Şahbaz muradov, ÇİNGİz baxiş



Yüklə 1.13 Mb.
Pdf просмотр
səhifə1/10
tarix10.07.2017
ölçüsü1.13 Mb.
  1   2   3   4   5   6   7   8   9   10

 
 
~ 1 ~ 
 
ŞAHBAZ  MURADOV,  ÇİNGİZ  BAXIŞ 
 
 
 
 
 
 
 
 
 
 
 
AZƏRBAYCAN RESPUBLİKASINDA                                     
ETNO-DEMOQRAFİK PROSESLƏR:                                                      
tarixi dəyişikliklər və reallıqlar 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI  - 2013 

 
 
~ 2 ~ 
 
Azərbaycan  Milli  Elmlər  Akademiyası  İqtisadiyyat 
İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunur. 
 
 
Redaktoru:   
 
i.e.n. A.Q.GÖZƏLOVA 
 
Rəyçilər:      
 
t.e.d. A.H.BALAYEV 
 
 
            
i.e.n. R.C.ƏFƏNDİYEV 
 
 
Muradov  Ş.M.,  Baxış  Ç.Ə.  Azərbaycan  Respublikasında 
etno-demoqrafik  proseslər:  tarixi  dəyişikliklər  və  reallıqlar. 
Bakı, 2013, 135 səh. 
 
 
 
Kitabda  XIX  yüzillikdən  başlamış  indiyə  qədərki  bir  dövrdə 
Azərbaycan  Respublikası  ərazisində  əhalinin  milli  tərkibinin  for-
malaşması  prosesi  araşdırılmışdır.  Bu  prosesin  etnik  və  demoqrafik 
xüsusiyyətlərinin,  baş  vermə  səbəblərinin  dolğun  şəkildə  üzə  çıxarı-
lması  və  dəyərləndirilməsi  məqsədilə  Azərbaycanda  baş  verən 
taleyüklü  tarixi-siyasi  hadisələrin  və  sosial-iqtisadi  dəyişikliklərin 
təsirlərinin  öyrənilməsinə  geniş  yer  verilmişdir.  Əsərdə  indiyə  qədər 
Azərbaycanda  keçirilən  bütün  əhali  sayımlarının  və  bir  sıra  başqa 
mənbələrin etno-statistik məlumatlarından geniş istifadə edilmişdir. 
Kitab  təkcə  mütəxəssislər  üçün  deyil  (demoqraflar,  politoloqlar, 
iqtisadçılar, etnoqraflar, sosioloqlar, tarixçilər), həm də geniş oxucu 
kütləsi üçün nəzərdə tutulmuşdur.  
 
 
 

 
 
~ 3 ~ 
 
                                       MÜNDƏRİCAT: 
 
Giriş.......................................................................................4 
 
1.
 
Azərbaycan  Respublikası  əhalisinin  sayının  dinami-
kası və ona təsir edən amillər........................................8 
2.
 
Əhalinin etnik tərkibinin formalaşması: xüsusiyyətlə-
ri, dəyişməsi meylləri və reallıqlar.............................47          
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
~ 4 ~ 
 
Giriş 
 
Dünyanın demoqrafik problemlərinin araşdırılması get-
gedə  daha  böyük önəm  kəsb etməkdədir. Belə  ki, iqtisadi, 
ekoloji  və  xüsusilə  də  siyasi  sahədə  baş  verən  bir  sıra 
qlobal  problemlərin  yaranmasında  demoqrafik  faktorun 
böyük  rolu  olduğu  üzə  çıxır.  Təkcə  onu  demək  kifayətdir 
ki,  qüdrətli  iqtisadiyyatı  ilə  fərqlənən  və  buna  görə  də 
siyasi nüfuzuna görə dünyanın aparıcı dövlətlərinə çevrilən 
ölkələrin  belə  bir  səviyyəyə  yüksəlməsində  demoqrafik 
faktor  başlıca  rol  oynamışdır.  Daha  doğrusu,  əhalisinin 
sayına  görə  dünyanın  iri  dövlətləri  öz  iqtisadi  və  hərbi 
potensiallarını artırmaq baxımından kiçik dövlətlərlə müqa-
yisədə  olduqca  böyük  imkanlara  malik  olmuşlar.  Bunun 
bariz örnəyi, əhalisinin sayına görə dünyanın iki ən nəhəng 
dövləti olan Çin və Hindistandır: hazırda ümummilli daxili 
məhsulun  həcminə  görə  Cin  ikinci,  Hindistan  isə  onuncu 
ölkə  olmuşdur
1
.  Halbuki  bu  nəhənglər  adam  başına  düşən 
milli  gəlirin  səviyyəsinə  görə  dünyanın  əksər  ölkələrindən 
geri qalırlar. Digər tərəfdən ölkələrin sosial-iqtisadi durumu 
və  inkişaf  perspektivləri  demoqrafik  proseslərin  gedişatın-
dan  və  xarakterindən  asılı  olaraq  böyük  dəyişikliklərə 
uğraya  bilər.  Hazırda  məlum  olduğu  kimi  bəzi  ölkələr 
əhalinin  təbii  azalması  problemi  ilə  üz-üzə  qaldığı  halda, 
                                                 
1
 http://en.wikipedia.org/wiki/List_of_countries_by_GDP_(nominal) 

 
 
~ 5 ~ 
 
Afrika  ölkələrinin  əksəriyyəti  əhalinin  yüksək  təbii  artımı 
üzündən səfalətə uğramaqdadırlar. 
Təəssüflə qeyd etmək lazımdır ki, son yüzilliklərdə baş 
verən  lokal  münaqişələrin,  hətta  dünya  müharibələrinə 
gətirib  çıxaran  siyasi  qarşıdurmaların  yaranmasında  da 
demoqrafik  faktorun  olduqca  böyük  rolu  olmuşdur.  Tarixi 
faktlar göstərir ki, iqtisadi cəhətdən inkişaf etmiş dövlətlər 
arasında  məhz,  böyük  demoqrafik  potensiala  malik  olan 
dövlətlər  və  ya  millətlər  başqa  ölkələrə  qarşı  iddialı  və 
aqressiv olmuş, hətta dünya ağalığına cəhd etmişlər (İkinci 
Dünya  Müharibəsi  ərəfəsində  dünya  əhalisinin  hər  25 
nəfərindən  biri  alman  idi).  Xüsusilə  qeyd  etmək  lazımdır 
ki,  milli  dirçəliş  və  azadlıq  əsri  kimi  qəbul  edilmiş  20-ci 
yüzillikdə və hal-hazırki dövrdə gedən demoqrafik proses-
lərin  etnik  aspektlərinin  öyrənilməsi  daha  böyük  önəm 
daşıyır. Daha doğrusu, hal-hazırda etno-demoqrafik proses-
lərin öyrənilməsi olduqca böyük əhəmiyyət kəsb edir. Belə 
ki,  dünyada  baş  verən  lokal  münaqişələrin  böyük  əksəriy-
yətinin  təməlində  məhz,  etnik  faktorun  olduğu  görünür. 
Əsasən  etnodemoqrafik  proseslərin  intensivliyi  və  xarak-
terindən asılı olaraq etnik münaqişələrin, o cümlədən etnik 
separatizmin  vüsət  almasına  əlverişli  şərait  yaranır.  Məsə-
lən,  hər  hansı  bir  bölgədə  etnodemoqrafik  durumun  bu  və 
ya  digər  millətin  xeyrinə  dəyişməsi  mövcud  sosial-siyasi 
durumun  etnik  təməllərini  sarsıdaraq  millətlərarası  müna-
sibətlərin pozulmasına və sonda milli düşmənçiliyə yol aça 

 
 
~ 6 ~ 
 
bilər.  Ən  başlıcası  isə  odur  ki,  bölgənin  etnodemoqrafik 
durumu  bir  çox  hallarda  hakim  siyasi  qüvvənin  strateji 
maraqlarına  uyğun  olaraq  süni  yollarla  dəyişdirilir.  Başqa 
sözlə bölgənin əhalisinə qarşı bəlli bir etnodemoqrafik siya-
sət aparılır. Bəzən bu siyasət deportasiya və soyqırım kimi 
anti-humanist,  zoraki  üsullarla  aparılmış  və  birdən-birə 
əhalinin  etnik  siması  kökündən  dəyişdirilmişdir.  Ancaq 
İkinci  Dünya  Müharibəsindən  sonra  dünyada  gedən  siyasi 
proseslərin  nəticəsi  olaraq  belə  üsullarin  tədbiqi  kəskin 
şəkildə azalmış və  yerini üstüörtülü, maskalanmış üsullara 
vermişdir.  
Azərbaycan 200 yüz ilə yaxındır ki, məhz, bu tip etno-
demoqrafik siyasətlərin hədəfindədir. Bunun nəticəsi olaraq 
Azərbaycan bir çox tarixi-etnik ərazilərini deyure itirmiş və 
20  ildir  ki,  Qarabağın  ermənilər  tərəfindən  işğalına  məruz 
qalmışdır. Elə buna görə də Azərbaycanda etnodemoqrafik 
proseslərin  öyrənilməsi  olduqca  aktualdır.  Bizim  fikri-
mizcə,  əsrlər boyu Azərbaycanın  yerli əhalisinə qarşı  apa-
rılan  qərəzli  etnodemoqrafik  siyasətin  iç  üzü  açılmadan, 
incəlikləri  üzə  çıxarılmadan  Qarabağ  probleminin  yaran-
ması  köklərinin  və  səbəblərinin  tam,  dolğun  şəkildə  orta-
lığa çıxarılması  mümkün deyil. Unutmaq olmaz ki, Ermə-
nistan siyasilərinin və erməni lobbisinin Azərbaycana qarşı 
apardıqları  informasiya  müharibəsində  istifadə  etdikləri  ən 
başlıca  arqumentlərdən  biri  etnodemoqrafik  faktordur.  Bir 
sözlə,  erməni  saxtakarlıqlarının  ifşa  edilməsi  və  Azərbay-

 
 
~ 7 ~ 
 
canın  diplomatiyasında  gərəkli  uğurların  əldə  edilməsi 
üçün  Azərbaycanda  etnodemoqrafik  proseslərin  daha 
dərindən öyrənilməsinə böyük ehtiyac vardır. Eyni zaman-
da Azərbaycanda  milli azlıqların və etnik qrupların sosial-
iqtisadi, milli-mədəni inkişafını təmin etmək, millətlərarası 
münasibətləri tənzimləmək və onların bir-biri ilə harmonik 
bağlılığına  nail  olmaq  üçün  etnodemoqrafik  tədqiqatların 
aparılması olduqca vacibdir.  
 
 
Bütün  yuxarıda  deyilənləri  nəzərə  alaraq,  biz  təqdim 
etdiyimiz  bu  əsərdə  19-cu  yüzilliyin  sonlarından  başlamış 
bugünə  qədərki  müddəti  əhatə  edən  dövrdə  Azərbaycan 
Respublikasının  etnodemoqrafik  inkişafında  baş  verən 
önəmli  dəyişiklikləri  və  hadisələri  sosial-iqtisadi  və  etno-
siyasi  baxımdan  araşdıraraq  baş  vermə  səbəblərini  və 
onlara təsir edən amilləri üzə çıxarmağı qarşımıza  məqsəd 
qoymuşuq.          

 
 
~ 8 ~ 
 
Azərbaycan Respublikası əhalisinin sayının dinamikası                  
ona təsir edən amillər 
2012-ci  ilin  yanvar  ayına  olan  rəsmi  məlumata  görə, 
Azərbaycan  əhalisinin  sayı  9.235  min  nəfər  olmuşdur. 
2009-cu ilin aprelin 13-də keçirilmiş əhali sayımının rəsmi 
məlumatlarına  görə  isə  Azərbaycan  Respublikasında 
8.922,3  min  nəfər  əhalinin  yaşadığı  təsbit  edilmişdir.  Hal-
hazırda  əhalisinin  sayına  görə  Azərbaycan  Respublikası 
Avropanın 19-cu ölkəsi olmuşdur. 2009-cu ildə 1989-cu ilə 
nisbətən  Azərbaycanın  əhalisi  1.901,1  min  nəfər  və  ya 
27,1% artmışdır. Orta illik artım 95,1 min nəfər və ya 1,2% 
təşkil  etmişdir.  Azərbaycan  Respublikasının  demoqrafik 
inkişafı son 110 ildən artıq bir dövrdə gedən sosial-iqtisadi 
və  siyasi  proseslərin  xarakterindən  asılı  olaraq  güclü 
dəyişikliklərə  məruz  qalmışdır.  Bu  dövrdə  Azərbaycanın 
etno-demoqrafik durumu da intensiv olaraq böyük dəyişik-
liklərə uğramışdır. 
Azərbaycanda  əhalinin  sayı  və  tərkibinin  müəyyən 
edilməsinə  qədim  zamanlardan  təşəbbüs  göstərilmiş  və 
bəzən  onun  qeydiyyata  (uçota)  alınmasına  da  cəhd 
edilmişdir.  Əhalinin  qeydiyyata  alınması  18-ci  əsrdə  daha 
ardıcıl  və  geniş  miqyas  almağa  başladı.  Bu  dövrdə 
dünyanın inkişaf etmiş bir sıra ölkələrində əhalinin demoq-
rafik  baxımdan  öyrənilməsinə  maraq  daha  da  gücləndi. 
Nəhayət,  1790-cı  ildə  ABŞ-da,  1800-ci  ildə  İsveç  və 
Finlandiyada, 1801-ci ildə İngiltərə, Danimarka, Norveç və 

 
 
~ 9 ~ 
 
Fransada  indiki  standartlara  uyğun  gələn  ilk  əhali 
sayımları  (əhalinin  siyahıya  alınması;  bax:  Qeyd
keçirildi
2
.  Bu  da  öz  növbəsində  demoqrafiyanın  daha 
mükəmməl  bir  elm  kimi  formalaşmasına  və  inkişafına 
təkan verdi. Belə ki, demoqrafik araşdırmaların aparılması 
üçün  əhali  haqqında  vacib  olan  fundamental  statistik 
məlumatlar,  məhz  əhali  sayımları  nəticəsində  əldə  edilmiş 
məlumatlardan ibarətdir. 
                                                 
2
Демографический энциклопедический словарь, Москва, «Совет-
ская энциклоредия», 1985, ст.321. 
Qeyd:  Əsərdə  “əhali  sayımı”  termini  ədəbi  dilimizdə  geniş  yer  almış 
“əhalinin siyahıya alınması” termininin əvəzinə işlənilmişdir. Belə ki, 
“əhalinin  siyahıya  alınması”  termini  rus  dilində  işlədilən  “perepis 
naseleniya”  termininin  uğursuz  hərfi  tərcüməsi  nəticəsində  əmələ 
gəlmişdir.  Rus  dilindəki  “perepis”  kəlməsi  yenidən  yazmaq  mənasını 
daşıyan  “perepisat”  felindən  yaranmışdır.  Rusiyada  bir  neçə  yüz  il 
öncə  formalaşmış  bu  termin  o  dövrdə  vergi  nəzarəti  məqsədilə  əha-
linin  uçota  alınması  mənasını  daşıyirdı.  O  dövrdən  miras  qalmış 
“perepis naseleniya” termini müasir rus dilində demoqrafik bir termin 
kimi  qəbul  edilmiş  və  heç  də  əhalinin  siyahıya  alınması  mənasını 
daşımır. Bilindiyi kimi “əhalinin siyahıya alınması” anonim aparılır və 
son məqsəd bəlli bir təqvim günündə əhalinin sayı haqqında ayrı-ayrı 
aspektlərdə  (məsələn,  yaşayış  məntəqələrinə,  yaşına  və  cinsinə, 
milliyətinə,  ana  dilinə,  təhsilinə  və  s.  görə)  məlumat  toplamaqdır. 
Toplanılan  məlumatlar  statistik  rəqəmlər  halına  gətirildikdən  sonra 
“siyahıya alma” vərəqələri ləğv edilir. Onu da xatırladaq  ki, Avropa 
dillərinin  əksəriyyətində  hərfi  tərcüməsi,  məhz  əhalinin  sayılması 
mənasını daşıyan termındən istifadə edilir. Bizim fikrimizcə “əhalinin 
sayımı”  daha  yığcam  və  anlamlı  olmaqla  ədəbi  dılımızdə  əhalinin 
doğumu, ölümü, artımı kimi demoqrafik terminlərlə yanaşı işlədilməsi 
daha məqsədəuyğundur. 

 
 
~ 10 ~ 
 
Azərbaycan  Respublikası  ərazisində  ilk  əhali  sayımı 
1897-ci ildə keçirilmişdir. Daha doğrusu 1897-ci ildə Rusi-
ya imperiyası hökümətinin keçirmiş olduğu ilk Ümumrusi-
ya əhali sayımı Azərbaycan Respublikası ərazisini də əhatə 
edirdi. Belə ki, 19-cu əsrin əvvəllərində Şimali Azərbaycan
yəni hazırki Azərbaycan Respublikasının ərazisi Rusiyanın 
işğalına  məruz  qalmış  və  onun  inzibati  ərazi  vahidlərinə 
çevrilmişdi.  Azərbaycanın  tarixində  əhali  haqqında  ilk 
dolğun  demoqrafik  qaynaq,  məhz  1897-ci  il  əhali  sayımı 
materiallarından  ibarətdir.  Ona  görə  də  biz  bu  əsərdə 
Azərbaycanın  demoqrafik  inkişafının  1897-ci  ili  başlanğıc 
nöqtəsi kimi qəbul edərək  öyrənilməsini daha məqsədəuy-
ğun hesab etmişik. Ancaq qısa da  olsa 1897-ci ilə qədərki 
dövrdə  Azərbaycanın  (Azərbaycan  Respublikasının  indiki 
ərazisi)  əhalisinin  sayında  baş  verən  dəyişiklikləri  gözdən 
keçirək. 
Şimali  Azərbaycanın  ərazisi  1828-ci  ildə  Qacarlar 
dövləti  ilə  Rusiya  arasında  bağlanan  Türkmənçay  müqa-
viləsi əsasında tamamilə Rusiya imperiyasının hakimiyyəti 
altına  keçdi.  1801-ci  ildən  başlayaraq  1828-ci  ilə  qədər 
faciələrlə  davam  edən  Rusiyanın  Azərbaycana  qarşı  apar-
dığı  işğalçı  müharibələr  şübhəsiz  ki,  Azərbaycanın  yerli 
əhalisinin böyük itkilərə uğramasına səbəb olmuşdu. Digər 
tərəfdən  müqavilə  bağlanan  andan  Şimali  Azərbaycan 
ərazisi etnik və dini mənsubiyyət əsasında iri miqyaslı əhali 
yerdəyişmələrinə məruz qalmışdır. Əlbəttə ki, bütün bunlar 

 
 
~ 11 ~ 
 
Azərbaycanda  əhalinin  sayının  dinamikasına  güclü  təsir 
göstərmişdir.  Ancaq  təəssüf  ki,  həmin  illərə  aid  əhalinin 
sayı  haqqında  rəsmi  statistik  məlumatlar  olmadığına  görə 
əhalinin  sayının  dinamikası  haqqında  dolğun  fikir  söylə-
mək mümkün deyildir. Sovet tarixi mənbələrinə görə Azər-
baycanın  əhalisinin  sayı  haqqında  ilk  rəsmi  statistik 
məlumat  1863-cü  ilə  aiddir.  Belə  ki,  1863-cü  il  yanvarın 
biri üçün verilən məlumata görə Azərbaycanın əhalisi 1.190 
min  nəfər  olmuşdur.  1886-cı  ilin  rəsmi  statistikasına  görə 
isə  Azərbaycanda  artıq  1.600  min  nəfər  əhalinin  yaşadığı 
təsbit  edilmişdir
3
.  Nəhayət  11  il  sonra  fevralın  9-da  (o 
zamanki  təqvimə  görə  yanvarın  28-də)  keçirilən  əhali 
sayımına  görə  Azərbaycanda  1.806,7  min  nəfər  əhali 
yaşamışdır. Bu rəqəmlər əsasında 1863-1897-ci illəri əhatə 
edən  dövr  ərzində  Azərbaycan  əhalisinin  sayının  dina-
mikasına  dair  apardığımız  araşdırmalar  göstərir  ki,  1863-
1886-cı  illərdə  Azərbaycanda  əhalinin  sayı  daha  yüksək 
templərlə  artmışdır.  Belə  ki,  bu  23  il  ərzində  əhalinin 
sayının  orta  illik  artımı  1,52%  təşkil  etmişdir.  Halbuki 
sonraki  11  ili  əhatə  edən  1886-1897-ci  illərdə  orta  illik 
artım  tempi  1,12%  olmuşdur.  Bizcə  bu  fərq  heç  də  təbii 
artımdakı  fərqlərlə  deyil,  miqrasiya  proseslərindəki 
fərqlərlə izah edilə bilər. Belə ki, məhz 1863-1886-cı illəri 
əhatə  edən  dövrdə  Rusiya  və  Osmanlı  dövləti  arasında 
                                                 
3
 Демографический энциклопедический словарь, Москва, «Совет-
ская энциклоредия», 1985, ст.12. 

 
 
~ 12 ~ 
 
sonuncunun  ərazi  itkiləri  ilə  sonlanan  bir  neçə  dəfə 
müharibə  olmuş  və  hər  dəfə  bu  müharibələrdən  sonra 
cənubi  Qafqaza,  o  cümlədən  Azərbaycana  Osmanlı  dövlə-
tinin torpaqlarından erməni əhalisi köçürülmüşdür.  
1897-ci  ildən  sonraki  114  ili  əhatə  edən  dövrdə  Azər-
baycan  Respublikasının  əhalisinin  sayı  bu  dövrdə  gedən 
tarixi,  sosial-iqtisadi  və  siyasi  proseslərin  gedişatından  və 
xarakterindən  asılı  olaraq  bəzi  hallarda  kəskin  şəkildə 
azalmış, bəzi dövrlərdə sürətlə artmış, bir  müddət də stabil 
artım  dinamikasına  malik  olmuşdur.  Ona  görə  də 
Azərbaycanda əhalinin sayının dinamikasının araşdırılması 
son 114 ildə baş verən önəmli iqtisadi və siyasi hadisələrə 
uyğun  şəkildə  dövrlərə  bölünərək  aparılması  daha 
məqsədəuyğundur. 
1897-1914-cü  illər  arasındakı  dövr  bizim  müəyyən 
etdiyimiz  ilk  dövrdür.  Bu  dövr  ilk  əhali  sayımı  aparılan 
tarixdən  Birinci  Dünya  Müharibəsinin  başlanmasına 
qədərki  dövr  kimi  əlamətdardır.  Bu  dövrdə  əhalinin  sayı 
29,5%  və  ya  532,5  min  nəfər  artaraq  2.339,2  min  nəfərə 
çatmışdır  (bax:  cədvəl  1).  Orta  illik  artım  1,53%  təşkil 
etmişdir  ki,  bu  da  həmin  dövrdə  Rusiya  imperiyası  üzrə 
analoji  göstəricidən  azca  aşağı  idi.  Ancaq  Rusiyada  bu 
artım demək olar ki, yalnız təbii artımın payına düşürdüsə, 
Azərbaycanda əhali artımının 45 faizə yaxını miqrasiyanın 
 
 
 

 
 
~ 13 ~ 
 
Cədvəl
 1. 
 
Azərbaycan Respublikası əhalisinin sayının dinamikası 
(1897-1970-ci illər)
4
 
 
illər 
əhalinin sayı (min nəfərlə) 
bütün əhaliyə 
nisbətən %-lə 
bütün 
şəhər 
kənd 
şəhər 
kənd 
1897 
1.806,7 
   305,1 
1.501,6 
16,9 
83,1 
1913 
2.339,2 
   555,9 
1.783,3 
23,8 
76,2 
1917 
2.353,7 
   560,2 
1.793,5 
23,8 
76,2 
1920 
1.952,2 
   405,8 
1.546,4 
20,8 
79,2 
1922 
1.863,0 
   486,0 
1.377,0 
26,1 
73,9 
1926 
2.313,7 
   649,5 
1.664,2 
28,1 
71,9 
1939 
3.205,2 
1.156,8 
2.048,4 
36,1 
63,9 
1940 
3.274,0 
1.212,0 
2.062,0 
37,0 
63,0 
1945 
2.705,6 
1.118,5 
1.587,1 
41,3 
58,7 
1950 
2.858,9 
1.252,3 
1.606,6 
43,8 
56,2 
1954 
3.192,0 
1.537,0 
1.655,0 
48,2 
51,8 
1955 
3.277,2 
1.584,6 
1.692,6 
48,4 
51,6 
1959 
3.697,7 
1.767,3 
1.930,4 
47,8 
52,2 
1960 
3.815,7 
1.835,2 
1.980,5 
48,1 
51,9 
1965 
4.509,5 
2.238,8 
2.270,7 
49,6 
50,4 
1970 
5.117,1 
2.564,6 
2.552,5 
50,1 
49,9 
 
                                                 
5
Azərbaycanın  əhalisi  2006,  Bakı,  “Səda”,  2006,  s.19;  Население 
СССР  1987  (статистический  сборник),  Москва,  «Финансы  и  ста-
тистика»,  1988,  s.11;  1897,1926,  1939,  1959,  1970-ci  illərin  məlu-
matları  əhali  sayımları  üzrə;  1913,  1917,  1920-ci  illərin  məlumatları 
ilin axırına, qalan illərin məlumatları isə ilin əvvəlinə göstərilmişdir.  

 
 
~ 14 ~ 
 
payına düşürdü
5
. Burada əhalinin miqrasiya
   
hesabına belə 
yüksək templərlə artımı o dövrdə çar Rusiyasının yeritdiyi 
köçürmə  siyasəti  və  Azərbaycanın  neft  mədənlərinin 
intensiv  sürətdə  istismar  edilməsi  ilə  bağlı  idi.  Neft 
sənayesində  və  onunla  bağlı  sahələrdə  çoxlu  iş  qüvvəsinə 
olan  tələbat  başlıca  olaraq  Rusiyanın  mərkəzi  quberni-
yalarında,  eləcə  də  Şimali  Qafqaz,  Dağıstan və Cənubi 
Qafqazın  başqa  rayonlarında  yaşayan  kəndlilərin  buraya 
miqrasiyası  hesabına  ödənilirdi.  Təkcə  1908-1910-cu  illər 
ərzində  Rusiyadan  Azərbaycana  3  min  kəndli  ailəsi 
köçürülmüşdür.  Bunun  nəticəsində  Azərbaycanın  müsbət 
miqrasiya  saldosu  (qalığı)  1,6  dəfədən  çox  artaraq  1886-
1897-ci  illərdəki  133,4  min  nəfərdən  1897-1913-cü  illərdə 
219,8 min nəfərə çatmışdır (bax: cədvəl 2). 
Qeyd  edək  ki,  Bakıya  miqrasiya  edənlərin  böyük 
əksəriyyətini kişilər təşkil edirdi. Belə ki, ailəsi ilə birlikdə 
iş  axtarmaq  çətin  olduğundan  miqrantların  çoxu  öz 
ailələrini  evdə  qoyub  gəlirdilər.  Tarixi  mənbələrə  əsasən 
Bakının neft sənayesi müəssisələrində işləyən rus mütəxəs-
sisləri,  fəhlə  və  qulluqçuları  əksər  hallarda  öz  ailələri  ilə 
birlikdə,  ermənilərin  çoxu  subay  və  təklikdə,  müsəlman-
ların  isə  hamısı  öz  ailələrini  evdə  qoyub  gəlir  və  təklikdə 
yaşayırdılar.  1897-ci  il  əhali  sayımı  məlumatlarına  görə 
Bakı neftçıxarma müəssisələrində çalışan fəhlələrin 82,5
%-i
 
                                                 
5
 M.M.Allahverdiyev.  Azərbaycanda  işçi  qüvvəsinin  təkrar  istehsa-
lının bəzi məsələləri, Bakı, “Elm”, 1966, səh. 46. 

 
 
~ 15 ~ 
 
  Cədvəl 2. 
 
1920-ci ilə qədərki dövrdə Azərbaycanda əhalinin 
mexaniki hərəkəti (min nəfərlə)
6
 
 
illər 
artım (+) və ya azalma (-) 
cəmi 
hər il orta hesabla 
1886-1897 
+133,4 
+12,2 
1897-1913 
+219,8 
+13,8 
1913-1920 
 -481,0 
 -68,7 
1886-1920 
 -127,8 
   -3,7 
 
subay  və  yaxud  öz  ailələrindən  kənarda  yaşayanlardan 
ibarət olmuşdur. Bunu belə bir fakt da sübut edir ki, 20-ci 
əsrin əvvəllərinə yaxın Bakının mədən rayonları əhalisinin 
75%-ni  kişilər,  cəmi  25%-ni  isə  qadınlar  təşkil  edirdi.



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə