Ya Allah
Salam xanımlar və cənablar.
oyun marağı olan biri kimi bu videonu hazırlayanda çox həzz aldım
Əsrarəngiz dizaynı ilə göz oxşayan yeni bir oyun maşını əlimə gəlib çatdı
Bu maşını sizlərə təqdim etməkdən qürur duyuram
Budur qarşınızda MSİ imzası və Ubisoft iş birliyi ilə ərsəyə gəlmiş MSİ Crosshair 17
Oyunçular və professionallar üçün gəlişdirdikləri Dizüstü komputerləri uzun illərdi ki diqqətləri öz üzərinə toplayan MSİ dan yenədə adına layiq bir maşın gəldi
MSI Crosshair 17 adı ilə qarşımıza gələn
Kompyuter həm özünü sevdirir həmdə yüksək performans verən güclü daxili hissələri ilə fərqini ortaya qoyur.
Aydınlanması rəng çalarları üstündəki rəngləri adətən adamı komputerə aşiq edir ))
Msi ın Bu modelində qara və sarı rəngin bir birini tamamlaması kompyuterə gözoxşayan bir ciddilik verir.
Kompyuterin çox gözəl rəngləri var və ilk baxışdan məndə çox maraq oyatdı, sizlərdədə eyni marağı oyadacağına əminəm.
1.7 mm hündürlükdə olan klavyatura rəngarəngliklə seçilir. Klavyatura RGB led rəng sistemi ilə birləşdirilərək MSİ center adlı programı ilə Sinxron işləyir, yəni Klavyaturadakı işıqları istəyinizə uyğun yandıra istəyinizə uyğun rəng verə və söndürə bilərsiniz.
Ayrıca olaraq klavyatura komptyuteri tam olaraq tamamlayır deyə bilərəm, Və oyunçuların daha çox istifadə etdiyi W S D A düymələri özəl olaraq dizayn edilərək qalan düymələrdən seçilir və şəffaf görüntüyə malikdir.
Təxminən 2.47 kq ağırlığında olan kompyuterimiz portlar baxımındanda zəngindir belə ki :
Göründüyü kimi kompyuterin sol tərəfində Cərəyan girişi USB 3.2 sürətli 1 ədəd və USB 2.0 sürəti ilə 1 ədəd girişi vardır
Kompyuterin sağ tərəfinə baxdıqda isə bizi 4k görüntü ilə təchiz edilmiş 1 ədəd HDMi çıxışı, 1 ədəd RJ45 internet girişi, 1 ədəd 3 mm lik qulaqlıq girişi, 1 ədəd USB 3.2 sürətli girişi, və təbiiki yeni nəsil olan TYPE-C girişi ilə təchiz olunmuşdur..
Kompyuterin Altına baxdıqda isə tırtıllı şəkildə hazırlandığını görə bilərik. Görünüşü ilə sanki arı pətəyini andıran bu görünüşə başqa MSİ modellərindədə qarşılaşdığımız üçün yad deyilik.
MSİ bu dizayn ilə birlikdə COOLer boost 5 texnologiyasını isitfadə edir. Bu texnologiyanın ən böyük plusu isə FAN yarpaqlarının sayı və soyuducu üzərində MİS borularının çox olmasıdır. Buradakı Məqsəd isə istini soyuducu blok üstündə yaymaq və istini bir yerə cəmləşməyini əngəlləməkdir.
Kompyuterin Xarici görünüşü bunlardan ibarətdir. İndi isə daxilinə göz ataq
17.3 inch ölçüsündə olan, görüntü imkanı isə
1920x1080 pixel olan 360 hz tezliyində ekranımız axıcı bir şəkildə istifadəçi təcrübəsi vəd edir.
Ekranın tam üstündə daxili kameramız var və 720pixel görüntü alma funksiyasına malikdir və gündəlik rütin işləri rahat şəkildə görə bilərsiniz.
İntelin proçessoru bu maşına ayrı bir güc qatır beləki i7 12ci nəsil 12700h proçessora RTX 3060 Video kartası ilə birləşərək daha yaxşı təmiz görüntü almağı vəd edir.
Geforce RTX 30 seriyası oyunçular və dizaynerlər üçün dünyanın ən sürətli qrafikasını təqdim edir. Təbiiki yenilənən Oyun və dizayn sahələri hər gün dahada təkminlləşir.
Crosshair 17 də bayaq dediyim kimi Geforce RTX 3060 və İntelin 12ci nəsil i7 proçessoru ilə bütünləşəndə həm professionalların istifadə etdiyi proqramlarda və eləcədə oyun sevənlər üçün mükəmməl performans göstərməkdədir.
ddr4 16 gb 3200 mhz sürətli ram ilə gəlir və istəyinizə uyğun olaraq 64 gb kimi artırmaq mümkündür.
Yaddaş tərəfinə gəldikdə isə 512 gb NVMe SSD ilə qarşılaşırıq eyniylə SSD-ni 1/ 2 tb və s kimi qaldırmaq mümkündür.
Wifi 6 Texnologiyası isə qabağa çıxan başqa bir özəlliyidir.
Wifi 5ə görə 3 dəfə daha sürətli olduğunu vurğulamaqda fayda var, silsilələrin həyati olduğu bəzi oyunlarda bunun çox önəmi olduğunu vurğulamadan keçə bilmərəm.
Kompyuter Freedos yəni içində sisstem olmadan gəlir, istəyə uyğun olaraq Üindoüs 11 və yaxudda üindoüs 10 yazmaq mümkündür. Daha çox professional işlərlə məşğul olacaqsınızsa üindoüs 11 pronu tövsiyyə edə bilərəm
Proqramdan söz açılmışkən MSİ ın öz proqramındanda danışım,
MSİ Center proqramı vasitəsi ilə Crosshair 17də çox incə ayarları seçmək şansımız var. Sistemdə nələr olub keçdiyini bu proqram sayəsində canlı şəkildə görə və dəyişə bilərik. Sistemin hansı modda işləməyini istəyiriksə o modda işləməyini burdan seçə bilirik. Yuxarı performans lazım olduqda Yuxarı performansı, aşağı performans lazım olduqda isə aşağı performans seçmək şansımız var, bunun nə kimi üstünlükləri var deyə sual yaranarsa birinci növbədə batareya ömrünü uzatmaqdan başlaya bilərik. Batareya demişkən batareyanın daha çox istifadə edə bilmək üçün isə əlavə olar Super Charge Mode istifadə edə bilərik.
MSI Crosshair 17 versiyalı bu maşın çox tərifə layiq sistemi ilə istifadəçilərin ehtiyaclarını qarşılaya bilən güclü bir kompyuterdir.
Bu videomuzda MSI Crosshair 17 modeli diz üstü kompyuteri mümkün qədər incə ayarlarına kimi incələməyə çalışdıq. Sağolun sağlıqla qalın Hər kəsə təşəkkürlər gələn videoda görüşənədək.
Dostları ilə paylaş: |