Şahin Fazil



Yüklə 213.4 Kb.
PDF просмотр
səhifə11/12
tarix08.12.2016
ölçüsü213.4 Kb.
1   ...   4   5   6   7   8   9   10   11   12

XI.27 fevral 
 
 
Əlvida,    Tokio!  Aerobus.  Sakit 
Okean    üzərində  yazılan  “  Sakit  Okean” 
adlı  şeirim. Bir  yapon bizmesmeni. Kuril 
adaları  və  ...  Qarabağ  torpağı  haqqında  
düşüncələr.  Şeremetyevo-2.  Tranzit  zalda 
10 saatlıq  yeni intizar. Təyyarə. Moskva-
Bakı istiqaməti. 
 
 
Bu  gün  9  gündür  ki,  Yaponiyadam.  Gecikmə 
hadisəsi  baş  verməsəydi,  hər  işim  yüksək  səviyyədə 
getməkdə  idi.  Yapon  professorları,  universitet  və  institut 
qulluqçuları 
qulluğumda 
durmuşdular 
və 
yapon 
qonaqpərvərliyi hər vaxt özünü göstərməkdəydi. 
  
Dördlük 
 
Gördüm başqa günü, başqa aləmi, 
Həzz yükü daşıdım mən bu ölkədə. 
Həftədən üç gün çox... Onca gün cəmi!.. 
Yox, ömür yaşadım mən bu ölkədə. 
 
Tokio, 27 fevral 
 
 
 
 
Şahin Fazil 
 
 
204 
Axı, Yaponiyaya on  günlük səfər təəssüratım  unudulmaz-
dır.  Nümunəvi  insanlardır  yaponlar.  Qəribə  diyardır  ya-
ponların 
diyarı. 
Heyrətamiz 
şəhərlərdir 
Senday  
Matsuşima,  Tokio.  Əlbəttə,  yaxşı  mə’nada.  Nizam-
intizam.  Səliqə-sahman.  Tə’lim-tərbiyə.  Qanunlar  işləyir. 
Küçələrdə divarlar yazılmır. Metrolarda oturacaqların üstü 
kəsilmir.  Növbədə  dayanma  qayda-qanununa  ciddi  əməl 
olunur.  İşıqforun  «dayan»  işarəsi  insanlar  üçün  «hərəkət 
et»  işarəsi  maşınlar  üçün  ciddi  xəbərdarlıqdır.  Yol 
gedənlərin  barmaqlarında  siqaret  görünmür.  (Siqareti 
xüsusi  yerlərdə  dayanıb  çəkirlər).    İşdi-şayəd,  maşınlar 
toqquşanda  sürücülər  bir-birlərini  söymürlər,  döymürlər. 
Yerə  zibil  atılmır.  Avtobus,  metro  qatarları  bircə  dəqiqə 
belə ləngimir. Toz və palçıqdan əsər-əlamət yoxdur. Asfalt 
qap-qaradır.    Su  ağappaqdır.  Yaşıllıq  boldur.  Oğlanlar 
qızlara  sataşmırlar.  Adamları  və  maşınları  qartopu 
zərbələri  döyəcləmir.  Polis  gözə  dəymir.  Dilənçi 
görsənmir.  Elektrik  işığı  bir  an  belə  sönmür.  Kobudluğa 
rast  gəlmirsən.  Rəftar  incədir.  Hərə  öz  işini  bilir.  Üzdə 
təbəssüm.  Sözdə  səmimiyyət.  Gözdə  ləyaqət.  Ləyaqətdə 
nəzakət, 
nəzakətdə 
məlahət, 
məlahətdə 
məhəbbət, 
məhəbbətdə sədaqət və s., və s., və s... 
 
Bayatı 
 
Ah, nə haldı Yaponda, 
Cah-cəlaldı Yaponda. 
Sanki iki gözümün 
Biri qaldı Yaponda. 
 
Tokio, 27 fevral 

  Йапонийа сяфярнамяси 
 
 
205 
Qar yağır... 
 
Şaiq  məni  yola  salır.  Deyir  ki,  kaş  mən  də 
gedəydim, çox yox, cəmi bircə həftəliyə. Dedim: 
-  Sən  hələ  cavansan.  Azərbaycana,  Lənkərana, 
doğulduğun  Sütəmurdov  kəndinə  dəfələrlə  gedəcəksən. 
Hətta, başqa ölkələrə də. Mənsə, 
 
 Təkbeyt 
 
Qocayam, görmədəyəm bəlkə də son məmləkəti, 
Büsbütün möcüzə imiş bu Yapon məmləkəti. 
 
Saat 13
00
-də (Moskva vaxtı ilə 17
25
-də) «Aeroflota» 
məxsus  aerobus  Tokionun  Narita  aeroportundan  havaya 
qalxdı.  Sakit  Okeanın  üstündəyəm.  «Sakit  Okeana!»  adlı 
şe’rimi yazdım: 
 
Ey Yaponiyaya 
Yaponiya boyda  
nəfəslik  saxlayan 
Sakit Okean,  
sakitsənmi? 
Sakit qoyacaqsanmı Yaponu? 
«Sakit» adlandırdı 
Mixail Şoloxov Donu. 
Sakitsənmi? 
İsmayıl Şıxlının Kürü – 
Dəli Kür 
Dəlisov görünür, 
Sakitsənmi? 
Şahin Fazil 
 
 
206 
Sakit-sakit səslənir 
«Arazbarı», 
Sakitsənmi? 
Hərdən-birdən  
coşub-daşır 
Xəzərin dalğaları, 
Sakitsənmi? 
 
Ey Sakit Okean, 
Qoynunda 
40 min adalıq  
quru torpaq saxlamısan,  
millət saxlamısan 
Yapon kimi, 
Sakit ol Don kimi. 
Dəli olma, dəlisov olma 
Kür kimi. 
Yaponların xətrinə  
qoru sakitliyini 
inci kimi, dür kimi. 
Qəlbimdə  
qoy sakit-sakit səslənsin «Arazbarı», 
qoy səni şirnikləndirməsin 
Xəzərin dalğaları, 
Sakit ol, 
Adına layiq ol, 
Qoynunda  
nəfəslik saxla, 
Çox yox, 
Heç olmasa 
Yaponiya boyda! 

  Йапонийа сяфярнамяси 
 
 
207 
Tokio-Moskva istiqaməti, 27 
fevral 
 
Təyyarə  on  saat  on  dəqiqə  uçdu,  amma  kələyim 
kəsildi.  Nə  qədər  oturmaq  olar?  Yanımda  bir  yapon 
biznesmeni  əyləşib.  Rus  dilində  yaxşı  danışır.  Yaponiya 
barədə təəssüratımı soruşdu. Dedim ki, son dərəcə müsbət! 
Amma, təəssüf ki, Bakıdan Yaponiyaya yol çox uzaqdır. 
Gülümsündü:  -  Bu  məsələdə  Yaponiyanın  heç  bir 
qüsuru 
yoxdur, 
sizin 
Allahınız 
günahkardır 
ki, 
Azərbaycanı Yaponiyadan uzaq salıb. 
Gülüşdük.  Bir  qədər  də  söhbət  etdik.  Mən 
Allahdan,  o  Allahlardan  danışdı.  Sonra  özünün  Rusiya 
biznesmenləri ilə əlaqələrindən danışdı. Gedib çıxdı Kuril 
adalarına. Dedi ki, o adaların hamısı bizimdir... 
Yadıma yenə də Qarabağ düşdü. Qarabağ da bizim 
idi.  Amma,  hələlik  bizim  deyil.  Qarabağ  hələ  ki,  yad 
əllərdədir.  Ruslar  Kuril  adalarına  sahibləndikləri  kimi 
ermənilər də sahibləniblər Qarabağa. 
Qarabağ. Zor  gücünə işğal altına alınan torpaq. Bir 
neçə  il  bundan  qabaq  «Qarabağı  satdılar»  ifadəsi 
işlədilirdi.  Hətta,  Surət  Hüseynoa  «Biz  Qarabağı  əlborcu 
vermişik  ermənilərə»  deyirdi.  Yalan!  Qarabağımızı 
ermənilər  deyil,  ruslar  alıb  verdilər  ermənilərə.  Əlbəttə, 
arada  bir  neçə  xainimiz  də  olub.  Tarixi  həqiqəti  Yeni 
Cavanşirlər, Babəklər, Koroğlular  bəyan edəcək  inşallah. 
2004-cü ildə yazdığım «Bəla» adlı bir şe’rimi xatırladım: 
 
Qarabağ bəlası… 
Qarabağ yası… 
Və xristian-müsəlman qovğası… 
Şahin Fazil 
 
 
208 
Bu bəlanın, 
Bu yasın  
görünmür sonu, 
Analarımız  
igid oğlu doğmağı yadırğayıblar, 
daha doğmurlar Koroğlunu. 
 
14.12.2004 
Üçüncü 
Divan, 
səh.538 
 
Koroğlular  doğulacaq,  yağılar  boğulacaq  inşallah. 
Qarabağ yenə bizim olacaq inşallah! 
Aerobusda  100-dən  çox  yapon  tələbəsi  var.  Parisə 
uçmalıdırlar.  Tələbələrin  qış  tətilləri  qurtarıb.  İndi 
evlərindən geri qayıdırlar. Yapon biznesmen dedi: - Tokio-
Moskva-Parij marşrutu ilə uçuş ucuz başa gəlir. 
Nəhayət,  Şeremetyevo-2!  Burada  sulu  qar  yağır. 
Yağışdan  çıxıb  yağmura  düşdüm.  Soyuqdan  xoşum 
gəlmir. 
Mən yenə də aeroportun tranzit zalındayam. Bakıya 
uçuşun başlanmasına hələ 10 saatdan da çox var. Sonra isə 
Moskva-Bakı hava yolu... 
 
 
 
 
 
 
 
 

  Йапонийа сяфярнамяси 
 
 
209 
 
 
XII 28 fevral 
 
Təyyarə.  “  Dəmir  Quş”.  Bakıya 
uçuş.“Dəmir quşda uçuş” şeiri.“ Dörd-
lük”  adlı    ikinci  şeir.  Nəhayət,  Heydər 
Əliyev  adına  Beynəlxalq    Bakı  aero-
portu.  Salam,  Bakı!  (  Sürücü  dostum 
Həmid məni gözləyirdi). 
 
Uçuruq.  Bakıya  uçuruq.  «Dəmir  quş»  bizi  Bakıya 
aparır. Yeni şe’r yazdım: 
 
Dəmir quşda uçuş 
 
Bu gün vətənimə gedirəm, şadam, 
Uçuruq. 
Bir quş ağuşunda neçə yüz adam, 
Uçuruq. 
 
Bayaq haradaydım, indisə harda... 
Dəmir quş buluddan yuxarılarda... 
Uçuruq. 
 
İnsan zəkasına heyrətdəyəm mən, 
Dəmir quş yaradan qüdrətə əhsən! 
Uçuruq. 
 
Dünən yolda idim, bu gün Bakıya! 
Şahin Fazil 
 
 
210 
Əlvida, Gündoğar yurd – Yaponiya! 
Uçuruq. 
 
Bu gündən hicrana nöqtə qoyulsun, 
Uçuruq. 
Səfərin əvvəli uğurlu oldu, 
Sonu da, sonu da uğurlu olsun, 
Uçuruq, uçuruq, uçuruq... 
 
28 fevral 
Moskva-Bakı istiqaməti, 
 
Bir  saatdır  uçuruq.  İrəlidə  doğma  Bakı  ilə  görüş. 
Görəsən  hicrana  nöqtə  qoyacağammı?  Hələ  bilmirəm. 
Bilirəm  ki,  yaxın  diyarlara  gedib-gələcəyəm  (əlbəttə 
«inşallah!»).  Bəs  uzaq  ölkələrə  necə?  Gedəcəyəmmi? 
Yaponiyanı bir də görəcəyəmmi? Sakura ağacının çəhrayı-
çəhrayı  çiçəklənməsini  seyr  edəcəyəmmi?  «Azərbaycan 
haykuları»  kitabımın  Tokioda,  yaxud  Sendayda  tərcümə 
və  çap  olunması  nəzərdə  tutulmuşdur.  Olunacaqmı? 
Professor  T.Kuroda  da,  diplomat  İ.Çursel  də,  magistrant 
C.Şaiq də söz veriblər. Verdikləri sözə əməl edəcəklərmi? 
 
Dördlük 
 
Bağla – mən dərvişə, yarəb, yenə hicrin yolunu, 
Nə Sinay istəyirəm mən, nə də ki, Çin yolunu. 
Başqa yerlərdə məkan etməyə meylim yoxdur, 
Yapona aç aça bilsən yenə Şahin yolunu. 
 

  Йапонийа сяфярнамяси 
 
 
211 
Allahdır,  istəsə  açar,  niyə  açmır  ki?  Allah  istəsə, 
nəinki bir də Əfqanıstana, yaxud Yaponiyaya açar qapımı, 
istəsə lap bu dünyanın qapısını açar üzümə, çıxıb gedərəm 
onun  məsləhət bildiyi yerə, qərar  tutaram cənnətdə, ya da 
cəhənnəmdə  (Cəhənnəmlik  olmağıma  əsas  varmı?  O  ki, 
qaldı cənnətlik olmağıma, özü bilən məsləhətdir). 
 
Aç qapını gedim, dünya 
 
Dünyanın qapısı varmı görəsən? 
Bəs pəncərə necə, varmı dünyada? 
Qapısı yoxdursa, pəncərəsindən 
Çıxıb həyatımı verərdim bada. 
 
Barışa bilməyir dünya mənimlə, 
Mənsə səbəbini tapa bilmirəm. 
Bəlkə küsən mənəm dünyadan elə? 
Ürəyimdə qübar, gözlərimdə nəm. 
 
Kədər qoşun-qoşun, qəm ləşkər-ləşkər, 
Yenə artdı dərdim, çoxaldı dərdim. 
Dünyanın qapısı olsaydı əgər 
Açıb gedərdim, 
Qaçıb gedərdim. 
28.10.1998 
(«İkinci Divan», səh. 541) 
 
Saat  yarımdır  uçuruq.  Dünyanı  fikirləşirəm.  Bu 
dünyanı.  Dünya  haqqında  şe’rlərim  çoxdur.  Aktyor 
dostum Əli Nura ithaf etdiyim bir şe’rimi xatırladım: 
 
Şahin Fazil 
 
 
212 
Demirəm ki, biri vardır, biri yox, 
Bu dünyanı mən arabir söymüşəm. 
O dünyaya qoymasalar yeri var, 
Bu dünyanı mən arabir söymüşəm. 
Dünya mənə zülm edəndə arabir, 
Zahir olur qəzəb məndə arabir. 
İşlərimi salır bəndə arabir, 
Bu dünyanı mən arabir söymüşəm. 
 
İnsanları bir-birini yeyəndə, 
Millət yerli-yersiz tə’rif deyəndə, 
O dünyanı molla tə’rifləyəndə 
Bu dünyanı mən arabir söymüşəm. 
 
Yaltaqları xəli kimi görəndə, 
Cahilləri zəli kimi görəndə, 
Aqilləri dəli kimi görəndə 
Bu dünyanı mən arabir söymüşəm... 
 
Neçə-neçə əməldə əngəl görüb, 
Tüfəng tutan, güllə atan əl görüb, 
Tikanını gülündən əvvəl görüb, 
Bu dünyanı mən arabir söymüşəm. 
 
Adam var ki, yolunda ölsən – dəyər, 
Adam da var «yerimə öl sən» deyər... 
Yaxşısını görməyibən müxtəsər 
Bu dünyanı mən arabir söymüşəm... 
 
Adam gördüm onda ilan dişi var, 
Düzündən çox əyri-üyrü işi var... 

  Йапонийа сяфярнамяси 
 
 
213 
Şahin kimi bir söyüşkən kişi var, 
Bu dünyanı mən arabir söymüşəm. 
11.10.1998 
(«İkinci Divan», səh. 536-537) 
Vallah-billah,  söyüşkən-zad  deyiləm.  Şairlikdir  də. 
Adam  bə’zən  özünə  qara  yaxır  (Qara  dedim,  Tokiodakı 
asfaltın qarası yadıma düşdü). 
Təyyarədə,  Bakıya  çathaçatda  bir  daha  Yaponiya 
ilə  sağollaşıram:  «Əlvida,  Yaponiya,  ey  Gündoğar  ölkə». 
Gün-nəhəng  odlardan  ibarətdir,  elə  nəhəng  odlardan  ki, 
həmin  odların istisi  milyonlarla  kilometr  məsafədən keçib 
Yerə də çatır, o cümlədən, təbii ki, Azərbaycana da. Odlar 
ölkəsinə. Bəlkə, yenə sənə salam verdim. Yoldaş Səlimov 
demişkən,  «amma  quruda»,  yağmursuz  mövsümdə,  yaş 
fəslində. Sən məni özünə cəzb etdin, Yaponiya: 
 
Cazibə qüvvəsi, yarəb, nə böyük hikmətmiş, 
Yaranıbdır qoca Şahində Yapon cazibəsi. 
Şahin Fazil 
 
 
214 
 
XIII. 1 – 26 mart. 
 
 Yaponyaya  səfərim  bitdi,  amma 
səfərnamə  şeirlərim yenə yazılır. “ Yapon 
sevgisi”,  “  Yaponiya  cazibəsi”  silsiləsin-
dən  müxtəlif  şeirlər  –  Yaponyadan  uzaq-
da yazılan  “yaponnamələr”. 26 mart. Xa-
nım Ayumi Yanagiyanın  mənə fars dilin-
də  yazdığı  məktub,  göndərdiyi  foto  – 
şəkillər.  Çox  sağ  ol,  xanım  Ayumi!  Çox 
yaşa, Yaponiya! 
 
 
1 mart. Səfər bitdi, səfərnaməm bitmir ki, bitmir... 
Evimdəyəm.  Tənhayam.  Fikir-xəyal  aləmindəyəm. 
Yaponiya  mənim  qəlbimdə  «yapon  cazibəsi»,  «yapon 
sevgisi» yaratdı. Qəzəl yazdım: 
 
Var elə başsız – mənə baş qaldırıb, 
Mə’rəkə, üsyan və savaş qaldırıb. 
 
Bir neçə pudluq daşı qaldırmışam, 
Pəhlivanam öylə ki, daş qaldırıb. 
 
Var elə adəm canımı dinc edir, 
Var eləsi canda təlaş qaldırıb. 
 
Şahinə «uç» söylədi şahin quşu, 
Məndə uçuş şövqü adaş qaldırıb. 
 
Var elə ölkə elimi xoşlayır, 
Ölkə də var dava-dalaş qaldırıb. 

  Йапонийа сяфярнамяси 
 
 
215 
Mən Yaponu öylə gözəl görmüşəm 
Canda yapon sevgisi baş qaldırıb. 
 
Bakı, 1 mart 
 
 
 2  mart  Çərənçi  deyiləm.  Boş-boş  danışmağı 
sevməmişəm heç vaxt. Oxucu deməsin ki, bu səfərnaməni 
oxumaqdan  yoruldum,  amma  Şahin  Fazil  «yapon», 
«Yaponiya» deməkdən yorulmur ki, yorulmur... 
 
Varsağı 
 
Yaponsuz, 
Qalmışam mən Yaponsuz. 
Varsa əgər hünərin 
Ürək, dinclik tap onsuz. 
 
Bakı, 2 mart 
 
3  mart  Yaponiya  Azərbaycandan  lap  uzaqdadır. 
Uzaq Şərq və Orta Şərq. Şərq və Şərq. Yaponiya və Azər-
baycan. 
«Şərq»,  «Qərbi»  kəlmələri  Cənubi  Azərbaycanda 
da  urcah  olunub  Azərbaycana:  Şərqi  Azərbaycan  (paytaxt 
Urmiya),  Qərbi  Azərbaycan  (paytaxtı  Təbriz).  Bir  neçə  il 
bundan  qabaq  Urmiya  şəhərində  bir  elmi  konfransda 
iştirak  edirdim.  Konfransın  sonunda  orada  yazdığım 
qəzəlimin bir beyti yaman alqışlandı: 
 
Şərqi nədir, Qərbi nə, Qərbi nədir, Şərqi nə? 
Baxmayıram fərqinə, Azəribaycandır! 
 
Şahin Fazil 
 
 
216 
Doğrudan  da,  mənə  fərqi  yoxdur.  Azərbaycandır. 
Haçansa  haqq  öz  yerini  tutacaq!  Yaponiya  isə  Yapo-
niyadır!!! 
Varsağı 
 
Tap ondan, 
Aləmi gəz, tap ondan. 
Hələ çox danışacaq 
Şahin Fazil yapondan. 
Bakı, 3 mart 
 
4  mart.  Evdə  təkəm.  Öz-özümlə  söhbət  edirəm: 
Çör  ki,  iki  həftə  bundan  qabaq  haradaydın.  Əhsən 
təyyarəyə.  Apardı,  gətirdi.  Rabindranat  Taqor  məsləhət 
verir:  «Məş’ələ  işıq  üçün  təşəkkür  et,  amma  qaranlıqda  o 
məş’əl tutanı da unutma». Afərin təyyarəçilərə. Apardılar, 
gətirdilər.  Aparma-gətirmə  labüddür.  Bir  şey  isə  aparır, 
amma  gətirmir.  Tabut.  Ağır  sözdür.  Ətim  ürpəşdi.  Və  bir 
şe’rimi xatırladım: 
 
Tabut 
 
Arzu  
aparır-gətirir... 
Duyğu  
aparır-gətirir... 
Su  
 
aparır-gətirir... 
Külək 
aparır-gətirir... 
Fələk 

  Йапонийа сяфярнамяси 
 
 
217 
aparır-gətirir... 
Zaman 
aparır-gətirir... 
Yaradan 
aparır-gətirir... 
Tabut 
aparır! 
Gətirmir! 
 
Hər  kəsin  bir  ömür  möhləti  var.  Hamını  tabut 
aparacaq.  Heç  kimi  tabut  geri  gətirməyəcək.  Məni  də 
eləcə.  Nə  qədər  ki,  yaşayıram,  qoy  ürəyimdə  sözüm 
qalmasın.  Yaponiyaya  hələ  sözlərimin  hamısını  deməmi-
şəm. Demədiyimi bu qəzəlimlə deyirəm: 
 
Tutiyəm mən ki, şirin dilləri gördüm-gəldim, 
Yaxın oldum və uzaq elləri gördüm-gəldim. 
 
Şahə qalxır dəli dalğa, yalayır sahili su, 
Sakit Ümmandakı
1
 sahilləri gördüm-gəldim. 
 
Elə yer var bağı vardırsa da, gül görsənmir, 
Mən dam üstündə bitən gülləri gördüm-gəldim. 
 
Nə şirin dilləri vardır bu yapon qızlarının!.. 
Neçə göyçək, nə şirin dilləri gördüm-gəldim. 
 
Xəbərim var idi az-çox, çoxu az eyləmədim, 
Mən ki, aqilləri, fazilləri gördüm-gəldim. 
                                                
1
 Сакит Океан. 
Şahin Fazil 
 
 
218 
 

  Йапонийа сяфярнамяси 
 
 
219 
Şahina, baş vura bildim Yaponun tarixinə, 
On gün ərzində neçə illəri gördüm-gəldim. 
 
Bakı, 4 mart 
 
5  mart. «Azərbaycan» sözündəki «can» sonluğunu 
onun  önünə  də  yönəldirəm.  Can  Azərbaycan!  Sənə  yaz-
dığım şe’rlər çoxdur. 
 
Kim əgər hüsnünə gündən-günə heyran deyil, 
Surəti insana bənzərsə də, insan deyil. 
 
Xaliqin gör nə qədər gül bitirib qoynunda, 
Amma, çox sevgili var qoynu gülüstan deyil. 
 
Vəslinə kim ki, yetir, rahət olur aşiq tək, 
Heç deyən varmı vüsalın mənə dərman deyil?.. 
 
Dağların var döşün üstündə, gəlir can vəcdə, 
Gəlməyən vəcdə əgər var isə can can deyil. 
 
Elə məşhur eləyibdir, gözəlim, sinə səni 
Sinəsi hər gözəlin sən kimi əlvan deyil. 
 
Gözlərindirmi sənin mavi Xəzər, göy Göygöl? 
Gözünə baxsa o kimdir sənə heyran deyil? 
 
Elə təsvir elədim mən ki yaranmaz şübhə, 
Kim deyər, Şahina, bu – Azəribaycan deyil? 
4.03.2001 
(«İkinci Divan», səh.212) 
Şahin Fazil 
 
 
220 
 
Əlbəttə, hər kəsə öz mülkü, öz yurdu gözəldir. Mə-
nə  Azərbaycan  gözəl  olan  kimi.  O  ki,  qaldı  bə’zi  insan-
larımızdakı nöqsanlara, düzələr insanlar. Yaponiya birdən-
birə mən görən Yaponiya olmayıb ki!.. 
Darıxdım.  Şe’r  yazmaq  istədim.  Şe’ri  fikir  yaradır. 
Fikrimi  şe’rə  yönəltmək  istədim.  «İkinci  Divan»ımı 
varaqlamağa  başladım.  Bir  neçə  şe’rdən  sonra  gözüm 
«Şe’rin yaranması» şe’rinə sataşdı. 
 
Necə yaranır şe’r? 
Gecə fikir,  
gündüz  fikir, 
hey fikir… 
Deməyin ki, nə xəbərdir,  
nə həşirdir, 
nə haldır, 
Az fikir et,  
fikir – ömrü qısaldır, 
carçısıdır qocalığın –  
qocaldır! 
Qoy qocalım bu yolda! 
Mən yola can atıram, 
Şe’r adlı arzu-yolda. 
Çatmamışam hələ ona,  
çatacağam  deyəsən, 
Gecə-gündüz fikr edirəm,  
onu düşünürəm mən. 
Hər qafiyə,  
hər şe’r – 

  Йапонийа сяфярнамяси 
 
 
221 
Axtarışdır, 
Tapıntıdır, 
Fikirdir! 
17.03.2001 
(«İkinci Divan», səh 645) 
 
Fikirləşdim və axtardığımı tapdım. 
 
Qəzəl 
 
Hər nə qədər Qeys, Kərəm görmüşəm, 
Hər birisində neçə qəm görmüşəm. 
 
Ey adı Leyla, ya Züleyxa olan, 
Siz təhəri çoxlu sənəm görmüşəm. 
 
«Söylə, ey Əsli, nə yaman gündəsən?!..» 
Söylədi: «Eşq içrə sitəm görmüşəm». 
 
Aləmi eşqin necə bərbad imiş!.. 
Eşqdə çox dərd, ələm görmüşəm. 
 
Mən verirəm dərvişə üstünlüyü, 
Onda nə sərvət, nə hərəm görmüşəm. 
 
Sözlərimi çoxları təsdiq edir, 
Kürd, ərəb, türk, əcəm görmüşəm. 
 
Ölkəmə tay görməmişəm, Şahinə, 
Gərçi Yapon mülkünü həm görmüşəm. 
 
Bakı, 5 mart 
6  mart.  Yaponiya!  Mənim  nəzərimdə  tam  xoşbəxt 
ölkə kimisən. Görəsən haçansa Azərbaycan Yaponiya kimi 
ola  biləcəkmi?  Azərbaycanın  Yaponiya  olması  heç  lazım 
Şahin Fazil 
 
 
222 
da  deyil.  Lazımdır  ki,  Azərbaycan  elə  Azərbaycan  olsun! 
Zəlzələsiz,  vəlvələsiz,  qanunları  işləyən,  halala  haram 
qatmayan, itirilmiş torpaqlarını alan, öz xalqının qayğısına 
qalan Azərbaycan olsun. 
Görəsən  Azərbaycan  haçansa  Yaponiyaya  çata 
biləcəkmi? 
 
Qəzəl 
 
Biri eşqin, biri elm hikmətinin heyranı, 
Amma, Şahinsə Yapon qüdrətinin heyranı. 
 
«Heyrət, ey büt!..» dedi şair
1
, elə heyrətləndi, 
Özü də oldu həmin heyrətinin heyranı. 
 
Molla var Molla Vidadi sayağı şairdir, 
Molla var halvasının, şərbətinin heyranı. 
 
Elə adəm görürəm canı verər cananə, 
Elə adəm dəxi var sərvətinin heyranı. 
 
Neçə qeyrətsizə qeyrət yükü çəkmək müşkül, 
Elə qeyrətli də var qeyrətinin heyranı. 
 
Bə’zi aşiqdə müdam əyri əməllər peyda, 
Amma var öyləsi qüdsiyyətinin heyranı. 
 
İncəsən’ət deyilən sən’ətə heyrandı könül, 
Yaxşıdır ki, tapılır sən’ətinin heyranı. 
                                                
1
 Мящяммяд Фцзули 

  Йапонийа сяфярнамяси 
 
 
223 
 
Elə xalq var ucalıb qüdrətinin zirvəsinə, 
Amma, Şahinsə Yapon qüdrətinin heyranı! 
 
Bakı, 6 mart, 
2001 
 
Beləliklə,  artıq  bir  aya  qədər  vaxt  ötdü.  Mən 
Bakıdayam.  Bu  gün  mart  ayının  27-sidir.  Bu  gün  mənim 
69  yaşım  tamam  olur.  69  yaş.  69  il.  Bu  müddət  ərzində 
təhsil  almışam,  qürbətdə  yaşamışam,  vətəndə  çalışmışam, 
dərs  almışam,  dərs  vermişəm,  dalaş  görmüşəm,  savaş 
görmüşəm…  Bir  sözlə,  yaşamışam.  Dünyaya  gəlməyə 
dəyərmiş.  Yaşamağa  dəyərmiş.  Şərəflə  yaşamağın  özü  ən 
qiymətli  dəyərmiş!  Öz  bioqrafiyamın  bə’zi  məqamlarını 
şe’rlərimin birində belə əks etdirmişəm: 
1   ...   4   5   6   7   8   9   10   11   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə