aradan qaldirmaq olar, amma yenə də gəlib göstərsəniz daha yaxşı olar.
Sual:
salam hekim menim 24 yasim var uzume qirmizi sizanaqlar cixir ve ciller de
cixmaga baslayib bildirim ki usaqa sud verirem 6 aydi aybasi olmuram bundan ola
biler.xais edirem cavab yazin.
Cavab:
Salam, Feride xanim. Bu ola bilər, amma yenə də ginekoloqunuzla əlaqə
saxlayın.
Sual:
sifetimde sizanaqlar var ne edimki sizanaqlar getsin 18 yasim var subayam
Cavab:
Salam, Gulcohre xanim. Sızanaqları yalnız müalicə etmək lazımdır, buyurub
müraciət edə bilərsiniz.
Sual:
Salam hekim xeyirli olsun Qurban bayraminizi tebrik edirem hekim Menim
uzumde ciller var cillerin yox olmasi ucun ne edim mene melimat verin xaihs edirem
Cavab:
Salam, Dinara xanim. Çillər mövsümlə əlaqəli artıb, azala bilər. Ancaq rengini
soldurmaq üçün daxilə lazımi qədər C vit. qəbul edin. Onu C vit ilə zəngin olan təbii
meyvələrlə də bərpa edə bilərsiniz.
Sual:
Salam hekim tuk tokmey ucun derman adi deye blersiz .. .twk
Cavab:
Salam, Elcin bey. Səbəbini bilmədən online vasitəsi ilə dərman təyin etmək
olmaz, bu ilk novbədə sizin sağlamlığınız üçün vacibdir. Yaxşı olar ki, müayinə
olunasiniz.
Sual:
Salam hekim necesiniz qurban bayraminiz i tebrik edirem sualim beledir ki
yoldasim 38 yasi var sacinin tuku cox tokulur onun cidi is rejmi var hec demek olar ki
rahatligi yoxdur birde biz rusiyanin perm seherinde yasayiriq ora cox soyuq olur ola
biler bu sebebden tokulur yoxsa basqa xesteliyini elemeti olar xahis edirem sualima
etrafli cavablayasiz onceden tesekurumu bildirem size
Cavab:
Salam, Aynur xanim.Sizin də qurban bayramınızı təbrik edirəm, çox sağolun.
Yoldaşınızın saçının tökülməsini heç də soyuq faktoru ilə əlaqələndirmirəm. Burada
əsas faktorlar nevrogen səbəbdən və endokrinoloji (androgen tipli alopeciya)
problemlərlə bağlı ola bilər.Bu yaşlarda bu tipli alopeciyalara rast gəlmək olur.
Məsləhət görürəm ki, iş rejimini bir qaydaya salsın, yəni istirahətə daha çox vaxt
ayirsın.Yanaşı olaraq tövsiyyə edirəm ki, endokrinoloqla məsləhətləşsin..
Sual:
Salam xeyirli olsun,xnim size problemli deilerin temizlenmesi dedikde psoriazli
deriye qulluq ve mualucesi de nezerde tutulurmu?
Cavab:
Salam, Gulu xanim. Təşəkkür edirəm. Problemli dəri dedikdə psoriaz nəzərdə
tutulmur, ancaq iş təcrübəmdə psoriazlı xəstələrim olub, qulluq etmişəm, buyurub siz
də müraciət edə bilərsiniz.
Sual:
Salam menim uzumde ciller var birde uz tez tez quzarir olari mualice elemey olar
ve xallar var uzumde onlari mualice etmek mumkndur xaiw cvblandir...
Cavab:
Salam, Vüsal bəy. Çillər adətən qışda itir, yayda isə daha qabarıq şəkildə özünü
biruzə verir. Ancaq onlari kimyəvi pilinq vasitəsi ilə soldurmaq, rəngsizləşdirmək olur.
Bu prosedurlar isə hökmən həkim-kosmetoloqun nəzarəti altında aparılır.
Dostları ilə paylaş: |