177) Dəridən və qara ciyərdən keçən xolangioqrafiyanın hansı fəsadı ola bilər?
A) Reflüks-ezofaqitə səbəb ola bilər
B) Xolangioqrafiyada fəsadlaşma olmur
C) 12 barmaq bağırsaqda xora əmələ gələ bilər
D) Öd daşının xoledoxa düşməsi
E) Qanaxma, öd axma, peritonit, xolanqitin kəskinləşməsi və ya kəskin pankreatitin əmələ gəlməsi
Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
178) Xəstənin ağciyərinin rentgenoloji müayinəsi nədən başlanmalıdır?
A) Super eksponirə olunmuş rentgenoqrafiyadan
B) Birbaşa rentgenoqrafiya
C) Ağciyərin tomoqrafiyası
D) Bronxoqrafiyadan
E) Obzor rentgenoskopiyadan və düz, yan proyeksiyada rentgenoqrafiyadan
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
Dostları ilə paylaş: |