Xüsusiyy
ətləri
Hüseyn Cahanbəxş
Bizim fikir vermədiyimiz ən kiçik şeylərə də diqqət
yetirirdi. Onun həyatında israf ola bilməzdi. Allahın
yaratdıqlarına bacardığı qədər kömək edir, ömrünün hər
anından maksimum bəhrələnməyə çalışırdı.
Yadımdadır, bir dəfə Sədra klubunun arxasında
oturmuşduq. İbrahimin yanına bir parça quru çörək
düşmüşdü. Çörəyi götürüb dedi: "Gör Allahın nemətinə
necə hörmətsizlik edirlər!"
Çörək çox bərk idi. Yerdən bir daş götürüb oturduğu
yerdə ovmağa başladı, sonra divarın dibinə səpdi. Bir neçə
dəqiqədən sonra göyərçinlər oraya toplaşıb İbrahimin
hazırladığı xörəyi yeməyə başladılar. Cəsarətlə deyə
bilərəm ki, İbrahim o qədər güclü bədəni ilə hətta
qarışqaya da ziyan yetirməzdi.
Qarışqa deyəndə yadıma bir hadisə düşdü. Bir gün
evdən idman klubuna gedirdik. Mən bir qədər önə keçdim,
İbrahim arxada qaldı. Dönüb ona baxdım.
– Nə olub, dadaş İbrahim?
– Bura qarışqa ilə dolu idi, bilmədən ayağımı
qarışqaların üstünə qoydum.
Yolun o biri tərəfinə hoppanıb gəlməyə başladı.
– Sən də qəribə adamsan. Biz gecikirik, sənsə
qarışqalara görə dayanırsan.
– Bunları da Allah yaradıb. Əgər vaxtım olsaydı, onlara
bir ovuc buğda tökərdim, ayaqlarımla tapdamazdım.
***
139
Dostlardan hansınınsa qarşısına bir problem çıxdığını
görəndə özü çətinliyə düşsə də, aradan qaldırmağa
çalışırdı. O, digərlərinin problemini öz problemi bilirdi.
İdman
yoldaşlarımızın
biri
inqilabdan
sonra
münafiqlərin tərəfdarı oldu. İbrahim çox narahat idi və
tez-tez deyirdi: "Nə üçün belə oldu? Bəlkə mən haradasa
səhlənkarlıq etmişəm!" Onu düz yola qaytarmaq üçün çox
çalışdı.
Digər tərəfdən, idmançı uşaqlardan başqa birisi – Şəhid
Rza Munisan inqilabdan sonra korpusa qoşuldu və mənəvi
cəhətdən çox inkişaf etdi. İbrahim buna çox sevinir və onu
tez-tez tərifləyirdi.
İbrahimin başqa bir xüsusiyyəti bu idi ki, digərlərinin
önündə pis rəftar etməyi bacarmırdı. Onun bütün
hərəkətləri yaxşı, düşünülmüş və xeyirxah idi.
Ondan kim nə istəsəydi, “yox” deməzdi. İnsanların
könlünü almağı çox sevir, onların problemini həll etmək
üçün əlindən gələni edirdi.
Yadımdadır, birlikdə İnqilab xiyabanına getdik, taxta
körpünün ətrafından iki taxta parçası tapıb onlarla zorxana
mili düzəltdi. Taxtaları Qiyam meydanında bir dülgərə
verdi, bir müddətdən sonra zorxanaya gətirib idmana
başladı. Onun milləri çox ağır idi və hər adam qaldıra
bilmirdi. Özü onlarla asanlıqla idman edirdi. Hətta milləri
bir neçə dəqiqə əllərində üfüqi vəziyyətdə saxlayırdı.
İbrahimin dostlarından biri dedi: "Bu milləri mənə
verirsən?"
– Verirəm, amma sabaha qədər gözlə.
İdmandan sonra dedim: "Dadaş İbrahim, bu milləri
hazırlamaq üçün o qədər əziyyət çəkmisən, indi asanlıqla
vermək istəyirsən?!"
– Eybi yoxdur. O, seyiddir, Peyğəmbər övladıdır.
140
O vaxt məndə də İbrahimin millərinə oxşayan, amma
ondan yüngül iki mil vardı. İbrahim öz millərini mənə
verdi və mənimkiləri aldı.
- Bu Allah bəndəsi mənim millərimlə idman edə
bilməz, ona ağırdır. Sənin millərini ona verəcəyəm.
***
İbrahim harada, nə vaxt və nə iş görməli olduğunu
bilirdi. Zarafat edərkən ehtiyatlı olurdu ki, kiməsə
hörmətsizlik etməsin. Ona da hamı hörmət edirdi.
İbrahim digərlərinin pisliyinə həmişə göz yumurdu. O
mənə dəfələrlə demişdi: "Elə yaşa və dostluq elə ki, sənə
hörmət etsinlər. Səbəbsiz heç kimdən heç nə istəmə".
O deyirdi: "Bu ailə problemlərinə, dalaşmalara bax. Ən
çox ona görə olur ki, heç kim güzəştə getmək istəmir.
Lakin dünya bu qədər əhəmiyyətə layiq deyil. Adam bu
dünyada Allah üçün bir iş görə bilsə, dəyərlidir".
Ailə quranda mənə dolayı yolla nəsihət verir,
dünyagörmüş adamlar kimi deyirdi: "Həyatda acı
hadisələrlə rastlaşanda özündə saxla və bu məsələlərin
kin-küdurət yaratmasına qoyma. Allahdan istə ki, Özü ən
yaxşı şəkildə problemlərini həll etsin".
|