Sadə riyazi təsəvvürlərin formalaşması metodikası


Zamana bələdlik anlayışının öyrədilməsi



Yüklə 2,56 Mb.
səhifə17/69
tarix24.10.2023
ölçüsü2,56 Mb.
#161226
1   ...   13   14   15   16   17   18   19   20   ...   69
Sad riyazi t s vv rl rin formala mas metodikas

7. Zamana bələdlik anlayışının öyrədilməsi.
Bizi əhatə edən aləm hər vaxt mövcuddur. Vaxt anlayışı bizim şüurumuzdan asılı olmayaraq mövcuddur. Qavrayış və dərk etmə bizim şüurumuzda mövcud real vaxtın əks olunmasıdır.
Vaxt özünün bir neçə xüsusiyyətləri ilə: hərəkəti, onun geri qayıtması, əyani forması ilə səciyyələnir. O nə görünür, nə də eşidilir.
Vaxt nə keçmiş zamanda, nə indiki zamanda, nə də gələcək zamanda heç zaman yerini dəyişmir.
Psixoloqlar adətən məktəbəqədər yaşlı uşaqların zaman anlayışını çətin qavradığını qeyd edirlər. Bunun səbəblərindən biri vaxtın daimi bir istiqamətdə əbədi olaraq keçmişdən gələcəyə doğru axmasıdır. Vaxtın bu xüsusiyyətləri onun uşaqlar tərəfindən qavranılmasını çətinləşdirir.
Yuxarıda qeyd etdik ki, vaxtı görmək olmur, o, müxtəlif analizatorlar kompleksi ilə birlikdə hisslərlə qavranılır.
Gün dörd hissədən ibarətdir: səhər, gündüz, axşam, gecə. “ Məktəbəqədər təhsilin proqramı”nda vaxt anlayışı uşaqlara körpəlik qrupundan (2-3 yaş) öyrədilməyə başlanır. Körpələr sutkanın hissələrinin məzmununun, həmçinin onları əhatə edən yaşlıların həmin zaman aralıqlarındakı fəaliyyətlərinin dəyişməsi əsasında fərqləndirirlər.
Uşaqların gün ərzindəki fəaliyyəti ( səhər yuxudan durandan axşam yuxusuna qədər) sutkanın hissələri haqqında təsəvvürlərin formalaşması üçün real şərait yaradır.
Tərbiyəçi uşağın fəaliyyətinə aid zaman müddətini deyir və həmin müddətə uyğun fəaliyyət növlərini sadalayır.”İndi səhərdir. Biz səhər idmanı ilə məşğul olduq, yuyunduq, indi səhər yeməyinə başlayırıq”. Yaxud :”indi artıq gündüzdür. Tezliklə nahar edəcəyik”.
Sonra uşaqdan soruşurlar: “ Sən axşam nə edirsən?”, “Sən yuxudan nə vaxt durursan?” və s.
Tərbiyəçi uşaqlara onların fəaliyyətini əks etdirən illüstrasiyalardan istifadə edə bilər. İllüstrasiyalar elə olmalıdır ki, onlarda həmin vaxt müddəti üçün xarakterik olan əlamətlər aydın görünsün. Bundan sonra uşaqlar müxtəlif vaxt müddətində onların və böyüklərin məşğul olduqları işlər təsvir olunmuş şəkilləri seçirlər.
Beləliklə, səhər, gündüz, axşam, gecə sözləri tədriclə konkret məzmun, emosional rəngarənglik alır.

Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin