Şahin Fazil



Yüklə 213.4 Kb.
PDF просмотр
səhifə2/12
tarix08.12.2016
ölçüsü213.4 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   12

Hörmətli professor Şahin Fərzəliyev 
 
«Tarixi  ənənələrin  araşdırılması  (dəqiqləşdirilməsi) 
və  postsovet  ölkələrində  yeni  tədqiqat  və  təhsil  meylləri» 
adlı  elmi-tədqiqat  layihəmizdə  bizimlə  edəcəyiniz  əmək-
daşlığa görə sizə minnətdarlığımızı bildiririk. Bu layihənin 

  Йапонийа сяфярнамяси 
 
 
19 
həyata keçirilməsində  məqsədimiz Rusiya, Mərkəzi  Asiya 
ölkələri,  Gürcüstan,  Azərbaycan  və  Monqolustan  da  daxil 
olmaqla,  SSRİ-nin  təsir  dairəsində  olmuş  ölkələrdə  tarix 
və  ənənəvi  mədəniyyətə  dair  fikirlərdə  yaranan  son 
dəyişiklikləri öyrənməkdir. 
Elmi  toplantımız  2009-cu  il  fevralın  21-də 
Yaponiyanın,  Senday,  Tohoku  Universiteti,  Kawauchi 
Elmi  tədqiqat  Forumu  4F,  tərəfindən  Kawauchi  Campus-
da keçiriləcək. 
Toplantıda  bir  saatlıq 
mühazirə  edəcəyinizi 
gözləyirik. Təxmini proqramımız belədir: 
I  mühazirə:  Prof.  Kiknadze  Vasha  (Gürcüstan, 
İ.Cavaxişvili  adına  Tarix  və  Etnologiya  İnstitutu)  (10:00-
11:00) 
II  mühazirə:  Prof.  Shahin  Farzaliyev  (Azərbaycan, 
AMEA Tarix İnstitutu) (11:10-12:10) 
Elmi mühazirələr (13:30-16:15) 
Prof. Hiroki Oka (Tohoku Universiteti, Şimal-Şərqi 
Asiya Tədqiqatlar Mərkəzi) 
Prof.  Seiichi  Kitagava  (Tohoku  Universiteti, 
Beynəlxalq Mədəni Tədqiqatlar Mərkəzi) 
Prof. 
Takaşi 
Kuroda 
(Tohoku 
Universiteti, 
Beynəlxalq Mədəni Tədqiqatlar Mərkəzi) 
Prof. Hiroki Takakura (Tohoku Universiteti, Şimal-
şərqi Asiya Tədqiqatlar Mərkəzi) 
Müzakirələr (15:45-17:00) 
Aşağıda  Yaponiyaya  viza  üçün  tələb  olunan 
sənədləri  göndəririk.  Zəhmət  olmasa  konsulluğumuza 
gəlib bu sənədləri nəzərə yetirməklə viza üçün ərizə verin. 
Konsulluğun ünvanı belədir: 
Yaponiyanın Azərbaycandakı səfirliyi 
Şahin Fazil 
 
 
20 
Hyatt Tower III, 6
th
 floor, Izmir str/ 1033? Az 1065, 
Baku, Azerbaijan 
Tel: (994-12) 4907818-19 
Fax: (994-12) 4907818-20 
Azərbaycandan  Sendaya  təyyarə  bileti  idə  daxil 
olmaqla bütün xərclər bizim hesabımıza ödəniləcək. 
Ümidvarıq  ki,  sizinlə  Sendayda  görüşəcəyik.  Əgər 
hər hansı sualınız olsa Prof. Hiroki Oka ilə əlaqə saxlayın 
(E-mail: 
okah@cntas.tohoku.ac.jp
,  Tel/fax.  81-220795-
6083) 
19 dekabr 2008-ci il 
Hörmətlə:  CNEAS  Tohoku  universiteti,  Prof. 
Hiroki Oka 
 
Bu  məktubu  aldıqdan  sonra  mən  təklif  olunan 
mövzu  üzrə  Yaponiyada  edəcəyim  mühazirə  haqqında 
düşünməyə başladım. Demək, postsovet rejimi ölkələrində 
mövcud olmuş tarixi ənənələr və oradakı tədqiqat və təhsil 
metodlarının yenidən işlənməsi üzrə tədqiqatlar. 
Özü  də,  əlbəttə,  yeni  tədqiqatlar.  Mən  bu  mövzu 
üzrə,  İnstitutumuzun  «Sovet  dövrü»  şö’bəsinin  müdiri 
tarix  elmləri  doktoru,  professor  Adil  Məmmədov,  habelə 
tarix 
üzrə 
fəlsəfə 
doktoru 
İlqar 
Niftəliyevlə 
məsləhətləşdim  (Azərbaycanın  orta  əsrlər  tarixi  ilə,  əgər 
daha  konkret  desəm  XV-XVI  əsrlərdə  mövcud  olmuş 
dövlətlərimizin  tarixi  ilə  məşğul  olduğum  üçünbu  sahədə 
mütəxəssis  alimlərmizlə  məsləhətləşmədən  müasir  tarix 
üzrə  elmi  məqalə  yazmaq  və  onu  Yaponiya  kimi  bir 
ölkədə  alimlərin  nəzərinə  yetirmək,  əlbəttə,  mənə  çətin 
olardı). Belə bir  mühazirə hazırlamağı qərara  aldım: «XX 
əsr  Azərbaycan  milli  tarixşünaslığı:  tarixi  təcrübə  və 

  Йапонийа сяфярнамяси 
 
 
21 
müasir vəziyyət». Bəli, çətin mövzudur. Bu elmi məqaləni 
gərək  elmi  faktlar  və  mülahizələr  üzrə  tarixi  təcrübə  və 
müasir 
vəziyyət 
nəzərə 
alınmaqla 
tam 
obyektiv 
yazmalıyam.  Bir  daha  təkrar  edirəm.  Tam  obyektiv! 
Tarixçilərimiz  tariximizi  araşdırarkən  (xüsusən  sovet 
dövrü  tarixini)  dövrün  tələbinə  uyğun  olaraq  o  qədər 
saxtakarlıq  etmiş  və  açıq  təhriflərə,  yersiz  tə’riflərə 
qurşanmışlar ki... 
«Sovet  elminə  eşq  olsun!»  «Bizə  eşq  olsun!» 
şüarlarını eşitməkdən bezmişdik. 
Elm və Eşq! Böyük şairimiz Məhəmməd Füzuli bu 
iki  istilahı  bir-biri  ilə  müqayisə  edərək  məgər  nahaq 
yerəmi belə qənaətə gəlmişdir: 
 
«Elm kəsbiylə rütbeyi-rif’ət 
Arizuyi-məhal imiş ancaq. 
Eşq imiş hər nə var aləmdə, 
Elm bir qiylü qal imiş ancaq». 
(Məhəmməd  Füzuli,  Əsərləri, 
I cild, Bakı, 1958, səh.376) 
 
Bəli, elm qiylü qaldır. Qiylü qalsız elm yoxdur. Bu 
və  ya  digər  ölkənin  tarixi  müxtəlif  daxili  və  xarici 
tədqiqatçılar  tərəfindən  onların  öz  mənafelərinə  uyğun 
şəkildə 
subyektiv 
mülahizələrlə 
yazılmış, 
yaxud 
yazılmaqdadır.  Məşhur  tarixçi  V.F.Minorskinin  fikrincə, 
tarixin  həqiqi  tarix  kimi  yazılmasından  ötrü,  baş  vermiş 
hadisələrin üstündən azı bir əsr ötməlidir. M.Füzuli hədər 
yerə  deməyibdir  ki,  eşq  mübahisəsizdir,  elm  isə  qiylü 
qaldır!  Bə’zən  elmi  qiylü  qalın  miqyası  çox  geniş  olur, 
hətta beynəlxalq münasibətlər səviyyəsi daşıyır. 
Şahin Fazil 
 
 
22 
Keçirəm mətləbə. Cənab Hiroki Okanın məktubun-
dan  3  gün  sonra,  22  dekabrda  cənab  Takaşi  Kurodadan  – 
Tohoku  Universitetinin  başqa  bir  professorundan  fars 
dilində bu məzmunlu məktub gəldi: 
«Prof.  Doktor  Şahin  Fərzəliyevə  səmimi  salam  ərz 
etməklə.  Ümidvaram  ki,  sizin  əhvalınız  kamilən  yaxşıdır. 
Mənim  adım  Takaşi  Kurodadır,  hazırda  Tohoku 
Universiteti Beynəlxalq Mədəni Araşdırmalar Fakültəsinin 
professoruyam və əsasən İranın müasir tarixi üzrə tədqiqat 
işləri  yazmaqla  məşğulam.  Biz  olduqca  xoşhal  olduq  ki, 
Siz  bizim  də’vətimizi  qəbul  etdiniz.  Düşünürəm  ki,  bu 
barədə  bizim  Tədqiqat  Proyektlərimiz  üzrə  rəisimiz  olan 
Prof.  Oka  sizə  e-mail  yollamış,  proyektlərimizin  məqsəd 
və  hədəfləri  haqqında  mə’lumat  vermişdir.  Həmçinin 
bilirik  ki,  Siz  fars  dili  və  ədəbiyyatına  xeyli  bələdsiniz. 
İndi,  Yaponiyaya  səfəriniz  barədə  Sizə  mə’lumat  vermək 
istərdim: 
Viza  alınması  və  buraya  uçuş-qayıdış  proqramınız 
haqqında  bizim  Fakültəmizin  magistrantı  cənab  Şaiq 
Cəfərov e-mail vasitəsilə Sizə mə’lumat vermişdir. 
Yapon  dilində  yazılmış  bəzi  zəruri  sənədləri 
Yaponiyanın  Bakıdakı  səfirliyinə  təqdim  edin  ki, 
Yaponiyaya  getməyiniz  üçün  viza  alasınız.  İkincisi, 
təyyarə  biletini  almağınız  haqqında  mən  yanvar  ayının 
əvvəllərində sizə müstəqimən e-mail yollayacağam. 
Son  olaraq,  xahiş  edirik  ki,  Siz  burada  olacağınız 
vaxt  ərzində  iki  dəfə  mə’ruzə  oxuyasınız.  Birinci 
mə’ruzəniz  fevral  ayının  21-də  CNEAS  Tohoku 
Universitetində, ikincisi isə vətəninizə qayıtmazdan əvvəl, 
ehtimal  ki,  Tokioda  Toyo  Bunko  Şərqşünaslıq  Kitab 
Müəssisəsində (Toyo Bunko Oriental Librari) olacaqdır ki, 

  Йапонийа сяфярнамяси 
 
 
23 
bu məsələ aydınlaşdıqdan sonra Sizə mə’lumat verəcəyəm. 
Əlbəttə,  hər  iki  çıxışınız  eyni  mövzuda  olarsa  heç  bir 
e’tiraz  olmaz,  amma  müxtəlif  mövzular  üzrə  çıxış  etsəniz 
daha yaxşı olar. 
Biz xeyli xoşhal olarıq ki, Siz birinci mə’ruzənizdə 
sovet  rejiminin  süqutundan  əvvəlki  və  sonrakı  tarixi 
yanaşma  və  bu  iki  dövr  arasındakı  fərqlər  xüsusunda 
müfəssəl  mə’lumat  verəsiniz.  Mə’ruzənizin  mükəmməl 
nüsxəsini lütfən yanvarın sonuna qədər bizə, yaxud cənab 
Şaiqə e-mail ilə göndərin ki, cənab Şaiq onu proyektimizin 
tədqiqatçı  iştirakçıları  üçün  yapon  dilinə  tərcümə  edə 
bilsin. 
Əgər hər hansı bir problem ortaya çıxarsa mənimlə, 
ya da Şaiq ilə əlaqə saxlayın. 
 
Görüş ümidi ilə, 
Takaşi Kuroda 
Tel. / Fax: 81-22-795-7604 
22.12.2008 
 
Tohoku 
Universitetinin 
iki 
səlahiyyətli 
professorundan  bu  məktubları  aldıqdan  sonra  onların  hər 
ikisinə  fars  dilində  belə  məzmunda  bir  cavab  göndərdim: 
«Möhtərəm  professorlar  Takaşi  Kuroda  və  Hiroki  Okaya! 
Mən siz ali cənablarına öz səmimi salamlarımı ərz edirəm. 
Cənab  Şaiq  vasitəsilə  sizlərlə  tanışlıq  əldə  etdiyimə  görə 
xoşhal oldum. 
Mə’ruzəmi  yanvar  ayının  sonunadək  mütləq 
göndərəcəyəm (Azərbaycan, ingilis və ya rus dillərində). 
Ehtiramla və görüş ümidi ilə 
Prof. Şahin F.Fərzəliyev». 
Şahin Fazil 
 
 
24 
Daha 4  gün ötdü. Yapon professorları ilə aramızda 
yarışma davam etməkdə idi. 26 dekabrda Oka Hiroki mənə 
yazdı: 

  Йапонийа сяфярнамяси 
 
 
25 
«Hörmətli professor Şahin Fərzəliyev 
 
Təklifimizi  qəbul  etdiyinizə  və  «Tarixi  ənənələrin 
müəyyən  olunması  (dəqiqləşdirilməsi)  və  postsovet 
ölkələrində  yeni  tədqiqat  və  təhsil  meylləri»  adlı  elmi-
tədqiqat  layihəmizdə  bizimlə  əməkdaşlığa  görə  sizə 
minnətdarlığımızı bildiririk. Adım Hiroki Okadır. CNEAS 
Yaponiya Tohoku universitetinin professoruyam. Bu elmi-
tədqiqat layihəsinə 2007-ci ildə Yaponiya Təhsil Nazirliyi 
Elmi Tədqiqatlar Grant-in-aid-in dəstəyi ilə başlanılıb. Bu 
layihənin  həyata  keçirilməsində  məqsədimiz  Rusiya, 
Mərkəzi  Asiya  ölkələri,  Gürcüstan,  Azərbaycan  və 
Monqulstan  da  daxil  olmaqla,  SSRİ-nin  təsir  dairəsində 
olmuş  ölkələrdə  tarix  və  ənənəvi  mədəniyyətə  dair 
fikirlərdə  yaranan  son  dəyişiklikləri  öyrənməkdir.  Prof. 
Takashi  Kuroda  layihə  üzvlərindən  biridir.  2008-ci  ilin 
fevralında  Monqolustan  və  Özbəkistandan  olmaqla  iki 
xarici  tədqiqatçının  iştirakı  ilə  toplantımız  olub.  Bu  dəfə 
biz  Azərbaycan  və  Gürcüstana  dair  məsələləri  müzakirə 
etməyi  planlaşdırırıq.  İndi  gündəmdə  dəvətnamə  üçün 
sənədləri  hazırlamaq  və  viza  prosesidir.  Tezliklə  onları 
sizə göndərəcəyik. 
Çıxışınızın  mövzusunu  və  xülasəsini  fevralın  15-
dək göndərməyinizt xahiş edirik. 
Azərbaycandan  Sendaya  təyyarə  bileti  də  daxil 
olmaqla xərclər bizim hesabımıza ödəniləcək. 
Lütfən bizimlə əlaqə saxlayın. 
Hörmətlə:  CNEAS  Tohoku  universiteti,  Prof. 
Hiroki Oka 
Tel/fax. 81-220795-6083 
19 dekabr 2008-ci il» 
Şahin Fazil 
 
 
26 
 
Tezliklə,  yanvarın  5-də  Takaşi  Kurodadan  belə  bir 
e-mail gəldi:  
 
«Hörmətli professor Şahin Fərzəliyev 
 
Salam.  Bu  dəfə  E-mail-i  ingiliscə  yazıram.  PDF 
faylı  da  bu  məktuba  əlavə  edirəm.  Faylda  təyyarə  bileti 
var. Siz onu çap edib bilet kimi istifadə edə bilərsiniz. 
Məncə,  Prof.  Oka  Yaponiyaya  viza  əldə  etmək 
üçün lazımi sənədləri artıq sizə göndərmiş olmalıdır. 
 
Səmimi arzularla Takashi Kuroda, Tohoku Univer-
siteti» 
Bunun ardınca professor Hiroki Oka mənə yazdı: 
 
«Hörmətli professor Şahin Fərzəliyev 
 
Cavab  məktubuna  görə  minnətdaram.  Viza  ilə 
əlaqədar  sizə  2  zərf  göndərirəm.  1-cidə  1)  Səfirlik  üçün 
sənədlər,    başqa  sözlə,  3  vərəq  sənəd  və  bizim  mərkəzin 
panfleti (yapon dilində), 2) Dəvətnamə və bizim mərkəzin 
panfleti  (ingilis  dilində).  O  biri  zərfdə  isə  əlavə  olaraq  2 
sənəd  və  viza  üçün  Seminarın  plakatı  var.  Zərfə  əlavə 
olunmuş  ərizə  forması  ilə  birlikdə  5  səhifəlik  sənəd, 
həmçinin  göndərilən  1  plakat  və  panflet  səfirliyə  təqdim 
olunmalıdır. Narahat etdiyimiz üçün üzr istəyirik. 
Sendayda  görüşmək  ümidi  ilə.  Hər  hansı  sualla 
bağlı utanmayın, bizə müraciət edin. 
Hörmətlə:  CNEAS  Tohoku  universiteti,  Prof. 
Hiroki Oka». 

  Йапонийа сяфярнамяси 
 
 
27 
 
Bu  məktubun  sonunda  prof.  Hiroki  Oka  məndən 
cavab  məktubu  aldığını  yazır,  öz  təşəkkürünü  bildirir  və 
mənim  ona  cavabımı  ingilis  dilində  olduğu  kimi  qeyd 
edirdi: 
 
«Siz bizə yazırsınız : «Hörmətli Prof. Hiroki Oka, 
Səmimi təklifə görə təşəkkür edirəm. 
Məktubunuzdan  çox  məmnun  oldum.  Mövzum 
belədir:  «XX  əsr  Azərbaycan  tarixşünaslığı:  tarixi 
təcrübə və müasir vəziyyət»  
Mümkünsə, xülasəni bir qədər sonra göndərərəm. 
Məlumat üçün mənimlə əlaqə saxlaya bilərsiniz. 
Səmimi arzularla 
 
 
 
 
Prof. Şahin Fərzəliyev». 
 
Yapon  professorlarından  başqa,  10  və  18  yanvar 
tarixlərində  magistrant  Şaiq  Cəfərzadədən  də  iki  xahiş 
məktubu  yetişdi.  Şaiq  məndən,  əgər  mümkün  olarsa, 
aşağıdakı  kitabları  özümlə  onun  üçün  Yaponiyaya 
gətirməyimi  xahiş  edirdi.  10  yanvar  tarixli  məktubda 
aşağıdakı kitabların adları yazılmışdı: 
-  Stalinlə  ixtilal  xatirələri,  Bakı,  Elm  nəşriyyatı, 
1991; 
- Azərbaycan Cümhuriyyəti; 
- Çağdaş Azərbaycan tarixi; 
- Əsrimizin Səyavuşu; 
- İran türkləri; 
- О пантуранизме. 
Hörmətlə Şaiq Cəfərzadə 
 
Şahin Fazil 
 
 
28 
Yanvarın 18-də gələn  məktub isə özündə aşağıdakı 
kitab adlarını ehtiva edirdi: 
-  «E’tidaliyyun»  partiyasının  tənqidi,  Tehran  (fars 
dilində); 
- Səadəti-bəşər, Ərdəbil (fars dilində); 
 - Acı bir həyat, Bakı. 
-  Şəkli-idarə  haqqında  iki  baxış  (Əhməd  bəy 
Salikovla birlikdə), Moskva; 
- Bizə hansı hökumət yararlıdır? Bakı; 
-Azərbaycan  Cümhuriyyəti.  Keyfiyyəti-təşəkkülü 
və indiki vəziyyəti, İstanbul; 
- Əsrimizin Səyavuşu, İstanbul; 
- İstiqlal məfkurəsi və gənclik; 
- Kafkasya Türkleri, İstanbul; 
- Azərbaycan Misaki – Millisi; 
- Millətçilik və bolşevizm; 
-Qafqaz problemi ilə əlaqədar olaraq Panturanizm; 
-Azərbaycan Cümhuriyyəti haqqında, Berlin (alman 
dilində); 
- Azərbaycan problemi, Berlin (alman dilində); 
-Azərbaycanın  hürriyyət  savaşı,  Varşava  (polyak 
dilində); 
- Azərbaycanın Kültür Gelenekleri, Ankara; 
- Çağdaş Azərbaycan Ədəbiyyatı; 
- Çağdaş Azərbaycan tarixi; 
-  Azərbaycan  şairi  Nizami  (Nizaminin  800  illik 
yubileyi (1141-1941) münasibətilə), Ankara; 
- Azərbaycan Cümhuriyyət tarixi, Bakı. 
Hörmətlə Şaiq Cəfərzadə. 
 

  Йапонийа сяфярнамяси 
 
 
29 
Yaponiyaya  getməyimə  hələ  bir  ayadək  vaxt 
qalırdı. Bakının bukinist mağazalarının bir çoxunu gəzdim 
və  bə’zi  kitabları  əldə  etdim.  Məmmədəmin  Rəsulzadə 
əsərlərini  tədqiq  və  çap  etməklə  məşğul  olan  Yadigar 
Türkeldən  bir  neçə  kitab  götürdüm  və  Şaiqin  xahişini 
qismən yerinə yetirdim. 
19  yanvar  2009-cu  ildə  Takaşi  Kuroda  gözlənil-
mədən mənə belə bir mesaj göndərdi. 
Mesaj 
 
19 yanvar 2009-cu il 
Bakıdan Moskvaya uçuşun ləğv olunması 
Takashi Kuroda Tohoku universiteti 
 
Mənə mə’lum oldu ki, Tokioya uçuşum fevralın 19-
da deyil, 18-də olacaqdır.  Sonra prof. T.Kuroda bu haqda 
mənə belə yazdı: 
Hörmətli prof. Şahin Fərzəliyev 
 
«Salam. 
Keçən 
şənbə 
günü 
Rusiyanın 
Aviakompaniyası  sizin  təyyarə  biletini  verən  səyahət 
bürosuna  uçuşun  ləğv  olunması    ilə  bağlı  məlumat  verib. 
Əlavə  olaraq  bildirilib  ki,  siz  uçuşu  eyni  cədvəl  üzrə 
fevralın  18-ə  keçirə  bilərsiniz.  Bu  mümkündürmü?  Belə 
olsa siz Yaponiyaya əvvəlcə planlaşdırdığımızdan bir  gün 
əvvəl  gələ bilərsiniz. Əgər razılaşsanız yenidən E-mail-ilə 
bilet göndərərəm. 
Xahiş edirəm, mümkün qədər tez cavab verəsiniz. 
Səmimi arzularla 
Takashi Kuroda 
Tohoku universiteti» 
Şahin Fazil 
 
 
30 
Mən  dərhal  professora  bu  təklif  ilə  razılaşdığımı 
bildirdim: 
 
«Hörmətli Prof. Takashi Kuroda 
 
Uçuşun  təxirə  salınması  ilə  bağlı  məlumat 
verdiyinizə  görə  minnətdaram. Yaponiyaya bir gün qabaq 
gələ bilərəm. 
Səmimi arzularla 
Şahin Fərzəliyev» 
 
Professor da dərhal mənə yazdı: 
 
«Hörmətli Prof. Şahin Fərzəliyev 
 
Salam.  Sizin  üçün  təzə  bilet  almışam.  Onu  bu 
məktuba əlavə edirəm. 
Sizdən  bir  söz  soruşmaq  istəyirəm.  Sizə  dediyim 
kimi  Bakıya  qayıtmazdan  qabaq  fevralın  24-də  sizinlə 
daha  bir  mühazirə-görüş  keçirmək  niyyətindəyik.  Müha-
zirənin  mövzusu  fevralın  21-də  Tohoku  Universitetində 
oxuyacağınız  mühazirə  ilə  eynidirmi:  «Azərbaycanın  XX 
əsr  tarixşünaslığı  və  müasir  vəziyyət?».  Yoxsa  adını 
dəyişib başqa bir mühazirə oxuyacaqsınız? Əgər belədirsə, 
mühazirənin yeni adını göndərin. 
Tezliklə sizdən cavab gözləyirəm. 
Səmimi arzularla         Takshi Kuroda 
                                                 Tohoku universiteti» 
 
Professor  T.Kurodaya  yazdığım  cavabımda  Tokio 
Universitetində  də  mə’ruzə  oxumağımla  əlaqədar  təklifə 

  Йапонийа сяфярнамяси 
 
 
31 
müsbət cavab verdim və mövzumun eyni mövzu olacağını 
bildirdim. 
Bütün  bu  yazışmalar  və  kitab  axtarışları  vaxtı  də-
fələrlə  Azərbaycan  Respublikası  Xarici  İşlər  Nazirliyində 
və  Yaponiyanın  Bakıdakı  səfirliyində  oldum.  Qarşıdakı 
səfərimlə  bağlı  Azərbaycan  Respublikası  Xarici  İşlər 
Nazirliyinin  Konsulluq  İdarəsi  Yaponiyanın  Bakıdakı 
Səfirliyinə belə bir nota yazdı: 
Azərbaycan Respublikası 
Xarici İşlər Nazirliyi 
№003/ 
NOTA 
 
Azərbaycan  Respublikası  Xarici  İşlər  Nazirliyinin 
Konsulluq  İdarəsi  Yaponiyanın  Bakıdakı  Səfirliyi-nə  öz 
ehtiramını  bildirir  və  aşağıda  adı  göstərilən  şəxsə  viza 
rəsmiləşdirilməsini xahiş etməyi özünə şərəf bilir. 
Soyadı, adı və atasının adı: 
Fərzəliyev Şahin Fazil oğlu 
Vizanın növü: giriş-çıxış 
Səfərin tarixi və müddəti: 17 fevral 2009-cu il, 10 gün. 
Səfərin məqsədi: Xidməti səfər. 
Marşrut: Bakı-Moskva-Tokio-Moskva-Bakı. 
Bütün  xərcləri,  o  cümlədən  tibbi  xidmət  xərclərini 
(xəstəxanada müalicə və ya repatriasiya) də’vət edən tərəf 
öz üzərinə götürür. 
Xarici 
İşlər 
Nazirliyinin 
Konsulluq 
İdarəsi 
fürsətdən 
istifadə 
edərək, 
Yaponiyanın 
Bakıdakı 
Səfirliyinə öz böyük ehtiramını bir daha ifadə edir. 
Bakı, 12 yanvar 2009-cu il 
(möhür) 
Şahin Fazil 
 
 
32 
Nəhayət  hər  şey  hazırdır.  Bakı-Moskva-Tokio-
Moskva-Bakı marşrutu ilə uçuş biletim əlimdədir. 
Yaponiyalı  həmkarlarımla  yazışmalar  vaxtı  imkan 
tapıb  gedəcəyim  əsrarəngiz  Gündoğar  ölkə  haqqında 
mə’lumat  toplamaqdaydım.  İlk  olaraq  Azərbaycan  Sovet 
Ensiklopediyasına müraciət etdim. Orada oxuyuram: 
«YAPONİYA  (Yaponca  Nippon,  Nihon)  –  Sakit 
okeanın  Şərqi  Asiya  sahilləri  yaxınlığındakı  adalarda 
dövlət.  Ərazisi  şm.-ş.-dən  c.q.-ə  3,5  min  km.  məsafədə 
uzanan  təqribən  4  min  adadan  (ən  böyükləri:  Hokkaydo, 
Hönsü, Siköku və Küsü) ibarətdir. Sahəsi 372,2 min km
2
., 
əhalisi  115,8  mln.  (1979).  İnzibati  cəhətdən  47 
prefekturaya  bölünür.  Hokkaydo  adası  xüsusi  inzibati 
vilayətdir. Paytaxtı Tokio şəhəridir... 
Ərazisinin  məskunlaşması  paleolit  dövrünə  aid 
edilir.  E.ə.  təqr.  7500-300-cü  illərdə  burada  neolit 
mədəniyyəti  təşəkkül  tapmışdı.  III  əsrin  ortalarında 
Yamatay  tayfa  ittifaqı,  III  əsrin  II  yarısı  –  IV  əsrin 
ortalarında Yamato tayfa ittifaqı yarandı; bunların əsasında 
tədricən  yapon  dövləti  təşəkkül  tapdı.  V  əsrin  əvvəlindən 
Çin heroqlifi işlənməyə başladı. V-IV əsrlərdə ibtidai icma 
quruluşunun  dağılması  ilə,  sinfi  cəmiyyətlərin  yaranması 
sür’ətləndi.  IV  əsrin  ortalarından  buddizm  yayıldı.  VII 
əsrin  II  yarısında  mərkəzləşmiş  erkən  feodal  dövləti 
meydana  gəldi.  1192-ci  ildə  syequnların  (hərbi-feodal 
hakimləri)  hakimiyyətə  keçmələri  ilə  hərbi  feodal  sistemi 
yarandı.  Syequnların  dayağı  olan  hərbi-feodal  təbəqəsinin 
(busi)  başında  şəxsi  vassallar  (qokenin),  nisbətən  aşağıda 
isə xırda hərbi zadəganlar – samuraylar dururdu. XIV-XVI 
əsrlərdə  orta  feodal  torpaq  sahibliyindən  iri  knyazlıqlara 
keçildi.  XV-XVI  əsrlərdə  Yaponiyada  fasiləsiz  feodal 

  Йапонийа сяфярнамяси 
 
 
33 
çəkişmələri  və  kəndli  üsyanları  (Yamasiro  üsyanı  və  s.) 
mərkəzləşmiş  hakimiyyət  yaratmaq  zərurətini  irəli  sürdü. 
İ.Tokuqavanın  hakimiyyəti  dövründə  (1603-05)  ölkənin 
birləşdirilməsi 
başa 
çatdı. 
Avropa 
dövlətlərinin 
ekspansiyasının  və  onların  yaydıqları  xristian  dininin 
qarşısını  almaq  məqsədilə  XVII  əsrin  30-cu  illərində 
xaricilərin  Yaponiyaya  gəlməsi  və  yaponların  ölkədən 
getməsi  qadağan  edildi.  XVII  əsr-XIX  əsrin  I  yarısında... 
fəhlə  sinfinin  formalaşmasına  şərait  yarandı...  Yaponiya 
özünütəcrid  siyasətindən  əl  çəkməyə  məcbur  oldu.  1854-
58-ci  illərdə  ABŞ  və  Avropa  dövlətlərinin  ekspansiyası 
gücləndi. 
Yaponiyada  XIX  əsrin  ortalarından  burjua  inqilabı 
baş verdi (1867-68), yetmişinci illərin II yarısı – həştadıncı 
illərdə  «Azadlıq  və  xalq  hüquqları  hərəkatı»  («Minken 
undo»  hərəkatı)  başladı.  80-ci  illərin  əvvəllərində  ilk 
burjua-mülkədar  partiyaları  (Dziyuto,  Kaysinto)  yarandı. 
XIX-XX 
əsrlərdə 
Yaponiya 
inhisarçı 
kapitalizm 
mərhələsinə  keçdi.  XX  əsrin  əvvəlində  Mancuriya  və 
Koreya üstündə Yaponiya ilə Rusiya arasında ziddiyyətlər 
kəskinləşdi...  Yaponiya  Rusiyaya  müharibə  e’lan  etdi... 
1918-ci  ilin  avqust-sentyabrında  «düyü  qiyamları»  adlı 
kütləvi inqilabi çıxışlar ərazinin çox hissəsini bürüdü. 
1924-25-ci illərdə  ABŞ-İngiltərə ilə  münasibətlərin 
kəskinləşməsi  şəraitində  Pekində  diplomatik  münasibətlər 
yaratmağı  nəzərdə  tutan  Sovet-Yaponiya  müqaviləsi 
imzalandı... 
1931-ci 
ilin 
sentyabrında 
Yaponiya 
Mancuriyanı işğal edərək orada oyuncaq hökumət yaratdı. 
1937-38-ci  illərdə  Yaponiya  ABŞ,  İngiltərə  və  Fransanın 
köməyi  ilə  Şimali,  Mərkəzi,  Cənubi  Çinin  çox  hissəsini 
zəbt etdi. 1938-ci ilin iyulunda Yaponiya qoşunları Xasan 
Şahin Fazil 
 
 
34 
gölü  ətrafında  SSRİ  ərazisinə  soxuldu...  1939-cu  ildə 
Monqolustan  sərhədini  keçərək  Xalxin-Qol  ətrafını  işğal 
etdi...  1941-ci  ildə...  Sakit  okeandakı  ABŞ  və  İngiltərə 
hərbi  bazalarına  hücum  etdi,  6  ay  ərzində  Filippin,  Hind-
Çin, Tayland, Birma, Malayya və İndoneziyanı işğal etdi... 
ABŞ,  İngiltərə  və  Çin  arasında  imzalan  Potslam 
bəyannaməsində  (1945,  26  iyul)  Yaponiyanın  sözsüz 
təslim olması tələbi irəli sürüldü. Yaponiya bu tələbi rədd 
etdi.  ABŞ...  1945-ci  ilin  avqustun  6-da  Xirosimaya,  9-da 
isə  Naqasakiyə  atom  bombası  atdı...  SSRİ  1945-ci  il 
avqustun  9-da  Yaponiyaya  qarşı  müharibəyə  başladı. 
Sovet  qoşunları  Mancuriya,  Şimali  Koreya,  Cənubi 
Saxalin  və  Kuril  adalarını  azad  etdi.  1945-ci  il  sentyabrın 
2-də  Yaponiya  danışıqsız  təslim  olmaq  haqqında  aktı 
imzaladı. 
Müharibədən  sonra  ABŞ  qoşunları  Yaponiyanı 
işğal  etdi...  San-Fransisko  sülh  müqaviləsi  (1951) 
Yaponiyanın SSRİ-yə qarşı torpaq iddiaları...». 
Bu 
mə’lumatlar 
ASE-nin 
«Yaponiya» 
adlı 
məqaləsindən  götürülüb.  Düz  30  il  bundan  qabaq 
yazılanlar.  Son  hissələr  sovetizm,  daha  dəqiq  desək 
ruspərəst mövqedən yazılmışdır. Məqalədə yazılıb: «Sovet 
qoşunları... Kuril adalarını azad etdi» (Bax: ASE, Bakı, V 
cild, 1981, səh.69-71). ASE-nin VI cildində isə oxuyuruq: 
1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə