Şamil Vəliyev – 50


XX əsrin əvvəllərində uşaq ədəbiyyatı uğrunda mübarizə



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə50/63
tarix02.01.2022
ölçüsü2,28 Mb.
#2303
1   ...   46   47   48   49   50   51   52   53   ...   63
XX əsrin əvvəllərində uşaq ədəbiyyatı uğrunda mübarizə
1901-1920-ci illəri əhatə edən şərti olaraq elmi ədəbiyyatda «XX əsr»
adlandırılan tariximizin kiçik bir mərhələsi dağıdıcı müharibələr, sarsıdıcı inqilablar
dövrü kimi səciyyələnir. Rus-yapon müharibəsi və 1905-ci il birinci rus inqilabı ilə
başlanan XX əsr 1917-ci il Böyük Oktfabr çevrilişi və vətəndaş müharibəsi ilə başa
çatır. Hadisələrin Rusiya imperiyası miqyasında cərəyan etməsinə baxmayaraq, onun
təsir dalğası bütün Şərqə yayıldı. İran, Türkiyə, Çin, Hindistanda və s. ölkələrdə milli
azadlıq hərəkatı genişləndi. Birinci rus inqilabının təsiri ilə digər məzlum Şərq millətləri
kimi çarizmin müstəmləkə zülmü altında inləyən Azərbaycan xalqı da qəflət
yuxusundan oyanır, xoşbəxt həyat uğrunda siyasi mübarizələrə qoşulur. Xalq
inqilabının yaratdığı «nəfəs genliyi»ndən (C.Məmmədquluzadə) istifadə edən
azərbaycanlılar illərdən bəri arzu bəslədikləri, lakin həyata keçirə bilmədikləri siyasi və


279
mədəni təşəbbüs və tədbirləri yerinə yetirmək üçün tədbir görməyə başladılar. Bu
dövrdə siyasi və fiziki zülmün təzyiqindən, ruhani istibdadın təsirindən qurtuluş yolları
haqqında fikirlər müxtəlif idi.  «Hümmət» təşkilatında birləşən bolşevik inqilabçılar
xalqın nicatını sosialist inqilabında, inqilabçı-demokratlar çarizmin zülmündən qurtarıb
konstitusiyalı respublika yaratmaqda, demokratik islahatlar həyata keçirməkdə, indiyə
qədərki elmi ədəbiyyatda üstlərinə «panislamist»,  «pantürkist» yarlığı yapışdırılmış
ziyalılar isə yaradılması arzu edilən «Turan» dövlətində Həzrəti Məhəmmədin yaşıl
bayrağı, Türkiyənin «Ay, Yıldız» emblemi altında birləşməkdə axtarırdılar.
Müxtəlif partiyaların, siyasi qrupların fəaliyyət göstərdiyi, zülmün buxovlarından
qurtarmaq üçün yollar seçildiyi bir vaxtda ümumi bir fikir qüvvətli surətdə səslənirdi.o
da Azərbaycan xalqının müasir mədəni tərəqqisinə nail olmaq ideyası idi. Bir-birinə
zidd siyasi görüşlərin qarşı-qarşıya durub döyüşdüyü ideya mübarizələri meydanındı bu
fikri yekdilliklə hamı müdafiə edir, həyata keçməsi uğrunda əməli tədbirlər görürdü.
Əlibəy Hüseynzadə «Qırmızı qaranlıqlar içində yaşıl işıqlar» məqaləsindən
inqilabın yaratdığı fürsətdən istifadə edib, müasir dövrün tələblərinə üyğun milli
mədəniyyətin inkişafına nail olmağın zərurətindən söhbət açaraq yazırdı:
«Zəmanəsiz bir inqilab zəmanıdır. Bəşəriyyət irəliy doğru bir addım atmaq
istəyir. Addım atdıqca qarşısına reaksiya, yəni irtica şəklində mühüm bir qüvvət çıxıb
onu geri atmaya çvpvlvyır. İnqilab ilə irtica görüşüyor, mübarizə ediyor. Bu mübarizə
içərisində ortalıq al qanlara bo yanır. O qanlardan sədd edən bu xarat kasif bir səhabə
halını alıb bütün ətrafı zülmətə qərq ediyor. İştə qırmızı qaranlıq… İki qüvvətli
müsadiməsindən ara-sıra hasil olan dəhşətli gurultular, şirin, ləzəttli uyğu içində yatan
biz müsəlmanlara rahat vermiyor. İstər-istəməz iyqaz ediyor. Biz də oyanmağa, ayağa
qalxmağa məcbur oluyoruz. Əqlimiz başımıza gəliyor, özümüzə ayrı bir yol arıyoruz.
Bilur kibi oluyoruz da biz… bir yol bulub o yol ilə gedəcəyiz. Bizim başqalar ilə buğz
və ədavətimiz yoxdur. Bizim özümüzə məxsus daha layiq, daha şanlı bir vəzifeyi-
mücahidəmiz vardır ki, o vəzifə də zülməti-qəflətdə bulunan qovmiyət, əvam arasında
nuri-maarifi əkməkdir» [1, 66].


280
Əsrin başlanğıcında böyük bir ehtirasla inqilabi demokratik ideyaları təbliğ edən
C.Məmmədquluzadə belə hesab edirdi ki, geniş xalq kütləsini qabaqcıl fikirlərlə
silahlandırıb, gözünü açmadan, şüurunu aydınlaşdırmadan onun siyasi azadlığı
haqqında danışmaq olmaz. Ədib «Cəfəngiyat» felyetonunda yazırdı: «Gah vaxt olubdur
ki, bəziləri bizdən soruşub ki, nə səbəbə siyasətdən, dumadan, hüquqdan, hüriyyət və
müsavatdan çoxluca bəhs eləmirik. Amma bizdən bunu soruşan ağalardan təvəqqe
edirik bizə cavab versinlər görək, aya mümkündürmü vəbanı dayandırmaq üçün 43
qoyun kəsən bir millətə, bir cahil lotunu özünə haşa, Allah bilən bir camaata həmişə
dumadan və siyasətdən bəhs etmək? Biz belə qanırıq ki, xəyal, fikir və əqidə düzəlməsə,
fel heç vaxt düzəlməz, o səbəbə ki, ikinci birincilərə tabedir, ondan ötəri ki, vabastədir
xəyalına əfalı hər kəsin» [2, 177].
XX əsrin əvvəllərində böyük inqilabi çarpışmalar şəraitində xalq maarifi, milli
mətbuat, teatr və incəsənətin inkişafı uğrunda genişlənən mübarizə məhz xalqı
maarifləndirmək, şüurunu aydınlaşdırıb siyasi döyüşlər meydanını gətirmək arzusu ilə
bağlı idi. I rus inqilabından sonra bir-birinin ardınca yaradılmış «Nəşri-maarif»,
«Nicat»,  «Səadət»,  «Səfa» kimi cəmiyyətlər və onların həyata keçirdikləri saysız-
hesabsız mədəni-kütləvi tədbirlər: açılan məktəblər, verilən teatr tamaşaları, nəşr
edilmiş qəzet-jurnallar geniş kütləni maarifləndirmək, mədəniləşdirmək, tərəqqi yoluna
çıxarmaq, son nəticədə ağır həyatlarını yüngülləşdirmək, fərəhsiz məişətinə işıq şüası
gətirmək idealı ilə bağlı idi.
Şübhəsiz, kəskin sinfi döyüşlərin getdiyi, Cəlil Məmmədquluzadənin dediyi kimi
«haqq ədalətin irtica ilə» üz-üzə dayanıb vuruşduğu bir dövrdə beyinləri və ağıllırı fəth
etmək uğrunda mübarizə gedirdi. Xalq həyatında böyük əhəmiyyət kəsb edən
döyüşlərin getdiyi bir vaxtda cəmiyyət və uşaq ədəbiyyatı xüsusi ideoloji məna kəsb
edirdi.
1905-1907-ci illər birinci rus-burjua demokratik inqilabı imperiyasının səmasını
örtən buludları parçalamaqla milli şüurun oyanmasına, milli mədəniyyətin inkişafına da
təsir göstərdi.


281
Məhz bu illərdə maddi və mənəvi ehtiyaclarla yanaşı maarif və məktəb problemi
ön cərgəyə çıxdı. Xalqın maarifə olan zəruri ehtiyaclarını və təhsilin əsas problemlərini
müzakirə etmək və gələcək inkişaf yollarını müəyyənləşdirmək məqsədilə 1906-cı ilin
avqustundan H.Zərdabi və N.Nərimanovun 1907-ci ilin avqustunda Ə.Hüseynzadə və
M.Mahmudbəyovun rəhbərliyi altında Bakıda müəllimlərin birinci və ikinci qurultayları
keçirildi. Birinci qurultay xalq maarifinin zəruri problemlərini müzakirəyə qoydu. Lakin
işin gedişində inqilabçı müəllimlərlə liberal xadimlərin görüşləri arasında ziddiyyət
məsələlərin həll edilib başa çatdırılmasına mane oldu. Qurultay heç bir məsələ həll
etmədən qapandı. Bunun əksinə olaraq II qurultay bir sıra zəruri məsələləri həll etdi.
Bunların sırasında uşaq ədəbiyyatı, yeni dərslik yaratmaq məsələsi xüsusi yer tuturdu.
M.Hadinin qurultayın gedişi haqqında «Füyuzat» jurnalında dərc etdirdiyi hesabatdan
məlum oldu ki, dərslik və uşaq oxucu üçün material yaratmaq qurultayın gündəliyinə
daxil olan əsas məsələlərdən olmuşdur. Qurultay «çapdan çıxmış və çapdan əvvəl
təqdim edilmiş dərs dərs kitablarına baxıb təlim və tədrisə əlverişli və layiq olduqlarını
təyin etmək»  [3] məqsədilə xüsusi komissiya yaradılmışdı. Bu illərdə onun tərkibinə
əsrin görkəmli maarif xadimləri və yazıçıları Mahmud bəy Mahmudbəyov, Süleyman
bəy Axundov, Akif Əfəndiyev, Üzeyir bəy Hacıbəyov, Əli İskəndər Cəfərzadə, Ağəli
Qasımov və b. daxil idilər.
Mövcud məktəblər üçün dərslik və sinifdn xaric oxudan ötrü material yaratmaq
məsələsi günün zəruri problemlərinə çevrildi, mətbuat səhifələrində müzakirə edilməyə
başladı. Lakin uşaq ədəbiyyatı sadəcə uşaq mütaliəsi üçün gündəlik material
yaratmaqdan ibarət deyildi.
Bu inqilablar dövründə xüsusi əhəmiyət kəsb edən, millətin gələcək inkişafını
təmin edə bilən yüksək səviyyəli vətəndaşlar tərbiyə edib yetişdirmək ideyası ilə bağlı
məsələ idi. Ona görə də uşaq ədəbiyyatı qabaqcıl maarif və ədəbiyyat xadimləri
tərəfindən mədəni tərəqqinin əsas amillərindən biri kimi qiymətləndirilirdi. Tənqidçi
Əkbər Əkbərov «Müəllimlər ictimainə dair» sərlövhəli məqaləsində təmiz maarifçi
dünyagörüşün, xalqının mövqeyindən çıxış edərək başqa millətlərdən mədəni inkişafca


282
geridə durmasının əsas səbəblərindən birini uşaq tərbiyəsindəki qüsurlarla
əlaqələndirirdi. Tənqidçi yazırdı:  «Tərbiyeyi-ətfalın nə dərəcədə olan əhəmiyyəti
cümləyə günəş kimi məlum və aşkardır. Onun üçün millət balalarının tərbiyeyi-ətfal və
təzhibi-əxlaq etmələri məqsədilə cümlə millətlərin ərbabi-himmət və mərifət tərəfindən
indiyə qədər neçə-neçə kitablar, ətfala dair jurnallar nəşr etməkdədirlər. Çünki
yevropalılar bilirlər ki, ətfalın hüsni-tərbiyələrinə xidmət edəcək risalələr nə qədər çox
olsa, o qədər cocuqlar onlardan nəfbərdar olarlar. Amma biz Azərbaycan türklərində bu
tövr yazılmış kitabi-əxlaqiyyə, fənniyyə və hökmiyyətlərin bulunmaması bizləri
qeyrilərindən nə qədər geridə qoyub. Cümləyə məlumdur ki, əcnəbilərin cocuqları boş
vaxtlarını bu tövr kitabları oxumağa sərf edib onlardan layiqincə nəfbərdar olurlar» [4].
Tənqidçi Azərbaycan xalqının gələcək inkişafına nail olmaq üçün çağdaşlarına
belə mühüm və faydalı bir işlə məşğul olmağı, onu irəli aparmağa tövsiyə edirdi:
«Bizim millət qeydinə qalanlarımız himmət və qeyrət edib belə kitablar meydana
gətirsələr ola bilər ki, bizlər də qeyrilər kimi vaxtımızı bu günə kitabların oxunmasına
sərf edək» [4].
Müəllim Abdulla Əliyev uşaq ədəbiyyatına xalqın inkişaf səviyyəsini yüksəldən
vasitə kimi baxırdı. O, düzgün olaraq fikir irəli sürürdü ki, uşaqların inkişafına,
dünyagörüşlərinin zənginləşməsinə, mədəni səviyyələrinin yüksəlməsinə nail olmaqdan
ötrü onlara rəngarəng, əlvan məzmuna, dolğun ideyaya malik ədəbiyyat vermək
lazımdır: «Xülasə, məktəblərimiz indiki halı üzrə qalsalar nə cəhalət bizdən əl çəkər, nə
də biz cəhalətdən. Yalnızca savad ilə insan mədəni olmaz. Onun gərək lazımı elmlərdən
xəbərdarlığı olsun. Kəsb etdiyi məlumatdan gərək nafə götürə bilsin. Bu da hələ azdır.
Gərək bizim qiraət klublarımız olsun ki, əhlisavadımızı, həm özümüzün və həm dəxi
hər bir mədəni və qeyri-mədəni tayfaların ədəbiyyatına, məişətinə, ixtiraatına, nizam və
intizamına, tarixinə və dünyanın hər bir əcayibəti-qərayibanəsinə aşina edib, onların
bəsirət gözlərini açsın. Tərbiyə versin, onların müəllimisanisi olsun. Əsil mətləb
bundadır» [5].


283
Bu mülahizələr XX əsrin əvvəllərində Azərbaycanda müasir mündəricəli uşaq
ədəbiyyatına zəruri ehtiyacın yaranmasından xəbər verirdi. Tərəqqipərvər ədəbi
qüvvələr elə bir ədəbiyyat yaratmaq istəyirdilər ki, o, uşaqların mənəvitərbiyəsi və
inkişafında yardım göstərsin, onları zərərli fikirlərin axınından və təsirindən qorusun və
sağlam ideologiyaya malik vətən xadimi yetişmələrinə kömək göstərsin.
XX əsrin başlanğıcında uşaq ədəbiyyatı yaratmağın zəruri tələb olunduğunu
nümayiş etdirən yazılar iki millət xadiminin şəxsi subyektiv fikri deyildi. Bunlar milli
intibah dövründə geniş ziyalı kütləsinin fikrini ifadə edirdi. Arxiv sənədləri və
mətbuatda dərc olunmuş məqallər belə bir fikri deməyə imkan verir ki, əsrimizin
başlanğıcında uşaq ədəbiyyatı yaratmaq ideyası bütün ziyalıları düşündürmüşdür. Onun
yaradılması uğrunda mübarizə müxtəlif siyasi cərəyanlara mənsub olan yazıçılar,
C.Məmmədquluzadə,
M.Ə.Sabir,
Ə.Hüseynzadə,
Ə.Ağayev,
M.Ə.Rəsulzadə,
R.Əfəndiyev və b. eyni səviyədə iştirak etmişlər.
Əsrin maarif xadimləri uşaq ədəbiyyatının qarşısında duran məsələlər haqqında
mühakimələr yürüdür, beləliklə onun inkişafına istiqamət verməyə nail olurdu.
Bu baxımdan uşaq ədəbiyyatının məqsəd və vəzifələri, sürülmüş fikirlər və
mülahizələr onun inkişaf xüsusiyyətlərini müəyyənləşdirmək baxımından diqqəti cəlb
edir. Uşaq ədəbiyyatının qarşısında hansı vəzifələr dururdu, ronun məqsədi nə idi və o
necə olmalı idi? Bu suallara əsrin əvvəlində nəşrə başlayan «Dəbistan» jurnalı cavab
verirdi. Jurnalın mühərrirləri Ə.Cəfərzadə və M.H.Əfəndiyev «Dəbistan» jurnalının ilk
nömrəsində əlavə olaraq nəşr etdiklər «Valideynə məxsus vərəqə»də bu yüksək niyyəti
həyata keçirmək üçün hər iki xalq müəllimi müxtəlif əqli keyfiyyətlərin inkişafına
kömək edən əsərlərin yaradılması zərurətindən söhbət açırdılar:  «Cümləmizin
məlumudur ki, elm, mərifətə və əxlaq-ətvara dair maddələri qiraət etməklik uşağın
ruhun açıb fikir və hissini oyadıb qüvveyi-hafizələrin və qüvveyi-xəyalların zəngin edib
onların növbənöv ali qüssələr və niyyətlər fikrinə salır» [6].
«Öz hallarına dair gülməli və ibrətamiz hekayələr və mənzumələr qiraəti ilə
uşaqlarımız zəif və bivüsət əql və dərrakələrin gücləndirib gözəl hisslər və təcrübələr


284
əxz edirlər. Böylə bir mühüm və əhəmiyyətli mətləb yetişməklikdə ancaq
məktəblərimizə ümidvar ola bilməriz. Çünki uşaqlarımızın keçirdikləri üç və ya dörd
saat yazıb-oxumaq və dərs dərs kitablarında bulunan hekayələri öyrənməyə ancaq
kifayət edər. Bəs lazım gəlir ki, uşaqlarımız məktəbdən azad olandan sonra asudə
vaxtların şagirdlərə uşaqlara məxsus jurnallarda və kitablarda ana dilində yazılmış
ibrətamiz hekayələr və mənzumələr qiraətinə sərf edələr. Ta ki, elm və iərbiyəyə dair
məktəblərdə öyrənilməsi mümkün olmayan əhvalatları böylə böylə jurnallar və kitablar
vasitəsilə öyrənələr» [6].
Ə.İ.Cəfərzadə və M.H.Əfəndiyev dünyanın mədəni xalqlarının təcrübəsindən
istifadə etməyi uşaq-vətəndaş tərbiyə etmək işində uğurlu yol hesab edərək yazırdılar:
«Sair tayfaların mədəni və ziyalı əhli-qələmləri öz millətlərinin balalarının bu yolda
böyük xidmətlər edib və bu vasitə ilə onları qabağa aparırdılar. Amma biz müsəlman
tayfası isə qeyri tayfalardan bu yolda nəhayət geri qalmışıq» [6].
Xalq müəllimi Mustafa Mahmudov bu fikirdə idi ki, uşaqlar üçün elə kitablar
yaratmaq lazımdır ki, onların həyatını mənalandıra bilsin, maraqlı, məzmunlu olsun,
məktəb divarları arasında olduğu kimi məktəbdən xaricdə də fikirlərini məşğul etsin. Bu
məqsədlə onlar oxucuların diqqətini həmin mətləbə xüsusi cəlb edirdilər: «Kafi qədər
oxuyub yazmaq bilən şagirdlər əllərində olan təlim kitabları ilə kifayətlənməyib
oxumağa kitabçalar istəyirlər. Kitab bazarında bizim nəyimiz var məlumdur…
Beş-on meydanda olan kitabçaların çoxusu tərbiyəsi tamam olmamış şagirdlərə
verəsi kitab deyildir. Müəllim qardaşlarımız bilirlər ki, qiraət üçün kitablara ehtiyac nə
payədədir. Axırıncı şöbələrin şagirdləri oxumaqdan ötrü elmlərinə və sinələrinə
müvafiq olmayan qəzetə və jurnalları alırlar. Aşkar şeydir ki, təlim üçün olan
kitablardakı hekayələri və şeyləri oxumaq ilə şagirdlərelmli olub həyata və məişətə
lazım olan məlumatları kəsb edə bilməzlər. Və yenə məlumdur ki, ibtidai və ya edadi
məktəblərdən qurtaran şagirdlər hərgah evdə oxumazsalar. biR neçə iləcən məktəbdə
çəkdikləri zəhməti itirib bildiklərini də yaddan çıxaracaqdılar. Belə isə həm məktəbdə


285
oxuyanlara və həm məktəbdən çıxanlara mütaliə etmək lazımdır. Oxumağa isə… heç bir
şey yox idi» [7].
Lakin bütün bunlara baxmayaraq xalqın ictimai-mədəni inkişafının yeni
mərhələsində uşaq mütaliəsinə hər cür ədəbiyyatın təqdim olunması məqsədəuyğun
sayılmırdı. Yeni əsr öz ruhuna və məcazına uyğun müasir mündəricəli, dərin məzmunlu,
yüksək ideoloji keyfiyyətcə və bədiiliyə malik olan əsərlər tələb edirdi. Buna görə də
müzakirələrdə onun spesifikası ilə bağlı müxtəlif məsələlərdən bəhs edilirdi. Ancaq
məslək və siyasi mövqeyindən asılı olmayaraq bütün ziyalılar əsas bir cəhəti-uşaq
mütaliəsinə milli istiqamət vermək ideyasını hamı müdafiə edirdi.
Tənqidçi-müəllim Ə.Əkbərov layiqli vətəndaşlar yetirib tərbiyə etmək üçün təzə
uşaq ədəbiyyatını yaradıb şagirdlərə vermək zərurətini irəli sürürdü. O, soruşurdu:
«Məgər bizdə təzə nümunələr əsasında yaranan, öz toplularını uşaqlara hədiyyə edə
biləcək milli şair və yazıçılar yoxdur?» [8]
Bütün bunlar XX əsrin başlanğıcında, dünyanın yeniləşdiyi dövrdə uşaq
ədəbiyyatına nə qədər ciddi ehtiyacın yarandığını göstərir. Əsrin ədəbi mühitində
fəaliyyət göstərən ziyalılar belə bir fikri müdafiə edirdilər ki, uşaqların mütaliəsinə
verilən ədəbi nümunələr yalnız xalqın ruhundan doğan şeylərdən ibarət olmalıdır. Bunu
müvəqqəti siyasi azadlıqlır əldə etmiş və kökünə kökünə qayıtmağa imkan tapmış
xalqın milli mənafeyi müdafiə edirdi. Ona görə də bu illərdə milli zəmində yaranmış
orijinal əsərlərə yol açmaq məqsədilə kənardan gələn əsərlərə münasibət müəyyən qədər
ciddi, hətta ziddiyyətli, bir sıra hallarda tam subyektiv idi.
H.Q.Şirvanski, A.O.Çernyayevskinin «Vətən dili»  (I hissə) dərsliyinin yeddinci
nəşrini hazırlayan F.Köçərlinin ünvanına yazdığı tənqiddə bu ideyanı ifadə edərək
yazırdı:  «Burada biz belə bir məlum həqiqəti yada salmaq istəyirik ki, uşaqlar üçün
hazırlanan dərslikdə ilk qiraət dərsliklərinə çox ehtiyatla yanaşmaq, burada milli və
orijinal olmayan hər şeydən qaçmaq lazımdır» [9]. Bu fikir ədəbi qüvvələrin mühüm bir
qismi tərəfindən müdafiə olunurdu.


286
Pedaqoq-yazıçıların digər bir dəstəsi obyektiv mövqedə durur, mübarizəni başqa
istiqamətdə aparırdılar. Onlar tənqid hədəfinə birinci növbədə orta əsrlərin zehniyyətini
təbliğ edən, müasir dövrün tələblərinə ziddiyyət təşkil edən, müasir əxlaqın
formalaşmasına kömək etməyən əsərlərə qarşı çıxırdılar. Bu nöqtədə ərəb-farsçılığa,
osmanlılaşdırma meyllərinə qarşı mübarizə davam edirdi. Məlum olduğu kimi, «Mədəni
səviyyəcə nisbətən aşağı olub, tez-tez müstəqilliyini itirən azərbaycanlılar» (F.Köçərli)
uzun illər ərəb-fars və digər təzyiqlərə məruz qalmışdılar. Yusif Vəzir Çəmənzəminli
«Əcəmlik möhrü və onunla mübarizə» məqaləsində Azərbaycan mədəniyyətinin
saflığını pozan fars mədəniyyətinin zərərli təsirindən söhbət açaraq yazırdı:  «Söz
ondadır ki, bizim tərzi-həyatımıza adət və ayinlərimizə bir xeyli türklüyə yabançı
amillər qarışıb möhkəm mövqelər məşğul ediblər. Bu amillər də, əlbəttə, tarixin nəticəsi
olub, hansı tərəfdən həyatımıza nəzər yetirsək, adət və ayinlərimizə, milli mədəniyyət
məhsullarımıza İranın basdığı möhrə, onların qoyduğu fəna izlərə rast gəlirik» [10].
Yusif Vəzir saf milli mədəniyyət yaratmağın zəruriliyindən söhbət açaraq
bildirirdi: «Yuxarıda söylənəndən məlum oldu ki, əcəmin pozğun mədəniyyəti
Azərbaycan türk həyatına oylə ağır möhür basıb ki, indi də onun nüfuzundan xilas ola
bilmirik. Heyfa ki, bu nüfuz ilə mübarizə etməyə hələ bizdə qüvvə yoxdur. Zənnimcə
onda mübarizəyə müqtəd ola bilərik ki, aşağıda bəyan olan fikirlər qüvvədən felə keçə.
Fikirlərim səkkiz fəsildən ibarətdir» [10].
Bura ana dilini saflaşdırmaq, ədəbiyyatı fars təsirindən qurtarmaq, musiqini
türkləşdirmək, qızları mükəmməl savadlandırmaq kimi zəruri problemlərlə yanaşı,
məktəbləri fars ədəbiyyatının təsirindən xilas etmək ideyası da xüsusi yer tuturdu. Ədib
yazırdı:
«Bizi farsların nüfuzu altına salanlardan biri də fars ədəbiyyatıdır. Lazımdır
farsların Firdovsi, Sədi və Hafiz kimi dahilərini Azərbaycan türkcəsinə tərcümə etməklə
daha fars dilində onları oxumağa ehtiyac olmasın. Firdovsi və Sədilərin öz millətlərini
nəşr etməkdə müvəffəqiyyətlərini gördükdə bizə də çalışıb dahilər yetirmək lazım gəlir»
[10].


287
Yusif Vəzirin bu fikirləri uşaq ədəbiyyatı sahəsində çalışanlar tərəfindən müdafiə
olunurdu.onu da qeyd edək ki, milliləşmək uğrunda mübarizəni uşaq ədəbiyyatından
başlamaq ideyası hamı tərəfindən müdafiə olundu. Əkbər Əkbərov uşaq mütaliə
vasitələrini müasirləşdirmək və milliləşdirməyin zəruriliyindən bəhs edərək yazırdı:
«Yer üzündə olan millətlərin, tayfaların cümləsini öz doğma (yəni ana) dilində
məxsusi ədəbiyyatları vardır. Hər o tayfa ki, elm və mərifətdə irəli gedibdir onların
ədəbiyyatı dəxi mükəmməl surətdədir. Amma biz Qafqaz (Azərbaycan) türklərinin
indiyə kimi ədəbiyyatımız fəna halda bulunub işlərimizdə asari-tərəqqi görünməyir.
Məktəblərimizdə köhnə üsul ilə dərs verilib neçə illər, bəlkə qərinələr bundan əvvəl
İranda uşaqlardan ötrü ərəbcə yazılmış bir nüsxə indi də bizim məktəblərimizdə oxunur.
Biçarə müsəlman uşaqlarından ötrü məxsusi milli kitablarımız yoxdur ki, onların
vücudu ilə təmin alsın. Bizim əllərimizdə olan kitablar ranın həcviyyat və şagirdlərə əl
verməyən kitablardır. Raci,  «Fərhad-Şirin» və «Nuşafərin» və sairləri bu kitabların
islam balalarına zərərdən savayı nəfləri yoxdur» [8].
Tənqidçi milli ədəbiyyat xəzinəsini araşdırıb üzə çıxarmağı milli şairlərin
əsərlərindən ibarət nümunələri uşaq mütaliəsinə verməyi tələb edərək yazırdı: «Məgər
bizim Azərbaycan türklərinin heç bir milli şairimiz və nasirimiz yoxdur ki, onlar təzə
üsul ilə öz məcmuələrini islam cocuqlarına töhfə göndərələr. Və var-yox olan
şairlərimizdən hətta Füzuli kimi ədib və ustad şairimizin əsla xəbərimiz yoxdur. Və aya
bizim də qeyri millətlər kimi ədib və mahir ustadlarımız vardır və yox! Heç kəs bundan
xəbərdar deyildir. Biz millət balalarına lazımdır kitab. Təlim kitabları nəinki həcviyyat.
Ar olsun biz millətə ki, rus missionerləri bizlərdən ötrü kitablar cəm edirlə» [8].
Əhməd bəy Ağayev məsələyə milli müasir mənəvi tələbat mövqeyindən
yanaşaraq yazırdı:  «Lisanımızdı əxlaqiyyata aid heç bir mühüm əsər olmadığı kimi,
ibtidai məktəblərdə cocuqlarımızı nəcib və yüksək fikir və isindirəcək heç bir talif
mövcud deyildir. Məsələn, Ezopun və Lafontenin, Krılovun «qabil» dedikləri taliflərinə
bənzər deyil, yalnız bizim lisanımızda hətta mənsub olduğumuz mədəniyyət zümrəsinin
əlsanəsində əsər yazılmamışdır. Hinducədən fars və ərəbiyyə tərcümə edilmiş «Kəlilə


288
və Dimnə» və Şeyx Sədinin «Gülüstan» və «Bustan»ın mənəvi təsirinə gəlincə
ümumiyyət etibarı ilə əsrimizin təmin edəcək mahiyyətdə olmadığı pək aşkardır… Şeyx
Sədinin fəlsəfi – dünyaya baxışı, həyat haqqındakı təlqiləri, fəzilət və gözəl deyilən
məfhumlara aid hissləri, bu gün, bu iyirminci əsrdə bizi məlhəm edəcək bir qiymətə
hayiz deyildir. Sədi əxlaqi düsturlarının kafəsini «Gülüstan»ın o məşhur «bab»larında
təlxis etmişdir. Bunların həmən kafəsini oxumuşuq. İlk əxlaqi dərslərimizi onlardan
almışıq. Yalnız bizmi? Bizdən əvvəl bəlkə otuz, qırx nəsil» [11].
Tənqidçi Şeyx Sədinin müasir dövr üçün köhnəliyini, onun mütilik təbliğ
etməsində görür, fikirlərini əsaslandırmaq üçün «Gülüstan»  «bab»larını bir-bir təhlil
edir, bu yolla Sədi fəlsəfəsinin müasir dövrdə xalqa xeyir verməyəcəyini isbat edirdi.
Uşaqların oxusunda olan Şərq ədəbiyyatı nümunələrinə qarşı mübarizədə «Molla
Nəsrəddin» redaksiyası və onun naşiri C.Məmmədquluzadə də Əhməd bəy Ağayevlə
eyni mövqedə dayanırdılar.
Mollanəsrəddinçilərin «Gülüstan»ın uşaq mütaliəsində mövqeyinə qarşı
mübarizəsinin bir məqsədi də aktual məsələlərə həsr olunmuş uşaq ədəbiyyatına yol
açmaqdan ibarət idi. Əsrin əvvəllərində «Gülüstan»ın yeni-yeni təbliğçiləri meydana
çıxırdı. Ona şərhlər yazılır, bir çox yazıçılar «Gülüstan»ın mövzuları əsasında hekayələr
yazaraq çap etdirirdilər.
XX əsrin əvvəllərində Azərbaycan mühitində ərəbçilik-farsçılıq ilə yanaşı
türkçülük meylləri də var idi. Milli uşaq ədəbiyyatı yaratmaq uğrunda başlanan
mübarizə bu axınların da qarşısını almağı məqsədəuyğun hesab edirdi.
Mirzə Cəlil «Cəhhətnamə» adlı məqaləsində Mahmud bəy MahmudbƏyov və
Abbas Səhhətin tərtib etdiyi «Yeni məktəb»  («Üçüncü il») dərsliyini qəliz dil və
təfəkkür tərzi təbliğ etdiyinə görə tənqid edirdi.
Yazıçı Abbas Səhhətin «Yeni məktəb»ə daxil edilmiş «Məktəb uşağı» şeirindən:
İştə bir ayineyi-hüsni-xuda,
İştə bir dahiyeyi-əğlu zəka,
İştə bir tifləki-məsum sifət,


289
İştə bir küdəki-şirin hərəkət. –
bəndini misal göstərərək şeirin dilində azərbaycanlılara məxsus bir əlamətin olmadığını
nümayiş etdirirdi.
Lakin bu deyilənlərdən elə fikir yaranmamalıdır ki, XX əsrin əvvəllərində uşaq
ədəbiyyatı uğrunda mübarizənin əsas məqsədi milli həyatdan alınmış, milli yazıçıların
əsərləri ilə məhdudlaşdırmaq ideyasına xidmət göstərirdi. Əlbəttə, belə düşünmək səhv
olar. Bu mübarizənin məqsədi uzun müddət xalq və uşaq mütaliəsində olmuş, lakin
müasir dövr üçün əhəmiyyətini itirən, yaxud zərərli meyllər təbliğ edən əsərlərə hansı
dildə yazılmasından, hansı xalqa məxsus olmasından asılı olmayarq yenə də Azərbaycn
xalqının milli mənafeyinə yad deyildi.
Uşaq mütaliəsinin mündəricəsini zənginləşdirmək, bədii təsir qüvvəsini artırmaq,
onun vasitəsilə qabaqcıl ideyaları yaymaq və sairə zəruri məsələləri həyata keçirmək
uğrunda başlanan axtarışlar əsrin qabaqcıl maarif və ədəbiyyat xadimlərini «Uzaq
ölkələrin sərvətinə» müraciət etməyə, ondan bəhrələnməyə təhrik etdi. Bu iki məqsədlə
əlaqədar idi. Birincisi, Azərbaycan uşaq ədəbiyyatı yeni sahə idi. O, nə kəmiyyət, nə də
keyfiyyətcə yeni inqilablar dövrünün tələblərinə lazımi səviyyədə cavab vermirdi. Uşaq
mütaliəsində yaranmış aclığı başqa xalqların ədəbiyyatından alınmış əsərlər vasitəsilə
dəf etmək lazım gəlirdi. İkincisi, ədəbiyyatın qarşısında yeni, müasir gənclik tərbiyə
etmək məqsədi dururdu. Belə bir vaxtda milli məhdudluqda qapanıb qalmaq olmazdı.
Zaman gəncliyi bəşəriyyətin yarandığı fikir aləmi ilə tanış etmək, bu yolla müasir insan
tərbiyə edib yetirmək vəzifəsini irəli sürürdü. Belə bir siyasi və ədəbi zəmində rus uşaq
ədəbiyyatı daha çox diqqət cəlb etdi, nümunələri bol-bol tərcümə olunmağa başladı.
Ona görə də əsrin əvvəlində rus ədəbiyyatı Azərbaycan xalqının mənəvi tələblərindən
doğaraq qısa müddətdə uşaq mütaliəsinin tərkib hissəsinə çevrildi. Digər ədəbiyyatlarla
müqayisədə XX əsrin başlanğıcında uşaq mütaliəsində rus ədəbiyyatının aparıcı yer
tutması onun hakim millətin bədii təfəkkürünün məhsulu olması ilə əlaqədar idi.


290
Əsərləri mütaliə edənlər azərbaycanlı olsalar da onlar Rusiyanın vətəndaşı idilər. Onlar
hakim millətin həyat-məişət normaları ruhunda tərbiyə olunmalı idilər.
Ə D Ə B İ Y Y A T
1. «Füyuzat» jurnalı, 1906, № 5.
2. C.Məmmədquluzadə. Əsərləri 6 cilddə, III cild, Bakı, 1984.
3. M.Hadi. «İkinci müəllimlər məclisi». «Füyuzat», 1907, № 27.
4. Ə.Əkbərov. «Müəllimlər ictimainə dair». «İrşad» qəzeti, 1906, № 94.
5. A.Əfəndiyev. Ehtiyaclarımızdan bir növbə. «İrşad» qəzeti, 1906, № 64, 11 mart.
6. İfadeyi-məram. «Dəbistan» jurnalına əlavə, valideynə məxsus vərəqə, 1906, № 1.
7. M.Mahmudov. Məktəb məcmuəsinə dair «Yeni İrşad» qəzeti, 1911, № 7.
8. Ə.Əkbərov. Ədəbiyyatımıza dair. «İrşad» qəzeti, 1906, № 109.
9. Ş.C.Qurbanov. Klassik rus poeziyası Azərbaycanda. Bakı, 1985.
10.Y.Vəzir. «Əcəmlik möhrü və onunla mübarizə». «İqbal» qəzeti, Bakı, 1913, № 495.
11.Ə.Ağaoğlu. Üç səyasət. «Türk yurdu» jurnalı, İstambul, 1917, №26.

Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin