Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə74/149
tarix26.11.2022
ölçüsü1,71 Mb.
#70735
1   ...   70   71   72   73   74   75   76   77   ...   149
Fyodor Mikhailovich Dostoyevsky-Qumarbaz

www.vivo-book.com 
149 
vermədən ona nəsə pıçıldayırdı, yəqin necə pul qoymağı və 
oyunu necə yönəltməyi məsləhət görürdü – şübhəsiz ki
nəticədə o da sədəqə gözləyirdi. Fəqət oyunçu, demək olar, 
ona da baxmırdı, necə gəldi, pul qoyur, hamısını 
qamarlayırdı. Görünür, karıxmışdı. Nənə onu bir neçə 
dəqiqə müşahidə elədi. 
– Ona de ki, – qəfildən qarı məni itələyə-itələyə əl-
ayağa düşdü, – ona de ki, başını buraxsın, pulunu götürüb 
tez getsin. Uduzacaq, indi hamısını uduzacaq! – o, 
həyəcandan az qala boğula-boğula vurnuxdu. – Potapıç 
hardadı? Potapıçı onun yanına göndərin! Hə, de də, de də, – 
nənə məni itələyirdi. – Hə, doğrudan da, bu Potapıç hardadı, 
axı! Sorter, sorter!
57
– az qala cavan oğlana qışqırmağa 
başlamışdı.
Mən ona sarı əyildim, qətiyyətlə pıçıldadım ki, burada 
belə qışqırmaq olmaz, hətta azacıq ucadan danışmağa da 
icazə verilmir, ona görə ki, bu, hesaba mane olur, bizi indicə 
qovarlar. 
57
çıxın gedin – frans.


www.vivo-book.com 
150 
– Heyif! Bu adam batdı, deməli, özü istəyir… ona baxa 
bilmirəm, hər şeyi alt-üst eləyir. Bu nə səfeh adamdı! – 
Nənə tez-tələsik başqa tərəfə çevrildi. Orda, solda, stolun 
digər hissəsində, oyunçuların arasında gənc bir qadın, onun 
yanında tanımadığım cırtdan kişi göründü. Bu cırtdan kimidi 
– qadının qohumuydu, yoxsa elə-belə, təsir göstərmək 
üçünmü gətirmişdi – bilmirəm. Xanımı əvvəllər də 
görmüşdüm; o, qumar masasının yanında hər gün 
günortadan bir saat keçmiş peyda olurdu, düz saat ikidə 
çıxıb gedirdi; hər gün bircə saat oynayırdı. Onu artıq 
tanıyırdılar, dərhal da kreslo çəkirdilər. Qadın cibindən bir 
neçə qızıl, bir neçə minfranklıq əsginaz çıxarırdı, sakitcə, 
soyuqqanlılıqla, hesablaya-hesablaya, kağızda karandaşla 
rəqəmləri qeyd eləyə-eləyə, həmin anda imkanların 
cəmləşdiyi sistemi axtarıb tapmağa çalışa-çalışa pul 
qoymağa başlayırdı… 
Qadın xeyli pul qoyurdu. Hər gün bir-ikisini, çox 
olanda üç min frank udurdu – bundan çox udmurdu, dərhal 
da çıxıb gedirdi. Nənə uzun-uzadı ona göz qoydu. 



Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin