864) Süd vəzisinin xərçənginin təsdiqində hansı müayinə üsulu həlledicidir?
A) morfoloji müayinə
B) kliniki müayinə
C) radioizotop müayinə
D) rentgenoloji müayinə
E) ultrasəs müayinəsi
Ədəbiyyat: Н.Н.Трапезников, В.П.Летягин, Д.А.Алиев. Лечение опухолей молочной железы. «Медицина», Москва, 1989.
865) Süd vəzisinin giləsindən qanlı ifrazatın gəlməsi hansı xəstəlikdə müşahidə olunur?
A) fibroadenoma
B) düyünlü mastopatiya
C) axacaqdaxili papilloma
D) mastit
E) sarkoma
Ədəbiyyat: В.П.Летягин, И.В.Высоцкая, А.А. Легков. Лечение доброкачественных и злокачественных заболеваний молочной железы. «Медицинa», Москва, 1997.
866) Virxov metastazı termini altında nə anlaşılır?
A) sol körpüçüküstü limfa düyününə metastaz
B) yumurtalıqlara metastaz
C) kiçik çanağın toxumasına metastaz
D) göbəyə metastaz
E) ağciyərlərə metastaz
Ədəbiyyat: Н.Н.Блохин, В.Е.Петерсон. Клиническая онкология. «Медицина», Москва, 1979.
Dostları ilə paylaş: |