S. Azərbaycan səhiyyəsi bu gün



Yüklə 66.43 Kb.
PDF просмотр
tarix23.06.2017
ölçüsü66.43 Kb.

“Respublika ”.- 2009 .- 13 may .- №101 .- S. 9.

Azərbaycan səhiyyəsi bu gün

"Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və 

onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir".

Heydər ƏLİYEV.

Hər  bir  millət,  hər  bir  dövlət  yaşam  tarixində  torpağını,  xalqını  sevən,  onu  mübarizə  meydanında

qələbəyə,  çətin  anlarda  işığa doğru aparan  rəhbərə,  şəxsiyyətə  ehtiyac  duyur.  Sözün  əsl  mənasında hər  bir

dövlətin  bir  dövlət  olaraq  formalaşmasında,  millətin  millətlər  sırasında  mətin  dayanmasında  böyük

şəxsiyyətlərə daim ehtiyac var. Azərbaycanın adı bu gün dünya müstəvisində öndə gedən dövlətlər sırasında

məğrur durur, Daim bu torpaq, bu millət dahilər, onun adını zirvələrə ucaldan şəxsiyyətlər yetirib.

Heç  bir  millət  şəxsiyyətsiz  yaş aya  bilməz".  Bu  fikir  Azərbaycan  admı  öndə  gedən  dünya  ölkələri

s ırasına yazan, öz uzaqgörənliyi itə dünya siyasətçilərini daim heyrətə gətirməyi bacaran, millətinin hər bir

nümayəndəsini ürəkdən sevən dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevə məxsusdur.

Heydər Əliyevin Azərbaycan səhiyyəsinə bəxş etdiyi töhfələr əvəzsizdir.

Ötən  illərin  60-cı illərinin  sonu—70-ci  illərin  əvvəllərində  bütövlükdə  SSRİ-də  olduğu  kimi,  Azərbaycan

cəmiyyətində, səhiyyəsində də inkişaf bir o qədər ürək açan səviyyədə deyildi. Məhz bu cür çətin bir dövrdə Heydər

Əliyev  respublikaya  rəhbərlik  etməyə  başladı.  Xalqın  hər  bir  nümayəndəsi  bu  böyük  şəxsiyyətin  gəlişi  ilə

respublikada müsbət yönümdə əsaslı dəyişikliklərin olacağına əmindi. Sözün əsl mənasında xalq yanılmadı.

1969-cu  ilin  dekabr  ayında  respublika  Ali  Sovetinin  yeddinci  sessiyasında  Heydər  Əliyevin  təşəbbüsü  ilə

səhiyyə  qanunvericiliyinin  əsasları barədə  qərar  qəbul  edildi.  Məhz  bu,  çox-saylı və  müxtəlif  tədbirlərin  əsasını

təşkil edən bir qərar idi. Hər kəsə çox yaxşı bəlli olan sağlamlıq məcəlləsi barədə qərarın qəbul edilməsi bu sahədə

çox böyük inkişafa  səbəb  oldu.  Səhiyyə  haqqında  Azərbaycan  SSR  qanunu  da  məhz  Heydər  Əliyevin  zəhmətinin

nəticəsidir.

1970-80  -  ci  illərdə  Heydər  Əliyev  30-a  yaxın  gənc  azərbaycanlı  alimin  müxtəlif  ixtisaslar  üzrə  ittifaq

səviyyəsində doktoranturaya qəbul edilməsi-nə nail oldu.

Heydər  Əliyev  "Sağlamlığımızın  qayğısına  sağlam  ikən  qalaq"  prinsipini  əsas  tutaraq  səhiyyə  sahəsində

yeni,  uğurlu  addımların  atılması üçün  böyük  işlər  görürdü.  70-ci  illərdə  ucqar  rayon  və  kəndlərdə  xəstəxana  və

poliklinika  binalarının  tikilməsi  və  təmirinə,  ixtisaslı  həkimlərə,  xüsusilə  kardioloq,  onkoloq,  ginekoloq,

nevropatoloq  və  digərlərinə  böyük  ehtiyac  olduğunu  bilən  Heydər  Əliyev  bu  sahəyə  də  xüsusi  diqqət  ayırırdı.

Həkimlərin  və  orta  tibbi  təhsilli  işçilərin  çatışmazlığını  aradan  qaldırmaq  üçün  ilk  növbədə  Heydər  Əliyevin

təşəbbüsü ilə Tibb İnstitutuna tələbə qəbulu artırıldı, ucqar kənd rayonlarından gələn abituriyentlər üçün güzəştlər

tətbiq  edildi.  Tibbi  kadrlara  ehtiyac  olan  rayonlardan  gəlmiş  bacarıqlı  gənclər  ictimai  təşkilatların  zəmanəti

əsasında  güzəştli  qrupun  hazırlıq  şöbələrinə  qəbul  olunmağa  başladılar.  Bununla  da  rayonların  səhiyyə

müəssisələrində  kadr  çatışmazlığı  aradan  qalxmağa  başladı.  "Səhiyyə  həddindən  artıq  geniş,  həyatın  bütün

sahələrini əhatə edən və cəmiyyət üçün, dövlət üçün, hər bir insan üçün çox lazımi bir sahədir. Ona görə də hər bir

insan  həkimə  hörmət  edir,  səhiyyə  işçisinə  hörmət  edir.  Həkimlər  də  insanlara  tibbi  yardım  göstərməklə,  onları

müalicə etməklə özlərinə böyük mənəvi hörmət, ehtiram qazanırlar", - deyirdi Heydər Əliyev.

Qazanılan  uğurlar  nəticəsində  Azərbaycan  səhiyyəsi  Heydər  Əliyevə  minnətdar  olaraq  ümumittifaq

müstəvisinə çıxmağa başlayırdı.

1974-cü ildə beyində qan dövriyyəsinin keçici pozulmalarının qarşısının alınması və müalicəsi məsələlərinə

həsr  edilmiş  ümumittifaq  simpozium,  1977-ci  ildə  oftalmoloqların  ümumittifaq  elmi  cəmiyyətinin  plenumu  məhz

Bakıda keçirildi.

Azərbaycan  səhiyyəsinin  günbəgün  inkişafı öz  bəhrəsini  verməkdə  idi.  Məhz  Heydər  Əliyevin  təşəbbüsü

sayəsində Azərbaycan səhiyyəsi qısa müddətə nəinki ümumittifaq, eləcə də beynəlxalq müstəviyə çıxmağa başladı.

Məhz  Heydər  Əliyev  1970-ci  ildə  Ümumdünya  Səhiyyə  Təşkilatının  (ÜST)  regionlararası  seminarının  Bakıda

keçirilməsi  barədə  qərar  qəbul  etdi.  70-80  -  ci  illərdə  Azərbaycanda  bu  cür  seminarların  keçirilməsi  artıq  ənənə

halını almışdı. Bu illərdə Heydər Əliyev azərbaycanlı tələbələri SSRİ-nin qabaqcıl tibb mərkəzlərinə göndərirdi.

Heydər Əliyevin diqqəti nəticəsində hər il ən yaxşı həkimlərin, tibb mütəxəssislərinin orden, medal və fəxri

fərmanlarla təltif edilməsi barədə qərarlar qəbul olunur, onlara respublikanın xalq həkimi, əməkdar həkim, "Səhiyyə

 əlaçısı" fəxri adları verilir, maaş dərəcələri və vəzifə maaşları artırılırdı.

23-24 oktyabr  1982-ci  il  tarixi  bütün  tibb  işçilərinin  yaddaşına  əbədi  həkk olunub.  Məhz  o  günlərdə  sahə

həkimlərinin keçirdiyi respublika qurultayında Heydər Əliyev də iştirak etmişdi.

Heydər  Əliyev  Azərbaycan  səhiyyəsinin  inkişaf  etməsi  üçün  bir  çox  təşəbbüslər  irəli  sürür,  bu  sahənin

mütəxəssisləri  üçün  böyük  imkanlar  yaradırdı.  1985-ci  ildə  Moskva  şəhərində  Heydər  Əliyev  bu  sözləri  söylədi:

"Təbabət insan biliklərinin və əməli fəaliyyətin bütün başqa sahələrindən daha artıq dərəcədə ümumbəşəri xarakter



daşıyır".

Azərbaycan  Respublikasının  sosial  inkişafı  sahəsində  tibb  işçilərinin  xidmətlərini  və  Azərbaycan  Xalq

Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılmasını nəzərə alaraq 2001 - ci ilin 4 iyun

tarixində Heydər Əliyev hər il 17 iyun tarixinin Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi

qeyd olunması barədə sərəncam verdi.

Hələ Heydər Əliyev Moskvada işləyərkən başda professor Rinat Akçurin olmaqla bir qrup kardiocərrah ona

müraciət edərək ürəkdə o vaxtlar icazə verilməyən eksperimental və cari klinik əməliyyatlar aparılması məqsədi ilə

kömək göstərməsini xahiş  etmişdi. Həkim olmamasına  baxmayaraq,  məsələni  dərindən  təhlil  edən  Heydər  Əliyev

bu işin müsbət həllinə təsir göstərdi. Bir neçə ildən sonra cərrah Rinat Akçurin Boris Yeltsinin ürəyində sensasiyalı

cərrahiyyə əməliyyatı apararaq onu xilas etdi.

1994-cü ildən başlayaraq Heydər Əliyevin göstərişi ilə dövlət büdcəsindən səhiyyə sahəsinə ayrılan maliyyə

vəsaitinin durmadan artırılması üçün konkret tədbirlər planı həyata keçirilirdi.

1994-cü  ilin  dekabr  ayında  Azərbaycan  Prezidenti  UNİCEF-in rəhbərliyi  ilə  səhiyyə  sahəsində  mütərəqqi

dəyişikliklər edilməsi və yeni səhiyyə sistemi yaradılması məqsədi ilə əməkdaşlıq proqramı imzaladılar.

1995-ci  ilin  noyabr  ayında  respublika  Səhiyyə  Nazirliyinin  Elmi-Tədqiqat  Ftiziatriya  və  Pulmonologiya

İnstitutunun  50  illik  yubileyi  ilə  bağlı  tədbirdə  Azərbaycan  Respublikasının  Prezidenti  Heydər  Əliyevin  iştirakı

səhiyyəyə olan diqqətin daha bir göstəricisidir.

Azərbaycanda oftalmologiyanın tarixinə nəzər salanda hələ ötən əsrin birinci yarısında traxoma xəstəliyinin

görmə orqanlarında ən geniş yayılmış xəstəlik olduğunun şahidi oluruq. Ötən əsrin 20-ci illərinədək bu ixtisas üzrə

cəmi 5 həkim çalışırdı.  1920-ci illərdən başlayaraq bu sahəyə böyük diqqət ayrıldı.  Nəticədə Bakıda 60 çarpayılıq

mərkəzi  göz  xəstəxanası,  sonradan  isə  həmin  xəstəxana  bazasında  traxomotoz  dispanser  açıldı.  Respublikanın

müxtəlif bölgələrindən bir çox insanlar göz xəstəlikləri ilə bağlı olaraq məhz buraya müraciət edirdilər. Müraciətlər

günbəgün  artırdı.  Bu  səbəbdən  1946-cı  ilin  yanvarında  Mərkəzi  Klinik  Göz  Xəstəxanasının  bazasında  120

çarpayılıq  stasionar  bölməsi  olan  Azərbaycan  Elmi-Tədqiqat  Oftalmologiya  İnstitutu  təşkil  edildi.  1966-cı  ildə

institutun  böyük  kollektivi  öz  uğurlarını  qeyd  edirdilər.  Çünki  məhz  bu  fədakar  həkimlərin  zəhməti  nəticəsində

traxoma  xəstəliyinin  tamamilə  ləğvinə  nail  olundu.  Bu  gün  mehriban  şəxsiyyət,  böyük  oftalmoloq  Zərifə  xanım

Əliyevanın adını daşıyan Oftalmologiya institutu daim respublika prezidenti Heydər Əliyevin də diqqət mərkəzində

idi.


1935-ci  ildə  yaradılan  Azərbaycan  səhiyyəsi  üçün  çox  böyük  önəm  daşıyan  Əziz  Əliyev  adına  Dövlət

Həkimləri  Təkmilləşdirmə  İnstitutunun  60  illik  yubileyinin  keçirilməsi  barədə  fərman  da  məhz  Heydər  Əliyev

tərəfindən imzalanıb.

Heydər  Əliyevin  rəhbərliyi  ilə  ölkəmizdə  səhiyyənin  qanunvericilik  bazası  təkmilləşdirilib.  "Əhalinin

sağlamlığının  qorunması haqqında",  "Qan  və  onun  komponentlərinin  donorluğu  haqqında",  "İmmun  çatışmazlığı

virusunun  törətdiyi  xəstəliyin  yayılmasının  qarşısının alınması haqqında",  "Əczaçılıq  fəaliyyəti  haqqında",  "İnsan

orqanlarının  və  toxumalarının  transplantasiyası  haqqında",  "Xüsusi  tibbi  fəaliyyət  haqqında",  "Tibbi  sığorta

haqqında"  qanunlar,  eləcə  də  "Əhaliyə  tibbi  yardım  göstərməklə,  virusologiya  sahəsində  elmi  araşdırmalarla  və

xidməti  vəzifələrini  yerinə  yetirərkən  virus  preparatları  istehsalı  ilə  məşğul  olan  işçilərin  immun  çatışmazlığı

virusunun  törətdiyi  xəstəliyə  yoluxmasına,  eləcə  də  bununla  əlaqədar  şikəstlik  və  ölüm  hallarına  qarşı  məcburi

dövlət sığortası haqqında" əsasnamə qəbul edilib.

Respublika Prezidentinin sərəncamı ilə Avropa ölkələri və Türkiyə tərəfindən ölkəmizə verilmiş kreditlərin

bir qismi dava-dərman alınması üçün ayrıldı.  Türkiyənin 12 əczaçılıq firmasından və Avropa İttifaqının üzvü olan

ölkələrin əczaçılıq firmalarından alınmış dərman preparatlarının çox hissəsi müalicə-profilaktika müəssisələrinə və

dərmanların alınmasında güzəşt hüququ olan xəstələrə verildi.

1997-ci  ildə  malyariya  xəstəliyi  ilə  bağlı  epidemioloji  vəziyyət  Azərbaycanda  heç  də  yaxşı  deyildi.  Bu

problemlə  şəxsən  özü  məşğul  olan  prezident  1997-ci  ilin  19  iyun  tarixində  keçirilmiş  Ümumrespublika

müşavirəsində  xəstəliyə  qarşı  tədbirlər  planının  qısa  müddətə  həyata  keçirilməsi  barədə  Səhiyyə  Nazirliyinə

göstəriş verib.

Bütün  dünyanın ən  böyük  problemlərindən  biri  olan  narkomaniya,  əfsuslar  olsun  ki,  Azərbaycan  üçün  də

həllini tələb edən xəstəliklərdən biri idi. Bu səbəbdən narkomaniyaya qarşı mübarizə aparmaq məqsədi ilə prezident

narkomaniya,  narkotik  və  psixotrop  vasitələrin  qanunsuz  dövriyyəsinə  qarşı  ümummilli  mübarizə  proqramı

çərçivəsində  Səhiyyə  Nazirliyinə  daxili  ehtiyatları  hesabına  həmin  kontingent  üçün  stasionar,  anonim  müalicə

kabinetləri yaradılmasını tapşırdı.

Məhz  Prezident  Heydər  Əliyevin  Yaponiyaya  səfərindən  sonra  bu  ölkənin  hökuməti  respublikamıza  6

milyon  dollar  məbləğində  təmənnasız  yardım  proqramı  tərtib  etmişdir.  Elmi  Tədqiqat  Ağciyər  Xəstəlikləri

İnstitutu,  Ə.Qarayev  adına  2  saylı  Klinik  Uşaq  Xəstəxanası  və  Ş.ƏIəsgərova  adına  5  saylı  doğum  evi  həmin

proqram çərçivəsində ən yeni aparatlarla təchiz edilib.

2000-ci  ilin  dekabr  ayında  isə  prezident  Heydər  Əliyevin  iştirakı  ilə  müasir  dünya  standartlarına  cavab

verən Mərkəzi Klinik Xəstəxananın açılış mərasimi olub.

Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan səhiyyəsinin inkişafı üçün gördüyü işlər haqda çox danışmaq

olar.  Çünki  digər  sahələrdə  olduğu  kimi  səhiyyənin  də  inkişafı  yolunda  ümummilli  liderin  xalqının  hər  bir



nümayəndəsinin parlaq gələcəyini düşünərək gördüyü işlər öz dəyəri, böyüklüyü ilə əvəzsizdir.

"Mən həkimi çox sevirəm, səhiyyəni çox sevirəm. Deyə bilərəm ki, mən sizlərin dostuyam. Siz isə mənim

bir  nömrəli  dostumsunuz"—Məhz  mətn  boyu  səhiyyə  haqda  işlənən  bir  çox  önəmli  və  dəyərli  fikirlər  kimi,  bu

cümlə də ulu öndər Heydər Əliyevə məxsusdur.

"Yoxsulluğun aradan qaldırılması və iqtisadi inkişaf səhiyyəsiz mümkün deyil". Bu gün bu fikirlər Heydər

Əliyev məktəbinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məxsusdur.

Azərbaycan  səhiyyəsinin  dünya  standartlarına  uyğun  olması,  çox  böyük  nailiyyətlərin  əldə  olunması  bu

sahədə çalışan hər bir mütəxəssisin qarşısında durmuş önəmli vəzifələrdən biridir.

Səhiyyə  Nazirliyi  qarşısında  duran  vəzifələrin  günün  tələblərinə  uyğun  şəkildə  icrası  bu  sahədə  bir  çox

dəyişikliklərin aparılmasını tələb edirdi. Bu məqsədlə Səhiyyə Nazirliyinin mərkəzi aparatının strukturunda bir sıra

dəyişikliklərin edilməsinə başlandı. Çox təəssüflər olsun ki, son illər əhaliyə göstərilən tibbi yardımın səviyyəsi də

heç ürəkaçan deyildi. Azərbaycan Respublikasının Konstitusiyası və "Əhalinin sağlamlığının qorunması haqqında"

26  iyun  1997-ci  il  tarixli  qanunu  ilə  vətəndaşların  təsbit  olunmuş  hüquqlarının  mütəmadi  olaraq  pozulması  çox

böyük  narahatlıqların yaranmasına  səbəb  olurdu.  Bununla  əlaqədar  olaraq  "Azərbaycan  Respublikasının əhalisinə

zəmanətli tibbi yardımın təşkil edilməsi barədə" Səhiyyə Nazirliyinin əmri hazırlanır. Bu əmrlə göstərilən zəmanətli

tibbi  yardımın  növləri  və  həcmi,  eləcə  də  terapevtik  xəstələrin  müalicəsi,  təxirəsalınmaz  əməliyyatlar  və  doğuş

zamanı  işlədilən  ən  vacib  dərman  preparatlarının,  sarğı  materiallarının  keyfiyyətedici  siyahısı  müəyyənləşdirilir.

Respublikanın,  o  cümlədən  Bakı  şəhərinin  əhalisinə  zəmanətli  paket  çərçivəsində  yardım  göstərmək  üçün

Respublika Klinik Xəstəxanası, Klinik Tibbi Mərkəz və 2 nömrəli Bakı Şəhər Uşaq Klinik Xəstəxanası ayrılır.

Hər kəsin xəstələndiyi məqam çox böyük ehtiyac duyduğu dərman preparatlarına da nəzarət xüsusi diqqət

tələb edirdi. Əczaçılıq sahəsində nəzarətin gücləndirilməsi məqsədi ilə "İnnovasiya  və  Təchizat  Mərkəzi"  səhiyyə

nazirinin 14 noyabr 2005-ci il tarixli 126 saylı əmrinə əsasən yaradılıb. Yarandığı gündən İnnovasiya və Təchizat

Mərkəzi əczaçılıq fəaliyyəti sahəsində lisenziyalaşdırma,  dərman və immunobioloji  preparatların, tibbi  texnika  və

tibb  ləvazimatlarının  qeydiyyatı, idxalı,  ixracı, istehsalı, daşınması, buraxılması və  təchizatı,  dövriyyəsi,  eləcə  də

onların  təhlükəsizliyi  və  keyfiyyəti  üzərində  nəzarəti  yüksək  səviyyədə  həyata  keçirir.  Mərkəzin  mütəxəssisləri

mütəmadi  olaraq  apteklərə  reydlər  keçirir.  Yoxlamalar  nəticəsində  qanunsuz  fəaliyyət  göstərən  apteklərin

fəaliyyətinə son qoyulur, saxta dərman preparatları aşkar olunaraq onların ölkəyə daxil olmasına qadağalar qoyulur.

Xaricdə müalicə üçün verilmiş rəylərin nizamlanması məqsədi ilə xüsusi komissiya yaradılıb.

Səhiyyə üzrə dövlət xərclərinə gəldikdə 2006-cı ildə bu sahədə 2005-ci illə müqayisədə 53 faiz, 2007-ci ildə

2006-cı illə müqayisədə isə 50 faiz artım olmuşdur.

Qeyd  edək  ki,  respublikamız  səhiyyə  xərclərinə  ayrılan  vəsaitin  artma  tempinə  görə  dünyanın  əksər

ölkələrindən  yüksəkdədir.  Möhtərəm Prezidentimiz  İlham Əliyev  çıxışlarından  birində  qeyd  etmişdir: "İndi  bizim

iqtisadi imkanlarımız var. Bilirsiniz ki, biz ilk növbədə bu imkanlardan  əhalinin  həyat  səviyyəsini  yaxşılaşdırmaq

üçün  istifadə  edirik  və  edəcəyik.  Ona  görə  də  səhiyyə  sistemində  ciddi  islahatların  aparılmasına  dəstək  olaraq,

maliyyə vəsaiti ayıracağıq".

2006-cı ilin əmək haqqı 2005-ci ilin orta illik əmək haqqı ilə müqayisədə 1,5 dəfə artmışdır.

"Dərman,  sarğı  ləvazimatları  və  materiallarının  alınması"  sahəsi  də  daim  diqqət  mərkəzində  olan  və

mütəmadi  vəsait  ayrılan  sahələrdən  biridir.  2005-ci  ilə  nisbətən  2007-ci  ildə  "Dərman,  sarğı  ləvazimatları  və

materiallarının alınması" sahəsinə ayrılan vəsait 7 dəfə artmışdır.

İndi respublikamızda müalicəsi böyük məbləğ tələb edən bir sıra sosial xəstəliklər vardır. Cənab Prezidentin

dəstəyi ilə Nazirlər Kabineti tərəfindən qəbul olunmuş, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və digər nazirliklər ilə

razılaşdırılmış  sosial  yönümlü  xəstəliklərə  aid  9  Dövlət  Proqramı  (Xroniki  böyrək  çatışmazlığı,  şəkərli  diabet,

hemofiliya  və  talassemiya  irsi  qan  xəstəlikləri,  ana  və  uşaqların  qorunması,  elektron  sağlamlıq  kartı,  onkoloji

xəstələrin  şiş  əleyhinə  əsas  preparatlarla  təminatı,  yoluxucu  xəstəliklərin  immunoprofilaktikası,  qanın  və  qan

komponentlərinin  donorluğu  və  qan  xidmətinin  inkişafı  və  tibbi  müayinə  kartı  üzrə  dövlət  proqramları)  qəbul

olunmuş və bu məqsədlə 2007-ci ilin dövlət büdcəsində 40 milyon manat vəsait nəzərdə tutulmuşdu.

İlk  dəfə  olaraq  hemofiliyalı,  talassemiyalı  və  onkoloji  xəstələr  dərman  preparatları  ilə  dövlət  tərəfindən

pulsuz  təmin  olunurlar  və  olunacaqlar.  Xroniki  böyrək  çatışmazlığı  olan  xəstələr  üçün  açılan  yeni  mərkəzlərdə

600-dən çox xəstə dövlət büdcəsi hesabına müalicə alır.

Bir  zamanlar  müalicəsi  respublika da  mümkün  olmayan  xəstəliklərin  müalicəsinin  müxtəlif  ölkələrdə

həyata  keçirilməsi  səbəbindən  daim  insanlar  arasında  müəyyən  narazılıqlar  yaranırdı.  Dünyanın  müxtəlif

ölkələrinin xəstəxanalarında müalicə almaq heç də hər kəsin maddi durumu ilə üst-üstə düşmürdü. Bu da Səhiyyə

Nazirliyinin  diqqətindən  yan  ötmədi.  Bu  gün  respublikamızda  olan  ürəkdə  ən  mürəkkəb  əməliyyatlar—ürək

qüsurlarının  korreksiyası,  ürəyin  işemik  xəstəliyinin  cərrahi  müalicəsi,  sümük  iliyinin  köçürülməsi,  plastik

cərrahiyyə əməliyyatları müvəffəqiyyətlə həyata keçirilir.

Səhiyyə  sahəsində  çalışan  kadrla-rın  savadlarının  yüksək  olmasına,  bir  sözlə,  mütəxəssislərə  daim  çox

böyük ehtiyac var. Çünki yaşından asılı olmayaraq hər bir vətəndaşın həyatı, onun xəstəlikdən azad olaraq sağlam

həyata qovuşması həkimin bilik səviyyəsindən çox asılıdır. Təəssüf ki, səhiyyə sahəsində bu sahədə vəziyyət bir o

qədər də ürəkaçan deyil. Bu səbəbdən nazirliyin göstərişi ilə kadrların hazırlıq səviyyəsinin qiymətləndirilməsində

attestasiya deyil, ümumi testlər mühüm rol oynayacaq. Artıq bir çox sahələr üzrə test sualları hazırdır. Testləşmənin



təşkili Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının köməkliyi ilə həyata keçiriləcəkdir.

Bəzi  xəstəxanaların  təmirsiz,  acınacaqlı vəziyyətində  olması bu  mərkəzlərə  tez-tez  müraciət  edən  əhalidə

daim  narahatlıq  və  narazılıqlara  səbəb  olurdu.  Xalqın  çox  böyük  bir  qisminin  müraciət  etdiyi  Kliniki  Tibbi

Mərkəzin (Təcili Tibbi Yardım Xəstəxanası və 1 nömrəli Bakı Şəhər Klinik Xəstəxanası) də bu vəziyyətdə olması

diqqətdən yayına bilməzdi. Bu səbəbdən xəstəxananın əsaslı təmiri üçün Azərbaycan Respublikasının Prezidentinin

tapşırığına əsasən vəsait ayrılır.

Çox vaxt ucqar bölgələrdə, avtomobillərin qalxa bilmədiyi ərazilərdə yaşayan insanların müalicəsi, onların

şəhər  xəstəxanalarına  vaxtlı-vaxtında  gətirilmələri  əsaslı problemə  çevrilirdi.  Digər  mühüm  əhəmiyyət  kəsb  edən

işlərlə birgə bu məsələ də nazirliyin diqqət mərkəzində olaraq qalırdı. Aparılan işlərin nəticəsi olaraq Təcili Təxirə

Salınmaz  Tibbi  Yardım  Xidmətinin  yüksək  səviyyədə  işləməsi,  xəstələrin,  həkimlərin  uzaq  ünvanlara  vaxtında

çatdırılmaları üçün  bir  çox  məşhur  şirkətlər,  eləcə  də  "Azal"  şirkəti  ilə  danışıqlar  aparılıb  və  gələn  ildən  nəzərdə

tutulan layihələrin həyata keçirilməsinə başlanacaq. Lakin bu son deyil. Belə ki, respublikanın 12 rayonunda xalqın

ehtiyacını ödəyəcək yüksək səviyyəli təcili yardım məntəqələri də yaradılıb.

Bakı  kənd  və  qəsəbələrinin  əhalisinin  sosial  müdafiəsinin  həlli,  onların  rifahının  qaldırılmasına  imkan

verəcək proqram da işlənilib hazırlanmışdır. Proqramda 25 tibb müəssisəsinin tikintisi, yenidən qurulması və təmiri

nəzərdə  tutulub.  Respublika  üzrə  30-dan  artıq  tibb  müəssisəsinin  tikintisi,  təmiri,  maddi-texniki  bazasının

yaxşılaşdırılması  üzrə  proqram  da  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  çox  böyük  dəstəyi  ilə

həyata keçirilir.

2005-ci il dekabr ayının sonlarında Zabrat qəsəbəsi əhalisinin müraciəti nəzərə alınaraq təməli qoyulmuş 25

çarpayılıq  xəstəxananın  2006-cı  ilin  sentyabr  ayında,  yəni  bir  neçə  ay  ərzində  başa  çatdırılması  və  açılışının,

Şüvəlan  qəsəbəsindəki  31  saylı  Birləşmiş  Şəhər  Xəstəxanasının  yenidənqurmadan  sonra  açılışının  Azərbaycan

Respublikasının Prezidenti tərəfindən həyata keçirilməsi Bakı kənd və qəsəbələrinin əhalisinin sosial müdafiəsinə

ölkə rəhbərinin qayğısının bariz nümunəsidir.

Dövlət  başçısının  ölkədə  səhiyyə  sisteminin  yaxşılaşdırılması  sahəsində  fərman  və  tapşırıqlarına  uyğun

olaraq  Səhiyyə  Nazirliyi  2006-cı  il  dekabrın  16-dan  30-dək  Azərbaycanda  "Səhiyyə  günləri"  adlı  aksiya

keçirmişdir.  "Səhiyyə  günləri"  çərçivəsində  Bakı,  Salyan,  Masallı,  Bərdə,  Yevlax,  Gəncə,  Şəkidə  30-dan  çox

səhiyyə obyektinin açılışı olmuşdur. Bu səhiyyə müəssisələri dövlət büdcəsindən ayrılmış maliyyə vəsaiti hesabına

təmir edilən və ya yenidən qurulan poliklinika, təcili yardım məntəqələri və xəstəxanalardır.

Azərbaycan  Respublikasının  Səhiyyə  Nazirliyi  respublikamızda  fəaliyyət  göstərən  beynəlxalq  qurumlar,

donor təşkilatları ilə də işgüzar əlaqələri genişləndirir.

2006-cı  ilin  yanvar  ayında  səhiyyə  naziri  Oqtay  Şirəliyevin  Ümumdünya  Səhiyyə  Təşkilatının  İcraiyyə

Komitəsinin  üzvü  seçilməsi,  ÜST  ilə  olan  əlaqələri  daha  da  möhkəmləndirib.  Belə  ki,  Azərbaycana  "qus  qripi"

xəstəliyi  gəldiyi  gündən  ÜST  mütəxəssisləri  ilə  Azərbaycan  Səhiyyə  Nazirliyi  mütəxəssislərinin  birgə  və

məsuliyyətli işbirliyi öz müsbət nəticəsini göstərdi. Bununla da bütün dünyada böyük narahatlığa  səbəb olan "quş

qripi" xəstəliyi qısa bir zamanda Azərbaycandan sovuşdu.

Azərbaycan  səhiyyəsində  aparılan  islahatlar  getdikcə  öz  bəhrəsini  verir.  Xarici  dövlətlər  tərəfindən

Azərbaycan  səhiyyəsinə  göstərilən  diqqət,  2006-cı  il  25-26  aprel  tarixlərində  rəsmi  səfərlə  Azərbaycana  gələn

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Con Vuk Linin söylədiyi fikirlər buna böyük sübutdur: "İslahatlar

mürəkkəb  mərhələdir.  Azərbaycan  bu  islahatlara  böyük  həvəs  və  maraqla  yanaşır.  Azərbaycan  Səhiyyə  Nazirliyi

daim bizim dəstəyimizə güvənə bilər".

Dünya  Bankının  dəstəyi  ilə  Səhiyyə  Nazirliyində  "Səhiyyədə  islahatlar"  layihəsi  də  böyük  uğurla  həyata

keçirilir. Bu layihə səhiyyənin daha müasir, dünya standartlarına cavab verə biləcək inkişafına yol açır.

Azərbaycanda  səhiyyə  sahəsində  fəaliyyət  göstərən  BMT-nin  Əhali  Fondunun,  UNİCEF-in  və  digər

beynəlxalq  qurumların  birgə  işini xüsusi  qeyd  etmək  lazımdır.  Bu  təşkilatlarla  birgə  Səhiyyə  Nazirliyi  tərəfindən

20-yə  yaxın  layihə  üzrə  səhiyyənin  müxtəlif  sahələrini  əhatə  edən  proqramlar  çərçivəsində  iş  aparılır.  Bundan

başqa, BMT-nin Qida Proqramı Fondu, Sərhədsiz Həkimlər, Beynəlxalq Tibb Korpusu, Qırmızı Xaç Federasiyası

və digər nüfuzlu qeyri-hökumət təşkilatları, fondları ilə birgə müxtəlif layihələr üzrə iş davam etdirilir.

2006-cı  ilin  mart  ayında  Beynəlxalq  Qırmızı  Xaç  Komitəsinin  sədri  Yakob  Kellenbergin  Azərbaycana

səfəri zamanı da səhiyyədə aparılan islahatlar, vərəm xəstələrinə göstərilən diqqət müzakirə obyekti olub.

Azərbaycan səhiyyəsinin günbəgün  inkişaf  edən  dünya  səhiyyəsi  ilə  uzlaşması, onun  dünya  standartlarına

cavab verməsi, çox böyük nailiyyətlərin əldə olunması bu sahədə çalışan hər bir səhiyyə işçisinin qarşısında duran

önəmli vəzifələrdən biridir. Xalqın səhiyyədən razılığı-dövlətdən razılığı deməkdir. Səhiyyə işçilərinin əməyinin ən

böyük  mükafatı  isə  xalqın  maddi  rifahının  və  sağlamlığının  qorunması,  həyat  səviyyəsinin  günbəgün  inkişaf

etdirilməsidir.



Nərgiz RÜSTƏMLİ.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə