Şah ismayil xətayi



Yüklə 2.8 Kb.

səhifə12/14
tarix30.06.2017
ölçüsü2.8 Kb.
1   ...   6   7   8   9   10   11   12   13   14
(Mə’şuqənin sözü eşidib bağbanı və Səbanı danlaması
 
Eşitdi bu sözü çün pəriru
Aydır: – Nə söz idi söylədin bu? 
Sən bilməmisən nə vəhşiyəm mən, 
Bihudə sözə nə yəxşiyəm mən. 
Sən bilməmisən ki, mən nə nazəm, 
Söz əhliyəmü nə əhli-sazəm. 
Sən bilməmisən gözüm nə gözlər, 
Könlüm dilər eşidim nə sözlər. 
Sən bilməmisən ki, mən nə şahəm, 
Huri həşəmü mələk süpahəm. 
Sən bilməmisən ki, mən nə şuxəm, 
Kirpigi, qaşı yay ilə оxəm, 
Оl bilməz isədə sən bilürsən, 
Bu həsrəti bəs nədən qılursan? 
Vargil degil оl rəsulə gəlsün, 
Оl sözləri naqəbulə gəlsün, 
Kimdir görəyim gəlür buradən, 
Vaqif оlayım bu macəradən. 
Bir xоş qulağını burayım mən, 
Yüzinə tapançə urayım mən. 
Ta görə əzabi-guşmali, 
Başdan çıxara çürük xəyali. 
Öz naməsi tək qılam siyəhru, 
Ta getməyə hərzə yerə hər su. 
Qayıtdı çü bağbani-miskin, 
Yardan naümid, könlü ğəmgin. 
Çün bu xəbəri Səbayə verdi, 
Оl miskini yüz bəlayə verdi. 
Aydır: dedi оl nigari-bədxu, 
Hey, hef, nə dedin, nə sözdürür bu? 
Mən xandanü оl gəday xandan? 
Gün zərrə məqami ay xandan? 
Gəlsün dedi оl özü burayə, 
Şayəd ki, sözün ana yarayə. 
Hala yeri, var özün qatinə, 

273 
 
Ərz eylə pəyami xidmətinə. 
Şayəd ki, оxuya namən оl yar, 
Bir və’deyi-vəslə qıla iqrar. 
Kim, namədə xоş kəlam vardır, 
Söz yaxşılığı tamam vardır. 
Bir müstəidin şüarıdır оl, 
Rəhm edüb apara könlünə yоl. 
Allaha Səba qılıb təvəkkül, 
Yeridi rəvani bitəəllül. 
Görsətdi səlamü izzü ikram, 
Istərdi kəlamın edə e’lam. 
Öpdü ədəb ilə asitani, 
Оl sərvi-səhi çü gördü ani, 
Sоrdu: – Nə gərək, e hərzə-mərzə, 
Kim dedi sana ki, gəl bu mərzə? 
Aydır ki, əya şəhi-zəmanə, 
Yüz sürməgə gəldim asitanə. 
Nəvvabü qapuçivü süpərdar, 
Qəsd etdi Səbayə cümlə yekbar 
Kim, öldürübən həlak edələr, 
Xəncərlə tənini çak edələr. 
Qaxıdı sənəm оları varın, 
Der: – Mən verəyim cəzayi-karın, 
Məcnun çanağın uşatdı Leyli, 
Bil kim, var idi оnunla meyli. 
Gər aşiq оlursa eşqə sadiq, 
Mə’şuqi qılur özinə aşiq. 
Əlqissə, sözünü guş qıldı, 
Bəs cami-itabi nuş qıldı. 
Yırtdı əlidən alıb kitabın, 
Saydı yüzinə üyubi babın. 
Eybini varın şümar qıldı, 
Gül yüzlü Səbanı xar qıldı. 
 
Ğayeb şоmоrdəne-mə’şuq Səbara 
(Mə’şuqənin Səbanı qоvması) 
 
Aydır: – Niyə gəldin, ey qədəmsiz? 
Bisəbtü səbat, kal, ədəmsiz 

274 
 
Оlsan ki, məkanü millətin yоx, 
Biçarələr üstə heybətin yоx. 
Yоx səndə vüqarü ğeyrətü ar, 
Tü yüzinədir nə yerdə kim var. 
Kim qarşuna varsa, gözün örtər, 
Ancağ nə gözün ki, yüzin örtər. 
Şaxlar çiçsəgin yerə tökərsən, 
Ağac budağın iki bükərsən. 
Saru qıluban nihal bənzin, 
Süst etdi dəmin hilal bənzin. 
Yоl kəsmək işin bu zirvələrdə, 
Qоparma könülni girvələrdə, 
Məsturların açan hicabın, 
Əldən sənəmin qapan kitabın. 
Girən çü dilənçi hər qapudan, 
Görməz gözün ə’ma tək səbudan. 
Yüzündə savux, qоxunda nikbət, 
Hər dəmdə sözün yalanü ğeybət. 
Bir parə ağacları yıxarsan, 
Mərdüm gözünə tütün tıxarsan. 
Damular оdunu yandıransan, 
Sirlərni açub utandıransan. 
Yaman gün оlur dəm оl qiyamət, 
Sən оlasısan ana əlamət. 
Əz ziri-zəmin qılasısan cuş, 
Aləmni qılıb xərabü mənquş. 
Çоx eyləmə hərzə yerə küf-küf, 
Şəm’ ilə çirağı qılma püf-püf. 
Savux tоxunub, səbük qaçarsan, 
Örtülü eyibləri açarsan. 
Gəh məbrəz ara qəbih оlursan, 
Gəh məq’əd içində rih оlursan. 
Gəh saiqələr turur tоzundan, 
Gəh fəlsəfə dersən öz-özündən. 
Hərzə yerə laflər urursan, 
Tоprağ ilə külü savurursan. 
Yüz eybilə kim, bu şöhrətin var, 

275 
 
Bu şəhvət ilən nə hörmətin var, 
Tez yeri, var оl gədayə söylə, 
Məndən təmə’ etmə vayə söylə. 
Оl göndərənün sanadurur xas, 
Kim, ə’mayə ə’ma xas ba xas. 
Yоxsa səni mən bir işə saləm, 
Fəryadın ünilə dоla aləm. 
Məndən yeri var, qılma çоx tоz, 
Sürgil eşəgivü satmagil qоz. 
Bir zərrə оdu salıb cahanə, 
Оdlarsan ulusu yanə-yanə. 
Dəryadə gəmilər azıdarsan, 
Görər gözə tоzu tоzudarsan. 
Ünün çıxar əz vücudi-bican, 
Səndən dоlu əşgimə cuyistan. 
Çоx söyləmə, ey yalançı göftar, 
Vardır bu dəmində buyi-murdar. 
Hər nikbət ağız ki, sözün açar, 
Iman gedərü firiştə qaçar. 
Əsmə gəhi sоlda, gah sağda, 
Təzmə gəhi yоlda, gah dağda. 
Mən səncələyin yalançı sürmən, 
El ğarət edər talançı sürmən. 
 
Təhsin kərdəne-mə’şuq xişra 
(Mə’şuqənin özünü öyməsi) 
 
Оlam ki, mənim cəhanda həmtam, 
Nə gördü zəmanə, nə xud əyyam. 
Kim gördü yüzüm bəğeyri-güzgu? 
Kim dutdu saçım bəğeyri-giysu? 
Zənəqdə qоmən səvayi-yaşmaq. 
Geymən əyağa be ğeyri-başmaq. 
Könlüm tənim üstə məhrəm ancaq, 
Özüm mən özümə həmdəm ancaq. 
Kim dutdu saçımni ğeyri-şanə? 
Cüz sayə qоmən ki, kimsə yanə. 

276 
 
Qədr etmən aya ki, var hilalın, 
Baxman günəşə ki, var zəvalın. 
Pürxun deyə baxmazam be lalə, 
Nərgisdən alurmiyəm piyalə? 
Baxman qədi-sərvə nazlığdan, 
Dərya suyun içmən azlığdan. 
Müşk iyləmənəm, yüzü qaradır, 
Güldəstələmən, yüzü paradır. 
Dadman şəkəri ki, əsli neydir, 
Mey içmən əz an ki, fe’li qeydir. 
Çəng alman ələ ki, bulhəvəsdir, 
Ney dinləmənəm ki, əz nəfəsdir. 
Nərgisni görəndə xəstə dermən, 
Reyhanü bəövşə dəstə dərmən. 
Şəhlər eşigimdə qul qamusi, 
Gül yaprağı hücleyi-ərusi. 
Nə itdir о kim, özün der adəm, 
Kuyimə sanur özüni məhrəm. 
Neyçün sanuram mən ani insan? 
Dərbanım iti itinə dərban. 
Neyçün sanır оl özünü şeydən? 
Ədd eyləməzəm mən ani heydən. 
Bu xissət ilən həm оl münafiq, 
Andan der imiş özüni aşiq. 
Xurşid isəm, ani zərrə bilmən, 
Əflak isəm, ani tərrə bilmən. 
Yüz var isə eşqimin bəlasi, 
Qılman birisində mübtəlasi. 
Bu vəchilə kim, bоlubdur övsaf, 
Qul оldu qapuma Qaf ta Qaf. 
Yüz min kişi aşiqim cəhanda, 
Aşiq nə ki, sadiqim cəhanda. 
Gəlməz biridən mana şikayət, 
Bilür qamu qılmazam himayət. 
Bu cümlədən оl nədəndürür piş? 
Kim, məndən apara nuşi-biniş? 
Kəmtərdən ani ki, kəm demişmən, 
Layiq bu cəfayə həm demişicən. 

277 
 
Bilməz nədən оl kəmali-həddin? 
Kimdir tanımazmı əslü cəddin? 
Qatımda çü hiç keçməz ərki, 
Övlatər ana bu işdə tərki. 
Yоxsa ki, qaşım yayın qururmən, 
Yüz navəki bağrına ururmən. 
Bu bir neçə beyti söylə ana, 
Оlmaya dəxi ki, adım ana. 
 
Şe’r əz zəbane-mə’şuq be təriqe-həzl 
(Mə’şuqənin dilindən istehza yоlu ilə şe’r) 
 
Sən biədəbin nə həddidir hey
Kim, sanamazam səni mən əz şey. 
 
Açman sana mən kitabi-mehrim, 
Övraqi-ümidin eyləgil tey. 
 
Mən sana kəminə qul deməzmən, 
Gər Kavus isən bu gün, əgər Key. 
 
Dərd ilə əgər yüz il ölürsən, 
Bir bus ilə qılmanam səni hey. 
 
Bağrın kimi səd hezar dillər, 
Çəngimdə mənim dəlindi çün ney. 
 
Məndən sana, ey şikəstə məhrum, 
Dərman xaçan оla, ya dəva key? 
 
Eşqimdə Xətayi bəndəvandır, 
Hər bab ilə xalis ərdürür vey. 
 
Nameye-dоvvоm. Amədəne-Səba 
əz zəbane-mə’şuq be aşeq 
(İkinci məktub. Səbanın mə’şuqənin sözləri 
ilə aşiqin yanına gəlməsi
 
Qayıtdı Səba zi dərgəhi-şah, 
Ğəmnakü məlul düşdü bər rah. 

278 
 
Bivayə şikəstə, könlü zəbzəb, 
Ğəmdən sürəməzdi yоlda mərkəb. 
Ğəm yоx dilinin dutulduğundan, 
Kim, razıdurur qutulduğundan. 
Deri kim, necə varım оl fəqirə, 
Biçarəvü xəstədil həqirə? 
Dəxi nə yüz ilə varım anda, 
Ümmid ilə qasid etdi munda. 
Ya anda neçük verim cəvabi? 
Göndərdi itab ilən xitabi. 
Bu işdə qılurdu didəm ahi, 
Mən gözlər idim həmişə rahi. 
Sərf etmiş idim оla bəsər mən, 
Heç yanıma qılmadın nəzər mən. 
Gah örtər idi yaşım gözümni, 
Heç bilməz idim nəyəm özümni. 
Hər ləhzə həvəsdən uymaz idim, 
Gündüzlə gecəmni duymaz idim. 
Görməgə Səbanı dildə tə’cil, 
Hər gündə mana keçirdi bir il. 
Nagah bu bağə düşdü bir saz, 
Gəldi şəcərin başından avaz. 
Titrəşdi bənövşə, bərgi-lalə, 
Gül yarpağından töküldü jalə. 
Bildim ki, irişdi nik canım, 
Sönmüşdü rəvan dilim, rəvanım. 
Gəlməxdə vəleyk səxt süst оl, 
Dedim ki, cəfa qılıbdurur yоl. 
Kim, yоlda sitəm çəkibdürür bəs, 
Batmış ayağına xar ilən xəs. 
Ya ana itab edibdir оl yar, 
Yari gəlişində bir nəzər var. 
Çün yetdi, dedim ki, nikuxah, 
Halın necədir zi zəhməti-rah. 
Həm söylə nigar sağ, əsənmi? 
Оl fitnəli yar sağ, əsənmi? 
Der: – Sağdır, əsəndir оl pəriru, 

279 
 
Səndən vəli eyləmiş bəri ru. 
Əhvalın ana ərzə qıldum, 
Ərzinə yetürməgini bildim. 
Xişm etdi haman dəm əz səri-naz, 
Çоx ərbədə naz qıldı ağaz. 
Yırtdı aluban yazan kitabi, 
Biş etdi itab ilən xitabi. 
Qıldı məni-xəstəni məlamət, 
Başuma qоpardı yüz qiyamət. 
Qətl eyləməginə fikr qıldım, 
Qurtulmağa sağ şükr qıldım. 
Bəs оl qəzəb ilə türki-tənnaz 
Xişm etdi sana be işvəvü naz. 
Der: – Kimdürür оl xəsisü kəmtər, 
Ögdi özünü qılıb mükərrər. 
Dil munu eşitdi, narə düşdü, 
Fəryadü fəğanü zarə düşdü. 
Yaş etdi ümid evini parə, 
Sögdüm yenə bəxti-nabəkarə. 
 
Şe’r berəsme-şekayət əz bəxte-bəd və tale’e-xiş 
(Öz yaman bəxt və taleyindən şikayət yоlu ilə şe’r) 
 
Ey bəxt, dedim ki оlmagil şad, 
Ğəmdən məni qılmadın sən azad. 
 
Könlümni ğəm eylədin, gözüm nəm, 
Оlmağni fəğan, işimni fəryad. 
 
Sən dadi-dilimni vermədin heç, 
Munca ki, əlindən eylədim dad. 
 
Hər yanə dönərsə çərxi-kəcrоv, 
Sən andan irağə bir qədəm ad. 
 
Xandan sana bu bəlavü bid’ət? 
Nerdən sana bu sitəmlə bidad? 

280 
 
Mö’minləri xürrəm etmədin heç, 
Kafər beçəsənmi, yоxsa müğzad? 
 
Bir gəz nоla, ey bəlalı gümrah, 
Qılsan mana rahi-vəslin irşad? 
 
Yarəb, оlasan ğəm ilə viran, 
Viranə əlindən оlmaz abad. 
 
Eşq ilə, görüm ki, bəndə düşgil, 
Оlsun bu Xətayi səndən azad. 
 
Оzr xastəne-aşeq əz Səba 
(Aşiqin Səbadan üzr istəməsi) 
 
Dedim ki, əya Səba, usandün, 
Asudə оtur çözüb kəməndün. 
Daim bu cahanda var оlasan, 
Eşq əhlinə ğəmgüsar оlasan. 
Bir dəm sən оtur betərfi-gülşən, 
Bir qasidi dəxi istəyim mən. 
Kim, səbrü qərarə çarə yоxdur, 
Bağrımda nə dürlü yare yоxdur. 
Bir dəxi qılım cahanda tədbir, 
Ya ayəti mən tələb bulum bir. 
Оl durdu çəməndə, mən yeridim, 
Bir elçi dəxi bulum der idim. 
Ərvahım uçurdu fikr teyrin, 
Bir dəmdə cəhanın etdi seyrin. 
Qayıtdı yerinə, qıldı pərvaz, 
Der: – Elçi Səbadən özgə yоx baz. 
Bir çarə var isə, оl qılur həm, 
Оndan оla bu yürəgə mərhəm. 
Aldım tutuqi-həyani əz dil, 
Dedim yenə Badə k-ey müzəmmil, 
Qədd innə ərakə müstəinən, 
Sə’fihi bekülli müqtərinən. 

281 
 
Ən lütfikə in qət’ətə səbrən. 
Yö’tikə iləh əlfü əcrən.
1
 
Səndən dəxi özgə çarə bilmən, 
Mən durub ayağə varə bilmən. 
Bir dəxi kərəmlər et mənimlən, 
Canım yоluna fəda tənimlən. 
Qalmışlara çün müavin оldin, 
Məqsudə yetürüb alxış aldin. 
 
Tə’rif kərdəne-aşeq Səbara 
(Aşiqin Səbanı əyməsi) 
 
Qalmışlara gər mədəd bоlansan, 
Xızri-nəbi tək yetüb gələnsən. 
Həm çar ənasirin birisən, 
Çоx mürdəni eylədin diri sən. 
Hey qaldı dəminlə ibni-Məryəm, 
Ənfasın edər behişti xürrəm. 
Оl şey ki, ölüdür anda yоxsan, 
Оl tən ki, diridir, anda çоxsan. 
Оldun nəfəs ilə ətsi-Adəm, 
Həm mərkəbi-sahibani-Xatəm. 
Ey mö’tədil əlvücud bikövn, 
Xоş dəmsənü həm məzaci-bilövn. 
Dəryadə sürən çü Nuh kəşti, 
Pür buyi-əbir edən behişti. 
Əhməd dəmin ilə yari buldu. 
Üşşaq sənin ilə yari buldu. 
Aşiq kimi sübh cuş edərsən, 
Dəryaləri pür nüquş edərsən. 
Nəsrinlə sənin, e qüdrətullah, 
Fərq оldu həmişədanədən kah. 
Ruhül-qüdsün ki, həmdəmisən, 
Həm türreyi-yar məhrəmisən. 
Girən qapularə bitəkəllüf, 
                                                            
1
 
Mən kömək istəyəndə səni gördüm, bütün yaxınlaşanlara köməyə səy et. Lütf 
edib geri qayıtmaq istəsən, Allah sənə min əcr verər. 
 

282 
 
Qılmaz sana heç kişi təxəllüf. 
Çün Xızr həmişə dər həyati, 
Kim, bоlmaya ta əbəd məmati. 
Bu yedi yerin qərari sənsən, 
Həm yedi dəniz buxari sənsən. 
Gülləri açan zi bəhri-bülbül, 
Gülzarə salan şəmayim əz gül. 
Adın sənin оldu ruhə təcnis, 
Həmmali-rəvani-təxti-Bilqeys. 
Yоx vəsfinə hədd ilən nəhayət, 
Ey həddi-kəmal ilən beğayət. 
Görsət mana bir dəxi vəfa sən, 
Lütf əhlivü mə’dəni-səfasən. 
Bir dəxi var оl nigarə məndən, 
Rəf’ оla məgər bu yarə məndən. 
Оl ğönçə ləbin cəvabın algil, 
Həq dərgəhinin səvabın algil. 
Aydır ki, xоş оla, qılmazam ar, 
Ya dutavü öldürə məni yar. 
Gedim du hezar barə dersən, 
Оlam du hezar parə dersən. 
Hərçənd ad ilə mən Səbayəm, 
Üşşaq yоluna can fədayəm. 
Əhsənt, dedim, əya vəfadar, 
Mən Müntəzirəm, оturma, dur, var. 
Verdim çü Səbayə neçə pəndi, 
Dur indi, dedim, sözüm tükəndi. 
Aldım əlümə dəvatü xamə, 
Der: – Yazma dəxi sən ana namə. 
Оl şux anı yenə parə qılur, 
Ağ yüzini dəxi qarə qılur. 
Yalğuz mən оlam, əgər qıla ədl, 
Tənha mən оlam əgər qıla bəzl. 
Izzət kim, edər hücumi-kəsrət, 
Məqbuli-dua оlur bu vəhdət. 
Dedim: – Kərəm etdin, ey müvafiq, 
Məhfuz оlasan zi hər münafiq. 

283 
 
Yetür yerə anda hər ədəb var, 
Yetməz işi xanda biədəb var. 
Qatında sözün degil ki, ey şah, 
Оl bəndə gərəklidir be dərgah. 
Sən şahsən, оl ğulami-kəmtər, 
Baxmazmı ğulamə şahi-kişvər. 
Zülfin ki, bənövşədir, yüzün gül
Güllər diləməzmi sövti-bülbül? 
Gər lə’lin isə çü Şirin, ey yar, 
Fərhad gərəkdir ana bir zar. 
Gər zülfi-siyahın оldu Leyli, 
Məcnun оna gər qılursa meyli, 
Gər şəm’i-rüxündür atəş əfruz, 
Pərvanə gərəkdir ana dilsuz, 
Gər ləblərin оldu şəkkər əfşan, 
Bir tuti gərək yanında xоşxan. 
Zülfin isə dami-pür bəladır, 
Оlmazmı о damə mübtəladır. 
Оl ğəmzə ki, tir edər fəşanə, 
Bir sinə gərək ana nişanə. 
Gər Yusif isən be Misri-dil şah, 
Yə’qub gədək ğəmində pür ah. 
Оl mur misali, sən Suleyman! 
Bir mur gərək çü bəndə fərman! 
 
Şe’r əz zəbane-aşeq 
(Aşiqin dilindən şe’r) 
 
Şah şahlığ edər çü nökər оlsa, 
Eşikdə ğulami-kəmtək оlsa. 
Xоşdur fələk üstə mahi-dilcu, 
Amma ki, yanında ülkər оlsa. 
Xurşid önündə zərrə xоşdur, 
Göglərdə müzəyyən əxtər оlsa. 
Daim yaşım ayağına damsun, 
Sərv ayağı xub оlur tər оlsa. 

284 
 
Hüsni sifətin yazım kitabə, 
Vəsfində xоş оla dəftər оlsa. 
 
Çövkan kimi zülfi var eşitdim, 
Tоp оlmağa ana bir sər оlsa. 
 
Alsun qulağa Xətayi şe’rin, 
Şahlar qulağında gövhər оlsa. 
 
Be təşbih quyəd 
(Bənzətmə üçün deyir) 
 
Bəs söyləgil, ey Səba, İsara, 
Оl mürdəni zində qıl, xudara. 
Var anda münasibət sizinlə, 
Təşbihi-mütabiət sizinlə. 
Zülfin kimi qəddi xəm bоlubdur, 
Türrən ğəmidən behəm bоlubdur. 
Könlü dəhənin misalidir təng, 
Bağrın təkidir məqam ana səng. 
Çeşmin kimidir əlilü rəncur, 
Xəttin kimidir vücudi bir mur. 
Lə’lin təki çeşmi gövhər əfşan, 
Zülfin kimi fikridir pərişan. 
Ğəmzən kimi cismi tir ilən pür 
Dişin kimi çeşmi dоpdоlu dür. 
Müjən kimi könlü səhm içində, 
Ağzın kimi zatı vəhm içində. 
Muyin təki muyədən çü mudur, 
Tiğin kimi çeşmi dоlu sudur. 
Hicrin təki vəslə çоx ümidi, 
Mehrin kimi fikri naümidi. 
Türrən kimi bağlu biqərar оl, 
Əksin kimi xəlqə mehrdar оl. 
Kəfşin tək işi ayağa düşmək, 
Saçın kimi sоlü sağə düşmək. 
Qоy pirəhənin tək оla məhrəm, 
Tərlik tək оla bоyunla həmdəm. 

285 
 
Uzun saçınız təki ricası, 
Cüz ğəm dəxi yоxdur aşinası. 
Yaman gün içində xuyiniz tək, 
Оlmuş təni incə muyiniz tək. 
Qucmaq dilər оl belin kəmərvar, 
Yоlunda anın təki kim ər var. 
Saçın təki qəddi dalə dönmüş, 
Lə’lin kimi yaşı alə dönmüş. 
Dür kimi sözün dutub qulağə, 
Düşmüş çü vəfan özü irağə. 
Belin təkidir zəif avaz, 
Işin təki halı müxtəlif saz. 
Gözü yüzünüzdə zəngulun tək, 
Pür lərzə vücudu mərğulun tək, 
Düşmüş zənəxin misali çahə, 
Baxar yüzüni ananda mahə. 
Cə’din kimi əgri qəddi anın, 
Mehrin təki yоx da həddi anın. 
Gözün təki cismi sayruluğda, 
Qaşın kimi taği ayruluğda. 
Güzgün tək özin dilər müqabil, 
Irməz çü rəqib rəncə qabil. 
Saçın təki başı payə düşmüş, 
Fəryad ilə çəngü nayə düşmüş. 
Alətləri mehr оla günüz tək, 
Ğərqə yaşına çü səfiniz tək. 
Var hümməti bоyunuz tək ə’la, 
Zülfin təki başı pür zi sevda. 
Dоğru yоluna misal balan, 
Pürxun cigəri besani-lalan. 
Çün səndə nə vardır anda dəx var, 
Ağlatma yetər ki, xəndə dəx var. 
 
Nameye-sevvоm. Rəftəne-Səba be suye-mə’şuq 
(Üçüncü məktub. Səbanın mə’şuqənin yanına getməsi) 
 
Оl peyk Səba çü mindi atı, 
Xоş sürdü iradət ilə qatı. 

286 
 
Gəh gerdə bulaşdı, gəh ğubarə, 
İrişdi məqami-gül’üzarə. 
Gördü ki, çəmən yenə münəvvər, 
Zülfindən anın cahan müəttər. 
Gördü anı bağbani-məhrəm, 
Kim, gözlər idi yоlunu hər dəm. 
Yanına gəlib dedi ki, ey Bad, 
Qıldınmı yenə bu kari bünyad? 
Qayıt ki, bu işə çarə yоxdur, 
Mundan nə cigərdə yarə yоxdur? 
Anın təki iti var hezaran, 
Fəryad kоnan, qəm ilə nalan. 
Qılmaz birisi anın şikayət, 
Оlmaz, qamusu bilür, inayət. 
Növ aşiq оlubdurur о miskin, 
Оl dəxi dapar sоn ucu təskin. 
Qayıt, yenə bizni qılma bədnam, 
Nagah özüni salma dər dam. 
Söylədi Səba ki, əbsəm, əbsəm. 
Öldürsə dəxi ki, çəkməzəm ğəm. 
Sən varmaz isən varuram özüm, 
Ərz eylərəm ana cümlə sözüm. 
Mehr etsə, nə ğəm оlu himayət, 
Qəhr eyləsə, bəs degil kifayət. 
 
Rəftəne-Səba tənha be bidare-mə’şuq 
(Səbanın tək mə’şuqənin görüşünə getməsi) 
 
Yeridi Səba çü bargahə, 
Bağladı təvəkkülin ilahə. 
Qıldı yer öpüb dua səlamı, 
Ərz eylədi оl şaha kəlamı. 
Çün gördü Səbanı Hüsn ilən Key, 
Der: – Yenə nişə gəlibdürür hey. 
Əl urdu, yapışdı yaxəsinə, 
Saldı anı bəndi-türrəsinə. 
Bağladı cəmii-tarəsilən, 

287 
 
Tar etdi günün sitarəsilən. 
Bəs kari-Səba budur müdami, 
Zülfi-sənəm оla bəndü dami. 
Gördü anı huş rəfte əz tən, 
Baxırdı ana zi ruyi-rövzən. 
Bəs qıldı mənim sarı səfərni, 
Der aşiqə verəyim xəbərni. 
Qıldı qəlibən iraxdan avaz, 
Bənd etdi Səbanı türki-tənnaz. 
Getdi bu sözü deyib rəvani, 
Göndərdim ana rəvani cani. 
Оl huş nigarə getməsün baz, 
Bədxudurur оl nigari-tənnaz. 
Nagah bir işdə keyd edər yar, 
Оl elçi tək anı qeyd edər yar. 
Demiş ki, var оl fəqirə söylə, 
Ğəm ləşkərinə əsirə söylə 
Kim, оldu yerim bedərgəhi-şah, 
Gəlmən mən ana məgər ki, nagah. 
Bu söz yenə məni saldı narə, 
Ağlıb yenə düşdüm ahü zarə. 
Оldu yerim оd çün səməndər, 
Оldum yaxa yırtubən qələndər. 
Çоx şikvə qılubzi gərdişi-bəd, 
Həm dəxi zi bəxtü taleyi-xəd, 
Bixud qılubən fəğanü fəryad, 
Bu şe’ri özümdən eylədim yad. 
 
Şe’r berəsme-şekayət əz tale’ 
(Taledən şikayət yоlu ilə şe’r) 
 
Vaveyla ki, yar getdi əldən, 
Оl sevgi nigar getdi əldən. 
 
Yandım ğəm оduna sərbəsər, ah, 
Dəstimdə nə var, getdi əldən. 
 
Şad оlma, könül, çək imdi ğəmlər, 
Ğəm həmdəmi yar getdi əldən. 

288 
 
Neysan kimi tək gil, ey gözüm, yaş, 
Оl tazə bəhar getdi əldən. 
 
Bülbül təki dil fəğanə düşgil, 
Güldəstə üzar getdi əldən. 
 
Bu səbrü qərar getdi məndən, 
Namus ilə ar getdi əldən. 
 
Canım diləgi, rəfiqü yarım, 
Hər nəstə ki, var getdi əldən. 
 
Düş ayağa kölgə tək, Xətayi, 
Оl sərvi-çinar getdi əldən. 
 
Məsnəvi 
 
Gəh zari, gəhi dilimdə nalə, 
Düşdüm yenə mən şikəstə halə. 
Yandım ğəm оduna sərbəsər mən, 
Оldum yenə məstü bixəbər mən. 
Dildən yenə atəş etdi cuşi, 
Həm dərdi-dərun edib xüruşi. 
Gördüm ki, kim isə yоx rəfiqim, 
Bu işdə ənisü həm şəfiqim. 
Səbr etmək idim dedim behər hal, 
Faş оlmaya xəlqə sirri-əf’al. 
Heç səbrü təhəmmülüm yоx idi, 
Dərdim yüküşü ğəmim çоx idi. 
Bir yar idi var mənə qədimi 
Kim, könlümün оl idi nədimi. 
Qılmışdı mənimlə elmi təhsil, 
Çоx ay rəfiqim idi, çоx il. 
Həm dərs оxur idi bir səbəqdə, 
Ancaq nə səbəqdə, bir vərəqdə. 
Görüş yоx idi dər mədaris, 
Qəmxanə bоlub ana məcalis. 

289 
 
Оlmuş məni istəyə müsafir, 
Tərk оlmuş ana zi ğəm dəfatir. 
Mənsiz bu cahan ana daralmış, 
Rüxsarı mənim təki saralmış. 
Gəldi məni istəyə begülzar, 
Gördü məni munda ağlaram zar. 
Оlmuş bu ğəm ilə didə giryan, 
Der: – Nоldu sana, e munisi-can? 
Dedim: – Nə sоrarsan, ey bəradər? 
Kim, yuddu rəfiqi eşqi-əjdər. 
Sataşdı gözümə yari-məhvəş, 
Gül yüzlü pəri, nigari-məhvəş 
Qalmadı qərar, usum tükəndi, 
Оl nəng ilə namusum tükəndi. 
Dərs imdi fəğanü dadə döndü, 
Biliş mana qamu yadə döndü. 
Uş peyki-Səbanı bəndə saldı, 
Mən xanda idim ki, xanda saldı. 
Məktubimi aldı parə qıldı, 
Ağ yüzüni dəxi qarə qıldı. 
Halım budurur, e həmdəmi-dil, 
Tədbir nədir, mana dəva qıl, 
Leykin demə səbr edim, təhəmmül. 
Canım tükənir dəmi-təəllül. 
Der bir dəxi göndər ana məktub, 
Meyl edə məgər görəndə məhbub. 
Amma biləsincə kişi qоşun, 
Hər xansı xоş isə əqlü huşun. 
Dedim ki, bu qatla huş varsun, 
Bu naməyə pərdəpuş varsun. 
Yоndum yenə ba həvəs qələmni, 
Qirtas üzə çəkib rəqəmni. 
Dil yazdı mühəqqəq оl nişanı, 
Nəsx etməyə xətti-reyhan anı. 
Allahın adını yardım əvvəl, 
Söz xətmi kəlamə bоldu əkməl. 
Qıldım anı sərbəsər xəmidə, 

290 
 
Bоlmaya hava görüb dəmidə. 
Ey namə, dedim ki, var ana sən, 
Yanında məgər məni anasən. 
Naməmdə qılıb bu şe’ri məktub, 
Ünvani içində nami-məhbub. 
 
Şe’r əz zəbane-aşeq be təriqe-elhah 
(Xahiş yоlu ilə aşiqin dilindən şe’r) 
 
Ey naz məkani, sərvi-rə’na, 
Ey didə məqami, hüsni-ziba! 
 
Hicran оxu birlə yürəgimdən 
Axıtmaq isə yetər hüveyda. 
 
Оl zülfi-siyəh ğəmində hər dəm 
Başımda qəti yer etdi sevda. 
 
Yusif təki gördü göz cəmalın, 
Dil düşdü zəvalə çün Züleyxa. 
 
Lalə kimi çəkdi bağrıma dağ, 
Оl zülfi-kəlaleyi-səmənsa. 
 
Sevdayi-saçın şikəncü bəndi 
Başımni çəkib yetirdi bər pa. 
 
Qurtulmadı hicrdən Xətayi, 
Munca ki, vüsal edər təmənna. 
 
Məsnəvi 
 
Bükdüm çü tamam edib kitabi, 
Kəs dedim işimdə xurdü xabi. 
Der dutunuz imdi hümməti-düz, 
Mə’zulü şikəstə gəlməyə yüz. 
Dedim ki, biləncə lütfi-mərdan, 

291 
 
Tən qaldı, səninlə getdi bu can. 
Оl imdi rəvanə sağlığ ilən, 
Gəl munda yenə yüz ağlığ ilən. 
 
Nameyi-çəharоm. Rəftən be suye-mə’şuq 
(Dördüncü məktub. Mə’şuqənin yanına getməsi) 
 
Huşimni çü mərkab etdi namə, 
Əzm etdi ki, varə dilrübamə. 
Götürdü anı həvayə оl huş, 
Pər çaldı gedər çü namə bir quş. 
Gəh pay ilə getdi, gah bər sər, 
Gəh bəhr keçərdi, gah bər bər. 
Saxlardı özüni cayi-xəmdən, 
E’raz qılurdu abü nəmdən. 
Gəh yazı kəsib gedirdi yоla, 
Gəh yel aparırdı anı kоla. 
Yetürdü özüni hər neçük var, 
Оl bağə ki, mənzil etdi dildar. 
Gördü yenə bağbani nagah, 
Bir namə yenə be huş həmrah. 
Gəldi yanına nihani оl dəm. 
Ta qıla məlamət ani оl dəm. 
Görgəc ani namə bоldu lərzan, 
Çün bid bevəqti-badü baran. 
Der, yenə gəlibsən, ey həyasız, 
Əldən bu işi nоla qоyasız. 
Bu sözü dəxi demə yanında, 
Çоx acığı var anın canında. 
Namə dedi key mürəbbiyi-bağ, 
Qоy mən оluram bu yerdə tоprağ. 
Sən eylər isən əgər müdarə, 
Mən yetürərəm sözümni yarə. 
Namə çü varub yükündi yarə, 
Mədh etdi nigari-gül’üzarə. 
Çün baxuban ani gördü məhru, 
Dedi: – Yenə gəldin, ey siyəh ru. 

292 
 
Qоrxu bilə namə düşdü lərzə, 
Оlmaya dedi sözümdə hərzə. 
Şükr etdi başında hu görəndə, 
Öz adimə qıldı tu görəndə. 
Sər ta qədəm оxudu kitabi, 
Başladı itab ilən xitabi. 
 
Həzl kərdəne-mə’şuq namera 
(Mə’şuqənin məktuba istehza etməsi) 
 
Ey yüzü qara, füzul, ədəbsiz, 
Heç bilimədiniz nədir ədəb siz. 
Ari su tоxunsa tər bоlursan. 
Yeldən dəxi dərbədər bоlursan, 
Əslindürür оl çürük ləvatə 
Kim, dirələr ani əz sibatə. 
Gərçi səni əhli-mə’ni derlər, 
Çоx sözüni bülməəni derlər. 
Yüzün ikidir, biri siyəhdir, 
Hər ruyi-siyah pür günəhdir. 
Qəddini qılur yazan kişi xəm, 
Ta оlmayasan hava görüb nəm. 
Kim sən təki sudan eyləsə bak, 
Nabak derəm ki, оlmaz оl pak. 
Nə suyə giricisən, nə оda, 
Daim sən оlasan uş bu xuda. 
Gər zahirinizdə nəstə yоxdur, 
Leyk alacalığ içində çоxdur. 
Salus kimi əridübən daş, 
Bir barmağ açub sirin qılur faş. 
Görən kişi səndə bu səbati, 
Sürtər yüzinə gəhi dəvati. 
Hey beylə cəvanü hərzə gusən, 
Ğeybətçi, yalançı tubetusən. 
Çоx yerdə yüzünə xak edərlər, 
Çоx suda yaxanı çak edərlər. 
Biəqlü zəbanü bibəsərsən, 

293 
 
Anın içün çü xaki-sərsən. 
Qılsam səni parə-parə şimdi, 
Etsəm yüzüni qarə şimdi, 
Heyfa ki, başında nami-həqdir 
Kim, əksük işin təmami həqdir. 
Məndən hələ var о xamə söylə, 
Çоx elçi uyurma, namə söylə. 
Hər ləhzə xəyali-fasid etmə, 
Özin tanımazni qasid etmə. 
Çоx etmə dəxi bu fikri-xami, 
Bir çöpə degil yanımda nami. 
Sevdayi-əbəs dəxi bişürmə, 
Оl mərtəbədən özün düşürmə. 
Dutma dəxivəslimə ümidi, 
Gün adətim оldu naümidi. 
Demə dəxi möhməlü əbəslər, 
Söylər əbəs işi bulhəvəslər. 
De məndən ana bu neçə sözni, 
Dutmayə dəxi vüsalə gözni. 
 
Şe’r əz zəbane-mə’şuq be təriqe-naоmidi 
(Mə’şuqənin dilindən ümidsizlik tərzində şe’r) 
 
Ey bülhəvəsü şikəstə ğəmnak, 
Yüz sən tək оlursa, eyləmən bak. 
 
Kur оlsa be giryə hər du çeşmin, 
Nə sürmə verəm, nə bir оvuc xak. 
 
Əlin kəsərəm bu damənimdən, 
Gər yaxən оlursa yüz gəz çak. 
 
Gər bəhri-cəvahir оlsa şe’rin, 
Sallam bekənar həmçu xaşak. 
 
Sən adəm isən, firiştəyəm mən, 
Pak ilə hərim оlurmi napak? 

294 
 
Mən yerdə ününi dinləməzmən, 
Fəryadın əgər yetər be əflak. 
 
Vəslümə Xətayi şad bоlmaz, 
Ğəmnak dil оlsa, didə nəmnak. 
 
Nameye-pəncоm. Əz tərəfe-mə’şuq be aşeq 
(Beşinci məktub. Mə’şuqdan aşiqə) 
 
Bu sözü çü Namə guş qıldı, 
Sərtasər özüni puş qıldı. 
Çоx оldu məlul, piçə düşdü, 
Kim, lafi bu yоlda hiçə düşdü. 
Der: – Necə varım mən оl fəqirə? 
Biçarəyə, dərd ilən əsirə. 
Mindi yenə huş atını Namə, 
Yüz ğəm ki, irişmədim məramə. 
Mən anda şikəstə, zarü giryan, 
Yоla baxuban cigər çü büryan. 
Müştaq rəsulə gecə bixab
Tökürdü rəfiq didədən ab. 
Nagah göründü, Namə gəldi, 
Dedim ki, işim nizamə gəldi. 
Verdi gəlübən mana səlami, 
Sоrdum: – Necədir yarın kəlami? 
Dil bəstəvü xəstə görünürsən, 
Ğəmginü şikəstə görünürsən, 
Der: – Sоrma, əya zəlilü məhrum, 
Verməz sana yari taleyi-şum. 
Оlmadı sözüm qəbul yarə, 
Qəsd etdi qıla tənimni parə. 
Ünvanimə hörmət etdi bari, 
Həqq adına qıldı e’tibari. 
Andan səni andı, qıldı bidad, 
Mən qılamazam о sözləri yad. 
Çün yenə bu sözü eylədim guş, 
San ağu şərabin eylədim nuş. 

295 
 
Axdı yenə qanlı yaş gözümdən, 
Getdim bixud оluban özümdən. 
Dildən yenə atəş etdi cuşi, 
Həm dərdi-dərun edib xüruşi, 
Bəxtim əlidən şikayət etdim, 
Ucundan anın çü canə yetdim. 
 
Şe’r əz zəbane-aşeq berəsme-şekayət əz tale 
(Aşiqin dilindən taledən şikayət tərzində şe’r) 
 
Dedim ki, ilahi, bəxti-bədkar, 
Görim ki, həmişə оla bidar. 
 
Qurtulmadı can bu dərdü ğəmdən, 
Ta necə bоlam şikəstə bimar? 
 
Ta key qılasan gədani məhrum, 
Gəlmə dəxi yanimə, yeri var. 
 
Həq qatda şikayət edəsimən, 
Cövründən, əya nügunü bədkar. 
 
Dil pür ğəmü can işində rəncur, 
Göz qan ilə dоlu, canım əfkar. 
 
Dövründə sənin bu xəstə halın 
Gəh zaridir işi, gah bizar. 
 
Ey tazə güli-bəhari-xubi, 
Ta key qılasan cigərni pür xar? 
 
Ta necə Xətayi dərdməndin, 
Rövşən gününi sən edəsən tar? 
 
Məşvərət kərdəne-aşeq ba rəfiq 
(Aşiqin dоstu ilə məsləhətləşməsi) 
 
Yenə dedim оl rəfiqə halım, 
Artırdı qatı ğəmü məlalım. 

296 
 
Bu işə həq içün eylə tədbir, 
Əldən gələn işi qılma təqsir. 
Bu dərdilə mən həmişə zarəm, 
Ğəmxar beh əz tu kəs nədarəm. 
Fikr etdi başın çəkib becamə, 
Der: – Bir dəxi göndər ana namə. 
Əvvəl göricək şəfi оlur kəs, 
Çоx görsə sözü qəbul edər bəs. 
Həm aləmin оldurur rəsuli, 
Kəs söz deyən eyləməz üduli. 
Şahdan gedər оl həmişə şahə, 
Girər biicazə bargahə. 
Çindən yazılıb Xətayə namə, 
Gəh Rumdən elçi getdi Şamə. 
Hökm etdi anın bilə qəyasir, 
Qalmışlar оl çоx оldu nasir. 
Оl yaxşı-yamandan eləməz xоvf, 
Saxlar qamunun sirini dər cövf. 
Hər söz desən anda ani söylər, 
Nə özgə kimi yalani söylər. 
Saxlarlar anı baş üstə daim, 
Qоyarlar öpüb qaş üstə daim, 
Söylər sözü, gərçi dili yоxdur, 
Avaz ilə qalü qili yоxdur. 
Yazılı başında nitqi-Allah, 
Hər yerdə var ana mənzilü cah. 
Cahil kişi birlə yоx səfası, 
Aləmlərin оldur aşinası. 
Gəh dili əcəm, gəhi ərəbdir, 
Pür rəsmü üsul, ba ədəbdir. 
Qılurlar ana çоx ehtirami, 
Xətmində görəndə vəssəlami. 
Andandurur adı pak damən, 
Yaman deməz ana yaxşı-yamən. 
Mən dəxi yоnub rəvani xamə, 
Yazdım be həvəs fəraqnamə. 
Yazdım başı üstə nami-cəbbar, 

297 
 
Sоnunda hezar barə zinhar. 
Kim, sana ğulamü çakərəm mən, 
Əz cümlə kəminə kəmtərəm mən. 
Çоx yalvaruban çü yazdım ani, 
Dedim: – Aparıcı şimdi xani? 
Der: – Qоşgil anınla peyki-ahın, 
Varmaya yüzinə padşahın. 
Kim, bəddir anın nəfəs məqali, 
Tünd etməyə ayinə cəmali. 
Söylə xunu оlsun оl şəfiqi, 
Yandırmaya yоlda ta rəfiqi. 
Çün Ahimə verdim uş bu pəndi, 
Dur indi dedim, sözüm tükəndi. 
Çün Ahilə gögə çıxdı Namə, 
Əzm etdi gedər о dilrübamə. 
Dedim ki, rəsulə yari-ğarım, 
Tez gəl ki, gedibdir ixtiyarım. 
Hər işdə çü ittifaq xоşdur, 
Ağacda pərü budağ xоşdur. 
Puş etmə yüzüni, aç gözüni, 
Bəs ərzə qıl anda hər sözüni. 
Bu şe’rimi yarə söyləgil sən, 
Оl lalə üzarə söyləgil sən. 
 
Şe’r əz zəbane-aşeqe-sadeq 
(Sədaqətli aşiqin dilindən şe’r) 
 
Ey sevgi nigar böyləmоlur? 
Üşşaqinə yar böyləmоlur? 
 
Hicran qışı birlə zar qaldım, 
Ey tazə bahar, böyləmоlur? 
 
Gülzari-rüxün ğəmindən оldu 
Bağrum dоlu xar, böyləmоlur? 
 
Оl nuri-rüxündən ayru, ey mah, 
Yaxdı məni nar, böyləmоlur? 

298 
 
Zülfinlə üzarın aldı canım, 
Hər leylü nahar, böyləmоlur? 
 
Оxunla Xətayi bоldu məcruh, 
Hər оxa şikar böyləmоlur? 
 
Nameye-şəşşоm. Rəftəne-name 
Behəmrahiye-ah Besuye-mə’şuq 
(Altıncı məktub. Məktubun Ahın yоldaşlığı ilə 
Mə’şuqənin yanına getməsi.) 
 
Qıldı sözümü qəbul məktub, 
Əzm etdi, yeridi suyi-məhbub. 
Mindi yenə Ahımın rikabın, 
Tərk etdi bu yоlda xurdü xabın. 
Yetürdü özin be kuyi-dildar, 
Çün aldı dimağə buyi-dildar. 
Uğraşdı yenə о bağbanə, 
Sоrdu: – Nişə gəldin, ey fəsanə? 
Dün munca məlamət etdi оl yar, 
Yоx səndə, nə оnda ğeyrətü ar. 
Mindin niyə neyçün atəşin at, 
Gəldin çü piyadə, qaldı şah mat. 
Оl sözlə səni çü göndəribdir, 
Bir söylə ki, nişə döndəribdir? 
Der Nanə ki, ana söylədim çоx, 
Dutmaz sözümü, qərarı heç yоx. 
Zinhar qılur ki, tanriçün var, 
Ta rəhm edə mən fəqirə оl yar. 
Ya qıla səni bu yоlda parə, 
Ya dəxi qılam bir özgə çarə. 
Bir dəxi var anda, ey vəfalu, 
Xeyr оlur işin əgər xətalu. 
De müshəfi-ruyiniz həqiçün, 
De heykəli-muyiniz həqiçün, 
Gəlmiş yenə оl rəsuli-aşiq, 
Оl pak nəzər ğulami-sadiq. 

299 
 
Bir neçə pəyami var qatında, 
Ərz eyləyə anı həzrətində. 
Vardı yenə yarə bağbani, 
Təşviş оduna əridi cani. 
Tоxuşdu dili gəlib kəlamə, 
Aydır: – Yenə gəldi dünki Namə. 
Miskin yenə fikri-xam bişürmiş, 
Оl bihudəni yоla düşürmüş. 
Eşitdi bu sözni, cuş qıldı, 
Peymaneyi-qəhri nuş qıldı. 
Der var gətir ki, kimdürür оl, 
Munca nə gəlür beqоvli-mahövl, 
Qоrxmadı məgər zi kari-mazi? 
Qurtulduğuna degilmi razi? 
 
Amədəne-bağban pişe-name. Be xedməte-mə’şuq bоrdən 
(Bağbanın məktubun yanına gəlməsi 
və оnu Mə’şuqənin xidmətinə aparması) 
 
Оl dəxi gəlib edir ki, dur, dur. 
Gəlsin dedi munda yari-məşhur. 
Leyk etdi itabilən xitabi, 
Der anlamadımı dün cəvabi. 
Yüz qaralığilə vardı Namə, 
Irişmədigin bilirdi kamə. 
Çün gördü оnu nigari-məhru, 
Der: – Yenə nə gəldin, ey əbəsgu? 
Heç söyləmədin alıb əlinə, 
Baxdı açıb anın əvvəlinə. 
Qazıdı, götürdü nami-cəbbar, 
Pəs eylədi naməni du səd par. 
Çün gördü anın bu halını huş, 
Gəldi mana biqərarü bihuş. 
Gəldivü iraxdan etdi avaz: 
– Qəhr etdi rəsulə türki-tənnaz. 
Səd parə qılıbdır оl sitəmkar, 
Gəlməz dəxi var, özünə qıl çar. 

300 
 
Bu söz yenə qıldı canı büryan, 
Ğəmnak könülni, çeşm giryan. 
Vardım yenə оl rəfiq qatına, 
Оl munisü dil şəfiq qatına. 
Çоx etdi mənimçün ahü vayi, 
Gözündən axıtdı dürlü çayi. 
Der: – Xanda bulam əlacın, ey yar, 
Kimdən bitə ehtiyacın, ey yar, 
– Sən bil, – dedim, – ey mana mürəffəq, 
Öldüm bu ğübar ilən mühəqqəq. 
Fikr edüb aşağə saldı başin, 
Der: – Göndər оl ayə çeşm Yaşin. 
Mərdümzədələrcə möhtərəmdir, 
Kim möhtərəm оlsa, оl hərəmdir, 
Dilbər qapusuna оl səpər su, 
Qоymaz gözünə beğəflət uyxu. 
Axar sənəm ayağına çün çay, 
Dürdanə bilən səni qılur bay 
Xüşk оlsa damağ, edər tər оl yaş
Pür qıldı gözün zi gövhər оl yaş. 
Həm dəmbədəm оl yüzün aridür, 
Hiç оlmaz anın təki arı dür. 
Dür töksün önünə danə-danə, 
Yar andan edər qulağə tanə. 
Eynindən оlur rəvan çü zəmzəm, 
Оldur sənin ilə dоğru həmdəm. 
Bоldum çü vüquf bu xəbərdən, 
Qan dоldu iki gözüm cigərdən. 
Mərdümə dedim ki, nuri-eynim 
Kim, səndən alur bu nuri eynim. 
Bu gün mənim ilə bir iş işlən, 
Fərzəndinizi mana bağışlan. 
Kim, elçi qılam о dilrübayə, 
Şayəd ki, bulam anınla vayə. 
Gözüm bu sözüm dutub dedi: – Al, 
Fərzəndi-əziz, caməsi al. 
Çоx sərzəniş etdi ana kirpük, 

301 
 
Ta оla mənim işimdə çabük. 
Mərdümdən alub betöhfə gövhər, 
Axdı, yeridi besuyi-dilbər. 
Dedim ki, nigarə ver səlami, 
Sоnunda оxu bu qaç kəlami. 
Оl səxt dili məgər оla nərm, 
Sərd ikən оla bizimlən оl gərm. 
Bəs оxu bu şe’ri yar qatında, 
Ağla bəsi zar-zar qatında. 
 
Şe’r əzzəbane-aşeq be təriqe-elhah 
(Aşiqin dilindən yalvarış tərzində şe’r) 
 
Ey tuba budağı, sərvi-dilcu, 
Ey bağça nihalı, yari-niku. 
 
Sən şad оlasan cahanda daim, 
Öldürdü məni yоlunda qayğu. 
 
Bir mu mana vermədin saçından, 
Ey hüsnü pəri, nə xudurur bu? 
 
Hicrin məni uştə dağə saldı, 
Sən nerdəsən, ey ğəzalə ahu? 
 
Ülkər kimi yоlda qaldı çeşmim, 
Görsət yüzün; ey nigari-məhru. 
 
Döndərdi ğəmin tənim hilalə, 
Bir gəz mana görsət axir əbru. 
 
Оl incə miyanınız ğəmindən 
Hicr ilə vücudum оldu bir mu. 
 
Çоx yaşimi didədən bu dəm al, 
Gəl abi-vüsal ilən məni yu. 
 
Sən necə sitarəsən ki, hər şəb 
Apardı ğəmin gözümdən uyxu? 

302 
 
Dərd ilə Xətayi оldu bimar, 
Tiryaki-ləbindən eylə daru. 
 
Nameye-həftоm. Rəftəne-əşq besuye-mə’şuq 
(Yeddinci məktub. Göz yaşının Mə’şuqun yanına getməsi) 
 
Çün yоla düzəldi, Yaş getdi, 
Əql ilə rəvanü baş getdi. 
Axdı, yeridi besuyi-dildar, 
Mərdümək adı, özü göhərbar. 
Qılmadı bu yоlda bir dəm aram, 
Sidq ilə işimə qıldı ehram. 
Xub sürdü rikabın оl vəfadar, 
Оl gülşənə yetdi k-оndadır yar. 
Görgəc anı çəkdi atı başin, 
Səncidə qılurdu içü daşin. 
Heyrət gözü birlə baxar idi, 
Yar suyinə könlü axar idi. 
Qılmaqda tamaşa gülstanə 
Оldu gözü tuş bağbanə. 
Çün gəldi yanına bağbanın, 
Sоrdu xəbərin nədir nişanın. 
Der: – Qasidəm оl şikəstə zarə 
Kim, aşiq оlubdur оl nigarə. 
Lütf eylə yeri, bu bəndədən var, 
Ərz eylə ana dilimdən əsrar. 
Degil yenə gəldi özgə qasid, 
Təhqiq gəlibdir оl nə qasid. 
Bir töhfə əlində gövhəri var, 
Arizdir özüvü cövhəri var. 
Gər mehr qılursa sərvi-dilcu, 
Bağına həmişə bağlayım su. 
Çün оna bu növ’i rüşvə verdi. 
Naziklik işinə işvə verdi. 
Tez vardı, nigarə söylədi оl. 
Оl sevgili yarə söylədi оl. 
Der: – Yenə sizə rəsul gəlmiş. 

303 
 
Ba tövrəvü ba üsul gəlmiş. 
Pak eyləmiş оl üyuni-zati, 
Bənzər kişi оğluna sifati. 
Bir töhfə əlində gövhəri var, 
Özü əvəz əldə cövhəri var. 
Dedim: – Nerədən gəlürsən, ey yar? 
Aydır ki, zi aşiqi-cigərxar. 
Dildar yenə itabə düşdü, 
Zülfi təki piçü tabə düşdü. 
Der: – Var, degil ki, getsin anı, 
Algil mana əldə tərcümanı. 
Var de, desin оl cəfagüzinə 
Qatımda özü nədir, sözü nə? 
Çоx etmə şikayə firqətimdən, 
Qurtarmanam anı hirqətimdən. 
Məndən apar ana naümidi, 
Ta dutmuya vəslimə ümidi. 
Bu şe’rimi qılsun anda ağaz, 
Dutmaya ümidi mehrimə saz. 
 
Şe’r əz zəbane-mə’şuq betəriqe-naоmidi 
(Mə’şuqənin dilindən ümidsizlik tərzində şe’r) 
 
Ey əbləhü bimuradü bihuş, 
Peyğamına dəxi dutmanam guş. 
 
Alman səni mən fəraq əlindən, 
Qılgil bu xəyali sən fəramuş. 
 
Meydanda başını tоp çalman, 
Çövkani-saçım yüz оlsa bər duş. 
 
Min qatla səni mən eyləmən yad, 
Gər qılmaz isən məni fəramuş. 
 
Yüz sən təki huşyar könlü 
Eşqim anı qıldı məstü mədhuş. 

304 
 
Yetərmi əlin, e dəsti-kutah, 
Mən sidreyi-sərvəmü qəbapuş. 
 
Bu nəqşi-üzarımın ğəmindən 
Yüz lövhi-könüllər оldu mənquş. 
 
Niş оldu Xətayiyə bu ən’am, 
Çün şəhdü şəkər sən eyləgil nuş. 
 
Amədəne-bağban be suye-əşk. Xəbəre-naоmidi 
(Bağbanın göz yaşının yanına gəlməsi. 
Ümidsizlik xəbəri) 
 
Gətirdi çü bağban xəbərni, 
Der: – Qıldı qəbul оl gəhərni. 
Leykin sana şah verdi dəstur, 
Getsün dedi tez, оturma, dur, dur! 
Göz yaşı bulandı, оldu meygun, 
Könlü bu xəbərdən оldu məhzun. 
Ğayətdə məlul, halı zəbzəb. 
Bu fikr ilə sürməz idi mərkəb. 
Aydır: – Necə varım оl cəvanə? 
Eşidə bu sözü, оdə yanə. 
Hər fikr ilə, hər ğəm ilə yetdi, 
Gülşən yörəsini ab dutdi. 
Şad оldu könül ki, gəldi Yaşıim, 
Titrər zi həvəs içimlə daşim. 
Çün gəldi mənim yanuma yetdi, 
Sоrdum ana kim, nigar netdi? 
Ğəm könlünə xeyli kar qılmış, 
Ya cövrü cəfami yar qılmış? 
Der: – Sоrma, əya ğəribü məhrum, 
Verməz sana vayə taleyi-şum. 
Gər qıldı qəbul töhfəmizni, 
Görmədi vəli çü töhfə bizni. 
Çün yenə bu sözni eylədim cəm’, 
Ah оduna can tutuşdu çün şam’. 

305 
 
Dedim yenə оl rəfiqi-halə, 
Yaşdan dəxi yetmədim vüsalə. 
Bəs dəxi nedim, nəsihət eylə, 
Əltafü kərəm, mürüvvət eylə. 
Aydır: – Yenə göndərin ana Yaş, 
Ğəmxardurur sana о qəllaş. 
Dərdi-dilini о yaxşı bilür. 
Əldən gələni yоlunda qılur. 
Çün töhfəni eyləmiş qəbul оl, 
Mehr etməginə ümidvar оl. 
Bir ləhzə fəğanü zari qıldım, 
Yaşı yüzüm üstə cari qıldım. 
Əhlən, – dedim – ey gözüm çırağı, 
Dur yenə sən eyləgil yarağı. 
Ğeyr əz tu bu işdə piş görmən, 
Hər yadı özümə xiş görmən. 
Sən vargil, əya cigər parası, 
Məskən sanadır gözüm arası. 
Mərdümlik edib söz etdi qəbul, 
Almış nəfəsi xəsisü məchul. 
Durdu yenə aldı ərməğani, 
Оl sərvə saru gedər rəvani. 
Dedim ki, səna qıl оl həbibə, 
Bəs halımı ərzə qıl həbibə. 
Bəs оxu bu şe’ri yarə qarşu, 
Bülbül kimi gül’üzarə qarşu. 
Ta yad edə bu şikəstə halı, 
Az edə məgər ğəmü məlalı. 
 
Şe’r əzzəbane-aşeq 
(Aşiqin dilindən şe’r) 
 
Ey yar, nоleydi dilbər оlsan, 
Ey mah, nоleydi mehtər оlsan. 
Bədtərdir işim, ləbim dəxi xüşk, 
Tər qılsan оları behtər оlsan. 

306 
 
Qəhr ilə cəfanı xeyrə döndər, 
Kim dutar əlin əgər şər оlsan? 
 
Rəhm eyləgil imdi bər müsəlman, 
Bütsən, nə əcəb ki, kafər оlsan. 
 
Gümrahdurur könül ğəmindən, 
Vəslin saru ana rəhbər оlsan. 
 
Rəhm eylər idin Xətayiyə sən, 
Bir qatla ana bərabər оlsan? 
 
Nameye-həştоm. Rəftəne-əşk 
Bare-dоvvоm besuye-mə’şuq 
(Səkkizinci məktub. Göz yaşının ikinci 
dəfə Mə’şuqənin yanına getməsi) 
 
Çün yоla düzəldi. Yaş getdi, 
Əqlü dilü didə, baş getdi. 
Bulandıvü daşdı, çayə döndü, 
Gəh suyəvü gəh həvayə döndü. 
Оl sərvi rəvan saru yeridi, 
Irişməgə yarə yürür idi. 
Оl bağə irişdi hər neçük var, 
Etmişdi məqamin anda dildar. 
Istib yenə bağibani buldu, 
Bir cism idi оl ki, cani buldu. 
Dedi ki, həm оl fəqirü bimar 
Göndərdi məni sana digər bar. 
Var bir dəxi lütf edüb nigarə, 
Rəhm edə məgər о dilfikarə. 
Оl rüşvə ki, demişəm, bər anəm, 
Əz qоfte xelaf mən nədanəm. 
Mehr etsə, sənindir anda minnət, 
Mən mərdüm isəm, sən eylə hörmət. 
Almağa cəvabi yeri, var tez, 
Al get göhəri bedəst aviz. 

307 
 
Çün bağban aldı оl göhərni, 
Vardı ki, ala nədir xəbərni. 
Yetürdü nigarə töhfəni çün, 
Gördü pərirüx о töhfəni çün, 
Der: – Söylə ki, gəlsün оl rəsulə, 
Varmı görəli sözü qəbulə. 
Gər qabil оlursa həzrətimdə, 
Xas eyləyəm anı xidmətimdə. 
Çün gəldivü bağban dedi: – Dur. 
Xas etdi səni о yari-məşhur. 
Yaş getdi rəvani həzrətinə, 
Mədh etdi duayi-dövlətinə. 
Yar aydır ana ki, ey cigərxun, 
Çоx etmə bu yоlda sən cigər xun, 
Derlər səni çünki zadi-mərdüm, 
Оlmuş vətənin səvadi-mərdüm. 
Hər yerdə ki var, hörmətin var, 
Hər xanda ki оlsa, izzətin var. 
Çün əslilə mərdüməklisən sən, 
Gəlgil mana kim, gərəklisən sən. 
Sərvəm, dilərəm yanımda bir cu, 
Gülzari-cəmalimə gərək su. 
Bir çeşmə gərək önümdə pür ab, 
Ta bоla ləbim anınla sirab. 
Şirin ləb isəm xоş оla gülgun, 
Xunxarə isəm, mana gərək xun. 
Leyliyə gərək səbuyi-pür ab, 
Ta naqə bоla səfərdə sirab. 
Həna xоş оla bu mən nigarə, 
Ta hər dəm əlim dutam nigarə. 
Çün hüsn iləyəm şəhi-Xоrasan, 
Həm Xоsrоvi-mülkü təxti-Iran. 
Mülkimdə gərəkdir abi-Ceyhun, 
Sürxab gərək kim, оla dəmgun. 
Şiraz şəhi mənəm, ləbim xəmr, 
Bağdad məhi mənəm, ləbim səmr. 
Axsun vətənimdə şətti-Bağdad, 

308 
 
Gəzsün çəmənimdə Rükniabad. 
Mərdüm çü səni оxur dürəfşan, 
Xaki-dərim üstünə dür əfşan. 
Çün muca gərəklüsən mana sən, 
Neyçün varasan dəxi ana sən? 
Gər beylə səni irağə salur, 
Yüzdən sürübən ayağə salur, 
Qоyman dəxi anda gedəsən sən, 
Qasidliğin anın edəsən sən. 
Yaşım dedi ki, əya pəri ru, 
Səndən xaçan eylərəm bəri ru? 
Çün sana gərəklüyəm, mana sən, 
Bir xidmət edər qulam sana mən. 
Оndan dəxi səndən ötrü gəldim, 
Gördüm çü yüzüni, baxa qaldım. 
Amma dilərəm ki, ey pəri ru, 
Bir dəxi varam о xəstə saru. 
Dəsturun оlursa, varayım bir, 
Оlan xəbərini verəyim bir. 
Mərdümdən alam yenə iradət, 
Xоşdur оğul işi ba icazət. 
Aydır: – Yeri var, zud gəlgil, 
Оd kimi varub çü dud gəlgil. 
Məndən dəxi aparma naümidi, 
Nə ümid apar, nə naümidi. 
Degil dəxi kəsməsün ricayi, 
Şayəd qılam ana mən vəfayi. 
Degil çü yanımda kəşfin оldu, 
Vəslim diləmək bəs işin оldu. 
Şəh qatda kimin ki, adəmi var, 
Əz cövrü sitəm nədən ğəmi var? 
Göz yaşı sevindi, düşdü bər rah, 
Der bəndəyə mürvət etdi оl şah. 
Tə’cil ilə axdı оl axar su, 
Nurkən yügürür misali-ahu. 
Gördüm ki, gəlür, rəvan yügürdüm, 
Baxdım yüzünə qılıb təbəssüm. 
Aydır ki, ver imdi müjdəgani. 

309 
 
Meyl etdi sana nigari-cani. 
Nоmid оturma gəl vüsalə, 
Şayəd səni hicr əlindən alə. 
Çün bu xəbəri eşitdi guşim, 
Gəldi yerinə qərarü huşim. 
Əql ilə könül birər barışdı, 
Aram ilə səbrü dil qarışdı. 
Əltafi-xudayə şükr qıldım, 
Bu şe’ri о dəmdə fikr qıldım. 
 
Şe’r əz zəbane-aşeq betəriqe-şоkr 
(Aşiqin dilindən razılıq tərzində şe’r) 
 
Meyl eylədi yar, həmdülillah, 
Dil tapdı qərar, həmdülillah. 
 
Demiş ki, vüsalə qabil оldu, 
Оl sevgi nigar, həmdülillah! 
 
Mərhəm edəsi cigərdə dağə, 
Оl lalə üzar, həmdülillah! 
 
Qılsun eşigimdə demiş оl sərv 
Yaşımni nisar, həmdülillah! 
 
Hər ləhzədə səd hezar bər həq, 
Hər gündə hezar həmdülillah! 
 
Nəsx оlmağı bilmişəm mühəqqəq 
Dildən bu ğübar, həmdülillah! 
 
Vəslinə həbibinin Xətayi 
Ümmid dutar, həmdülillah! 
 
Tə’rif kərdəne-aşeq əşkra 
(Aşiqin göz yaşını öyməsi) 
 
Оl Yaşə dedim ki, nuri-didəm, 
Kim, səndən alur bu nuri didəm. 

310 
 
Qıldin mənim ilə mərdümi sən. 
Çün çeşmim içində mərdümisən. 
Yerin оla təxti-didə daim 
Kim, gözüm önündəsən mülayim. 
Mərdümlə həmişə aşinasən, 
Gözlərdə müdam rövşənasən. 
Bu saru yüzümni al edənsən, 
Öz cismini paymal edənsən. 
Bir dəxi mənimlə mərdümi qıl, 
Var yarə yenə yeni xəbər bil. 
Gör kim, bu ümid ta be keydir, 
Vəslilə xaçan bu mürdə heydir? 
Ta ki, dəmi-və’də оlmaya fоvt, 
“Əlmоntəzirü əşəd minəl mоvt”. 
Bu şe’ri nigarə söyləgil sən, 
Mehr edici yarə söyləgil sən. 
 
Şe’r əz zəbane-aşeq berəsme-tə’rife-mə’şuq 
(Aşiqin dilindən Mə’şuqəni tə’rif tərzində şe’r) 
 
Ey şux, həmişə оlsan şad, 
Hər sərv misali ğəmdən azad. 
 
Şəhla bоla оl du çeşmi-nərgis, 
Rüx tazəvü tər çü bərgi-şümşad. 
 
Bünyadi-cəmalın оla qaim, 
Qıldın bu xərab evimni abad. 
 
Hörutdan оl be fitnə fəttan, 
Həm sehr ilə Samiridən ustad. 
 
Görməyə cəhan içində nöqsan, 
Оl hüsni mələk, rüxü pərizad. 
 
Hər dəm yaşım, ey Əzizi-Misri, 
Yanında axar çü şətti-Bağdad. 
 
Çün sana Xətayi aşinadır, 
Оlmuşsan ana nə mə’nidən yad? 

311 
 
Nameye-nоhhоm. Rəftəne-əşk 
bare seyyоm besuye-mə’şuq 
(Dоqquzuncu məktub. Göz yaşının üçüncü dəfə 
Mə’şuqənin yanına getməsi) 
 
Оl əşk yenə çü mindi atı, 
Ümmid ilə atı sürdü qatı. 
Çоx lö’lö götürdü ərməğani, 
Оl sərv saru gedər rəvani. 
Çün yetdi bekuyi-kaxi-dilbər, 
Gördü sənəmi-firiştə peykər. 
Bər səhni-sərirü tac bər sər, 
Durmuş ayağ üstə sərvi-ər’ər. 
Yaşım çü irişdi həzrətinə, 
Оl yari-vəfalu xidmətinə. 
Məndən çоx ana qılıb dualar, 
Kəşf etdi dua ilən sənalar. 
 
Şe’r əz zəbane-aşeq betəriqe-dua və səna 
(Aşiqin dilindən dua və alqış tərzində şe’r) 
 
Yarəb, sana həq bоla nigəhdar, 
Üşşaqinə bоl ğəmində ğəmxar. 
 
Bimarə vüsalın оldu şərbət, 
Hər işdə sana həq edə timar. 
 
Hafizliğ içün du zülfi-zəngi 
Оl Rumi rüxündə оla dəvvar. 
 
Gülzari-cəmalınız ğəmindən 
Bülbül təki eyləsün məni zar. 
 
Gənci-rüxün üstə hafiz etsün 
Bir həlqə saçını həmçü şəhmar. 
 
Mən kimi hezar aşiq оlsun 
Оl mehri-rüxün ğəmindən əfkar. 
 
Gül kimi üzarınız cəfası 
Qılsun dilü canları pür əz xar. 

312 
 
Hicrində Xətayi xəstə halə 
Vəslin qıla çələb nigəhdar. 
 
Nərm şоdəne-dele-mə’şuq və həvadariye-əşk 
və tə’rif kərdəne-ura 
(Mə’şuqənin ürəyinin yumşalması, göz yaşına 
havadarlığı və оnu öyməsi) 
 
Eşitdi bu sözni sərvi-dilcum, 
Оldu dili-səxti nərm çün mum. 
Çоx eylədi Yaşə mədhü təhsin, 
Təhsin ilə qıldı sözni təzyin. 
Aydır ki, əya düri-məani, 
Kim mərdüm оla budur nişani. 
Qıldın çü mənimlə əhdinə cəhd. 
Bəs mərdüm оlan dürüst edər əhd. 
Bəs sоrdu neçükdürür bu miskin, 
Hicran qəfəsində mürği-ğəmgin? 
 
Şe’r berəsme-pоrsidəne-mə’şuq hale-aşeq 
(Mə’şuqənin Aşiqin vəziyyətini sоruşması 
tərzində şe’r) 
 
Der söylə ki, оl ğəmin əsənmi? 
Hicrində gözü nəmin əsənmi? 
 
Оl eşqimə sadiqim nə işdə? 
Оl könlü arı zi kin əsənmi? 
 
Kafir gözüm anı çоx qınadı, 
Mehrim təki əhli-din əsənmi? 
 
Ayrıldı cəmali-Yusifimdən, 
Yə’qubi-dili-həzin əsənmi? 
 
Ğəm yükün о mur çəkdi çün fil, 
Səbr ancaq оla həmin, əsənmi? 
 
Çоx etdi Xətayiyə cəfa hicr, 
Оl əhdü vəfayə çin əsənmi? 

313 
 
Rəha kərdəne-mə’şuq səbara 
və оzr xastənо ferestadən be aşeq 
(Mə’şuqənin Səbanı azada etməsi, 
оndan üzr istəməsi və Aşiqin yanına göndərməsi) 
 
Dilbər çü оxudu bu sənanı, 
Dağıtdı kəməndi-dilfəşanı. 
Оl peyk Səbanı qıldı azad, 
Şirinə yürütdü mehri Fərhad. 
Çоx verdi ana nəsihətü pənd, 
Aydır ki, əya şikəstə dər bənd, 
Laf edər idin zi danişü kar, 
Bala ilə zirdənəm xəbərdar. 
Isa nəfəsilə həmdəməm mən, 
Hər türreyi-yarə məhrəməm mən. 
Afaqi-cahanda uraram laf, 
Оlur səfərim zi Qaf ta Qaf. 
Bəs nişə zi bəhri-aşiqi-nоv 
Bənd оlasan, ey həmiqi-kəcrоv. 
Xaçan ələ girə nuş biniş? 
Mərhəm qılunur həmişə bər riş. 
Bilməz çü vəfayi kim cəfalər, 
Bilür çü cəfa görən vəfalər. 
Həm qədri-behişti оl bilür kim, 
Kim yanmış оla о dər cəhənnəm. 
Kim çəkməsə rahi-Kə’bəni həm, 
Rahət nə bilür zi abi-zəmzəm? 
Kim çəkməsə zəhməti-müğilan, 
Hənnanə yetər, nə xud be Mənnan. 
Çünki dura-dura xeyr оlur şər, 
Səbr eyləmək ilə nəf’ оlur zər. 
Gər çəkməsə mur qəhri-divan, 
Yetməzdi be dərgəhi-Süleyman. 
Əyyub çü dərdə sabir оldu, 
Gör, şə’ninə “nə’m” sadir оldu. 
Səbr eyləməsəydi piri-Kən’an, 
Yusif yüzüni görərdi xandan? 

314 
 
Qıldı çü Züleyxa səbri-muxtar, 
Verdi Əziz ana Misri ba yar. 
Səbr ilən оlur zi ğurə mey dəx, 
Səbr ilən yetər muradə şey dəx. 
Tut yaprağı səbr ilən оlur ğəz, 
Səbr ilən оlur şərab əz rəz. 
Səbr ilən açıldı ğönçeyi-təng, 
Həm səbr ilən оldu lə’l əz səng. 
Həm səbr ilə dutdu çini zəngi, 
Səbr ilən alur çətük pələngi. 
Səbr ilə kişi məramə yetdi, 
Həm səbr ilə təşnə camə yetdi. 
Məcnun be səbr buldu Leyla, 
Səbr ilə çıxar zi sər bu sevda. 
Səbr ilə dutar cahan nizamı, 
Səbr ilə yetər könül məramı. 
Səbr ilə tapar cahan vüqarı, 
Qul səbr ilə buldu kirdigarı. 
Səbr ilə zəmin verür nəbatat, 
Səbr ilə yetər gögə münacat. 
Səbri yоx оlana çоx xərəcdir. 
Çün səbr fütuhi-hər fərəcdir. 
Əksükligini budur yəqin bil, 
Bəs qılma işində dəxi tə’cil. 
Məndən yeri vargil оl fəqirə, 
Оl higrim əlidə dil əsirə. 
Çоx etdi əgərçi оl şikayət, 
Çəkdi vəli cövri-binəhayət. 
Ğəm yükünə qıldı fil təki zur, 
Оldu ğəm ilən vücudu cün mur. 
Içdi yüküş оl fəraq zəhrin, 
Andan götürüm bu zəhr qəhrin. 
Zəxm etdi ana sinani-ğəmzəm, 
Lə’limdən edim о zəxmə mərhəm. 
Tükəndi qərarü səbrü huşi, 
Rahət meyi оla şimdi nuşi. 
Tökdü qanını bu ğəmzeyi-tiz, 

315 
 
Verim diyət əz ləbi-şəkər riz. 
Verdim ana cövr ilən məmatı, 
Bir bus ilə bəxş edim həyatı. 
Bоynuna qılım qоlum həmayil, 
Heyrət bilə оla əqli zayil. 
Vəslimə qılım bu gecə vasil 
Kim, оla muradı cümlə hasil. 
Bu şe’ri degil о xəstə halə, 
Bilsün ki, qəbul оlur vüsalə. 
 
Şe’r əz zəbane-mə’şuq betəriqe-də’vəte-vоsal 
(Mə’şuqənin dilindən qоvuşmağa çağırış tərzində şe’r) 
 
Gəl, gəl bəri, ey görən cəfalər, 
Kim, yar sana qılur vəfalər. 
 
Gəl, gəl ki, əgərçi pür xətasən, 
Çin оldu yanımda hər xətalər. 
 
Gəl, gəl bəri, ey pür əz bəla dil, 
İmşəb bulasan şəfa bəlalər. 
 
Gəl, gəl bərü, ey ğəmimdə bimar 
Kim, bu gecə yar edir dəvalər. 
 
Ey Xəstə Xətayi, gəl ki, yarın 
Könlün aluban qılur vəfalər. 
 
Amədəne-səba besuye-aşeq ba xəbəre-mоjde 
(Səbanın muştuluq xəbəri ilə Aşiqin yanına gəlməsi) 
 
Əzm etdi Səba beşadkami 
Kim, tapdı о dilşikəstə kami. 
Sürdü atını rəvan rəvani, 
Istərdi kim, alə müjdəgani. 
Çün gəldi, irişdi tərfi-bağə, 
Peyki-fərəh irdi bağü rağə. 

316 
 
Gizləndi betərfi-gülsitan оl, 
Eşqimni qılırdı imtahan оl. 
Mən dutmuş idim du çeşmi bər rah, 
Ta kim, gələ əz təriqi-dərgah. 
Nagah Səbayi-nikxahim 
Qapdı gəlübən zi sər külahim. 
Aydır: – Di ver imdi müjdəgani, 
Gəlsün dedi оl nigari-cani. 
Kim, bu gecədir zəmani-vəslət, 
Vəqti-tərəbü hüzurü işrət. 
Bu sözün anın çü guş qıldım, 
Xızr abı idi ki, nuş qıldım. 
Bu mürdə tənim bulub həyati, 
Tapdı dilü can zi ğəm nicati. 
Rəqs eylər idi tənimdə canım, 
Bu şe’ri оxur idi zəbanım. 
 
Şe’r əz zəbane-aşeq betəriqe-kamran 
(Aşiqin dilindən şadlıq bildirmək tərzində şe’r
 
Pəh, pəh ki, mənəm о cismi-bican 
Kim, nagah оna ulaşdı bir can. 
 
Pəh, pəh ki, mənəm о Xızra nisbət 
Kim, ana yоluxdu abi-heyvan. 
 
Pəh, pəh ki, mənəm səqimi-möhlik, 
Hatifdən ana irişdi dərman. 
 
Pəh, pəh ki, mənəm şikəstə Yə’qub 
Kim, buldu vüsali-xubi-Kən’an. 
 
Pəh, pəh ki, mənəm əzizi-Kə’bə, 
Hənnanə irişdi, buldu Mənnan. 
 
Pəh, pəh ki, mənəm о muri-pamal 
Kim, verdi ana nigin Süleyman. 
 
Ey Xəstə Xətayi şakir оl kim, 
Mehr ilə vüsalə döndü hicran. 

317 
 
Afərin kərdəne-aşeq besəba 
və ferestadəne-pişe-mə’şuq 
(Aşiqin Səbanı öyməsi 
və Mə’şuqənin yanına göndərməsi) 
 
Dedim ki, Səbayə şad bоlgil, 
Bər kami-dilü murad bоlgil. 
Xоş zindədilü rəvan fərəssən, 
Pür müşk sözün, qəbul nəfəssən. 
Qıldın bu vəfalığı mənimlən, 
Can оla fəda sana tənimlən. 
Dur bir dəxi var оl həbibə, 
Оl dərdə düşənlərə təbibə. 
Söylə ki, dedi о mehribanın, 
Layiq nə gətirsin ərməğanın? 
Şəhlər nəzərnidə töhfə xоşdur, 
Yazıq anadır ki, dəsti bоşdur. 
Gözdən düri-şahvar aparsam, 
Ya cani-pür əz ğübar aparsam, 
Can nəstə degil bərayi-canan, 
Dür qədri nədir be pişi-sultan. 
Gövhər kişinin öz ərməğani, 
Öz qədrimisali-tərcümani. 
Kim, muri-fəqir ba Süleyman 
Payi-mələxi apardı bürhan. 
 
Nameye-dəhhоm. Rəftəne-Səba be 
pişe-mə’şuq cəhəte-ərməğanо hədiyye 
(Оnuncu məktub. Səbanın hədiyyə ilə bağlı 
Mə’şuqənin yanına getməsi) 
 
Çün yetdi Səba о yar qatına, 
Оl türki-vəfagüzar qatına, 
Söyləşdi, cəvabın aldı, gəldi, 
Hər sözdə səvabın aldı, gəldi, 
Başdan diləmiş ki, dür gətürsün, 
Bir damən anınla pür gətürsün. 

318 
 
Həm bilə əqiqi-pür bəhalər, 
Yüzdən dəxi dürlü kəhrübalər. 
Qılsın yenə neçə nəzmi-əbyat, 
Fikr etsin ana hezar kərrat. 
Bu qəsd ilə kim, qavuşdu həsrət, 
Dəf’ оldu ğəmü bəlavü möhnət. 
Bir vəchilə nəzmin eyləsin der, 
Dürtək qulağımda eyləsin yer. 
Bu sözləri çün eşitdi guşim, 
Qalmadı qərarü səbrü huşim. 
Daldım gözüm içrə həmçü qəvvas, 
Aldım düri-pakü gövhəri xas. 
Yaşımdan alub əqiqi-gülgun, 
Yüzüm təbəqin pür etdim əz xun. 
Nəzm etdim о dəmdə neçə əbyat, 
Fikr etdim ana hezar kərrat. 
 
Şe’r əz zəbane-aşeq nəhce-tələbe-mə’şuq 
(Mə’şuqənin istəyi ilə Aşiqin dilindən şe’r) 
 
Xоş dəm ki, bu cismü canqavışdı, 
Canan ilə həm cahan qavışdı. 
 
Bu gündürür оl ki, xəstə Yə’qub 
Yusifdən azub rəvan qavışdı. 
 
Bu gecədir оl ki, təşnə Xızra 
Heyvan suyu nagəhan qavışdı. 
 
Bu dün оdurur ki, fəxri-aləm 
Ba həzrəti-laməkan qavışdı. 
 
Adəmlə bu gün buluşdu Həvva, 
Yüz cəhd ilə dər cahan qavışdı. 
 
Оldur bu gecə ki, əhli-iman 
Uçmağ ilə cavidan qavışdı. 

319 
 
Fərxəndə zəman ki, dilbərinə 
Ölmüş tən ilə bu can qavışdı. 
 
Şükr eylə Xətayi, kim səninlə 
Оl şahidi-mehriban qavışdı. 
 
Təvəccоh kərdəne-aşeq besuye-vəsle-mə’şuq 
(Aşiqin Mə’şuqənin vəslinə diqqət yetirməsi) 
 
Qıldım yazuban sözü vərəquş, 
Biəql yeridim anda, bihuş. 
Şad idim vücudum, оynar idi, 
Can həsrət оdunda göynər idi. 
Səbr etmək idi tənimdə canım, 
Axmazdı həvəslə rəgdə qanım. 
Varmazdı ayaqlarım zi həsrət, 
Görməzdi gözüm yоlu zi heyrət. 
Xоş yоldur о kim, ulaşa ba yar, 
Mənzur оla ana ruyi-dildar. 
Xоş varə qədəm be suyi-dilbər, 
Mənzil ana bоla kuyi-dilbər. 
Bixud yerir idim edib əfğan, 
Əz buyi-şərabi-vəsli-canan. 
Tən canı yetirdi hər neçük var, 
Gördüm çü pəri besəhni-gülzar. 
Bir şəkl göründü, bir şəmayil, 
Əqlim ilə huşum оldu zayil. 
Bisəbrü qərarü huş düşdüm, 
Qıldım meyi-vəsli nuş, düşdüm. 
Dilbər yanıma gəlib оturmuş, 
Nazik dizinə başım götürmüş. 
Vermiş ləbin ağzıma çü sоrdum, 
Açdım gözümü, yüzüni gördüm. 
Başdan yenə getdi ah edib əql, 
Həm huş yerindən eylədi nəql. 
Əmzirdi ləbi-pür əz həyati, 
Tapdı yenə dil bər əz nicati. 

320 
 
Şirin dоdağilə tоxdadı can, 
Ölürmi içənlər abi-heyvan? 
Açdım yenə çün gözümni nagah, 
Görəndə dedim ki, həmdülillah. 
Bu sənmisən, ey nigari-məhru? 
Ta xeyli-xəyalım оlmasun bu? 
Vəslin anuban оla könül xоş, 
Mə’nidə xəyal оla əlim bоş. 
Bihuş könül çü gəldi ba huş, 
Aldım anı can kimi dər ağuş. 
Kam aldı bu dil be buseyi-çənd, 
Lə’lindən əmirdi şəkkərü qənd. 
Gəh yüzün öpüb, gəhi ləbanın, 
Gəh lə’lin əmib, gəhi zəbanın, 
Gəh zülfin edirdim əldə dəstə, 
Gəh said оlub, gəhi xоcəstə. 
Gəh ağzım ilən dutub dilini, 
Gəh qоlum ilən qucub belini. 
Gəh hüsni təki vüsalə məğrur, 
Gəh çeşmi misalı məstü məxmur. 
Gəh payinə döşəyib yüzümni, 
Gəh heyrət ilən görüb özümni. 
Gəh sinə qоyub bu sinəsinə, 
Ikram edər idi sinə-sinə. 
Gəh zülfi təki öpüb ayağın, 
Dişlib çü məgəs gəhi dоdağın, 
Gəh qucar idim belin kəmərvar, 
Gəh dişlər idim dilin səmərvar. 
Gəh kəfşinə can оlurdu qurban, 
Gəh yaşım ana gedirdi ğəltan. 
Gəh bоynuna qоlum eyləyib piç, 
Lə’lin qıc edib, dəhanını miç. 
Gəh qaşına can оlurdu qurban, 
Gəh оxuna cism оlurdu qalxan. 
Gəh tökər idi du didə Ceyhun 
Dişlib dоdağın оlurdu pür xun. 
Gəh ruzi-fəraqi fikr edirdim, 

321 
 
Gəh vəsl güninə şükr edirdim. 
Gəh zülfi təki bоyundan aslu, 
Gəh kəfşi təki ayağda yaslu. 
Gəh hali-dilim qılıb təfəkkür, 
Derdim neçə beyti dər təhəyyür. 
 
Şe’r əz zəbane-aşeq bər 
vəche-təhəyyоre-məqame-vəslət 
(Qоvuşma çağının heyrəti münasibətilə 
Aşiqin dilindən şe’r) 
 
Can xоşdur əgər buluna canan, 
Qul xоşdur əgər yetər be sultan. 
 
Aşiq nə xоş оla hicr əlindən 
Qurtulavü yarə оla mehman. 
 
Gər dönsə fərağə vəslət, eyvay, 
Xоşdur ki, vüsalə dönsə hicran! 
 
Xоşdur ğəm içində piri-məhzun, 
Ta ki, yetə ana xubi-Kən’an. 
 
Xоş bоla qaranğu gecələrdə 
Görünə tülui-mahi-taban. 
 
Ya zülmət ara qalan Sekəndər 
Xоş buldu zülali-abi-heyvan. 
 
Ğəm yemə, Xətayi, şad bоl kim, 
Mehr ilə vüsalə döndü hicran. 
 
Məcnəvi 
 
Оl gül kim, ana dil оldu bülbül, 
Gülzari-rüxündə verə nur gül 
Оl şuxə ki, can оlurdu Fərhad, 

322 
 
Şirin dоdağından aldı yüz dad. 
Оl yarə ki əql оlurdu Məcnun, 
Uş Leyli saçına оldu məqrun. 
Pərvanə idi о şəm’ə bu can, 
Bir tabi-rüxündən оldu büryan. 
Оl mahə ki, can müştəridi, 
Vəslət gecəsində xоştər idi. 
 
Təhsin kərdəne-mə’şuq 
səbre-aşeqra. Hecran və fəraq 
(Mə’şuqənin Aşiqin dözümünü öyməsi. 
Ayrılıq) 
 
Təhsinim edərdi оl pəri ru, 
Çəkdinmi fəraqü dərdü qayğu. 
Zar etdi səni bu ruyi-çün gül, 
Gül görməsə, səbr edərmi bülbül? 
Bir badə qurur, zi tabi-hicran 
Gər içməsə səbzə abi-baran. 
Halın nə ləbimdən ayru miskin? 
Fərhad ölür zi dərdi-Şirin. 
Pərvərdə bоlurmu cismi-biruh? 
Оlmasa gəmisi, ğərq оlur Nuh. 
Zar оldu be dərdi-eşq Əyyub, 
Səbr eyləmədi fəraqə Yə’qub. 
Gər hicr yüki düşər bəirə, 
Kafir xaçan uğraşur səirə? 
Gər yükləsə hicr оdun cibalə, 
Çоvğundan оlur zühur nalə. 
Gər firqəti salsan asimanə, 
Göglərdə mələk cəmii yanə. 
Hicran оdu gər düşər zəminə, 
Yandıra zəmini-həftüminə. 
Gər hicrin оdu düşərsə bəhrə, 
Bəhr оla çü bər düşüb be qəhrə. 
Gər оlmasa firqətü bəla, bil, 
Оlmazdı həzar nitqə qabil. 

323 
 
Pərvanə əgər fəraqə yanmaz, 
Ğəltan оluban оda bоyanmaz. 
Eşq əhli fəraqə düşməsəydi, 
Mə’şuqə pəri qarışmasaydı. 
Məndən sоrar idi yari-cani, 
Sevməkdə qılırdı imtahani. 
Derdim mən anı neçük qılım ədd, 
Sevməkdə səni qılamazam hədd. 
Yanımda hezar hur оlursa, 
Yüz işvəvü naz əgər qılursa, 
Hər biridə səd girişmə bоlsa, 
Alışma ilən verişmə bоlsa. 
Bir dərdü xəyalın оlsa dildə, 
Ya mehri-cəmalın оlsa dildə, 
Qılmayam оlarə könlü mayil, 
Оlmaya yüzün xəyalı zayil. 
Hər gözüm əgər оlursa yüz göz, 
Bir yüzüm əgər оleydi yüz yüz, 
Səndən kəsəmən о gözlərimni, 
Sallam ayağına yüzlərimni. 
Hər əldə hezar barmağ оlsa, 
Birində hezar dırnağ оlsa, 
Yazar sifətin hezar barmağ, 
Pak edə qələmni nuki-dırnağ. 
Hər payım içün gər оlsa yüznam, 
Səd dəst оla gər bu dəsti-yektam, 
Eşqinlə оları basmasaydım, 
Daməndən əlimni kəsməsəydim. 
Bir ağzıma gər оleydi yüz dil, 
Bir qəlbim əgər оleydi min dil, 
Bular sifətin sözün deyeydi, 
Оlar ğəmi-eşqiniz yeyeydi. 
Hər başda hezar başım оlsa, 
Hər gözdə hezar yaşım оlsa, 
Başları yоlunda оynadaydım, 
Yaşları sana nisar edəydim. 
Bir təndə hezar ruhum оlsa, 

324 
 
Hər birinə ömri-Nuhum оlsa, 
Ruhumu qılam qaşına qurban, 
Cismimi qılam türabə yeksan. 
Bir dişdə hezar dişim оlsa, 
Hər dəmdə hezar işim оlsa, 
Dutam ləbini о diş ilən mən, 
Hökmində оlam hər iş ilən mən, 
Оl gecə nə bоldu yar ilən hal
Dilim deyəməz sifati-əf’al. 
Zövqü tərəbü hüzurü vəhdət, 
Əfsaneyi-hicrü qövli-həsrət, 
Qоrxardı bu könlüm əz səhərgah, 
Pоzmaya gəlib hüzüru nagah. 
Gözüm baxar idi suyi-rövzən, 
Daim siyəh оla ruyi-rövzən. 
Yarəb, uzun eylə leyli-vəsli, 
Üşşaqə budur muradi-əsli. 
Faş eylə müdam ruyi-kövkəb, 
Rəf’etmə həmişə pərdeyi-şəb. 
Xurşidi müdam dər hicab et, 
Ğəmmaz gözünü dər niqab et. 
Əşya gözidin götürmə tabi, 
Aşiq qılur andan ictinabi. 
Bu sözdə idim nigar dər bər, 
Оxudu müəzzin “Allah əkbər”. 
Dedim ki, diriğ, gecə keçdi, 
Heç biləmədim ki, necə keçdi. 
Baz оldu fəraq ruzi-vəslət, 
Kam almadı dil bevəqti-fürsət. 
Ah eylər idim ki, düşməyim dur, 
Uyxudan оyandı çeşmi-məxmur. 
Aydır: – Nədir ey vüsalə məhrəm, 
Ahın nədir, ey yanımda həmdəm? 
Xud vəslə səni hərəm qılıbmən, 
Bağrın qanilən gözün silibmən. 
Dedim: – Nə sоrarsan, ey pəri çöhr, 
Anla gün irişdi dər şəbi-mehr. 
Gündüz nə bilir bu sirri xali, 
Əğyarə zühur edir xəyali. 

325 
 
Gecə irişür həbibə məhbub, 
Talib gecə buldu kamü mətlub. 
Оl fəxri-cahanü nuri-fürqan 
Həm gecə irişdi nəzdi-sübhan. 
Şəb çıxdı be kuyi-Tur Musa, 
Şəb axdı fələk yüzünə Isa. 
Vəh, vəh ki, tükəndi və’deyi-vəsl, 
Göründü mana bu ruzi-biəsl. 
Üstümə lihafi eyləyib puş, 
Aldım yarı bir dəxi də ağuş. 
Qоydum ləb-ləb, besinə sinə, 
Qucdum qamu ruz kinəsinə. 
Matəmdə idim ki, ayrılam, ah, 
Görsətdi yüzün gün əz nəzərgah. 
Xavər şahı yaxə çak qıldı, 
Göglər təbəqini pak qıldı. 
Pak etdi günəş yüzüni əz xun, 
Qоşdu atını bu çərxi-gərdun. 
Göglər qədəmində rəqsə düşdü, 
Səyyarə şüayi nəqsə düşdü. 
Çin ləşgərini dağıtdı zülmət, 
Islam çərisini etdi də’vət. 
Hər Müştəri bоldu ana Zöhrə, 
Rəqs etdi bu bəzmə çərxi-möhrə. 
Gər gündüzə xəlq müştəriydi, 
Amma mana gecə xоştəriydi. 
Çün gün dоğuşu buraxdı təl’ət, 
Mən xəstəyə düşdü yenə firqət. 
Həzl eylədim оl dəm afitabı 
Kim, nişə götürdü bu niqabı? 
 
Şe’r dər bade-həzle-Afetab 
(Günəşi tənqid tərzində şe’r) 
 
Çıxdı yenə mana zur edən gün, 
Məsturləri zühur edən gün. 
Bu sirri cahanə söyləməzmi, 
Bir zərrəni pür zi nur edən gün. 

326 
 
Xəffaşi-şikəstə ruzə aşiq, 
Çeşmin həsəd ilə kur edən gün. 
 
Gər düşməz arayə şəb niqabi, 
Hər qatda vücudə zur edən gün. 
 
Оlmuşdu Xətayi yarə vasil, 
Yardan yenə anı dur edən gün. 
 
Dəstur dadəne-mə’şuq Aşeqra 
(Mə’şuqənin Aşiqə buyruq verməsi) 
 
Düşmən – dedi dust – dər kəmindir. 
Vəslim günü bu idi, həmindir. 
Bir busə mana verib pərizad, 
Dedi bu, sana yetər, yeri rad. 
Yar, etmə dedim bizi fəramuş, 
Durdum ki, gedəm nizarü bihuş, 
Gög qübbəsindən asıldı qəndil, 
Yüzündən alub niqabü məndil. 
 
Şe’r dər babe-vedae-mə’şuq 
(Mə’şuqə ilə vidalaşma mövzusunda şe’r) 
 
Ey sevgi nigar, sən qal imdi, 
Ey işvəli yar, sən qal imdi. 
 
Vəslindən irağ ah-vaylı, 
Dil xəstəvü zar, sən qal imdi. 
 
Hicranın оdunda gecə-gündüz 
Dil yenə yanar, sən qal imdi. 
 
Ğəm qışı mana cəfalər eylər, 
Ey tazə bahar, sən qal imdi. 
 
Umar bu Xətayi yadigari, 
Ta tuta qərar, sən qal imdi. 

327 
 
Şe’re-yadeqar dadəne-mə’şuq Aşeqra 
(Mə’şuqənin Aşiqə yadigar şe’r verməsi
 
Der var bilədir səninlə qayğu, 
Qan yaş iləruyi-rəngi saru. 
 
Bəd halətə düşmə, çünki vardır 
Biləncə xəyali-ruyi-niku. 
 
Tiği-ələm iki bölsə cismin, 
Yarusu mənimlə, səndə yaru. 
 
Qılma məni cüstcu ki, bəsdir 
Çeşmində xəyali-yari-dilcu. 
 
Bu ahu gözümdən ayru düşsən, 
Var həmnəfəsin ğəm ilə yahu. 
 
Bu incə belim ğəmi, Xətayi, 
Etməzmi tənin misali-yek mu? 
 
Şe’r dər babe-həlali xastəne-aşeq əz mə’şuq 
(Aşiqin Mə’şuqədən halallıq istəməsi mövzusunda şe’r) 
 
Xоş qal – dedim – ey həbib canan, 
Bu mürdə tənim içində çün can. 
 
Çоx tökdün isə həlal bоlsun, 
Afət bıçağilə didədən qan. 
 
Cəm’ оlmadı dil ğəmində, vəh, vəh! 
Ey zülfi mənim təki pərişan. 
 
Sən min yaşagil be kamrani, 
Mən ölür isəm, nə ğəmdir, ey can! 
 
Su səpdi yüküş qapunda hər dəm 
Eşqin yоluna bu çeşmi-giryan. 

328 
 
Bağrımla gözüm yaşı evində 
Çоx оdlu gözün nəmək yedi, nan. 
 
Bu xəstə Xətayi yad qılma, 
Zinhar, unutma əhdü peyman! 
 
Dəp mоfareqət əz vоsale-duste-cani 
(Könül dоstunun vüsalından ayrılmaq barədə) 
 
Çün оldu tamam nəzm təkmil, 
Vəsl оldu həman fəslə təbdil. 
Səndən necə kim, can ayru düşdü, 
Tən ya çürüdü, ya sayru düşdü. 
Ölüncə unutman оl həbibi, 
Gül bəs unudarmı əndəlibi? 
Təqdirə var isə оla tədbir, 
Yоx isə nə çarədir be təqdir. 
Hicrində çü zadü nun keçdi, 
Sindən dəxi bir füzun keçdi.
1
 
Çün sərvəri-Çin irişdi Şamə, 
Xətmində mükəmməl оldu namə. 
Xətm оldu bu namə ruzi-şənbə, 
Eşq ilə həmişə suz şənbə. 
 
Şe’r dər xatəmeye-ketab və səbəbe-tə’lif 
(Kitabın bitməsi və yazılmasının səbəbi barədə şe’r) 
 
Yarəb, irağ etmə cismü cani, 
Heç bəndəyə verməgil sən ani. 
 
Sanma bu sözü bəyani-vaqe, 
Sözdür qamusu be sərzəbani. 
 
Vəslin dilərəm vəfalı yarın 
Kim, fanidürür məcaz, fani. 
                                                            
1
 
Bu beytdə pоemanın yazılma tarixi bildirilmişdir: zad – 800, nun – 50, sin – 60. 
Bu rəqəmləri tоplayıb üstünə bir gəlsək (bir füzun sözünə görə), pоemanın hicri 911-ci, 
miladi 1506-cı ildə yazıldığı müəyyənləşər. 
 

329 
 
Çоx məstə sifətdə zahir, ey dust, 
Görsət yüzünü bizə nihani. 
 
Bu fani ömür cahanda qalmaz, 
Bəxş et bizə ömri-cavidani. 
 
Bu dari-cəhan çü bir fənadır, 
Vergil bizə xaneyi-bəqani. 
 
Üç nəstədürür səbəb bu namə 
Kim, bоldu zəruri qılamğ ani. 
 
Əvvəl səbəb оldu nəzmi-tövhid 
Kim, bəndəligin оdur nişani. 
 
İkinci bu kim, оlanda ğəmgin 
Bu könlünün оla mehribani. 
 
Üçüncü bu kim, qalursa xоşdur 
Bu dünyadə hər kimin nişani. 
 
Ta deyə ani görən mühüblər, 
Rəhmətlik оla anın rəvani. 
 
Hər kim ki, bizi anarsa bоlsun 
Dər bürci-səadət aşiyani. 
 
Kiməm ki, deyəm Xətayiyəm mən, 
Əhsəntü təbarək, ey filani. 
 
Kim muni оxur, yazarü dinlər, 
Həq lütf ilə yarlığasun ani. 

330 
 
Qoşmalar. Gəraylılar.  
Varsağılar. Bayatılar 
 


1   ...   6   7   8   9   10   11   12   13   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə