Şamaxı rayonu, Pirqulu yaşayış məntəqəsi BÜlleten №1



Yüklə 44.07 Kb.
tarix19.07.2017
ölçüsü44.07 Kb.
15 iyun 2013 il tarixli

29-30 iyun 2013-cü il tarixində güc strukturları arasında səmti müəyyən etmə idmanı üzrə Azərbaycan Respublikası birinciliyinin keçirilməsi haqqında

(Şamaxı rayonu, Pirqulu yaşayış məntəqəsi)

BÜLLETEN №1

(AR Gənclər və İdman Nazirliyi tərəfindən təsdiq edilmiş, yarışın keçirilməsi haqqında Əsasnaməyə əlavə)

Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyası Sizi 29-30 iyun 2013-cü ildə Şamaxı rayonun Pirqulu yaşayış məntəqəsində (Yarış Mərkəzinin yerləşmə sxemi əlavə olunur) yeni idman xəritəsi üzrə AR güc strukturları arasında səmti müəyyən etmə idman növü üzrə keçiriləcək yarışda iştirak etməyə dəvət edir.



  1. Yarışın təşkilatçıları (əlaqə məlumatları)

Yarış Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən, Vergilər Nazirliyinin dəstəyi ilə keçirilir.

2.Hakimlər kollegiyası:

Yarışın Baş hakimi – Nizami Mursakulov

(əlaqə nömrəsi: 0503278561; e-mail: nmursakulov@gmail.com)


Yarışın Baş katibi – Tatyana Bakulina (Moldova);

Baş katibin müavini - Ülkər Həmdullayeva (əlaqə nömrəsi: 0554607177; translator_89@mail.ru);

Baş katibin elektron qeydolunma sisteminin tətbiqi və kompyuter təminatının təşkili üzrə müavini – Zaur Seyidov (tel.: 0556657520, e-mail: seyidov_zaur@mail.ru);
Baş katibin yerli hakimiyyət orqanları ilə əlaqələr üzrə müavini – Nizami Ağayev (tel.: 0503219030, e-mail: nizamiagayev@hotmail.com)
Məsafə xidməti (planlaşdırma, quraşdırma və nəzarət məsələləri) – Tatyana Bakulina (Moldova SMEİF nümayəndəsi), Etibar Məmmədov (Azərbaycan). Məsafənin inspektoru - Aleksandr Mişenko (Ukrayna).
AR Səmti Müəyyən Etmə İdman Federasiyasının mətbuat katibi – Yana Maşkova (tel.: 0502500393, e-mail: hanaviatu@gmail.com).

Yarışda iştirak məsələləri üzrə əlaqə məlumatları:

Nizami Mursakulov (tel.:0503278561; nmursakulov@gmail.com);

Zaur Seyidov (tel. 0556657520; seyidov_zaur@mail.ru )
AR SMEİF-in saytı və e-mail: www.smef.az; azeorienteering@mail.ru

3. Yarışın proqramı
29 iyun (şənbə) 2013-cü il
19:00 – Çempionatda iştirak edən komanda nümayəndələrinin AR Vergilər Nazirliyinin əməkdaşları üçün nəzərdə tutulmuş Tədris Mərkəzində mandat komissyasının iclası, püşk atma;
30 iyun (bazar günü) 2013-cü il
11:00 – yarışın AR Vergilər Nazirliyinin əməkdaşları üçün nəzərdə tutulmuş Tədris Mərkəzində açılışı;
11:30 – yarış iştirakçılarının startı;
16:00 – qalib gələn iştirakçıların mükafatlandırma mərasimi. Yarışın təntənəli bağlanma mərasimi.
4.Yarışın keçirilmə yeri
AR Vergilər Nazirliyinin əməkdaşları üçün nəzərdə tutulmuş Tədris Mərkəzi ilə birləşən dağlıq meşə massivi (əlavə olunan sxemə əsasən).


5.Yarışın iştirakçıları və keçirilmə şərtləri
Yarışda Azərbaycanın aşağıdakı güc nazirlikləri və idarələrinin komandaları iştirak edə bilər: Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Sərhəd Qoşunları, Xüsusi Dövlət Mühafizə Xidməti, Daxili Qoşunlar, DİN-nin Çevik Polis Alayı, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Dövlət Miqrasiya Xidməti, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Gömrük Komitəsi, Vergilər Nazirliyi və s. Komanda 8 (səkkiz) nəfərdən: 6 (altı) idmançı (4 (dörd) kişi və 2 (iki) qadın); 1 (bir) komanda nümayəndəsi, 1 (bir) məşqçidən ibarət olmalıdır.

Qaçış iştirakçılarının startı 1-2 dəqiqə ara verərək (əlavə olaraq müəyyən ediləcəkdir) ayrı-ayrı həyata keçirilir.



Komanda hesabında yarış bağlı yarışdır.
Komanda yerləri yalnız güc strukturları arasında oynanılır3 kişi və 1 qadının göstərdiyi ən yaxşı nəticələrin yekunu üzrə müəyyən edilir.

Fərdi hesabda yarış açıq yarışdır. Rəqabət və ən yaxşı nəticələrin təmin olunması məqsədilə, yarışda iştirak etmək istəyən idmançılar və səmti müəyyən etmə həvəskarların da iştirakına yol verilir. Bu iştirakçıların fərdi nəticələri güc strukturlarının nümayəndələri ilə birgə fərdi hesabda hesablanacaqdır. İştirakçıların tutduğu yer verilmiş ardıcıllıqla məsafənin bütün nəzarət məntəqələrini keçmək üçün sərf edilmiş ən qısa vaxt üzrə müəyyən edilir.

Nəzarət məntəqələrində qeyd olunma elektron sistem üzrə həyata keçiriləcəkdir. Elektron çip nömrə ilə birgə startdan öncə idmançılara təqdim ediləcəkdir. Üzərində məsafələr qeyd olunmuş xəritə yalnız startdan sonra təqdim ediləcəkdir. Bütün iştirakçılar hər nəzarət məntəqəsində dəqiqliklə, xəritədə qeyd olunmuş ardıcıllıqla öz çipini qeyd etməlidir.

Məsafəni keçərkən iştirakçılara nömrəni çıxarmaq, digər şəxslərə onu ötürmək və ya nömrəni gözdən yayındırmaq qanadağandır. İştirakçının nömrəsi məsafəni keçdiyi müddət ərzində aydın görsənməlidir. Yarışda iştirak etməyən şəxslərin, eləcə də üzərində qaçış iştirakçısının döş nömrəsi olmayan şəxslərin məsafədə olması yolverilməzdir.

Yarış zamanı NM quraşdırıldığı ərazidə olan hakimlərə iştirakçının nömrəsini qeyd etmək üçün şərait yaradılmalıdır.
Yarış iştirakçılarına qadağandır:


  • Cari il 15 iyun tarixindən sonra Bülletendə qeyd olunan ərazi və məsafə ilə öncədən tanış olmaq;

  • Yarış zamanı hakimlər kollegiyası tərəfindən təqdim olunmuş xəritədən başqa digər xəritə materialı, eləcə də kompasdan başqa digər naviqasiya avadanlığından yararlanmaq;

  • Mobil rabitə vasitələri və (və ya) digər radioqəbuledici və ötürücü avadanlıqlarla məsafəyə çıxmaq;

  • Məsafənin yerləşdiyi əraziyə start vaxtından tez çıxmaq;

  • Hər-hansı texniki daşınma vasitəsindən yararlanmaq;

  • Yarışın digər iştirakçıları əvəzinə elektron qeydolunma çip və vərəqələri qeyd etmək;

  • NM qurğusu və avadanlığını dəyişmək;

  • Yarış zamanı hər-hansı siqnallarla (zədə və iştirakçının azdığı zaman verilən siqnallardan başqa) özünə diqqəti cəlb etmək:

  • Hakimlər kollegiyasının işinə müdaxilə etmək;

  • Tibbi yardımdan başqa (zərurət yarandıqda) digər yardım istifadə etmək;

Qeyri-idman davarnışları müşahidə olunarsa və yuxarıda qeyd olunan qaydaların pozulduğu zaman yarışın Baş hakiminin qərarı ilə idmançının nəticələri ləğv edilə bilər, idmançı xəbərdarlıq ala və ya yarışdan kənarlaşdırıla bilər.

İstisna hallarda Hakimlər kollegiyasının qərarı ilə iştirakçı və rəsmi şəxslərin qeyri-idman davranışına görə bütün komanda yarışdan kənarlaşdırıla bilər.

Bir qrup şəxslərin (müəyəyn nazirlik, ATM, idarələri, şirkət, klub və sairlərini təmsil edən idmançıların, məşqçilərin, köməkçilərin) öz komandasının və (və ya) onun ayrı üzvlərinin nəricələrinin haqsız şəkildə yaxşılaşdırılmasına istiqamətləndirilmiş vahid hərəkətlər sisteminin təşkili faktları müəyyən edilərsə, həmin komanda yarışdan kənarlaşdırılır və onun bütün iştirakçılarının göstərdiyi nəticələri ləğv edilir.

Bu cür qeyri-idman davranışı faktı haqqında yarışın təşkilatçısı - AR SMEİF həmin komandanın təmsil etdiyi təşkilatın rəhbərliyini, eləcə də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyini yazılı şəkildə məlumatlandırır. Həmin məlumat AR SMEF-in saytında da dərc ediləcəkdir.


6. Komanda və fərdi idmançıların yarışda iştirak etməsi üçün sifarişin təqdim edilməsi qaydaları
Yarışda iştirak etmək üçün icazə sifariş əsasında həyata keçirilir. Heydər Əliyev adına Kubok yarışının keçirilməsi haqqında Əsasnaməndə qeyd edildiyi kimi sifariş həkim icazəsi ilə birgə, göndərən təşkilatın möhürü ilə təsdiq edilərək cari ilin iyun ayının 25-dən gec olmayaraq AR SMEİF-ə (Yarışın Baş hakiminə) təqdim edilməlidir.

Yarış iştirakçılarının qeydiyyatı zamanı komandanın nümayəndəsi AR SMEİF – ə aşağıdakı sənədləri təqdim edir:



  • Komanda üzvlərinin yarışa çatdırılmasına görə, eləcə də komandanın yarışda iştirakı ilə bağlı bütün məsələlərin həllinə görə cavabdeh olan komanda nümayəndəsinin təyin olunması haqqında, müəssisənin möhürü ilə təsdiq edilmiş əmrin surəti (Əlavə № 1);

  • İştirak üçün sifariş (Əlavə 1);

  • Fərdi hesabda iştirak edən idmançılar yarışda iştirakı barədə məlumatı AR SMEİF-ə (hakimlər kollegiyasına) müstəqil şəkildə təqdim edir.


7.Mükafatlandırma
Ümumi komanda hesabında 1-ci yeri tutmuş komanda Gənclər və İdman Nazirliyinin Birinci dərəcəli medal və diplomları ilə təltif olunur.

Ümumi komanda hesabında 2-3 yerləri tutmuş komandalar Gənclər və İdman Nazirliyinin müvafiq olaraq İkinci və Üçuncü dərəcəli medal və diplomları ilə təltif edilir.

Hər qrup üzrə fərdi yarışda 1-3 yerləri tutmuş iştirakçılar (kişilər/qadınlar) Gənclər və İdman Nazirliyinin müvafiq medal və diplomları ilə təltif olunur. Yarış qalibləri həmçinin qiymətli hədiyyələrlə mükafatlanır.


8.Yarışın parametrləri və dərəcələri



  • K-21 qrupu (kişilər) – 5 km qədər;

  • Q-21 qrupu (qadınlar) – 3,5 km qədər.


Bütün qaçış iştirakçıları üçün nəzarət vaxtı 2 saatdır.
Qaçışın nəzarət vaxtından kənara çıxan iştirakçılar məsafə üzrə hərəkətini dayandırmalı və start yerinə geri qayıtmalıdır. Geri döndükdə hakimlər kollegiyası və öz komanda nümayəndələrini bu barədə məlumatlandırmalıdır.
9.Yarışın xəritəsi
Yarış “Pirqulu” xəritəsi üzrə keçiriləcəkdir.

Miqyas (m) = 1:5 000 (1 sm = 50 m), h (bölmə boyu) = 5 metr.

Xəritə 2012-ci ilin oktyabr ayında Mixail Puqaç (Ukrayna) tərəfindən çəkilmişdir.

Ümumiyyətlə, məsafə dağlıq (relyef) rayondan, açıq və yarımaçıq sahələrdən, əsasən dağların döşündə dağlıq və meşə sahələrindən ibarətdir. Bəzi yerlərdə meşə çətin keçilir. Məsafə ərazisi xəritədə qismən məhdudiyyətlərə malikdir. Xüsusilə də:



Xəritədən kənara çıxmamaq üçün idmançı qalan yerlərdə öz yerləşdiyi yeri dəqiqliklə nəzarətdə saxlamalıdır.

Yerləşdiyi yeri itirdikdə idmançı üçün ən dəqiq oriyentir dağın başında, açıq sahədə yerləşən AR Vergilər Nazirliyinin kompleks binaları və onun arxasından keçən asfalt yol (xəritədə sərqi istiqamətdə) köməkçi ola bilər.



Məsafə parametrləri və ərazinin xüsusiyyətləri barədə daha ətraflı məlumat Bülleten № 2 (təxminən cari il 26 iyun tarixinə qədər) dərc olunacaqdır.


Səmti müəyyən etmə - sağlam millətin idmanıdır!

AR Səmti Müəyyən Etmə İdman

Federasiya Şurası



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə