tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz İstinad: FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi.
Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı. Bakı, 2004
210. Təzyiq altında olan balonlar açıq havada saxlanıldıqda nədən qorunmalıdır?
A) Yağışdan və günəş şüasından
B) Küləkdən və soyuqdan
C) Kölgədən və dumandan
D) Soyuqdan və dumandan
E) Kölgədən və küləkdən
Testin çətinlik dərəcəsi: Asan
İstinad: Təzyiq altında işləyən tutumların quruluşu və təhlükəsiz istismarı qaydaları. 2015 səh 70
211. İçməli suyun temperaturu hansı hədlərdə olmalıdır?
A) +8 və +20 ºC hədləri aralığında
B) +1 və +30 ºC hədləri aralığında
C) -4 və +10 ºC hədləri aralığında
D) -2 və +15 ºC hədləri aralığında
E) 0 və +20 ºC hədləri aralığında
Testin çətinlik dərəcəsi: Asan
İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 180
212. Hündürlükdə işləyən işçiləri xəsarət almaqdan qorumaq üçün nəzərdə tutulan qoruyucu
kəmərin üzərində hansı yazılar olur?
A) Son istifadə tarixi, buraxılma tarixi, materialın tərkibi
B) Son istifadə tarixi, buraxılma tarixi, əmtəə nişanı
C) Tipi, son istifadə tarixi, əmtəə nişanı
D) Tipi, buraxılma tarixi, materialın tərkibi
E) Tipi, buraxılma tarixi, əmtəə nişanı
Testin çətinlik dərəcəsi: Asan
İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II cild. Bakı, 2011.
Səh. 500
213. Partlayış yanğın təhlükəli zonada ölçmələr aparılarkən cihazdan düzgün istifadə qaydaları
hansıdır?
A) Cihaz zonadan kənarda işə salınır, ölçmələr zamanı zonada söndürülür
B) Cihaz zonada işə salınır, ölçmələrdən sonra zonadan kənarda söndürülür
C) Cihaz zonadan kənarda işə salınır və söndürülür
D) Cihaz zonada işə salınır və söndürülür
E) Cihazın hansı ardıcıllıqla işə salınması və ya söndürülməsinin hec bir əhəmiyyəti yoxdur
Testin çətinlik dərəcəsi: Çətin
İstinad: Y.Əhmədov, T.Rəhimov.İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi, I cild.Bakı, 2010,
s.291
214. Aşağıdakı bəndlərin hansında fərdi mühafizə vasitəsi qeyd olunub?