Rusiya imperiyasının Şimali Azarbaycanı işğal etmasi



Yüklə 87,72 Kb.
səhifə1/25
tarix19.12.2022
ölçüsü87,72 Kb.
#76248
  1   2   3   4   5   6   7   8   9   ...   25
Az.tarix


  1. Rusiya imperiyasının Şimali Azarbaycanı işğal etmasi(1801-1828-ci illər)

1801-1828-ci illərdə Rusiya tərəfindən ermənilərin Şimali Azərbaycana köçürülməsi işğal prosesi ilə paralel getmişdi. Bu dövrdə köçürülən ermənilərin coğrafi mənbələrini, əsasən onların əvvəllər gəldikləri və hələlik Rusiya işğalından kənarda qalan Şimali Azərbaycan əraziləri təşkil edirdi. Bununla birgə Osmanlı və Qacarlar dövlətlərinin erməni təbəələrinin cəlb edilməsinə də cəhdlər göstərilirdi.
Rusiya imperiyası 1804-cü ilin yanvarında ermənilərin də yaxından iştirakı ilə Gəncə xanlığını işğal etdi. 1805-ci il may ayının 14-də Qarabağ, 21-də isə Şəki xanlıqları ilə onların Rusiya himayəsinə keçməsi haqqında Kürəkçay müqavilələri imzalandı. Dekabr ayında isə Şirvan xanlığı ilə belə bir müqavilə imzalandı. 1806-cı ildə Dərbənd, Quba və Bakı xanlıqları, 1813-cü ildə Talış xanlıqları ilhaq edildi. Rusiya imperiyası eyni zamanda Qacarlar dövləti ilə də müharibə (1804-1813) aparırdı. Müharibənin sonunda bağlanan Gülüstan müqaviləsi ilə Naxçıvan və İrəvan xanlıqları istisna olmaqla Şimali Azərbaycan torpaqları Rusiya tərəfindən tutuldu. Rusiya imperiyası işğal prosesində İrəvan xanlığının tutulmasına xüsusi əhəmiyyət verirdi. Bunun üçün xanlıq ərazisindəki ermənilərdən istifadə edilir, digər tərəfdən onların artıq Rusiya tərəfindən ələ keçirilmiş ərazilərə miqrasiyası vasitəsilə xanlığa zərbə vurulurdu. Qafqazdakı rus qoşunlarının baş komandanı general P.D.Sisianov İrəvan ermənilərinin Gəncəyə (Rusiya işğalından sonra şəhərin adı dəyişdirilərək Yelizavetpol qoyulmuşdu – K.Ş.) köçürülməsinin təşkilinə çalışırdı. Qarabağ, Şəki, Şirvan və digər Şimali Azərbaycan torpaqlarının erməniləşdirilməsi də fəal şəkildə davam etdirilirdi. Bu hal Şəki (1819), Şirvan (1820) və Qarabağ (1822) xanlıqlarının ləğvindən sonra daha geniş miqyas aldı.
1804-1813-cü illərdə rus-İran və elə həmin dövrdə gedən rus-Osmanlı müharibəsi (1806-1812) Rusiyanın işğalçılıq planlarına son vermədi. 1826-cı ildə Rusiya Qacarlar dövləti ilə yeni müharibəyə (1826-1828) başladı. Müharibənin ilk dövrləri Qacarlar üçün uğurlu olsa da sonra üstünlük Rusiyaya keçdi. 1827-ci ilin mayında Naxçıvan, oktyabrında İrəvan tutuldu. Beləliklə, Şimali Azərbaycanda yaşayan ermənilərin Rusiya imperiyasının təbəəliyinə keçməsi başa çatdı. Ermənilərin köçürülməsinin yeni coğrafi mənbələri kimi Qacarlar və Osmanlı dövlətləri əsas yerə keçdi.
Erməni katalikosu Nerses Aştaraketsi köçürmə haqqında layihə hazırladı. Rus yazıçı və diplomatı A.S.Qriboyedov (1795-1829) da bu planın hazırlanması və həyata keçirilməsində mühüm rol oynadı.



  1. Yüklə 87,72 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin