Şamaxı filialının "Microsoft Teams" proqramı vasitəsilə online şəkildə



Yüklə 17,03 Kb.
tarix02.01.2022
ölçüsü17,03 Kb.
#42645
iclas


ADPU-nun Şamaxı filialının “Microsoft Teams” proqramı vasitəsilə online şəkildə Pedaqoji Fakultə Elmi Şuranın 15 fevral 2021-ci il tarixli növbəti iclası keşirilmişdir. Online formatda keçirilən iclasda Fakültə Elmi şurasının üzvləri və Filialın direktoru dosent T.V.Yusifova da iştirak etmişdir.

İclasda Fakultənin Elmi Şurasının sədri, fakültə dekanın Q.L.Şahbazova gündəlikdə duran məsələləri: imtahan sessiyasının nəticələri, növbəti semestrə hazırlıq, buraxılış kursların istehsalat təcrübəsi ilə bağlı, eyni zamanda, dərs cədvəlləri barədə Şura üzvlərinin qıqqətinə çatdırmışdır.



Direktor dosent T.V.Yusifova pandemiyanın davam etməsi ilə əlaqədar olaraq virusa qarşı təhlükəszliyin təmin edilməsi məqsədilə universitetdə tədrisin distant formada təşkili, karantin rejiminin tələblərinə ciddi riayət olunmasının təmin edilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparıb. Direktor dosent T.V.Yusifova filialda onlayn (“Microsoft Teams” platforması üzərindən) dərslərin davam etdirilməsi istiqamətində həyata keçirilməli olan tədbirlər barədə danışıb.

İclasda Tədris və elmi işlər üzrə direktor müavini Ş.S.Mikayılov “2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri , İmtahan Qərargahı və Apelyasiya Komissiyası barədə məlumatı iştirakçıların diqqətinə çatdırıb.

Müzakirə olunan məsələlərlə bağlı fakültə dekanına, kafedra müdirlərinə və Tədris şöbəsinə müvafiq tapşırıqlar verilib.

Daha sonra Fakultə dekanı Şahbazova Qahirə gündəlikdə duran cari məsələlərlə bağlı – təhsil haqqı, akademik borcların ləğvi, onlayn tədris prosesinin keyfiyyət monitorinqinin gücləndirilməsi, kafedralarda həyata keçirilən elmi tədqiqat fəaliyyətinin əlaqələndirilməsi və digər mövzularda geniş çıxış ederek müzakirələr aparıb, cari məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul olunmuşdur.

Bununla da Pedaqoji Fakultə Elmi Şuranın iclası başa çatmışdır.

Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə dövlətimizin rəhbərliyi, eləcə də Müdafiə Nazirliyi tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. «Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlilərinə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir».

Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğı bütün cəmiyyətimiz, o cümlədən müharibə əlilləri və şəhid ailələri tərəfindən məmnunluqla qarşılanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.

«Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və sərəncamlar çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir. Bundan başqa, müharibə əlilləri, veteranları və şəhid ailələrinə göstərilən qayğı nümunəvi xarakter daşıyır. Müharibə əlilləri, veteranları və şəhid ailələrinin sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da çox müsbət haldır. Bu siyasət davamlı xarakter daşıyır»
Yüklə 17,03 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin