Saatlı və Sabirabad sakinləri pulsuz müayinə olundu 3 atu rəhbərliyi imtahanlara nəzarət edəcək heyət üzvləri ilə görüşüb Akademik Zərifə xanım Əliyevanın anadan olmasının



Yüklə 12,62 Mb.
Pdf görüntüsü
səhifə30/30
tarix31.12.2021
ölçüsü12,62 Mb.
#2905
1   ...   22   23   24   25   26   27   28   29   30
SEVINC İSAYEVA,

İdman klubunun sədri  

BİZ SİZİNLƏ FƏXR EDİRİK!



Azərbaycan  Tibb  Uni-



versitetinin  Əsaslı  Kitabxa-

nası 2003-cü ildən fəaliyyət 

göstərən  Azərbaycan  Kitab-

xana  Konsorsiumunun  (Az-

KiK) 

yaradıcılarındandır. 

Kon sorsiumun 

fəaliyyəti 

döv ründə  Əsaslı  Kitabxana 

bütün proqram və layihələrdə 

yaxından  iştirak  etmişdir. 

Bu sahədə Azərbaycan Tibb 

Universitetinin rəhbərliyi də 

layihələrin  həyata  keçiril-

məsində  maliyyə  dəstəyini 

əsirgəməmişdir. 

AzKiK 

Tür kiyənin  Anadolu  Uni-

versitet  Kitabxanaları  Kon-

sorsiumu  (ANKOS)  ilə  ya-

xından  əməkdaşlıq  edir.  Konsorsium  vaxta-

şırı  beynəlxalq  səviyyəli  konfranslar  təşkil 

edərək,  kitabxana  informasiya  sahəsində 

yeni layihələrin təqdimatını təşkil edir.

ANKOS 2000-ci ildə, 92 beynəlxalq məlumat 

bazaları ilə 2.005 müqavilələri olan və 171 uni-

versitet və elmi - tədqiqat institutlarının üzv ol-

ması  ilə  yaradılmışdır  .  ANKOS  2001-ci  ildən 

kitabxanaçılar,  elmi-tədqiqatçılar,  tələbə  və 

müəllimlər, arxiv işçiləri üçün beynəlxalq konf-

ranslar  keçirir.  Türkiyə  konsorsiumunun  keçir-

diyi konfranslarda Amerika Birləşmiş Ştatların-

dan, Avropadan, Cənubi Afrikadan, Orta Şərq və 

Türk dilli ölkələrdən 1000-dən artıq nümayəndə 

iştirak etmişdir.

ANKOS-un növbəti beynəl xalq konfransı 9-11 

aprel  2015-ci  il  tarixində  Türkiyənin  Antalya 

şəhərində,  Karvansaray  Konfrans  mərkəzində 

keçirildi.  Əsasən,  “Mobil  gələcək,  kitabxanalar 

və  resurslar”-elektron  resursların  işlədilməsi, 

mobil kitabxana xidmətləri və gələcək akademik 

kitabxanalar kimi mövzular proqrama daxil edil-

mişdir. Azərbaycanın bir çox Ali Təhsil Kitabxa-

nalarının qatıldığı tədbirdə Əsaslı Kitabxananın 

direktoru kimi mən də iştirak etdim. Geniş proq-

ramı olan bu tədbirdə müasir dövrdə kitabxana-

ların tam avtomatlaşdırılması və elektron resurs 

bazalarının işi və əhəmiyyəti barədə geniş fikir 

mübadilələri aparıldı.

Azərbaycan Tibb Unibersitetinin Əsaslı Kitab-

xanasında  virtual  olaraq  oxucuların  da  istifadə 

etdiyi  bəzi  nəşriyyatlar  daxil  olmaqla,  Elsevier, 

EBSCO,  Clinical  Key,  Wiley,  Tomson  Reuters, 

Springer,  Bio  Med  Central,  JSTORP,  ProQuest, 

Oxford Universitet nəşriyyatları kimi beynəlxalq 

nəşriyyatların  nü mayəndələrinin  keçirdikləri 

təq  dimatlar və OCLC, EndNote, HiperLink kimi 

elmi  işçiləri  ma arifləndirmək  istiqamətində  bu 

sistemlərin  rolundan  bəhs  olunan  təqdimatlar 

dinlənildi.

Konfransda  informasiya  xid mətlərində,  mobil 

əməliyyatların  inkişafı  və  açıq  resurslar  (Open 

Access) istiqamətində təşəbbüskarlıq kimi möv-

zular  və  ANKOS-un  işçi  qrupun  üzvlərinin 

fəaliyyəti  dinlənildi.  Konfransın  bölmə  iclasla-

rında  səmərəli  müzakirələr  aparıldı  və  bundan 

sonra da əməkdaşlıq üçün yeni layihələrdə birgə 

iştirak  etmək  nəzərdə  tutuldu  (kitabxanalarara-

sı  abonoment,  açıq  resurslardan–qaynaqlardan 

birgə istifadə və s.).

Konfransın sonunda 15 ilini qeyd edən ANKOS 

prezidenti hörmətli Sami Çukadar təşkilatçılar və 

öz adından tədbirdə iştirak edən bütün qonaqlara 

təşəkkürünü bildirdi.

Z.EMINOVA,    

               



Əsaslı Kitabxananın direktoru, tarix. e. 

ü. f. d

“Mobil gələcək, kitabxanalar və resurslar”

Yüklə 12,62 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin