Sahib Məmmədov



Yüklə 162.36 Kb.
PDF просмотр
səhifə2/3
tarix07.12.2016
ölçüsü162.36 Kb.
1   2   3

Komitənin yеkun qеydləri»ndə bu müddəa ilə bağlı narahatlıq ifadə olunmuşdur. Komitənin 

yekun qeydlərində göstərilirdi ki, “Komitə hazırda iştirakçı dövlətdə Cinayət və  Əmək 



Məcəllələrinə uyğun olaraq cniayət törətməkdə  təqsirkar bilinənlərə münasibətdə    məcburi 

əməyin islah və cinayət cəzası tədbiri kimi tətbiqindən  narahatlıq ifadə еdir”. 

 Bununla belə ötən dövr ərzində Əmək Məcəlləsinə dəfələrlə əlavə və dəyişikliklərin edilməsinə 

baxmayaraq həmin müddət olduğu kimi qalır. Azərbaycan dövləti Komitənin tövsiyyəsini nəzərə 

almamışdır. 

Bununla belə qeyd olunmalıdır ki Azərbaycan Rеspublikası Konstitusiyasının 35-ci maddəsinə 

görə «Məhkəmə  qərarı əsasında  şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi  əməyə 

cəlb etmək, hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar 

işlətmək, fövqəladə  vəziyyət və  hərbi vəziyyət zamanı  vətəndaşlara tələb olunan işləri 

gördürmək hallarına yol verilir»

9

.  



 

Beləliklə, Beynəlxalq minimal standartları ümumiləşdirərək cəza çəkmə sistemində əməyə cəlb 

etmə zamanı aşağıdakı prinsiplərə əməl olunması vacibdir: 

 

Faydalı əmək cəza xarakteri daşımamalıdır 

 

Azərbaycan Respublikasının müvafiq qanunvericiliyin məhkumların əməyindən istifadənin əsas 



prinsiplərini müəyyən etmişdir. Əməyə cəlb etmənin məqsədi heç bir halda məhkuma cəza 

vermək məqsədi daşımır. Eyni zamanda məcəllədə müəyyən edilir ki: 

•  Altımış yaşından yuxarı kişi, əlli beş yaşından yuxarı qadın məhkumlara, birinci və ikinci 

qrup əlilliyi , 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu olan məhkumlara, 

hamiləliyi dörd aydan çox olan və ya cəzaçəkmə müəssisələri nəzdindəki uşaq evlərində 

uşaqları olan qadın məhkumlara könüllülük əsasında işləməyə icazə verilir. Yetkinlik 

yaşına çatmayan məhkumlar əmək qanunvericiliyinə uyğun işə cəlb edilirlər; 

•  Məhkumların  əməyindən istifadə edilməsi, qadağan olunan işlərin və  vəzifələrin siyahısı 

cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə müəyyən edilir. 

•  Məhkumların istehsalat fəaliyyəti cəzaçəkmə müəssisələrinin  əsas vəzifəsinə, yəni 

məhkumların islah edilməsinə mane olmamalıdır. 

•  Məhkumların iş vaxtının müddəti,  əməyin mühafizəsi və istehsalat sanitariyası qaydaları 

əmək qanunvericiliyinə uyğun olaraq müəyyən edilir. 

                                                 

8

 Avropa Penitensiar Qaydaları. Mənbə: 



http://www.justice.gov.az/view_hr.php?id=9

9

 



Vətəndaşların  Əmək Hüquqlarını Müdafiə Liqası. Azərbaycan Respublikasinin iqtisadi,sosial və  mədəni 

hüquqular üzrə BMT komitəsinə təqdim etdiyi 3-cü dövrü hesabata  alternativ  hesabat Bakı-2011. 

 

 


•  Məhkumlara istirahət günləri verilir və onlar əmək qanunvericiliyində  nəzərdə tutulmuş 

qaydada səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn 

günündə işdən azad edilirlər 

•  Məhkumların gördükləri işin xüsusiyyətini nəzərə alaraq, tərbiyə müəssisələri istisna 

olmaqla, iş vaxtının cəmləşdirilmiş uçotuna yol verilir. Uçot dövründə iş vaxtının müddəti 

qanunla müəyyən edilmiş gündəlik iş vaxtı müddətindən çox olmamalıdır. 

•  Məhkumların ödənişli əməyə cəlb edildikləri vaxt ümumi əmək stajına daxil edilir. Əmək 

stajının hesablanması təqvim ilinin yekununa əsasən, cəzaçəkmə müəssisəsinin müdiriyyəti 

tərəfindən aparılır. Ardıcıl olaraq əmək vəzifələrini yerinə yetirməyən, yaxud digər hallarda 

işdən boyun qaçıran məhkumların müvafiq dövrdəki iş vaxtları  cəzaçəkmə müəssisəsinin 

müdiriyyətinin təqdimatına  əsasən məhkəmənin qərarı ilə onların ümumi əmək stajından 

çıxarıla bilər. 

•  Əmək fəaliyyəti ilə məşğul olan məhkumlar hər il əmək qanunvericiliyi ilə müəyyən 

edilmiş ödənişli məzuniyyətdən istifadə hüququna malikdirlər. 

•  Məhkum qadınlar hamiləliyə və doğuşa görə qanunvericilikdə müəyyən edilmiş müddətə 

işdən azad edilirlər. 

•  İş normalarını artıqlaması ilə yerinə yetirən və ya müəyyən edilmiş tapşırıqları nümunəvi 

yerinə yetirən məhkumlara  əmək qanunvericiliyində  nəzərdə tutulmuş  əlavə  məzuniyyət 

verilə bilər

10



 

 

Əmək ödənilməlidir 



 

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə görə: 

•  Məhkumlar  əmək qanunvericiliyinə uyğun olaraq əməyin ödənilməsi hüququna 

malikdirlər. 

•   İş vaxtının normasını tam işləmiş və öz əmək vəzifələrini yerinə yetirmiş məhkumların 

aylıq  əmək haqqının məbləği  əməyin ödənilməsinin müəyyən olunmuş minimum 

miqdarından az olmamalıdır. 

•   Natamam iş vaxtına görə əməyin ödənilməsi işlənmiş vaxta mütənasib və ya istehsaldan 

asılı olaraq həyata keçirilir. 

•  Müəyyən müddətə azadlıqdan məhrum etmə  və ömürlük azadlıqdan məhrum etmə 

növündə cəzaya məhkum olunmuş şəxslərin əmək haqqının ödənilməsi qaydası müvafiq 

icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir

11



 



İş vaxtı standart iş günü vaxtından çox olmamalıdır 

 

Cəzaların  İcrası  Məccəlləsinin  şərtlərinə görə  məhkumların iş vaxtının müddəti  Əmək 



Məcəlləsinə müvafiq olaraq həyata keçirilir. Bu isə o deməkdir ki, məhkumların həftəlik iş vaxtı 

40 saat müəyyən edilir. Bununla belə “Məhkumların gördükləri işin xüsusiyyətini nəzərə alaraq, 



tərbiyə müəssisələri istisna olmaqla, iş vaxtının cəmləşdirilmiş uçotuna yol verilir. Uçot 

dövründə  iş vaxtının müddəti qanunla müəyyən edilmiş gündəlik iş vaxtı müddətindən çox 

olmamalıdır”

12

                                                 

10

 Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsi: Mənbə: 



http://e-

qanun.gov.az/print.php?internal=view&target=1&docid=15&doctype=1

11

 Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsi: Mənbə: 



http://e-

qanun.gov.az/print.php?internal=view&target=1&docid=15&doctype=1

12

 Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsi: Mənbə: 



http://e-

qanun.gov.az/print.php?internal=view&target=1&docid=15&doctype=1



 

 

İş yerlərində sağlamlıq və təhlükəsizliyə dair tələblər cəza çəkmə müəssisələrindən kənar 



yerlərdə tətbiq olunan standartlara uyğun olmalıdır 

 

Cəzaların İcrası Məcəlləsinə görə məhkumların əməyinin mühafizəsi, o cümlədən iş yerlərində 

təhlükəsizlik texnikası qaydalarını əməl olunmasının qayda və şərtləri Əmək Məcəlləsi və digər 

müvafiq normativ hüquqi aktlarla müəyyən edilir. 

 

 

CƏZASINI BAŞA VURMAQDA OLAN ŞƏXSLƏRİN AZAD OLUNDUQDAN SONRA 



ƏMƏYƏ ÇIXIŞININ TƏMİN OLUNMASI İSTİQAMƏTİNDƏ FƏALİYYƏTLƏR 

 

Məhkumların təhsili həm müvafiq beynəlxalq normalarda, həm də Azərbaycan Respublikasının 



müvafiq qanunvericilik aktlarına məhkumların islah olunması, onların cəmiyyətə tam hazır 

qayıdışı məsələlərində əsas vacib elementlərdən biri kimi nəzərdə tutulur. 

Azadlıqdan məhrum etmə yerlərində saxlanılan şəxslərin təhsili ilə bağlı universal standartlar 

aşağıdakılardır: 

•  Saxlanmış, yaxud həbs edilmiş şəxs saxlanma və həbs edilmə yerlərində təhlükəsiz və 

intizam qaydalarını təmin edən ağılabatan şəraitdə, ağılabatan miqdarda, (əgər bu dövlət 

hesabınadırsa mövcud imkanlar daxilində) tədris, bədii, və informasiya materialları 

almaq hüququna malikdir

•   Təhsildən bəhrələnəməyi bacaran məhbuslara-icazə verilən ölkələrdə dini tərbiyə daxil 

olmaqla- onu davam etdirmək imkanı təmin edilməlidir. Savadsızların və gənclərin təlimi 

icbari sayılmalı və həbsxana idarəsi buna xüsusi diqqət yetirməlidir.; 

•  Məhbusların təlimi azad edilən məhbusların sonradan çətinlik çəkmədən oxuya bilmələri 

üçün, mümkün qədər, ölkədə mövcud olan təhsil sisteminə uyğunlaşdırılmalıdır; 

•  Bütün müəssisələrdə məhbuslar onların fiziki və psixi sağlamlığı naminə istirahətlə və 

mədəni fəaliyyətlə imkanı ilə təmin edilməlidir; 

•  Hər bir azadlıqdan məhrum etmə yerlərində  məhbuslara ən azı öz bəzi maraqlarını və 

tələblərini ödəməyə imkan verən hərtərəfli təhsil proqramı işlənib hazırlanacaq və həyata 

keçiriləcəkdir. Bu cür proqramların məqsədləri müvəffəqiyyətli sosial reablitasiya 

perspektivlərinin yaxşılaşdırmaq, məhbuslarda ruh yüksəkliynin saxlanılması, onları 

əhatə edənlərə qarşı münasibətlərini yaxşılaşdırmaq və öz-özünə hörmət hissinin 

artırılmasından ibarət olmalıdır. 

•  Təhsil penitensiar rejim çərçivəsində, təstiq edilmiş fərdi islah proqramına daxil olan, iş 

günü ərzində hamıya keçirilməsi şərti ilə, əsasən ödənişli əməklə eyni statusa malik, 

fəaliyyət kimi baxılmalıdır

13



 



Qeyd:  Bir sıra inkişaf etmiş ölkələrdə təhsilə cəlb olunmuş məhkumlar buna görə əmək haqqına 

bərabər tutulan əmək haqqı alırlar. Məsələn, Finlandiyada kompyuter, dil kurslarına gedən 

məhkumlar da işləyən sayılır və onlara əmək haqqı ödənilir. Lakin Azərbaycanda belə hal nə 

qanunvericilikdə nə də praktikada əks olunmamışdır. 

 

•  Bütün məhbuslar nəzərdə tutulduğu kimi özündə ümumtəhsil fənləri, peşə təlimi



yaradıcılıq və mədəni fəaliyyəti, bədən tərbiyəsi və idmanı, sosial fənləri, kitabxana 

vəsaitlərini də birləşdirən təhsilə yiyələnmək imkanına malik olmalıdır; 

 

                                                                                                                                                             



 

13

 Azadlıqdan məhrumetmə yerlərinin monitorinqi: QHT-lər üçün vəsait. İşgəncələrin Qarşısının alınması üzrə 



Assosasiya, Demokratik təsisatlar və İnsan Hüquqları Bürosu.   

İnsan Hüquqları üzrə təlim və tədqiqat İctimai Birliyi tərəfindən tərcümə edilmişdir. Bakı-2006 



Qənaətbəxş tədbirlər proqram (iş, təhsil, idman və s.) azadlıqdan məhrum edilmiş şəxslərin 

əhvalı üçün həlledici əhəmiyyətə malikdir. Bu, barələrində məhkəmə hökmü çıxarılmış və 

məhkəmə qərarını gözləyən şəxslərin həbsdə saxlandığı,  bütün müəssisələr üçün ədalətlidir. 

Qeyd olunur ki, azadlıqdan ilkin məhrum etmə yerlərində fəaliyyət növləri olduqca məhduddur. 

Məhbusların qısa müddətdə saxlandıqları bu cür müəssisələrdə həbsdə saxlanılanlar üçün 

fəaliyyətin təşkil edilməsi çətin məsələ hesab edilir. Aydındır ki, söhbət məhkəmə hökmündən 

sonra, cəzalarını çəkən şəxslər üçün müəssisələrdə fərdiləşdirilmiş proqramların yaradılmasına 

göstərilən səylərdən gedə bilməz. Lakin azadlıqdan məhrum edilmiş şəxslərin, onlar üçün 

nisbətən  yaxşı maddi şəraitin yaradılmasına baxmayaraq sadəcə olaraq öz bağlı kameralarında 

həftələr, bəzən isə aylarla, darıxmasına yol vermək olmaz.  Komitə hesab edir ki, azadlıqdan 

məhrum edilmiş şəxslərin günün müəyyən səmərəli hissəsini (8 saat və daha çox) kameradan 

kənarda, öz vaxtını müxtəlif xarakterli faydalı fəaliyyətə sərf edə bilməsinə səy göstərmək 

lazımdır. Əlbətdə ki, məhkum edildikdən sonra həbsdə saxlanılan şəxslərin saxlandığı yerlərin 

şəraiti daha çox münasib olmalıdır.

14

 

Avropa Penitensiar Qaydalarına görə: 



 

•  Hər bir penitensiar müəssisə bütün məhbuslara maksimal geniş və onların fərdi 

ehtiyaclarına cavab verən, məqsədlərinə uyğun olan təhsil proqramlarından istifadə 

etmək imkanları verməyə çalışmalıdır. 

•  İlk növbədə oxumağı, yazmağı və saymağı bacarmayan, habelə ilkin təhsili və peşə 

hazırlığı olmayan məhbuslara diqqət yetirmək lazımdır. 

•   Gənc məhbusların, habelə xüsusi ehtiyacları olan məhbusların təhsilinə xüsusi diqqət 

yetirmək lazımdır. 

•   Daxili rejimə əsasən təhsilin statusu əməyin statusundan aşağı olmamalı və məhbuslar 

təhsil proqramlarında iştiraka görə maliyyə cəhətdən məhdudlaşdırılmamalıdırlar. 

•   Hər bir penitensiar müəssisə lazımi qaydada müxtəlif populyar və tədris materiaları, 

kitablarla və digər məlumat daşıyıcıları ilə komplektləşdirilmiş kitabxanaya malik 

olmalıdır. 

•   İmkan daxilində penitensiar müəssisələrin kitabxanalarının işi yerli kitabxana xidmətləri 

ilə birgə təşkil edilir. 

•  İmkan daxilində məhbusların təhsili: 

a. onlar azadlığa çıxdıqdan sonra öz təhsillərini və peşə hazırlıqlarını problemsiz davam 

etdirmələri üçün ümummilli təhsil və peşə hazırlığı sisteminə inteqrasiya olunmalıdır; və 

b. kənarda olan təhsil müəssisələrinin himayəsi altında həyata keçirilməlidir

15



Cəzaların  İcrası  Məcəlləsinin   100  maddəsində  “Müəyyən müddətə azadlıqdan məhrum etmə 

növündə  cəzaya məhkum olunmuş  şəxslərin ilk peşə-ixtisas təhsili və peşə hazırlığı” ilə bağlı 

tələblər müəyyən edilmişdir. Həmin maddəyə görə: 

•  Peşəsi və ya ixtisası olmayan məhkumlar üçün cəzaçəkmə müəssisələrində ilk peşə-

ixtisas təhsili  və ya peşə hazırlığı həyata keçirilir. 

•   Hamilə və ya cəzaçəkmə müəssisələri nəzdindəki uşaq evlərində uşaqları olan məhkum 

qadınlar, altmış yaşından yuxarı kişi və əlli beş yaşından yuxarı qadın məhkumlar, birinci 

və ikinci qrup əlilliyi , 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu olan məhkumlar 

ilk peşə-ixtisas təhsilinə və ya peşə hazırlığına öz arzularına görə cəlb edilirlər. 

                                                 

14

 Azadlıqdan məhrumetmə yerlərinin monitorinqi: QHT-lər üçün vəsait. İşgəncələrin Qarşısının alınması üzrə 



Assosasiya, Demokratik təsisatlar və İnsan Hüquqları Bürosu.   

İnsan Hüquqları üzrə təlim və tədqiqat İctimai Birliyi tərəfindən tərcümə edilmişdir. Bakı-2006 

 

15

 Avropa Penitensiar Qaydaları. Mənbə: 



http://www.justice.gov.az/view_hr.php?id=9

•   Tərbiyə müəssisələrində ilk peşə-ixtisas təhsili və ya peşə hazırlığı məhkumların iş günü 

müddəti ərzində həyata keçirilir. 

•   Cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar ilk peşə-ixtisas təhsili üzrə imtahan 

vermək üçün əmək qanunvericiliyində nəzərdə tutulmuş müddətə işdən azad edilirlər. Bu 

müddət üçün onlara əmək haqqı hesablanmır, lakin yemək pulsuz verilir. 

•  Məhkumların ilk peşə-ixtisas təhsili və ya peşə hazırlığı həvəsləndirilir və onların islah 

edilməsi müəyyən edilərkən nəzərə alınır. 

•  İlk peşə-ixtisas təhsili və ya peşə hazırlığı müvafiq icra hakimiyyəti orqanı  tərəfindən 

müəyyən edilmiş qaydada həyata keçirilir. 

 

Ölkənin Penitensiar sistemində təhsilin təşkili ilə bağlı bir sıra tədbirlərin həyata keçirilməsinə 



baxmayaraq, bütövlükdə  məhkumların təhsil problemlərinin həll olunmasından danışmaq 

mümkün deyildir. Belə ki, müəssislərdə olan texniki peşə  məktəblərində müxtəlif peşələr üzrə 

təhsil nəzərdə tutulsa da əslində bu təhsilin keyfiyyəti olduqca aşağı vzəiyyətdədir. Bir çox 

hallarda peşə  təhsilinin həyata keçirilməsi formal xarakter daşıyır və  məhkumar yalnız belə 

təhsildən əldə etdikləri müvafiq peşəyə dair diplom alır. Bununla belə Penitensiar Xidmətin bir 

neçə müəssisəsində o cümlədən 4,5,6,9,15 saylı  Cəza çəkmə müəssisələrində  təşkil olunan 

kompyüter kursları səmərəlidir. Bu kursları müəssisədən kənarda fəaliyyət göstərən ixtisaslaşmış 

şirkətlər həyata keçirir və kursları müvəffəqiyyətlə bitirənlər mvafiq sertifikatla təmin olunurlar. 

Lakin qeyd edilməlidir ki, bu kurslar  məhduddur və burada  təhsil almaq üçün növbələr vardır. 

 

“Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” 



Azərbaycan Respublikası Qanunu da cəzasını başa vurmuş şəxslərin sosial adaptasiyasının təmin 

olunmasında təhsilə xüsusi yer ayırır. Qanunun 6-cı maddəsində Cəza çəkməkdən azad edilmiş 

şəxslərin sosial adaptasiyasının təmin edilməsi üçün həmçinin aşağıdakı tədbirlərin keçirilməsini 

də nəzərdə tutur:  

 

•  Cəza çəkməkdən azad edilmiş şəxslərin peşə hazırlığı işinin təşkili, onların işlə, tibbi və 



sosial yardımla təmin edilməsi sahəsində müvafiq tədbirləri həyata keçirmək;  

•  Təhsil almalarına şərait yaratmaq.

16

  

 



Qanunun 13-cü maddəsində Cəza çəkməkdən azad edilmiş şəxslərin təhsilinin və peşə 

hazırlığının təşkili məqsədi ilə aşağıdakılar nəzərdə tutulur: 

•  Müvafiq icra hakimiyyəti orqanı cəza çəkməkdən azad edilmiş şəxslərin orta peşə-ixtisas 

və texniki-peşə təhsili, habelə qısamüddətli peşə hazırlığı kursları vasitəsilə peşələrə 

yiyələnmələrinə şərait yaradır; 

•  Cəza çəkməkdən azad edilmiş qadınların himayəsində olan 14 yaşına çatmamış uşaqların 

məktəbəqədər tərbiyə müəssisələrinə və ya internat məktəblərinə yerləşdirilməsi 

qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir

17

.  


 

Lakin qanunvericilikdə nəzərdə tutulmuş bu müddəaların praktikada tətbiqində problemlər 

mövcuddur. Cəzasını başa vurmuş bir çox şəxslər sonradan nə təhsilə, nə də əməyə cəlb 

olunmaqda müvafiq dövlət qurumlarından hər hansı yardım ala bilmirlər. Belə insanlara 

cəmiyyətdə olan münasibət, xüsusən də keçmiş  qadın məhkumlara olan münasibət onların sosial 

adaptasiyasını mürəkkəbləşdirir. 

 

                                                 



16

 Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan 

respublikası Qanunu. Maddə 6. 

17

 Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan 



respublikası Qanunu. Maddə 6. 

 

MƏHKUMLARIN VƏ CƏZASINI BAŞA VURMUŞ ŞƏXSLƏRİN  ƏMƏYƏ CƏLB 

EDİLMƏSİNİN PROBLEMLƏRİ 

 

 



Qanunvericiliklə bağlı olan problemlər 

 

Azərbaycan Respublikası Prezidentinin  15 sentyabr 2008-ci il tarixli 3043 saylı sərəncamı ilə 

təsdiq olunmuş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması 

və davamlı inkişaf Dövlət Proqramı”nın  (YADİDP) 7.3. maddəsində qeyd olunur ki, 

“məhkumların cəmiyyətə yenidən inteqrasiya və adaptasiya olunması istiqamətində onların 

azadlığa buraxıldıqdan sonra əmək bazarının tələblərinə cavab verən peşələrə yiyələnməsi 

məqsədilə cəzacəkmə  muəssisələrində istehsal sahələrinin yaradılması davam etdiriləcək”dir. 

Eyni zamanda Dövlət Proqramının Tədbirlər planında da bu istiqamətdə konkret tədbirlər 

nəzərdə tutulur. Tədbirlər Planında “Məhkumların azadlığa buraxıldıqdan sonra əmək bazarının 

tələblərinə cavab verən peşələrə yiyələnməsinin təmin edilməsi” göstərilir. Bundan əlavə ölkənin 

Məşğulluq strategiyasında və bu strategiyanın həyata keçirilməsi üçün nəzərdə tutulan tədbirlər 

planında da bu kateqoriya şəxslərin məşğulluğunun təmin olunmasına yönələn tədbirlər nəzərdə 

tutulur.  

Biz həmçinin yuxarıda Cəzaların İcrası Məcəlləsi, Əmək Məcəlləsi, “Penitensiar müəssisələrdə 

cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanundan da müddəaları 

göstərmişdik.  

Adı göstərilən normativ hüquqi aktların hər birində məhkumların əməyə cəlb olunması, 

məhkumların və cəzasını başa vuran şəxslərin əmək fəaliyyətinin təmin olunmasının hüquqi 

əsasları təmin  edilmişdir. Bununla belə cəza çəkmə Müəssisələrində məhkumların əməyindən 

səmərəli istifadədə ciddi problemlər qalmaqdadır. Bu halın mövcud olmasının bir sıra ciddi 

əsasları da qanunvericiliklə bağlıdır.  

Bu gün özəl sektor məhkumların əməyindən istifadə etməyə  meyl göstərmir. Bu onunla bağlıdır 

ki, özəl sektorda işçilərin sayıynyn süni azaldılması və ikili mühasibatlıq geniş tətbiq olunur. 

Məhkumların bu sektor tərəfindən əməyə cəlb ediləcəyi halda ikili mühasibatlıq və əmək 

müqaviləsi bağlamadan işə cəlb etmə mümkün olmayacaqdır. Eyni zamanda məhkumların 

əməyə cəlb edilməsi bir sıra mürəkkəb məsələlərin həllini tələb edir ki, bu baxımdan 

məhkumların əməyi özəl sektor üçün cəlbedici deyildir. Ölkədə əmək ehtiyatlarının kifayət qədər 

olması və bu səbəbdən ucuz işçi qüvvəsinin kifayət qədər olması da özəl sektoru məhkumların 

əməyindən istifadə etməsini zəruri etmir.  

Belə olan halda məhkumların əməyindən dövlət sifarişləri hesabına həyata keçirilən işlərdə 

istifadə etmək imkanı vardır.  

Lakin bu gün dövlət vəsaiti ilə həyata keçirilən iri layihələrin heç birində  cəza çəkmə 

müəssisələri iştirak edə bilmirlər. Daha doğrusu bu müəssisələrə belə sifarişlərin verilməsinə 

mövcud qanunvericilik şərait yaratmır. “Dövlət satınalmaları haqqında” Azərbaycan 

Respublikası Qanununun 16-cı maddəsinə əsasən  “Azərbaycan Respublikasında malların 

(işlərin) və xidmətlərin dövlət satınalmaları bu Qanunun 17 - 21-ci maddələrində qeyd olunan 

tətbiq şərtlərindən asılı olaraq açıq tender, ikimərhələli tender, məhdud iştiraklı və qapalı tender, 

təkliflər sorğusu, kotirovka sorğusu və bir mənbədən satınalma metodları ilə həyata keçirilir. 

Malların (işlərin) satın alınması zamanı satınalan təşkilat açıq tender prosedurlarından əlavə, 

digər satınalma metodlarından yalnız bu Qanunun 18, 19, 20 və 21-ci maddələrində nəzərdə 

tutulmuş şərtlər əsasında istifadə edə bilər”

18

.  


Qanunun tələbinə görə satınalan dövlət qurumu ilə malgötürən (podratçı) təşkilat arasında 

müqavilə  ixtisaslaşmış dövlət orqanı tərəfindən həyata keçirilən tenderin nəticələrinə uyğun 

olaraq bağlana bilər. Bu isə cəza çəkəmə müəssisələrini həmin satınalamalar üzrə tenderlardə 

iştirakını ciddi surətdə əngəlləyir. Əlbətdə Dövlət satınalmaları haqqında Qanun belə 

                                                 

18

 Dövlət satınalmaları haqqında Azərbaycan Respublikası qanunu. Maddə 16. 



müəssisələrə və ya bu müəssisələrin baş idarəsinə (Ədliyyə nazirliynin Penitensiar Xidmətinə) 

tenderlərdə iştirak etməyə görə hüquqi maneə yaratmır. Lakin belə tenderlərdə iştirak bu 

müəssisələr üçün praktiki baxımdan mümkünsüz görünür. Bu barədə bir qədər aşağıda bəhs 

olunacaqdır.  

Lakin hazırda mövcud olan qanunvericilik cəza çəkmə müəssisələrində məhkumların əməyindən 

dövlət satınalamaları vasitəsi ilə istifadəyə şərait yaratmır. 

 

 

İstehsal imkanları 



 

Yuxarıda qeyd olunduğu kimi hazırda Penitensiar Xidmətə daxil olan cəza çəkmə 

müəssisələrində istehsal potensialı olsa da, isehsal sahələrinə aid olan qurğular, avadanlıqlar və 

binalar fiziki və mənəvi baxımdan aşınmışdır və iri və müasir tələblərə cavab verən istehsalat 

imkanlarına malik deyildir. Lakin iri həcmli və davamlı dövlət sifarişlərinin olacağı təqdirdə qısa 

müddət ərzində yenidən qurma işlərinin həyata keçirilməsi, avadanlıq və qurğuların yenilənməsi, 

zəruri kadr potensialının formalaşdırılması mümkündür. 

Məsələn, Penitensiar Xidmətin 4 saylı Cəza çəkmə müəssisəsində (Qadın müəssisəsi) tikiş 

sexində dəzgahlar köhnədir və müasir standartlara cavab vermir. Davamlı dövlət sifarişinin 

olacağı təqdirdə bu müəssisədə istehsalı genişləndirmək və istehsal olunan malların keyfiyyət 

göstəricilərini qaldırmaq mümkündür. 

Digər müəssisələrdə də analoji vəziyyətdir. Lakin sifaişlərin olması vəziyyəti tədricən 

normallaşdıra bilər. Aparılan araşdırmaların nəticələrinə əsaslanaraq bu gün üçün cəza çəkmə 

müəssisələrinin  çərçivəsində aşağıdakı sifarişləri yerinə yetirmək imkanındadır: 

 

•  Təhsil müəssisələri üçün mebel, o cümlədən partalar, şkaflar, uşaq bağçaları üçün 



çarpayılar və s.; 

•  Ordu üçün mebel, o cümlədən çarpayılar, postellər; 

•  Ordu üçün geyimlər; 

•  Dövlət sifarişi ilə tikilən binalar üçün plastik qapı və pəncərələr; 

•  İnfrastruktur üçün nəzərdə tutulan məhsullur, o cümlədən yol nişanları; 

Bunlar hazırda müəssisələrin mövcud potensialla yerinə yetirə biləcəyi sifarişlərin yalnız bir 

qismidir.  

Eyni zamanda müəssisələrin kənd təsərrüfatı üçün müxtəlif təyinatlı avadanlıqlar (üzüm dirəklər, 

kənd təsərrüfatı alətləri və s.) istehsal etmək potensialı vardır. 

Bir çox müəssisələrdə xüsusi qabiliyyəti olan məhkumlar fərdi qaydada əl işlərindən ibarət 

müxtəlif hədiyyələr, o cümlədən stolüstü oyun vasitələri, tikmə və toxunma  məhsullar 

hazırlyırlar ki, bu da həm ölkə daxili istehlak, həm də xarici turistlərin istehlakı üçün tələb 

olunur.   

 

1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə