Salat Feta pendiri ilə qızardılmış badımcan və pomidor



Yüklə 261.34 Kb.
Pdf просмотр
tarix26.05.2017
ölçüsü261.34 Kb.

Salat - Feta pendiri ilə qızardılmış badımcan və pomidor

Feta pendiri ilə qızardılmış badımcan və pomidor

  

Tələb olunan ərzaqlar:

badımcan - 2 ədəd 

 pomidor - 8 ədəd

zeytun yağı - 8 x.q. 

 feta pendiri - 200 qr.

 reyhan - 1 x.q. 

 xama - 200 ml

 üyüdülmüş qırmızı bibər (paprika) - zövqə görə 

 duz, istiot - zövqə görə

  

Hazırlanma qaydası:    

 1. Pomidorların qabığını soyun, ortadan bölüb kəsilmiş üzünü üstdə saxlamaqla formaya

düzün. 


 2. Hər birinin üstünə 1 x.q. zeytun yağı töküb sobanın üst hissəsində 200*C temperaturda 1

saat bişirib soyudun.

3. Badımcanları eninə 1 sm qalınlıqda doğrayıb hər iki tərəfini duzlayıb 20 dəqiqə saxlayın.

4. Azca sıxıb kağız salfetlə qurulayın, hər iki üzünə zeytun yağı çəkin.

5. Üzərinə təzə üyüdülmüş istiot səpin. Yağı qızdırıb güclü alovda badımcanların hər iki üzünü

qızardın (20 dəqiqə).

 6. Zeytun yağını (6 x.q.) reyhan və balzamik sirkə ilə qarışdırın. 

 7. Badımcan dilimlərini hazır marinada qoyub sərin yerdə saxlayın. 

 8. Kahının yarpaqlarını 4 boşqabda paylaşdırın, pomidor və badımcanları  pərakəndə halda

düzün. Hər boşqabın ortasına pendir dilimləri qoyub  yerdə qalan marinadı badımcanların

üstünə tökün. 

 9. Süfrəyə verməmişdən qabaq 1 x.q. xama ilə bəzəyib üzərinə paprika səpin.



 1 / 1


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə