Sadə riyazi təsəvvürlərin formalaşması metodikası


Məktəbəqədər yaşlı uşaqlarda Sadə riyazi təsəvvürlərin formalaşdırılması metodikasının mövzusu və vəzifələri



Yüklə 2,56 Mb.
səhifə3/69
tarix24.10.2023
ölçüsü2,56 Mb.
#161226
1   2   3   4   5   6   7   8   9   ...   69
Sad riyazi t s vv rl rin formala mas metodikas

2. Məktəbəqədər yaşlı uşaqlarda Sadə riyazi təsəvvürlərin formalaşdırılması metodikasının mövzusu və vəzifələri
Sadə riyazi təsəvvürlərin formalaşması metodikası məktəbəqədər pedaqogikanın tərkibindən çıxaraq müstəqil elm kimi uzun inkişaf dövrü keçmişdir. Onun tədqiqat mövzusu müasir dövrdə məktəbəqədər yaşlı uşaqlarda sadə riyazi təsəvvürlərin əsas qanunauyğunluqlarını öyrənməkdir. Bu fənn məktəbəqədər yaşlı uşaqlara məktəbdə riyaziyyatın mənimsənilməsini təmin edir, onların inkişafına və tərbiyə edilməsinə kömək edir.
Kursun vəzifələrinə aşağıdakılar daxildir:
1. Uşaq bağçasının müxtəlif yaş qruplarında ( miqdar, kəmiyyət, forma, zaman, fəza ) anlayışlarını uşaqların yaşına uyğun, elmi zəmində verilməsini təmin edir;
2. Məktəbəqədər yaşlı uşaqlar üçün faktiki məzmunlu riyazi materialların təyin edir;
3. Sadə riyazi təsəvvürlərin formalaşması üzrə materialların məzmununun müasir elmi zəmində təkmilləşdirir;
4. Uşaqların məktəbdə riyaziyyatı yaxşı mənimsəmələri üçün faktik riyazi materialın məzmununu müəyyənləşdirir;
5. Tərbiyə və təlim proqramında riyazi təsəvvürlərə dair materialın təkmilləşdirilməsinə şərait yaradır;
6. Təcrübədə didaktik materialın köməyi ilə sadə riyazi təsəvvürlərin səmərəliyinin artırılmasını təmin edir;
7. Riyazi təsəvvürlərin inkişafı sahəsində valideynlərə kömək edir;
Məktəbəqədər yaşlı uşaqlarda sadə riyazi təsəvvürlərin formalaşması metodikası fəlsəfə, pedaqogika, psixologiya, riyaziyyat və başqa elmlərlə sıx bağlıdır. Onun bir neçə mənbələri var. Elmi tədqiqat işləri, proqramlar, təlimat məktubları, metodik ədəbiyyatlar və s.
Sadə riyazi təsəvvürlərin formalaşması metodikası daim inkişaf edir, təkmilləşir, elmi tədqiqat işlərinin və qabaqcıl təcrübənin hesabına zənginləşir. Müasir dövrdə alimlərin və təcrübəli tərbiyəçilərin səyi nəticəsində məktəbəqədər yaşlı uşaqlarda sadə riyazi təsəvvürlərin formalaşması metodikasının funksiyası artır, onun əsas elementləri-məqsədi, məzmunu, metodu, vasitələri və işin təşkili formaları bir-biri ilə sıx bağlı olub qarşılıqlı əlaqədardır. Bunların içərisində əsas və həlledici rolu məqsəd oynayır. O, ictimai və obyektiv xarakter daşıyır, uşaqları məktəbdə elmin əsaslarını öyrənməyə hazırlayır.
Sadə riyazi təsəvvürlərin formalaşması-məqsədyönlü, təşkil olunmuş proses olub biliklərin mənimsənilməsi, fikri fəallıq priyomlarının və əqli fəaliyyət qabiliyyətlərinin təşəkkülüdür. Bu proqram tələblərini ödəyir, onun əsas məqsədi uşaqları məktəb təliminə hazırlamaq, həmçinin onun ahəngdar inkişafına kömək etməkdir.
Yuxarıda qeyd etdik ki, uşaqların sadə riyazi təsəvvürlərə yiyələnməsi metodikası bir sıra elmlərlə, xüsusilə məktəbəqədər pedaqogika ilə əlaqədardır. Sadə riyazi təsəvvürlərin formalaşması metodikası məktəbəqədər pedaqogikanın, didaktikanın prinsipləri, məzmunu, vasitələri, metodları, təşkili formalarından istifadə edir. Bunların əlaqəsi qarşılıqlıdır.
Bu fənn xüsusi metodikalarla da sıx bağlıdır. Çünki həmin fənlər də təlim-tərbiyə prosesinin qanunauyğunluqlarını öyrənir. Sadə riyazi təsəvvürlərin formalaşması metodikası nitq inkişafı, fiziki tərbiyə metodikası, təbiətlə tanışlıq, təsviri sənət metodikası və s. ilə əlaqədardır. Uşaq bağçasında gələcəkdə riyaziyyata dair öyrəniləcək biliklərin təməli qoyulur. Ümumiyyətlə, riyaziyyat məşğələlərində uşaqlara miqdar və say, ölçü, həndəsi fiqurlar, məkana bələdləşmə, zamana bələdlik anlayışları onların yaş və fərdi xüsusiyyətlərinə görə öyrədilir və məntiqi tapşırıqlar verilir.

Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin