S I y a s I s I s t e m


Siyasi sistem nəzəriyyələri



Yüklə 31,56 Kb.
səhifə2/5
tarix02.01.2022
ölçüsü31,56 Kb.
#43697
növüDərs
1   2   3   4   5
polit 5 movzu

1.Siyasi sistem nəzəriyyələri. Siyasi elmin aparıcı kateqoriyalarından biri siyasi sistemdir. Ancaq siyasi sistem kateqoriyasını açıqlamazdan öncə «sistem» nədir? sualına cavab verək. Hər bir insan bilir ki, onu əhatə edən aləm, dünya sistemlər toplusu olub, həyatımızın müxtəlif sahələrini əhatə edirlər. Məsələn, bioloji və sosial, idarə edənlər və öz-özünə idarə olunanlar, tam və yarım, və s. sistemlər. Sistem sözü ilk dəfə biologiya elmində Fon Bertalanfi tərəfindən yaradılan ümumi sistem nəzəriyyəsində işlənib.

Sistem - öz aralarında və xarici mühitlə qarşılıqlı əlaqədə olaraq tamlıq, bütövlük yaradan elementlər deməkdir. Həmin nəhəriyyəyə əsaslanaraq içtimai elmdə Tolkat Parsons (1902-1979) ilk dəfə olaraq özünün «Sosial sistem» (1952) adlı kitabında cəmiyyəti öz növbəsində iqtisadi, siyasi, mənəvi, sosial yarımsistemlərdən ibarət olan mürəkkəb idarəetmə sistemi kimi nəzərdən keçirmişdir. Bu 4 yarımsistemlərin işləmə mexanizmi haqqında sosial-siyasi elmlərdə müxtəlif fikirlər olmuş, buna uyğün olaraq da müxtəlif yanaşmalar yaranmışdı (determinist, funksional-struktur və s.). Sadaladığımız yarımsistemlər içərisində siyasi sistemin məqsədi digər yarımsistemlərin təyinatını işləyib hazırlamaq, onların işləməsinə nəzarət və müdafiə etməkdən ibarətdir.

S


Tələb qərar

Dəstək fəaliyyət

Тяляб гярар

Дястяк фяалиййят

Эириш чыхыш

конверсийа (дяйишиклик)


iyasi sistem haqqında nəzəri modellərin müəllifləri kimi D.İstonun, Q.Almondun və K.Doyçun adlarını çəkmək lazımdır. D.İston «sistem», Q.Almond «funksional yanaşma», K.Doyç isə «kibernetik yanaşma» (idarə sistemləri, üsulları, formaları və vasitələri, yəni məqsədədoğru yönəldilmiş hərəkətlərin maşınlarda, canlı orqanizmlərdə və cəmiyyətdə təşkil və həyata keçirilməsi haqqında elmdir) modellərini işləmişlər. Adlarını çəkdiyimiz nəzəriyyələrdən birincisi olan «sistem» yanaşma sistemin ideyalarını inkişaf etdirən amerikan alimi D.İstona məxsusdur. O, 1953-cü ildə «Siyasi sistem», 1960-cı ildə «Siyasi tədqiqatların modeli», 1965-ci ildə «Siyasi həyatın sistem analizi» adlı əsərlərində siyasi sistemi ilk dəfə xaricdən daxil olan impulslara cavablar verən özünütənzimləyən orqnanizm kimi səciyyələndirmişdir. İstona görə, siyasi sistemə xaricdən sosial və mədəni mühitdən müxtəlif impulslar daxil olur və bunların bir qismi siyasi sistemə tələblərlə bağlı, digər qismi ona dəstək vərməkdən ibarətdir. Siyasi sistemin də bu impulslara cavab reaksiyası siyasi qərarlar və onların reallaşmasına yönəlmiş siyasi fəaliyətdir


Siyasi sistem

sistem



d əstək fəaloyet

əks əlaqə

Buradan siyasi sistem nəzəriyyəsi üçün mühüm əhəmiyyət kəsb edən 2 anlayış «sistemə giriş» və «sistemdən çıxış» elmə daxil edildi.

Bununla əlaqədar siyasi sistemin sxemində 4 mərhələni görmək olar:


  1. siyasi sistemə sosial mühitin tələb və dəstək formasında təsiri;

  2. hökumət olrqanlarının alternativ qərarlarının hazırlanması;

  3. qərarların təcrübi aksiyalar formasında həlli;

  4. fəaliyyəti nəticəsində siyasi sistem xarici mühitə təsir edir.

Siyasi sistemin strukturu ilə bağlı elmdə mövcud olan digər nəzəriyyə Q.Almondun adı ilə bağlıdır. O, hesab edir ki, siyasi sistem dövlət və qeyri-dövlət təsisatlarının siyasi davranışlarının müxtəlif formalarıdır. Almond modelinin İston modeli ilə oxşar cəhətləri çoxdur, belə ki,hər 2 politoloqun siyasi sistem haqqında sxemlərinə nəzər saldıqda bunun şahidi oluruq. Ancaq onların fərqli cəhətləri də var. Almond İstondan fərqli olaraq, siyasi sistemə girişi və siyasi sistemdən çıxışı mərhələlərə bölmüşdü.

Giriş – 1. maraqların artikulyasiyası (birləşdirmək) və aqreqasiyası (əlaqələndirmək) (siyasi qərarları qəbul edənlər qarşısında tələblərin qoyulması); 2. siyasi sosiallaşma və rekrutasiya (cəmiyyət üzvlərinin siyasi fəaliyyətə və hərbi işlərə cəlb edilməsi); 3. siyasi kommunikasiya (siyasi sistemin ünsürləri, habelə siyasi sistemlə mühit arasında qarşılıqlı fəaliyyət .

Çıxış – 1. norma yaradıcılığı; 2. qayda və normalardan istifadə;

3. qayda və normalara riayət olunmasına nəzarət.

Siyasi sistem nəzəriyyəsinin atası sayılan K.Doyç kibernetik modelin müəllifidir (1950-70). Ona görə hökumət informasiya vasitəsilə, həmçinin sistemlə mühit və sistemdaxili ünsürlarin qarşılıqlı hərəkəti nəticəsində siyasi sistemi səfərbər edir. Buna uyğun olaraq da Doyç sisyasi sistemlə əlaqənin 3 əsas tipini ayırır: şəxsi (qeyri-formal) əlaqə, təşkilat vasitəsilə (siyasi partiyalar və s.) əlaqə, KİV vasitəsilə əlaqə.

Doyçun nəzəriyyəsinə əsasən sistemin4 mərhələsini göstərmək olar:



  1. informasiyanın qəbulu və seçilməsi;

  2. İnformasiyanın işlənib qiymətləndirilməsi;

  3. qərarların qəbulu

  4. qərarların əks əlaqəsi.

ƏKS ƏLAQƏ

Xarici qərar qəbul xarici

reseptor edən mərkəz effekt

əks

giriş məlumat çıxış

Daxili dəyər və daxili

r eseptor yaddaş bloku effekt

ƏKS ƏLAQƏ

Hər 3 mütəfəkkirin siyasi sistem haqqında yaratdıqları modellər zaman-zaman tənqidlərə məruz qaldılar. Belə ki, hər bir dövr və hər bir dövlət özünəməxsus modelə malik oldu.

Nətiicə etibarilə onu demək olar ki, cəmiyyətin sosial-siyasi təbiətini, ondakı siyasi münasibətləri, təsisatları, normaları və hakimiyyətin təşkili prinsiplərini hərtərəfli açıqlamağa imkan verən siyasi sistem özündə cəmiyyətin sosial məzmununun səciyyəsini, onun daşıyıcısını, iqtisadi qurluşla qarşılıqlı əlaqələrini birləşdirir.

Siyasi sistemin mövcudluq mexanizmini, mənşəyini izah etmək üçün çoxlu sayda yanaşmalar vardır ki, bunlar da aşağıdakılardır: genetik, təsisatlı, sistem, konkret-tarixi, substansional və s.

1.Genetik yanaşma – siyasi sistemin mövcud olmasını iqtisadi və sosial amillərlə izah edir. İqtisadi amil siyasi sistemin istehsalatın və mülkiyyətin, sosial amil isə içtimai inkişafın nəticəsində yaranmasında görürlər.

2.Təsisatlı yanaşma – siyasi sistemi müəyyən təsisatların təşkil olunmuş fəaliyyəti kimi izah edir. Bu yanaşma fərdi siyasi sistemin elementi kimi çıxış etməsinə qarşı çıxır. İnsan siyasi deyil sosial və bioloji varlıq kimi dünyaya gəlmiş və formalaşan təsisatlar (dövlət, siyasi partiya və s.) çərçivəsində çıxış edir.

3.Sistem yanaşma – siyasəti bir tam sistem kimi izah edir. Bu yanaşma siyasətin cəmiyyətin digər yarımsistemlərlə qarşılıqlı əlaqəsini, onlara təsirini, bir-birilə funksional asılılığını öyrənir.

4.Konkret-tarixi yanaşma – cəmiyyətin həyat fəaliyyətindən asılı olaraq, onun sosial-iqtisadi (əmək alətləri, istehsal vasitələri, əməyin növü, və s.), sosial struktur (sinif, təbəqə), sosial-mədəni (əhalinin təhsil səviyyəsi, şəxsiyyətin inkişaf dərəcəsi), sosial-siyasi (xalqın özünüidarəetmə reallığı, hakimiyyətin sinfi tərkibi), hüquqi (insanların azadlıq və hüquqları, hakimiyyətin legitimliyi və s.) meyarlarını ayırır və siyasi sistemi bunların cəmi ilə izah edir.

5.Sustansional yanaşma – siyasi sistemin yaranmasının özəyini açmağa kömək edir və bu rolda hakimiyyət çıxış edir. (Substansiya müxtəlif elmlər müxtəlif cür qəbul edilir. Kimyada element, biologiyada belok, iqtisadiyyatda əmək, fəlsəfədə materiya, siyasi elmdə hakimiyyət).




Yüklə 31,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin