529) İtsenko-Kuşinq sindromu nə ilə xarakterizə olunur?
A) Progestronun hiperproduksiyası ilə
B) Tireotrop hormonun hiperproduksiyası ilə
C) Kortizol və aldosteronun hipoproduksiyası ilə
D) Aldosteronun hiperproduksiyası ilə
E) Kortikosteroidlərin hiperproduksiyası ilə
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр. 186.
530) Qanda qlükozanın konsentrasiyasının artması aşağıdakılardan hansının sekresiyasını stimulyasiya edir?
A) İnsulinin
B) Somatotropinin
C) Mədə şirəsinin
D) Prolaktinin
E) Aldosteronun
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009,стр. 265.
531) 12 yaşlı xəstədə birinci dəfə şəkərli diabet aşkar edilmişdir.Ona aşağıdakı preparatlardan hansını təyin etmək lazımdır?
A) Qaraciyərdə qlükozanın produksiyasını inhibə edən preparatlar
B) Sulfanilsidikcövhəri preparatları
C) Alfaqlükozidazların inhibitorları
D) İnsulin
E) İnsulinin sekresiyasına qlükozanın təsirini imitasiya edən preparatlar
Ədəbiyyat: И.И.Дедова, Г.А.Мельниченко. Эндокринология. Национальное руководство. Москва, «ГЭОТАР Медиа», 2009 стр., 371.
Dostları ilə paylaş: |