Rusiya imperiyasının Şimali Azarbaycanı işğal etmasi


XIX asrin ikinci yarısında Canubi Azarbaycanda Babilar harakatı



Yüklə 87,72 Kb.
səhifə17/25
tarix19.12.2022
ölçüsü87,72 Kb.
#76248
1   ...   13   14   15   16   17   18   19   20   ...   25
Az.tarix

XIX asrin ikinci yarısında Canubi Azarbaycanda Babilar harakatı

XIX əsrin birinci yarısında Cənubi Azərbaycanda siyasi vəziyyət gərginləşdi. "Azərbaycan tarixi" kitabında göstərilir ki, XIX əsrdə 30-cu illərin sonu, 40-ci illərin əvvəllərində Təbrizdə, tez yatırılsa da, bir neçə dəfə həyəcan və çıxışlar baş verdi. 1847-ci ildə Zəncanda sənətkarlar, xırda tacir və şəhər yoxsulları hakimə qarşı çıxmış və onu şəhərdən qovmuşdular. 1848-ci ildə yenə də Təbrizdə şəhər yoxsulları və sənətkarların çıxışları baş verdi.
1850-ci ildə Zəncanda babilər üsyana qalxdılar. Şəhərdə babilərin sayı 15 min nəfərə çatırdı. Bundan əlavə, yaxınlıqdakı kəndlərin əhalisi də onlara qoşulmuşdu. Babilər şəhər qalasını tutdular. Şəhər iki hissəyə bölündü və babilər onun yarıdan çox hissəsini ələ keçirdilər. Vuruşlarda babilərin ailə üzvləri də iştirak edirdilər. Əsas etibarilə kəndli və sənətkarlardan ibarət olan babilərin içərisində çoxlu tacir və xırda ruhanilər də var idi. Ətraf kəndlərdən olan əhali üsyançıları gizli şəkildə ərzaqla təmin edirdilər.
Şah hökuməti tərəfindən üsyanı yatırmaq üçün göndərilən qoşun dəstələri iyunun əvvəlində Zəncanı mühasirəyə aldılar, lakin üsyançılar tərəfindən ciddi müqavimətə rast gələrək geri çəkilməli oldular. Dekabr ayında 30 minlik şah qoşunu və feodal dəstələri Zəncanı yenidən mühasirəyə alaraq hər tərəfdən hücuma keçdilər. Üsyançıların çoxu həlak oldu, onun başçısı Məhəmmədəli isə ağır yaralandı və üç gündən sonra vəfat etdi. Babilərdən yalnız 100 nəfəri sağ qalmışdı və onlar daha beş gün vuruşduqdan sonra şəhəri tərk etməyə imkan vermək şərtilə mübarizəni dayandırmağa razı olduqlarını bildirdilər. Bu təklifi qəbul etmələri haqqında Qurana and içmiş şah ordu başçıları, silahı yerə qoyan üsyançıların hamısını qırdılar. Beləliklə, 1850-ci il dekabrın sonunda Zəncan üsyanı yatırıldı.
1848-1852-ci illərdə bütün İranda babilər hərəkatı məğlub edilsə də, ölkədə, o cümlədən, Cənubi Azərbaycanda babil tərəfdarlarının sayı daha da artdı. Əhalinin bütün narazı hissələrində babiliyə rəğbət çox güclü idi və şah hökuməti bunun qarşısını ala bilmirdi.
Babi üsyanları öz ictimai-siyasi məzmunu və kütləviliyi ilə İranda və Azərbaycanda baş vermiş ayrı-ayrı çıxışlardan fərqlənir və özünəməxsus yer tuturdu. Təsadüfi deyil ki, babilər hərəkatı zamanı gələcəyin bir çox inqilabçıları yetişmiş, onun inqilabi-demokratik hissəsi ölkədə baş verən xalq çıxışlaranda, xususilə, 1905-1911-ci illər İran inqilabında fəal iştirak etmişdilər.
XIX əsrin sonu və XX əsrin əvvəllərində Cənubi Azərbaycanda xarici imperialistlərə və onlarla əlaqədə olan yerli irtica qüvvələrinə, onların ölkədəki özbaşınalığına və çapqınçılıq siyasətinə qarşı xalqın narazılığı artmağa başlayır, bəzi yerlərdə kütləvi çıxış və tətillər baş verir. 8 mart 1890-cı ildə Nəsrəddin şah bütün İranda tütün almaq, satmaq və emal etmək üçün ingilislərə konsessiya verilməsi barədə müqavilə imzalayır və bu, xalqın böyük narazılığına səbəb olur. Etiraz əlaməti olaraq 19 avqust 1891-ci ildə Təbriz bazarı bağlanır, 20 min nəfərə yaxın adam silahlanır və şaha teleqram vururlar ki, heç bir halda bu müqaviləni qəbul etməyəcəklər. Onlar teleqramda bildirirdilər ki, əks təqdirdə, Təbrizdəki ingilis konsulluğunu məhv edəcəklər. Şah verilmiş imtiyazları tezliklə ləğv etməyə məcbur oldu və avqust ayının 30-da bu haqda Təbrizə rəsmi teleqram göndərildi.
Cənubi Azərbaycandakı bu hərəkat ingilislərə qarşı İranın başqa yerlərində də xalq mübarizəsinin güclənməsinə bilavasitə təsir göstərirdi. İran xalqlarının, o cümlədən, azərbaycanlıların mübarizə tarixində "Tənbəki üsyanı" kimi məşhur olan bu hərəkatda Azərbaycanın ticarət burjuaziyası, sənətkarları, onlara qoşulmuş ruhanilər, digər təbəqələrin nümayəndələri iştirak edirdilər. Bu hərəkat İranda, o cümlədən, Cənubi Azərbaycanda xarici kapitala, yerli irtica qüvvələrinə və onların hökmranlığına qarşı yönəldilmiş milli-azadlıq mübarizəsinin ilk və çox təsirli mərhələsini təşkil etmiş və xalq arasında siyasi, milli şüurun oyanmasına, formalaşmasına və inkişafına güclü təkan vermişdi.




  1. Yüklə 87,72 Kb.

    Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin