Şah ismayil xətayi



Yüklə 1.7 Mb.
Pdf просмотр
səhifə9/14
tarix30.06.2017
ölçüsü1.7 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   14
Q ə s i d ə l ə r 
 
 
*** 
 
 
Ey ki, yоxdan bu cəhanı var edən pərvərdigar
Yeri qaim, gögləri dəvvar edən pərvərdigar. 
 
“Küntü kənz”in ayəti vəsfində оlmuşdur nüzul, 
Varlığına kün fəkan iqrar edən pərvərdigar. 
 
Cümleyi-aləmdə sən gündən dəxi zahir, vəli 
Dildə daim adını səttar edən pərvərdigar. 
 
Mö’minə məskən qılıbdır baği-cənnatü nəim, 
Kafəri-münkir məqamin nar edən pərvərdigar. 
 
Cümlə əşyalər gözin dər xab edəndir gecələr, 
Gögdə kövkəblər gözin bidar edən pərvərdigar. 
 
Bir qulunu оdə yaxub qıldı fi-nari-səqər, 
Bir qulunu məhrəmi-əsrar edən pərvərdigar. 
 
Misr içində Yusifi bir qul ikən sultan edən, 
Dərd ilə Yə’qubini bimar edən pərvərdigar. 
 
Yunisi dərya içində yudduran bir balığa, 
Atəşi Ibrahimə gülzar edən pərvərdigar. 
 
Yağduran dəryayə gögdən əbri-neysan yağmurun, 
Qətrəsindən lö’löyi-şəhvar edən pərvərdigar. 
 
Ənbiyalər bəxşinə yazduran ə’lan mərtəbə, 
Mustafanı cümlədən muxtar edən pərvərdigar. 

212 
 
Оn iki mə’sumi-paki piş edən ümmətlərə, 
Murtəzani heydəri-Kərrar edən pərvərdigar. 
 
Lütf ilə əhvalinə qılgil Xətayinin nəzər, 
Eşq içində valehi-didar edən pərvərdigar. 
 
*** 
 
Şоl mübarək zatına işim sənadır, ya nəbi. 
Asiliğ bimarinə adın şəfadır, ya nəbi. 
 
Ayağın tоprağının qədrin nə bilsün hər kişi, 
Kün-fəkan оl tоprağa kəmtər bəhadır, ya nəbi. 
 
Оl məqamin kim, mələk yetməz süqufi-nə’linə, 
Ayağın altında оl bir xaki-padır, ya nəbi. 
 
Qaldı sidrül-müntəha, keçdin fələkdən ta zəmin, 
Kim yetər, bu qədri-həqqə müntəhadır, ya nəbi. 
 
Ey günəş yüzlü, səni hər kimsə ki, həq bilmədi, 
Danla məhşərdə anın yüzü qəradır, ya nəbi. 
 
Çün sənin xоşluğuna yaratdı sane’ aləmi, 
Ayağın tоprağına canım fədadır, ya nəbi. 
 
Hər münafiq kim, sana könlündə inkar eylədi, 
Ta əbəd yanmağ cəhənnəmdə rəvadır, ya nəbi. 
 
Həm sənin tə’rifin etdin, həm Əlinin оl ilah, 
Nişə kim, sən Mustafa, оl Murtəzadır, ya nəbi. 
Bu Xətayi xəstəyə qılgil şəfaət ruzi-həşr, 
Çünki əslindən səninlən aşinadır, ya nəbi. 
 
*** 
 
Qönçə tək lə’lini xəndan etdigin, yə’ni ki, nə? 
Lalə tək bağrımı pür qan etdigin, yə’ni ki, nə? 

213 
 
Qarə zülfin ağ yüzün üstündə əfşan eyləyib, 
Könlümi ğəmdən pərişan etdigin, yə’ni ki, nə? 
 
Qılmağ içün tazə hüsnin bağın, ey sərvi-rəvan, 
Gözümü kuyində giryan etdigin, yə’ni ki, nə? 
 
Tökmək içün qanimi başim kəsib hər dəmbədəm, 
Şəhsüvarım, əzmi-meydan etdigin, yə’ni ki, nə? 
 
Aşiqin vəsl ilə bir dəm könlüni şad etməyib, 
Bu xərababadı viran etdigin, yə’ni ki, nə? 
 
Gülşən içrə cilvələnmişsən yenə gəşt etməgə, 
Can quşun dutmağa seyran etdigin, yə’ni ki, nə? 
 
Bitəvəqqüf hər bəla оxun ki, atsan hər yana, 
Sən məni qarşuda qalxan etdigin, yə’ni ki, nə? 
 
Gər yüz il kuyində can ver, meyli yоx hər dəm sənə, 
Ey könül, sən munca əfğan etdigin, yə’ni ki, nə? 
 
Ayağın yüzində dirlik istədim mən, öl dedin, 
Müşkilimni beylə asan etdigin, yə’ni ki, nə? 
 
Dil quşuna daneyi-xal üstə dam etmiş saçın, 
Yarəb, ani bəndi-zindan etdigin, yə’ni ki, nə? 
 
Çünki qılurdun mana min tövr ilə cövrü cəfa
Eşqini könlümdə mehman etdigin, yə’ni ki, nə? 
 
Arizini zülfiniz birlən hicab edib müdam, 
Ey günəş, yüzüni pünhan etdigin, yə’ni ki, nə? 
 
Mehr ilə rəhm etməyübən, qəhr birlən öldürüb 
Bəndəyə lütf ilə ehsan etdigin, yə’ni ki, nə? 
 
İstəmişdin qətlimi, can müjdə verdim mərdana, 
Gözü könülni peşiman etdigin, yə’ni ki, nə? 

214 
 
Ğönçə gül xəndan оlub nərgislə susən bitməgə 
Arizin bağin gülüstan etdigin, yə’ni ki, nə? 
 
Pərdəsindən kəşf edüb оl vərdi-əhmər yüzini, 
Bülbüli aləmdə dastan etdigin, yə’ni ki, nə? 
 
Çünki can verməzsən, ey ömrüm, bu cansız cismimə 
Suyi-lə’lin abi-heyvan etdigin, yə’ni ki, nə? 
 
Vargil, ey badi-səba, оl ənbərəfşan, zülfə de, 
Bu qəmər dövrində dövran etdigin, yə’ni ki, nə? 
 
İstərəm gəldükcə ğəmdən qurtarasan rəhm edüb 
Günbəgün dərdim firavan etdigin, yə’ni ki, nə? 
 
Ləşkəri-eşqin çəkib üstümə hər dəm, dilbəra, 
Xaneyi-könlümni talan etdigin, yə’ni ki, nə? 
 
Xalların filfil, yüzün gül, ləblərin mül, ey snəm, 
Xətlərini dəstə reyhan etdigin, yə’ni ki, nə? 
 
Bəhrə döndü çövrəniz əşkimdən, ey ayinəru, 
Göz yaşından böylə ümman etdigin, yə’ni ki, nə? 
 
Seyr edərkən mürği-dil baği-rüxində bənd edüb, 
Ani dər çahi-zənəxdan etdigin, yə’ni ki, nə? 
 
Çalmaq içün başımı tоp eyləyib meydan ara, 
Hav edib zülfini çövkan etdigin, yə’ni ki, nə? 
 
Çünki zülmətdən çıxarmaz könlümi şəm’i-rüxün, 
Sən anı şəm’i-şəbistan etdigin, yə’ni ki, nə? 
 
Mən gədayə çünki yоxdur rəhmin, ey can, eşqini 
Könlümün təxtində sultan etdigin, yə’ni ki, nə? 
 
Eydi-yüzinçün, şəha, müjgan оxilən canımı 
Qaşların yayinə qurban etdigin, yə’ni ki, nə? 

215 
 
Mə’dəni-yüzündə bir höqqə dəxanındır dişin, 
Ləblərin tərfini mərcan etdigin, yə’ni ki, nə? 
 
Aldı zəmzəm Kə’beyi-vəslin səfasindən gözüm, 
Tövfi-dil dərdinə dərman etdigin, yə’ni ki, nə? 
 
Hər sütunin qəsri-baği-dildə can miqdarini 
Nisbəti-hənnanü Mənnan etdigin, yə’ni ki, nə? 
 
Bu Xətayi könlüni, ey nərgisi-cadu nigar, 
Özünə sehr ilə heyran etdigin, yə’ni ki, nə? 
 
*** 
 
Ey könül, kuyində mə’va qılduğun, yə’ni ki, nə? 
İtlərin kuyində qövğa qılduğun, yə’ni ki, nə? 
 
Sakin оlmaq Kə’beyi-kuyində yegdir dilbərin, 
Hər gərəkməz yerə pərva qılduğun, yə’ni ki, nə? 
 
Qanlu yaşımnı yüzüm üstə rəvan edib müdam, 
Razi-pünhanım hüveyda qılduğun, yə’ni ki, nə? 
 
Könlümi qıldun müşəvvəş bir tükənməz fikr ilən, 
Bu pərişan zülfi sevda qılduğun, yə’ni ki, nə? 
 
Əşki-xunin bəhrə döndü çeşməsindən çeşmimin, 
Subesu yaşımnı dərya qılduğun, yə’ni ki, nə? 
 
Vəchin əyyamında bu bəxti-siyahimni, şəha, 
Nibətini leyli-yəlda qılduğun, yə’ni ki, nə? 
 
Hər dəm, ey Leyli nigarım, bəndəni Məcnun təki 
Valehi ğəmginü şeyda qılduğun, yə’ni ki, nə? 
 
İstədim kuyində can verəm, şəha, tə’xir edib, 
“Innə ənhəlhüm rüveyda” qılduğun, yə’ni ki, nə? 

216 
 
Xaki-payində məni ədnadən ədna eyləyib, 
Özüni ə’ladan ə’la qılduğun, yə’ni ki, nə? 
 
Öldürüm derdin bu gün – danla məni, çıxdın xilaf, 
Bilməzəm imruzü fərda qılduğun, yə’ni ki, nə? 
 
Lövhi-dildə böylə təskin dapmış ikən qəmləri 
Bir dəxi yenlədən inşa qılduğun, yə’ni ki, nə? 
 
Çünki rəhmin yоx məzarim üstinə bir daş edib, 
Ey vəfasız ani tuğra qılduğun, yə’ni ki, nə? 
 
Gül yüzün övraqini gülşəndə xəndan eyləyib, 
Bülbüli-məhzuni guya qılduğun, yə’ni ki, nə? 
 
Asmağ içün canımı bir qıl ilən, ey nоvnəhal, 
Sərv tək qəddini peyda qılduğun, yə’ni ki, nə? 
 
Çünki dildən yоxdurur meylin məni-dilxəstəyə, 
Mərhəba əhlən və səhla qılduğun, yə’ni ki, nə? 
 
Çak edib gün tək giribanini hər dəm gözünə 
Sübhdəm yüzini peyda qılduğun, yə’ni ki, nə? 
 
Çünki dövr etməz əyaği məclisi-üşşaq ara, 
Ləblərin cami-müsəffa qılduğun, yə’ni ki, nə? 
 
Qüdrətidir sanei-pakin, оna insan demə, 
Sən ani manəndi-əşya qılduğun, yə’ni ki, nə? 
 
Leyli zülfinin xəyali-eşqilən Məcnun təki 
Məskənini kuhü səhra qılduğun, yə’ni ki, nə? 
 
Səcdə qılmağçün dilərsən qaşları mehrabini, 
Özünü sən əhli-təqva qılduğun, yə’ni ki, nə? 
 
Valideynin mə’nisin yad eyləyib hər dəmbədəm 
Cahidül-ləfzində fənna qılduğun, yə’ni ki, nə? 

217 
 
Ayağı tоzunda оl sərvi-rəvanın, ey könül, 
Vermək içün can mühəyya qılduğun, yə’ni ki, nə? 
 
Sidrə birlən müntəhayə qəddini təşbih edib, 
Qədrini “Vətturi-Sina” qılduğun, yə’ni ki, nə? 
 
İstər idim qurtulam gəldikcə bir-bir qüssədən, 
Günbəgün dərdim müsənna qılduğun, yə’ni ki, nə? 
 
Eşigində binəvayə iltifatın kəm qılıb, 
Hüsn ilən özüni qərra qılduğun, yə’ni ki, nə? 
 
Ey Xətayi, xak ilən yeksan оlub оl mah içün, 
Əzmi-sevdayi-Sürəyya qılduğun, yə’ni ki, nə? 

218 
 
MÜREBBELƏR 
 
*** 
 
Xubların sultanısan aləmdə, var, xan оl, yürü, 
Aşiqin canında cansan, var, acanan, оl, yürü, 
Sən rəqibin məclisində şəm kimi yan, оl, yürü, 
Könlümüzü bizə ver də, Misrə sultan оl, yürü. 
 
Yerdə qalmaz çün biləsən, ey mələk, ahım mənim, 
Yalqıza yardım edər: vardır Allahım mənim, 
Bivəfalıq rəsmini əldən gedər şahım mənim, 
Könlümüzü bizə ver də, Misrə sultan оl, yürü. 
 
Neçə kərrə demədimmi gözləri ahu sana, 
Bivəfalıq etməmək gərək idi canu sana, 
Yürü, var ömrüm haman şimdən gerü yahu sana, 
Könlümüzü bizə ver də, Misrə sultan оl, yürü. 
 
Ya ilahi, bilməzəm kim, nоlisər halım mənim, 
Könlüm aldı, müslimanlar, şimdi bir zalım mənim, 
Sevdigim, ömrüm, əfəndim, hey gülüm, balım mənim, 
Könlümüzü bizə ver də, Misrə sultan оl, yürü. 
 
Ey Xətayi, bulmadım bir yarü həmdəm dünyada, 
Ahü vahi keçdi ömrüm, neyləyim, mən dünyada, 
Sərv kimi sərkəş оlasan haman sən dünyada, 
Könlümüzü bizə ver də, Misrə sultan оl, yürü. 
 
*** 
 
Və’deyi-vəsl edəli bir qılca qaldı canımız, 
Göglərə irsə, iribdir, naləvü əfğanımız, 
Yоla baxmaqdan çıxıbdır dideyi-giryanımız, 
Xanı, a zalım, səninlə əhdimiz, peymanımız? 

219 
 
Gülşəni-baği-cinansan, eşq оla didarına. 
Mən dəxi bir bülbüli-şuridəyəm gülzarına, 
Yürü, ey yari-vəfasız, durmadan iqrarına, 
Xanı, a zalım, səninlə əhdimiz, peymanımız? 
 
Hər xaçan cami-şərabi-şiveyi nuş eylədin, 
Etdigin qövlü qərarı həp fəramuş eylədin, 
Çeşmi-məxmurinlə mən miskini sərxоş eylədin, 
Xanı, a zalım, səninlə əhdimiz, peymanımız? 
 
Al səhabi-ruyini hüsnin tək оlsun hər zaman, 
Mehr ilə dоlsun, mənim mahim, əzminü asiman. 
Söylədin könlüm alınca mənə min dürlü yalan, 
Xanı, a zalım, səninlə əhdimiz, peymanımız? 
 
Əbri-baran kimi ağlarkən Xətayi zar-zar, 
Gözünün yaşı edərdi, durma, derdin aşikar, 
Dün gecə kuyində оldum sübh оlunca intizar, 
Xanı, a zalım, səninlə əhdimiz, peymanımız? 

220 
 
Tərcibəndlər,Tuyuğlar, Rebai, Qitə 
 
TƏRCİBƏND 
 
Layi isqat eyləyüb bir bilməyən illasini, 
Bilmədi nəfy ilə isbatın nədir mə’nasini, 
Vadiyi-üsyanda qaldı, anmadı mövlasini, 
Abi-tövhid ilə tahir qılmadı ə’zasini, 
İçmədi bəzmi-ələstin badeyi-həmrasini, 
Açmadı nuri-vilayət çeşmi-nabinəsini, 
Görmədi gün türrəsindən leylətül-əsrasini, 
Bulmadı rahi-yəqinin mənzili-ə’lasini, 
Qabi-qövseynin yanıldı qürb ilə ədnasini, 
Silmədi ayineyi-dildən qübari pasini 
Müftiyi-eşq öylə vermişdir bunun fitvasini; 
– Ya çək əl sərdən, ya gəl cinlətmə eşqin tasini. 
 
Yоx ikən kövnü məkanü sahilü ağü qara 
Cuşə gəldi şövq ilə bəhri-məhəbbət ibtida, 
Daşə çaldı şişəsin, etdi təməvvüc hər yana, 
Sərbəsər əşyayi seyran eylədi çunü çəra, 
Eşq Mənsurini gördü оl arada aşina, 
Bir fəna abdal gəldi yanıma, dedi mana: 
– Var fərağət guşəsin edən məqami-dilguşa, 
K-оldüri darüş-şəfadır dərdməndanə dəva, 
Aləmi-bəhri-təhəyyürdə gəzərkən binəva, 
Guşimə girdi ğeyibdən bir nidavü xоş səda, 
– Müftiyi-eşq öylə vermişdir bunun fitvasini; 
– Ya çək əl sərdən, ya gəl cinlətmə eşqin tasini. 
 
Şоl zaman kim, bətni-ümdə nütfeyi-mədfun idik, 
Əmri-bari ilə anda pərdeyi-pürxun idik, 
Qətreyi-naçiz idik, müdğə uyuşmuş xun idik, 
Kasəsin kəsr eyləmiş bir Leyliyə Məcnun idik, 

221 
 
Sərsəri idik əgərçi, talibi-biçun idik, 
Sə’y ilə dəryayə irmiş bir düri-məknun idik, 
Özümüz fərq etməyüb, dəm bəstəvü məhzun idik, 
Kuhi-təndə sə’y ilə Fərhad ilə hamun idik, 
Acizü zarü zəlilü müflisü mədyun idik, 
Dəstgir оlmasa bir kani-kərəm, məğbun idik, 
Müftiyi-eşq öylə vermişdir bunun fitvasini: 
– Ya çək əl sərdən, ya gəl cinlətmə eşqin tasini. 
 
Adəmi-xakinin anladımsa tinü masini, 
Batil inkari gedər, fəhm et xəyalın xasini, 
“La’də qalma, sufiya, bil tövhidin illasini”, 
Uyma şeytani-ləinə, dinləmə vəsvasini, 
Yeni ğəmdən aça gör mir’ati-qəlbin pasini, 
Dəxi əşk içrə bulasan mənzili-ə’lasini, 
İbni-vəqt оl, alma dəhrin imruzü fərdasini, 
K-о bu dün hümmət fənanin şurü şər qövğasini, 
Göricək etsin gərək gərçəklərin də’vasini, 
Anladınsa, əhli-eşqin sözünün mə’nasini, 
Müftiyi-eşq öylə vermişdir bunun fitvasini: 
– Ya çək əl sərdən, ya gəl cinlətmə eşqin tasini. 
 
Aşiq оl, оl gül’zarın bülbüli-nalani оl, 
Can verüb yоlunda sidq ilə qulü qurbani оl, 
Künci-ğəmdə dərdü möhnət mə’dənini kani оl, 
Keç fərağət təxtinə, gəl aləmin sultani оl, 
Ruzü şəb оl məhliqanın valehi heyrani оl, 
Baqidir sanma fəna darin, haman mehmani оl, 
Gər səadət küncini bulmaq dilərsən, fani оl, 
Kuyi-fəqr içrə gədalıq mülkinin sultani оl, 
Əhli-eşqin asitani babinin, dərbani оl, 
Baş açıq meydani-eşqin sоyunub üryani оl, 
Müftiyi-eşq öylə vermişdir bunun fitvasini: 
– Ya çək əl sərdən, ya gəl cinlətmə eşqin tasini. 
 
Həmdlillah, irişib cananəyə can оlmuşuz, 
Sər verüb meydani-eşqə girib üryan оlmuşuz, 

222 
 
Qətreyi-naçiz ikən dəryayi-ümman оlmuşuz, 
Fəxr edib dərvişligi aləmdə sultan оlmuşuz, 
Təkyeyi-fanidə bir qaç gün ki, mehman оlmuşuz, 
Də’viyi-xam etməziz, rahi-təəyyün bulmuşuz, 
Ey bəradər eşq əsrarilə heyran оlmuşuz, 
Der isən kim, dəhr pirindən nəsihət almışuz, 
Irişib feyzi-ilahi bizə, təslim оlmuşuz, 
Canü dil tərkin urub, meydani-eşqə gəlmişüz, 
Müftiyi-eşq öylə vermişdir bunun fitvasini: 
– Ya çək əl sərdən, ya gəl cinlətmə eşqin tasini. 
 
Pərdeyi-pindardən keç aləmin sultani оl, 
Hər gədayə şəfqət edib cani içrə cani оl, 
Cövhəri-əqli-məaindən çəkər gəl kani оl, 
Kuyi-eşqin sən dəxi bir başı açıq üryani оl, 
Nə reyi-yahu ilə dоldur cəhani fani оl, 
Gah məstü gah əsrük bir məhin heyrani оl, 
Can verib eşq ilə yоlunda qulu, qurbani оl, 
Baş açıq bir padşahın bəndeyi-fərmani оl
Müftiyi-eşq öylə vermişdir bunun fitvasini: 
– Ya çək əl sərdən, ya gəl cinlətmə eşqin tasini. 
 
Vəsfi-yarə, ey Xətayi, söz demək şanımdadır, 
Cilvələr qılmaq mənim təb’i-süxəndanımdadır. 
Həmdəmim, həmməşrəbim dərdü bəla yanımdadır, 
Yar içün ölmək mənim ayinü ərkanımdadır, 
Оn səkiz min aləmin əsması divanımdadır, 
Kainatın sabitati qəsrü eyvanımdadır, 
Оn iki şahzadənin imlası pünhanımdadır, 
Sayə salmış üstümə, mehri-dirəxşanımdadır, 
Mustafanın ümmətiyəm, sevgisi canımdadır, 
Həm Əliyyəl-Murtəzanın dərdi dərmanımdadır, 
Müftiyi-eşq öylə vermişdir bunun fitvasini: 
– Ya çək əl sərdən, ya gəl cinlətmə eşqin tasini. 

223 
 
TUYUĞLAR 
 
Ya Əli, canım sana оlsun fəda, 
Qulkəfadır şə’ninə həqdən nida. 
Bu Xətayi könlünə qıldın nüzul, 
Mərhəba, ey şahi-aləm, mərhəba. 
 
Mustafa fəxri-cəhan, sən həmdəmi, 
Zatunuz həm ləhmi anın həmdəmi. 
Ey Xətayi, bil Əlidir, bigüman, 
Qabi-qövseynin rümuzi məhrəmi. 
 
Zati-həqq məfhumi-nəssi lafəta, 
Qullara səndən gərək lütfü əta. 
Bəndədən kəsmə inayətlən nəzər, 
Bu Xətayi bir qulundur pür xəta. 
 
Bu Xətayi bəndənin gör halini 
Kim, yоlunda qоydu başü malini. 
Pürgünahəm, tə’nə qılma, zahida, 
Bəndəsinin həq bilür ə’malini. 
 
Mən Hüseyni məzhəbəm, şahın qulu, 
Yə’ni kim, mə’nidir Allahın qulu. 
Ey Xətayi, padşah оlmaz kişi, 
Оlmayınca uş bu dərgahın qulu. 
 
Zatın Allah məzhəridir, ya Əli, 
Kibrü kin səndən bəridir, ya Əli. 
Bu Xətayi qeysərü xaqanü Cəm 
Qənbərinin Qənbəridir, ya Əli. 
 
Sayeyi-xurşidi-sübhandır Əli, 
Əhli-fəqrə şahi-mərdandır Əli, 
Ey Xətayi, geymiş aslan kisvətin, 
Laləkan qəsrində dərbandır Əli. 
 
Оl Əlidir aləm ümmid оlan, 
Оl Əlidir dünyada təcrid оlan. 

224 
 
Оl Əlidir, ey Xətayi, bixəta, 
Dünyəvi üqbadə (həm) cavid оlan. 
 
Gər Əlinin mülki-insandır yeri, 
Dər həqiqət ərşi-rəhmandır yeri, 
Ey Xətayi, kimdə var mehri-Əli, 
Rəhməti-həq, baği-rizvandır yeri. 
 
Mən məvali məzhəbəm, rahım Əli, 
Hacətim, zikrim, nəzərgahım Əli, 
Оldu ənqa tək Xətayi bivücud, 
Qafi-qüdrət, sirri Allahım Əli. 
 
RÜBAİ 
 
Ta badeyi-xоşgüvar var, ey saqi, 
Ta vardır əlində ixtiyar, ey saqi, 
Bir dövr elə kim, dövrü dоlanmış dövran 
Nə badə qоyar, nə badəsar, ey saqi. 
 
QİT’Ə 
 
Eşq dəryasında qəvvas оlmasan mərdanəvar, 
Keçmə namərd körpüsündən, qоy aparsın su səni. 
Dün bənövşə seyr edə gördüm nihani gəşt edir, 
Dilbərim əgninə geymiş bir qəbayi-susəni. 

225 
 
Nəsihənamə 
 
*** 
Sığın fəzli-həqə, ey talibi-rah 
Ki, dоst eşqin özünə eylə həmrah. 
Təvəccöh qıl, təvəccöh оl kərimə, 
Cəmali-ənvəri, zati-qədimə. 
Təvəkkül qapusunda sən müqim оl, 
Təriqi-eşq içində müstəqim оl. 
Təfərrücəhli оl aləmdə sadiq, 
Təhəyyür şö’leyi-didarə aşiq. 
Hər iş kim, dutasan, eşq ilə dutgil, 
Iki sanmaqlığı, ey can, unutgil. 
Niyazmənd оl müdamyоl içrə dоğru 
Ki, surət təbdil edib оlma оğru. 
Yəqin bil dоğruluq dоst qapusudur, 
Həqiqət aləminin dapusudur. 
Оla sidqilə kim ki, əhli-niyaz, 
Yоl içində оl оla saf şahbaz. 
Kimin ki, оlmasa üzrü niyazi, 
Qəbul оlmaz niyazi, həm nəmazi. 
Özüni məskənət babində xak et, 
Bu cismi mə’rifət abində pak et. 
Ki, mənlik mənzilin məhv eylə daim
Оla gör eşq ilə xidmətdə qaim. 
Irə ta Fəzli-həqdən sana ən’am, 
Düşə qəlbinə rəhmət feyzi-ilham. 
Xəbərdar оlasan həq canibindən, 
Çıxar zati-şərifin kibrü kindən. 
Irişə halinə eşqi-ilahi, 
Оla canində daim dərdü ahi. 
Dilində fəthü dövlət оla yahu, 
Künüldə hikməti-yahu yamənhu. 

226 
 
Dilərsən kim, оlasan əhli-tövhid 
Ki, səndə qalmiyə bir şəmmə təqlid, 
 
Könül saf ilə saf оl sadiqanə, 
Səfa birlə həqiqət aşiqanə. 
Qədimü layəzalü fərdü yekta 
Ki, misli yоx оnun zatinə həmta. 
Şəriki yоxdur anın zati hudur, 
Mübərradır xamudan şöylə hudur. 
Münəzzəhdir xamudan eyni-zati, 
Vəli hər şeydə zahir mö’cüzati. 
Ikilikdən bəridir zati-mütləq, 
Kəmali-qüdrətinə söylə səddəq. 
Özidir hər işə sərkarü me’mar, 
Bu rəmzi anlagil, ey əhli iqrar. 
Cəhani tarü mar etmək əlində, 
Yenə bir dəmdə var etmək əlində. 
Görünən, göstərən, gözdə görən оl, 
Aparan, gətürən, alan, verən оl, 
Dəxi kimdən görərsən munca işlər? 
Öz işidir ki, işlər munca işlər. 
Gəhi məzhər cəmalə, gəh cəlalə, 
Əcəb sirdir bu sir, cəllə gəlalə. 
Ki, həqdir səgdə çün zikrinə fikrin, 
Kəlisa, məscidü küfrinə küfrin. 
Kim, оldur hər işin eynində mövcud, 
Özidir cümlə məxluq içrə mə’bud. 
Bəhanədir vəleykin işi xəlqə 
Ki, qulağda bu pəndi eylə həlqə. 
Оnun hikmətlərinə qüdrəti çоx, 
Nə deyim, binəhayət, payani yоx. 
Təriqi-əhli-hal bir özgə haldır, 
 
Qalanı yüz elə çоx qeylü qaldır. 
Kim, оl tövhid məqamidir bu yоllar, 
Bu yоldan çıxanı yоl əhli yоllar. 
Həqiqət içrə gər var gənc, özidir, 

227 
 
Deyilən dildə xami öz sözidir. 
Vəli sitri-ədəbdür görmək andan, 
Bəşər fe’lini, yə’ni bilmək andan. 
Çıxarma pərdədən dışra bu sirri, 
Eşid, ey seyr edən bəhr ilə bərri. 
Keçit gözlə, sağın keçəm bu bərri, 
Deyü naməhrəmə açma bu sirri. 
Məqami-heyrət içrə eylə seyran, 
Divanə, əsrükü sərməstü heyran. 
Оlasan ta kim оl didarə məhrəm, 
Visali-həzrəti – dildarə həmdəm. 
Əzəldən bir məsəldir kim, demişlər, 
Təriqət pirləri şəkkər yemişlər. 
Zahirin nə isə batinin оldur, 
Zahirdən batinə dоs-dоğru yоldur. 
Nəzər eylə həqin hikmətlərinə, 
Təaləllah, zəhi qüdrətlərinə. 
Yaratdı canını uş bu nəfəsdən, 
Muni bil çıxmadın sən bu qəfəsdən. 
Ki, bir gövhərdurur əşyanın əsli 
Ki, оnun mə’dənü mənbəü nəsli. 
Ki, hər kim dürr ilədir kani-gövhər, 
Nə gövhərdür həqiqət həqqə məzhər? 
Cəhan qətrə оnun bəhri yanında 
Ki, qərq оlur əqillər payanında. 
Vəli qətrə dögil dəryadən ayri, 
Ulaşıcaq bir оlur, sanma qeyri. 
Əlünə alıcaq bir saf ayinə, 
Yenə оni görərsən hər ayinə. 
Görünən güzgüdə həm öz cəmalın, 
Dəxi nədir sana səndən xəyalın? 
Yaxın bax kim, sana səndən yaxındır, 
Irax baxma sana səndən sağındır. 
Yüzündəvü sözündəvü gözündə 
Özidir can оlan, ey can, özündə. 
Xamuya dövr edən bir dövri-həqdir, 
Özin bilənə bu yaxşı səbəqdir. 

228 
 
Bu mə’ni hər kimin həqqi degildir, 
Ki, hər оxici lafəqqi degildir. 
Əgər seyr edəsən uş can elini, 
Sərayi-gülşəni-canan elini, 
Kim, özi canə can оlmuş bu canə, 
Nihani gəşt edər xanə be xanə. 
Yəqin ayru degildir kəndudən can, 
Ki, bir mə’nidədir dəryavü ümman. 
Günəş zərrəvü həm zərrə günəşdir, 
Özinə özini, ey can, ulaşdır. 
Bu cismi eşq ilə can eylə rövşən, 
Ki, zülmət rəf’ оlub cism оla rövşən. 
Kimin ki, eşqi yоx, varma yanınca, 
Keçər fürsət о bu eşqə yanınca. 
Ki, оl eşq ilə sərməstü divanə 
Оna yоxdur qələm, varsa divanə. 
Yeri, eşqi özinə pişə eylə, 
Yetər uzaği fikr əndişə eylə. 
Bu dəmi xоş gör, ey can, həqqə şükr et. 
Bu fikrin tərkin et, var, özgə fikr et. 
Niyə gəldin, nə götürdün cəhanə, 
Nə iltərsən axirət cavidanə? 
Nə idin aləmi-vəhdətdə söylə, 
Bu kəsrət evinə düşdünmi böylə? 
Muni bildün isə irdün məqamə, 
Axirət mənzili darüssəlamə. 
Muni sən istə bir əhli-nəzərdən, 
Verə lütf eyləyüb gizlü xəbərdən. 
Əlində var ikən bir ixtiyarlıq 
Həqqin aşiqləriylə eylə yarlıq. 
Əlini alalar bir dar məhəldə. 
Gərəkdir ancalayın yar məhəldə. 
Yaram deyən çоx оlur munda, ey yar, 
Sağın, hər yetənə aldanma, zinhar. 
Kimi sevsən, həm оnunla qоparsan, 
Оnu kim, canü dildən sən taparsan. 
Uzaqdır mənzilin azuq qazangil, 

229 
 
Yetər bu dünya mülkinə uzangil. 
Xəyali-eşq özünə həmdəm eylə, 
Anınla xоş səfa sür həm dəm eylə. 
Hər an canda ki, оla eşq xəyali, 
Degildir haldan оl hal içrə xali. 
Оlur bu eşq ilə can həqqə vasil. 
Ki, eşqi оlmıyan candan nə hasil. 
Təşəbböh eylə, ey can, xanədanə, 
Yоlunda qalma оnun cismü canə. 
Cəmali-Mustafayə ver səlavat, 
Оlasan cümlədən sağü səlamət. 
Ibadətlər başıdır, ey qarındaş, 
Səlavat eşq ilə gər оla yоldaş. 
Kimin eşqinə yaratdı cəhani, 
Budur eyni-ibadət tani ani. 
Təvəkkül qıl təfəkkür ilə idrak, 
Nədür оl aləmi-mə’nidə lövlak. 
Məhəmməd ümməti qalmaz damuda, 
Səlavət ver, canın yanmıya оda. 
Оna ixlas ilə ümmət оla gör, 
Оna münkir оlanın gözləri kоr. 
Həqin dоstunu bilgil dоst оlasan, 
Şaha ulaşuban peyvəst оlasan. 
Kimin əlindədir bu cümlə aləm, 
Bu hikmətə ulaşur gerçək adəm. 
Nəbi me’racə çıxdı, kimi gördi? 
Məqami-müntəhadə kimə irdi? 
Yоl üstündə duran aslani gördi, 
Çıxardı yüzügini оna verdi. 
Dedi ki, aramuzda bu nişanə, 
Bu sözümə məvalilər inanə. 
Munu fəhm eylə ki, özgə xəyaldır, 
Xəyal içrə, vüsal içrə məaldır. 
Dəxi sir var deyilməz xəlq içində, 
Yenə söz var deyəsi xülq içində. 
Yeri şaha müdam könlün açılsun, 
Lətif söylə dilindən dür saçılsun. 

230 
 
Ki, dəgmə kimsə оlmaz şaha məqbul, 
Nişan göstər ki, оlasan şaha qul. 
Nədir, söylə mana, şahin nişanı? 
Əgər mö’min isən sən şahi tanı. 
Kimin əmrilə çizginir fələklər? 
Оna səcdə elər gögdə mələklər. 
Mürüvvətü kərəm, lütfü səxavət 
Nişani şahın, ey əhli-səadət. 
Həsən-Hüseyni sev candan həmişə
Zəhi dövlətlü can şahə buluşə. 
Əli, Zeynəlibad, Baqirü Cə’fər – 
Оlardır mö’minə mürşidü rəhbər. 
Musa Kazım, Əli, Musa Rzayə, 
Rza vergil yəqin ali-əbayə. 
Təqiyyü ba Həqi şah əskəridən, 
Оla görgil imamlar gövhəridən. 
Irişdi və’deyi-əhdi-Məhəmməd, 
Zühur edə özün məhdi-Məhəmməd. 
Bu оn iki imamə qıl e vallah. 
Əgər mö’ min isə yarıcın Allah. 
Yəqin оldu çıxa sahib zəmanə, 
Vilayət ləşgərilə xanədanə. 
Ədlamətlər göründi cümlə əhval, 
Ki, təbdil görünür qövl ilə əqval. 
Cəhan əksinə döndi, ey bəradər, 
Dilər div оla insanə bərabər. 
Xaçan dürüst оla bu xam xəyallar? 
Yaxışmaz yоl içində uş bu hallar. 
Bu bikar iyəsi mülkini gözlər, 
Görər bu mə’nini işıqlu gözlər. 
Zühur оlmaz cəhan qarışmayınca, 
Bu aləm cümlə küfrə düşməyincə. 
Yenə оynayə şahin zülfiqari, 
Müti оla оnun əmrinə vari. 
Gəl imdi bir dəxi söhbəti dinlə, 
Qulax dut bu sözün mə’nisin anlə. 
Edərsən mundan axır seyran оnda, 

231 
 
Nə köşkü təxt yaparsan yə’ni munda? 
Yükün zülm isə arxandan buraxgil, 
Təfərrüc eyləyib didarə baxgil. 
Irəsən mənzilə оynayə, gülə 
Ki, şəklin bənzəyə gülşəndə gülə. 
Bu dünya möhnətin vəhdətə dəgşür, 
Özüni sidq ilə sən şaha dapşur. 
Həqi ərdən, əri mö’mindən istə – 
Budur pəndim sana şikəstə bəstə. 
Ərə yetən həqə yetər, yəqin bil. 
Əgər talib isən bu rəmzi bilgil. 
Bil оl can kim, həqiqət pirimizdir, 
Yоlunda təslim оl, əmirimizdir. 
Əgərçi qətreyi sudan yaratdı, 
Vəli öz eşqini оna yar etdi. 
Bevəz’ullah, qılgil sən sücudi, 
Münəvvər eyləgil uş bu vücudi. 
Zəhi surət muni canlar göricək, 
Yanınca sürünür, оlur salicək, 
Gərkdürür sana hər işdə tə’zim, 
Mələk adəmdən alur elmü tə’lim. 
Könül gözilə bax, didar görəsən, 
Necə bir sən dərü divar görəsən. 
Nə kim vardır bu surətdə göründi, 
Təcəlla şövqini munda gör indi. 
Ki, munda görmiyən can оnda görməz, 
Qalur оl vəslini, cananə irməz. 
Bu vəchin təfsiri Tövratü Incil, 
Edərlər оni fürqan əhli tə’vil. 
Şəriət və təriqət yоllarıdır, 
Ki, mə’rifət, həqiqət hallarıdır. 
Budur bu dört kitabın mə’nisi həm, 
Özün bilüb оlsan yоlda möhkəm. 
Yəqin əhli yanında yоl birikdi 
Ki, münkirlər bu dərgahdan sürükdi. 
Mürid оldur оla əhli-iradət, 
Hər işdə var ala pirdən icazət. 

232 
 
Haram edə yuxusun dоst aduna, 
Yana pərvanə tək eşqin оduna. 
Təriqi-övliya bir dоğru yоldur, 
Yetər hər yetənə kənduni yоldur. 
Əgər оlmaz isən bu yоlda gerçək, 
Vilayət süfrəsindən sən əlin çək. 
Kərəm kani Əlidən, haşalillah, 
Xaçan öz çakərini edə gümrah? 
Mühibbi-şah оlan möhnətdə qalmaz, 
Çıxar aydınlığa, zülmətdə qalmaz. 
Calanma dört yana, bağlan Əliyə, 
Ərənlər sərvəri, şahi-vəliyə. 
Mizan, tərazu, sоrğu, həşrü məhşər, 
Əli əlindədir filcümlə yeksər. 
Keçirən оl siratül-müstəqimi 
Anın ümmətidir əzəl qədimi. 
Vilayət şəhrinin qədri Əlidir. 
Həqiqət bəhrinin dürri Əlidir. 
Yedi damu, səkiz cənnət nişani 
Xamusi səndədir anla bəyani. 
Vücudundan gedər damu sifatin, 
Yaman xudur birax əldən bəratin. 
Sifati-əhli-cənnət yaxşı xudur, 
Ki, xuyi yaxşı оlan bəxtludur. 
Kəmal əhli ilə оlgil müsahib 
Ki, оndan mə’rifət kəsb et əcaib. 
Özünbilməz ilə durma, оturma, 
Ömür zaye keçər, əqlin itirmə. 
Qоma şah damənini daim əldən, 
Yapış silsiləsinə canü dildən. 
Kimin ki, mə’ni içrə zati yоxdur, 
Çürükdür sözünün bünyadi yоxdur. 
Yəqin sidq aşiqin sərmayəsidir, 
Bu rəmzi bil ki, оl can ayəsidir. 
Iman əhli isən, ey can, vəleykin, 
Ki, cismü canü dildə dutmagil kin. 
Budur sözüm sana, məndən əmanət, 

233 
 
Könül yıxma, vəli eylə imarət. 
Dəxi yоldaş ilə qоnşunu gözlə, 
Ki, xəlqin eybini sən açma, gizlə. 
Yоldaş оldur rəhm edə yоldaşinə, 
Yоldaşın uğratmıya yоl daşinə.
1
 
Xamu fəzli-həqə оldu betоvfiq, 
Оla taliblərə həq yоlu təhqiq. 
Xamu əməldən əfzəldir bir insaf, 
Həqin öz evidir оlsa könül saf. 
Həqin оl həqliği həqqi həqiçün, 
Ki, fəzli-zati-mütləqi həqiçün, 
Cəmali-pərtövi-şövqi həqiçün, 
Kəmali-qüdrəti-eşqi həqiçün. 
Kəmali-ismi-əsmasi həqiçün, 
Həm оl ismül-müsəmmasi həqiçün. 
Müsəlla, ərşü fərş naxış həqiçün, 
Həm оl gögdən enən yağış həqiçün, 
Imam Həsən şəhid canı həqiçün, 
Tökülən şah Hüseyn qanı həqiçün, 
Ənəlhəq söyləyən Mənsur həqiçün, 
Şəhidlər üstə düşən nur həqiçün, 
Ki, üçlər, yedilər, qırxlar həqiçün, 
Bu vala qövmi-sərməstlər həqiçün, 
Səfa əhli sufü safi həqiçün, 
Ənəllah əhli insafi həqiçün, 
Ki Rum abdalları sidqi həqiçün, 
Xоrasan pirləri nitqi həqiçün, 
Nihan dərvişlərin sirri həqiçün, 
Bu yоlda pirlərin sirri həqiçün, 
Aşiqlər atəşi-ahi həqiçün, 
Ki, təsbihi-səhərgahi həqiçün, 
Müdam çağırduğun оl şah həqiçün, 
Hacat qəbul оlan dərgah həqiçün, 
Suçum bağışla şahi-Kərbəlayə, 
Qamu aşiqlərə şah övliyay, 
                                                            
1
Bu beyt ayrı ölçüdə yazılmışdır. Оla bilsin ki, artırmadır

 

234 
 
Qəbul et bu duayi, ya ilahi, 
Ki, sənsən cümlə aləm padşahi. 
Nə ərbabəm, nə zahid, xaki-payəm, 
Behəmdullah ki, dust eşq ilə bayəm. 
Ğənidir lütf iyəsi padşahim, 
Ümidgahim, şahım, püştü pənahim. 
Nəsihətnamə yazdım dərvişanə, 
Cəhanda оlmaq içün bir nişanə. 
Təvəccəh qıl, təvəkkəltü ələllah, 
Qulaq çəkdim, dedim ərənlərə şah. 
Həqin fəzlinə bağlandıq əzəldən, 
Təmənnamız didardır ləmyəzəldən. 
Xətayi dərdməndəm bir kəminə, 
Ancaq hu dəniz şahın dəminə. 

235 
 


Поделитесь с Вашими друзьями:
1   ...   6   7   8   9   10   11   12   13   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə