Саьламлыг  здоровье



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə26/29
tarix07.04.2017
ölçüsü5,03 Kb.
#13698
1   ...   21   22   23   24   25   26   27   28   29

Р Е З Ю М Е 
 
РОЛЬ АСПИРИНА В ПЕРВИЧНОЙ И ВТОРИЧНОЙ ПРОФИЛАКТИКЕ 
ИШЕМИЧЕСКОГО ИНСУЛЬТА 
 
Агаева Н.М. 
Медицинский факультет Университета Гаджитепе, Анкара, Турция 
 
Острые  нарушения  мозгового  кровообращения  были  и  остаются 
ведущей  причиной  смертности  и  стойкой  утраты  трудоспособности  в 
большинстве  стран  мира.  Несмотря  на  исключительную  значимость  данной 
проблемы, 
вопросы 
предупреждения 
повторных 
эпизодов 
острой 
церебральной ишемии у больных, перенесших ишемический инсульт, далеки 
от  разрешения.  Требуют  изучения  особенности  вторичной  профилактики 
ишемического инсульта у лиц различных возрастных групп, так как частота 
встречаемости  факторов  риска  неоднородна  в  различных  популяциях. 
Несмотря  на  обилие  исследований,  посвященных  антитромбоцитарным 
препаратам,  до  недавнего  времени  не  было  однозначного  ответа  на  ряд 
вопросов:  в  частности,  о  целесообразности  применения  антиагрегантов  у 
больных  с  острым  ишемическим  инсультом.  Этим  проблемам  и  будет 
посвящен настоящий обзор. 
Ключевые  слова:  ишемический  инсульт,  первичная  и  вторичная 
профилактика, аспирин. 
 
S U M M A R Y 
 
THE ROLE OF ASPIRIN IN PRIMARY AND SECONDARY PREVENTION OF 
ISCHEMIC STROKE  
 
Agaeva N.M. 
University Medical Faculty Gadzhitepe, Ankara, Turkey 
 
Acute disorders of cerebral circulation have been and remain the leading 
cause  of  mortality  and  permanent  disability  in  most  countries  of  the  world.  In 
spite  of  the  exceptional  importance  of  this  problem,  the  issues  preventing 
recurrent  episodes  of  acute  cerebral  ischemia  at  the  patients  who  had  an 
ischemic stroke, far from being resolved.  The study of features of the secondary 
prevention of ischemic stroke at the persons of the different age-related groups is 
required,  because  the  frequency  of  risk  factors  occurrence  is    non-uniform  in 

 
  
САЬЛАМЛЫГ – 2016. № 3. 
178 
various  populations.  Despite  the  abundance  of  studies,  devoted  on  antiplatelet 
drugs,  until  recently  there  was  no  definite  answer  to  several  questions:  in 
particular,  about    expedience  of  antiplatelet  agents  application  in  patients  with 
acute ischemic stroke. These issues and this review will focus on.  
Key words: ischemic stroke, primary and secondary prevention, aspirin 
 
Дахил олуб:  28.03.2016. 
 
KUMARĠNĠN VƏ ONUN METABOLĠTLƏRĠNĠN ENDOGEN 
ĠNTOKSĠKASĠYADA ROLU 
 
Rəhimov C.Ə., Orucova S.Ə. 
 
Aparılan  təcrübələr  göstərir  ki,  kumarinin  metaboliti  olan  umbelliferon 
geniĢ  bioloji  aktivlik  spektrinə  malikdir.  Bu  onun  əczaçılıq  və  qida  sənayyesində 
tətbiqi  və  həmçinin  toksikoloji  xassələrinin  qiymətləndirilməsində    vacib  Ģərtlərin-
dəndir.  Kumarin  maddəsi  və  onun  metobolitləri  son  zamanlar    əczaçıların, 
toksikoloqların və qida sanayesi  mütəxəssislərin böyük maraqını cəlb etməktədir. 
Bu  onların  geniĢ  bioloji  aktivlik  spektrı  ilə  bağlıdır,  digər  tərəfdən  toksikoloji 
fəaliyyəti və digər effektlərin   olması  ilə əlaqəlidir. Kumarinin törəmələrindən biri 
olan  7-hidroksokumarin  (umbelliferon)  son  illərdə  mütəxəssislərin  diqqətini  cəlb 
etməktədir. Səbəb adı çəkilən maddənin tətbiqi onun molekulyar xüsusiyyətləri ilə 
ə
laqədardır.  Bizim  məqsədimiz  kumarinin  bioloji  aktivliyininə  həsr  olunmuĢ 
ə
dəbiyyatların  verdiyi  məlumatların  analiz  olunması  və  onun  gələcəkdə  müxtəlif 
sahələrdə tədbiq olunmasıdır.  
Kumarinin  istifadəsi.  Kumarin  (1,2-benzopiron)  bitki  mənĢəli  olub, 
müxtəlif  qida  məhsullarının  və  ətriyyat  sənayesi  məhsullarının  tərkibində  təbii 
aromatik əlavə kimi istifadə olunur. 
Kumarinin  orqanizmə  hepatoloji  təsiri  ABġ  və  digər  inkiĢaf  eləmiĢ 
dövlətlərdə  aparıldıqdan  sonra  təsir  mexanizmini  öyrənmək  üçün    molekulyar 
səviyyədə  araĢdırmalar  aparılmıĢdır.  Nəticədə  kumarinin  əsas  təsir  obyektinin 
canlılarda  qaraciyər  olduğu  üzə  çıxarılmıĢdır.  Təsirin  minimal  olması  üçün  yol 
verilə bilən dozalar müəyyənləĢdirilmiĢdir.   
Belə  ki,  qida  əlavəsi  kimi  1,205  mq  -  4,085  mq  gün  ərzində  qəbul  oluna 
bilər. Bu isə 0,02 mq/kq – 0,07 mq/kq deməkdir. Hazırda təbii kumarinlə yanaĢı, 
sintetik kumarindən kosmetik məhsullarda geniĢ istifadə olunur. Ona görə insan 
orqanizmində əlavə olaraq 2,014 mq gün ərzində nəzərə alınmalıdır ~ 0,03 mq/kq. 
Təbii kumarin xeyli miqdarda efir yağlarında, gilə meyvələrdə, yaĢıl çayda, 
soyada,  göbələklərdə  və  s.  mövcuddur.  Orqanizmə  daxil  olan  kumarin  ədviyyat 
mallarında, alkoqollu içkilərdə (kumarin tərkibli maddələr əlavə olduqda) və s. rast 
gəlinir. 
Kumarinin  yüksək  bioloji  aktivliyi  onu  bir  çox  xəstəliklərlə  mübarizədə 
istifadə etməyə imkan verir məsələn ĢiĢ xəstəliklərində, kumarinin orqanizm üçün 
faydalı  və  zərərli  olması  onun  metabolizminin  öyrənilməsini  zəruri  edir.  Müasir 
biliklər kumarin metabolizmində əsasən iki mümkün variantın olduğunu göstərir.  
7-hidroksikumarinin  fiziki-kimyəvi  xassələri  və  bioloji  aktivliyi  7-
hidroksikumarinin  təbiətdə  çoxlu  bitkilərdə  rast  gəlinir.  Əsasən  də  çətirvari 
―Umbelliferae‖-də  (umbelliferon).  Bitkilərdə  umbelliferonun  iĢtirakı  ilə  biosintezin 
ə
sas məhsulu kimi yaranır (furokumarin, digidrokumarin). 
TəmizlənmiĢ (qarıĢıqsız) umbelliferonu suda çətin həll olan, ancaq etanolda 
yaxĢı  həll  olan  sarı  çalarlı  kristal  kimi  təsəvvür  etmək  olar.  Umbelliferon 

 
molekulları  gələvi  məhlullarda  flurosensiya  nümayiĢ  etdirir.  Maksimal  Ģüalanma 
371  nm-ə  uyğun  gəlir.  Struktur  etibarı  ilə  umbelliferon  fenola  və  kumarinə 
bənzəyir. 
Flurosensiya  aktivliyinə  görə  umbelliferondan  maye  iĢıq  filtrlərinin 
komponenti kimi istifadə olunur. Umbelliferon ultrabənövĢəyi filtr kimi kosmetik 
məhsulların  tərkibinə  əlavə  oluna  bilər.  Hazırda  mütəxəssislər  tərəfindən  içki 
məhsullarına rəng verici əlavə kimi də istifadə oluna bilməsi araĢdırılır. 
Son  zamanlarda  umbelliferonun  bioloji  aktivliyinin  öyrənilməsi  tibbi 
nöqteyi nəzərdən a-tipik hüceyrələrin məhv olunması mümkünlüyü ilə əlaqəlidir.  
Hələ  90-cı  illərdə  umbelliferon  kumarinin  əsas  metaboliti  kimi  xərçəng 
ə
leyhinə  tətbiq  olunmağa  baĢlamıĢdı.  Nəticələr  belə  deməyə  əsas  verirdi  ki,  7-
hidroksikumarin və kumarin bilavasitə sitostatik qabiliyyətə malik olmaqla yanaĢı 
immunomodulyator kimi də özünü göstərir. 
Digər  təcrübələrdə  umbelliferon  kumarin  kimi  canlılarda  ömrünü 
uzatmağa qadir olduğunu göstərmiĢdir. 
Umbelliferonun  molekulyar  quruluĢu  bu  maddənin  antioksidant 
imkanının  olmasını  göstərir.  Sonrakı  araĢdırmalar  aĢağı  dozalarda  limfositlər 
RNT-nin  müdafiə  olunmasını  təmin  edir.  Yüksək  dozalarda  onun  təsiri  askorbin 
turĢusunun təsirinə bənzər olaraq antioksidant rolunda istifadə oluna bilər.  
Umbelliferonun 
iltihab 
ə
leyhinə 
funksiyaya 
malik 
olması 
və 
immunomodulyator  effektinə  malik  olması  heyvanlar  üzərində  sınaqdan 
çıxarılmıĢdır.  
Kumarinin  metobolitlərindən  3,4-epoksikumarin  insanda  və  primatlarda 
ə
həmiyyətli Ģəkildə hepotoksik effektə malikdir. Umbelliferon daha az toksik təsirə 
malikdir. Beləliklə kumarinin bu və ya digər təsiri onun metobolitlərinin quruluĢu 
ilə  müəyyən  olunur.  Qeyd  etmək  lazımdır  ki,  umbelliferon  biokimyəvi  və 
farmakoloji  effektlərə  malikdir.  Bu  özünü  antioksidant  kimi,  həmçinin  mübadilə 
prosseslərinə təsirdə (hüceyrə və molekulyar səviyyədə) özünü göstərir.  
Çox  perspektivliyə  malik  maddə  olan  kumarin  müxtəlif  patoloji  hallarda 
tətbiq  oluna  bilər.  Onun  molekulyar  quruluĢunun  rolu  və  tədqiqinin  məqsədi 
metobolitlərinin  tətbiq  imkanlarını  müəyyən  etmək  və  bu  mexanizmi  aĢkarla-
maqdır. 
Kumarin struktur formulu - C
9
H
6
O
2
, sıxlığı – 935 kq/m
3
, molyar kütləsi – 
146,1427 g/mol, qaynama temperaturu – 301
0
C. 
Kumarin  kütlə  halında  olduqda,  onun  molekulları  birləĢərək  assosiatlar 
ə
mələ gətirirlər. Bu səbəbdən mezofazada polyarizasiyanın baĢ verməsi üçün daha 
böyük enerji tələb olunur. AktivləĢmə enerjisi izotrop fazadakı qiymətindən 40 % - 
yüksək olub 29,5 eV – qarĢı 42 eV-a bərabər olur. 
 
ЯДЯБИЙЙАТ - ЛИТЕРАТУРА – REFERENCES: 
 
1.Рагимов Дж.А. // Молекулярная структура макромолекул и его макроскопическое свойство. Elm, 2002, 121 səh. 
2. Xiu-Jiu Wang, Qi-Feng Zhou. Liquid Crystalline Polymers. Singapore: World Scientific, 2004. 
3. Yanada M., Kondo M., Mamiya J., Kinoshita M., Barrett C., Ikeda T. // Angew. Chem. Int. Ed. 2008. V. 47. № 27. P. 4986.  
4. Yerushani R., Scherz A., Van der Boom M., Kraatz H. // J. Mater. Chem. 2005. V. 15. № 15. P. 4480. 
5. Yoshioka T., Ogata T., Nonaka T., Moritsugu M., Kim S., Kurihara // Adv. Mater. 2005. V. 17. P. 1226. 
Yu. H., Naka Y., Shishida A., Ikeda T. // Macromolecules. 2008. V. 41. № 21. P. 7959. 
 

 
  
САЬЛАМЛЫГ – 2016. № 3. 
180 
Р Е З Ю М Е 
 
ВЛИЯНИЕ МОЛЕКУЛЯРНОЙ СТРУКТУРЫ КУМАРИНА И ЕГО МЕТАБОЛИТОВ 
НА ФИЗИКО-ХИМИЧЕСКОЕ И БИОЛОГИЧЕСКОЕ СВОЙСТВО. РОЛЬ 
МЕТАБОЛИТОВ В ТОКСИКОЛОГИИ 
 
Рагимов Д.А., Оруджова С.А. 
 
В  предлагаемой  статье  изучается  влияние  молекулярной  структуры 
синтетического  и  органического  кумарина  и  его  метаболитов  на  физико-
химические  и  биологические  свойства,  а  так  же  возможность  применения  в 
медицине и в технике. Выявилось, что изменение молекулярных параметров 
в  конечном  итоге  дает  возможность  прогнозировать  их  применение  в 
различной области. 
 
Дахил олуб:  10.12.2015. 
 
 
BÖYRƏKLƏRĠN ĠMMUNOLOJĠ  XƏSTƏLĠKLƏRĠNIN MÜALĠCƏSĠNDƏ 
PLAZMAFEREZĠN TƏTBĠQĠ 
 
Ağayev M.M., Həziyev E.Ġ. 
 
Azərbaycan Tibb Universiteti, Efferent Terapiya Mərkəzi. 
 
Açar  sözlər:  plazmaferez;  glomerulonefrit;  nefrotik  sindrom;  immun 
kompleks 
Son  40  ildə  böyrəklərin  immunoloji  xəstəliklərinin  müalicəsində  plazma-
ferez  geniĢ  istifadə  olunur  (1).  Plazmaferez  və  ya  plazma  mübadiləsi  ekstrakor-
poral  (bədəndən  kənar)  müalicə  metodlarına  daxildir.  Ġlk  dəfə  J.J.Abel  və 
həmmüəllifləri  tərəfindən  1914-cü  ildə  nefrektomiya  olunmuĢ  itlərə  plazmaferezi 
tətbiq etməklə təcrübə  aparmıĢlar (2). Ġnsanlarda plazmaferezi ilk dəfə 1960-ci ildə 
Schwab və Fehay  tərəfindən makroqlobulinemiya olan xəstələrdə icra etmiĢlər (3). 
Bu  kliniki  təcrübələrdən  sonra  patogenezində  iri  molekulyar  maddələrin  artması  
müĢahidə edilən xəstəliklərdə plazmaferez geniĢ tətbiq olunmağa baĢlamıĢdır.  
Plazmaferez medikamentoz müalicəyə köməkçi vasitə olub əsasən xəstəliyin 
patogenezində  rol  oynayan  faktorlara  təsir  edir  .  Buna  gorə  də  plazmaferez 
kompleks müalicənin tərkib hissəsi kimi tətbiq olunur.  
Kliniki  təcrübədə  plazmaferez  metodlarından  ən  geniĢ  istifadə  olunan 
sentrofuqa  plazmaferezidir.  Bu  proseduranın  yerinə  yetirilməsi  sadə  olub  qanı 
götürmək  üçün  iri  damar  tələb  etmir.  Lakin  bununla  yanaĢı  membran 
plazmaferez  və  immunoadsorbsiya  metodundanda  istifadə  olunur  (5).  Membran 
plazmaferezin digər metodlardan üstünlüyü fasiləsiz icra olunması və bir seansda 
daha  çox  plazma  mübadiləsi  aparmağın  mümkün  olmasıdır.  Əsas  çatıĢmazlığı 
bahalı sərfiyyat materiallarına ehtiyacın olmasındadır.  
Plazmaferez  apardıqda  xəstənin  bədən  çəkisinə  uyğun  orqanizmdən 
çıxarılan  və  ya  mübadilə  edilən  plazma  həcimi  əvvəlcədən  hesablanır.  Mübadilə 
olunan  plazma  həcmini  hesablamaq  üçün  aĢağıdakı  formuldan  istifadə  oluna 
bilər: 
 DEP*= [0.065× bədən çəkisi (kq)] × (1-hemotokrit) (6) 
*DEP- dövredən plazma həcmi  

 
Yüksək  immunoqlobulinemiyası  olan  xəstələrdə  ilk  ardıcıl  3  seans 
plazmaferezdən sonra qanda immunoqlobulin səviyəsində 70 % azalma müĢahidə 
olunur.  Növbəti  3  seans  plazmaferezi  7-10  gün  ərzində  icra  etməklə  hədəf 
göstəricilərinin azalmasını 90%-a çatdırmaq olar (4).  
Plazmaferez  prosedurasının  aparılması  zamanı  ağırlaĢmalar  az  hallarda 
müĢahidə  edilir.  Əsasən  təzə  dondurulmuĢ  plazmaya  (TDP)  qarĢı  baĢ  verən 
allergik  reaksiyalar  olur.  Angiotenzin  çevirici  ferment  inhibitoru  qəbul  edənlərdə 
hipotenziya, bradikardiya, abdominal ağrılar baĢ verir. 
Plazmaferezə  göstəriĢlər  haqqında  son  protokolu  Amerika  Aferez  TəĢkilatı 
(ASFA)  2013-cü  ildə  çap  etdirmiĢdir  (5).  Randomizə  olunmuĢ  kontrollu  və 
prospektiv  çalıĢmalara,  o  cümlədən  meta-analizlərə  əsasən  böyrək  xəstəliklərində 
plazmaferezin  tətbiqi  protokolu  hazırlanmıĢdır.  Təklif  olunan  protokolda 
plazmaferezə göstəriĢlər 4 kateqoriyaya bölünür: 
I . Əsas xəstəliyin müalicəsinin tərkib hissəsi kimi plazmaferezin tətbiqi; 
II. Kliniki araĢdırmalarda plazmaferezin istifadəsinin yararlı olduğu hallar
III. AraĢdırma mərhələsində olanlar; 
IV. Kliniki araĢdırmalarda yararlı olmadığı təsdiqini tapanlar; 
ASFA  protokoluna  əsasən  böyrək  xəstəlikləri  zamanı  plazmaferez 
istifadəsinə tövsiyyə olunan xəstəliklər :  
Жядвял  № 1. 
Yumaqcıq  bazal membranına 
qarşı əkscisimlər (Anti-GBM) 
Bu 
xəstəlikdə 
autoimmun 
aqresiya  yumaqcıq  bazal  membranında 
olan IV tip kollagenin α-3 zəncirinə qarĢı 
baĢ  verir.  1975-ci  ilə  qədər  bu 
xəstəlikdən  ölüm  faizi  86-96%-ə  bərabər 
olmuĢdur.  Plazmaferezin  tətbiqindən 
sonra  bu  rəqəmlər  çox  azalmıĢdır.  Anti-
qlomerulyar  bazal  membran  xəstəliyi  ilə 
yanaĢı  ağciyər  qanaxması  olarsa  bu 
Qudpasçer 
(Goodpasture) 
xəstəliyi 
adlanır. 
Londonun  Hammersmit  xəstəxa-
nasının  həkimləri  müĢahidə  altına 
götürülmüĢ  71  xəstəyə  (ağciyər  qanax-
ması  olan)  kompleks  müalicə  ilə  birlikdə  intensiv  plazmaferez  baĢlamıĢlar. 
Proseduralar hər gün olmaqla 40 ml/kq (4 litrdən çox olmayaraq) miqdarında 14 
gün və ya Anti-GBM anticisimləri qanda tam neqativ olana qədər icra edilmiĢdir. 
Bir  illik  yaĢama  100  xəstədən  95%,  5  illik  yaĢama  göstəricisi  isə  94%  olmuĢdur. 
MüĢahidəyə  götürülən  xəstələrdə  qan  serumunda  kreatinin  səviyyəsi  5.7  mg/dL-
dən  çox  olmuĢdur.  Müalicədən  sonra  xəstələr  hemodializ  müalicəsindən  asılı 
olmamıĢlar.  Bu  nəticələr  göstərir  ki,  ağciyər  qanaxması  (Qudpasçer  xəstəliyində) 
olan xəstələrdə kompleks müalicəyə təcili plazmaferez əlavə olunmasına əsas verir.   
Neytrofil sitoplazmasına qarşı əkscisimciklər və ya ANCA asılı 
qlomerulonefritlər 
Sürətli  proqres  edən  qlomerulonefritlərin  40-45  %  ANCA-asılı  qlomerulo-
nefritlərdir. Bunlara Vegener qranulomatozu, mikroskopik poliarterit və ya aypara 
görünümlü qlomerulonefritlər aidddir. Neytrofil və monositlərin sitoplazmasındakı 
azurofil  qranulalrında  olan  mieloperoksidazaya  (MPO)  və  proteinaza  3-ə    (PR-3) 
qarĢı anticisimlər əmələ gəlir. Kortikosteroidlər və siklofosfamidlə müalicədən sonra 
Xəstəliklər 
Kateqoriya 
Anti-glomerular 
bazal 
membran 
xəstəlikləri 

Sürətli proqres edən qlomerulonefritlər 
II 
Trombotik Trombositopenik Purpura 

Hemolitik Uremik Sindrom 

Krioqlobulinemiya 

Mieloma nefropatyası 
II 
Valdenstorm makroqlobulinemiyası 

Fokal Seqmentar Qlomeruloskleroz 
II 
Ağır fosfolipid sindrom 
II 
Sistem qırmızı qurdeşənəyi 
II 
Immunoglobulin A nefriopatiyası 
III 
ABO 
uyğunluqlu 
böyrək 
transplantasiyası 

ABO uyğunsuz böyrək transplantasiyası 

Anti-qlomerulyar 
bazal 
membran 
xəstəliyi ( Qudpasçer sindromu )  


 
  
САЬЛАМЛЫГ – 2016. № 3. 
182 
90% remisiya əldə etmək mümkündür. Lakin hemodializ baĢlanmamıĢ, kortikos-
teroidlərə  və  immunosupresantlara  əks  göstəriĢ  olan  xəstələrdə  plazmaferezin 
yararlılığı  barədə  məlumatlar  vardır.  ġəxsi  təcrübəmizdə  1  xəstədə  ANCA  asılı 
qlomerulopatiyada  plazmaferez  kompleks  müalicənin  tərkib  hissəsinə  daxil 
edilmiĢ və xəstədə sağalma müĢahidə edilmiĢdir. 
Trombotik trombositopenik purpura (TTP)/ Hemolitiko uremik sindrom (HUS) 
Mikroangiopatik  hemolitik  anemiya,  trombositopeniya  və  poliorqan 
iĢemiyasına  səbəb  olan  xəstəliklərdir.  Aralarında  kiliniki  fərq  demək  olar  ki 
yoxdur. HUS zamanı böyrək çatıĢmazlığı daha çox müĢahidə edilir. Etioloji səbəb 
kimi  ADAMTS  13  (desinteqrin  və  metalloproteinaza)  aktivliyinin  aĢağı  düĢməsi, 
bakterial  toksinlər,  endotelə  qarĢı  anticisimlər,  immunkompleksər,  anormal  von 
Villebrand multimerlərinin olması və digər toksiki birləĢmələr göstərilir.   
ADAMTS  13-ə  qarĢı  əmələ  gələn  əkscisimcikləri  qandan  uzaqlaĢdırmaq, 
eyni  zamanda  tərkibində  ADAMTS  13  olan  təzə  donmuĢ  plazma  verməklə  TTP  və 
HUS  müalicəsində  sağalma  əldə  etmək  mümkün  olur.  TTP/HUS  zamanı 
plazmaferezin tətbiqinə qədər bu xəstəliklərdən ölüm faizi 93 faiz olduğu halda, hal 
hazırda plazmaferezlə aparılan müalicələrdən sonra   9-46 % arasında dəyiĢir (7). 
331 xəstə üzərində aparılan 6 randomizə kontrollu çalıĢmada plazmaferez və təzə 
donmuĢ plazmanın birgə istifadəsinin digər müalicə taktikalarından üstün olması 
sübut olunmuĢdur (8).  
Krioqlobulinemiya 
Krioqlobulinemiya limfoproliferativ xəstəliklərdə, sistem xəstəliklərdə, virus 
xəstəliklərində  (əsasən  hepatit  C)  müĢahidə  olunur  və  25-50%  halarda  böyrək 
çatıĢmazlığı  inkiĢaf  edir.  Böyrəklərin  zədələnməsi  membranoproliferativ 
qlomerulonefrit formasında təzahür edir. Krioqlobulinemiya zamanı plazmaferezin 
tətbiqi 35 ildən çox  olmasına baxmayaraq randomizə olunmuĢ kontrollu çalıĢma 
yoxdur.  Krioqlobulinemiya  zamanı  müĢahidə  edilən  sistem  vaskulitlərdə,  böyrək 
çatıĢmazlığında, 
hiperkoaqulyasiya 
sindromunda, 
dəri 
zədələnmələrində 
plazmaferezin  xeyirləri  barədə  məlumatlar  vardır  (9).  55-87%  hallarda  böyrək 
çatıĢmazığının aradan qaldırılmasında kömək etməsi qeyd olunur (10).  Həftədə 3 
seans  olmaqla,  hər  seansda  dövredən  plazma  həcminin  1-1.5  dəfə  dəyiĢməklə  2 
həftə  müddətində  aparılan  proseduralar  yararlı  olmuĢdur.  Plazmaferez 
immunsupressiv  müalicə  ilə  yanaĢı  tətbiq  edilməlidir.  Hepatit  C  virusunda 
plazmaferez virus əleyhinə preparatlarla yanaĢı aparılmalıdır.  
Çoxsaylı mieloma xəstəliyi 
Hematoonkoloji  xəstəliklərin  10%-ni    təĢkil  edən  bu  xəstəlik  zamanı  16-
56%  halda  böyrək  zədələnməsi  müĢahidə  edilir  (11).  Çoxsaylı  mieloma  xəstəliyi 
zamanı  böyrəklər  bir  çox  səbəbdən  zədələnə  bilər.  Bunlara  artmıĢ  patoloji 
immunoqlobulin  M,  hiperkalsemiya,  hiperurikemiya,  qanın  sıxlığının  artması, 
infeksiyalar və s. aiddir. Böyrək kanalcıqlarında çoxsaylı silindrlərin (Bence Jones 
zülalı)  əmələ  gəlməsi  diurezin  pozulmasının  əsas  səbəbi  sayılır.  Plazmaferez 
proseduraları  qanda mieloma proteinlərini azaltmaqla kimyəvi terapiyaya yardım 
edir  (12).  Plazmaferez  vasitəsilə  yüngül  zəncirlərin  (sFLC  )  qanda  50%-dən  çox 
aĢağı  salınması  ilə  yanaĢı  aparılan    kompleks  kimyavi  terapiya  böyrək 
zədələnməsində  78%  remisiya  əldə  etməyə  imkan  verir.  Plazmaferez  olunan 
xəstələrdə  orta  yaĢama  müddəti  nəzarət  qrupa  nisbətən  3  dəfə  çox  olmuĢdur 
(müĢahidə qrupu 31.8 ay; nəzarət qrupu 11ay) (13).  
Sistem qırmızı qurd eşənəyi (QQE), antifosfolipid sindrom (AFS), 
preklampsiya,  
Randomizə  olunmuĢ  kontrollu  çalıĢmalarda  QQE  xəstəliyinin  kompleks 
müalicəsində plazmaferez tətbiqi edilmiĢdir. AraĢdırmalar uğursuz nəticələrə səbəb 
olduğu  üçün    geniĢ  tətbiqi  məhdudlaĢdırılmıĢdır.  84  lupus  nefritli  xəstənin 

 
kompleks  müalicəsinə  plazmaferez  əlavə  edilmiĢ  və  136  həftə    müĢahidə 
aparılmıĢdır. MüĢahidə nəticəsində nəzarət qrupuna nisbətdə fərq olmamıĢdır (14). 
Lakin  bəzi  araĢdırmalarda  QQE  xəstəliyi  zamanı  baĢ  verən  simptomatik 
krioqlobulinemiya,  antifosfolipid  sindrom,  TTP,  hiperkoaqulyasiya  sindromu 
zamanı plazmaferezin yararları barədə məlumatlar vardır (15).  
2005-ci  ildə  Uthman  plazmaferezin  AFS  zamanı  tətbiqini  araĢdırmıĢdır. 
Antikoaqulyant, kortikosteroid və plazmaferezin kombinə Ģəkildə istifadəsinin çox 
yararlı olduğu aydınlaĢmıĢdır (16).  
Yekun 
Ə
dəbiyyat  araĢdırmalarından  və  çoxillik  təcrübəmizdən  göründüyü  kimi 
böyrəklərin  immunoloji  xəstəliklərinin  kompleks  müalicəsində  tətbiq  olunan 
plazmaferez  proseduraları  kliniki  yaxĢılaĢmanı  sürətləndirir,  əldə  edilmiĢ 
remissiyanın uzun müddətli olmasını təmin edir və ən nəhayət  ölüm faizini aĢağı 
salır.  Elmi  araĢdırmaların    nəticələrinə  əsasən    belə  qənaətə  gəlmək  olar  ki, 
böyrəklərin  immunoloji  xəstəliklərinin  müalicəsində  plazmaferez  proseduraları 
kompleks müalicəyə əlavə olunmalıdır. 
 
ЯДЯБИЙЙАТ - ЛИТЕРАТУРА – REFERENCES: 
 
1.
 
Ağayev M. M., Əliyev S. Ġ., Dializ 2010 
2.
 
Abel  JJ,  Rowntree  LG,  Turner  BB.  Plasma  removal  with  return  of  corpuscles  (plasmapheresis).  J 
Pharmacol Exp     Ther. 1914;5:625–41. 
3.
 
Schwab  PJ,  Fahey  JL.  Treatment  of  Waldenstro¨m’s  macroglobulinemia  by  plasmapheresis.  //N  Engl  J 
Med. 1960;263:574–9. 
4.
 
Kaplan AA. A simple and accurate method for prescribing plasma exchange. //Am Soc Artif Intern Organs 
Trans. 1990;36: M597–9. 
5.
 
Joseph Schwartz, Jeffrey L. Winters, Anand Padmanabhan, et al., Guidelines on the Use of Therapeutic 
Apheresis in Clinical Practice—Evidence-Based Approach from the Writing Committee of the American 
Society for Apheresis: The Sixth Special Issue. Journal of Clinical Apheresis 28:145–284 (2013) 
6.
 
Jayne  D,  Rasmussen  N,  Andrassy  K,  et  al.,  European  Vasculitis  Study  Group.  A  randomized  trial  of 
maintenance  therapy  for  vasculitis  associated  with  antineutrophil  cytoplasmic  autoantibodies.  //N  Engl  J 
Med. 2003;349:36–44. 
7.
 
Guillevin L, Durand-Gasselin B, Cevallos R, et al., Microscopic polyangiitis: clinical and laboratory findings 
in eighty-five patients. //Arthritis Rheum. 1999;42:421–30. 
8.
 
Moake JL. Thrombotic microangiopathies. //N Engl J Med. 2002;347:589–600. 
9.
 
L’Abbate A, Maggiore Q’, Caccamo A, et al., Long term effects of cryoapheresis and cytostatic treatment in 
essential mixed cryoglobulinemia. //Int J Artif Organs. 1985;2:19–22. 
10.Schena FP, Manno C, Dimonte D, et al.,  Plasma exchange in the treatment of cryoglobulinemia. Ric Clin 
Lab. 1983;13:133–40. 
11.Alexanian  R,  Barlogie  B,  Dixon  D.  Renal  failure  in  multiple  myeloma.  Pathogenesis  and  prognostic 
implications. Arch Intern Med. 1990;150:1693–5. 
12.Feest TG, Burge PS, Cohen SL. Successful treatment of myeloma kidney by diuresis and plasmaphoresis. 
Br Med J. 1976;28:503–4. 
13.Leung  N,  Gertz  MA,  Zeldenrust  SR,  et  al.,  Improvement  of  cast  nephropathy  with  plasma  exchange 
depends on the diagnosis and on reduction of serum free light chains. //Kidney Int. 2008;73:1282–8. 
14.Lewis  EJ,  Hunsicker  LG,  Lan  SP,  et  al.,  A  controlled  trial  of  plasmapheresis  therapy  in  severe  lupus 
nephritis. The Lupus Nephritis Collaborative Study Group. //N Engl J Med. 1992;326:1373–9. 
15.Christian  Pagnoux.  Plasma  exchange  for  systemic  lupus  erythematosus.  //Transfus  Apher  Sci. 
2007;36:187–93. 
16.Uthman  I,  Shamseddine  A,  Taher  A.  The  role  of  therapeutic  plasma  exchange  in  catastrophic 
antiphospholipid syndrome. //Transfus Apher Sci. 2005;33:11–7. 
 
Дахил олуб:  1.02.2016. 
 
Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin