Руководство для врачей. Под ред. Н. И. Дегтерева М., 2004, 578 с. 2) Hiperkapniya (hipoventilyasiya ) zamanı nə baş verir?


) Ətrafların magistral arteriyalarının okklüziyasının səviyyəsini təxmin etməsinə imkan verən əlaməti göstərin



Yüklə 259,89 Kb.
səhifə269/331
tarix02.01.2022
ölçüsü259,89 Kb.
#1435
növüРуководство
1   ...   265   266   267   268   269   270   271   272   ...   331
705) Ətrafların magistral arteriyalarının okklüziyasının səviyyəsini təxmin etməsinə imkan verən əlaməti göstərin.
A) Ətrafın rənginin dəyişməsi

B) Ətrafın soyuma səviyyəsi

C) Hipo- və anesteziya səviyyəsi

D) Arteriyanın pulsasiyasının palpator təyininin nəticələri

E) Ətrafın hiporefleksiya dərəcəsi
Ədəbiyyat: В.С.Савeльев, И.И.Затевахин, Н.В.Степанов. Острая непроходимость бифуркации аорты и магистральных артерий конечности. “Медицина”, 1987. с.304.
706) Aşağı ətrafın kəskin işemiyası olan xəstədə bud, dizaltı və pəncə arteriyalarında nəbz yoxdur. Okklüziyanın səviyyəsini təyin edin.
A) Bud arteriyasının orta üçdəbiri

B) Bud arteriyasının yuxarı 1/3-i

C) Xarici qalça arteriyası

D) Budun səthi və dərin arteriyalarının birgə okklüziyası

E) Daxili qalça arteriyası
Ədəbiyyat: В.С.Савeльев, И.И.Затевахин, Н.В.Степанов. Острая непроходимость бифуркации аорты и магистральных артерий конечности. “Медицина”, 1987. с.304.
707) Xəstədə hər iki aşağı ətrafın eyni vaxtda yaranan və daha çox sağda özünü göstərən kəskin işemiyası vardır, sağ bud, dizaltı və pəncə arteriyalarında pulsasiya yoxdur. Sol bud arteriyasında və aşağı ətrafın digər arteriyalarında pulsasiya zəifləməsi qeyd edilir. Okklüziyanın səviyyəsini təyin edin.
A) Aortanın bifurkasiyasının trombemboliyası, sağ qalça arteriyasının tam okklüziyası və sol qalça arteriyasının hissəvi okklüziyası ilə

B) Sağ qalça arteriyasının okklüziyası və sol aşağı ətraf arteriyalarının reflektor spazmı

C) Hər iki bud arteriyasının okklüziyası

D) Aortanın bifurkasiyasının total trombozu

E) Sağ xarici qalça arteriyasının və sol daxili bud arteriyasının okklüziyası
Ədəbiyyat: В.С.Савeльев, И.И.Затевахин, Н.В.Степанов. Острая непроходимость бифуркации аорты и магистральных артерий конечности. “Медицина”, 1987. с.304.
708) Aşağıdakılardan hansı aşağı ətraf damarlarının obliterasiyaedici endarteriitinin cərrahi müalicəsinin seçim metodu deyil?
A) Ətraf arteriyalarının autovenoz şuntlanması

B) Endarterektomiya, yan autovenoz plastika ilə

C) Arteriyaların daralmış sahələrinin rezeksiyası və onların auto- və allotransplantatla əvəz olunması

D) Böyük dərialtı venanın bağlanması

E) Bel simpatektomiyası
Ədəbiyyat: А.А.Вишневский, Н.И.Краковский, В.Я.Золоторевский. Облетирирующие заболевания артерий конечностей. “Медицина", Москва, 1972. с.246
709) Qeyd olunanlardan hansı ürəyin zədələnməsinin birbaşa rentgenoloji simptomlarına aid deyil?

A) Ürək sərhədinin genişlənməsi, ürək halqalarının hamarlanması, ürək kölgəsinin intensivliyinin çoxalması

B) Sol plevral boşluqda mayenin olması

C) Ürəyin ölçülərinin böyüməsi, ürək kölgəsi v perikard arasında mayenin horizontal səviyyəsi

D) Ürək kölgəsi və perikard arasında hava zolağının olması

E) Ürəyin pulsasiyasının dəyişməsi


Ədəbiyyat: Е.А.Вагнер. Хирургия повреждений груди. «Медицина», Москва, 1981. с.286.

Yüklə 259,89 Kb.

Dostları ilə paylaş:
1   ...   265   266   267   268   269   270   271   272   ...   331




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin