Zirv
ənin fatehi
Hüseyn Qəzənfəri
Sevincək cəld silah-sursat daşımağa başladıq. Zülfüqar
briqadasının üç batalyonu və korpus qüvvələri son
məsələləri razılaşdırdılar. Bütün komandirlərin sözü bu idi
ki, bütün Şiyakuh yüksəkliyi, o cümlədən zirvəsi azad
olunmalıdır.
Mən xatirə dəftərimdə bu hadisəni təfərrüatı ilə
yazmışam. 1982-ci ilin 5 fevralı, axşamüstü saat 5 idi.
Artilleriya öz işinə başladı. Hələ hava qaralmamış şəxsi
heyət hərəkətə keçdi. Ordu qüvvələri çox yaxşı
irəliləyirdilər. Digər istiqamətdən də korpus və Bəsic
qüvvələri gəlirdilər.
Zülfüqar briqadasının üçüncü və dördüncü batalyonları
zirvəyə doğru yola düşdülər. Ratsiya danışığını eşidirdim.
Üçüncü batalyonun komandiri cəsarətlə deyirdi: "Mən
Şiyakuh zirvəsinə ayağını qoyan ilk adam olmaq
istəyirəm".
Mayor şəxsi heyətini irəliləməyə həvəsləndirirdi. Bir
saatdan sonra ratsiyadan belə elan olundu: "Şiyakuh
zirvəsi azad olundu, üçüncü batalyon zirvəyə çatdı".
Çox sevindik. Ordu və korpus döyüşçülərinin “Allahu-
Əkbər” səsi bütün bölgədə əks-səda verirdi. Düşmən
qaçmağa başlamışdı. Biz Şiyakuhun yamacında, mağara
olan yerdə bir tibb məntəqəsi təşkil etdik.
Hamımız qələbəyə sevindiyimiz yerdə üçüncü
batalyonun komandiri mayor Toxmaçını gətirdilər.
Ayağından yaralanmışdı. Onu israrla geri göndərmək
istəyirdik, amma qəbul etmədi.
– Yaramı bağlayın, şəxsi heyətin yanına qayıdacağam.
113
Orada bir söz dedi, mənsə məqsədini anlamadım.
Mayorun ayağını sarıyanda üzünü mənə tutub dedi:
"Mən İbrahim Hadidən xəcalətliyəm".
Hər halda, Şiyakuh döyüşçülərin qəhrəmanlığı ilə azad
olundu.
Bir neçə gündən sonra mayoru gördüm. Ayağı
yaxşılaşmışdı. Məni çağırıb dedi: "Gəl, sənə bir söz
deyim. Yadındadır, dedim İbrahimdən xəcalətliyəm?”
– Bəli.
– Zülfüqar batalyonunda məni Şiyakuhun fatehi kimi
tanıyırlar. Ratsiyadan dediyim sözə görə mənə hətta
mükafat verdilər və rütbəmi artırdılar. Hamı elə bilir ki,
dağın başındakı səngərləri fəth edən ilk adam mənəm.
Amma bir şeyi etiraf etməliyəm.
Mayor dərin nəfəs aldı.
– Həmin axşam düşmənin zirvədəki səngərlərinin
müqaviməti çox güclü idi. Düşmən o səngərləri əldən
çıxarmaq istəmirdi. Dağın başına çatanda tək-tənha
səngərlərə hücum etdim ki, oranı təmizləyib zirvənin
fatehi olum. Amma orada düşmən yox idi, məndən öncə
vurulan vurulmuş, qaçan qaçmışdı. Cəsədlər yerdə idi.
Mən zirvəni fəth etdiyimə sevinib bunu ratsiyadan xəbər
verdim. Lakin birdən inanılmaz bir səhnə ilə rastlaşdım.
Ən zirvədəki səngərin yanında gənc bir döyüşçü
üzüqibləyə səcdəyə getmişdi və Allaha şükür edirdi. O,
birdən mənim önümdə ayağa qalxdı. Əvvəlcə qorxdum,
sonra isə çəfiyəsindən bildim ki, iranlıdır.
O, zirvəyə məndən tez çatıb səngərləri təmizləmişdi,
lakin heç bir söz demədən səcdəyə gedib bu qələbəyə görə
Allaha şükür edirdi. Sonra ayağa qalxıb məni qucaqladı,
təbrik etdi və başqa bir söz demədən digər tərəfdən öz
şəxsi heyətinin yanına endi.
114
Təəccüblə mayora baxırdım. Mənə çox qəribə gəlirdi.
Biz hamımız mayoru Şiyakuh zirvəsinin fatehi bilirdik, o
isə əsl fatehin başqası olduğunu deyirdi.
- Axı kimdən danışırsınız? O qəhrəman kimdir?
Mayor gözlərimin içinə baxa-baxa dedi: "Şiyakuh
zirvəsinin fatehi Baziderazın pəhləvanı İbrahim Hadidir".
Ondan sonra mayor hər dəfə İbrahimdən danışanda onu
Baziderazın pəhləvanı adlandırıb deyirdi: “Bu gənci heç
kim tanımır”.
Yadımdadır, polkovnik Əliyari də belə deyirdi:
"Şiyakuhun fəthi o gəncə borcludur. O, əminlikdə dedi:
"Əgər siz edə bilməzsinizsə, biz hücum edərik".
Ondan sonra İbrahimlə dostluğum daha da gücləndi. O
mənim və ordudan olan digər dostların yaddaşında bir
əfsanə kimi qaldı. Bu qədər qəhrəmanlıqlarına
baxmayaraq, heç vaxt özündən danışmazdı.
Bir aydan sonra əsgərlərin biri məni səsləyib dedi: "Bir
cavan oğlan gəlib, sizinlə işi var".
– Mənim burada heç kimim yoxdur.
Nəzarət-buraxılış
məntəqəsinə
gedəndə
isə
çox
sevindim. İbrahim idi. Salamlaşandan və hal-əhval
tutandan sonra dedi: "Sağollaşmağa gəldim. Biz cənuba
gedirik".
Çox narahat halda onunla sağollaşdım. Tehranlı
olmasam da, ünvanını alıb dedim: "Sizi yenə görməyi çox
istəyərdim".
1982-ci ilin martında Fəthülmübin əməliyyatı başlandı.
İbrahim və dostları buna görə cənuba getdilər. Bizim bir
neçə batalyonumuz da həmin əməliyyatda iştirak etdi.
Əməliyyatın son günlərində mən də oraya getdim və bir
gün üçüncü batalyonun komandiri Toxmaçının yanında
115
qaldım. O mənə dedi: "Doğrudan, İbrahim Hadidən
xəbərin var?"
– Yox.
– Onu bir neçə gün qabaq Əhvaz hava limanında
gördüm. Yaralanmışdı, böyrünə qəlpə dəymişdi. Onu
Tehrana aparmaq istəyirdilər, o isə qayıtmaq istəyirdi.
Həkimlər yarasını bağladılar və birlikdə qayıtdıq.
1983-cü ilin martında Toxmaçını yenə gördüm.
Göstərdiyi igidliklərə görə polkovnik-leytenant olmuşdu.
Yenə Şiyakuh dağından və İbrahim Hadidən söz düşdü.
- Baziderazın pəhləvanından xəbərin var? Bilirsən
haradadır?
Kumeyl kanalından xəbərim olduğuna görə narahat
halda dedim: "Bəli".
Polkovnik üzümdən hər şeyi anladı. Yenə nigaran halda
soruşdu: "İbrahim haradadır?"
Vəlfəcr-hazırlıq əməliyyatında
Kumeyl
kanalının
mühasirəsi haqda məlumat verib dedim: "İbrahim də
onlarla qaldı. Heç kimin ondan xəbəri yoxdur".
|