www.vivo-book.com
36
özünün oynaması yaxşı deyil. Sözlərinin deyilişindən elə
onda başa düşdüm ki, onun sadəcə pul udmaq arzusu yox,
hansısa ciddi qayğısı var. Öz-özlüyündə pul ondan ötrü nədi
ki! Burda məqsəd var, bu vaxtacan bilmədiyim, amma
aydınlaşdıra biləcəyim hansısa bir olay var. Şübhəsiz, onun
məni saxladığı bu alçaldıcı və nökərçilik vəziyyətində, mənə
kobud, birbaşa tərzdə onun özündən soruşmağa imkan
verməliydilər (çox tez-tez verirlər). Belə ki, mən ondan ötrü
nökərəm, onun gözlərində həddən artıq xırdayam, ona görə
də kobud marağımdan inciməli bir şey yoxdu. Amma
məsələ bundadır ki, o mənə sual yağdırmağa imkan verə-
verə onlara cavab vermir. Bir çox hallarda o, sualları heç
eyninə də almır. Bax, bizim işimiz belədi!
Dünən bizə dörd gün qabaq Peterburqa göndərilən, hələ
də cavabı alınmayan teleqram haqqında çox danışıldı.
General görünür, rahatsız və fikirlidir. Söhbət əlbəttə, nənə
barədə gedir. Fransız da həyəcan keçirir. Məsələn, dünən,
nahardan sonra onlar uzun-uzadı və ciddi söhbət elədilər.
Fransızın bizim hamımızla danışıq tərzi qeyri-adi dərəcədə
təkəbbürlü, saymazyanaydı. Burada məhz bu atalar sözü
www.vivo-book.com
37
münasibiydi: ayağıma yer eləyim, gör sənə neylərəm. O
hətta Polinayla da kobudcasına saymazyanaydı; bununla
belə, vağzaldakı ümumi gəzintilərdə, yaxud atla seyrə
çıxmalarda, şəhər qırağına səfərlərdə məmnuniyyətlə iştirak
eləyir. Mənə fransızı generalla bağlayan bəzi hadisələr
çoxdan məlumdu; Rusiyada onlar birgə zavod tikmişdilər;
bilmirəm, qurduqları dağıldı, yoxsa hələ də onun barəsində
danışırlar. Bundan başqa, mənə təsadüfən ailə sirrinin bir
hissəsi məlum olub: fransız doğrudan da, keçən il generalı
xilas eləyib və vəzifəsini təhvil verərkən çatışmayan dövlət
pulunu ödəmək üçün ona əskik gələn otuz mini verib.
Doğrudan da, general onun məngənəsindədi; amma indi,
məhz indi bütün bunların hamısında baş rolu hər halda m-lle
Blanche oynayır, əminəm ki, burda da səhv eləmirəm.
M-lle Blanche kimdi? Burada bizə deyirlər ki, yanında
anası və böyük sərvəti olan əsil-nəcabətli fransız qadındı. O
da məlumdu ki, o, bizim markizlə necəsə qohumdu, amma
çox uzaq qohumdu, ya xalası qızıdı, ya da xalanəvəsidi.
Danışırlar ki, mənim Parisə səfəriməcən fransız və m-lle
Blanche öz aralarında nəsə daha təntənəli münasibət
|