyyət  göstərən  türklər  nəzərdə 

tutulmamışdır...  İranda  Azərbaycan  türkcəsinə  verilən  qiymət  aşağı  səviyyədədir. 

Rəsmi  dairələrdə,  təhsil  ocaqlarında,  kütləvi  müəssisələrdə  işlədilməsinə  yol 

verilmir, əsas dil fars dilidir» [14. S. 41].

Dilçi  alimlərin  böyük  əksəriyyəti  tamamilə  düzgün  hesab  edir  ki, 

milli  dillərin  formalaşmasında  həlledici  faktor  bu  dillərin  daşıyıcısı



sayılan  xalqın  mənşəyi,  etnogenezi,  başqa  sözlə,  tarixi  təşəkkülü  ilə  sıx 

bağlıdır.  Bu mənada milli  dillərin inkişafı  daim  dövlət qayğısı və nəzarəti 

altında  olmalı,  milli  və  dil  siyasətinin  tərkib  hissəsi  kimi  daim  müvafiq 

strukturlar tərəfindən ön plana çəkilməlidir [15.  S.  56].

Türk etnoslarından qaşqayların çox qədim el olması haqqında araşdır- 

malar aparılmışdır.




Yüklə 225,41 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin