Sahib Məmmədov



Yüklə 162.36 Kb.
PDF просмотр
səhifə3/3
tarix07.12.2016
ölçüsü162.36 Kb.
1   2   3

PROBLEMLƏRİN HƏLLİNƏ YÖNƏLƏN TƏDBİRLƏR VƏ SİYASƏT 

 

Ölkənin cəza çəkmə sistemində məhkumların əməyə cəlb edilməsi, belə müəssisələrdə istehsalın 

dircəldilməsinə praktiki əsasların yaradılması üçün ilk növbədə buna qanunvericilikdə mane olan 

halların aradan qaldırılması ilə başlamaq zəruridir. Əks halda dövlət proqramlarında nəzərdə 

tutulan tədbirlərin həyata keçirilməsi mümkün olmayacaqdır.  

Hazırda dövlət tərəfindən həyata keçirilən satınalmaların bir hissəsinin tenderdən kənar icbari 

qaydada belə müəssisələrə sifariş şəkilində yönəldilməsi müsbət variantlardan biri ola bilər. 

Ölkədə iri satınalmalar həyata keçirən bir sıra mərkəzi icra hakimiyyəti orqanları, o cümlədən, 

Təhsil, Müdafiə, Nəqliyyat nazırliklərinin, eləcədə digər mərkəzi icra hakimiyyəti orqanlarının 

sifarişlərinin və dövlət satınalmalarında iştirak edən dövlət şirkətlərinin subpodrat sifarişlərinin 

bir hissəsi icbari qaydada belə müəssisələrə yönəldilərsə, bu müəssisələrdə məhkumların 

məşğulluq problemləri əsaslı surətdə həll oluna bilər. Bunun üçün   “Dövlət satınalmaları 



Haqqında” Qanuna müvafiq əlavələrin  və dəyişikliklərin edilməsi zəruridir. Əlavə və 

dəyişikliklər vasitəsi ilə tenderdənkənar sifarişlərin verilməsinin həcmi, prosedurları və qaydaları 

elə nizamlana bilər ki, sifariş nəticəsində isehsal olunan malların və ya göstərilən xidmətlərin 

keyfiyyət göstəriciləri, eləcə də  podratçı tərəfin öhdəliklərə əməl etmələri dəqiq 

reqlamentləşdirilsin. 

 

Digər bir üsul qanunda nəzərdə tutulan qapalı tenderlərə, yalnız belə müəssisələrin cəlb edilməsi 



ola bilər. Bunun üçün də qanunvericilikdə qapalı tenderlərə cəlb etmə ilə bağlı əlavə müddəalar 

daxil edilə bilər. 

 

Cəza Çəkmə Müəssisələrinin hər hansı sifariş olmadan malları istehsal edərək bazara çıxarmaq 



və satış yolu ilə gəlir əldə etmək imkanları da məhduddur. Bunun üçün müəssisələrdə sərbəst 

vəsait yoxdur. Belə olan halda müvafiq aktla belə müəssisələrə onların təklifləri 

qiymətləndirilməklə dövlət büdcəsindən faizsiz məqsədli kreditlər verilə bilər.  

Müvafiq hüquqi əsaslar yaradıldıqdan və maliyyə resurslarının ayrılmasından sonra müəssisələr 

biznes təkliflərini müvafiq dövlət və bank strukturlarına təqdim edə bilərlər. Təkliflər 

qiymətləndirilməklə həmin müəssisələrə nisbətən uzunmüddətli kreditlər ayrıla bilər. 

 

Cəzasını başa vurmuş şəxslərin məşğulluğunun təmin olunmasına yönələn tədbirlər 

 

Bir sıra ölkələrin praktikasında cəzasını başa vurmuş şəxslərin məşğulluğunun təmin olunmasına 

yönələn praktiki tədbirlər vardır ki, bu tədbirlər qismən effekt verir. Bunlar əsasən aşağıdakı 

tədbirlərdir: 

 

•  Müvəqqəti işlər üçün  əmək bazarının təşkili   



Cəzasını başa vuran məhkumların daimi və davamlı iş yerləri ilə təmin olunması əsas məqsəd 

kimi qoyulmalıdır. Bununla belə bəzi ölkələrin praktikasında bu kateqoriya insanlar üçün 

qısamüddətli və müvəqqəti işlərin həyata keçirilməsi üçün bazarların və birjaların təşkili 

müsbət effekt verir. Məhkumlar peşə və ixtisaslarına, peşə vərdişlərinə uyğun olaraq 

qruplaşdırılır və müvafiq icra hakimiyyəti orqanları vasitəsi ilə qısamüddətli işlər və ya 

müvəqqəti işləri üçün sifarişləri qəbul edərək bu insanları həmin işlərə cəlb edirlər. 

Belə  işləri həyata keçirərkən  хəsarət alan  şəхslərə  və ya  хəsarət nəticəsində  həlak  

оlanların ailə üzvlərinə heç bir kоmpensasiyalar verilmir. Müvəqqəti işlər həyata keçirən 

insanlar qeyri-fоrmal  əmək bazarında  хüsusi çəkiyə malikdirlər və bu baхımdan bu səhədə  

tənzimləmə işlərinin həyata keçirilməsi оlduqca vacibdir.  

•  Peşə yönümünün dəyişdirilməsi üçün qısamüddətli təhsilin təşkili 

Cəzaçəkmə müəssisələrində məhkumların peşə yönümünün dəyişdirilməsi və 

peşəkarlıqlarının artırılması istiqamətində müəyyən tədbirlərin həyata keçirilməsinə 

baxmayaraq, bu lazimi səmərə vermir. Bu baxımdan cəzasını başa vurmuş şəxslərin müvafiq 

icra hakimiyyəti orqanı tərəfindən modul tipli qısamüddətli peşə təlimlərinə cəlb edilməsi 

üçün əlavə tədbirlərin həyata keçirilməsi zəruridir. Belə təhsilin təşkili bu şəxslərə nisbətən 

qısa müddət ərzində peşə vərdişinə yiyələnməyə və ya əvvəlki malik olduğu peşə və ya 

ixtisas üzrə bilik və bacarıqlarını artırmağa imkan verər. 



 

 

TÖVSİYYƏLƏR 



 

Cəza Çəkmə Müəssisələrində həyata keçirilməsi zəruri olan tədbirlərə dair 

 

•  “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və 



davamlı inkişaf Dövlət Proqramı”  (YADİDP)və Dövlət proqramının icrası məqsədi ilə 

qəbul olunmuş  «2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun 



azaldılması və davamlı inkişaf Dovlət Proqramı»nın həyata kecirilməsi uzrə 

Tədbirlər Planında (TP) (2008-2010-cu illər) nəzərdə tutulmuş tədbirlərin həyata 

keçirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər monitorinq olunmalı, nəzərdə 

tutulmuş tədbirlərin yerinə yetirilmə göstəriciləri qiymətləndirilməlidir. 

•  Cəza Çəkmə Müəssisələrində kiçik istehsal sahələrinin yaradılması zəruridir; 

•  Cəza çəkmə müəssisələrində mövcud olan istehsal sahələrinin hazırkı istehsal potensialı 

qiymətləndirilməli, istehsal avadanlıqlarının, qurğularının və binalarının texniki vəziyyəti 

qiymətləndirilməlidir; 

•  Cəza çəkmə Müəssisələrində saxlanılan  əmək qabiliyyətli məhkumların təsnifatı 

aparılmalıdır. Məhkumlar peşə və ixtisaslarına görə qruplaşdırılmalıdır. 

•  Məhkumların əvvəllərdə malik olduqları ixtisaslar və peşələr üzrə vərdişlərinin 

səviyyəsinin öyrənilməsi məqsədi ilə attestasiya keçirilməli, ixtisas və peşələrinə uyğun 

gəlməyən məhkumların peşə vərdişlərinin, bilik və bacarıqlarının artırılması üçün 

tədbirlər həyata keçirilməlidir; 

•  İxtisası olmayan məhkumların, xüsusən də gənc məhkumların texniki peşə təhsilinə

eləcə də müəssisələrdə təşkil olunan qısa müddətli kurslara(kompyüter, dil kursları və s.)  

cəlb olunması istiqamətində xüsusi tədbirlər həyata keçirilməlidir; 

•  Müəssisələrdə mövcud olan Texniki peşə məktəblərində təhsilin səviyyəsinin olduqca 

aşağı vəziyyətdə olmasını və tədris vasitələrinin fiziki və mənəvi cəhətdən aşınmasını, bir 

çox hallarda isə olmamasını nəzərə alaraq, belə təhsil məktəblərinin texniki bazasının 

müasirləşdirilməsi, müəllim və usta heyətinin bilik və bacarıqlarının artırılması 

istiqamətində ciddi tədbirlərin həyata keçirilməsinə ciddi zərurət vardır; 

•  Cəza çəkmə müəssisələrində mövcud olan texniki peşə məktəblərində təhsilin 

keyfiyyətinin artırılması ilə yanaşı, həmçinin intizam və davamiyyət məsələləri ilə bağlı 

problemlər həll olunmalıdır; 

 

Qanunvericiliyin təkmilləşdirilməsinə dair 

 

•  Cəza Çəkmə Müəssisələrində istehsalın dirçəldilməsi üçün ilk növbədə sifarişlərin olması 

zəruridir. Hazırda müəyyən obyektiv və subyektiv səbəblərə görə özəl sektorun cəza 

çəkmə müəssisələrinin əmək və istehsal potensialından istifadə etməməsini nəzərə alaraq 

həmin müəssisələrə dövlət satınalmaları üzrə sifarişlərin icbari qaydada yönəldilməsi 

zərurəti vardır. 

•  Müvafiq qanunvericilik aktlarına əlavə və dəyişikliklər etməklə dövlət satınalamaları 

üçün sifarişlərin bir qismi (qanunvericiliyn müəyyən etdiyi minimum həddən az 

olmayan) bu müəssisələrə yönəldilməsi  mümkündür

 

•  Belə müəssisələrin məhsulu əvvəlcədən istehsal edərək satış şəbəkələrinə çıxarmaları 



üçün ilkin vəsaitin olmamasını nəzərə alaraq müvafiq normativ hüquqi aktlara əlavələr və 

düzəlişlər etməklə və ya hər hansı yeni normativ hüquqi akt qəbul etməklə bu 

müəssisələrə dövlət büdcəsindən uzunmüddətli və faizsiz kreditlər verilə bilər. 

 

Cəzasını başa vurmuş şəxslərin əməyə  və təhsilə cəlb olunmasına dair 

 

•  Əmək və Əhalinin Sosial Müdafiəsi  Nazirliyi və Təhsil Nazirliyi cəzasını başa vurmuş 

şəxslərin əməyə və təhsilə cəlb olunması üçün zəruri tədbirlər həyata keçirməlidir. 

Hazırda bu istiqəmtdə həyata keçirilən tədbirlər qeyri-qənaətbəxşdir və problemi həll 

etməyə kifəyət etmir; 

•  Cəzasını başa vurmuş şəxslərin peşə yönümünün dəyişdirilməsi üçün qısamüddətli modul 

tipli kursların təşkili zəruridir; 


•  Cəzasını başa vurmuş şəxslərin daimi iş yerləri ilə təmin edilməsi prioritet olmaqla 

yanaşı, onların müvvəqqəti və birdəfəlik işlərlə təmin edilməsi üçün zəruri tədbirlər 

həyata keçirilməlidir.   

 

 



 

 

 



 

 

 



 
1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə