Şahin Fazil



Yüklə 213.4 Kb.
PDF просмотр
səhifə5/12
tarix08.12.2016
ölçüsü213.4 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   12

 
Əfqan diyarında bərkimişik biz 
 
Əfqanıstanda 
neçə-
neçə 
od-alovdan 
keçən 
Nizamiyə,Valehə,  Mehma-
na,  Asəfə,  Əhmədağaya, 
Şikara,  Maya  xanıma...  və 
bütün tərcüməçilərə.
1
 
 
Övlad doğularaq Azərbaycana 
Əfqan diyarında bərkimişik biz. 
Yollanıb qürbətə, düşüb əfğana 
Əfqan diyarında bərkimişik biz. 
 
Günlər keçirmişik o dost diyarda, 
Kabulda, Heratda, Bəlxdə, Təxarda... 
Yanmışıq günəşdə, donmuşuq qarda, 
Əfqan diyarında bərkimişik biz. 
 
Bizi salamlayan əl də görmüşük, 
Qəhr edən, qarğıyan dil də görmüşük, 
Güllə də görmüşük, gül də görmüşük, 
Əfqan diyarında bərkimişik biz. 
 
Bizi sərtləşdirib əfqan iqlimi, 
Çox zaman kobuduq, hərdən səmimi... 
Bərkidik lap polad bərkiyən kimi, 
Əfqan diyarında bərkimişik biz. 
 
Tale əydirməyib biləyimizi, 

  Йапонийа сяфярнамяси 
 
 
81 
Daşdan çıxarmışıq çörəyimizi... 
Sevgi yumşaltsa da ürəyimizi 
Əfqan diyarında bərkimişik biz. 
Ölümdən qorxmayıb bir an da belə 
Olarıq vətənə qurban da belə, 
Nizami də belə, Mehman
1
 da belə... 
Əfqan diyarında bərkimişik biz, 
Bərkimişik biz! 
 
        
(«İkinci Divan», səh. 696-697) 
 
Mənim  Əfqanıstan  şe’rlərim  çoxdur.  Oradan 
qayıtdıqdan  sonra  Bakıda  bə’zi  «əfqanlara»  (orada  uzun 
illər 
olan, 
yaxud 
döyüşlərdə 
fəal 
iştirak 
edən 
vətəndaşlarımıza  «əfqan»  deyirdilər)  olduqca  kobud 
münasibətin şahidi də olduq. Əlimdən nə gəlir ki? Bir şe’r 
yazdım: 
 
 
Məni o diyara kim göndərib bəs? 
 
«Səni  Əfqanısta-
na mən göndərməmi 
şəm...»  (Əfqanıstandan 
yaralı  qayıdan  bir  sovet 
əsgərinə 
sovet 
hə-
kiminin dediyi söz) 
 
                                                
1
  Низами  Мящрям  щазырда  Бакыда  ишляйир,  филолоэийа  цзря  фялсяфя 
докторудур, тарих елмляри доктору Мещман Сцлейманов ися Азярбайъан 
Республикасынын Иран Ислам Ъцмщуриййятиндя щярби атташесидир. 
Şahin Fazil 
 
 
82 
Dil necə qıyaraq o sözü deyib? 
Məni o diyara kim göndərib bəs? 
Sən göndərməmisən, o göndərməyib, 
Məni o diyara kim göndərib bəs? 
 
Hərə yaxasını çəkir bir yana, 
Gözü yaşlı qaldı nə qədər ana... 
Kim mənə «get, - deyib, - Əfqanıstan?» 
Məni o diyara kim göndərib bəs? 
 
Kim məni yollayıb oda, ölümə? 
Kim məni qurşayıb belə zülümə? 
Qumbara, tapança verib əlimə 
Məni o diyara kim göndərib bəs? 
 
Günümüz qaraydı, ayımız qara, 
Tale boxçasında payımız qara... 
Tamarzı qoyaraq yoldaşa, yara 
Məni o diyara kim göndərib bəs? 
 
Əlim getməzdi heç badam qırmağa, 
Yadam öldürməyə, yadam qırmağa... 
Adam öldürməyə, adam qırmağa 
Məni o diyara kim göndərib bəs? 
 
Mənmi yaralıyam, yaralımı sən? 
Həkim, duymayırsan məlalımı sən. 
Karsan? Eşitmirsən sualımı sən? 
Məni o diyara kim göndərib bəs? 
Məni o diyara kim gönədrib bəs? 
 

  Йапонийа сяфярнамяси 
 
 
83 
                        (İkinci Divan, 
səh.695-696) 
 
«Hind restoranı»ndan çıxıb, otelə qayıtdıq. Saat 21-
dir.  Gecə  yarısınadək  Şaiqlə  sabah  yapon  ictimaiyyəti, 
tələbələr,  tarixçi  yapon  professorları,  Azərbaycanşünas 
alimləri  ilə  keçiriləcək  elmi  forumdakı  mə’ruzəmin  mətni 
üzərində yeni tərcümə işi apardıq. Çıxışıma 40 dəqiqə vaxt 
ayrılmışdı. Mə’ruzəm geniş idi. 
Yeri  gəlmişkən,  mə’ruzəm  xüsusunda  Azərbaycan 
oxucusunda  müəyyən  mə’lumatın  olması  üçün  müxtəsər 
şəkildə onun təsvirini verməyi vacib bilirəm. Axı, mən öz 
mə’ruzəmlə təkcə özümü yaponlara təqdim etmir, həm də 
Azərbaycanı təmsil edirdim. 
Mə’ruzə  belə  adlanır:  «XX  əsr  Azərbaycan  milli 
tarixşünaslığı: tarixi təcrübə və müasir vəziyyət». 
Əlbəttə,  mövzu  olduqca  genişdir.  Ölkəmizdə  və 
xaricdə  bu  haqda  kitablar,  dissertasiyalar,  məqalələr  çox 
yazılmışdır.  Əsl  doktorluq  dissertasiya  mövzusudur. 
Mə’ruzəmi  hazırlayarkən  Ə.S.Sumbatzadənin,  M.P.Zülfü-
qarlının,  N.Nəsibzadənin,  F.İbrahimlinin,  Z.Bünyadovun, 
V.Çıraqzadənin, 
C.Həsənlinin, 
M.Əliyevin, 
N.Yaqublunun,  Ə.Mirhaşımovun,  B.Mirzəyevanın,  eləcə 
də  A.Bakıxanovun,  ASE-nin  IX  cildinin,  7  cildlik 
«Azərbaycan  tarixi»nin,  V  cildinin  mə’lumatlarından 
olduqca 
bəhrələnmiş, 
qarşıma 
XX 
əsr 
milli 
tarixşünaslığımız  haqqında  yapon  auditoriyası  qarşısında 
yapon  təsəvvürünü  icmal  halda  genişləndirmək  məqsədi 
qoymuşdum. 
Məqalə aşağıdakı hissələri özündə ehtiva edir: 
Şahin Fazil 
 
 
84 
Ön  söz;  Azərbaycan  tarixşünaslığında  XX  əsr 
tariximizin  dövrlərə  bölünməsi;  XX  əsrə  qədərki 
tarixşünaslığımız;  XX  əsr  Azərbaycan  tarixşünaslığına 
giriş; 
AXC 
dövrünün 
tarixşünaslığı 
(1918-1920); 
Azərbaycanda  Sovet  hakimiyyəti  dövrünün  tarixşünaslığı 
(1920-1941);  Azərbaycanın  Böyük  Vətən  müharibəsi 
dövrünün tarixşünaslığı (1941-1945);  Sovet  Azərbaycanın 
müharibədən sonrakı dövrünün tarixşünaslığı (1946-1950-
)ci 
illər; 
1960-1980-ci 
illər 
tarixşünaslığı; 
Sovet 
imperiyasının süqutu; XX əsrin son onilliyi; Son söz. 
«Ön söz»də sözümə belə başlayıram: «Yaponiya və 
Azərbaycan.  Yerləşdikləri  məkan:  Uzaq  Şərq  və  Orta 
Şərq.  Şərq  və  Şərq.  Şərq  Şərqi  öyrənir.  Elə  buna  görə  də 
azərbaycanlı  professor  bu  gün  Yaponiyadadır.  Mən 
Tohoku Universitetinin professorları cənab Hiroki Okanın 
və Takaşi Kurodanın də’vəti ilə bu gözəl ölkəyə gəlmişəm. 
Mən  bir  Şərq  ölkəsindən  başqa  Şərq  ölkəsinə  isti  salam 
gətirmişəm». 
«Ön söz»dən cümlələr: 
«Azərbaycanın  3  min  ildən  artıq  dövlətçilik  tarixi 
ilə yaxından tanış olduqda mə’lum olur ki, onun təxminən 
min  ili  müstəqillik,  iki  min  ili  isə  istilalar  və  yadelli 
qüvvələrin əsarəti dövrüdür. 
Azərbaycanın  XX  əsr  tarixi  olduqca  mürəkkəb  və 
ziddiyyətli olmuşdur. Bu bir əsrlik  müddət ərzində Şimali 
Azərbaycan 
1918-ci 
ilədək 
Rusiya 
imperiyasının 
tərkibində qalmış, 1918-ci ilin may ayının 28-dən 1920-ci 
ilin aprel ayının 27-dək müstəqil respublika kimi fəaliyyət 
göstərmiş,  27  aprel  1920-ci  ildən  18  oktyabr  1991-ci 
ilədək  Sovet  Sosialist  Respublikalar  İttifaqının  daxilində 

  Йапонийа сяфярнамяси 
 
 
85 
qalmış,  1991-ci  ildən  müstəqil  Azərbaycan  Respublikası 
e’lan olunmuşdur». 
XX  əsr  tarixinin  dövrlərə  bölünməsi  uzun  zaman 
Sov.  İKP-nin  siyasi  xətti  əsasında  həyata  keçirilmişdir. 
Lakin,  Azərbaycan  müstəqil  respublika  e’lan  olunduqdan 
bir  il  sonra  (1992,  may)  BDU  Tarix  fakültəsində 
«Azərbaycan  tarixinin  dövrləşməsi»  probleminə  həsr 
olunmuş  seminar  keçirildi,  alimlər  yeni  bölgülər  təklif 
etdilər.  Prof.  Yaqub  Mahmudov  tariximizi  4  dövrə,  prof. 
Süleyman Əliyarov isə onu 5 dövrə bölməyi təklif etdilər. 
Bu  mübahisəli  məsələ  xüsusunda  hələlik  ümumi  fikir 
yoxdur. 
Tədqiqatçılar 
(Z.Bünyadov, 
M.İsmayılov, 
S.Əliyarov, 
Y.Mahmudov, 
C.Həsənli, 
E.İsmayılov, 
X.Məmmədov,  A.İsgəndərov,  M.Qasımov,  K.Şükürov, 
İ.Musayev, 
F.İbrahimli, 
X.İbrahimli, 
A.Balayev, 
T.Qaffarov  və  s.)  problemin  öyrənilməsi  sahəsində 
mövcud  olan  nöqsanları  tənqid  edərək,  Azərbaycanın 
sovet  dövrü  tarixinin  «ağ  ləkələrdən»  təmizlənməsində 
məqsədyönlü  fəaliyyət  göstərmişlər.  Akademik  Ziya 
Bünyadov 
yazırdı: 
«Kommunist 
rejimi 
dövründə 
ölkəmizdə  tarix  elmi...  hər  kəsin  istədiyi  kimi  rəftar  edən 
əxlaqsız qadına çevrilmişdir. Yuxarıların ab-havasını tutub 
gedən  müttəfiq  və  muxtar  respublikaların  katibləri 
(respublika başçıları – Ş.F.) tarixi öz istədikləri kimi idarə 
edirdilər». 
Bu 
problemin 
tədqiqindəki 
çatışmazlıqların 
səbəblərini  təhlil  edən  prof.  Y.Mahmudov  belə  nəticəyə 
gəlmişdi:  «Tarixçilər  içərisində  torpağının,  el-obasının 
təşəbbüsünü  çəkən,  nurlu  ideyaları  olan  tədqiqatçılar  az 
olmamışdır.  Lakin  onlara  istənilən  səviyyədə  sərbəst 
işləmək  imkanı  verilməyib.  Onlar  sifarişlə  tarix  yazmağa 
Şahin Fazil 
 
 
86 
məcbur  ediliblər.  Bir  sıra  problemlərin  analizi  məsələsi 
sadəcə olaraq qadağan edilib, mədhiyyələr yazılmasına isə 
yaşıl işıq yandırılıb». 
Ədəbiyyat  sahəsində  də  eləcə.  Məşhur  şairlərimiz 
kolxozu,  sovxozu,  MTS-i,  beşillik  planların  «yerinə 
yetirilməsi»ni,  Lenin-Stalin  mövzularını  yazmaqla  orden 
qazanırdılar. 
Aşıqlarımız 
isə, 
Allah 
göstərməsin, 
sosializmi,  hətta  kommunizmi  şıdırğı  təbliğ  edir, 
əyinlərinə  Stalinin  geydiyi  dəbdə  yekə  cibli  hərbi  köynək 
keçirir,  qalife  şalvar  dəbində  şalvar  geyinir,  ayaqlarına 
sapoq  taxırdılar  (Elə  indi  də  belədir.  Məgər  inqilaba 
qədərki aşıqlar beləmi geyiniblər? Yaltaqlıq! Yaltaqlıqdan 
ötrü yamsılama «üsulu»). 
 
«Kommunizmin binaları tikilir, 
Düşmənlər baxdıqca bağrı sökülür...» 
 
Yaxud. 
 
«Yurdum başdan-başa gülüstan olur, 
Bu gözəl dövranın qədrini bilək» 
 
Yenə yaxud, 
 
«Kolxozçular başdan-başa 
Bürünüblər al qumaşa» 
 
yazan  şairlər  sanki  müharibədən  sonrakı  kasıbçılığı 
görmürdülər... 
Mənim 
mə’ruzəmdə 
sonra 
XIX-XX 
əsrlər 
tarixşünaslığı  haqqında  mə’lumat  verilir,  XX  əsrdə 

  Йапонийа сяфярнамяси 
 
 
87 
Azərbaycanın  üç  respublika  həyatını  yaşaması  xatırlanır: 
1)  Azərbaycan  Xalq  Cümhuriyyəti;  2)  SSRİ-nin 
Azərbaycan  Respublikası;  3)  Müstəqil  Azərbaycan 
Respublikası. 
Mə’ruzəmin böyük maraq kəsb edən dövrü nəhayət 
«Sovet  imperiyasının  süqutu»  adlanan  hissəsidir. 
Burada, 1985-ci ilin aprel ayından başlayan Yenidənqurma 
konsepsiyasından,  onun  müsbət  tə’sirindən  və  bu 
konsepsiyanın 
SSRİ-nin 
dağılmasının 
əsasını 
qoymasından  danışılır.  Nəzərə  yetirilir  ki,  AXC  lideri 
Məmmədəmin  Rəsulzadə  çox  böyük  uzaqgörənliklə  vaxtı 
ilə yazmışdır: «Heç şübhə yoxdur ki, Sovet İttifaqı özünün 
ən  zəif  nöqtələrindən  dağılmağa  başlayacaq.  Qafqaz  isə 
belə zəif nöqtələrdən biridir». 
Məqaləmin  sonuna  yaxınlaşıram:  1985-88-ci  illər 
dövrü başqa dövrlərə nisbətən qısa olduğundan və 1988-ci 
ilin 
fevralından 
Azərbaycanda 
Dağlıq 
Qarabağ 
problemi 
ilə 
bağlı 
ziddiyyətlərin 
kəskinləşməsi 
tarixşünaslığın istiqamətini dəyişdirmiş, yeni yazılan kitab 
və  məqalələr  içərisində  Azərbaycanın  milli  maraqlarına 
uyğun yazılar çoxluq təşkil etməyə başlamışdır. 
1988-91-ci  illər,  yə’ni  Azərbaycanda  milli 
azadlıq 
hərəkatının 
başlanması 
və 
dövlət 
müstəqilliyinin  bərpa  edilməsi  dövrü.  Kommunist 
rejimini  əvvəlki  dövrlərə  nisbətən  fərqli  şəkildə  müdafiə 
edən 
tarixçilərdən 
Ə.Sumbatzadə, 
P.Əzizbəyova, 
D.Quliyev və digər alimlərin yazdıqları kitab və məqalələr 
formaca əvvəlki illərdə yazdıqları əsərlərdən fərqlənsə də, 
məzmunca eyni mahiyyət daşımışdır. 
1980-ci  illərin  axırı  –  90-cı  illərin  əvvəllərində 
Azərbaycanda  milli  məsələ xüsusunda,  müstəqillik barədə 
Şahin Fazil 
 
 
88 
məqalələr  yazılmağa  başladı,  «meydan  hərəkatı»  adlanan 
ardıcıl  mitinqlər  təşkil  edildi.  Xalq  qəsdən  törədilməkdə 
olan  erməni  fitnəkarlığına  qarşı  çıxır,  KP-ni  qətiyyətlə 
tənqid edir, SSRİ-dən ayrılmağı tələb edirdi. Əhali dəhşətli 
«Qara yanvar» hadisəsini - sovet ordusu tərəfindən ölkədə 
törədilmiş  cinayəti  unuda  bilməzdi.  Dağlıq  Qarabağ 
problemi  kəskinləşməkdəydi.  Bu  dövrdə  bu  problemlə 
bağlı  məqalələr çap olunmağa başladı.  Akad.  İ.Əliyev rus 
və  Azərbaycan  dilində  «Dağlıq  Qarabağ.  Tarix.  Faktlar. 
Hadisələr»  kitabını  yazdı.  Bu  problem  Azərbaycanın 
xaricində  də  əks-sədaya  səbəb  oldu  və  bir  sıra  obyektiv 
kitablar yazıldı (Əhməd Təbrizli, O.Altştad, T.Svetoxovski 
və  b.).  Azərbaycanda  baş  verən  qanlı  yanvar  hadisəsi  və 
Dağlıq  Qarabağ  problemi  sovet  rejiminin  tezliklə 
dağılmasını  gerçəkləşdirən  səbəblərdən  ən  mühümləri 
oldu. 
Nəhayət  məqaləmin  XX  əsrin  son  onilliyi  hissəsi. 
SSRİ-nin  süqutu  və  müstəqil  Azərbaycan  Respublika-
sının yaranması ilə yeni  mərhələnin başlanması dövrü
Məqalədə  göstərilir:  «Yeni  tarixi  şəraitdə  sovet  dövrünü 
xarakterizə  edən  «Böyük  Vətən»  məfhumu  altında  yalnız 
Azərbaycan  tarixi  başa  düşülməyə  və  yazılmağa  başladı. 
ABŞ, Rusiya və başqa ölkələrdə elmi azərbaycanşünaslığa 
meyl artdı». 
Məqalədə  göstərilir  ki,  əsrin  son  onilliyi  Sovetlər 
imperiyasının  sonu  və  keçmiş  Sovet  Respublikalarının 
müstəqil  dövlətlərə  çevrilməsi  ilə  xarakterizə  olunur. 
Olduqca  gərgin  bir  dövr.  Azərbaycanda  müstəqil 
respublika  quruldu.  1991-92-ci  illərdə  Azərbaycan  Xalq 
Cəbhəsinin,  1993-cü  ildən  başlayarqsa  Yeni  Azərbaycan 
Partiyasının  rəhbərliyi  altında  fəaliyyət  göstərən  milli 

  Йапонийа сяфярнамяси 
 
 
89 
dövlətmiz  özünün  yeni  həyatını  yaşamağa  başladı, 
Azərbaycanda  tarixi  III  Respublika  quruldu,  prezident 
Əbülfəz  Elçibəyi  (Əliyevi)  prezident  Heydər  Əliyev  əvəz 
etdi.  Əlbəttə,  bu  sadəcə  bir  liderin  başqa  bir  lideri  əvəz 
etməsi deyildi. Bu Azərbaycanın müstəqilliyinin taleyüklü 
bir  vəziyyəti  idi.  Ə.Elçibəyin  görə  bilmədiyi  işi  H.Əliyev 
gördü,  hələ  süst  olan  müstəqillik  sür’ətlə  qüvvətlənməyə 
başladı,  iqtisadi  baxımdan  son  dərəcə  əhəmiyyətli  iri 
layihələr, ən başlıcası isə  Azərbaycan üçün  olduqca  vacib 
olan  Bakı-Tbilisi-Ceyhan  neft  kəməri  layihəsi  dünyanın 
güclü  dövlətləri  tərəfindən  dəstəkləndi,  imzalandı  və 
həyata  keçirilməyə  başladı,  Azərbaycanın  daxili  və  xarici 
siyasəti  genişləndi,  beynəlxalq  əlaqələr  sür’ətlə  artdı, 
ölkədəki  demokratik  islahatlar  yüksələn  xətt  üzrə  vüs’ət 
tapdı,  xalqın  maddi  vəziyyətinin  yüksəlişinə  doğru 
qətiyyətli addımlar atıldı. 
Budur  mənim  geniş  elmi  məqaləmin  qısa  icmalı. 
Amma sonda bunları da yazmağı unutmamışdım: 
Əsrin  son  onilliyində  Azərbaycanda  senzura  rejimi 
ləğv  olunmuş,  tədqiqatçılar  arxiv  fondlarından  geniş 
istifadə  etməyə  başlamışlar.  Son  illərdə  7  cildlik 
«Azərbaycan 
tarixi», 
«Azərbaycan 
Demokratik 
Respublikasının 
Ensiklopediyası», 
«Naxçıvan 
Ensiklopediyası»  adları  ilə  böyük  kitablar  çap  olunmuş, 
Azərbaycan  tarixinə  dair  dərs  vəsaitləri,  «Azərbaycan 
tarixi»  xəritələr  toplusu  işıq  üzü  görmüşdür.  Hal-hazırda 
da  Birinci  Respublikanın  –  Azərbaycan  Demokratik 
Respublikasının  tarixinə  olan  ümumi  maraq  sönməmişdir 
və  yeni-yeni  əsərlər  yaranmaqdadır.  Sovet  dövründə  isə, 
mə’lum  olduğu  kimi,  bu  mövzu  barədə  danışmaq  və 
yazmaq yasaq idi. 
Şahin Fazil 
 
 
90 
Sonda «Son söz»dən bir neçə cümlə: «Biz beləliklə, 
Azərbaycanın 
100 
illik 
böyük 
bir 
dövr 
milli 
tarixşünaslığına  qısa  bir  nəzər  saldıq.  Ümumiyyətlə,  hər 
hansı bir ölkə tarixinin obyektiv tədqiq olunması ölkədəki 
mövcud  dövlət  quruluşunun  hakimiyyətdə  olduğu  dövrdə 
gerçəkliyi  tam  düzgünlüklə  əks  etdirmir.  Obyektiv  tarixin 
yazılmasından  ötrü  baş  verən  hadisələrin  üzərindən  uzun 
illər  ötməli,  həqiqət  qorxmazlıqla  söylənilməli  və 
tarixşünaslar 
boş-boş 
tə’rif 
mövqeyindən 
uzaq 
olmalıdırlar.  Rus  diplomatı  və  tədqiqatçısı  V.F.Minorski 
yazırdı  ki,  o,  Ağrı  dağının  yanında  olarkən  həmin  dağın 
necə də yüksək olduğunu görə bilmədi, lakin dağı uzaqdan 
müşahidə etdikdə onun əzəməti diqqətini cəlb etdi. 
Bu 
günkü 
tam 
obyektiv 
tarixi 
gələcəkdə 
yazacaqlar!». 
Beləliklə, 
mən 
mühazirəmi 
yekunlaşdırıram. 
Demək,  XX  əsr  Azərbaycan  tarixşunaslığı.  Demək,  tarixi 
təcrübə  və  müasir  vəziyyət.  Zənnimcə,  tarixi  təcrübə 
müasir vəziyyət üçün örnək olmalıdır. Tarixi aldatmaq 
olmaz! 
Tarix 
əvvəl-axır 
yalanları, 
böhtanları, 
saxtakarlıqları üzə çıxarır
Tarixdə hər şey olduğu kimi yazılmalıdır
Beləliklə,  saat  21-dən  gecə  yarısınadək  Şaiqlə 
sabah  yaponlar  qarşısında  oxuyacağım  mə’ruzəmi  əməlli-
başlı  təhlil  etdik,  tərcümə  işlərini  yekunlaşdırdıq.  Şaiq 
dedi  ki, Yaponiyada elmi  məqalə yazan  müəlliflər sual 
cümlələrindən  sərf-nəzər  edirlər.  Məsələn,  mənim 
məqaləmdə 
belə 
cümlə 
vardı: 
«Müəllif 
(burada 
Ə.S.Sumbatzadə  –  Ş.F.)  müxtəlif  məsələlər  barədə  sovet 
alimlərinin  yazdıqlarını  obyektiv  təhlil  etmək  əvəzinə 
onların  dediklərini  əsasən  təsdiq  etməyə  üstünlük 

  Йапонийа сяфярнамяси 
 
 
91 
vermişdir.  Axı,  necə  də  təsdiq  etməyəydi?..  Axı,  başqa 
cür yazmaq olardımı?». 
Yaxud başqa  misal: «Tədqiqatçı M.R.Zülfüqarlı öz 
kitabında 
Q.Mehdiyevin 
«Azərbaycan 
Kommunist 
Partiyasının Böyük Vətən müharibəsi dövründə fəaliyyəti» 
adlı  monoqrafiyası  haqqında  yazır:  «Bu  kitabda  müəllif 
problemə  bütün  sovet  tarixçilərinə  xas  olan  partiyalı 
mövqedən yanaşdığına və subyektiv mülahizələrə üstünlük 
verdiyinə  görə  sırf  KP-nin  mövqeyini  əks  etdirir.  Kitabda 
müharibə  dövründə  Azərbaycan  əhalisinə  qarşı  yeridilmiş 
səhv 
siyasətdən, 
Stalin 
rejiminin 
qeyri-qanuni 
hərəkətlərindən  söhbət  açılmaması  isə,  fikrimizcə,  dövrün 
tələblərindən  irəli  gəlmişdir»  (Bunlar  M.Zülfüqarlının 
sözləri  idi).  Sonrasa  mən  məqalə  müəllifi  kimi  belə 
yazıram:  «Əlbəttə  elədir,  cənab  Zülfüqarlı.  Hansı  tarixçi 
dövrün  tələbini  yerinə  yetirməkdən  boyun  qaçıra 
bilərdi? 
Azərbaycanda 
yaşaya-yaşaya 
kim 
əks 
mövqedə  dayana  və  həqiqəti  qələmə  ala  bilərdi?»  Bu 
sual cümlələrinin üstündən də xətt çəkdik və beləliklə mən 
yapon  müəllifləri  kimi  məqaləmin elə cümlələrindən sərf-
nəzər etdim. 
Şaiq  öz  otağına  getdi.  Saat  1-ə  işləyirdi.  Yuxu 
gözümə  gəlmirdi.  Başıma  şe’r  gəldi.  Əlbəttə,  Yaponiya 
haqqında: 
 
Gündoğar ölkə 
 
Ey qoca Yer Kürəsində 
Vaxtın münasib bir və’dəsində 
Hamilə bir torpağın 
Gömbul qarnından çıxan 
Şahin Fazil 
 
 
92 
Gündoğar ölkə! 
Səni Allah yaratdı, 
Səni Yaradan yaratdı, 
Yaratdı və yaşatdı, 
Mə’lumdu bu. 
Səni Gün doğdumu, 
Yaponiya? 
 
Gecə-gündüz yanar 
Qap-qaynar 
Gündənmi doğuldun? 
Öz hərarəti ilə 
Gün elə qamaşdırdı gözünü, 
Qıyıqgöz oldun. 
Bəs başqa qıyıqgözlər? 
Bəs nanaylar,  
kalmıklar, 
qırğızlar? 
Axı o yerlərdə də 
Qıyıqgözdür adamlar, 
Amma,  
bənzəmirlər sənə o yerlər, 
çünki, sən 
Gündoğar ölkəsən, 
Yaponiya, 
İşıqlısan büsbütün,  
çünki, 
Yeri yaradan, 
Göyü yaradan, 
Günəşi yaradan 
Yaradanın –  

  Йапонийа сяфярнамяси 
 
 
93 
mamaça Allahın izni ilə 
Səni doğdu Gün, 
Yaponiya – 
Ey Gündoğar ölkə! 
 
Senday, 20 fevral 
Şahin Fazil 
 
 
94 
V.21 fevral. 
 
Tohoku  Universiteti.  Elmi  Forumun 
açılışı.    Saat  10.  Geniş  elmi  mə`ruzə  və 
verilən suallara cavablarım ( 1 saat 15 də-
qiqə). Məndən sonra prof ; Vaja Kiknad-
zenin  oxuduğu  elmi  məruzə  .Başqa  çıxış-
lar və məruzələr ( Hiroki Oka, Seiçi  Kita-
qava,Takaşi  Kuroda,  Hiroki    Takakura). 
“Hotel    Leopalase  Sendai”  Şərəfimizə  zi-
yafət. 
 
Dünən  yağan  qarı  axşam  başlayan  yağış  elə  dünən 
də  büsbütün  əritmişdi.  Amma,  gecə  yenə  də  qar  yağdı. 
Yaşıl  otların,  üryan  ağacların,  müxtəlif  rəngli  damların 
üstü  ağappaqdı.  Qar  ara-sıra  yenə  yağır.  Amma  günəş 
şüaları  da  çadra  buludların  üstünü  cırıb  özlərini  yerə 
çatdırmaq istəyirlər. 
Televizorun düyməsini basdım. ABŞ-ın yeni Dövlət 
Katibi  xanım  Hillori  Klintonun  Yaponiyaya  səfərindən 
fraqmentlər  göstərilir.  Müxtəlif  yerlərdə  bu  xanımın 
şərəfinə  təşkil  edilən  görüşlər,  jurnalistlərlə  press-
konferensiya və s... 
Vaxtımı  boş  keçirmək  istəmədim.  Televizoru 
keçirib, dəftərimi götürdüm: 
 
Qəzəl 
 
Mən Yaponda şərəfi, düzlüyü me’yar gördüm 
Və yaponlarda təmizlik sayağı var gördüm. 
 
 

  Йапонийа сяфярнамяси 
 
 
95 
İnkişafındakı vüs’ət məni heyran elədi, 
Onları zəhmətə heyran, vəfadar gördüm. 
 
Şeyx Nizami babamız «Məxzənül-əsrar»
 
yazdı, 
Bu gözəl mülkdə mən məxzənül-əsrar gördüm. 
 
«Mədəni» söyləmirəm hər adama, mən burada 
Mədəniyyət deyilən xisləti aşkar gördüm. 
 
Nə dilənçi gözə dəyməkdə, nə şair möhtac, 
Mən adamlarda həya seyr elədim, ar gördüm. 
 
Bağibandır elə bil burdakı hər bir insan, 
Bağı gülşən, dağı bağ, torpağı gülzar gördüm. 
 
Əyrilikdən uzaq olmuş bu yaponlar, Şahin, 
Mən yaponda şərəfi, düzlüyü me’yar gördüm. 
 
Senday, 21 fevral 
 
Vallah-billah 
yazdıqlarım 
həqiqətdir. 
Boş 
tərifnamələr,  yalançı  şüarnamələr,  bayağı  mədhnamələr 
(məsələn  «Canlanır  hər  qarış  yer  Sumqayıtda...»,  « 
Kolxozçular  başdan-başa  //  Bürünüblər  al  qumaşa”  kimi) 
məndən tamamilə uzaq «namə»lərdir. 
Şe’rimi  yazıb  pəncərəmin  pərdəsini  çəkdim  və 
Günəşlə görüşdüm (Eynən Yasif Nəsirli kimi). Yaxşı hava 
əhvalımı  yaxşı  edir.  Aprel  ayının  havası  dəli  olan  küləkli 
bir  günündən  sonrakı  yaxşı  havasından  tə’sirlənib  Bakıda 
belə bir şe’r yazmışdım: 
 
Şahin Fazil 
 
 
96 
 
Elə yaxşı hava var ki!.. 
 
Nə şaxta var, nə də ki qar, 
Elə yaxşı hava var ki. 
Şükür sənə, Pərvərdigar, 
Elə yaxşı hava var ki. 
 
Külək coşmur yava-yava... 
Tufandan sonrakı hava! 
Borandan sonrakı hava! 
Elə yaxşı hava var ki. 
 
Qışı – danmaq istəyirəm, 
Gündə – yanmaq istəyirəm, 
Havalanmaq istəyirəm, 
Elə yaxşı hava var ki. 
 
Təbim sönür, gedir bada 
Varsa duman, sis havada, 
Pis oluram pis havada, 
Elə yaxşı hava var ki. 
 
Xoşdur ki, xoş hava olur, 
Quşlar ilə yuva dolur, 
Ciyərimə hava dolur, 
Elə yaxşı hava var ki. 
 
Bu Şahinin duası var, 
Ürəyinin sevdası var, 
Başında eşq havası var, 
Elə yaxşı hava var ki... 
 

  Йапонийа сяфярнамяси 
 
 
97 
Bakı, 12.04.2005 
 
Havanın  və  əhvalımın  yaxşı  vaxtında  Şaiq  qapımı 
döydü.  Kafeyə  endik.  Sübh  yeməyi.  Sonra  küçə.  Taksiyə 
oturub,  Tohoku  Universitetində  bu  gün  keçiriləcək 
forumda  iştirak  üçün  məqsəd  istiqamətinə  yönəldik. 
Professor H.Oka artıq bizi gözləyirdi. 
Konfrans zalı. Bu günkü forumun proqramı, mənim 
və  Vaja  Kiknadzenin  edəcəyimiz  çıxışların  ayrı-ayrı 
nüsxələri,  eləcə  də  bir  neçə  yapon  aliminin  oxuyacaqları 
mə’ruzələrin  mətnləri  mizlərin  üstünə  qoyulmuşdu. 
Foruma Tokio və Sapporo şəhərlərindən də gələnlər vardı. 
İclası  prof.  Hiroki  Oka  açdı,  iştirakçıları  salamladı 
və  çıxış  üçün  proqrama  uyğun  olaraq  sözü  mənə  verdi. 
Əlavə  edib  dedi  ki,  çıxışım  və  suallara  cavablarım  üçün 
mənə  bir  saat  vaxt  ayrılmışdır.  Ön  divarda  qurulmuş 
monitorda yapon və ingilis dilində yazılmışdı: 
 
10:00 – 11:00 
 
Prof. Shahin F.Farzaliyev 
(Chief of Center of Translators of İnstitute of 
History, The Azerbaijan National Academy 
of  Sciences, Prof. at the Azerbaijan 
State University) 
The XX-th sentury Azerbaijan national  
historiography: historical expiriense and  
contemporary situation 
 
Saat 10
00
-dan 11
00
-dək. 
Şahin Fazil 
 
 
98 
Çıxışımı,  əlbəttə,  Şaiq  tərcümə  edirdi.  Alman 
dəqiqliyi,  bəllidir  ki,  biz  azərbaycanlılarda  da  yoxdur. 
Maraqla  qulaq  asırdılar.  Forum  iştirakçılarının  vaxtını  1 
saat  15  dəqiqə  aldım.  Mə’ruzəm  vaxtı  təkcə  bir  dəfə 
mərhum akad. Ziya Bünyadovdan gətirdiyim bir fikrə görə 
mənim  sözümü  kəsdilər.  Demişdim:  «Kommunist  rejimi 
dövründə  ölkəmizdə  tarix  elmi....  hər  kəsin  istədiyi  kimi 
rəftar  edən  əxlaqsız  qadına  çevrilmişdir.  Yuxarıların  ab-
havasını  tutub  gedən  müttəfiq  və  muxtar  respublikaların 
katibləri  (respublika  başçıları  –  Ş.F.)  tarixi  öz  istədikləri 
kimi idarə edirdilər». 
Yerdən sual: 
- Bəs indi necə? 
Dedim:  -  «İndi»  haqda  sonra  danışacağam.  «İndi» 
haqda  sonra  danışası  olmadım  və  sual  verən  şəxs  sualını 
təkrar  etmədi.  Əvəzində  başqa  suallar  başladı.  Burada 
yığışan  alimlərin  Azərbaycandan  və  onun  tarixindən 
müəyyən  xəbərləri  vardı.  Dörd  nəfərin  –  Finlandiyada 
yaşayan  iki  ər-arvadın,  prof.  Hiroki  Takakuranın, 
Hokkaydo  Universitetinin  doktoru  xanım  Takemura 
Yasinonun suallarına cavab verdim. Mənim üçün ayrılmış 
vaxt sona yetdi. 
10  dəqiqəlik  tənəffüs.  Saat  12-də  Vaja  Kiknadze 
(Gürcüstan  İ.Cavakişvili  adına  Tarix  və  Etnologiya 
İnstituta)  xitabət  kürsüsünə  qalxdı.  Onun  mövzusu  belə 
adlanırdı:  «Rus  sinodunun  dini  (kilsə)  siyasəti  və 
Gürcüstan Cəmiyyəti XX əsrin əvvəllərində». 
V.Kiknadzenin  çıxışından  sonra  yenə  10-15 
dəqiqəlik fasilə. Sonra daha 4 nəfərin çıxışı oldu: 
Prof. Hiroki Oka (Tohoku UNiversiteti, Beynəlxalq 
Mədəni Tədqiqatlar Mərkəzi). 

  Йапонийа сяфярнамяси 
 
 
99 
Prof. 
Seiçi 
Kitaqava 
(Tohoku 
UNiversiteti, 
Beynəlxalq Mədəni Tədqiqatlar Mərkəzi). 
Prof. 
Takaşi 
Kuroda 
(Tohoku 
UNiversiteti, 
Beynəlxalq Mədəni Tədqiqatlar Mərkəzi). 
Prof. Hiroki Takakura (Tohoku Universiteti, Şimal-
Şərqi Asiya Tədqiqatlar Mərkəzi). 
 
Forumun  gündəliyindəki  bütün  çıxışlar  dinlənildi, 
müzakirə  olundu.  Takaşi  Kurodanın  mə’ruzəsi  mənim 
üçün çox maraqlı idi: «İranda Sovet Sosialist Respublikası 
Gilan».  Çıxışçıları  «Hotel  Leopalase  Sendai»  adlı  böyük 
bir  restorana  də’vət  etdilər  və  şərəfimizə  ziyafət  verildi. 
Yenə  də  ən’ənəvi  yapon  yeməkləri.  Ofisiantın  gətirdiyi 
şorbada  ən  gözəl  və  yadda  qalan  keyfiyyət  qaynadılmış 
böyük  bir  balıqqulağının  tən  ortasındakı  kiçik  bir  qurd 
oldu.  Yeyənlər  kef  etdilər.  Həmin  qurdu  iki  çubuqla 
götürüb elə ləzzətlə yedilər ki... 
Otelə  qayıdırıq.  Piyada.  Senday  şəhərinin  mərkəzi 
küçələrini  bir  daha  maraqla  seyr  edirəm.  Təmiz  və  saf 
havalı  şəhər.  Hər  yanda  rəngarəng  neon  çıraqları.  Hər 
tərəfdə  özünəxas  yapon  təmizkarlığı.  Küçələrdə  qədəm 
basdığın  asfalt  o  qədər  təmizdir  ki,  buraya  nə  qədər  qar, 
yağış  yağsa  da  tər-təmiz  qalır,  çünki  asfaltın  üstündə 
palçıqdan  əsər-əlamət  görünmür.  Mən  artıq  3  gündür  ki, 
Senday  şəhərindəyəm.  Hələ  bircə  nəfər  də  polis  gözümə 
dəyməyib. Səbəbini Şaiqdən soruşuram: 
- Polis niyə görünmür? 
-  Polis  nəyə  lazımdır  ki?  Bir  ölkədə  ki,  qanunlar 
işləyir,  qaydalara  əməl  olunur,  oğurluq  və  rüşvət  halları 
yoxdur,  hər  kəs  nizam-intizamı  göz  bəbəyi  kimi  qoruyur, 
polis nəyə lazımdır ki? 
Şahin Fazil 
 
 
100 
Doğrudan  da  «polis  nəyə  lazımdır  ki?».  Əlbəttə, 
Yaponiyada polis var, amma onları görə bilmirsən. Zərurət 
olduqda  onların  özləri  çağırış-filan  gözləmədən  peyda 
olurlar.  Şəhəri  monitorlar  tam  nəzarət  altında  saxlayır. 
Doğrudan  da  «polis  nəyə  lazımdır  ki?».  Qanun-qaydanı 
gözləyən,  xuliqanlığa  yol  verməyən,  siqaret  kötüklərini 
hara gəldi tullamayan, küçə hərəkəti qaydalarını pozmayan 
adamlar  olan  yerdə  «polis  nəyə  lazımdır  ki?».  Mədəni 
davranış,  nəzakətli  rəftar,  qarşılıqlı  ehtiram  varsa  «polis 
nəyə  lazımdır  ki?».  Yaxşı  şe’r  mövzusudur,  deyilmi? 
Bəlkə  də  hər  yapon  düşünür:  «Mən  polisi  görməsəm  də, 
polis məni görür. Özümü lazımi səviyyədə aparmalıyam». 
Əgər  biz  də  belə  düşünsək  «polis  nəyə  lazımdır 
ki?». 
1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə