Şahin Fazil



Yüklə 213.4 Kb.
PDF просмотр
səhifə4/12
tarix08.12.2016
ölçüsü213.4 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   12

 
Aeroportda  müxtəlif  yoxlama  mər-
hələləri. Qarşılanma və gözləmə zalı. Bakı 
Dövlət Universiteti Şərqsunaslıq Fakültəsi 
“Yapon  dili  və  Ədəbiyyatı”  şöbəsinin  mə 
zunu,  hazırda  Tohoku  Universitetinin  
magistrantı  Şaiq  Cəfərzadə.  Tokio  şəhəri 
.Seyirçi  tanışlıq.  Sakura  ağacı.  Dərhal 
yazdığım şeir – “Bu ağac”. Tokio- Senday 
istiqamətinə  yollanan  sür`ət  qatarı  –  Şin-
kansen.  Senday  şəhəri.  “  Hotel    Com`s”. 
Axşamüstü. Saat   18. Hiroki Oka, Takaşi 
Kuroda, Seiçi Kitaqava,  həmçinin Senda-
ya  dünən  gələn  Vaja  Kiknadze  (  Gürcüs-
tan    Elimlər  Akademiyası  Tarix  İnstitu-
tunun direktoru) ilə ilk tanılıq. 
 
 Moskvanın  «Şeremetyevo»sunda  göyə  qalxan 
nəhəng  dəmir  quş  Yaponiyanın  «Narita»sınada  yerə  endi. 
Özümüz də artıq yerdəyik. Saatın əqrəbləri 10
45
-i göstərir. 
 
«Gündoğar ölkədəyəm, üstümə gün  
doğmuşdur, 
Bir səda gəldi qeybdən mənə 
Şahin - quşdur». 
 
Doğrudan  da,  təyyarədə,  gəmidə,  maşında  olan 
insanlar  quş  kimidirlər.  Dünən  hardaydım,  bu  gün 
hardayam. 
Şahin Fazil 
 
 
60 
Aeroportun  bir  neçə  mərtəbədən  ibarət,  müasir 
üslubda  inşa  olunmuş  yaraşıqlı  olduqca  böyük  binası. 
İçəridəyik.  Müxtəlif  yoxlama  mərhələləri.  Bu,  sizin 
vəzifənizdir,  yoxlayın  bizi,  ey  xüsusi  peşə  geyimli 
aeroport  işçiləri,  yoxlayın.  O  qədər  yoxlamalardan, 
sınaqlardan,  imtahanlardan  keçmişəm  ki...  Bir  polis 
məndən  yapon  dilində  nəsə  soruşdu.  Təbii  ki,  onun  nə 
dediyini anlamadım. Qarşısındakı  mizin yeşiyindən illərlə 
varaqlanmış və pis vəziyyətə düşmüş iri bir dəftər çıxardı. 
Hansı  dili  bildiyimi  xəbər  aldı.  Dəftərin  ayrı-ayrı 
səhifələrində  dünyanın  onlarla  dilində  müxtəlif  suallar 
yazılmışdı. Məsələn, rus dili, fars dili, türk dili, ərəb dili və 
başqa  dillərdə  yazılmış  sorğu-suallar  :  «Haradan 
gəlmisiniz?»; 
«Haraya 
gedirsiniz?»; 
«Səfərinizin 
məqsədi?»;  «Narkotik  maddə  qəbul  edirsinizmi?»  və  s. 
Sualların qarşısında isə cavablar: «Hə!», «Yox!». «İşgüzar 
məqsədlə  gəlmişəm».  «Elmi  e’zamiyyətə  göndərilmişəm» 
və  s.  Yapon  gömrük  işçisi  ilə  mənim  aramda  söhbət  türk 
dilində (əlbəttə, dəftərin köməyi ilə) gedirdi. O, barmağını 
dəftərin  bir  sualının  üstünə  qoydu.  Orada  yazılmışdı: 
«Narkotik və uyuşdurucu maddədən istifadə edirsinizmi?». 
«Yox» 
cavabı 
verdim. 
Növbəti 
sual: 
«Siqaret 
çəkirsinizmi?». 
Cavabım 
yenə 
inkaredici 
oldu. 
Gülümsəyən  polis  «o’key»  deyib  dəftəri  örtdü  və  yerinə 
qoydu. Mən də «o’key» deyərək onunla xudahafizləşdim. 
Budur,  «Narita»nın  qarşılanma  və  gözləmə  zalı. 
Şaiq  Cəfərzadə  burada  olmalıdır.  Amma,  hələ  görmürəm 
onu. O da məni görmür. Çünki bir-birimizi tanımırıq. Zalı 
gəzə-gəzə ətrafa diqqətlə baxmaqdayam. Gözüm təyyarədə 
məndən  ayrılan  rəqqas  Kohşon  Nanamiyə  sataşdı. 
Telefonumu ona göstərib başa saldım ki, bu telefon burada 

  Йапонийа сяфярнамяси 
 
 
61 
heç  yanı  tutmur,  lütfən  öz  telefonunla  cib  kitabçama 
yazılmış bu nömrəyə zəng et. K.Nanami nömrəni yığdı və 
dərhal  cavab  gəldi:  «Elə  mən  də  professoru  axtarıram». 
Şaiqlə görüşüb Kohşonla xudahafizləşdim. 
Şaiq  Cəfərzadə.  Tanışlıq.  Yaraşıqlı  bir  gənc.  
Zahirən  bir  qədər  də  yaponlara  oxşayır.  Bakı  Dölət 
Universitetinin  Şərqşünaslıq  fakültəsinin  «Yapon  dili  və 
ədəbiyyatı»  şö’bəsini  bitirib,  hazırda  isə  Tohoku 
Universitetinin magistrantıdır. 
Aeroportu  tərk  etdik.  «Şinkansen»  adlanan  qatara 
əyləşib  Tokio  vağzalı  istiqamətinə  yollandıq.  Elə-belə, 
gəzinti  xatirinə.  Senday  şəhərinə  getməyimizə  hələ 
vaxtımız  vardı.  Tokio  ilə  seyrçi  tanışlıq:  «Tokio- 
Yaponiyanın  güzgüsüdür.  Bu  ölkənin  bütün  üstünlükləri, 
təzadları  və  xroniki  yaraları  burada  cəmlənmişdir». 
«Yaponlar» 
kitabının 
müəllifləri 
V.Pronnikov 
ilə 
İ.D.Ladanov belə yazırlar (Bax: «Yaponlar», səh.71). 
Mən  ki,  hələlik  Tokionun  üstünlüklərini  görürəm. 
Tokionun  təzadlarını  və  xroniki  yaralarını  görmək  üçünsə 
burada  yaşamaq  lazımdır:  Bir  gün,  bir  ay,  bir  il?  Yox, 
kifayət  etməz.  Tokioda  illərlə  yaşamaq  lazımdır! 
Mənimsə, bundan ötrü nə vaxtım, nə də imkanım var. Hər 
halda,  yaşamalı  şəhərdir!...  Şaiq  mənə  gül  açmış  bir  ağac 
göstərdi: 
 - Sakuradır. 
Şəkillərdə,  rəsmlərdə  çox  görmüşdüm.  Sakura. 
Gilas  ağacı.  Yapon  gilası.  Ağacın  çəhrayı  çiçəkləri.  Nə 
qədər gözəl!.. Amma, nəzərə almaq lazımdır ki, bahar hələ 
gəlməyib. Başqa ağaclar lüm-lütdür. Sakura isə çiçəkləyib. 
«Yaponiyanın  qəlbini  başa  düşməkdən  ötrü  ona 
baharda,  albalı  çiçəyində  baxmaq  lazımdır,  çünki 
Şahin Fazil 
 
 
62 
sakuranın ləçəkləri yapon milli xarakterinin poetik, obrazlı 
şəkildə  təcəssümüdür»  -  belə  yazır  Yaponiyada  6  il 
yaşamış  rus  jurnalisti  Vsevolod  Ovçinnikov  «Sakura 
budağı»  adlandırdığı  kitabında.  «Xalq  poeziyası  özünün 
lirik  qəhrəmanını,  həyatı  sevməklə  bərabər  özünü  qurban 
verməyə  hazır  olduğunu  Yaponiya  baharının  çiçəklərində 
görür. Yapon jurnallarında tez-tez yazılır ki, sakura «sönən 
simvoldur»,  mexanizm  sivilizasiyası  boğanağında  nəinki 
təkcə  albalı  ağacları  quruyur,  üstəlik  bu  ağacların 
çiçəklənməsindən  vaxtilə  canlanan  insan  duyğuları  da 
solur»  (Bax:  Vsevolod  Ovçinnikov.  Sakura  ağacı,  Bakı, 
Gənclik, 1981, səh.198). 
Sakura  ağacı  V.Mayakovskinin  də  diqqətini  özünə 
cəlb etmişdi. Bir şe’rində epiqraf tə’siri bağışlayan və : 
 
«Yaponiyanın albalı  
ağaclarına, 
Barəsində yazmağa  
imkan tapmadığım 
hər nə var isə, ona - » 
 
yazan şair sakura ağacına şe’r yazmadığına görə özünü bu 
ağaca borclu saymışdır (Bax: V.Ovçinnikov. Sakura ağacı, 
səh.256).  Diqqət  yetirdinizmi?  Ağaca  borcluluq.  Yalnız 
şair ağaca borclu ola bilər. V.Mayakovski kimi. 
İndi  isə,  görək  yazıçı  nə  yazır:  «...Bahar  yapon 
adalarına  çayların  buz  buxovlarının  parçalanması  və 
daşqın  sularının  düzənləri  intəhasız  dənizlərə  çevirməsi 
kimi təbii fəlakətlər gətirmir (son illərdə bizdə Kür çayının 
gətirdiyi  fəlakətlər  kimi  –  Ş.F.).  Təbiətin  çoxdan 
gözlənilən  dirçəlişi  burada  albalı  ağaclarının  qəflətən  və 

  Йапонийа сяфярнамяси 
 
 
63 
gur  çiçək  açması  ilə  başlanır.  Onun  çəhrayı  ləçəkləri 
yaponları  yalnız  çoxluğuna  görə  yox,  həm  də  ömrü  qısa 
olduğuna görə həyəcanlandırır. 
Sakuraların ləçəkləri solmur. Xəfif külək əsən kimi 
onlar hərlənə-hərlənə yerə enirlər. Onlar lap tər ikən qopub 
düşməyi,  öz  təravətlərini  azacıq  da  itirməkdən  üstün 
tuturlar». 
Bu  sözləri  yazıçı  dostum  Yasif  Nəsirli  yazıb.  Gü-
nəşlə  görüşən  Yasif  Nəsirli  (Bax:  Yasif  Nəsirli.  Günəşlə 
görüş, səh.14). Yasif bunları 2003-cü ildə alıb qələmə. İndi 
isə  2009-cu  ildir.  Yasif  Bakıdadır,  mən  isə  Tokioda  iz-
dihamlı  bir  küçə  kənarındayam,  sakura  ağaclarının 
çiçəklərinə  baxmaqdayam.  Şaiq  10-15  dəqiqəliyə  məndən 
ayrıldı, mənsə qələm-dəftərimdən yapışdım  və «Bu ağac» 
şe’ri yarandı: 
Bura Tokiodur, 
Tokiodur bura, 
Bu ağac isə – 
Sakura. 
 
 
İndi, qışdır, 
Qışın oğlan çağı olmasa da,  
qışdır. 
Qışın bu çağında, 
Məftunluqla baxdığım  
bir küçə kənarında, 
bir səki qucağında 
gözümə 
sakura ağacı dəyir. 
Sakura –    
Şahin Fazil 
 
 
64 
bahar 
gəlməmişdən 
çiçəkləyir. 
Sakura –  
qəflətən çiçəkləyir, 
qəflətən 
də 
çiçəksiz 
qalır. 
Bu çəhrayı  güllərin  
Ömrü qəfil qısalır. 
Dünən vardı, bu gün yox... 
Saralmadan, solmadan  
qəfil gələn küləkdən 
güc alıb, 
birdən-birə 
tül tək döşənir yerə, 
bu çəhrayı çiçəklər, 
hamısı da təzə, tər. 
Sakura çiçəkləri  
qəfil doğulduğu tək 
qəfildən də ölürlər. 
 
Qəfildən də ölürlər –  
saralmadan, solmadan. 
Düşünürəm, bəlkə də  
yaşama müddətini 
bitirmədən ölürlər, 
gözəllik sərvətini 
itirmədən ölürlər, 
ölürlər qocalmadan. 
...Bura Tokiodur, 
Tokiodur bura, 
Bu ağac isə – 
Sakura. 
Tokio, 19 fevral 

  Йапонийа сяфярнамяси 
 
 
65 
 
Bəli,  böyük  rus  şairi  imkan  tapmamışdı,  albalı 
ağacına  –  sakuraya  şe’r  yazmamışdı.  Mən  isə  yazdım. 
Əlbəttə imkan tapdım. 
Şaiq  gəldi.  Şəhər  necə  də  gözəldi.  Hər  tərəf  tər-
təmiz. Adamlar olduqca mədəni, qədərincə nəzakətli. 
Kafeyə  baş  vurduq.  Buterbrodlar,  kofe.  Qatara 
mindik.  Gedəcəyimiz  Senday  şəhərinə  300  km.  var. 
Təxminən  Bakıdan  Lənkərana  olan  məsafə  kimi.  Hər  ay 
gedirəm  Lənkərana.  Dərs  deyirəm  Lənkəran  Dövlət 
Universitetində.  Yarım  ştatlı  professoruyam  oranın. 
Neyləyim.  Bir  ştatlı  iş  yerinin  aylıq  maaşı  ilə  dolanmaq 
olmur.  Mən  üç  universitetdə  işləyirəm.  Elə  alim 
yoldaşlarım  var  ki,  üç  yox  beş-altı  yerdə  dərs  deyirlər. 
Dözümlüyük. Dözürük. Dözməyib neyləyəcəyik  ki? Təki, 
hələlik  rüşvətxorlar  yaxşı  yaşasınlar.  «Rüşvət»  anlayışı 
yaradanın, atalar demişkən «atasına lənət!». 
Yadıma hansı bir şairinsə təxminən bu  misralardan 
ibarət çoxdan oxuduğum kiçik bir şe’ri düşdü. 
 
«Rüşvətxora 
«rüşvət almaz» deməyin 
 heç vaxt, 
Əllərini tutsalar 
ayağıyla alacaq». 
 
Yenə  alacaq?  Ayağıyla  alacaq?  Dədə  vay,  evimiz 
yıxıldı ki!.. 
Görəsən Yaponiyada da rüşvət var? 
Rüşvət  qara  bir  rəng.  Qapqara  bir  ləkə.  Mövcud 
olduğu hər ölkənin taleyinə vurulmuş əskiklik möhürü. 
Şahin Fazil 
 
 
66 
 
Məmləkət elmi ilən, alimi ilən tanınır, 
Alimin paltarı gündən-günə nimdaş niyə? 
 
Qara  rəng  qarə  günün  rəmzi  sayılmışsa 
əgər, 
Sən qaragünlüdə, Şahin, ağarıb baş niyə? 
(«İkinci Divan», səh.97) 
 
Qatarda  yol  gedirik.  Senday  şəhərinə  çatanadək 
Bakıdan  Lənkərana  qədərki  məsafə  qət  olunmalıdır.  Bu 
məsafəni getmək isə Azərbaycanda azı 8-9 saat vaxt tələb 
edir... 
Bir saat və bir neçə dəqiqəyə  Sendaya çatdıq. Əsla 
heyrətlənmədim. Axı, bura Yaponiyadır. Bizi gətirən qatar 
da  taqqa-tuqla  yırğalana-yırğalana  gedən  sovetlərdən 
qalma qatar yox, bir rels üzərində şütüyən yapon qatarıdır. 
Tokioda  olduğum  və  Sendaya  yollandığım  bir  saat 
və bir neçə dəqiqə ərzində bir qəzəl yazdım: 
 
Şahdağımdan götürüb atdı neçə yad dağına, 
Dözmüşəm kəc fələyin gör nə nə qədər şıltağına... 
 
Görmüşəm bir neçə cür rəngi olan hicranı, 
Lə’nət olsun ilanın qarəsinə, həm ağına. 
 
Amma, gözmuncuğu tək tapdım, itirdim yarı, 
Çatmışam mən qaragün indi ahıllıq çağına. 
 
Təpədən-dırnağacan el-obamın aşiqiyəm, 
Afərinlər ola mən tək bu vətən müştağına. 

  Йапонийа сяфярнамяси 
 
 
67 
 
Düzlüyün, doğruluğun munisi oldum daim, 
Vermədim mən yaxamı əyriliyin caynağına. 
 
Vətənim müstəqil olmuş, coşuram baxdıqca, 
Rəngi üç bayrağına, ulduzu bir bayrağına. 
 
Gündoğar ölkəyə gəlmək diləyirdim, Şahin, 
Doğdu gün bəxtimə, gəldim Yaponun torpağına. 
Tokio-Senday, 19 fevral 
 
Şaiqlə,  bizim  üçün  müəyyən  olunmuş  otelə 
yollandıq.  «Hotel  Com’s»  («Kams»  oteli),  6-cı  mərtəbə, 
611-ci otaq mənimdir. 
Azacıq  istirahət.  Telefon  zəngi.  Şaiq  idi.  Dedi  ki, 
saat 18-də yapon professorları mənimlə görüşə gələcəklər. 
- Kimlər gələcək? 
- Sizin qiyabi tanıdığınız cənablar Oka və Kuroda. 
Onların gəlmələrinə hələ 2 saat vaxt vardı. Moskva-
Tokio  istiqaməti  ilə  uçarkən  bir  qəzəl  qaralamışdım. 
Professorlarla görüşə isə hələ 2 saat vaxt vardı. 
Vaxtı  qənimət  bilib  təyyarədə  başladığım  qəzəli 
otel otağında bitirdim: 
 
Surət diləsəm də onu xülyadə görürdüm; 
Mən surəti, əlbəttə ki, mə’nadə görürdüm. 
 
Hər bir səfərimdə qonağa ehtiram üçün 
İran ilə Türkiyyəni amadə görürdüm. 
 
Mən Bağdada getdikdə hələ təhlükə yoxdu, 
Şahin Fazil 
 
 
68 
Əfqanlarısa cəngdə, qovğadə görürdüm. 
 
Görmək diləyirdimsə də, olmurdu müyəssər, 
Hərçənd Yapon yurdunu röyadə görürdüm. 
 
Allaha şükürlər ki, dilək qönçəsi açdı, 
Mən meylimi tez-tez bu təmənnadə görürdüm. 
 
Mən badəni atdım yerə, tutdum qələmimdən, 
Əvvəllər əlimdə arabir badə görürdüm. 
 
Şahin, qoca dünyanı dolan, gəz, qocalırsan, 
Öldükdə demə «surəti mə’nadə görürdüm». 
Təyyarə. Moskva-Tokio 
istiqaməti 
 
Bəli,  surət  ilə  mə’na.  İki  irfani  istilah.  Klassik 
şairlər üstünlüyü mə’naya vermişlər. 
Mənim  nəzərimcə,  hər  iki  istilahda  müəyyən 
üstünlük  vardır,  surət  mə’naya  və  mə’na  surətə  bağlıdır. 
Nadir  surətin  mə’nası  və  mə’nanın  mə’nası?  Nədir  bu  iki 
istilahı bir-birinə yaxınlaşdıran və birini digərindən ayıran 
cəhət?  Surət  təkcə  zahiri  görünüşdürmü?  Mə’na  yalnız 
batini  yol,  yaxud  həqiqət  yoludurmu?  «Keyfiyyət» 
məfhumu  hər  iki  istilaha  aid  edilirmi?  Bilmirəm.  Amma 
bilirəm ki, hər ikisi zərurətdir. Necə ki, demişəm: 
 
Şahin, sənə örnək surətdəki mə’na, 
Mə’na da zərurət, surət də zərurət. 
 
Yaxud: 

  Йапонийа сяфярнамяси 
 
 
69 
 
Məni mə’na da düşündürmədədir, surət də, 
Verirəm qiyməti həm surətə, həm mə’nayə. 
 
Lakin,  nəzərimcə,  mə’na  daha  üstün  keyfiyyətə 
malikdir: 
 
Ürəyim öylə böyük ki, demə əsla balaca. 
Edirəm zənn ürəyimdən hələ dünya balaca. 
 
Şahinin şe’r bağında neçə mə’na gülü var, 
Kaş ounun olmaya şe’rindəki mə’na balaca. 
(İkinci Divan, 
s.14) 
 
Yaponiyada, məncə, mə’na ilə surət həmahəngdir. 
Saat  18  oldu.  Şaiq  otağıma  gəldi.  II  mərtəbəyə 
endik.  Professorlar  Hiroki  Oka  və  Takaşi  Kuroda  ilə 
üzbəsurət  ilk  tanışlıq.  Dünən  Senday  şəhərinə  gəlmiş 
professor,  tarix  elmləri  doktoru  Vaja  Kiknadze  də 
yanlarındaydı.  O,  Gürcüstan  Elmlər  Akademiyası  Tarix 
İnstitutunun direktorudur. 
Cənab  Oka  bizi  restorana  də’vət  etdi.  Uzağa 
getmədik. Restoran elə bu oteldə idi. 
Restoran.  Stolun  üstünə  müxtəlif  qəlyanaltılar 
düzülmüşdü.  Balıq  məhsulları  üstünlük  təşkil  edir: 
balıqqulağı  qurdu,  xərçəng,  meduza  buynuzları,  çiy  balıq 
əti,  meygu  (krevetka)  və  s.  Çiy  balıq  ətindən  bir  az 
dadmalı oldum. Bizlər belə yeməklər yeməmişik. Yazığım 
gəldi  xərçənglərə,  ilbizlərə...  (Yadıma  vyetnamlıların 
Şahin Fazil 
 
 
70 
«Dənizdə  gəmidən  başqa  hər  şey  yeməlidir»  deyimi 
düşdü). 
 
Mən – insaflının biri, 
Qınamayın şairi, 
Xərçəngi qızardırlar 
Yaponlar diri-diri... 
 
İlbizə bax, ilbizə... 
Yox, halal deyil bizə. 
İlbizdə olsaydı dil 
Nə deyərdi dil bizə... 
Senday, 19fevral 
 
Şaiq  təklif  olunan  yeməkləri  yedi,  mən  isə  baxa-
baxa  qaldım,  burada  olacağım  10  günüm  beləmi 
keçəcək?.. 
Cənab  Okanın  telefonu  səsləndi.  Yaponca  danışdı 
və  dedi  ki,  professor  Seiçi  Kitaqavadır.  Şaiq  üzünü  mənə 
tutub: - Mənim elmi rəhbərimdir, - dedi. 
Qeyd  edim  ki,  cənab  Kitaqava  bir  neçə  il  bundan 
əvvəl (o zaman  mən Əfqanıstanda işləyirdim) Bakıda iki-
üç  ay  olub.  İxtisasca  monqolşünasdır.  Vaqif  Priyevlə  – 
mənim 
moqolşünas 
dostumla 
dostluq 
ediblər, 
məktublaşıblar. 
Azacıq  sonra  balaca  boylu  böyük  alim  cənab 
Kitaqava  da  gəlib  çıxdı.  Söhbətimiz  xeyli  uzandı.  Nədən 
danışmadıq  ki?  Tohoku  Universitetindən,  Azərbaycan 
Elmlər  Akademiyasından,  Gürcüstan  Tarix  İnstitutundan, 
Tehran  Universitetindən  (bu  professorlar  dəfələrlə  İranda 
olublar),  indiki  və  gələcək  həmkarlarımızdan  və  s.  Şaiq 

  Йапонийа сяфярнамяси 
 
 
71 
sual-cavablarımızı  öz  elmi  rəhbərinə  ciddiyyətlə  tərcümə 
etməkdəydi. 
Restorandan  çıxdıq.  Bir  qədər  də  geniş  bir  Tokio 
prospektində  gəzişdik.  Hava  soyuq  idi.  Saat  11-di. 
Dincəlmək lazımdı. 
Otağıma  gəldim,  yatağıma  uzandım,  pəncərəni 
açdım. Elə sakitlikdir ki! Sakitlik. Sükut. Sükutu dağıtdım. 
«Dördüncü  Divan»ımda  gedəcək,  lakin  hələ  yazıb-
bitirmədiyim,  amma  üzərində  işlədiyim  bu  qəzəli 
pıçıldamağa  başladım.    Sakitlikdi.  Özüm  deyib  özüm 
eşidirdim: 
Bağda çiçəklərlə danışmaqdayam, 
Dağda küləklərlə danışmaqdayam. 
 
Vaxtımı, bəsdir, ay adam, alma ki, 
Al çiyələklərlə danışmaqdayam. 
 
Harda İsaq ilə Misaq quşları? 
Mən kimi təklərlə danışmaqdayam. 
 
Xamuş olun, dinləyin, ey xamlər, 
Mən... kəpənəklərlə danışmaqdayam. 
 
Var ucalıq öylə yaponlarda ki, 
Sanki fələklərlə danışmaqdayam. 
 
Qəddi uzun kəsləri çox dinlədim, 
Qəddi gödəklərlə danışmaqdayam. 
 
Qəlbidaş insanları dindirməyib 
İncə ürəklərlə danışmaqdayam. 
 
Sakit olun, çəkdi xəyal Şahini, 
Göydə mələklərlə danışmaqdayam. 
Şahin Fazil 
 
 
72 
 
 
IV. 20 fevral 
 
 
Sübh    tezdən  oteldə  yazdığım  qəzəl. 
Sübh  yeməyi.  Tohoku  Universiteti.  Simal 
–  Şərqin  Asiya  Tədqiqatları    Mərkəzinin 
direktoru  Masahişa  Seqava.  Mərkəzin 
bəzi  institutları  ilə  tanışlıq.  Elektron 
cihazlarla təchiz olunmuş zəngin kitabxa-
na.  Dəqiq  Elimlər  İnstitutunun    yemək-
xanası.  (  Menyuda  əsasən  xərçənglər,  il-
bizlər, qurbağalar, meyqular və çiy balıq-
lar). Otelə dönüş. Axşam  “ Hind restora-
nı”nda    ziyafət.  Gecə  yarısından  sabahkı  
Elmi  Formda  oxuyacağım  “  XX  əsr 
Azərbaycan  milli  tarixşünaslığı:  tarixi 
təcrübə  və  müasir  vəziyyət”  adlı  məruzə-
min  yapon  dilinə  tərcüməsi  üzərindən 
Şaiqlə  iş.  Sonra  yeni  bir  şeirm-“  Gündo-
ğar ölkə” .  
 
Sübh  tezdən  pəncərədən  boylandım.  Hər  yan 
ağappaqdı.  Gecə  qar  yağmışdı.  Dünən  elə  bil  burada  yaz 
havası vardı. Buralara qar gözlənilmədən gəlir. Elə indi də 
yağır  və  sakura  çiçəkləri  kimi  yerə  ələnir.  Bir  qəzəl 
yazmaq istədim. Yazdım da. Əsas istəməkdi. Yazmağa nə 
var ki? 
Qəzəl 
 
Az qalıbdır, məni qəhr ilə qəhər öldürəcək, 
Hələ dərd üzməsə də canı, kədər öldürəcək. 

  Йапонийа сяфярнамяси 
 
 
73 
 
Çəpər üstdə çıxıram gündə yarı görməkçin, 
Məni öldürməsə də yar, çəpər öldürəcək. 
 
Bizə mə’lum deyil aqibəti insanın, 
Bilmirik biz bizi Allah nə təhər öldürəcək. 
 
Çıxmışam çox səfərə... İndi Yapon sevdası, 
Dərvişəm, dərvişi bir vəqt səfər öldürəcək. 
 
Bu cahan bütlərinin lütfünə bel bağlama çox, 
Sənə axşam edəcək lütf, səhər öldürəcək. 
 
Büt də, cananə də vardır o biri dünyadə, 
Bəşəri, sanma ki, üqbadə bəşər öldürəcək. 
 
Qocayam, yeddi ona yaş yaxınlaşmaqda, 
Dəyməsin göz, məni öldürsə nəzər öldürəcək. 
 
Şahina, düşmə daha eşqə, cavanlıq eləmə, 
Hər kamanqaşə tərəf getsən əgər, öldürəcək. 
 
Senday, 20 fevral 
 
Sübh  yeməyimi  otelin  I  mərtəbəsindəki  kafedə 
yedim.  Burada  yeməyə  ilan-qurbağa  verilmir,  avropa 
qəlyanaltıları  (pendir,  sosiska,  kolbasa...)  təklif  olunur, 
kotlet, qovurulmuş ət, yanında da makaron, vermişel, düyü 
gətirilir. Axı, oteldə qalanların əksəriyyəti əcnəbilərdir. 
Bir  saatdan  sonra  Vaja  Kiknadze,  Şaiq  və  mən 
Tohoku  Universitetinə  yollandıq.  Universitetin  tutduğu 
Şahin Fazil 
 
 
74 
sahə  böyükdür  və  orada  bir  neçə  böyük  və  kiçik  binalar 
var.  Əsas  binanın  qarşısında  bizi  Şimal-Şərqi  Asiya 
Tədqiqatları  Mərkəzinin  müavini  prof.  Oka  qarşıladı. 
Liftlə  III  mərtəbəyə  qalxdıq.  Mərkəzin  direktoru  prof. 
Masahisa  Seqavanın  kabineti.  O,  bizi,  əlbəttə,  yaponlara 
xas  yüksək  ehtiram  və  nəzakətlə  qarşıladı.  İxtisasca 
antropoloq  (loru  dil  ilə  desək  kəlləşünas)  olan  cənab 
Seqava  əksər  yaponlar  kimi  eynəklidir,  mehribandır, 
üzügülərdir. 
Yaşıl  çay  gətirdilər.  Mən  yaşıl  çayı  ilk  dəfə 
Əfqanıstanda,  sonrasa  Özbəkistan  və  Tacikistanda 
içmişəm. Bakıda isə yaşıl çaya meyl azdır. 
Cənab  Seqava  məşğul  olduğum  elm  sahəsi  ilə 
maraqlandı.  Əfqanıstandakı  fəaliyyətimlə  bağlı  suallar 
verdi.  Haqqımda  mə’lumatının  olduğunu  başa  düşdüm. 
Yazdığım «Azərbaycan haykuları» ilə maraqlandı. Kitabın 
bir  nüsxəsini  ona  təqdim  etdim.  Üz  qabığında  Qız 
qalasının  və  bir  neçə  qatlı  ən’ənəvi  yapon  evinin  şəkli 
verilmiş,  bir  haykumun  yaponca  tərcüməsi  də  əks 
olunmuşdu: 
 
«Mənim sevgim 
Sənin sevgindən zəifmiş, 
Ölə bilməyir». 
 
Oxuyub gülümsündü, sonra kitaba səhifə-səhifə göz 
yetirib  374-cü  səhifəni  açdı,  yapon  dilində  yazılan 
«rezyume»ni  oxudu.  Kitabın  sonunda  6  dildə  – 
Azərbaycan, yapon, rus, ingilis, fransız və alman dillərində 
aşağıdakı mə’lumat verilmişdir: 

  Йапонийа сяфярнамяси 
 
 
75 
«Milli  yapon  poeziyası  VII  əsrdə  yaranan  «vaka», 
yaxud  «tanka»  (beşlik)  və  XVI  yüzillikdə  vakanı  tam 
üstələyən  «hayku»,  yaxud  «hokku»,  ya  da  «haykay» 
(üçlük)  şe’rləri  ilə  zəngindir.  Son  illərdə  bir  neçə  xarici 
ölkədə, o cümlədən Azərbaycanda da yapon şe’rinə maraq 
çoxalmış,  nəticədə  hayku  poeziya  nümunələri  qələmə 
alınmışdır. 
Hayku  öz  qısalığı  və  özünəməxsus  poetikliyi  ilə 
seçilən lirik şe’r növüdür. 
Azərbaycan Yazıçılar Birliyinin üzvü, tarix elmləri 
doktoru, professor  Şahin Fazil hayku yaradıcılığına 2004-
cü  ildən  başlamış  və  onun  bir  neçə  haykusu  Bakıda  və 
Tokioda Azərbaycan və yapon dillərində çap olunmuşdur. 
Oxuculara  təqdim  olunan  «Azərbaycan  haykuları» 
yapon  hayku  janrı  tərzində  Azərbaycanda  yazılan  ilk 
kitabdır. 
Şahin  Fazil  hazırda  haykudan  əvvəlki  yapon 
poeziya  janrı  olan  və  «vaka»  adlanan  «Azərbaycan 
vakaları»  adlı  kitab  üzərində  işləyir»  (Bax:  Azərbaycan 
haykuları, Bakı, 2007, səh. 372-373). 
Cənab  M.Seqava  prof.  V.Kiknadzeyə  də  müxtəlif 
suallar  verirdi.  Onların  aralarında  gedən  söhbət  Şaiqin 
köməyi olmadan ingilis dilində gedirdi. 
Sözün  tam  mə’nasında  «kəllə»  adamdır  bu 
kəlləşünas  professor.  Eşq  olsun  belə  alimlərə!  Axşam  bu 
günün  təəssüratı  ilə  «eşq  olsun»  rədifli  belə  bir  qəzəl 
yazdım, «mizbanlara eşq olsun» dedim: 
 
Elm üzrə yaponlarda tüğyanlara eşq olsun, 
İmkan eləyib gördüm, imkanlara eşq olsun. 
 
Şahin Fazil 
 
 
76 
Tüğyan belə tüğyansa, dövran belə dövransa, 
Hicran belə hicransa hicranlara eşq olsun. 
 
Eşq əhlinə fürsət var, elm əhlinə diqqət var, 
Loğmanlara qiymət var, loğmanlara eşq olsun. 
 
Söhbətləri həlva tək, hörmətləri dərya tək, 
Oka və Seqava tək insanlara eşq olsun. 
 
Nərgizdi, nilufərdir, reyhandı, sənubərdir, 
Güllər təzədir, tərdir, bağbanlara eşq olsun. 
 
Rəhm olsa gər insanda, qan axmasa 
 meydanda, 
Can çıxmasa meydanda meydanlara eşq olsun. 
 
Bir gündə uçub gəldim, şahin quşuna mən tay, 
Senday nə gözəl Senday! Mizbanlara 
 eşq olsun. 
 
Senday, 20 fevral 
 
Sonra, cənab Masahisa Seqavanın tapşırığı ilə prof. 
Hiroki  Oka  bizi  Mərkəzin  bə’zi  institutları  ilə  tanış  etdi. 
Sonrasa,  kitabxana. Elektron cihazlarla təchiz olunmuş  və 
müasir tələblərə cavab verən zəngin bir kitabxana. «Xarici 
ədəbiyyat»  zalına  gəldik.  Müxtəlif  dilli,  rəngarəng  çeşidli 
kitablar  səliqə-sahmanla  rəflərə  düzülmüşdü.  Azərbaycan 
dilində  də  bə’zi  kitabları  gördüm:  Cəmil  Həsənli  «SSRİ-
İran  (1941-1945)»  kitabı.  Dəyərli  kitabdır.  Oxumuşam. 

  Йапонийа сяфярнамяси 
 
 
77 
Müəllif  tərəfindən  mənə  ünvanlanan  avtoqrala  bu  əsər 
Bakıda mənim də kitabxanamı bəzəyir. 
Rus  müəlliflərinin  kitabları  burada  daha  çoxdur. 
Diqqət  yetirirəm:  Təkcə  riyaziyyata  aid  iki  sıra  dəmir 
rəflərdə minədək kitab və jurnal... Ölkənin elmi və mədəni 
səviyyəsi  kitablarından  bilinir.  Elə  Azərbaycanda  da  bu 
səviyyə  vardır,  amma  biz  öz  kitablarımızı  xarici  ölkələrə 
çoxmu çatdırırıq, çoxmu yayırıq? 
Yaponlar  kitabsevər  və  kitab  oxuyan  insanlardır. 
Bu 
qıyıqgöz 
adamlar 
məhz 
müxtəlif 
xalqların 
kitablarından əxz etdikləri elmi nailiyyətləri  gözüaçıqlıqla 
öz  ölkələrində  yaradıcı  şəkildə  tətbiq  edirlər.  Mən 
yaponların  bu  gözəl  xüsusiyyətini  kiçik  bir  şe’rimdə  belə 
verdim: 
 
Qıyıqgöz böyüklüyü 
 
Bu balaca yaponlar – 
Böyük, sadəcə böyük! 
Necə böyükmüş onlar, 
Böyük, sadəcə böyük. 
Gözünüz necə açıq, 
Gözünüz necə böyük, 
Ey qıyıqgöz yaponlar. 
 
Senday, 20 fevral 
 
Dəqiq  Elmlər  İnstitutunun  yeməkxanasındayıq. 
Yeməkxana  yalnız  müəllimlər  üçün  nəzərdə  tutulmuşdur. 
Yenə  dəniz  (okean)  məhsulları.  Xərçənglər,  ilbizlər, 
meygular  və  çiy  balıqlar.  Balıqları  elə  yaraşıqlı 
Şahin Fazil 
 
 
78 
doğrayıblar  ki...  Hər  balıq  tikəsinin  üstündə  bir  göyərti 
gözümə  dəydi.  Ey  qızardılmış  Nərə  balığı,  haradasan? 
Yanında da narşərab!.. 
Yapon  restoran,  kafe  və  qəlyanaltılarında  yemək 
stollarının üstündə, qaşıq, çəngəl və bıçaqdan başqa «haşi» 
adlanan  çubuqlar  da  olur.  Bir  əldə  iki  haşi  tutub  düyü 
dənələrini  elə  dənləyirlər  ki.  Şaiqin  də  əlində  haşi  vardı. 
Böyük  məharətdir.  Çubuqla  düyü  yemək  məharəti!  Mən 
bunu bacarmadım. 
Otelə  qayıtdıq,  istirahət  etdik.  Saat  19-da  Şaiq 
gələcək  və  Vaya  ilə  mən  onunla  birlikdə  «Hind 
restoranı»na gedəcəyik. 
Sözləşdiyimiz  vaxtda  otelin  qarşısında  görüşdük. 
Professor  Kitaqava  da  oradaydı  –  Şaiqin  elmi  rəhbəri, 
Vaqif Piriyev - Buduqlunun elmi həmkarı. 
Sendayda,  bəlkə  də  bütün  Yaponiyada  yaşayan  və 
özləri  üçün  biznes  yaradan  hindlilər  yapon  dilini, 
yaponların  nəzakətli  rəftar  tərzini  əməlli-başlı  əxz 
etmişlər.  Mən  onları  Əfqanıstandan  tanıyıram.  Kabulun 
hansı küçəsinə, xiyabanına, bazarına  getsən topasaqqal  və 
uzunsaç  hindli  taciri,  yaxud  satıcısı  görərsən.  Onların 
dükanlarına  girər-girməz  çay,  qəhvə,  yaxud  sərinlədici 
içkilər  təklif  edirlər  və  bu  təklifin  dükandan  nəsə 
alacağına, ya almayacağına qətiyyən dəxli yoxdur. 
Bizim  gəldiyimizi görən hindlilər dərhal mehriban-
lıqla  salamlaşdılar,  içəri  də’vət  etdilər,  miz  arxasında 
əyləşdirdilər,  hər  birimizə  bir  yemək  menyusu  təqdim 
etdilər. 
Əvvəlcə  çörək  gətirdilər.  Bizim  təndir  çörəyinə 
bənzəyən  ağappaq  və  ip-isti  çörək.  Amma,  dadı  bir  az 
şirindir. Xörəkləri kimi çörəyi də elə bu restoranda bişirir-

  Йапонийа сяфярнамяси 
 
 
79 
lər.  Mizimizdən  uzaq  olsa  da,  bir-birindən  bir  qədər 
aralanmış  iki  zoğalı  rəngli  zərxara  pərdə  arxasında  bir 
hindli qadını gördüm. Çörək kündələyirdi... 
Menyuya  göz  gəzdirdim. O çörəyin adı «Qəndəhar 
nan»  («Nane-Qəndəhar»  -  «Qəndəhar  çörəyi»  yox,  məhz 
hind dilində «Qəndəhar nan») yazılmışdı. 
Qəndəharı  xatırladım.  Çox  olmuşam  o  şəhərdə. 
«Çehel  zinə»  yaxud  «Çehel  pillə»  adlanan  dağ  ətəyi 
yadımdadır.  Orada  Məhəmməd  peyğəmbərin  (s)  əbası 
saxlanılır  və  yerli  əfqanlar  həmin  əbanın  Qəndəharda 
olması  ilə  fəxr  edirdilər.  Görəsən,  indi  hardadır  o 
müqəddəs  əba?  Görəsən  hansı  talibançı  geyir  əyninə  o 
əbanı?  Pis  günə  qoydular  Əfqanıstanı.  Əvvəlcə  ruslar, 
sonra  isə  əfqan  talibançıları,  daha  sonra  isə  amerikalılar, 
ingilislər  və  başqa  əcnəbi  hərbiçiləri.  Hamı  göz  dikib 
Əfqanıstanın  sərvətinə,  varına.  Var  isə  yerin  altındadır. 
Uran,  mis,  qızıl,  qiymətli  daşlar,  neft,  qaz...  Daha  nə 
yoxdur  Əfqanıstanda?  Hər  şey  var.  Amma  özünün  deyil. 
Özündə  olsa  da,  özünün  deyil.  Kiçik  dövlətin  səpvəti  öz 
başının  bəlası  imiş.  Zavallı  Əfqanıstan.  Zəngin  balaca 
dövlət.  Böyük  dövlətlərin  hələ  XIX  əsrdən  tamah 
saldıqları məkan. 
Hind xörəklərindən xoşum  gəldi.  İlbiz-filan yoxdu. 
Sanki  Əfqanıstandaydım.  Mən  yəqin  ki,  daha  bir  də 
Əfqanıstanda  olmayacağam.  1988-ci  ildə  Əfqanıstana 
«əlvida»  dedim.  Heyf  zəhmətimizdən.  Heyf  «SSRİ» 
adlanan 
bir 
dövlətin 
bihudə 
yerə 
xərclədiyi 
milyardlarından.  Heyf  orada  öldürülənlərə.  Hər  şey  bada 
getdi.  Amma,  bərkidik.  Bərkidik  o  ölkədə  biz.  Oddan-
alovdan keçidik... Və bərkdən-boşdan çıxdıq, bərkidik. 
Şahin Fazil 
 
 
80 
Oradan  qayıtdıqdan  sonra  belə  bir  şe’r  yazmış  və 
qəzetlərin birində dərc etdirmişdim: 
1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə