Şahin Fazil



Yüklə 213.4 Kb.
PDF просмотр
səhifə7/12
tarix08.12.2016
ölçüsü213.4 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   12

1.  Zirzəmi 
Min  illik  tarixi  olub  Zen  sektasına  aid  olan 
Zuyganji 
mə’bədinə 
aid 
materialların 
və 
eksponatlarının  indiyə  kimi  saxlanıldığı  Seiryuu 
zalı  1  oktyabr  1995-ci  ildə  açılmış  və  bu  gün  də 
xalqın  maariflənməsinə  xidmət  edən  ən  böyük 
muzeylərdən biridir. 
Muzeyin  əsas  eksponatları  10  il  müddətində 
çətinliklə  təmir  edilib  ərsəyə  gətirilmişdir.  Burda 
Dövlət  Mədəni  İrs  tələblərinə  cavab  verən  çoxlu 
sayda  divar  rəsmləri,  ev,  şəkil,  tarixi  kitablar, 
müxtəlif qablar, o cümlədən çay fincanları, ağac və 
daş  üzərində  rəsm  əsərləri  və  Yaponiyanın  üç  əsas 
Şahin Fazil 
 
 
118 
ərazisindən biri kimi məshur olan Matsuşimaya aid 
yazılar  və  rəsimlər,  eləcə  də  orta  əsirlər  Enpukuçi 
mə`bədinə  aid  arxeoloji  qazıntı  abidələri  və  s. 
vardır. Bu eksponatların sayı təxminən 30.000-dir. 
Seiryuu zalındakı daimi və xüsusi sərgi otağında 
yuxarıda  adları  çəkilən  eksponatlar  mövsümi 
mövzu ilə əlaqədar nümayiş olunur. 
 
1.  Zuyganji məbədinin tarixi 
2.  Daimi sərgi otağı 
3.  Masamune, 
Yoşihime, 
şahzadə 
İrohanın 
heykəlləri 
4.  Film-replika 
5.  Arxeoloji tapıntıların sərgi otağı 
6.  Yığıncaq otağı 
7.  Əlillər üçün tualet 
8.  Əlillər üçün lift 
 
Replika – film guşəsi 
Burada  dövlət  abidələri  siyahısında  yer  almış 
büt  Butsunenin  şəkil  çarxı  və  büt  Şakanın  rəsmləri 
rəngli film vasitəsi ilə foto-surəti çıxarılmış şəkildə 
sərgilənir. 
 
Daimi guşə 
Burada  min  ildən  çox  bir  müddət  ərzində 
Yaponiya  tarixini  bəzəyən  materiallar  –  Kamakura 
dövrünün  Enpukuci  mə’bədinin  açılışı  vaxtı 
mövcud  olan  əşyalar.  İkinci  nəsil  Daikaku  heykəli, 
qədim  Date  nəslinin  məşhur  feodallığının  şəkilləri, 
qədim çay fincanları və s. nümayiş olunur. 

  Йапонийа сяфярнамяси 
 
 
119 
 
Ağac abidələr guşəsi 
Date 
Masamune 
Kaççu 
İzou 
(ortada), 
Masamunenin  həyat  yoldaşı  və  varisi  Yoşihime 
xüsusi  sərgi  kabinəsində  (solda),  Masamunenin 
böyük qızı Şahzadə İrohanın (sağda) ağac abidələri 
nümayiş olunur. 
 
Arxeoloji tapıntılar guşəsi 
Həmin  muzeylərin  yerləşdiyi  sahədən  qazıntı 
zamanı  tapılmış  Enpukuci  məbədinin  kirəmid 
pilətələri,,  dəniz  dalğası  rəngində  olan  çini  qablar, 
bambukdan  hazırlanmış  büt  heykəli,  su  quyusunun 
mulyajı, ağac heykəllər və s. nümayiş olunur. 
 
Xüsusi sərgi guşəsi 
Zen mədəniyyətinə aid tuşla yazılmış yazıların 
fırça  izləri  və  Oomiya  Tsukasa  Masanosukenin 
kolleksiyası mövzusunda sərginin nümayişi. 
 
Şahin Fazil 
 
 
120 
Əsas eksponatlar toplusu 
 
a) Unqokyou heykəli (1600-cü il) 
b) Sencukannonun  heykəli oturmuş  vəziyyət-
də  (Edo  dövrünün  birinci  yarım  dövründə) 
hazırlanmışdır. 
c) Youtokuinin heykəli (Edo dövrünün birinci 
yarımdövrü),  feodal  nəsli  Matsumunenin  evinin 
mulyajı. 
d)  Date  Tadamunenin  heykəli  (Masamune  və 
Yoşihimenin ikinci oğlu), 2-ci feodal. 
e)  Tenrinin  heykəli  (Edo  dövrünün  birinci 
yarımdövrü), Masamine və Yoşihimenin böyük qızı 
şahzadə İroha. 
f)  Böyük  Vakizaşi  (1655)  Miyvqi  perefektur-
asının mədəni irsi. 
l)  Çay  fincanı  (Riçou,  17  əsr),  Date 
Tadamunenin hədiyyəsi. 
 
2.  Birinci mərtəbə 
Mə’bədin  əsas  binasının  yuxarı  mərtəbəsinin 
iki otağı təmir olunmuş  və burada rəsm əsərləri ilə 
bəzədilmiş divarlar, hərəkət edən qapılar, həmçinin 
yapon evlərinə xas kağız qapılar nümayiş olunur. 
Bundan  başqa  Dövlət  mədəni  irsi  kimi  qəbul 
edilmiş 
eksponatların 
rənlərinin 
aşınmassının 
qarşısını  almaq  üçün  muzeyə  gələnlərə  müəyyən 
məhdudiyyətlər qoyulmuşdur. 
 
1.  Holl; 
2.  Administrator; 

  Йапонийа сяфярнамяси 
 
 
121 
3.  Divar rəsmləri sərgisi otağı; 
4.  Divar rəsmləri kolleksiyası; 
5.  Eksponat ambarı; 
6.  Xəzinə direktorunun otağı; 
7.  Mədəniyyət işçisinin otağı; 
8.  Qəbul otağı; 
9.  Əlillər üçün lift. 
 
3.  Yuxarı mərtəbə (xüsusi guşə) 
Burada  divar  yazıları  və  rəsmləri  –  Umetake 
rəsmləri,  qırmızı  və  ağ  isubaki  gülləri,  pion  bəzək 
bitkilərinin  rəsmləri  nümayiş  olunur.  Otaq  tam 
təmir olunmuşdur. Muzeyə  gələnlər üçün  müəyyən 
məhdudiyyətlər vardır. 
 
Tə`mir və bərpa işləri 
1622  –ci  ildən  başlayaraq  360  il  müddətində 
muzeyin  əsas  divar  rəsmlərinin  və  yazılarının  rəng 
çalarlarının  aşınması  baş  vermişdir.  Buna  görə  də 
Mədəniyyət  departamentinin  göstərişi  ilə  1960-cı 
ildən təmir və bərpa işlərinə başlanılmışdır. 
 
Tə`mir  işləri:  Bu  işlər  aşağıdakılardan  ibarət 
olmuşdur: Kağızların qaşınıb təmizlənməsi, kimyə-
vi 
elementlərdən 
istifadə 
etməklə 
tozların 
təmizlənməsi, 
rəsmlərin 
qopan 
yerlərinin 
bərkidilməsi işləri, yenidən rəsm arxa yerlərinin və 
hərəkət edən arakəsmə divarlarının təmiri. 
 
Şahin Fazil 
 
 
122 
İşlər  texniki  komanda  ilə  birlikdə 
Okabokuhi  Karidoi  tərəfindən  aparıl-
mışdır. 
 
Bərpa işləri:  
 
Bərpa 
işləri 
aşağıdakılardan ibarət olmuşdur: Orijinal rəsmlərdə 
faktiki  dizayn  bərpa  işləri.  Qızıl  folqa,  piqment  və 
metal  tərkibli  boyadan  ustalıqla  istifadə  edilməklə 
eksponatlar orijinalda olduğu kimi  bərpa olunmuş, 
nəticədə 
öz 
əvvəlki 
orijinal 
görünüşünə 
qaytarılmışdır. 1622-ci il (genna 8-ci il) 
 
a). Hasaqeva Touhaku  Bijutsu 
 
b). Bunou ( Genna 8-ci il 1622-ci il) 
 
c).  Bərpa  edilmişdir  (Rikihou  Bijutsu)  1988-ci 
il, şova 63-cü il 
 
Muzeyin əsas abidələri
Hondou Shouhekiga, Genna (1622) 
Unpan (Karyaku Gannen, 1326) 
Mokuzou Godaimyo Uouzon (11-ci əsr, Shotou) 
Butsu Nehanzu (Muromachi) 
Saka Seppouzu (Muromachi) 
Date Masamune Kachuu İzou (Shotou, 1652) 
Date Rekidai Hanshu Gazou (Edo) 
Zuiganji Rekidai Chousou (Edo) 
Ungo Kiyo Bokuseki 
Chawan (Tenmoku, Akaraku, Gohon, Koseto) 
Youkenzu, Ema (Keian, 1650) 

  Йапонийа сяфярнамяси 
 
 
123 
Oowакizashi (Meireki Gannen, 1655) 
Bonshou (Keichou, 1608) 
Youtokuin Yoşihime (Edo)  
Youtokuin Mokozou (Keian, 1650) 
Tenrinin Gorohachi (Edo) 
Tenrinin Mokozou (Kanbun, 1663) 
Date Masamune Waka Kaishi (Keichou, 1609) 
Matsushima (Kyouho Gannen, 1716) 
Date yazı abidələri Tadamune
1
 
 
Yaponiya mənim gördüyüm Zuyqanji mə’bədindən 
başqa  çoxsaylı  mə’bədlər  diyarıdır  ki,  onlardan  biri  və  ən 
möhtəşəmi  «Qızıl  Mə’bəd»dir.  Yukio  Misimanın  məşhur 
«Qızıl  Mə’bəd»  adlı  romanı  məhz  bu  tarixi  abidə 
barəsindədir. Müəllif gənc bir monax tərəfindən 1950-ci ildə 
Kioto  şəhərində  yandırılan  həmin  mə’bədin  hekayətini 
qələmə almış, «Nyu York Tayms»da yazıldığı kimi, özünün 
dünyanın  ən  iste’dadlı  yazıçılarından  biri  olduğunu 
göstərmişdir.  Kitabda  oxuyuruq:  «Kitayama  malikanəsində 
yaşayan  zadəgan  Yosimitsa  Asikada  /1358-1408/  geniş  bir 
ərazidə  böyük  bir  saray  kompleksi    inşa  edir.  Bu  tikintidə 
dini səciyyəli  bir   Aramgah, Müqəddəs Od Mə’bədi, Tövbə 
Zalı,  Su  ilə  Təmizlənmə  Mə’bədindən  başqa  bir  sıra  mülki 
                                                
1
  Бунлар  Зуйgанжи  мя’бядиня  дахил  оларкян  мяня  верилян  рянэли 
памфлетдян  (мялумат  китабчасы)  эютцрцлмцшдцр.  Йапон  дилиндя 
йазылмыш  щямин  памфлет  материалларынын  тяръцмясини  мяня 
тягдим едян БДУ Шяргшцнаслыг Факцлтяси, Узаг Шярг Дилляри вя 
Ядябиййаты  кафедрасынын  мцяллими  Йашар  Ибращимова  тяшяккцр 
едирям. 
 
 
Şahin Fazil 
 
 
124 
binalar da  vardı:  Baş  Saray, Müşavirə Zalı,  Saray  Adamları 
Evi,  Səma  Güzgüsü  İmarəti,  Qütb  Ulduzu  Qalası,  «Bulaq» 
İmarəti,  Qara  Baxıb  Həzz  Almaq    Malikanəsi  və  s.  Ən  çox 
vəsait  sonralar  Kinkakudzi  –  «Qızıl  Mə’bəd»  adlanan 
Aramgaha xərclənmişdi. 
1938-ci  ildə  inşa  olunan  Qızıl  Mə’bəd  3  mərtəbədən 
ibarətdir.  Mə’bədin  damı  sərv  ağacının  qabığı  ilə 
örtülmüşdür  və  orada  üstünə  qızıl  suyu  çəkilmiş  bir  mis 
simurğ  quşu  heykəli  vardır.  Ağacdan  hazırlanmış  divardakı 
tirlər özündə buddizm me’marlığı elementlərini əks etdirir. 
Yosimitsanın  vəsiyyətnaməsinə  əsasən  Kitayama 
saray  Ansamblı  Zen  sektasının  ixtiyarına  verilir  və 
«Rokuondzi  Mə’bədi»  adlanmağa  başlayır.  Əsrlər  ötdükcə 
imarətin bir sıra binaları dağılırsa da, Qızıl Mə’bəd möcüzəli 
bir  tərzdə  öz  əvvəlki  görünüşünü  saxlayır  (Bax:  Юкио 
Мисима.  Золотой  храм,  Санкт-Петербург,  2002,  səh.24-
25). 
Hörmətli  oxucu,  bu  mə’lumatı  mən  48  roman,  18 
pyes,  çoxsaylı  hekayə,  esse  və  publisistik  yazılar  müəllifi 
olan məşhur və ən çox oxunan yapon yazıçısı Yukio Misima 
(əsl  adı  Xiraoka  Kimitakedir)  tərəfindən  yazılmış  «Qızıl 
Mə’bəd» romanından götürmüşəm. 
1925-1970-ci  illər  arasında  yaşamış  bu  qeyri-adi 
insanın  əsərləri  bütövlükdə  100  cildə  qədərdir.  Öz  qısa 
ömründə  Yukio  Misima  yazıçı  olmaqdan  başqa  idmançı, 
rejissor,  teatr  və  kino  aktyoru,  simfonik  orkestr  dirijoru, 
təyyarəçi,  səyyah  və  fotoqraf  kimi  də  şöhrət  qazanmışdır. 
Ömrünün  son  illərində  fanatikcəsinə  monarxizm  və 
samurayçılıq  ən’ənənələrini  öyrənməyə  qapılmış,  1970-ci 
ildə,  başçılıq  etdiyi  «Qızıl  Qalxan»  adlı  özünümüdafiə 
qrupunun  6  nəfər  üzvü  ilə  birlikdə  monarxizm  çevrilişi 

  Йапонийа сяфярнамяси 
 
 
125 
etmiş, amma monarxizmə əks olan kütlə qarşısındakı qızğın 
çıxışından  sonra  ideyasının  iflasa  uğradığını  görmüş,  nəticə 
e’tibarilə həmin 7 nəfər özlərini xarakiri (seppuku) etmişlər. 
Yukio  Misimanın  bənzərsiz  həyatı  və  onun  özünü 
xarakiri etməsi qəlbimi o dərəcə riqqətə gətirdi ki, dərhal bir 
şe’r  yazdım.  Mən  həmin  şe’ri  səfərnaməmin  «xarakiri 
əməliyyatının» təsvirinə həsr etdiyim hissəsində verəcəyəm. 
Akad.  Bəkir  Nəbiyev  də  yapon  mə’bədindən 
yazmışdır.  Onun  yaxından  seyr  və  əhatəli  təsvir  etdiyi 
mə’bədlərin  biri  Yaponiyanın  qədim  paytaxtı  olan  Kioto 
şəhərindədir. Alim yazır: «Kiotoda... dağların qoynunda təbii 
fəlakətlərdən  və  basqınlardan  qorunmaq  üçün  xüsusilə 
əlverişli  hesab  edilən  guşələrdə...  müxtəlif  zamanlarda  dini 
mə’bədlər tikilmişdir. Yaponiyada mövcud olan hər iki dinə 
(sintoizm,  buddizm)  məxsus  irili-xırdalı  onlarla  bu  cür 
mə’bəd  şəhəri  üzük  qaşı  kimi  dövrələmişdir.  Mə’bədə 
girmək ərəfəsində hamı müxtəsər bir yuyunma mərasimi icra 
etməlidir.  Bə’zi  əlamətlərilə  müsəlmanların  dəstəmazını 
xatırladan  bu  mərasim  dağ  çeşməsinin  şəffaf  suyu  ilə  ağızı 
yaxalayıb  ondan  bir-iki  qurtum  içməklə  bitir.  Biz  oraya 
çatanda sinto  mə’bədində  təzə  doğulmuş uşaqlara xeyir-dua 
verilməsi  mərasimi  icra  olunurdu.  20  gənc  valideyn  qırxı 
təzəcə  çıxmış  on  körpəni  bu  münasibətilə  mə’bədə 
gətirmişdi.  Müasir  dəbdə  təzə  kostyum  geymiş  atalar  və 
əlvan  tikməli  kimanoya  bülənmiş  qadınlar  sıra  ilə  əyləşib 
çiyninə  qar  kimi  ağ  parça  salmış,  ayağı  taxta  başmaqlı 
kahinin xütbəsini dinləyir, qoşalanmış əllərini üzlərinə aparıb 
yəqin  ki,  onun  dediklərini  təkrar  edir,  hərdənbir  də  (hamısı 
eyni  vaxtda)  ikicə  dəfə  əl  çalırdılar.  Bizə  izah  etdilər  ki,  bu 
əlçalma  ilə  valideynlər  kahinin  duasının  müstəcəb  olmasına 
şərik çıxdıqlarını ifadə edirlər... Əlbəttə, valideynlər mə’bədə 
Şahin Fazil 
 
 
126 
ianə  gətirmişdilər.  Onlar  da,  buraya  gəlmiş  digər  «allah 
bəndələri»  də  öz  nəzir-niyazını  mə’bədin  girəcəyində 
qoyulmuş şadaralı qutulara salırdılar» (Bax: Bəkir Nəbiyev. 
Göst. kitab, səh. 696). 
Bəkir  müəllimdən  18  il  sonra  Kiotoda  olmuş  Yasif 
Nəsirli  də  kitabında  Kioto  mə’bədlərindən  bəhs  etməyi 
unutmur,  amma  onun  yazdıqlarının  bə’zi  müvafiq  təsviri 
Bəkir  müəllimin  yazdıqları  ilə  üst-üstə  düşür:  «Kioto  üç 
tərəfdən  sıx  meşəli  dağlarla  əhatə  olunmuşdur.  Yaponiyada 
mövcud olan hər iki dinə (sintoizm və buddizm) məxsus olan 
mə’bədlər  şəhəri  üzük  kimi  dövrələmişlər»  (Bax:  Yasif 
Nəsirli. Günəşlə görüş, səh.44-45). 
Y.Nəsirlinin  V.Ovçinnikovun  kitabından  əxz  etdiyi 
maraqlı bir açıqlaması da var. «Günəşlə görüş»də oxuyuruq: 
«Hər iki dinə məxsus olan mə’bədlərdə yaponlar Allahlarına 
üz tutanda üç dilək istəyirlər: 
- Xəstəlik onlardan uzaq olsun; 
- Ailədə əmin-amanlıq hökm sürsün; 
- İşsiz olmasınlar, işdə uğur qazansınlar» (Bax: Yasif 
Nəsirli.  Günəşlə  görüş,  səh.45;  V.Ovçinnikov.  Sakura 
budağı, səh.24). 
«Sakura budağı»nda oxuyuram: «Bu üç dua hər hansı 
bir dinə mənsubiyyətdən asılı olmayaraq həyatda adi arzular 
kimi  səslənir.  Yaponlar  üçün  ruhani,  məsələn,  katoliklərdə 
olduğu kimi nəsihətçi deyil, sifariş ilə müəyyən mərasimləri 
yerinə yetirən adi şəxsdir» (Bax: Sakura budağı, səh. 24). 
Yaponiyanı 
məndən 
qat-qat 
artıq 
tanıyan 
V.Ovçinnikov  yuxarıdakı  fikrindən  sonra  yaponların  dinə 
münasibətləri  barədə  belə  bir  fikrə  gəlir:  «Ümumiyyətlə, 
qonşuları  çinlilər  kimi  yaponlar  da  dinə  az  inanırlar.  Lakin 
çinlilərdə  dini  bir  çox  hallarda  etika,  yə’ni  adamlar 

  Йапонийа сяфярнамяси 
 
 
127 
arasındakı  qarşılıqlı  münasibət  normaları  əvəz  edirsə, 
yaponlarda  bu  rolu  estetika,  yə’ni  gözəlliyə  pərəstiş  əvəz 
edir» (Bax: Sakura budağı, səh.24). 
Zuyganji  mə’bədgahından  çıxdıq,  yaxınlıqdakı  bir 
kafeyə gəldik. Özümə balıq sifariş etdim. Qızardılmış balıq. 
Gətirdilər.  Balıq  idi,  amma  ilanbalığı.  İlanın  balıq  forması. 
Yedim. Hər halda ilbiz ki, deyildi. 
Matsuşimanı  gəzirik.  Füsünkar  təbiəti  var.  Təmizliyi 
göz  oxşayır.  Hər  şey  özünün  təbii  rəngindədir.  «Rəng» 
şe’rini yazdım və Şaiqə oxudum: 
 
Burada  
istər Tokioda, 
istər Sendayda, 
istər Matsuşimada 
dağın dağ rəngi var, 
bağın bağ, 
ağacın ağac, 
gülün gül 
damın dam, 
adamın adam; 
Tozunsa... 
Sanki tozun rəngi yoxdur, 
Heyranam mən,  
sanki toz qeyb olub 
bu yerlərdən. 
22 fevral, Matsuşima 
Yaponiyaya  yollanma  ərəfəsində  mərhum  yazıçı, 
kinossenarist 
Həsən 
Seyidbəylinin 
qızı 
Məryəm 
Seyidbəyli  (bir  institutda  işləyirik)  məndən  yapon  milli 
paltarı  olan  kimano  gətirməyi  xahiş  etmişdi.  Matsuşima 
Şahin Fazil 
 
 
128 
mağazalarının neçəsində olduq. Kimano yox idi. Satıcı bir 
qız dedi  ki, elə paltarlar yay  mövsümündə satışa çıxarılır, 
amma adı kimano yox, yukatadır. 
Sendaya  qayıdırıq.  Qatar  bizi  gətirdiyi  yol  ilə  geri 
aparır.  Çatdıq.  Bir  neçə  mağazaya  dəydik.  Yukata  yoxdu. 
Dedilər ki, axtarmayın. Yayda olacaq. 
«Hotel  Com’s».  Şaiq  öz  otağına  getdi.  Mən  özüm 
də bir qədər istirahət etdim. 
Axşamüstü Şaiqlə birlikdə şəhər gəzintisinə çıxdıq. 
Otelimizin  lap  yaxınlığında,  uzunluğu  bəlkə  də  bir 
kilometr  olan  geniş  bir  ərazidə,  içərisində  ticarət 
mərkəzləri yerləşən və adı Şontenqay olan üstüörtülü, əgər 
belə  desək,  bazar  var.  Nə  istəsən  buradan  ala  bilərsən. 
Kimano isə yoxdu. 
«Mak-Donalds» 
kafe-restoranına 
gəldik, 
II 
mərtəbəyə  qalxdıq.  Ayrı-ayrı  kiçik  mizlərin  arxasında 
cavan  qızlar  oturmuşdular.  Kimi  kitab  oxuyur,  kimi  kafe 
içir, kimi dondurma yeyir, kimi də siqaret çəkirdi. Bir neçə 
oğlan  da  vardı.  Onlar  da  bu  qızlar  kimi  hərə  öz 
məşğuliyyətindəydi.  Heç  kimin  bir-biri  ilə  işi  yoxdu. 
Qarşımızdakı  bir  qızın  paltarının  ətəyi  dizlərindən  çox 
yuxarıda idi. 
- Bu niyə belə geyinib? 
Şaiq baxdı. Mənim kimi təəccüblənmədi. 
- Bu onun öz hüququdur. Özü bilər. 
Doğrudan da özü bilər. Mənə nə? 
Biz  «Mak-Donalds»ı  tərk  edəndə  gecə  yarı  idi. 
Gənclər gəlir-gedirdilər, kitab oxuyan və minidən də mini 
yubka geyinən iki qızdan başqa. Əlbəttə, mənə nə? 

  Йапонийа сяфярнамяси 
 
 
129 
Oteldəyəm.  Pəncərə  önündə  dayanıb  aya  baxıram. 
Ay  doğub.  Ay  yerə  baxır,  Bakıya  baxır,  Qubaya  baxır, 
Sendaya baxır. 
 
Görürəm,  
göydə ay 
hər gecə doğur, 
Kişisi yoxdursa  
ay necə doğur? 
(İkinci Divan, 
səh.575) 
 
Yaponiya  torpağındakı  bir  günüm  də  başa  çatdı. 
Vətənimi  xatırladım.  Qarabağı  andım.  Haqsız  yerə 
əlimizdən  çıxan  (çıxarılan)  Göyçə,  Zəngəzur,  Şuşa  və 
başqa  torpaqlarımız  gəldi  xatirimə.  Başımıza  neçin  bu 
bəlalar  gəldi?  Torpaqlar  niyə  getdi?  Yerlərimizin 
əksəriyyəti nə üçün yad əllərdədir? Qarabağın üstünü almş 
qara  bulud  haçan  dağılacaq?  Erməni  qara  buludu...  Bir 
şe’rimi xatırladım: 
 
Bu qara bulud 
 
Hay verin, qəlbimin hay-harayı var, 
Haçan dağılacaq bu qara bulud? 
Başımın üstündə bulud layı var, 
Haçan dağılacaq bu qara bulud? 
 
Şahin Fazil 
 
 
130 
Bu bulud ... Buludun zərəri varmış, 
Buludun nələri, nələri varmış... 
Yağış əvəzinə güllə yağarmış... 
Haçan dağılacaq bu qara bulud? 
 
Bu bulud... Cəfası çoxmuş buludun, 
Zülümü, cəzası çoxmuş buludun, 
Abırı, həyası yoxmuş buludun, 
Haçan dağılacaq bu qara bulud? 
 
Bürüyüb göyünü Xan Qarabağın, 
Neçə seyrəngahın, neçə oylağın, 
Dərənin, təpənin, meşənin, dağın... 
Haçan dağılacaq bu qara bulud? 
 
Əkilən torpağı biçinsiz qalıb, 
Biçilən torpağı əkinsiz qalıb, 
Mərmidən, qəlpədən min-min iz qalıb, 
Haçan dağılacaq bu qara bulud? 
 
Ələ tüfəng alıb oğulu, qızı, 
Tətik qan içində, atəş qırmızı... 
Buludun üstündə günəş qırmızı, 
Haçan dağılacaq bu qara bulud? 
 
Qərənfil də küsdü, lalə də küsdü, 
Daha gül açmayır daşımın üstü. 
Haçan dağılacaq başımın üstü? 
Haçan dağılacaq bu qara bulud? 
 
Bəyaz ümidlərim qaraldı axı, 

  Йапонийа сяфярнамяси 
 
 
131 
Gümanın üstünü qar aldı axı, 
Gözlərimin kökü saraldı axı,  
Haçan dağılacaq bu qara bulud? 
 
Ədalət gələcək nə zaman axı? 
Həqiqət güləcək nə zaman axı? 
Bulud çəkiləcək nə zaman axı? 
Haçan dağılacaq bu qara bulud? 
 
Bəlanın sayı yox, hesabı yoxmu? 
Əzab verənin öz əzabı yoxmu? 
Məgər bu sualın cavabı yoxmu: 
Hacan dağılacaq bu qara bulud? 
 
Bir zəli bənd edib əlini göyə, 
Qaynaqmı ediblər zəlini göyə? 
Canım, kim buraxıb dəlini göyə? 
Haçan dağılacaq bu qara bulud? 
 
Bu qoca fələyin cəbri nə çoxdu? 
Goru, məqbərəsi, qəbri nə çoxdu? 
Bu qara buludun səbri nə çoxdu? 
Haçan dağılacaq bu qara bulud? 
 
Bilirəm, haçansa haqq zəfər çalar, 
Amma, bu dərd itməz, bu kədər qalar... 
Göydə heç bulud da bu qədər qalar? 
Haçan dağılacaq bu qara bulud? 
Bu qara bulud. 
 
(Divan, Bakı, 1996, səh.325-326) 
Şahin Fazil 
 
 
132 
 
Möhtərəm  oxucu,  şe’r  uzun  oldu.  Dərdlərimiz  kimi. 
Deməyin  Şahin Fazil uzunçudur. Deməyin cavabsız sualları 
var.  Cavabımız  olar  inşallah.  «Cavab  qaldı  qiyamətə» 
deməyəcəyəm.  Cavab  tezliklə  olar  ümidindəydim.  Cavab 
olacaq! 
Yaponların  çoxlu  kamikadzeləri  olub.  Hərbiçilər 
İkinci Dünya müharibəsi vaxtı kamikadze adlandırılan bə’zi 
vətənpərvərləri  raket-bombaların  içərisinə  «hörüb»  düşmən 
tərəfin  təyyarə  bazaları  və  gəmilərinə  tərəf  atır,  nəticədə 
içəridən idarə olunan və düz hədəfə dəyən raket-bombalar da 
məhv olur, hədəflər partlayırdı. Kamikadzelər haqqındakı bu 
mə’lumatı  mən  hələ  tələbə  ikən  müxtəlif  mənbələrdən 
oxumuşam. «Yaponlar» kitabında kamikadze xarakteri, onun 
ölümdən qabaqkı xoş əhvali-ruhiyyəsi, öləndən sonra ölməz 
olacağına inamı aşağıdakı kimi əks olunur: 
«XII  əsrin  ikinci  yarısında  Yaponiya  monqol 
hücumuna  mə’ruz  qaldı.  Çingiz  xanın  nəvəsi  Hubilay  iki 
dəfə (1274 və 1281-ci illərdə) gəmilər armadası ilə Yaponiya 
sahillərinə  gələrək  ölkəni  fəth  etmək  istədi.  Amma,  hər  iki 
yürüş uğursuz oldu. İşğalçıların Yaponiya adalarına endikləri 
vaxt  baş  verən  güclü  tufanlar  onların  gəmilərinin 
əksəriyyətini  darmadağın  etdi.  Yapon  tarixçiləri  həmin 
tufanları «kamikadze» - «ilahi külək» adlandırmaqla məhz o 
küləyin  yapon  xalqına  ilahi  kömək  etdiyini  yazdılar» 
(«Yaponlar» kitabı, səh. 173; V.Ovçinnikov. Sakura budağı, 
səh.18). 
Kitabın müəllifləri sonra XII əsrdən XX əsrə gələrək 
könüllü ölümə gedən gənc adamları belə xarakterizə edirlər: 
«İkinci  Dünya  müharibəsinin  axırında  Yaponiya 
məğlub  olduğu  vaxt  yapon  komandanlığı  ölümə  gedən 

  Йапонийа сяфярнамяси 
 
 
133 
gəncləri 
kamikadze 
adlandırdı. 
Komandanlıq 
məhz 
kamikadzelərin  köməyi  ilə  müharibənin  gedişini  özlərinin 
xeyrinə  dəyişmək  məqsədi  daşıyırdı.  O  vaxtın  ilk  kamikad-
zeləri  Amerika  təyyarələrini  məhv  etməyə  yollanan  yapon 
təyyarəçiləri  idilər,  sonra  isə  «adam-qayıqlar»,  «adam-
minalar»,  «adam-tanklar»  və  s.  kamikadze  oldular.  Mü-
haribənin  sonunda  Yaponiya  silahlı  qüvvələrinin  tərkibində 
yüzlərlə  kamikadze  dəstələri  fəaliyyət  göstərirdilər  ki,  bə’zi 
dəstədə olan döyüşçülərin sayı minlərlə idi». 
İlk  kamikadze  dəstələrinin  banisi  və  ideya  təhrikçisi 
1944-cü ildə  Filippin adasında  kamikadze eskadrasını təşkil 
edən  admiral  Onisi  olmuşdur.  Bu  admiral  haqqında  kitabda 
oxuyuruq: «Onisi kamikadze olan hər döyüşçünü inandırırdı 
ki, o, «yer istəklərindən uzaq olan allahdır». 
Kamikadze  təyyarəçilər  «uçan  qalaları»  (bom-
bardmançı  B-42  amerikan  təyyarələrini)  və  başqa  böyük 
məntəqələri  talana  mə’ruz  qoymalı  idilər.  «Adam-qayıqlar» 
düşmənin  hücuma  keçən  gəmisinə  partlayıcı  maddələrlə 
təchiz  olunmuş  torpedaları  istiqamətləndirməyi  öyrənmiş-
dilər. «Adam-minalar» dalğıc kostyumu geyinərək, uclarında 
güclü  partlayıcılar  olan  alətlərlə  silahlanır,  düşmənin  desant 
gəmilərini  partlatmağa  hazırlaşırdılar.  «Adam-minalar» 
həmçinin belə üsullarla hücuma keçən tankları məhv etməyi 
mənimsəyirdilər. 
Piyada 
orduda 
«adam-pulemyotlar», 
«adam-snaryadlar» da vardı. 
Cənub-Şərqi 
Asiya 
bölgəsində 
İkinci 
Dünya 
müharibəsinin  sonlarında  uğurlu  hərbi  əməliyyatlar  aparan 
amerikan  komandanlığı  əvvəllər  yapon  kamikadzelərinə 
əhəmiyyət  vermirdi...  onlar  kamikadzelərlə  mübarizə 
aparmağa  psixoloji  cəhətdən  hazır  deyildilər...  kamikadze 
dəstələrinin Yaponiyada meydana çıxmaları, əlbəttə, təsadüfi 
Şahin Fazil 
 
 
134 
deyildi.  Onlar  fəaliyyətə  başlamalarına  görə  busido 
(döyüşçünün yolu) adlanan əxlaqi-etik sistemə borclu idilər. 
Kamikadzeçiliyin  əsasında  Yaponiya  uğrunda,  imperator 
uğrunda  ölmək  ideyası  dururdu...  yapon  gəncləri  pərvanə 
atəşə  cuman  kimi  kamikadze  dəstələrinə  qoşulmağa  can 
atırdılar...  onları  gözləyən  qaçılmaz  ölüm  qabağı,  öz 
həyatlarını  Yaponiya  və  imperator  uğrunda  vermək 
niyyətləri  barədə  qohumlarına  və  yaxın  adamlarına 
yazdıqları  məktublarda  cavanlar  ruh  yüksəkliyi  ilə 
bildirirdilər:  «Mənə  görə  ağlamayın.  Bədənimin  külə 
dönəcəyinə  baxmayaraq,  mənim  ruhum  mənə  əziz  olan 
yerlərə  qayıdacaq  və  mən  həmişəlik  sizinlə,  dostlarımla  və 
qonşularımla  birlikdə  olacağam.  Mən  sizin  səadətiniz 
naminə dua edirəm». 
«Yaponlar»  kitabında  kamikadze  qətiyyəti  haqqında 
başqa mə’lumat da vardır: 
«İyirmi iki yaşlı miçman İtiro Xayasi öz məktubunda 
anasına  təskinlik  verib  yazırdı:  «Əziz  anam,  xahiş  edirəm, 
məndən  ötrü  darıxma.  Döyüşdə  ölmək  necə  də  səadətdir! 
Mənə Yaponiya uğrunda ölmək xoşbəxtliyi nəsib olmuşdur... 
Görüşənədək,  mənim  əzizim.  Məni  özünə  qəbul  etməyi 
Göydən  xahiş  elə.  Əgər  Göy  məni  qəbul  etməzsə  olduqca 
qəmlənərəm. Məndən ötrü dua et, ana!». 
Bir çox kamikadzelər hərbi əməliyyata yollanmazdan 
əvvəl əlvida şe’rləri yazırdılar. Onlardan birinin gündəliyində 
belə bir qeyd vardır: «Mən hər gün paltarımı yuyuram, çünki 
çirkli paltarda ölmək istəmirəm». Sonra həmin kamikadzenin 
belə bir şe’ri gəlir: 
 

  Йапонийа сяфярнамяси 
 
 
135 
«Ölmək istəyirəm, 
Yerə tökülən gül ləçəkləri kimi  
ölmək istəyirəm. 
Çünki mən 
Yaponiyanın sakura gülüyəm». 
 
Başqa bir kamikadze isə belə yazır: 
 
«Mən göyə uçuram, 
Buludların zirvələrinə şığıyıram, 
Oradır mənim məzarım»
.11
 
 
Kamikadze  hərbi  əməliyyata  gedərkən  sanki  öz 
dəfnində  iştirak  edirdi.  Təyyarəyə  minərkən  o  aerodromda 
qalan 
adamlara 
deyirdi: 
«Yasukini 
mə’bədində 
görüşənədək!». 
Tokionun  mərkəzi  məhəllələrinin  birində  yerləşən 
Yasukuni  mə’bədində  hər  il  fevralın  11-də  imperator  və 
Yaponiya  uğrunda  ölənlərin  şərəfinə  təntənəli  mərasimlar 
keçirilir.  1945-ci  ilə  qədər  o  mərasimlər  «kiqensetsu»  - 
«imperiyanın  əsasının  qoyulduğu  gün»  adlanırdı.  Rəvayətə 
görə  e.ə.  660-cı  ilin  fevral  ayının  11-də  Yapon  adaları 
üzərində  allahlar  nəslindən  olan  imperator  Dzimmu  taxta 
əyləşmişdir.  İkinci  Dünya  müharibəsindən  sonrakı  iyirmi 
ildə  «kiqensetsu»  mərasimi  keçirilmədi.  Sonra,  11  fevral 
yapon təqvimində yenidən qırmızı rənglə yazılmağa başladı, 
amma,  mərasimin  adı  dəyişdirilərək  «dövlət  əsasının 
qoyuluşu  günü»  adlandı.  Hamı  üçün  istirahət  günü  e’lan 
olunan 11 fevral günü, əvvəllərdə olduğu kimi, adamlar yenə 
                                                
1
 Haykuların rus dilindən tərcüməsi bu sətrlər müəllifindir. 
Şahin Fazil 
 
 
136 
də  Yasukuni  mə’bədinə  həlak  olmuş  hərbiçiləri  yad  etmək 
üçün  axışırlar.  Onların  bə’ziləri  köhnə  hərbi  formada  və 
silahla gəlirlər. Mə’bədin qarşısında hərbi hissələr ritual marş 
keçirir,  tələbə  və  məktəblilər  lal-dinməz  halda  sıraya 
düzülürlər.  Mə’bədin  qapıları  önündə  ultra-sağçı  adamlar 
qara  furqonlarda  ...  marşlar  səsləndirirlər,  kamikadzelərin 
kölgələri cana gəlir («Yaponlar» kitabı, səh.173-176). 
Görəsən  biz  azərbaycanlıların  da  kamikadzeləri 
olacaqmı?  Əgər  belə  davam  edərsə,  olacaq!  Qocalığıma 
baxmayın, elə biri mən özüm. 
Kamikadze olmaq xəyalı ilə bu şe’ri yazdım: 
 
Kamikadze 
 
Torpağında 
Tarix boyu 
Savaş gedən 
Cəng olan, 
Kiçiklikdən böyüklüyə 
Yol gedib nəhəng olan, 
Gizli qalan 
Sirr ölkə, 
Çətinliyə sinə gərən 
Bir məkan, 
Çətinliyin üzərindən 
Mətinliklə adlayan, 
Çətinliklə adlayan 
Yaponiya adlanan 
Bir səltənət, məmləkət! 
Ey dininə, məzhəbinə 
E’tiqadla tapınan, 

  Йапонийа сяфярнамяси 
 
 
137 
E’timadla tapınan, 
Ey atomun 
Dağıdıcı zərbəsinə tuş gələn, 
Külə dönüb küllənən, 
Sonra 
Köz tək alışan, 
Atəş olub yüksələn 
Hirosima, Naqasaki torpağı, 
Necə dözdün o zərbəyə, 
Necə çəkdin o dağı? 
Yaponiya, ey nipponlar məskəni, 
Nipponların indi yapon adlanır, 
Nə fərqi var  
nippon olsun, ya yapon, 
Səndə nippon qanı coşur, 
Nippon qanı adlanır, 
Səndə günəş odu var, 
Sən elə bir ölkəsən ki – 
Gündoğar. 
Sən günəşdən doğularaq 
Damla-damla güc yığdın, 
Zərrə-zərrə güc aldın, 
Sən top kimi yerə dəyib 
Sonra göyə ucaldın, 
Heyran etdin günü də, 
Mat elədin yeri də, 
Daha böyük yüksəlişin 
Qabaqda, irəlidə, 
Bəd günlərin arxada, 
Pis günlərin geridə. 
Yaponiya, 
Şahin Fazil 
 
 
138 
İnsanların fədakardır, igiddir, 
Ürəkdən inanıram 
Hər yapon bir kamikadze, 
Hər yapon bir şəhiddir. 
Yaponiya, 
Mənim  Odlar diyarımdan  
uzaq diyar, 
möcüzələr diyarı, 
Təşəbbüslər, tərəqqilər,  
nələr, nələr diyarı... 
Zənn edirəm  
sən kimiyəm, 
mən də oddan doğuldum, 
atəş oldum, qor oldum, 
Amma, sonra  
oba-oba parçalandım, 
dağım-dağım dağıldım, 
böyükkən 
kiçik qaldım. 
Dərdim böyükdür mənim, 
Qurbanlıq quzu kimi  
şaqqalanıb, 
bölünübdür vətənim. 
Yaponiya, 
Göyçə kimi, Zəngəzur tək, Qarabağ tək  
əldən çıxan yurda bax, 
Torpağımı işğal edən  
Canavara, qurda bax... 
Əgər belə davam etsə, 
Əgər gedərsə belə, 
Şahin Fazil  

  Йапонийа сяфярнамяси 
 
 
139 
əvvəl- axır 
kamikadze olacaq! 
Senday, 22 fevral 
 
Mən  bu  şe’rimi  Yaponiyada  yazmışam.  Amma, 
ondan  4  il  əvvəl  də  mənim  «Şair-kamikadze»  adlı  bir 
şe’rim olmuşdur: 
 
Şaircığazlara  
qeyri şairlər tək 
biganə deyil, 
laqeyd deyiləm, 
Kamikadzeyəm. 
Günlərin bir günü  
filankəsləri, 
Şe’rdən bixəbər olan kəsləri  
poeziya naminə bir yerə yığıb, 
onların yağısı, qənimi çıxıb, 
özümlə birlikdə o cahilləri 
içimdə olan 
qəzəb barıtına 
kin odu vurub 
öldürəcəyəm. 
Başqa çarəm yoxdur,  
nə kədər, nə qəm, 
Kamikadzeyəm 
 
... Şair-kamikadze olubmu görən? 
1.06.2005 
(Üçüncü Divan, səh.606) 
 
Şahin Fazil 
 
 
140 
 

  Йапонийа сяфярнамяси 
 
 
141 
1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə