Sabit stenokardiya üzrə klinik protokol


Fiziki yük sınağının təsvir üsulları ilə kombinasiyası



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə10/27
tarix04.01.2023
ölçüsü1,24 Mb.
#78405
1   ...   6   7   8   9   10   11   12   13   ...   27
14 Stabil Angina

Fiziki yük sınağının təsvir üsulları ilə kombinasiyası 
Exokardioqrafiya və perfuzion ssintiqrafiya ən yaxşı stress təsvir 
texnikası hesab edilir. Bir çox tədqiqatlarda proqnostik və diaqnostik 
qiymətləndirmə məqsədi ilə hər iki üsuldan (həm fiziki yük, həm də 
farmakoloji stress sınaqları) kombinasiya şəklində istifadə 
təsdiqlənmişdir. Perkutan koronar müdaxilə (PKM) və ya aorta 
koronar şuntlama (AKŞ) əməliyyatı aparılmış xəstələrin 
müayinəsində stress təsvir metodundan daha çox istifadə edilir, belə 
ki, bu üsulla işemik ocağın aşkarlanması ehtimalı yüksəkdir. 
Stress təsvir texnikasının yeni üsuluna stress MRT də aiddir. 
Stress təsvir metodunun adi fiziki yük EKQ sınağından üstünlüyü 
aşağıdakılardan ibarətdir: 
1. Yüksək diaqnostik və proqnostik əhəmiyyətə malik olması 
2. İşemiya sahələrinin həm kəmiyyət, həm də lokalizasiya 
etibarilə təyininin mümkünlüyü 
3. Sakitlik EKQ dəyişikliyi olduğu halda və fiziki yük sınağının 
aparılması mümkün olmayan xəstələrdə diaqnostik əhəmiyyətli 
olması. 
I. Fiziki yük sınaqlı (stress) exokardioqrafiya
Fiziki yük sınaqlı exokardioqrafiya, koronar arteriya xəstəliyinin 
aşkarlanmasında fiziki yük sınaqlı EKQ ilə müqayisədə daha həssas 
və spesifik üsuldur. Kontrast maddədən istifadə etməklə endokardın 
sərhədlərinin daha yaxşı təsvirinə nail olmaq, miokardın 
perfuziyasını təsvir etmək üçün inyeksion maddənin istifadəsi, 
toxuma Doppleri və gərilmə (strain) təsvir üsulu ilə işemiyanın aşkar 
edilməsi texnologiyanın yenilikləri hesab edilir. Stress 
exokardioqrafiya xəstələrin riskinin qiymətləndirilməsində effektiv 
üsuldur.
Gələcək hadisələrə təsir edə biləcək amillər: 
► 
sakitlik zamanı divar hərəkət qüsuru olan seqmentlərin sayı 
► 
stress exokardioqrafiyada əmələ gələn divar hərəkət qüsurlu 
seqmentlərin sayı 
II. Fiziki yük sınaqlı miokardial perfuzion ssintiqrafiya
Təkfotonlu emission kompüter tomografiya (TFEKT) fiziki yük 
sınağı və ya farmakoloji testlə birlikdə aparılır. Bu üsul, fiziki yük 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


17
zamanı ürək atımının koronar fraksiyasına mütənasib olaraq 
radionuklidin birinci sirkulyasiyada miokardda paylanmasını 
kəmiyyətcə göstərir. Qeydə alınmış təsvirlər sakitlik təsvirləri ilə 
müqayisə edilir. Miokardın perfuzion ssintiqrafiyası üçün əksər 
hallarda tallium-201 və texnesium-99m istifadə edilir.
TFEKT ÜİX olmasını dürüst olaraq təsdiqləyən dəqiq, qeyri-
invaziv üsuldur. Bu üsul, qeyri-normal EKQ (məs, Hiss dəstəsinin 
sol ayaqcığının blokadası) olan, fiziki gərginliyi adekvat yerinə yetirə 
bilməyən pasiyentlərin və ÜİX-nə şübhə olan, lakin ÜİX ehtimalının
aşağı olduğu xəstələrin müayinəsində ilkin diaqnostik üsul ola bilər 
(B)
2
. Həmçinin bu üsul, ÜİX riski aşağı olan, lakin FYS nəticəsinin 
yalançı müsbət riski yüksək olan qadınların müayinəsində faydalı 
ola bilər. 
Stress perfuzion təsvir geniş yayılmış və özünün proqnostik 
əhəmiyyətini
təsdiqləmiş üsuldur. Yüksək risk xüsusiyyətlərinə 
aşağıdakılar aiddir: 
► 
dərin yayılmış işemiya 
► 
SM keçici işemik genişlənməsi 
► 
testdən sonra radionuklidin ağciyərlərdə toplanıb qalması 

Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin