ŞAHİN ƏHMƏdov


FƏSİL 8.  SU HÖVZƏLƏRİNİN ÇİRKLƏNMƏDƏN



Yüklə 6,54 Mb.
Pdf görüntüsü
səhifə86/107
tarix30.09.2023
ölçüsü6,54 Mb.
#151124
1   ...   82   83   84   85   86   87   88   89   ...   107
Mühəndis-ekologiyası

FƏSİL 8. 
SU HÖVZƏLƏRİNİN ÇİRKLƏNMƏDƏN 
MÜHAFİZƏSİ. 
8.1.Su hövzələrinin keyfiyyət göstəricilərinin 
normalaşdırılması 
Su 
keyfiyyət 
göstəricilərinin 
normalaşdırılması 

kateqoriya üzrə aparılır: 
I – içməli su və mədəni-məişət suları; 
II – balıq təsərrüfatı hövzələrinin suları. 
Bu zaman “Yerüstü suların çirklənmədən qorunması üçün 
sanitar qaydaları və normaları” sənədindən istifadə edilir. 
I kateqoriyaya aid olan axar su hövzələrində istifadə 
edilən obyektdən 1 km məsafədə, axmayan hövzələrdə isə 
istifadə edilən obyektdən 1 km radiusda suyun keyfiyyəti və 
tərkibi normalara uyğun gəlməlidir. 
II kateqoriyaya aid olan balıq təsərrüfatının su 
hövzələrində onun normaları çirkab suların hövzəyə töküldüyü 
yer üçün qəbul edilir. 
Suyun aşağıdakı parametrləri müəyyən edilir – üzən və 
asılı qalmış qarışıqların miqdarı, iy, dad, rəngi və suyun t
0

hidrogen ionlarının sayı (pH), mineral qarışıqların tərkibi və 
qatılığı, suda həll olunmuş oksigenin miqdarı, suyun oksigenə 
olan bioloji ehtiyacı, zəhərli və zərərli maddələrin və 
bakteriyaların tərkibi və buraxıla bilən qatılıqları (BBQ). 
Mədəni-məişət və icməli su hövzələrində aşağıdakı 
zərərliyiyin limit göstəriciləri normalaşdırılır: 
-
sanitar toksiki normalar; 
-
ümumi sanitariya normaları; 
-
orqanoleptik normalar (dad, iy, rəng). 
Bakı su təsərrüfatı hövzələrində həmçinin toksikoloji və 
balıq təsərrüfatı normaları müəyyən edilir. 
Su hövzəsinin sanitar vəziyyətinin normalara uyğunluğu 
aşağıdakı düsturla təyin edilir 


188 




1
)
3
(
5
1
i
i
i
m
BBQ
C
Burada 
i
m
C
- hesabat aparılan kəsikdə i-maddəsinin limit 
zərərlilik göstəricisidir, 
BBQ
i
– i-maddəsinin buraxıla bilən qatılığı.

Yüklə 6,54 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin